Govurqala — Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir. Səlbirdə olduğu kimi, Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir. Belə ki, qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir, son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır.
Qalanın cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır. Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır. Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır. Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir. Onun qərb tərəfi çox dağılmışdır. Qalığının hündürlüyü 10,7 metrdir. Sonra ikinci bürc gəlir ki, onun da hündürlüyü 11,3 metrdir. İçərisi dairəvi şəkildə boşdur. Boşluğun diametri yuxarı hissədə 6,8 metrdir. Hündürlüyü 14 metr olan üçüncü bürcün içərisinin diametri orta hesabla 7 m, divarının qalınlığı 5 metrdir. Bu bürcün alt cərgələrində kirəc məhlulu ilə iri yonma yumşaq (şirim) daşdan hörülmüş 8 cərgə daş divar yaxşı bilinir. Elə buna əsasən Qalanın cənub tərəfindəki bürc və divarların da alt cərgələrinin iri yonma daşdan hörüldüyünü söyləmək olar. Dördüncü bürc, Qalanın cənub divarının şərq qurtaracağındadır. O, təxminən ortadan qopub cənuba tərəf aşmışdır.
İkinci və üçüncü bürclər nisbətən yaxşı vəziyyətdədir. Bürc və qala divarlarının yuxarı hissəsi bişmiş kərpicdən kirəc məlulu ilə hörülmüşdür. İkinci və üçüncü bürclərin arası darvaza olmuşdur. Şəhərin Qala hissəsinin əsas giriş yolu buradan keçmişdir. Şəhərə qalxan ikinci yol isə Qalanın şimal-qərb tərəfindəki yoxuşla gedirmiş. Əslində, buradan Qalaya daha rahat qalxmaq olur. Bu yol yerinin qarşısında divar qalığının olmamasını və enişin ətəyindəki bulağı nəzərə alaran tədqiqatçılar buranı ikinci darvaza yeri hesab edirlər.
Səlbirə nisbətən Qalanın şərq tərəfini çox dağıtmışdır. Onun uçurum şəklində olan indiki görünüşündən aydın olur ki, vaxtilə möhkəm strateji mövqeyə malik idi. Qərb tərəfdən axan Qara çay, Səlbirdə olduğu kimi, Qalanın da qərb tərəfini əlçatmaz istehkama çevirmişdir. Səlbir ilə Qalanın arasından keçən süni müdafiə xəndəyinə gəldikdə isə bu xəndək sonralar Qalanın şimal tərəfdən müdafiəsi işində əlavə istehkam məqsədi daşımışdır. Bəzi alimlərin ehtimalına görə Qalada həyat başlanandan sonra xəndəyin üstündən Səlbir ilə Qalanı birləşdirən açılıb-bağlanan körpü olmuşdur.
Qəbələnin Qala hissəsinin arxeoloji tədqiqinə 1926-cı ildə başlanılmışdır. Bu zaman ciddi arxeoloji axtarış və kəşfiyyat xarakterli qazıntı işləri görülmüş və bir əsas məsələ — Qəbələ şəhər xarabalığının harada yerləşməsi məsələsi öz həllini tapmışdır. Bununla da Qəbələ şəhərinin harada yerləşməsi haqqındakı xırda yalnışlıqlara son qoyulmuşdur. Qalada geniş arxeoloji qazıntı işləri 1960-cı ildən başlamışdır. Burada 5 m qalınlığında üç mədəni təbəqənin olduğu aydınlaşdırılmışdır. Belə ki, yer səthindən 2,5–5 metr dərinliyədək olan alt qat birinci, 0,7 m dərinlikdən 2,5 m dərinliyədək olan orta qat ikinci, 0,7 m dərinliyədək olan üst qat birinci mədəni təbəqə hesab edilir.
Qazıntı zamanı mədəni təbəqələrdən çoxlu divar və döşəmə qalıqları. Saxsı tünglərlə çəkilmiş su kəmərləri, ocaqlar, təndirlər, dulus kürələri, həmçinin çoxlu miqdarda şirsiz, şirli qablar şüşə, metal, sümük, daş əşyalar, mis pullar və s. maddi-mədəniyyət qalıqları tapılmışdır.
