Bir cənub şəhərində filmi rejissor Eldar Quliyev tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film "" kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Natella Adıgözəlova, Sadıq Hüseynov, Süsən Məcidova, Tatyana Xaritonova, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər.
Bir cənub şəhərində | |
---|---|
| |
Janr | dram |
Rejissor | Eldar Quliyev |
Əsərin müəllifi | Rüstəm İbrahimbəyov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda | Həsən Məmmədov Eldəniz Zeynalov Hacımurad Yegizarov Məcid Dadaşov Natella Adıgözəlova |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Fərəc Qarayev |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | |
İlk baxış tarixi | 27 yanvar 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumatlar | 8 hissə 2199,3 metr |
Rəng | ağ-qara |
IMDb | ID4263876 |
Məzmun
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.
Çəkilişlərdən öncə
Rasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi. Oxudum. Əsər məni özünün sərt realizmi, cəsarətli müəllif mövqeyi ilə təsirləndirdi. Bu ssenarini yeniruhlu, yeni estetik baxışlara malik rejissor çəkməliydi. Elə həmin il mənim həyatda və sənətdə kumirim olan Tofiq Quliyevin oğlu Eldar Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gəlmişdi. Məsləhət görüldü ki, bu ssenari əsasında filmi gənc rejissor Eldar Quliyev çəksin.
Tofiq Quliyev: Moskvada kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə dedi ki, R. İbrahimbəyovun "9-cu Xrebtovıda" hekayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir. Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən çox cəsarətli əsər idi. Mən onu fikrindən daşındırmağa çalışdım, dedim ki, institutu təzəcə qurtarmısan, belə kəskin mövzulu əsərə müraciət etmək sənin üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin üçün çətin olar. O, fikrindən dönmədi. "Bir cənub şəhərində" filmini çəkdi.
Çəkilişlər
Eldar Quliyev: Bütün çəkilişləri Təzə Pir məscidinin arxasında və Mustafa Sübhi küçəsində aparmışdıq.
Rasim Ocaqov: Mən filmin operatoru idim. Zənnimcə, bunu Eldar da təsdiq edə bilər, o filmdə operator işi, həqiqətən də, uğurlu alınıb. Bakının o köhnə məhəllələrini çəkəndə mənim təklifim və təkidimlə divarlar, evlər başdan-başa ağardılmışdı. Bu ağ divarların, ağ evlərin qarşısında səhərdən-gecəyədək qarageyimli adamlar dayanıb, qanlı oyunların baş verəcəyini gözləyirlər.
Çəkilişlərdən sonra
Heydər Əliyev: "Bir cənub şəhərində" filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu. Deyirdilər ki, belə olmaz, bu, bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. Yenə də Şolokovun onun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu.
Film ekranlara çıxdıqdan sonra "Kommunist" qəzeti onun Azərbaycanı və azərbaycanlıları bütün ölkədə biabır etdiyini yazdı. Lakin "Bakinskiy raboçiy" yazırdı: "Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi".
Maraqlı faktlar
- Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
- Film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır.
- Film ssenarist Rüstəm İbrahimbəyovun Azərbaycan kinosunda ilk işidir.
- Səfərəlinin basdırıldığı səhnədə milis işçisi Mustafa Muraddan 1 manat istəyir. Ancaq filmin M. Qorki adına kinostudiyada rus dilinə dublyaj edilmiş versiyasında dərman resepti istəyir. Hər halda sovet milis işçisinin vətəndaşdan pul istəməsi Moskvada qəbul edilməyib və ssenaridə dəyişiklik edilib.
- Filmin azərbaycan dilində olan versiyasında finalda Muradın Tofiqi öldürüb-öldürmədiyi və ya yaraladığı müəmmalı görünür. Rus dilinə dublyaj edilmiş versiyasında finaldakı dialoqdan bəlli olur ki, Murad Tofiqi nə öldürür, nə də yaralayır. Sadəcə onu milisə izahat yazmaq üçün çağırırlar.
- Filmin başlanğıcı 2 versiya ilə çəkilib. Bir versiyasında titrlərin arxa fonunda Babaş Bakının yollarında qaçır və xəyali olaraq maşın sürür. Başqa versiyada və həmçinin, rus dilində olan versiyada sadəcə Bakının küçələri göstərilir.
- Səfərəlinin basdırılması səhnəsində molla Quran oxuyur. Eyni səsi biz rejissorun çəkdiyi filmində də xəlifənin ölüm yatağında eşidirik.
- Həsən tramvayda "Lalələr" mahnısını zümzümə edir.
- Rənayla Murad yeməkxanada oturanda arxada xidmətçi "Girdim yarın bağçasına" mahnısını zümzümə edir.
- Məhəllədə toy maşınları hərəkət edəndə orkestrin ifasında "Arzu qızım" mahnısının musiqisi səslənir.
Rəy
Yuri Xanyutin: "Bir cənub şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya – daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir.
Mükafat
2000-ci ildə filmin quruluşçu rejissoru Eldar Quliyevə, ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu operatoru Rasim Ocaqova filmin ekranlara buraxılmasının 30 illiyi münasibətilə "Humay" mükafatı verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Eldar Quliyev
- Quruluşçu operator: Rasim Ocaqov
- Quruluşçu rəssam: Kamil Nəcəfzadə
- Geyim rəssamı: Kamil Nəcəfzadə
- Bəstəkar: Fərəc Qarayev
- Səs operatoru: Vladimir Savin
- Rejissor: S. Ələsgərov
- Operator: V. Həsənov
- Montaj edən: Tamara Nərimanbəyova
- Qrim rəssamı: S. Pozdeyeva
- Mahnı mətni: Vaqif Səmədoğlu
- Redaktor: Yusif Səmədoğlu, N. İbrahimova
- Rejissor assistenti: R. Atakişiyev, Rafiq Dadaşov (R. Dadaşov kimi)
- Operator assistenti: Ələsgər Ələkbərov
- Rəssam assistenti: N. Viçina, T. Məlikzadə
- Filmin direktoru: Rimma Abdullayeva
- Çalır: Rafiq Babayevin İdarəsilə Caz Ansamblı
Rollarda
- Həsən Məmmədov — Murad
- Eldəniz Zeynalov — Tofiq
- Hacımurad Yegizarov — Cahangir
- Məcid Dadaşov — Həsən
- Natella Adıgözəlova — Rəna
- Sadıq Hüseynov — Babaş
- Süsən Məcidova — Mənsurə
- Məmməd Cəfərov (aktyor) — İbrahim
- Tatyana Xaritonova — Marina
- Alim Məmmədov — Sabir
- Yusif Vəliyev — Səfərəli
- Sadıq Həsənzadə — Mustafa
- Ofeliya Məmmədzadə — Ağabalanın arvadı
- Nazim Ağayev (müğənni) — məhəllə sakini
- Kamil Məhərrəmov — məhəllə sakini
- Fazil Salayev — Fazil
- Məmmədkamal Kazımov — Çəkməçi Davud
- Bilqeyis Ələsgərova — Səkinə
- Almaz Əsgərova — Solmaz
- Ramiz Məlik — Vasif
- Tələt Rəhmanov — Xəlilov
- F. Sevastyanov — mitinqdə çıxış edən
- Hacıməmməd Qafqazlı — molla
- Boris Savçenko — Semyon
- Bahadur Əliyev — Muradın iş yoldaşı
- Məmməd Cəfərov — Cahangirin atası
- N. Sostina
- Ə. Əliyev
- T. Cəfərov
- Ə. Xəlilov — məhəllə sakini
Filmi səsləndirənlər
- Hamlet Xanızadə — Xəlilov (Tələt Rəhmanov) ;Ağabala(titrlərdə yoxdur)
- Rafiq Əzimov — Sabir (Əsəd Məmmədov) (titrlərdə yoxdur)
- Həsənağa Turabov — Cahangir (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Rəna (Natella Adıgözəlova) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov (aktyor) — Mustafa (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
- Ətayə Əliyeva — Mustafanın arvadı (titrlərdə yoxdur)
- Süleyman Ələsgərov (aktyor) — İbrahim (Məmməd Cəfərov (aktyor)) (titrlərdə yoxdur)
- Dadaş Kazımov — Çəkməçi Davud (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur)
- — Səkinə () (titrlərdə yoxdur)
İstinadlar
- Hacımusalı, O. İki ölüm arasındakı həyat: [Rüstəm İbrahimbəyovun yazdığı ssenari əsasında yaranan "Bir cənub şəhərində" filmi haqqında] //Xalq cəbhəsi.- 2011.- 11 noyabr.- S. 14.
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.66.
- Azərbaycanda teatr və kino sənətinin inkişafı [1] 2018-01-10 at the Wayback Machine
- "Rasim Ocaqov: "Mən kinoda sözümü demişəm!"". 2013-08-15 tarixində . İstifadə tarixi: 2017-04-30.
- "Tofiq Quliyevin kino musiqisi". 2022-03-25 tarixində . İstifadə tarixi: 2017-04-30.
- "Eldar Quliyev: "Kino sənəti böyüdücü şüşədir"". 2022-03-25 tarixində . İstifadə tarixi: 2017-04-30.
- "Eldar Quliyev: "Heydər Əliyev tapşırdı ki, bir milyon ayırın..."". 2021-12-19 tarixində . İstifadə tarixi: 2017-04-30.
- "Aydın Kazımzadə: "Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib."". 2022-01-24 tarixində . İstifadə tarixi: 2017-04-30.
- "Eldar Quliyev". 2023-07-03 tarixində . İstifadə tarixi: 2017-04-30.
Mənbə
- Газ. "Бакинский рабочий". 29 марта 1970 года.
- "Problem, həlli, mübahisələr" //Kommunist.- 1970.- 31 mart.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 304.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 143–144; 164–166; 222.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
- Filmi izlə
- Filmin musiqiləri (video)
- Filmin musiqiləri (audio)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bir cenub seherinde filmi rejissor Eldar Quliyev terefinden 1969 cu ilde ekranlasdirilmisdir Film Azerbaycanfilm kinostudiyasinda istehsal edilmisdir Sosial kinopovestde hele de insanlarin suurunda kecmisin qaliqlarinin kok salmasi insanin menevi azadliga nece boyuk cetinlikle cixmasi meseleleri on plana cekilmisdir Filmde esas rollari Hesen Memmedov Eldeniz Zeynalov Hacimurad Yegizarov Mecid Dadasov Natella Adigozelova Sadiq Huseynov Susen Mecidova Tatyana Xaritonova Esed Memmedov Yusif Veliyev ve Sadiq Hesenzade ifa edirler Bir cenub seherindeFilmin afisasiJanr dramRejissor Eldar QuliyevEserin muellifi Rustem IbrahimbeyovSsenari muellifi Rustem IbrahimbeyovBas rollarda Hesen Memmedov Eldeniz Zeynalov Hacimurad Yegizarov Mecid Dadasov Natella AdigozelovaOperator Rasim OcaqovBestekar Ferec QarayevRessam Kamil NecefzadeIstehsalci Azerbaycanfilm kinostudiyasiIlk baxis tarixi 27 yanvar 1969Filmin novu tammetrajli bedii filmMuddet 75 deq Olkeler SSRIDil azerbaycancaIl 1969Texniki melumatlar 8 hisse 2199 3 metrReng ag qaraIMDb ID4263876MezmunLirik psixoloji dram cox da boyuk olmayan cenub seherlerinden birinin adamlari onlarin heyati ve emeyi haqqindadir Burada hele de insanlarin suurunda kecmisin qaliqlarinin kok salmasi insanin menevi azadliga nece boyuk cetinlikle cixmasi meseleleri on plana cekilmisdir Filmin merkezinde yenilikle kohneliyin mubarizesi insanin kohnelmis adetlerin esaretinden xilas olmasi prosesi durur Cekilislerden onceRasim Ocaqov Bir gun o zaman musiqi redaktoru isleyen Emin Sabitoglu kinostudiyanin cayxanasinda mene dedi ki yeni bir ssenari gelib muellifi Maqsudun qardasidir oxumamisansa meslehet gorurem Nese qeyri adi bir seydir Seheri gun Emin Bir Cenub seherinde adli ssenarini getirib mene verdi Oxudum Eser meni ozunun sert realizmi cesaretli muellif movqeyi ile tesirlendirdi Bu ssenarini yeniruhlu yeni estetik baxislara malik rejissor cekmeliydi Ele hemin il menim heyatda ve senetde kumirim olan Tofiq Quliyevin oglu Eldar Kinematoqrafiya Institutunu bitirib Bakiya gelmisdi Meslehet goruldu ki bu ssenari esasinda filmi genc rejissor Eldar Quliyev ceksin Tofiq Quliyev Moskvada kino institutunu bitirib Bakiya qayitdiqdan sonra bir gun mene dedi ki R Ibrahimbeyovun 9 cu Xrebtovida hekayesini oxuyub cox xosuna gelib onu ekranlasdirmaq isteyir Bu eseri men de oxumusdum Bizim heyatimiz haqqinda esl heqiqetleri oldugu kimi tecessum etdiren cox cesaretli eser idi Men onu fikrinden dasindirmaga calisdim dedim ki institutu tezece qurtarmisan bele keskin movzulu esere muraciet etmek senin ucun tezdir Cavansan basqa movzu sec senin ucun