Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor.
Rəna Ağabəyli | |
---|---|
Rəna Ağaxan qızı Ağabəyli | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Atası | Ağaxan Ağabəyli |
Elm sahələri | Genetika, Biologiya |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | Professor |
Haqqında
Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.
1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.
R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
R.A.Ağabəyli əksəriyyəti xaricdə dərc olunmuş 200-dən çox elmi əsərlərin, o cümlədən 3 monoqrafiya, 4 kitab və 8 müəlliflik şəhadətnamələri və patentlərin müəllifidir. 1984-2011-ci illər ərzində alimin Rusiya, Ukrayna, Gürcüstan, Moldova, ABŞ, Böyük Britaniya, İsveçrə, Finlandiya, Türkiyə, Almaniya, Fransa, İtaliya, Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Avstraliya, Yaponiya və bir sıra başqa ölkələrdə Mutagenez və Kanserogenez, Antimutagenez və Antikanserogenez, Bioantioksidantlar və digər mövzularda keçirilmiş nüfuzlu beynəlxalq konfrans və konqreslərdə təqdim etdiyi məruzələr xüsusi diqqətlə qarşılanmışdır.
Onun elmi rəhbərliyi altında 5 fəlsəfə doktoru dissertasiya işi müvəffəqiyyətlə müdafiə olunmuşdur.
R.A.Ağabəyli AMEA Botanika İnstitutunun Elmi Şurasının üzvüdür. 2009-cu ilə qədər Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olmuş, 2009-cu ildən isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə Ekspert Şurasının işinə cəlb olunmuş və hazırkı günədək orada ekspert kimi fəaliyyət göstərir. Alim Azərbaycan Botaniklər Cəmiyyətinin, 1997-ci ildən Ksenobiotiklərin Tədqiqi üzrə elmi cəmiyyətin (İSSX, ABŞ), 2000-ci ildən İnsan və Biosfer (MaB, YUNESKO) Azərbaycan Milli Komitəsinin üzvü, həmçinin həmin komitənin “Ekoloji sivilizasiya, Davamlı inkişaf, Ətraf mühit” illik nəşri və Gürcüstanda dərc olunan “Annals of agrarian science” jurnalının redaksiya heyətinin üzvüdür.
R.A.Ağabəyli AMEA rəhbərliyi tərəfindən AMEA Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüşdür.
Həmçinin bax
İstinadlar
- "AĞABƏYLİ Rəna Ağaxan qızı - Azərbaycan Milli Ensiklopediyası". 2022-08-09 tarixində . İstifadə tarixi: 2021-11-23.
- Azərbaycan qadını ensiklopediyası. Bakı, 2002, s. 24
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rena Agabeyli 3 yanvar 1942 Kirovabad Genetik Biologiya elmleri doktoru professor Rena AgabeyliRena Agaxan qizi AgabeyliDogum tarixi 3 yanvar 1942 82 yas Dogum yeri GenceAtasi Agaxan AgabeyliElm saheleri Genetika BiologiyaElmi derecesi Biologiya elmleri doktoruElmi adi ProfessorHaqqindaRena Agaxan qizi Agabeyli 1942 ci il yanvar ayinin 3 de Gence seherinde taninmis ziyali Umumittifaq Kend Teserrufati Elmler Akademiyasinin muxbir uzvu professor Agaxan Agabeylinin ailesinde dunyaya gelmisdir 1965 ci ilde Azerbaycan Dovlet Universitetinin biologiya fakultesini bitirmisdir 1966 1969 cu illerde Azerbaycan EA Botanika Institutunun aspiranturasinda tehsil alarken Moskva seherine SSRI Elmler Akademiyasinin Umumi Genetika Institutuna ezam olunmusdur Muasir metodlara yiyelenerek boyuk elmi tecrube toplamis R A Agabeyli 1972 cu ilde Genetika ixtisasi uzre Yeni kompleksli kimyevi mutagenlerin sitoloji ve sitogenetik aktivliyinin tedqiqi movzusunda namizedlik dissertasiyasini ugurla mudafie etmisdir 1992 ci ilde Antioksidantlar ve antioksidant fermentler mutasiya prosesinin tenzimlenmesinde movzusunda doktorluq dissertasiya isini boyuk muveffeqiyyetle mudafie ederek biologiya elmleri doktoru alimlik derecesini almisdir R A Agabeyli 1972 ci ilden Azerbaycan EA Fizika Institutunun Fiziki kimyevi biologiya sektorunda boyuk elmi isci 1983 1987 ci illerde hemin sektorun elmi katibi vezifelerinde calismisdir 1980 ci ilde SSRI EA AAK nin qerari ile o bas elmi isci indiki dosent adina layiq gorulmusdur 1987 ci ilden etibaren onun elmi taleyi Botanika Institutuna baglanmis ve artiq 35 ildir ki fasilesiz olaraq bu elm ocaginda aparici elmi isci eksperimental mutagenez qrupunun rehberi kimi muxtelif vezifelerde calismis ve hazirda o Institutun Geobotanika sobesinin bas elmi iscisidir 2005 ci ilde o professor elmi adina layiq gorulmusdur R A Agabeyli ekseriyyeti xaricde derc olunmus 200 den cox elmi eserlerin o cumleden 3 monoqrafiya 4 kitab ve 8 muelliflik sehadetnameleri ve patentlerin muellifidir 1984 2011 ci iller erzinde alimin Rusiya Ukrayna Gurcustan Moldova ABS Boyuk Britaniya Isvecre Finlandiya Turkiye Almaniya Fransa Italiya Yunanistan Avstriya Macaristan Bolqaristan Avstraliya Yaponiya ve bir sira basqa olkelerde Mutagenez ve Kanserogenez Antimutagenez ve Antikanserogenez Bioantioksidantlar ve diger movzularda kecirilmis nufuzlu beynelxalq konfrans ve konqreslerde teqdim etdiyi meruzeler xususi diqqetle qarsilanmisdir Onun elmi rehberliyi altinda 5 felsefe doktoru dissertasiya isi muveffeqiyyetle mudafie olunmusdur R A Agabeyli AMEA Botanika Institutunun Elmi Surasinin uzvudur 2009 cu ile qeder Botanika Institutunun nezdinde fealiyyet gosteren Mudafie Surasinin uzvu olmus 2009 cu ilden ise Azerbaycan Respublikasi Prezidenti yaninda Ali Attestasiya Komissiyasinin biologiya ve kend teserrufati elmleri uzre Ekspert Surasinin isine celb olunmus ve hazirki gunedek orada ekspert kimi fealiyyet gosterir Alim Azerbaycan Botanikler Cemiyyetinin 1997 ci ilden Ksenobiotiklerin Tedqiqi uzre elmi cemiyyetin ISSX ABS 2000 ci ilden Insan ve Biosfer MaB YUNESKO Azerbaycan Milli Komitesinin uzvu hemcinin hemin komitenin Ekoloji sivilizasiya Davamli inkisaf Etraf muhit illik nesri ve Gurcustanda derc olunan Annals of agrarian science jurnalinin redaksiya heyetinin uzvudur R A Agabeyli AMEA rehberliyi terefinden AMEA Reyaset Heyetinin Fexri Fermanina layiq gorulmusdur Hemcinin baxAgaxan AgabeyliIstinadlar AGABEYLI Rena Agaxan qizi Azerbaycan Milli Ensiklopediyasi 2022 08 09 tarixinde Istifade tarixi 2021 11 23 Azerbaycan qadini ensiklopediyasi Baki 2002 s 24