Kamaltəpə — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri.
Haqqında
Şəhərin Qala hissəsinin cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onun adı ilə adlandırılmışdır. Qeyd etmək lazımdır ki, bu təpəlik barədə Əl-Müqəddəsinin məlumatı diqqəti cəlb etmişdir:
"Qəbələ möhkəmləndirilmiş şəhərdir, çay onun divarlarının arxasından axır. Cümə məscidi şəhərdən kənarda, bir təpənin üstündə yerləşir."
Bu məlumatda əvvəla şəhərdən kənarda təpəliyin olması qeyd edilir. Sonra şəhərin ən böyük ictimai binası Cümə məscidinin məhz həmin təpənin üstündə yerləşməsi göstərilir. Hazırda qala divarlarından kənarda Kamaltəpədən başqa təpə yoxdur. Bu fakt Kamaltəpənin məhz Əl-Müqəddəsinin qeyd etdiyi təpəlik olduğunu düşünməyə imkan verir.
Kamaltəpə əslində, üç hissədən ibarətdir. Müdafiə xəndəyini xatırladan çökəkliklər bu hissələri bir-birindən ayırır. Kamaltəpəyə qalxmaq üçün şimal və cənub tərəfdən yol yerləri var.
1977-ci ildə təsərrüfat işləri zamanı Kamaltəpənin üst qatı dağıdılmışdır. Bu zaman burada kvadrat formalı bişmiş kərpicdən qurulmuş müsəlman qəbirləri, iri ölçülü yonma puc (şirim) daşdan kirəc məhlulu ilə hörülmüş böyük bir tikintinin divar qalığı və çoxlu inşaat materialı töküntüləri üzə çıxarılmışdır. İ. Əliyev qeyd edir ki, Kamaltəpədən tapılan arxeolji materialları Əl-Müqəddəsinin verdiyi məlumatla müqəyisə etsək onda deyə bilərik ki, orta əsrlərdə Qəbələnin Cümə məscidi məhz Kamaltəpənin üstündə yerləşmişdir.
Həmçinin bax
İstinadlar
- Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli. 2009.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kamaltepe Qebele seheri erazisinde qedim yasayis yeri HaqqindaSeherin Qala hissesinin cenub darvazasi qarsisinda yerlesen tebii tepelik yerli ehali terefinden Kamaltepe adlandirilmisdir Kamaltepe sozu sexs adina baglidir Vaxtile Kamal adli bir yerli sakin burada teserrufat isleri ile mesgul oldugu ucun tepe onun adi ile adlandirilmisdir Qeyd etmek lazimdir ki bu tepelik barede El Muqeddesinin melumati diqqeti celb etmisdir Qebele mohkemlendirilmis seherdir cay onun divarlarinin arxasindan axir Cume mescidi seherden kenarda bir tepenin ustunde yerlesir Bu melumatda evvela seherden kenarda tepeliyin olmasi qeyd edilir Sonra seherin en boyuk ictimai binasi Cume mescidinin mehz hemin tepenin ustunde yerlesmesi gosterilir Hazirda qala divarlarindan kenarda Kamaltepeden basqa tepe yoxdur Bu fakt Kamaltepenin mehz El Muqeddesinin qeyd etdiyi tepelik oldugunu dusunmeye imkan verir Kamaltepe eslinde uc hisseden ibaretdir Mudafie xendeyini xatirladan cokeklikler bu hisseleri bir birinden ayirir Kamaltepeye qalxmaq ucun simal ve cenub terefden yol yerleri var 1977 ci ilde teserrufat isleri zamani Kamaltepenin ust qati dagidilmisdir Bu zaman burada kvadrat formali bismis kerpicden qurulmus muselman qebirleri iri olculu yonma puc sirim dasdan kirec mehlulu ile horulmus boyuk bir tikintinin divar qaligi ve coxlu insaat materiali tokuntuleri uze cixarilmisdir I Eliyev qeyd edir ki Kamaltepeden tapilan arxeolji materiallari El Muqeddesinin verdiyi melumatla muqeyise etsek onda deye bilerik ki orta esrlerde Qebelenin Cume mescidi mehz Kamaltepenin ustunde yerlesmisdir Hemcinin baxCuxur QebeleIstinadlarSelale Mehyeddinqizi Qebele Qafqazin incisi Baki Oguz Eli 2009 Xarici kecidler