cetin olar O fikrinden donmedi Bir cenub seherinde filmini cekdi CekilislerEldar Quliyev Butun cekilisleri Teze Pir mescidinin arxasinda ve Mustafa Subhi kucesinde aparmisdiq Rasim Ocaqov Men filmin operatoru idim Zennimce bunu Eldar da tesdiq ede biler o filmde operator isi heqiqeten de ugurlu alinib Bakinin o kohne mehellelerini cekende menim teklifim ve tekidimle divarlar evler basdan basa agardilmisdi Bu ag divarlarin ag evlerin qarsisinda seherden geceyedek qarageyimli adamlar dayanib qanli oyunlarin bas vereceyini gozleyirler Cekilislerden sonraHeyder Eliyev Bir cenub seherinde filmi cekilende men DTK da isleyirdim Bu filmin yaranmasi boyuk ses kuy dogurmusdu Deyirdiler ki bele olmaz bu bizi lekeleyir korlayir Rehmetlik Cefer Ceferov da mene zeng eledi ki bele bir mesele var xahis edirem sen de baxasan munasibet bildiresen Mene de cox siqnallar materiallar sikayetler geldi ki bu xalqimizi lekeleyir Xatirinizdedir men kinostudiyaya geldim filme baxdim Yene de Solokovun onun qarsisini Moskvada ne ucun aldigini size deyim Yadinizdadirmi filmde bele bir epizod var ki milise bir manat pul verirler Solokov demisdi ki ne teher ola biler milis iscisi bir manat pul alir Bele sey olmaz Filmi buraxmirdi Biz filmi buraxdirdiq ve hesab edirem ki o bizim kinematoqrafiyanin heyatinda cox boyuk hadise oldu Film ekranlara cixdiqdan sonra Kommunist qezeti onun Azerbaycani ve azerbaycanlilari butun olkede biabir etdiyini yazdi Lakin Bakinskiy rabociy yazirdi Nehayet ki otagin nefesliyi acildi ve Azerbaycan kinosuna teze nefes geldi Maraqli faktlarFilm rejissor Eldar Quliyevin boyuk kinoda ilk isidir Film yazici Rustem Ibrahimbeyovun 9 cu Xrebtovi povesti uzre ekranlasdirilmisdir Film ssenarist Rustem Ibrahimbeyovun Azerbaycan kinosunda ilk isidir Seferelinin basdirildigi sehnede milis iscisi Mustafa Muraddan 1 manat isteyir Ancaq filmin M Qorki adina kinostudiyada rus diline dublyaj edilmis versiyasinda derman resepti isteyir Her halda sovet milis iscisinin vetendasdan pul istemesi Moskvada qebul edilmeyib ve ssenaride deyisiklik edilib Filmin azerbaycan dilinde olan versiyasinda finalda Muradin Tofiqi oldurub oldurmediyi ve ya yaraladigi muemmali gorunur Rus diline dublyaj edilmis versiyasinda finaldaki dialoqdan belli olur ki Murad Tofiqi ne oldurur ne de yaralayir Sadece onu milise izahat yazmaq ucun cagirirlar Filmin baslangici 2 versiya ile cekilib Bir versiyasinda titrlerin arxa fonunda Babas Bakinin yollarinda qacir ve xeyali olaraq masin surur Basqa versiyada ve hemcinin rus dilinde olan versiyada sadece Bakinin kuceleri gosterilir Seferelinin basdirilmasi sehnesinde molla Quran oxuyur Eyni sesi biz rejissorun cekdiyi filminde de xelifenin olum yataginda esidirik Hesen tramvayda Laleler mahnisini zumzume edir Renayla Murad yemekxanada oturanda arxada xidmetci Girdim yarin bagcasina mahnisini zumzume edir Mehellede toy masinlari hereket edende orkestrin ifasinda Arzu qizim mahnisinin musiqisi seslenir ReyYuri Xanyutin Bir cenub seherinde filminin Azerbaycan kino tarixinde novatorlugu dusunce terzinde bedii estetik formasinda qabariq gorunur Film janrina gore komediya daha deqiq desek meneviyyatin tragikomediyasidir Burada ekzotikani axtarmaq duzgun deyil bu her seyden evvel deqiq gosterilen realliq etrafa aydin musahidecilik dusunce ile yanasmaq qabiliyyetidir Deqiq ideyasi meneviyyati movqedir Mukafat2000 ci ilde filmin quruluscu rejissoru Eldar Quliyeve ssenari muellifi Rustem