Mədəni təbəqənin orta qatı üst və alt qatlara nisbətən daha zəngin material vermişdir. Dərbənd məliyi (XII sər), Atabəy Əbu Bəkrə (1191–1210), həmçinin XIII–XIV əsrlərə aid digər pullara əsasən Qalanın orta yaşayış qatı təxminən XI–XIV əsrlərə aiddir. Alt təbəqənin maddi-mədəniyyət qalıqları isə əsasən VIII–X əsrlərə aid ərəb pulları ilə müşayiət edilmişdir. Sonrakı arxeoloji qazıntılar da mühüm nəticələr vermişdir və aydınlaşdırılmışdır ki, alt təbəqə özü üç təbəqəyə bölünür və ümumiyyətlə Qalada üç yox, dörd mədəni təbəqə vardır. Məlum olmuşdur ki, mədəni təbəqənin 4 m dərinliyindən sonra şirli saxsı qablar getdikcə azalmış və yoxa çıxmışdır. Əslində, şirli saxsı qablar verməyən orta əsr abidələri yeni bir tarixi dövrlə səciyyələnir.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Govurqala Qebele seher xarabaligini iki hisseye ayiran xendeyin Cenub terefini yerli ehali Qala yaxud da Govurqala adlandirir Qebelenin qala hissesi texminen VI esrden baslayaraq XVIII esrin ortalarinadek olan bir dovru ehate etmekle esasen orta esr seheri olmusdur Onun umumi sahesi hazirda 13 hektara qederdir Selbirde oldugu kimi Qalanin erazisi de topoqrafik qurulusuna gore murekkeb xaraktere malikdir Bele ki qerb terefde yaridan cox hissesi yukseklikdir son dovrlerin tikintileri onun erazisinde bezi cokeklikler ve qabarmalar yaratmisdir Qalanin cenub terefinin divar ve burcleri yerustu veziyyetde yaxsi qalmisdir Burada yarimdairevi veziyyetde insa edilmis dord ezemetli burc ve burcleri birlesdiren divarlar dovrumuze kimi catmisdir Burc ve divarlarin yuxari hissesi tamamile dagilmisdir Qerb terefdeki burc serti olaraq birinci burc hesab edilir Onun qerb terefi cox dagilmisdir Qaliginin hundurluyu 10 7 metrdir Sonra ikinci burc gelir ki onun da hundurluyu 11 3 metrdir Icerisi dairevi sekilde bosdur Boslugun diametri yuxari hissede 6 8 metrdir Hundurluyu 14 metr olan ucuncu burcun icerisinin diametri orta hesabla 7 m divarinin qalinligi 5 metrdir Bu burcun alt cergelerinde kirec mehlulu ile iri yonma yumsaq sirim dasdan horulmus 8 cerge das divar yaxsi bilinir Ele buna esasen Qalanin cenub terefindeki burc ve divarlarin da alt cergelerinin iri yonma dasdan horulduyunu soylemek olar Dorduncu burc Qalanin cenub divarinin serq qurtaracagindadir O texminen ortadan qopub cenuba teref asmisdir Ikinci ve ucuncu burcler nisbeten yaxsi veziyyetdedir Burc ve qala divarlarinin yuxari hissesi bismis kerpicden kirec melulu ile horulmusdur Ikinci ve ucuncu burclerin arasi darvaza olmusdur Seherin Qala hissesinin esas giris yolu buradan kecmisdir Sehere qalxan ikinci yol ise Qalanin simal qerb terefindeki yoxusla gedirmis Eslinde buradan Qalaya daha rahat qalxmaq olur Bu yol yerinin qarsisinda divar qaliginin olmamasini ve enisin eteyindeki bulagi nezere alaran tedqiqatcilar burani ikinci darvaza yeri hesab edirler Selbire nisbeten Qalanin serq terefini cox dagitmisdir Onun ucurum seklinde olan indiki gorunusunden aydin olur ki vaxtile mohkem strateji movqeye malik idi Qerb terefden axan Qara cay Selbirde oldugu kimi Qalanin da qerb terefini elcatmaz istehkama cevirmisdir Selbir ile Qalanin arasindan kecen suni mudafie xendeyine geldikde ise bu xendek sonralar Qalanin simal terefden mudafiesi isinde elave istehkam meqsedi dasimisdir Bezi alimlerin ehtimalina gore Qalada heyat baslanandan sonra xendeyin ustunden Selbir ile Qalani birlesdiren acilib baglanan korpu olmusdur Qebelenin Qala hissesinin arxeoloji tedqiqine 1926 ci ilde baslanilmisdir Bu zaman ciddi arxeoloji axtaris ve kesfiyyat xarakterli qazinti isleri gorulmus ve bir esas mesele Qebele seher xarabaliginin harada yerlesmesi meselesi oz hellini tapmisdir Bununla da Qebele seherinin harada yerlesmesi haqqindaki xirda yalnisliqlara son qoyulmusdur Qalada genis arxeoloji qazinti isleri 1960 ci ilden baslamisdir Burada 5 m qalinliginda uc medeni tebeqenin oldugu aydinlasdirilmisdir Bele ki yer sethinden 2 5 5 metr derinliyedek olan alt qat birinci 0 7 m derinlikden 2 5 m derinliyedek olan orta qat ikinci 0 7 m derinliyedek olan ust qat birinci medeni tebeqe hesab edilir Qazinti zamani medeni tebeqelerden coxlu divar ve doseme qaliqlari Saxsi tunglerle cekilmis su kemerleri ocaqlar tendirler dulus kureleri hemcinin coxlu miqdarda sirsiz sirli qablar suse metal sumuk das esyalar mis pullar ve s maddi medeniyyet qaliqlari tapilmisdir Medeni tebeqenin orta qati ust ve alt qatlara nisbeten daha zengin material vermisdir Derbend meliyi XII ser Atabey Ebu Bekre 1191 1210 hemcinin XIII XIV esrlere aid diger pullara esasen Qalanin orta yasayis qati texminen XI XIV esrlere aiddir Alt tebeqenin maddi medeniyyet qaliqlari ise esasen VIII X esrlere aid ereb pullari ile musayiet edilmisdir Sonraki arxeoloji qazintilar da muhum neticeler vermisdir ve aydinlasdirilmisdir ki alt tebeqe ozu uc tebeqeye bolunur ve umumiyyetle Qalada uc yox dord medeni tebeqe vardir Melum olmusdur ki medeni tebeqenin 4 m derinliyinden sonra sirli saxsi qablar getdikce azalmis ve yoxa cixmisdir Eslinde sirli saxsi qablar vermeyen orta esr abideleri yeni bir tarixi dovrle seciyyelenir