Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar.
Tarixi
Rəbiə qəbiləsi Azərbaycanda
Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan qardaşı qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var.
Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi.
Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar.
Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar. Məzyədilərin görkəmli nümayəndəsi olan Yezid ibn Məzyəd xəlifə Harun ər-Rəşid zamanı Cənubi Qafqaz vilayətlərinin, o cümlədən Şirvanın hakimi idi. Yezid ibn Məzyəd ərəblərin Azərbaycanda möhkəmlənməsində mühüm rol oynamış, bu yerlərdə gedən döyüşlərdə görkəmli bir sərkərdə kimi ad çıxarmışdı. O, Azərbaycanda Xilafətə dayaq yaratmaq məqsədilə buraya Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan çoxlu ərəb köçürmüşdü. Ərəblər, əsasən, Aran, Şirvan və Dərbənddə yurd salmışdılar. Yezid ibn Məzyədin özü də burada çoxlu torpaq mülkləri ələ keçirmişdi.Məzyədilər ilk dəfə Aranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik yaratmışdılar. O zaman Bərdə bütün Cənubi Qafqazda ərəb idarəçiliyinin mərkəzi idi. Yezid ibn Məzyədin iqamətgahı da Bərdədə idi. Bütün bu torpaqları o, Şirvan valisi kimi idarə edirdi. Ömrünün sonunadək Azərbaycanda yaşayan Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu. Yezid ibn Məzyədin ölümündən sonra onun oğulları Əsəd, Xalid və
Məhəmməd Cənubi Qafqaz valisi təyin edildilər. 859-cu ildə Məhəmməd ibn Yezid Gəncəni bərpa etdirib öz iqamətgahını bura köçürdü. Məzyədilərin müstəqilliyi artdı, onlar Azərbaycanda daha da möhkəmləndilər.861-ci ildə Məzyədilər sülaləsindən olan Heysam ibn Xalid Şirvanı müstəqil elan edərək "Şirvanşah" titulunu götürdü.
İstinadlar
- Süleyman Əliyarlı – Azərbaycan tarixi, Bakı, 2008, səh 267
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Rebie ereb qebilesi Ereblesmis daha dogrusu arabi mustaribe ereblesmis erebler adlanan Adnanilere mensubdurlar TarixiRebie qebilesi Azerbaycanda Es Seyban tayfasi Mehemmed Peygemberin ulu babasi olan qardasi qurdugu Rebie qebilesindendir Sirvansahlarin eslen Ibrahim peygemberin oglu Ismayil peygemberin ovladlari oldugunu hesab edenler de var Rebie tayfasidan olan Salman ibn Rebie el Behili xelife Osmanin 644 656 zamaninda Arani isgal etdi Z Bunyadovun fikrince Sirvan tarixinde ereb Rebie tayfasinin Seyban qebilesinin numayendeleri boyuk yer tutur Bunlar evvelce merkezi Berdede olan yarimmusteqil emirlik sonralar ise XI esredek yasamis musteqil Sirvansahlar dovletini yaratmaga muveffeq olmuslar Mezyediler kokce Rebie adli ereb tayfasindan idiler Hele xelife Osmanin 644 656 zamaninda Arani isgal eden Salman ibn Rebie bu tayfanin numayendesi idi Rebie tayfasinin Seybaniler neslinden olan Mezyediler Azerbaycanda hele o zamandan yerlesmeye baslamisdilar Mezyedilerin gorkemli numayendesi olan Yezid ibn Mezyed xelife Harun er Resid zamani Cenubi Qafqaz vilayetlerinin o cumleden Sirvanin hakimi idi Yezid ibn Mezyed ereblerin Azerbaycanda mohkemlenmesinde muhum rol oynamis bu yerlerde geden doyuslerde gorkemli bir serkerde kimi ad cixarmisdi O Azerbaycanda Xilafete dayaq yaratmaq meqsedile buraya Rebie tayfasindan hemcinin Misirden ve Suriyadan coxlu ereb kocurmusdu Erebler esasen Aran Sirvan ve Derbendde yurd salmisdilar Yezid ibn Mezyedin ozu de burada coxlu torpaq mulkleri ele kecirmisdi Mezyediler ilk defe Aranda paytaxti Berde olan yarimmusteqil emirlik yaratmisdilar O zaman Berde butun Cenubi Qafqazda ereb idareciliyinin merkezi idi Yezid ibn Mezyedin iqametgahi da Berdede idi Butun bu torpaqlari o Sirvan valisi kimi idare edirdi Omrunun sonunadek Azerbaycanda yasayan Yezid ibn Mezyed 801 ci ilde Berdede olmus ve burada da defn olunmusdu Yezid ibn Mezyedin olumunden sonra onun ogullari Esed Xalid ve Mehemmed Cenubi Qafqaz valisi teyin edildiler 859 cu ilde Mehemmed ibn Yezid Genceni berpa etdirib oz iqametgahini bura kocurdu Mezyedilerin musteqilliyi artdi onlar Azerbaycanda daha da mohkemlendiler 861 ci ilde Mezyediler sulalesinden olan Heysam ibn Xalid Sirvani musteqil elan ederek Sirvansah titulunu goturdu IstinadlarSuleyman Eliyarli Azerbaycan tarixi Baki 2008 seh 267Hemcinin baxEbdurrehman ibn Rebie Salman ibn Rebie el Behili Isa ibn Seyx Mehemmed ibn Beis