Ibrahimbeyova quruluscu operatoru Rasim Ocaqova filmin ekranlara buraxilmasinin 30 illiyi munasibetile Humay mukafati verilmisdir Filmin heyetiFilm uzerinde isleyenler Ssenari muellifi Rustem Ibrahimbeyov Quruluscu rejissor Eldar Quliyev Quruluscu operator Rasim Ocaqov Quruluscu ressam Kamil Necefzade Geyim ressami Kamil Necefzade Bestekar Ferec Qarayev Ses operatoru Vladimir Savin Rejissor S Elesgerov Operator V Hesenov Montaj eden Tamara Nerimanbeyova Qrim ressami S Pozdeyeva Mahni metni Vaqif Semedoglu Redaktor Yusif Semedoglu N Ibrahimova Rejissor assistenti R Atakisiyev Rafiq Dadasov R Dadasov kimi Operator assistenti Elesger Elekberov Ressam assistenti N Vicina T Melikzade Filmin direktoru Rimma Abdullayeva Calir Rafiq Babayevin Idaresile Caz AnsambliRollarda Hesen Memmedov Murad Eldeniz Zeynalov Tofiq Hacimurad Yegizarov Cahangir Mecid Dadasov Hesen Natella Adigozelova Rena Sadiq Huseynov Babas Susen Mecidova Mensure Memmed Ceferov aktyor Ibrahim Tatyana Xaritonova Marina Alim Memmedov Sabir Yusif Veliyev Sefereli Sadiq Hesenzade Mustafa Ofeliya Memmedzade Agabalanin arvadi Nazim Agayev mugenni mehelle sakini Kamil Meherremov mehelle sakini Fazil Salayev Fazil Memmedkamal Kazimov Cekmeci Davud Bilqeyis Elesgerova Sekine Almaz Esgerova Solmaz Ramiz Melik Vasif Telet Rehmanov Xelilov F Sevastyanov mitinqde cixis eden Hacimemmed Qafqazli molla Boris Savcenko Semyon Bahadur Eliyev Muradin is yoldasi Memmed Ceferov Cahangirin atasi N Sostina E Eliyev T Ceferov E Xelilov mehelle sakiniFilmi seslendirenler Hamlet Xanizade Xelilov Telet Rehmanov Agabala titrlerde yoxdur Rafiq Ezimov Sabir Esed Memmedov titrlerde yoxdur Hesenaga Turabov Cahangir Haci Murad Yagizarov titrlerde yoxdur Emine Yusifqizi Rena Natella Adigozelova titrlerde yoxdur Sadiq Huseynov aktyor Mustafa Sadiq Hesenzade titrlerde yoxdur Etaye Eliyeva Mustafanin arvadi titrlerde yoxdur Suleyman Elesgerov aktyor Ibrahim Memmed Ceferov aktyor titrlerde yoxdur Dadas Kazimov Cekmeci Davud Memmedkamal Kazimov titrlerde yoxdur Sekine titrlerde yoxdur IstinadlarHacimusali O Iki olum arasindaki heyat Rustem Ibrahimbeyovun yazdigi ssenari esasinda yaranan Bir cenub seherinde filmi haqqinda Xalq cebhesi 2011 11 noyabr S 14 Aydin Kazimzade Azerbaycan kinosu 1 filmlerin izahli kataloqu 1898 2002 Baki 2003 seh 66 Azerbaycanda teatr ve kino senetinin inkisafi 1 2018 01 10 at the Wayback Machine Rasim Ocaqov Men kinoda sozumu demisem 2013 08 15 tarixinde Istifade tarixi 2017 04 30 Tofiq Quliyevin kino musiqisi 2022 03 25 tarixinde Istifade tarixi 2017 04 30 Eldar Quliyev Kino seneti boyuducu susedir 2022 03 25 tarixinde Istifade tarixi 2017 04 30 Eldar Quliyev Heyder Eliyev tapsirdi ki bir milyon ayirin 2021 12 19 tarixinde Istifade tarixi 2017 04 30 Aydin Kazimzade Azerbaycan kinosunun tarixi uc defe deyisib 2022 01 24 tarixinde Istifade tarixi 2017 04 30 Eldar Quliyev 2023 07 03 tarixinde Istifade tarixi 2017 04 30 MenbeGaz Bakinskij rabochij 29 marta 1970 goda Problem helli mubahiseler Kommunist 1970 31 mart Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 13 Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 222 304 Xamis Muradov Kinofabrikden baslanan yol Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 4 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 141 143 144 164 166 222 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 814 Xarici kecidlerFilmi izle Filmin musiqileri video Filmin musiqileri audio Hemcinin bax