Qarıqışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Qarıqışlaq | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | Gəloxçular nəfər |
Milli tərkibi | Azərbaycan Türkləri |
Rəsmi dili | Azərbaycan dili |
Qarıqışlaq kəndi Minkənd çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqışlaq kəndindən aşağıdakı məntəqələr yaranmışdır. Qızxanımatoyolan, Qılınclı, Quşçu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar. Oykonim “köhnə qışlaq, köhnə kənd” mənasındadır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi
Bu kənd çar rusiyasının nəşr etdirdiyi, 1888-ci ilin coğrafi xəritəsində «Qarı-qışlaq» kimi göstərilir.
Laçın rayonunun Qarıqışlaq kəndi rayonun ən qədim kəndlərindən biri idi. Kəndin köçkünlük ərəfəsində 365 ailədə 1600 nəfər əhalisi var idi. Hazırda 6000 nəfər. Kənd Laçın şəhərindən qərb tərəfdə, Laçın – Minkənd yolunun 33-cü kilometrliyində, Minkənd çayının sol sahilində yerləşırdi.
Əhalisi əsasən heyvandarlıqla və bağçılıqla məşğul olurdu.
Qarıqışlaq kəndi Hacılar, Sadınlar, Quşçu, Qılışlı,Soyuqbulaq, Zeyvə, Soltanlar və Kosalar kəndləri ilə həmsərhəd idi.
Qarıqışlaq kəndi Qılışlı, Soyuqbulaq, Zeyvə kəndlərindən ibarət sovetliyin mərkəzi idi.
Kənd dəniz səviyyəsindən 1300 metrdən yüksəklikdə, dağların arasında yerləşirdi.Kəndin kənarı ilə mənbəyini “ Qırxbulaqdan” və “Abadxeyir” dərəsindən alan Minkənd çayı axırdı.
Qarıqışlaq kəndi adından ğöründüyü kimi “Qədim qışlaq” mənasını daşıyır.
Kənd Çinar qaya, Oyuq, Ər təpə, Haça qaya, Ağ qaya, Üçdərələr və Hacılar yalı arasında yerləşirdi.
Kənddə qazıntı zamanı tapılan qəbir daşının üzərində ” Məlikəhmədin qəbri , 925-ci il “ yazısı həkk olunmuş qəbir aşkar olunmuşdur. Kəndin kənarında Sıxəhmədli adlanan kənd qalıqlarında və yanındakı məzarlıqdan tapılmış müxtəlif qədim döyüş alətləri və bəzək əşyaları, küp qəbirlər onu göstərir ki, Qarıqışlaq kəndi eramızdan əvvəl də insanların yaşayış məskəni olmuşdur.
Kənd dağların arasında yerləşdiyi üçün, Ağ yarın dərəsindən, Qızıl qayanın dərəsindən, Darca dərədən, Novulcanın dərəsindən, Kürənin dərəsindən, Üçdərələrdən, Kirdivanın dərəsindən, Kaha dərəsindən, Sağmal otunun dərəsindən, Maral bulağının dərəsindən (və s.) axan sular çaya tökülürdü.Çınar düzü, Böyük düz, Göl yerinin düzü kəndə xüsusi gözəllik verərdi.
Kənddəki buz bulaqlar – Əli bulağı, Maral bulağı, Fındıqlının bulağı, Sağmal otunun bulağı, Lazım bulağı, Təzirin bulağı, Çır-çırın bulağı, Dərvişalı bulağı, Yüzbaşı bulağı, Daşdan tökülən (və s.) bulaqların billur kimi suları var idi.
Qara göl (2670 metr), Novlu bulaq (2520 metr), Sona bulağı (2290 metr), Cilli göl (2000 metr) kimi sərin, gullu çiçəkli yaylaqlar kəndin ən gözəl yerlərindən idi.
Qarıqışlaq kəndi böyük bir qəsəbə idi. Kənddə 50 çarpayılıq xəstəxana, 422 yerlik ikimərtəbəli və yeni inşa olunmuş üçmərtəbəli orta məktəb (kənddə 1901-ci ildən məktəb fəaliyyət göstərirdi.), idman zalı, ATS, çörək zavodu, klub, hamam, tikiş sexi, mağaza, daş karxanası və başqa sosial obyektlər var idi.
Kəndin iri meyvə bağlarında müxtəlif alma sortları, armud sortları, ərik, gilas, heyva, tut, gavalı, qoz və başqa meyvələr yetişirdi.
Kəndin Pöhrə adlanan meşəsində palıd, viləs (ulas), ağcaqayın , fındıq ağacları bitərdi. Meşədə və dağın döşündə itburnu, zirinc, tuvulğa, qaratikan və s.kol bitkiləri də bitərdi.
Kənddə 2 məscid (1718-ci ilə aid), Soltan baba piri (XII əsrə aid), Dəmirovlu pir, Ağ qaya qalası, Ulu körpü (1378), Ağzıbir kahası adlanan tarixi abirələr vardır.
Qarıqışlaq kəndində xeyirxah insanlardan 1896-cı ildə anadan olmuş Molla Teymur əmini göstərmək olar. Teymur əmi kəndin üç kilometrliyində olan ”Təzirin bulağı” adlanan bulağın suyunu öz şəxsi hesabına dəmir boru vasitəsilə kəndə çəkiərək iki yerdə su kranları qoymuşdur.
Öz xeyirxahlığı ilə kənd arasında böyük nüfuza malik olan Qələndərov Murtuza Bayram oğlu 1901-ci ildə Qarıqışlaq camaatının təhsilə marağını nəzərə alıb, öz hesabına məktəb binası tikdirərək camaatın istifadəsinə vermişdir.
Qarıqışlaq kəndi ərazisində üç yerdə qəbristanlıq var idi.Onlardan ikisi qədimdən qalan qəbristanlıq idi. Orada daşdan qoç heykəlləri, üzərində müəyyən yazılar olan daş kitabələr olan qəbirlər var ıdı. Üçüncü qəbristanlıq 1910-cu ildən 1992-ci ilədək vəfat edənlər ücün idi.
Mədəniyyəti
Kəndin ərazisi tarix və mədəniyyət abidələi ilə zəngindir. Belə ki, kəndin şimal-qərb hissəsində XVII-XVIII əsrlərə aid bir neçə memarlıq abidəsinin qalıqları hələ də öz tədqiqatçılarını gözləyir. Təbiətin şıltaqlağına dözüş gətirə bilməyən bu abidələr yerli pud daşlar və əhəng materialları ilə tikilmişdir.
Qarıqışlaqdan bir kilometr şimal-şərq istiqamətində, hündür əzəmətli qayaların əhatəsində meşənin içərisində Qafqaz Albaniyası dövrünə məxsus ölçüsü 5,80x2,50 metr olan hündürlüyü 4,4 metr olan, içəri tərəfdən genişlənən iki pəncərəsi və bir giriş qapısı olan birnefli sovmə mövcuddur. Abidəni əhatə edən bu qayaların içərisində hələlik tarixi bizə dəqiq məlum olmayan antik dövrlərə aid bir neçə mağara öz möhtəşəmliyini indiyə qədər qoruyub saxlayır. Bu qayanın ən ucasını kənd əhalisi «Çinar qaya» adlandırırdı.
Bu kəndin iki məscidi (biri Qaragöl yaylağındadır) məscid binası və digər inanc yerləri 1905-1918-ci illər silahlı erməni basqınları zamanı ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Sovetlər dönəmində isə məscidlərin bərpasına icazə verilməmişdi. Bu kənddə su dəyirmanı və xeyli sayda bədii daş nümunələri mövcuddur.
Coğrafiyası və iqlimi
Qarıqışlaq kəndi, Bozlu kəndindən Həkəri çayının Minkənd qolunun axarı istiqamətində 6 km aralıda dəniz səviyyəsindən 1220-1290 metr yüksəklikdə, Həkəri çayının Minkənd qolunun gözəl çay vadisində ağaclar arasında yerləşir.
Əhalisi
Qarıqışlaq kəndinin əhalisi Gəloxçu soyunun nümayəndələridir milliyətcə Azərbaycan Türkləridir .
Şəxsiyyətləri
- Akif Səlimov - Laçın Rayon İcra Hakimiyyətinin başçısı (2013-2016)
- - İqtisadçı, şair,
İqtisadiyyatı
Qarıqışlaq kəndinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət olub. Kənddə bir qayda olaraq qış aylarında mövsümü həftə bazarları olurdu. Yəni həftə bazarı qış aylarında Minkənddən Qarıqışlağa köçürdü.Yaxın kəndlərin əhalisi özləri istehsal etdikləri malları burada bazara çıxarıb biri-biri ilə alış veriş edirdilər. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən müasir tipli eyvanlı kənd evlərindən ibarət idi.
İstinadlar
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 40
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Qarıqışlaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN .
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qariqislaq Azerbaycan Respublikasinin Lacin rayonu Qariqislaq kend inzibati erazi dairesinde kend Qariqislaq39 39 59 sm e 46 23 09 s u Olke AzerbaycanTarixi ve cografiyasiSaat qursagi UTC 04 00EhalisiEhalisi Geloxcular neferMilli terkibi Azerbaycan TurkleriResmi dili Azerbaycan diliXeriteni goster gizle Qariqislaq Qariqislaq kendi Minkend cayinin Hekeri cayinin qolu sahilinde Qarabag yaylasindadir XIX esrin ortalarinda 87 aileden ibaret Qariqislaq kendinden asagidaki menteqeler yaranmisdir Qizxanimatoyolan Qilincli Quscu Misni Sadinlar Soyuqbulaq ve Hacilar Oykonim kohne qislaq kohne kend menasindadir 1992 ci ilde Ermenistan Respublikasi Silahli Quvveleri terefinden isgal edilib 1 dekabr 2020 ci ilde Azerbaycan Respublikasi Silahli Quvveleri terefinden isgaldan azad edilmisdir TarixiBu kend car rusiyasinin nesr etdirdiyi 1888 ci ilin cografi xeritesinde Qari qislaq kimi gosterilir Lacin rayonunun Qariqislaq kendi rayonun en qedim kendlerinden biri idi Kendin kockunluk erefesinde 365 ailede 1600 nefer ehalisi var idi Hazirda 6000 nefer Kend Lacin seherinden qerb terefde Lacin Minkend yolunun 33 cu kilometrliyinde Minkend cayinin sol sahilinde yerlesirdi Ehalisi esasen heyvandarliqla ve bagciliqla mesgul olurdu Qariqislaq kendi Hacilar Sadinlar Quscu Qilisli Soyuqbulaq Zeyve Soltanlar ve Kosalar kendleri ile hemserhed idi Qariqislaq kendi Qilisli Soyuqbulaq Zeyve kendlerinden ibaret sovetliyin merkezi idi Kend deniz seviyyesinden 1300 metrden yukseklikde daglarin arasinda yerlesirdi Kendin kenari ile menbeyini Qirxbulaqdan ve Abadxeyir deresinden alan Minkend cayi axirdi Qariqislaq kendi adindan gorunduyu kimi Qedim qislaq menasini dasiyir Kend Cinar qaya Oyuq Er tepe Haca qaya Ag qaya Ucdereler ve Hacilar yali arasinda yerlesirdi Kendde qazinti zamani tapilan qebir dasinin uzerinde Melikehmedin qebri 925 ci il yazisi hekk olunmus qebir askar olunmusdur Kendin kenarinda Sixehmedli adlanan kend qaliqlarinda ve yanindaki mezarliqdan tapilmis muxtelif qedim doyus aletleri ve bezek esyalari kup qebirler onu gosterir ki Qariqislaq kendi eramizdan evvel de insanlarin yasayis meskeni olmusdur Kend daglarin arasinda yerlesdiyi ucun Ag yarin deresinden Qizil qayanin deresinden Darca dereden Novulcanin deresinden Kurenin deresinden Ucderelerden Kirdivanin deresinden Kaha deresinden Sagmal otunun deresinden Maral bulaginin deresinden ve s axan sular caya tokulurdu Cinar duzu Boyuk duz Gol yerinin duzu kende xususi gozellik vererdi Kenddeki buz bulaqlar Eli bulagi Maral bulagi Findiqlinin bulagi Sagmal otunun bulagi Lazim bulagi Tezirin bulagi Cir cirin bulagi Dervisali bulagi Yuzbasi bulagi Dasdan tokulen ve s bulaqlarin billur kimi sulari var idi Qara gol 2670 metr Novlu bulaq 2520 metr Sona bulagi 2290 metr Cilli gol 2000 metr kimi serin gullu cicekli yaylaqlar kendin en gozel yerlerinden idi Qariqislaq kendi boyuk bir qesebe idi Kendde 50 carpayiliq xestexana 422 yerlik ikimertebeli ve yeni insa olunmus ucmertebeli orta mekteb kendde 1901 ci ilden mekteb fealiyyet gosterirdi idman zali ATS corek zavodu klub hamam tikis sexi magaza das karxanasi ve basqa sosial obyektler var idi Kendin iri meyve baglarinda muxtelif alma sortlari armud sortlari erik gilas heyva tut gavali qoz ve basqa meyveler yetisirdi Kendin Pohre adlanan mesesinde palid viles ulas agcaqayin findiq agaclari biterdi Mesede ve dagin dosunde itburnu zirinc tuvulga qaratikan ve s kol bitkileri de biterdi Kendde 2 mescid 1718 ci ile aid Soltan baba piri XII esre aid Demirovlu pir Ag qaya qalasi Ulu korpu 1378 Agzibir kahasi adlanan tarixi abireler vardir Qariqislaq kendinde xeyirxah insanlardan 1896 ci ilde anadan olmus Molla Teymur emini gostermek olar Teymur emi kendin uc kilometrliyinde olan Tezirin bulagi adlanan bulagin suyunu oz sexsi hesabina demir boru vasitesile kende cekierek iki yerde su kranlari qoymusdur Oz xeyirxahligi ile kend arasinda boyuk nufuza malik olan Qelenderov Murtuza Bayram oglu 1901 ci ilde Qariqislaq camaatinin tehsile maragini nezere alib oz hesabina mekteb binasi tikdirerek camaatin istifadesine vermisdir Qariqislaq kendi erazisinde uc yerde qebristanliq var idi Onlardan ikisi qedimden qalan qebristanliq idi Orada dasdan qoc heykelleri uzerinde mueyyen yazilar olan das kitabeler olan qebirler var idi Ucuncu qebristanliq 1910 cu ilden 1992 ci iledek vefat edenler ucun idi MedeniyyetiKendin erazisi tarix ve medeniyyet abidelei ile zengindir Bele ki kendin simal qerb hissesinde XVII XVIII esrlere aid bir nece memarliq abidesinin qaliqlari hele de oz tedqiqatcilarini gozleyir Tebietin siltaqlagina dozus getire bilmeyen bu abideler yerli pud daslar ve eheng materiallari ile tikilmisdir Qariqislaqdan bir kilometr simal serq istiqametinde hundur ezemetli qayalarin ehatesinde mesenin icerisinde Qafqaz Albaniyasi dovrune mexsus olcusu 5 80x2 50 metr olan hundurluyu 4 4 metr olan iceri terefden genislenen iki penceresi ve bir giris qapisi olan birnefli sovme movcuddur Abideni ehate eden bu qayalarin icerisinde helelik tarixi bize deqiq melum olmayan antik dovrlere aid bir nece magara oz mohtesemliyini indiye qeder qoruyub saxlayir Bu qayanin en ucasini kend ehalisi Cinar qaya adlandirirdi Bu kendin iki mescidi biri Qaragol yaylagindadir mescid binasi ve diger inanc yerleri 1905 1918 ci iller silahli ermeni basqinlari zamani ermeniler terefinden tamamile dagidilmisdir Sovetler doneminde ise mescidlerin berpasina icaze verilmemisdi Bu kendde su deyirmani ve xeyli sayda bedii das numuneleri movcuddur Cografiyasi ve iqlimiQariqislaq kendi Bozlu kendinden Hekeri cayinin Minkend qolunun axari istiqametinde 6 km aralida deniz seviyyesinden 1220 1290 metr yukseklikde Hekeri cayinin Minkend qolunun gozel cay vadisinde agaclar arasinda yerlesir EhalisiQariqislaq kendinin ehalisi Geloxcu soyunun numayendeleridir milliyetce Azerbaycan Turkleridir Sexsiyyetleri Akif Selimov Lacin Rayon Icra Hakimiyyetinin bascisi 2013 2016 Iqtisadci sair IqtisadiyyatiQariqislaq kendinin etnik terkibi yalniz azerbaycanlilardan ibaret olub Kendde bir qayda olaraq qis aylarinda movsumu hefte bazarlari olurdu Yeni hefte bazari qis aylarinda Minkendden Qariqislaga kocurdu Yaxin kendlerin ehalisi ozleri istehsal etdikleri mallari burada bazara cixarib biri biri ile alis veris edirdiler Ehalinin esas mesguliyyeti bostanciliq bagciliq ve heyvandarliq idi Ehalinin yasayis evleri qara damlardan ve sonralar muasirlesen muasir tipli eyvanli kend evlerinden ibaret idi IstinadlarAzerbaycan toponimlerinin ensklopedik lugeti 2 cildde Baki 2007 II cild seh 40 Azerbaycan Respublikasinin Dovlet Statistika Komitesi Inzibati erazi bolgusu tesnifati PDF az stat gov az 2019 2020 04 16 tarixinde PDF Istifade tarixi 2020 04 16 Qariqislaq Azerbaycan toponimlerinin ensiklopedik lugeti II cild Baki Serq Qerb 2007 304 ISBN 978 9952 34 156 0 Lacin rayonu ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Kend ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin