Qara Arslan Qavurd bəy (XI əsr – 1073) —Səlcuq şahzadəsi, Kirman Səlcuqlu dövlətinin qurucusu.
İmadəddövlə Qara Arslan Əhməd Qavurd bəy | |
---|---|
عماد الدین قرا ارسلان قاورد | |
Kirman Səlcuqlu hakimi | |
1048 – 1073 | |
Əvvəlki | Alp Arslan |
Sonrakı | Kirman şah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XI əsr |
Vəfat tarixi | 1073 |
Fəaliyyəti | siyasətçi |
Atası | Çağrı bəy |
Ailəsi | Səlcuqlular |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası Çağrı bəyin Xorasan valisi olduğu dövrdə doğulmuşdur. Büveyhilər dövlətinin Səlcuqlar tərəfindən işğalından sonra 1048-ci ildə Kirmana vali təyin edilmişdi.Titulu İmadəddövlə idi.
Hakimiyyəti
Toğrul bəy dövründə
1055-ci ildə Omana yürüş etmiş və bölgəni ələ keçirmişdi.1056-cı ildə Sistan da fəth olunmuşdu. 1059-cu ildə İbrahim İnal üsyanı çıxmış, Qavurd bəy əmisi Toğrul bəyə üsyanı yatırmaqda kömək olmuşdu.
Alp Arslan dövründə
4 iyul 1063-cü ildə Toğrulun ölümündən sonra qardaşı Alp Arslanın tərəfini tutmuş və Şirazda adına xütbə oxutdurmuşdu.Bundan sonra özünü vəliəhd kimi görən Qavurd bəy Şabanqara hökmdarı əmir Fəzləveyhə qarşı yağmalar edirdi. Fəzləveyhin şikayətindən sonra 1064-cü ildə qardaşı tərəfindən göndərilən cəza dəstəsinə məğlub olub Kirmana geri çəkilmişdi.
1067-ci ildə yenidən üsyana qalxmış, lakin yenə məğlub olaraq qardaşı tərəfindən bağışlanmışdı.
1068-ci ildə başqa bir üsyana başlayan Qavurd bəy bu dəfə Nizamülmülkün ordusu ilə hesablaşmalı oldu. Amma Səlcuq ordusu Qavurd ilə döyüşməyə həvəsli deyildi. Əsas səbəb kimi tarixçilər Qavurdun ordusunun türklər, Səlcuq ordusunun isə farslar tərəfindən idarə olunmasını göstərir. Buna görə də 1069-cu ildə Səlcuq ordusu döyüşsüz İsfahana qayıtdı.
Alp Arslan qardaşı ilə ədavətinin Qavurdun oğlu Sultanşahdan qaynaqlandığını düşünürdü.Sultan Qavurda oğlunun saraya göndərilməsini buyursa da, Qavurd əvvəlcə razı olmamış, Sultanşah isə 1070-ci ildə şəxsən sultanın hüzuruna çıxmışdı. Sultanşah əmisindən atasına qarşı ordu qurmağı təklif etmiş, Alp Arslan bu təklifi qəbul etmişdi. Bir neçə min əsgərlə atasına hücuma keçsə də Sultanşahın bu planı iflasa uğradı.
1072-ci ildə Alp Arslanın ölümü və Məlikşahın hakimiyyətə gəlməsi Qavurd bəy üçün böyük çaplı üsyana əsas səbəb oldu.
Məlikşahın dövründə
Məlikşahın hakimiyyətinə əsas təhlükə qardaşı Ayaz bəy və əmisi Qavurd bəy idi. Ayaz Orta Asiyadakı Səlcuq torpaqlarına canişin təyin edilmiş və təhlükə sovuşmuşdu. Qavurd isə hakimiyyətə iddialı idi. 16 may 1073-cü ildə Qavurd bəy Həmədan yaxınlığında, Kərəcqapıda məğlub oldu və Nizamülmülkün tələbi ilə edam edildi.
İstinadlar
- Bosworth, C. E. (1968). "The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217)". In Frye, R. N. (ed) The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol periods. Cambridge: Cambridge University Press. pp. 1–202. ISBN 0-521-06936-X.
- Köymen, Mehmed Altay (1972 4.baş. 2001) Büyük Selçuklu İmparatorluğu Tarihi Cilt.III Alp Arslan ve Zamanı, Ankara:Türk Tarih Kurumu Basımevi
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qara Arslan Qavurd bey XI esr 1073 Selcuq sahzadesi Kirman Selcuqlu dovletinin qurucusu Imadeddovle Qara Arslan Ehmed Qavurd beyعماد الدین قرا ارسلان قاوردKirman Selcuqlu hakimi1048 1073EvvelkiAlp ArslanSonrakiKirman sahSexsi melumatlarDogum tarixi XI esrVefat tarixi 1073Fealiyyeti siyasetciAtasi Cagri beyAilesi Selcuqlular Vikianbarda elaqeli mediafayllarHeyatiAtasi Cagri beyin Xorasan valisi oldugu dovrde dogulmusdur Buveyhiler dovletinin Selcuqlar terefinden isgalindan sonra 1048 ci ilde Kirmana vali teyin edilmisdi Titulu Imadeddovle idi HakimiyyetiTogrul bey dovrunde 1055 ci ilde Omana yurus etmis ve bolgeni ele kecirmisdi 1056 ci ilde Sistan da feth olunmusdu 1059 cu ilde Ibrahim Inal usyani cixmis Qavurd bey emisi Togrul beye usyani yatirmaqda komek olmusdu Alp Arslan dovrunde 4 iyul 1063 cu ilde Togrulun olumunden sonra qardasi Alp Arslanin terefini tutmus ve Sirazda adina xutbe oxutdurmusdu Bundan sonra ozunu veliehd kimi goren Qavurd bey Sabanqara hokmdari emir Fezleveyhe qarsi yagmalar edirdi Fezleveyhin sikayetinden sonra 1064 cu ilde qardasi terefinden gonderilen ceza destesine meglub olub Kirmana geri cekilmisdi 1067 ci ilde yeniden usyana qalxmis lakin yene meglub olaraq qardasi terefinden bagislanmisdi 1068 ci ilde basqa bir usyana baslayan Qavurd bey bu defe Nizamulmulkun ordusu ile hesablasmali oldu Amma Selcuq ordusu Qavurd ile doyusmeye hevesli deyildi Esas sebeb kimi tarixciler Qavurdun ordusunun turkler Selcuq ordusunun ise farslar terefinden idare olunmasini gosterir Buna gore de 1069 cu ilde Selcuq ordusu doyussuz Isfahana qayitdi Alp Arslan qardasi ile edavetinin Qavurdun oglu Sultansahdan qaynaqlandigini dusunurdu Sultan Qavurda oglunun saraya gonderilmesini buyursa da Qavurd evvelce razi olmamis Sultansah ise 1070 ci ilde sexsen sultanin huzuruna cixmisdi Sultansah emisinden atasina qarsi ordu qurmagi teklif etmis Alp Arslan bu teklifi qebul etmisdi Bir nece min esgerle atasina hucuma kecse de Sultansahin bu plani iflasa ugradi 1072 ci ilde Alp Arslanin olumu ve Meliksahin hakimiyyete gelmesi Qavurd bey ucun boyuk capli usyana esas sebeb oldu Meliksahin dovrunde Meliksahin hakimiyyetine esas tehluke qardasi Ayaz bey ve emisi Qavurd bey idi Ayaz Orta Asiyadaki Selcuq torpaqlarina canisin teyin edilmis ve tehluke sovusmusdu Qavurd ise hakimiyyete iddiali idi 16 may 1073 cu ilde Qavurd bey Hemedan yaxinliginda Kerecqapida meglub oldu ve Nizamulmulkun telebi ile edam edildi IstinadlarBosworth C E 1968 The Political and Dynastic History of the Iranian World A D 1000 1217 In Frye R N ed The Cambridge History of Iran Volume 5 The Saljuq and Mongol periods Cambridge Cambridge University Press pp 1 202 ISBN 0 521 06936 X Koymen Mehmed Altay 1972 4 bas 2001 Buyuk Selcuklu Imparatorlugu Tarihi Cilt III Alp Arslan ve Zamani Ankara Turk Tarih Kurumu Basimevi ISBN 975 16 0116 9Xarici kecidler