Qazaxbəyli təpələri — Qazax rayonunun Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250–300 m aralıda yerləşən təbii təpələr. Qazaxbəyli təpələrində 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8–6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir.
Təpələrin birində yerləşən böyük qəbiristanlıqda qəbirlər dördkünc şəkildə qazılmışdır. Ölülər, başları müxtəlif istiqamətlərə olmaqla, sağ və ya sol böyrü üstə dəfn edilmişdir. Skeletlərin bəzilərinin altından iri diametrli gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən qara və boz rəngli gil qablar, kəsmə xətlərlə bəzədilmiş və cilalanmış gil bardaqlar, çölməklər, qablar, camlar, parçlar, tunc balta, tunc kəmər, nizə ucluğu, dəmir dəstəli tunc qılınc, dəmir xəncərlər və s. aşkar edilmişdir. İkinci təpədə əldə edilən yerüstü arxeoloji materiallar qəbiristandakı tapıntılarla bənzərlik təşgil edir.
İstinadlar
- "Qazaxbəyli təpələri". 2012-03-04 tarixində . İstifadə tarixi: 2011-09-04.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qazaxbeyli tepeleri Qazax rayonunun Qazaxbeyli kendi yaxinliginda bir birinden 250 300 m aralida yerlesen tebii tepeler Qazaxbeyli tepelerinde 1952 ci ilde erken Demir dovrune e e 8 6 esrler aid olan yasayis yeri ve qebiristanliq askar edilmisdir Qazaxbeyli tepelerinde aparilan arxeoloji qazintilar zamani elde olunan numuneler Tepelerin birinde yerlesen boyuk qebiristanliqda qebirler dordkunc sekilde qazilmisdir Oluler baslari muxtelif istiqametlere olmaqla sag ve ya sol boyru uste defn edilmisdir Skeletlerin bezilerinin altindan iri diametrli gil xeyreler qablar tapilmisdir Qebirlerden qara ve boz rengli gil qablar kesme xetlerle bezedilmis ve cilalanmis gil bardaqlar colmekler qablar camlar parclar tunc balta tunc kemer nize uclugu demir desteli tunc qilinc demir xencerler ve s askar edilmisdir Ikinci tepede elde edilen yerustu arxeoloji materiallar qebiristandaki tapintilarla benzerlik tesgil edir Istinadlar Qazaxbeyli tepeleri 2012 03 04 tarixinde Istifade tarixi 2011 09 04 Arxeologiya ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin