Rafiq Dadaşov (tam adı: Rafiq Ağahüseyn oğlu Dadaşov; 20 iyul 1946, Bakı – 5 fevral 2017, Bakı) — Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016).
Rafiq Dadaşov | |
---|---|
Rafiq Ağahüseyn oğlu Dadaşov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | rejissor |
Mükafatları | ![]() |
Həyatı
Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1953–1961-ci illərdə Bakı şəhərində 171 saylı məktəbdə oxuyub. 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib.
1963-cü ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb.
1971–1972-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1972–1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor vəzifəsində çalışıb. 1995-ci ildən "Aztelefilm" birliyində işləyib. Daha sonra isə Teleradio Şirkətində "Sabah" yaradıcılıq birliyində rəhbər müavini vəzifəsində çalışıb. 1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC "Aztelefilm" birliiyində kinorejissor vəzifəsində çalışıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Hazırda təqaüdçüdür. Ailəlidir, həyat yoldaşı kinomontajçı Nelli Dadaşovadır. İki övladı var-Dadaşova İradə, Dadaşov Murad.
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
5 fevral 2017-ci ildə vəfat edib.
- Montajçı Nelli Dadaşovanın həyat yoldaşıdır.
Filmoqrafiya
- Bir cənub şəhərində (film, 1969)
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) — rejissor assistenti
- Əgər bir yerdəyiksə (film, 1975)
- Günlərin bir günü... (film, 1976) (rejissor)
- De ki, məni sevirsən! (film, 1977) (rejissor)
- Dantenin yubileyi (film, 1978) (rejissor)
- Yarımçıq qalmış mahnı (film, 1979) (rejissor)
- Yol əhvalatı (film, 1980) (rejissor)
- Üzeyir ömrü (film, 1981) (rejissor)
- Qaladan tapılan mücrü (film, 1982) (rejissor)
- Ötən ilin son gecəsi (film, 1983) (rejissor)
- On yeddi yaşlı oğlan (film, 1985) (rejissor)
- Qəm pəncərəsi (film, 1986) (rejissor)
- İmtahan (film, 1987) (rejissor)
- Meyl (film, 1988) (rejissor)
- Sahilsiz gecə (film, 1989) (rejissor)
- Qətl günü (film, 1990) (rejissor)
- Qətldən yeddi gün sonra (film, 1991) (rejissor)
- Naməlum torpaq (film, 1992) (rejissor)
- Köpək (film, 1994) (rejissor)
- Leyli və Məcnun (film, 1996) (rejissor)
- Kleopatra (film, 1996) (rejissor)
- Fatehlərin divanı (rejissor)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Bir anın həqiqəti (film, 2003)
"Azərbaycantelefilm"də çəkilən filmlər
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- Ağ adam (film, 2004) (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- Azərbaycanda rus icmaları (film, 2006) (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- Aşiqlər (film, 2008)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
- (quruluşçu rejissor)
İstinadlar
- President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində . İstifadə tarixi: 2016-07-29.
- Karabakhmedia. (az.). Karabakhmedia.az. 06.02.2017. 2017-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-06.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer