Kabalaka — Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.
Kabalaka | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qəbələ |
Yerləşir | Çuxur Qəbələ |
Aidiyyatı | Qafqaz Albaniyası |
Tikilmə tarixi | I əsr |
Üslubu | Alban memarlığı |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 54 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir.
Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.
Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır. 1959-cu ildən Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə, yerli əhali tərəfindən Güllüqoruq və ya Çaqqallı talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir. Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllüqoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir.
Qəbələnin Səlbir hissəsi, şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır.
Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir.
Şəhərin Qala hissəsinin cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onuun adı ilə adlandırılmışdır.
1977-ci ildə Kamaltəpənin cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir.
Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə yerləşir. Onun şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik, cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi, qərb tərəfini Covurluçay, şərq tərəfini Qocalançay sərhədləndirir. Covurluçay Güllüqoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır.
Şəkillər
- Qafqaz Albaniyası dövrünə aid qab
- Qafqaz Albaniyası dövrünə aid qab
- Əsəfi və Kayki bəyin Qəbələ qalasında səfəvilər tərəfindən mühasirəyə alınması (Əsəfi Dal Mehmed Çələbi. 1583)
- Qəbələ qalasında üsyan çıxması (Əsəfi Dal Mehmed Çələbi. 1583)
- Qəbələ qalasının təslim olmasının müzakirəsi (Əsəfi Dal Mehmed Çələbi. 1583)
- Ulduz təsvirli saxsı qab
- Quş təsvirli saxsı qab
İstinadlar
- Алиев И., Гадиров Ф. Кабала. Баку, 1986
- Бабаев И.А., Ахмедов Г.М. Кабала. Баку, 1980
- Гадиров Ф.В. О поселении античного периода, выявленного в Кабалинском магале.//ИАН АзССР, серия истории, философии, права, 1978, № 2.
- Гадиров Ф.В. Работы 1975 года на городище Кабала (Сельбире). АЭИА в 1975 г. Баку, 1978.
- Казиев С.М. Первые итоги археологических разведок и раскопок в городище Кабала. МКА, VI, 1965
- Qazıyev S.M. Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqi. MKA, V, Bakı, 1964
- Qazıyev S.M. Qəbələ mahalının qədim tarixindən. VİKA, Bakı, 1962
Ədəbiyyat
- Rəşid Göyüşov. Azərbaycan arxeologiyas, Bakı, 1986.
- İ.Əliyev, F.Qədirov. Qəbələ şəhər xarabalığının arxoloji tədqiqinə dair, Azərbaycan abidələri dərgisi, I sayı, Bakı, 1984
Həmçinin bax
|
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kabalaka Azerbaycanin en qedim seher yerlerinden biri olan Kabalaka Qebele Qafqaz Albaniyasinin paytaxti olmusdur KabalakaQala divarlarinin ve esas giris darvazasi etrafindaki burclerin qaliqlariQala divarlarinin ve esas giris darvazasinin berpa maketi40 53 22 sm e 47 42 56 s u Olke AzerbaycanSeher QebeleYerlesir Cuxur QebeleAidiyyati Qafqaz AlbaniyasiTikilme tarixi I esrUslubu Alban memarligiVeziyyeti xarabaliqlari qalibAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 54KateqoriyaQalaEhemiyyetiDunya ehemiyyetliKabalaka Vikianbarda elaqeli mediafayllar Qebele bir arxeoloji abide kimi hele XIX esrin I yarisindan tedqiqatcilarin diqqetini celb etmisdir Onlarin bir necesi Qebele seher xarabaliginda olmus onu qeyde almis hetta bezileri kicik miqyasli arxeoloji kesfiyyat qazintilari da aparmisdilar 1940 ci illerden baslayaraq burada ardicil arxeoloji tedqiqat isleri gorulmusdur Bu tedqiqatlar indi de davam etdirilir Qebele seherinin adi antik dovr