S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır.
Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir. Bununla bərabər Türkiyədə türk dilində bir neçə layihə həyata keçirmişdir. Aygün Kazımovanın zamanla düzgün komanda ilə ilə çalışmaması, onun kariyerasında enmələrə səbəb olmuşdur. Türkiyədəki musiqi şirkətləri ilə işbirliyini sonandıran "Xalq artisti" gürcüstanlı prodüserlərlə çalışmaya başlamışdır. Gürcüstanı 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində təmsil etmək haqqı qazanan gürcü bəstəkar-müğənni Stefan Mgebrişvili ilə Aygün Kazımova 2016-cı ildə Gürcüstanda tanış olmuş və ikili yeni bir layihə etmək haqqında razılığa gəlmişdirlər. 2011-ci ildə Namiq Qaraçuxurludan ayrılan Aygün Kazımova yenidən 2017-ci ildə "SS Production" şirkəti ilə çalışmaya başlamışdır. Aygün Kazımova "SS Production" ilə 2001-2004-cü illərdə əməkdaşlıq etmişdir. Məhs bu illər Aygün Kazımovanın "partlayış" etdiyi illər sayılır. Pop-diva ləqəbli ifaçını zamanla həm izləyicilər, həm də sənət adamları tənqid etmiş və onun zamanla gerilədiyini ifadə etmişlər. Haqlı iradlardan nəticə çıxaran "Xalq artisti", 28 fevral 2017-ci ildə instagram sosial şəbəkəsindəki öz hesabında “Crystal hall"dakı konsertimə 6 ay qalıb. Yaradıcı işlər artıq yanvardan başlayıb, proses gedir. Mən isə özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm. Çünki qarşıma elə bir məqsəd qoymuşam ki, özüm-özümü on dəfə üstələməliyəm. Hər şeyə sağlamlığımdan başlamalıyam. Bunun üçün müxtəlif ölkələrə səfər etməliydim. Bu da məni yoracaqdı. Amma bir yaxınımın məsləhəti ilə burada qalıb, hər şeyə burada nail olacam.” sözlərini yazmışdır. İlk öncə komandasını, geyim və musiqi tərzini dəyişən ifaçı bir müddət gözlərdən uzaqlaşmışdır. Nəticə olaraq, 2017-ci ildə işıq üzü görən "S.U.S." sinqlı mətbuatda "Aygün Kazımova geri qayıtdı" başlığı ilə təqdim edilmişdir.
Aygün Kazımova 2012-ci ildə sözləri meyxanaçı Vüqar Əbülova və musiqisi isə Hacı Nazimə aid olan "Gəl dönək evimizə" balladını ifa etmişdir. Lakin mahnının piyarı zəif olduğu üçün mahnı hit ola bilməmişdir. Amma buna baxmayaraq, pop-diva bu layihədə də meyxanaçı Vüqar Əbdülovla əməkdaşlıq etmişdir. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnı Gürcüstanın Tiflis şəhərində yerləşən "Bravo Records" adlı səsyazma studiyasında lentə alınmışdır. Mahnının musiqi prodüseri Stefan Mgebrişvili, baş prodüseri isə Aygün Kazımovadır. "S.U.S." Azərbaycan dilində səslənən bir pop mahnısıdır. 7 Sentyabr 2018-ci ildə "SS Production" tərəfindən Aygün Kazımovanın "Duy" adlı EP albomunda mahnının remake versiyası yayımlanmışdır. Mahnı 30 dekabr 2017-ci ildə "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında Azad Azərbaycan radiosu 106.3 FM tərəfindən "Milli dalğa-2017" mükafatına layiq görülmüşdür.
Tənqidlər
“Mən də bu klipi Azərbaycan xanımına yaraşdırmıram. Kim dedi ki, mən Azərbaycan qadınının obrazını canlandırmışam. Burada qadın taleyindən söhbət gedir. Nəinki Azərbaycan, heç bir qadına yaraşdırmıram, qıymıram. İstəmirəm və istəmərəm, arzu etmərəm.”
Aygün Kazımovanın "" adlı konsert porqramından öncə "Qafqazinfo"ya müsahibəsi zamanı klip haqqındakı fikirləri
Musiqi tənqidçiləri və populyar ifaçılar mahnıya müxtəlif fikirlərlə yanaşmışlar.
Müğənni İradə İbrahimova mahnı haqqında “Sevildi bu mahnı, bu klip də çox sevildi. Mən çox sevdim bu mahnını, klipi də...Və orda Aygün xanımın əməlli başlı aktrisa kimi orda rolu var.”
Xalq artisti bəstəkar-müğənni Tünzalə Ağayeva mahnı haqqında “Beyinlərdədir, dillərdədir. Jamiroquai, mənə xatırladan bir tərzdir.Jamiroquai çox sevirəm. Bu mahnını xüsusi bir diqqətlə dinləyirdim. Maraqlı mahnıdır mənim üçün. Aygün xanıma çox yaraşan bir mahnı oldu.”
Müğənni Rəhim Rəhimli mahnı haqqında “Bu mahnı hitdir. Bu mahnı 100-də 100 hitdir. Bu mahnının aranjimanı, masterinqi möhtəşəmdir. Hər bir şeyi möhtəşəmdir.”
Bəstəkar Gövhər Həsənzadə mahnı haqqında “Yenə etiraf edəcəyəm, mahnı Aygünü bu gün gündəmdə saxlamayacaq, Aygün Kazımova o mahnını gündəmə gətirəcək.”
Müğənni Natəvan Həbibi mahnı haqqında “Mahnı çox qəşəngidir. Mənim üslubuma çox yaxındır, ona görə də, çox bəyənmişəm. Minorun üstündə ritmik mahnıdır. Bu mənim üslubuma çox yaxındır. Ona görə də bəyənmiyə bilməzdim. Mahnı özü qəşəngdir, ifa qəşəngdir, aranjiman superdir, klip bomba klipdir. Kim nə deyir desin.”
Müğənni Səidə Sultan mahnı haqqında “ S.U.S. reperturına çıxanda Aygün xanımın, mən dedim ki, Aygün gəldi.”
Müğənni Günay İbrahimli mahnı haqqında “ Səs-sədaya səbəb oldu, o görüntülər. Çox rəylər gəldi, daşladılar, tənqidlər oldu. Güzgü olaraq, təqdim edib ki, belə həyatlar da var. Bəli.”
Bəstəkar-müğənni Murad Arif öz rəsmi twitter hesabında mahnı haqqında “ Etiraf edirəm ki, ilin 1 nömrəli klipi Aygünün "SUS" klipi oldu, sonra isə #PARTLAT… ”
Teleqraf saytının müxbiri Arzu Murad layihəni şərh edərkən “ Aygün Kazımovanın 18+ aclığı” başlığı ilə paylaşaraq, Aygün Kazımovanı kəskin şəkildə tənqid etmiş və "Xalq artisti" fəxri adına sahib bir ifaçıya yaraşdırmadığını bildirmişdir.
Tanıtımı və musiqi videosu
Aygün Kazımovanın 22 sentyabr 2017-ci ildə baş tutan "" adlı solo konsertinin anonsunda mahnıdan istifadə edilmişdir. Anonsda “Azərbaycanın şou tarixinin sıfırlanıb, yenidən yazılmasının şahidi olacağıq” ifadəsi səslənən zaman, arxa fonda pop-divanın ifasındakı "S.U.S." mahnısından istifadə edilmişdir. Aygün Kazımova mahnını ilk öncə "" adlı solo konsertində canlı ifa etmişdir. Baku Crystal Hallındakı çıxışı zamanı fransalı rejissor və xoreqraf Reda Bentifur mahnı üçün xüsusi şou qurmuşdur. Pop-diva konsertin sonunda mahnını ifa etmişdir. Səhnədə 11 rəqqasın müşayəti ilə təqdim etdiyi mahnının səhnə şousunda xoreqrafın özü də səhnədə məharətini nümayiş etdirmişdir. Rəqqaslarla rəqs elementlərini icra edən ifaçı, Rəşad Haşımovun başçılığı ilə Rast qrupunun müşayətində canlı ifası ilə diqqətləri özündə cəmləşdirməyi bacarmışdır. Pop artist mahnını Baku Crystal Hall səhnəsində Rüfət İsmayıl imzalı ağ rəngli libasda ifa etmişdir.
Aygün Kazımova 2017-ci ildə ənənəvi olaraq, Fəvvarələr meydanında “Nargis Fund”un təşəbbüsü ilə "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında, Azad Azərbaycan radiosu ilə 106.3 FM tərəfindən həyata keçirilən "Milli dalğa-2017" mükafatlandırma mərasimində ifa etmişdir. Mükafatlandırma mərasimində "S.U.S." sinqlı "İlin Mahnısı" seçilmişdir. Mükafatlandırma gecəsində Azad Azərbaycan TV MTRK-nın Radio qrupları üzrə vitse-prezidenti, 106 və 106.3. FM radiostansiyalarının direktoru Arzu Cəfərova mətbuata müsahibəsində “O layiqdir bu mükafata, gözəl konsert keçirilib o boyda Crystal Hall-da. Bu il Aygün Kazımovaya veriləcək "Milli dalğa" mükafatı.” sözlərini demişdir. 2018-ci ilin 29 iyulunda mahnının rusca verisiyasını "Жара" musiqi festivalında təqdim etmişdir. Mahnının rusca sözlərinin müəllifi Evgeniya Trubaçovaya aiddir. Mahnı rusca "Пусть" adı ilə təqdim olunmuşdur. 1 dekabr 2018-ci ildə Baku Elektra Events Hall-da fransalı musiqiçi David Vendetta və gürcüstanlı prodüser-bəstəkar Kahaberi ilə verdiyi "" adlı konsertində "Duy" adlı albomunu ve mahnının remake versiyasını təqdim etmişdir. "" adlı konsertdə mahnı üçün italiyalı xoreqraf Francesca Lavecchia rəqs qurmuşdur. Aygün Kazımova mahnını səhnədə ifa edərkən konsertdə yerli və xarici rəqqaslarla birlikdə qurduqları şou ilə təqdim etmişdir. Daha sonra 2018-ci ildə hər il ənənəvi olaraq, Türkiyədə təqdim edilən Altın Kelebek mükafatlandırma mərasimində mahnının remake versiyasını ifa etmişdir.
"S.U.S." üçün lentə alınan musiqi videosu gürcüstanlı Nestan Sincikaşvili tərəfindən Bakı şəhərində iki gün ərzində çəkilmişdir. Mahnıya klipi çəkən gürcü rejissor mətbuata açıqlamasında bu fikirləri bildirmişdir :
“Əvvəla, Aygün Kazımovanın çox müsbət bir insan olduğunu və ən əsası gözəl və istedadlı bir aktrisa olduğunu söyləməliyəm. Mən onun işindən çox məmnunam ...”. Daha sonra rejissor klip haqqında “Hekayəmizə gəldikdə, mənə elə gəlir ki, tamaşaçılar videonun “görünüşü”ndən çox məzmunu barədə bir az düşünsəydilər yaxşı olardı ... SUS bütün qadınlar kimi, sevmək və sevilmək istəyən fahişənin hekayəsidir, lakin onun həyatı onun seçimində sərbəst olmağa imkan vermir... Qadın bir gənclə tanış olub aşiq olanda normal həyata qayıda bilməyəcəyini və nəyisə dəyişdirməyin gec olduğunu başa düşür... Bəlkə də həyatın çətinliklərinə dözməyə, təslim olmamağa və yoxuşlu yola getməməyə dəyər... Demək və göstərmək istədiyimiz budur...”
Klipdəki geyimlər yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının gecə tərzindən ilham alınaraq hazırlanmışdır. Geyimlər azərbaycanlı modelyer-dizayner Rüfət İsmayılın kolleksiyasındandır. Aygün Kazımovanın makiajını Ruxa ləqəbli Ruhəngiz Əliyeva etmişdir. Mahnının ilk tanıtımını Aygün Kazımova rəsmi instaqram hesabında klipdən bir foto paylaşaraq, “Bu da yeni oyun. Və dəyişilməyən oyunçu sizin Aygün. Tezliklə, "S.U.S."” şərhini yazmışdır. Növbəti gün pop-diva instaqram hesabında klipin 20 saniyəlik tizerini paylaşmışdır. Daha sonra klip tam olaraq, 27 avqust 2017-ci il tarixində Aygün Kazımovanın şəxsi YouTube hesabında təqdim edilmişdir. Klip YouTubeda təqdim edildikdən sonra 1 gün içində 100.000-dən çox baxış əldə etmiş və Azərbaycan və Gürcüstanın YouTube Trendinə girmişdir.
Məzmunu
Klip Aygün Kazımovanın gecə yol kənarında qara kare parik saç, qısa cins şort və hündürdaban ayaqqabılarla prospekt boyu yürüyüşü ilə başlayır. Aygünün yoldan keçən avtomobilə yaxınlaşaraq, söhbət etməsi göstərilir. Avtomobildəki şəxs Aygünlə anlaşa bilmir və sürücü yoluna davam edir. İlk bəndin başlaması ilə kadrda Aygünün üzərində qara qısa ətək, qara köynək, tor corab və üzərindən uzun çəkmə geyinmiş tərzdə yaşadığı köhnə evin dəhlizindən gecəyə hazırlanması göstərilir və yaşadığı evin həyətindən asılmış güzgüdən özünə göz gəzdirir. Güzgüyə baxdığı görüntü sinqlın sosial platformadakı qapaq şəkli kimi istifadə edilmişdir. Ayna qarşısında özünə baxan Aygündən arxada arıq bir şəxs oturmuş və diqqətlə Aygünü izləyir. Aygün isə, ona əhəmiyyət vermədən yenə aynadan özünə çəki-düzən verir. Yaşadığı "155" nömrəli evin qapısından çıxarkən, divarda "Δ", "QF", "EQ" kimi işarələr yazılmışdır. Qapının qarşısında əyləşən və başında qara kələğayı olan qoca qadın Aygünü diqqətlə izləyir və onun arxasından tüpürür. Qoca qadının tüpürməsi ilə nəqərat balayır. Bundan sonra Aygün parkdakı və parkın kənarındakı kişiləri özünə cəzb etmək üçün müxtəlif hərəkətlər edir. Daha sonra yolun kənarında dayanan bir avtomobilə yaxınlaşır və avtomobilin arxa tərəfində oturan qoca, eynəkli və kostyum geyinmiş kişi ilə danışmağa başlayır. Həmin şəxslə razılığa gəlib, avtomobilə əyləşir. Növbəti kadrda ikilinin otelin dəhlizindən otel otağına yürüyüşü göstərilir. Otel otağında Aygünün stulların üzərinə uzanması və kişinin Aygünə yaxınlaşması göstərilir. Aygünün qoca kişidən qaçaraq, hamam otağına girməsi və qapını bağlaması və qoca kişinin qapını yumruqlaması göstərilir. Hamam otağında Aygünün ciddi baxışlarla güzgüdən özünə baxması və saçlarını düzəltməsi göstərilir. Hamam otağından gülərüz çıxan Aygün özünü otağın divarına söykəyərək, saxta təbəssümlərlə qoca kişiyə baxır. Kadr kişinin mayka ilə ekrana yaxınlaşması və Aygün yataqda uzanan zaman, kişinin yatağın üzərinə 400 $ (dollar) atması ilə bitir. Növbəti gecənin kadrlarında Aygün yenə prospekt boyu uzunsaçlı, qısa cins şort, zərli köynək və hündürdaban ayaqqabı ilə prospekt boyu avtomobillərə yaxınlaşır. Aygün yolun kənarında dayanan zaman, qara avtomobil Aygünə yaxınlaşır. Kadr avtomobili idarə edən "Əməkdar artist" Nicat Kazımovun Aygünlə danışması və Aygünün onun avtomobilə oturması ilə bitir.
"Yaşlı kişi ilə olan səhnədən sonra özümə gələ bilmirdim. O rolda olmaq mənə çox pis təsir etmişdi. Burada söhbət Aygün Kazımovadan yox, bir obrazda cəmlənən minlərlə qadından gedir. Bilirəm ki, bu klipə baxanda çox xanımlar bir şeylər hiss edəcək, susacaq. Bu, yeganə peşədir ki, xoşbəxtlikdən seçilmir. Həmin səhnədən sonra çox ağladım, gözümün yaşı qurudu. Elə bir mövzudur ki, buna baxandan sonra hər kəs gərək doğrudan da, sussun."
Aygün və Nicatın otelə gəlməsi və ikilinin "isti" görütüləri kadrlarda göstərilir. İkinci bənd başlayan zaman Aygün yenə gecə yol kənarında dərin qara dekoltəli köynək, qısa cins şort, hündürdaban ayaqqabı və qara pariklə yeriyir. Yol kənarında dayanan zaman "Hyundai" markalı ağ avtomobil Aygünə yaxınlaşır, Aygün avtomobilin pencərəsindən sürücü ilə söhbət edir. Aygün avtomobilə əyləşir və avtomobil hərəkət edən zaman ikili söhbət edir. Sürücünün avtomobildə cinsi əlaqədə olmaq istəməsi, Aygünün razılaşmaması, ikili arasında mübahisəyə səbəb olur. Sürücü Aygünlə zorla münasibətdə olmaq istəsə də, Aygün sürücüyə çantası ilə vuraraq, avtomobildən qaçır və avtomobildəki şəxs yoluna davam edir. Aygün isə yoluna tədirgincəsinə davam edir. Növbəti kadrda Bakının mərkəzi küçələrinin birində, arxa fonda hicablı qadın iki uşaqla yeriyən zaman, Aygün üzərində ağ uzun paltar, gözündə eynək və saçları yığılmış tərzdə yolun sağ tərəfinə baxmadan qarşıya keçərkən, gənc oğlanın idarə etdiyi motosiklet Aygünə xəsarət yetirir. Motosikletçi pop-divanın 22 sentyabr 2017-ci il "" adlı solo konsertindəki gürcüstanlı rəqqas Nugo Shoniadır. Daha sonra Aygün və Nugo motosikletə əyləşərək, Bakı küçələrini dolaşır. Növbəti kadrlarda Bakı gecələrində Aygünün başında bandana və bəyaz paltarla sevgilisi Nugo ilə sevgi dolu görüntüləri göstərilir. Bundan sonra ikilinin yataqdakı görütüləri nümayiş etdirilir. Aygün sevgilisinin sinəsindən öpərək, yarıçılpaq halda hamam otağına gedir, ağlayır və gözündəki linzanı çıxardır. Telefonla sevgilisinin yatmış halda şəklini çəkir və ağlayaraq otağı tərk edir. Sevgilisi ilə qaldığı məkanı tərk edən Aygünün sorağı gecə klublarının birindən gəlir. Qəmgin halda viski içən Aygün, daha sonra avtomilinə əyləşir. Avtomobilini təhlükəsizlik kəmərini taxmadan idarə etməyə başlayır, ağlayaraq, pul qarşılığında yaşadığı xoş olmayan günləri, sevgilisi ilə tanış olduğu və yaşadığı sevgi dolu anları xatırlayır. Telefonla sevgilisinin yatmış halda çəkdiyi şəkilə baxan Aygünün başı avtomobilinin sükanına dəyir. O idarəetməni itirir və klip qəza səsi ilə bitir. Karlarda Aygün Kazımovanın ölməsi və ya sağ qalması göstərilmir.
Hit-parad göstəriciləri
Mahnı çıxış günü, yəni 27 sentyabr 2017-ci ildə iTunes Azərbaycanın bütün kateqoriyalarında 1-ci olmuşdur. Mahnı həmçinin "Deezer" musiqi platformasında Azərbaycan üzrə 1-ci yerə qədər yüksələ bilmişdir. Mahnıya çəkilən klip YouTube üzrə Azərbaycanda 1-ci, Gürcüstanda 97-ci pilləyə yüksəlmişdir. Mahnı ATV-nin həftəlik yayımladığı "ATV TOP 15" hit-paradında və Lider TV-nin yayımladığı "Lider TV Top 10" həftəlik siyahısında 1-ci olmuşdur. Mahnı həmçinin "lyricstranslate.com" adlı mahnı sözləri axtarış saytında dünya üzrə birinci olmuşdur. Mahnıya çəkilən klip Eurovision Fanlarının Beynəlxalq Şəbəkəsi, INFE Network-un keçirdiyi 'INFEVision' Video Müsabiqəsi 2017-də Azərbaycan Avroviziya Fan klubu INFE Azerbaijan-ı təmsil etmişdir. Klip 14 ölkə arasında 6-cı olmuşdur. Müğənninin 10 dekabr 2018-ci ildə Türkiyədə təqdim edilən Altın Kelebek mükafatlanıdrma mərasimində mahnının remake versiyasını ifa etməsi Türkiyənin "Shazam Music Charts" pilləsinə daxil olmuşdur. Mahnının remake versiyası 2020-ci ildə Türkiyənin "iTunes Pop Music" kateqoriyasında 134 pilləyə qədər yüksəlmişdir.
Mahnının dünya üzrə ilk yayımcısı "TiVi Media" şirkəti olmuşdur. Mahnı "Aygun Music" etiketiylə "TiVi Media" adı altında satışa çıxarılmışdır. Daha sonra Aygün Kazımovan "TiVi Media" ilə müqaviləyə xitam vermiş və "TiVi Media" ilə çalışdığı zaman təqdim etdiyi bütün sinql və albomları sosial platformalardan silmək məcburiyyətində qalmışdır. Aygün Kazımova "TiVi Media" ilə əməkdaşlığına son qoyaraq, başqa bir yayımcı şirkət olan, "WediaCorp Music"lə əməkdaşlıq etməyə başlamışdır. Mahnı uzun müddət musiqi platformalarında olmamışdır. Baş verən anlaşılmazlıq mahnının satış rəqəmlərinə çox böyük mənfi təsir göstərmişdir. "WediaCorp Music"lə əməkdaşlığına son qoyan ifaçı, "Baku CMS" partneri ilə çalışmaya başlamışdır. Əvvəlki hal yenə yaşanmış və ifaçının bütün albom və sinqlları rəqəmsal platformalardan silinmişdir. Bu proses aylarla davam etmiş və ifaçının diskoqrafiyası yenidən rəqəmsal mediada "Baku CMS" partnyor şirkətin etiketiylə yayımlanmışdır. Mahnı daha öncəki taleyini yenidən yaşamış və rəqəmsal platformalardan silinmişdir. 20 oktyabr 2021-ci ildə "Beat Music" etiketiylə satışa çıxarılmışdır.
Kompozisiyaları
Digital Single Version
"S.U.S." – 3:52
Digital Remake Version
"S.U.S. (Remake)" – 4:06
Mükafatlar
Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Milli dalğa
Tarix
Namizəd göstərilən iş
Mükafat
Nəticə
2017
S.U.S
İlin mahnısı
Qazandı
Yaradıcı heyət
Söz: Vüqar Əbdülov
Bəstəkar: Stefan Mgebrişvili
Aranjiman: Aleko Berdzenişvili
Rejissor. Nestan Sincikaşvili
Operator: Levan Likiaşvili
Aktyorlar: Nugo Shonia, Nicat Kazımov
Style: Rüfət İsmayıl
Makiyaj: Ruxa
Saç: Umud
Fotoqraf: Kamran Aydınov
Direktor: Şahin Qurbanov
Menecer: Naid Şadxan
Musiqi prodüseri : Stefan Mgebrişvili
Baş prodüser : Aygün Kazımova
Mahnının çıxış tarixi
Ölkə
Tarix
Format(lar)
Yayımcı şirkət
Dünya miqyasında
27 avqust 2017
Dijital yükləmə
Tivi Media ("Aygun Music" adına)
Dünya miqyasında
7 sentyabr 2018
Dijital yükləmə
Tivi Media ("SS Production" adına) (Remake Versiya)
4 iyun 2021-ci ildə Gürcüstanın "Night Show Band" adlı musiqi qrupu mahnını gürcü dilində "Mənim ürəyim sənin ürəyindir" (gürcücə "ჩემი გული შენი გული") adı ilə təqdim etmişdir. Gürcü versiyasının sözləri mahnının bəstəkarı Stefan Mgebrişviliyə aiddir.
Xarici keçidlər
S.U.S. (Rəsmi Musiqi Videosu)
İstinadlar
S.U.S. itunesdə 2017-09-14 at the Wayback Machine İstifadə tarixi: 18.05.2021
Aygün Kazımova - S.U.S. (Discogs) 2021-02-26 at the Wayback Machine İstifadə tarixi: 12.05.2021
Aygün Kazımovanın "Sus" klipi sosial şəbəkələrdə böyük əks-səda doğurdu - VİDEO 2021-06-06 at the Wayback Machine İstifadə tarixi: 06.06.2021
"Xalq artisti hamam xalatında: "Özümü yenidən sıfırladım"". 2021-02-09 tarixində . İstifadə tarixi: 2021-02-02.
"İlin ən yaxşı mahnısı seçildi". 2021-02-07 tarixində . İstifadə tarixi: 2017-12-31.
. 2018-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-01.
Aygün Kazımova: “Məndən “küçük“ yox ha, kiçik sevgilim olub“
"Aygün Kazımova: "Məndən "küçük" yox ha, kiçik sevgilim olub" - FOTO - VİDEO". 2017-09-07 tarixində . İstifadə tarixi: 2021-01-27.
"İradə Ibrahimova Hit paradda Günay İbrahimliyə nələr dedi, Rəhimlə nəyi bölə bilmədi və kimi uzaqlaşdırdı". 2021-02-01 tarixində . İstifadə tarixi: 2021-01-27.
"Tunzale ve Aygun Kazimovanin Baki payizi qalmaqali, Nigar Camalin uzaqlasma sebebi ve Samir Cavadzadə". 2018-03-09 tarixində . İstifadə tarixi: 2021-01-27.
"Rəhim Röya ilə bitən dostluğundan, Günelə olan qəzəbindən, Kərimlə düşmənçiliyindən danışdı". 2021-02-01 tarixində . İstifadə tarixi: 2021-01-27.
Hit Paradin qonagi Govher Hesenzade calisdigi senetcinin sesini tanimadi ve gorun kimi uzaqlasdirdi
"Natavan Həbibi Hit paraddan kimi uzaqlaşdırdı? Kimin ifasını plagiat adlandırdı?". 2021-01-31 tarixində . İstifadə tarixi: 2021-01-27.
"Səidə Sultan Hit Paradın altını üstünə çevirdi. Manananı uzaqlaşdırıb digərlərinə nələr dedi". 2021-02-01 tarixində . İstifadə tarixi: 2021-01-27.
"Günay İbrahimli Xumar Qədimovanı Hit Paraddan uzaqlaşdırıb həmkarları haqqında görün nələr dedi". 2021-02-01 tarixində . İstifadə tarixi: 2021-01-27.
Aygün Kazımova - 30 il! / 22 sentyabr / Baku Crystal Hall (Anons)
"Aygün Kazımova keçən il nələr edib?". 2023-07-28 tarixində . İstifadə tarixi: 2021-02-02.
"Aygün Kazımova SUS hiti ilə "İlin Mahnısı" mükafatına layiq görüldü". 2021-02-06 tarixində . İstifadə tarixi: 2021-01-26.
"Айгюн Кязимова презентовала русскую версию мегахита «Sus» (ВИДЕО)". 2021-12-18 tarixində . İstifadə tarixi: 2021-02-02.
"Aygünün "Sus"unu bir də belə dinləyin - VİDEO". 2021-12-18 tarixində . İstifadə tarixi: 2021-01-27.
""Altın Kelebek"in bir-birini həzm edə bilməyən Azərbaycan birinciləri - Aygün və Röya - FOTO - VİDEO". 2021-02-08 tarixində . İstifadə tarixi: 2021-01-26.
"Айгюн Кязимова ответила всем, кто осуждает ее за клип SUS – ФОТО – ВИДЕО". 2021-02-06 tarixində . İstifadə tarixi: 2021-01-27.
"Xalq artisti Aygün Kazımova "Sus" adlı yeni mahnısına çəkdirdiyi klipindən ilk görüntüləri yayıb". 2021-02-01 tarixində . İstifadə tarixi: 2021-01-27.
"ŞOK! Aygün Kazımovanın yataqda cavan oğlanla +18 GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO". 2021-02-01 tarixində . İstifadə tarixi: 2021-01-27.
S U S azerbaycanli mugenni Aygun Kazimovanin mahnisidir Mahni 27 avqust 2017 ci ilde Aygun Music etiketiyle satisa cixarilmisdir Mahninin sozleri meyxanaci Vuqar Ebdulova musiqisi gurcustanli bestekar Stefan Mgebrisviliye aiddir Mahninin musiqi produserli Stefan Mgebrisvili bas produseri ise ifacinin ozudur Musiqi tenqidcileri mahniya musbet reaksiya vererek mahnini Aygun Kazimovanin Baku Crystal Hall konsert zalinda vereceyi adli solo konserti ucun ela piar oldugunu ve celbediciliyini teriflemisler S U S ucun cekilen musiqi videosu Baki seherinde gurcustanli rejissor Nestan Sincikasvili terefinden cekilmis ve 27 avqust 2017 ci il tarixinde YouTubeda premyerasi edilmisdir Aygun Kazimovanin yungul exlaqli heyat terzi keciren bir qadinin heyatini canlandirmasi cox sayda muxtelif reyler almisdir S U S Aygun Kazimova terefinden Duy albomunda ifa olunmus sinqlYayimlanma tarixi 27 avqust 2017Janr popDil azerbaycancaMuddet 03 52Produser Stefan MgebrisviliBestekar Stefan MgebrisviliSozlerin muellifi Vuqar EbdulovStudiya Bravo Studio Tiflis GurcustanAygun Kazimova sinqllarinin xronologiyasi S U S 27 avqust 2017 Cucelerim Kakhaberi Version Audio numunesiVideoklip S U S Videoklip Pust S U S rusca Fon ve yazilmaAygun Kazimova 2004 2011 ci illerde meyxanaci mugenni Namiq Qaracuxurlu ile 10 dan cox duet ifa etmis ve ikili sexsi heyati ile gundemde olmusdur Aygun Kazimovanin oz caz pop rock soul ve R amp B terzinden uzaqlasmasi ve daha cox Namiq Qaracuxurlu ile pop folk terzinde ifa etmesi onun dinleyicileri arasinda naraziliqla qarsilanmisdir Senete geldiyi ilk illerde Eldar Mansurov Vaqif Gerayzade ve Cavansir Quliyevin eserlerini ifa eden pop diva artiq yeni bestekarlarla calismaya baslamis ve turk aranjimani ile mahnilarini teqdim etmisdir Bununla beraber Turkiyede turk dilinde bir nece layihe heyata kecirmisdir Aygun Kazimovanin zamanla duzgun komanda ile ile calismamasi onun kariyerasinda enmelere sebeb olmusdur Turkiyedeki musiqi sirketleri ile isbirliyini sonandiran Xalq artisti gurcustanli produserlerle calismaya baslamisdir Gurcustani 2009 cu ilde Eurovision mahni musabiqesinde temsil etmek haqqi qazanan gurcu bestekar mugenni Stefan Mgebrisvili ile Aygun Kazimova 2016 ci ilde Gurcustanda tanis olmus ve ikili yeni bir layihe etmek haqqinda raziliga gelmisdirler 2011 ci ilde Namiq Qaracuxurludan ayrilan Aygun Kazimova yeniden 2017 ci ilde SS Production sirketi ile calismaya baslamisdir Aygun Kazimova SS Production ile 2001 2004 cu illerde emekdasliq etmisdir Mehs bu iller Aygun Kazimovanin partlayis etdiyi iller sayilir Pop diva leqebli ifacini zamanla hem izleyiciler hem de senet adamlari tenqid etmis ve onun zamanla gerilediyini ifade etmisler Haqli iradlardan netice cixaran Xalq artisti 28 fevral 2017 ci ilde instagram sosial sebekesindeki oz hesabinda Crystal hall daki konsertime 6 ay qalib Yaradici isler artiq yanvardan baslayib proses gedir Men ise ozumu yeniden sifirlayib basqa bir terzde gormek isteyirem Cunki qarsima ele bir meqsed qoymusam ki ozum ozumu on defe ustelemeliyem Her seye saglamligimdan baslamaliyam Bunun ucun muxtelif olkelere sefer etmeliydim Bu da meni yoracaqdi Amma bir yaxinimin mesleheti ile burada qalib her seye burada nail olacam sozlerini yazmisdir Ilk once komandasini geyim ve musiqi terzini deyisen ifaci bir muddet gozlerden uzaqlasmisdir Netice olaraq 2017 ci ilde isiq uzu goren S U S sinqli metbuatda Aygun Kazimova geri qayitdi basligi ile teqdim edilmisdir Aygun Kazimova 2012 ci ilde sozleri meyxanaci Vuqar Ebulova ve musiqisi ise Haci Nazime aid olan Gel donek evimize balladini ifa etmisdir Lakin mahninin piyari zeif oldugu ucun mahni hit ola bilmemisdir Amma buna baxmayaraq pop diva bu layihede de meyxanaci Vuqar Ebdulovla emekdasliq etmisdir Mahninin sozleri meyxanaci Vuqar Ebdulova musiqisi gurcustanli bestekar Stefan Mgebrisviliye aiddir Mahni Gurcustanin Tiflis seherinde yerlesen Bravo Records adli sesyazma studiyasinda lente alinmisdir Mahninin musiqi produseri Stefan Mgebrisvili bas produseri ise Aygun Kazimovadir S U S Azerbaycan dilinde seslenen bir pop mahnisidir 7 Sentyabr 2018 ci ilde SS Production terefinden Aygun Kazimovanin Duy adli EP albomunda mahninin remake versiyasi yayimlanmisdir Mahni 30 dekabr 2017 ci ilde Soyuq eller isti urekler xeyriyye yarmarkasinda Azad Azerbaycan radiosu 106 3 FM terefinden Milli dalga 2017 mukafatina layiq gorulmusdur Tenqidler Men de bu klipi Azerbaycan xanimina yarasdirmiram Kim dedi ki men Azerbaycan qadininin obrazini canlandirmisam Burada qadin taleyinden sohbet gedir Neinki Azerbaycan hec bir qadina yarasdirmiram qiymiram Istemirem ve istemerem arzu etmerem Aygun Kazimovanin adli konsert porqramindan once Qafqazinfo ya musahibesi zamani klip haqqindaki fikirleri Musiqi tenqidcileri ve populyar ifacilar mahniya muxtelif fikirlerle yanasmislar Mugenni Irade Ibrahimova mahni haqqinda Sevildi bu mahni bu klip de cox sevildi Men cox sevdim bu mahnini klipi de Ve orda Aygun xanimin emelli basli aktrisa kimi orda rolu var Xalq artisti bestekar mugenni Tunzale Agayeva mahni haqqinda Beyinlerdedir dillerdedir Jamiroquai mene xatirladan bir terzdir Jamiroquai cox sevirem Bu mahnini xususi bir diqqetle dinleyirdim Maraqli mahnidir menim ucun Aygun xanima cox yarasan bir mahni oldu Mugenni Rehim Rehimli mahni haqqinda Bu mahni hitdir Bu mahni 100 de 100 hitdir Bu mahninin aranjimani masterinqi mohtesemdir Her bir seyi mohtesemdir Bestekar Govher Hesenzade mahni haqqinda Yene etiraf edeceyem mahni Aygunu bu gun gundemde saxlamayacaq Aygun Kazimova o mahnini gundeme getirecek Mugenni Natevan Hebibi mahni haqqinda Mahni cox qesengidir Menim uslubuma cox yaxindir ona gore de cox beyenmisem Minorun ustunde ritmik mahnidir Bu menim uslubuma cox yaxindir Ona gore de beyenmiye bilmezdim Mahni ozu qesengdir ifa qesengdir aranjiman superdir klip bomba klipdir Kim ne deyir desin Mugenni Seide Sultan mahni haqqinda S U S reperturina cixanda Aygun xanimin men dedim ki Aygun geldi Mugenni Gunay Ibrahimli mahni haqqinda Ses sedaya sebeb oldu o goruntuler Cox reyler geldi dasladilar tenqidler oldu Guzgu olaraq teqdim edib ki bele heyatlar da var Beli Bestekar mugenni Murad Arif oz resmi twitter hesabinda mahni haqqinda Etiraf edirem ki ilin 1 nomreli klipi Aygunun SUS klipi oldu sonra ise PARTLAT Teleqraf saytinin muxbiri Arzu Murad layiheni serh ederken Aygun Kazimovanin 18 acligi basligi ile paylasaraq Aygun Kazimovani keskin sekilde tenqid etmis ve Xalq artisti fexri adina sahib bir ifaciya yarasdirmadigini bildirmisdir Tanitimi ve musiqi videosuAygun Kazimovanin 22 sentyabr 2017 ci ilde bas tutan adli solo konsertinin anonsunda mahnidan istifade edilmisdir Anonsda Azerbaycanin sou tarixinin sifirlanib yeniden yazilmasinin sahidi olacagiq ifadesi seslenen zaman arxa fonda pop divanin ifasindaki S U S mahnisindan istifade edilmisdir Aygun Kazimova mahnini ilk once adli solo konsertinde canli ifa etmisdir Baku Crystal Hallindaki cixisi zamani fransali rejissor ve xoreqraf Reda Bentifur mahni ucun xususi sou qurmusdur Pop diva konsertin sonunda mahnini ifa etmisdir Sehnede 11 reqqasin musayeti ile teqdim etdiyi mahninin sehne sousunda xoreqrafin ozu de sehnede meharetini numayis etdirmisdir Reqqaslarla reqs elementlerini icra eden ifaci Resad Hasimovun basciligi ile Rast qrupunun musayetinde canli ifasi ile diqqetleri ozunde cemlesdirmeyi bacarmisdir Pop artist mahnini Baku Crystal Hall sehnesinde Rufet Ismayil imzali ag rengli libasda ifa etmisdir Aygun Kazimova 2017 ci ilde enenevi olaraq Fevvareler meydaninda Nargis Fund un tesebbusu ile Soyuq eller isti urekler xeyriyye yarmarkasinda Azad Azerbaycan radiosu ile 106 3 FM terefinden heyata kecirilen Milli dalga 2017 mukafatlandirma merasiminde ifa etmisdir Mukafatlandirma merasiminde S U S sinqli Ilin Mahnisi secilmisdir Mukafatlandirma gecesinde Azad Azerbaycan TV MTRK nin Radio qruplari uzre vitse prezidenti 106 ve 106 3 FM radiostansiyalarinin direktoru Arzu Ceferova metbuata musahibesinde O layiqdir bu mukafata gozel konsert kecirilib o boyda Crystal Hall da Bu il Aygun Kazimovaya verilecek Milli dalga mukafati sozlerini demisdir 2018 ci ilin 29 iyulunda mahninin rusca verisiyasini Zhara musiqi festivalinda teqdim etmisdir Mahninin rusca sozlerinin muellifi Evgeniya Trubacovaya aiddir Mahni rusca Pust adi ile teqdim olunmusdur 1 dekabr 2018 ci ilde Baku Elektra Events Hall da fransali musiqici David Vendetta ve gurcustanli produser bestekar Kahaberi ile verdiyi adli konsertinde Duy adli albomunu ve mahninin remake versiyasini teqdim etmisdir adli konsertde mahni ucun italiyali xoreqraf Francesca Lavecchia reqs qurmusdur Aygun Kazimova mahnini sehnede ifa ederken konsertde yerli ve xarici reqqaslarla birlikde qurduqlari sou ile teqdim etmisdir Daha sonra 2018 ci ilde her il enenevi olaraq Turkiyede teqdim edilen Altin Kelebek mukafatlandirma merasiminde mahninin remake versiyasini ifa etmisdir S U S ucun lente alinan musiqi videosu gurcustanli Nestan Sincikasvili terefinden Baki seherinde iki gun erzinde cekilmisdir Mahniya klipi ceken gurcu rejissor metbuata aciqlamasinda bu fikirleri bildirmisdir Evvela Aygun Kazimovanin cox musbet bir insan oldugunu ve en esasi gozel ve istedadli bir aktrisa oldugunu soylemeliyem Men onun isinden cox memnunam Daha sonra rejissor klip haqqinda Hekayemize geldikde mene ele gelir ki tamasacilar videonun gorunusu nden cox mezmunu barede bir az dusunseydiler yaxsi olardi SUS butun qadinlar kimi sevmek ve sevilmek isteyen fahisenin hekayesidir lakin onun heyati onun seciminde serbest olmaga imkan vermir Qadin bir gencle tanis olub asiq olanda normal heyata qayida bilmeyeceyini ve neyise deyisdirmeyin gec oldugunu basa dusur Belke de heyatin cetinliklerine dozmeye teslim olmamaga ve yoxuslu yola getmemeye deyer Demek ve gostermek istediyimiz budur Klipdeki geyimler yungul exlaqli heyat terzi keciren bir qadinin gece terzinden ilham alinaraq hazirlanmisdir Geyimler azerbaycanli modelyer dizayner Rufet Ismayilin kolleksiyasindandir Aygun Kazimovanin makiajini Ruxa leqebli Ruhengiz Eliyeva etmisdir Mahninin ilk tanitimini Aygun Kazimova resmi instaqram hesabinda klipden bir foto paylasaraq Bu da yeni oyun Ve deyisilmeyen oyuncu sizin Aygun Tezlikle S U S serhini yazmisdir Novbeti gun pop diva instaqram hesabinda klipin 20 saniyelik tizerini paylasmisdir Daha sonra klip tam olaraq 27 avqust 2017 ci il tarixinde Aygun Kazimovanin sexsi YouTube hesabinda teqdim edilmisdir Klip YouTubeda teqdim edildikden sonra 1 gun icinde 100 000 den cox baxis elde etmis ve Azerbaycan ve Gurcustanin YouTube Trendine girmisdir Mezmunu Klip Aygun Kazimovanin gece yol kenarinda qara kare parik sac qisa cins sort ve hundurdaban ayaqqabilarla prospekt boyu yuruyusu ile baslayir Aygunun yoldan kecen avtomobile yaxinlasaraq sohbet etmesi gosterilir Avtomobildeki sexs Aygunle anlasa bilmir ve surucu yoluna davam edir Ilk bendin baslamasi ile kadrda Aygunun uzerinde qara qisa etek qara koynek tor corab ve uzerinden uzun cekme geyinmis terzde yasadigi kohne evin dehlizinden geceye hazirlanmasi gosterilir ve yasadigi evin heyetinden asilmis guzguden ozune goz gezdirir Guzguye baxdigi goruntu sinqlin sosial platformadaki qapaq sekli kimi istifade edilmisdir Ayna qarsisinda ozune baxan Aygunden arxada ariq bir sexs oturmus ve diqqetle Aygunu izleyir Aygun ise ona ehemiyyet vermeden yene aynadan ozune ceki duzen verir Yasadigi 155 nomreli evin qapisindan cixarken divarda D QF EQ kimi isareler yazilmisdir Qapinin qarsisinda eylesen ve basinda qara kelegayi olan qoca qadin Aygunu diqqetle izleyir ve onun arxasindan tupurur Qoca qadinin tupurmesi ile neqerat balayir Bundan sonra Aygun parkdaki ve parkin kenarindaki kisileri ozune cezb etmek ucun muxtelif hereketler edir Daha sonra yolun kenarinda dayanan bir avtomobile yaxinlasir ve avtomobilin arxa terefinde oturan qoca eynekli ve kostyum geyinmis kisi ile danismaga baslayir Hemin sexsle raziliga gelib avtomobile eylesir Novbeti kadrda ikilinin otelin dehlizinden otel otagina yuruyusu gosterilir Otel otaginda Aygunun stullarin uzerine uzanmasi ve kisinin Aygune yaxinlasmasi gosterilir Aygunun qoca kisiden qacaraq hamam otagina girmesi ve qapini baglamasi ve qoca kisinin qapini yumruqlamasi gosterilir Hamam otaginda Aygunun ciddi baxislarla guzguden ozune baxmasi ve saclarini duzeltmesi gosterilir Hamam otagindan guleruz cixan Aygun ozunu otagin divarina soykeyerek saxta tebessumlerle qoca kisiye baxir Kadr kisinin mayka ile ekrana yaxinlasmasi ve Aygun yataqda uzanan zaman kisinin yatagin uzerine 400 dollar atmasi ile bitir Novbeti gecenin kadrlarinda Aygun yene prospekt boyu uzunsacli qisa cins sort zerli koynek ve hundurdaban ayaqqabi ile prospekt boyu avtomobillere yaxinlasir Aygun yolun kenarinda dayanan zaman qara avtomobil Aygune yaxinlasir Kadr avtomobili idare eden Emekdar artist Nicat Kazimovun Aygunle danismasi ve Aygunun onun avtomobile oturmasi ile bitir Yasli kisi ile olan sehneden sonra ozume gele bilmirdim O rolda olmaq mene cox pis tesir etmisdi Burada sohbet Aygun Kazimovadan yox bir obrazda cemlenen minlerle qadindan gedir Bilirem ki bu klipe baxanda cox xanimlar bir seyler hiss edecek susacaq Bu yegane pesedir ki xosbextlikden secilmir Hemin sehneden sonra cox agladim gozumun yasi qurudu Ele bir movzudur ki buna baxandan sonra her kes gerek dogrudan da sussun Aygun Kazimovanin ATV Maqazin 10larla verlisine musahibesi Aygun ve Nicatin otele gelmesi ve ikilinin isti gorutuleri kadrlarda gosterilir Ikinci bend baslayan zaman Aygun yene gece yol kenarinda derin qara dekolteli koynek qisa cins sort hundurdaban ayaqqabi ve qara parikle yeriyir Yol kenarinda dayanan zaman Hyundai markali ag avtomobil Aygune yaxinlasir Aygun avtomobilin penceresinden surucu ile sohbet edir Aygun avtomobile eylesir ve avtomobil hereket eden zaman ikili sohbet edir Surucunun avtomobilde cinsi elaqede olmaq istemesi Aygunun razilasmamasi ikili arasinda mubahiseye sebeb olur Surucu Aygunle zorla munasibetde olmaq istese de Aygun surucuye cantasi ile vuraraq avtomobilden qacir ve avtomobildeki sexs yoluna davam edir Aygun ise yoluna tedirgincesine davam edir Novbeti kadrda Bakinin merkezi kucelerinin birinde arxa fonda hicabli qadin iki usaqla yeriyen zaman Aygun uzerinde ag uzun paltar gozunde eynek ve saclari yigilmis terzde yolun sag terefine baxmadan qarsiya kecerken genc oglanin idare etdiyi motosiklet Aygune xesaret yetirir Motosikletci pop divanin 22 sentyabr 2017 ci il adli solo konsertindeki gurcustanli reqqas Nugo Shoniadir Daha sonra Aygun ve Nugo motosiklete eyleserek Baki kucelerini dolasir Novbeti kadrlarda Baki gecelerinde Aygunun basinda bandana ve beyaz paltarla sevgilisi Nugo ile sevgi dolu goruntuleri gosterilir Bundan sonra ikilinin yataqdaki gorutuleri numayis etdirilir Aygun sevgilisinin sinesinden operek yaricilpaq halda hamam otagina gedir aglayir ve gozundeki linzani cixardir Telefonla sevgilisinin yatmis halda seklini cekir ve aglayaraq otagi terk edir Sevgilisi ile qaldigi mekani terk eden Aygunun soragi gece klublarinin birinden gelir Qemgin halda viski icen Aygun daha sonra avtomiline eylesir Avtomobilini tehlukesizlik kemerini taxmadan idare etmeye baslayir aglayaraq pul qarsiliginda yasadigi xos olmayan gunleri sevgilisi ile tanis oldugu ve yasadigi sevgi dolu anlari xatirlayir Telefonla sevgilisinin yatmis halda cekdiyi sekile baxan Aygunun basi avtomobilinin sukanina deyir O idareetmeni itirir ve klip qeza sesi ile bitir Karlarda Aygun Kazimovanin olmesi ve ya sag qalmasi gosterilmir Hit parad gostericileriMahni cixis gunu yeni 27 sentyabr 2017 ci ilde iTunes Azerbaycanin butun kateqoriyalarinda 1 ci olmusdur Mahni hemcinin Deezer musiqi platformasinda Azerbaycan uzre 1 ci yere qeder yuksele bilmisdir Mahniya cekilen klip YouTube uzre Azerbaycanda 1 ci Gurcustanda 97 ci pilleye yukselmisdir Mahni ATV nin heftelik yayimladigi ATV TOP 15 hit paradinda ve Lider TV nin yayimladigi Lider TV Top 10 heftelik siyahisinda 1 ci olmusdur Mahni hemcinin lyricstranslate com adli mahni sozleri axtaris saytinda dunya uzre birinci olmusdur Mahniya cekilen klip Eurovision Fanlarinin Beynelxalq Sebekesi INFE Network un kecirdiyi INFEVision Video Musabiqesi 2017 de Azerbaycan Avroviziya Fan klubu INFE Azerbaijan i temsil etmisdir Klip 14 olke arasinda 6 ci olmusdur Mugenninin 10 dekabr 2018 ci ilde Turkiyede teqdim edilen Altin Kelebek mukafatlanidrma merasiminde mahninin remake versiyasini ifa etmesi Turkiyenin Shazam Music Charts pillesine daxil olmusdur Mahninin remake versiyasi 2020 ci ilde Turkiyenin iTunes Pop Music kateqoriyasinda 134 pilleye qeder yukselmisdir Mahninin dunya uzre ilk yayimcisi TiVi Media sirketi olmusdur Mahni Aygun Music etiketiyle TiVi Media adi altinda satisa cixarilmisdir Daha sonra Aygun Kazimovan TiVi Media ile muqavileye xitam vermis ve TiVi Media ile calisdigi zaman teqdim etdiyi butun sinql ve albomlari sosial platformalardan silmek mecburiyyetinde qalmisdir Aygun Kazimova TiVi Media ile emekdasligina son qoyaraq basqa bir yayimci sirket olan WediaCorp Music le emekdasliq etmeye baslamisdir Mahni uzun muddet musiqi platformalarinda olmamisdir Bas veren anlasilmazliq mahninin satis reqemlerine cox boyuk menfi tesir gostermisdir WediaCorp Music le emekdasligina son qoyan ifaci Baku CMS partneri ile calismaya baslamisdir Evvelki hal yene yasanmis ve ifacinin butun albom ve sinqllari reqemsal platformalardan silinmisdir Bu proses aylarla davam etmis ve ifacinin diskoqrafiyasi yeniden reqemsal mediada Baku CMS partnyor sirketin etiketiyle yayimlanmisdir Mahni daha onceki taleyini yeniden yasamis ve reqemsal platformalardan silinmisdir 20 oktyabr 2021 ci ilde Beat Music etiketiyle satisa cixarilmisdir KompozisiyalariDigital Single Version S U S 3 52 Digital Remake Version S U S Remake 4 06MukafatlarSiyahida eksiklik var tamamlamaga komek edin Milli dalga Tarix Namized gosterilen is Mukafat Netice2017 S U S Ilin mahnisi QazandiYaradici heyetSoz Vuqar Ebdulov Bestekar Stefan Mgebrisvili Aranjiman Aleko Berdzenisvili Rejissor Nestan Sincikasvili Operator Levan Likiasvili Aktyorlar Nugo Shonia Nicat Kazimov Style Rufet Ismayil Makiyaj Ruxa Sac Umud Fotoqraf Kamran Aydinov Direktor Sahin Qurbanov Menecer Naid Sadxan Musiqi produseri Stefan Mgebrisvili Bas produser Aygun KazimovaMahninin cixis tarixiOlke Tarix Format lar Yayimci sirketDunya miqyasinda 27 avqust 2017 Dijital yukleme Tivi Media Aygun Music adina Dunya miqyasinda 7 sentyabr 2018 Dijital yukleme Tivi Media SS Production adina Remake Versiya Dunya miqyasinda 6 mart 2020 Dijital yukleme WediaCorp Music Aygun Kazimova adina Dunya miqyasinda 8 iyun 2021 Dijital yukleme Baku CMS Aygun Kazimova adina Dunya miqyasinda 20 oktyabr 2021 Dijital yukleme Beat Music Aygun Kazimova adina Hit paradSiyahi En yuksekATV Top 15 siyahisi 1Azerbaijani iTunes top 100 Songs 1Lider TV Top 10 siyahisi 1ATV maqazin onlarla Hit parad 1Deezer Top 10 Azerbaijan 1Youtubeda popular Azerbaycan Top 100 1Youtubeda popular Gurcustan Top 100 97INFEVision Video Contest 2017 6YouTube Azerbaijan Weekly Chart 6Shazam Most Shazamed Songs Turkey 267Turkey iTunes Top 200 Songs 137Diger versiyalari4 iyun 2021 ci ilde Gurcustanin Night Show Band adli musiqi qrupu mahnini gurcu dilinde Menim ureyim senin ureyindir gurcuce ჩემი გული შენი გული adi ile teqdim etmisdir Gurcu versiyasinin sozleri mahninin bestekari Stefan Mgebrisviliye aiddir Xarici kecidlerS U S Resmi Musiqi Videosu IstinadlarS U S itunesde 2017 09 14 at the Wayback Machine Istifade tarixi 18 05 2021 Aygun Kazimova S U S Discogs 2021 02 26 at the Wayback Machine Istifade tarixi 12 05 2021 Aygun Kazimovanin Sus klipi sosial sebekelerde boyuk eks seda dogurdu VIDEO 2021 06 06 at the Wayback Machine Istifade tarixi 06 06 2021 Xalq artisti hamam xalatinda Ozumu yeniden sifirladim 2021 02 09 tarixinde Istifade tarixi 2021 02 02 Ilin en yaxsi mahnisi secildi 2021 02 07 tarixinde Istifade tarixi 2017 12 31 2018 03 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 01 01 Aygun Kazimova Menden kucuk yox ha kicik sevgilim olub Aygun Kazimova Menden kucuk yox ha kicik sevgilim olub FOTO VIDEO 2017 09 07 tarixinde Istifade tarixi 2021 01 27 Irade Ibrahimova Hit paradda Gunay Ibrahimliye neler dedi Rehimle neyi bole bilmedi ve kimi uzaqlasdirdi 2021 02 01 tarixinde Istifade tarixi 2021 01 27 Tunzale ve Aygun Kazimovanin Baki payizi qalmaqali Nigar Camalin uzaqlasma sebebi ve Samir Cavadzade 2018 03 09 tarixinde Istifade tarixi 2021 01 27 Rehim Roya ile biten dostlugundan Gunele olan qezebinden Kerimle dusmenciliyinden danisdi 2021 02 01 tarixinde Istifade tarixi 2021 01 27 Hit Paradin qonagi Govher Hesenzade calisdigi senetcinin sesini tanimadi ve gorun kimi uzaqlasdirdi Natavan Hebibi Hit paraddan kimi uzaqlasdirdi Kimin ifasini plagiat adlandirdi 2021 01 31 tarixinde Istifade tarixi 2021 01 27 Seide Sultan Hit Paradin altini ustune cevirdi Mananani uzaqlasdirib digerlerine neler dedi 2021 02 01 tarixinde Istifade tarixi 2021 01 27 Gunay Ibrahimli Xumar Qedimovani Hit Paraddan uzaqlasdirib hemkarlari haqqinda gorun neler dedi 2021 02 01 tarixinde Istifade tarixi 2021 01 27 Murad Arif Twitterde Aygun Kazimovanin 18 acligi Video 2017 09 05 tarixinde Istifade tarixi 2021 01 27 Men ayaga qalxdim sukut pozuldu canim Aygun Kazimova 2017 11 08 tarixinde Istifade tarixi 2021 02 02 Aygun Kazimova 30 il 22 sentyabr Baku Crystal Hall Anons Aygun Kazimova kecen il neler edib 2023 07 28 tarixinde Istifade tarixi 2021 02 02 Aygun Kazimova SUS hiti ile Ilin Mahnisi mukafatina layiq goruldu 2021 02 06 tarixinde Istifade tarixi 2021 01 26 Ajgyun Kyazimova prezentovala russkuyu versiyu megahita Sus VIDEO 2021 12 18 tarixinde Istifade tarixi 2021 02 02 Aygunun Sus unu bir de bele dinleyin VIDEO 2021 12 18 tarixinde Istifade tarixi 2021 01 27 Altin Kelebek in bir birini hezm ede bilmeyen Azerbaycan birincileri Aygun ve Roya FOTO VIDEO 2021 02 08 tarixinde Istifade tarixi 2021 01 26 Ajgyun Kyazimova otvetila vsem kto osuzhdaet ee za klip SUS FOTO VIDEO 2021 02 06 tarixinde Istifade tarixi 2021 01 27 Xalq artisti Aygun Kazimova Sus adli yeni mahnisina cekdirdiyi klipinden ilk goruntuleri yayib 2021 02 01 tarixinde Istifade tarixi 2021 01 27 SOK Aygun Kazimovanin yataqda cavan oglanla 18 GORUNTULERI YAYILDI VIDEO 2021 02 01 tarixinde Istifade tarixi 2021 01 27 Aygun Kazimovanin cilpaq oglanla sok goruntusu yayildi FOTO 2021 07 31 tarixinde Istifade tarixi 2021 01 27 Aygun Kazimova fahise obrazinda Fotolar Video 2021 01 20 tarixinde Istifade tarixi 2021 01 27 Aygun bir gunde 100 min qazandi video 2017 08 30 tarixinde Istifade tarixi 2017 08 31 Aygun zirvede VIDEO olu kecid Bu da Aygunun fahise oldugu klip Video 2021 01 19 tarixinde Istifade tarixi 2021 01 27 Bu da Aygunun erotik klipi Video 2021 03 06 tarixinde Istifade tarixi 2021 01 27 Aygun Kazimova qoca kisi ile sehneden danisdi ozume gele bilmirdim cox agladim 2021 01 31 tarixinde Istifade tarixi 2021 01 26 Azerbaijan Deezer Top 10 2018 05 30 tarixinde Istifade tarixi 2017 11 23 Aygun Kazimova Itunes da birincidir VIDEO 2021 02 01 tarixinde Istifade tarixi 2021 01 28 2018 02 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 11 13 2017 12 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 11 17 Aygunun qalmaqalli klipi birinci oldu 2021 02 13 tarixinde Istifade tarixi 2021 02 02 Aygunun qalmaqalli klipi INFEVision da 2019 06 10 tarixinde Istifade tarixi 2021 01 27 INFEvision Video Contest 2021 10 28 tarixinde Istifade tarixi 2021 01 27 INFEVision Video Contest FInal Aygun Kazimova S U S AllMusic 2020 11 13 at the Wayback Machine Istifade tarixi 12 05 2021 Aygun Kazimova S U S Discogs 2021 03 02 at the Wayback Machine Istifade tarixi 12 05 2021 Aygun Kazimova SUS hiti ile Ilin Mahnisi mukafatina layiq goruldu 2021 02 06 at the Wayback Machine Istifade tarixi 06 06 2021 S U S Remake 2021 02 02 tarixinde Istifade tarixi 2021 02 02 ATV Top 15 siyahisi 2018 02 04 at the Wayback Machine 13 noyabr 2017 tarixinde yukselmisdir Azerbaijani iTunes top 100 siyahisi olu kecid 27 sentyabr 2017 tarixinde yukselmisdir Lider Top 10 siyahisi 2017 12 14 at the Wayback Machine 12 noyabr 2017 tarixinde yukselmisdir ATV maqazin onlarla HIT PARAD 2018 05 29 at the Wayback Machine 19 noyabr 2017 tarixinde yukselmisdir Deezer Top 10 2018 05 30 at the Wayback Machine 27 sentyabr 2017 tarixinde yukselmisdir Youtubeda popular Azerbaycan Top 100 2018 05 29 at the Wayback Machine 29 avqust 2017 tarixinde yukselmisdir Youtubeda popular Gurcustan Top 100 2018 05 29 at the Wayback Machine 1 sentyabr 2017 tarixinde yukselmisdir INFEVision Video Contest 2017 2021 03 05 at the Wayback Machine dekabr 2017 tarixinde yukselmisdir YouTube Azerbaijan Weekly Chart 2017 tarixinde yukselmisdir Shazam Most Shazamed Songs Turkey 2022 10 01 at the Wayback Machine 14 dekabr 2018 tarixinde yukselmisdir Turkey iTunes Top 200 Songs 27 iyun 2020 tarixinde yukselmisdir გელა გნოლიძე amp ღამის შოუს ბენდი ჩემი გული შენი გული 2021 06 05 at the Wayback Machine Istifade tarixi 06 06 2021 Aygun Kazimovanin Sus u gurcu dilinde Video 2021 06 06 at the Wayback Machine Istifade tarixi 06 06 2021