muelliflerinin eserlerinde Kabalaka ve Xabala kimi qeyd edilmisdir Bu adlar sonraki yazilarda Kapalak Kevelek Qabala Savar ve nehayet Qebele seklinde qeyd edilmisdir Qebele seher xarabaligi Azerbaycanin Qebele rayonunun kendinden 1 km serqde Qaracay Qebelecay ile Covurlucay Qalacay arasindaki yukseklikde yerlesir 1959 cu ilde cekilen topoqrafik plana gore seherin xarabaligi 25 hektardir Vaxtile suni cekilmis bir mudafie xarakterli xendek seher xarabaligini iki hisseye ayirir Yerli ehali xendekden simal terefdeki hisseni Selbir xendekden cenub terefdeki hisseni ise Qala adlandirir Her iki hisse bezen Selbir Govurqala bezen de seherin tekce Qala hissesi Govurqala adlandirilir 1959 cu ilden Qebele seher xarabaligindan 3 4 km serqde yerli ehali terefinden Gulluqoruq ve ya Caqqalli talasi adlandirilan yerde qedim Qebelenin mebed yeri ve bazar meydaninin yerlesdiyi guman edilen ucuncu bir sahesi daha sonralar Kamaltepe ve Bayir seher hisseleri askar edilmisdir Umumiyyetle Qebele seher xarabaligi oz tarixi cografiyasina gore helelik Selbir Gulluqoruq Caqqalli talasi Kamaltepe ve Bayir seher adli arxeoloji abideler kompleksinden ibaretdir SelbirQebelenin Selbir hissesi seherin e e III eramzin XII esrinedek olan dovrunu ehate etmekle onun en muhum ve qedim hissesini teskil etmisdir Selbirin umumi sahesi 12 hektardan bir az artiqdir Qala Govurqala Qebele seher xarabaligini iki hisseye ayiran xendeyin cenub terefini yerli ehali Qala yaxud da Govurqala adlandirir Qebelenin qala hissesi texminen VI esrden baslayaraq XVIII esrin ortalarinadek olan bir dovru ehate etmekle esasen orta esr seheri olmusdur Onun umumi sahesi hazirda 13 hektara qederdir KamaltepeSeherin Qala hissesinin cenub darvazasi qarsisinda yerlesen tebii tepelik yerli ehali terefinden Kamaltepe adlandirilmisdir Kamaltepe sozu sexs adina baglidir Vaxtile Kamal adli bir yerli sakin burada teserrufat isleri ile mesgul oldugu ucun tepe onuun adi ile adlandirilmisdir Bayir seher1977 ci ilde Kamaltepenin cenub eteyi mese ortuyunden temizlenen zaman buradan da yasayis yeri xarabaligi uze cixmisdir Bu xarabaliq texminen 10 hektarliq bir erazini ehate edir Gullu qoruq Caqqalli talasi Qebele seher xarabaligindan 3 4 km serqde yerlesir Onun simal terefini indiki Tovle kendi ile qoruq arasindaki meselik cenub terefini ise suni torpaq sedd ve boyuk bir ekin sahesi qerb terefini Covurlucay serq terefini Qocalancay serhedlendirir Covurlucay Gulluqoruq ile Qebele seher xarabaligi arasinda texminen 2 km eninde eyni adli dereden axir SekillerQafqaz Albaniyasi dovrune aid qab Qafqaz Albaniyasi dovrune aid qab Esefi ve Kayki beyin Qebele qalasinda sefeviler terefinden muhasireye alinmasi Esefi Dal Mehmed Celebi 1583 Qebele qalasinda usyan cixmasi Esefi Dal Mehmed Celebi 1583 Qebele qalasinin teslim olmasinin muzakiresi Esefi Dal Mehmed Celebi 1583 Ulduz tesvirli saxsi qab Qus tesvirli saxsi qabIstinadlarAliev I Gadirov F Kabala Baku 1986 Babaev I A Ahmedov G M Kabala Baku 1980 Gadirov F V O poselenii antichnogo perioda vyyavlennogo v Kabalinskom magale IAN AzSSR seriya istorii filosofii prava 1978 2 Gadirov F V Raboty 1975 goda na gorodishe Kabala Selbire AEIA v 1975 g Baku 1978 Kaziev S M Pervye itogi arheologicheskih razvedok i raskopok v gorodishe Kabala MKA VI 1965 Qaziyev S M Qebele seherinin tarixi arxeoloji tedqiqi MKA V Baki 1964 Qaziyev S M Qebele mahalinin qedim tarixinden VIKA Baki 1962EdebiyyatResid Goyusov Azerbaycan arxeologiyas Baki 1986 I Eliyev F Qedirov Qebele seher xarabaliginin arxoloji tedqiqine dair Azerbaycan abideleri dergisi I sayi Baki 1984Hemcinin baxQafqaz Albaniyasi Qafqaz albanlari Alban memarligi