Qalatəpə şəhər məskəni — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Qarqarçayla qədim Gavurarxın kəsişdiyi strateji əhəmiyyətli təbii yüksəkliyin üzərində yerləşir və 26 hektara yaxın sahəni əhatə edir. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya) vilayətinə daxil idi.
İki eranın qovşağında yaşamış yunan coğrafiyaşünası Strabon həmin vilayətdəki iki şəhər haqqında məlumat verir: Ayniana (yaxud Enian) və Anariaka. “Coğrafiya” əsərində Strabon yazır: “...aynianlar Vtiyada ətrafı hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən xəbər verən məbədini göstərirlər” (Strabon, XI, 7,). Bu sözlərdən sonra Strabon Selevki sərkərdəsi Patrokola istinad edir. Məlumdur ki, Xəzər dənizinin tədqiqi üzrə ilk ekspedisiya e.ə. 283-282 -ci illərdə məhz onun rəhbərliyi altında təşkil olunmuşdur. Buradan isə belə qənaətə gəlmək olar ki, Ayniana – Enian ən azı hələ e.ə. III əsrin başlanğıcında bir şəhər kimi mövcud idi. Enian haqqında bəhs edən tədqiqatşı R.S.Məlikov bu şəhərin xan və ya xanxani adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalını irəli sürür(11, s.124-125). K.V.Trever isə yazır ki,Enian əslində Xanxan adlanmış və bu şəhər əvvəllər Albaniyanın Uti, sonralar isə Paytakaran vilayətinin tərkibində olmuşdur(14,s.143). Antik və orta əsr mənbələrini təhlil edən Z.İ.Yampolski Enianı qədim Azərbaycan şəhəri kimi səciyyələndirmişdir.
IX-X əsr ərəb müəlliflərinin (Kufi, İstəxri, İbn Hövqəl, Müqəddəsi) əsərlərində Ayniana – Enian şəhər adına yeni formada – “Yunan” şəklində rast gəlirik. Monqol işğalı ərəfəsində Azərbaycanda olan və buradakı yaşayış məntəqələrinin adlarını sadalayan Yaqut əl-Həməvi qeyd edir ki, Yunan Bərdənin yeddi fərsəngliyində olan bir yerdir və ondan Beyləqana qədər də yeddi fərsəng məsafə vardır (9, VIII, 531). Nəzərə çatdıraq ki, bir fərsəng təxminən 6–8 km-ə bərabərdir.
XIX əsrin 80-ci illərində Rusiya coğrafiya cəmiyyətinin tapşırığı ilə Azərbaycana gəlmiş S.Veysenqof Mil-Qarabağ düzənliyindəki abidələr haqqında məlumat vermişdir (7, s.64-69). H.Cəfərov haqlı olaraq qeyd edir ki, S,Veysenqof Qarabağın qədim abidələrinin səthi də olsa ilk xəritəsini tərtib etmişdir (1, s.6). 1897-ci ildə E.Ressler Qalatəpə ətrafında kəşfiyyat işləri zamanı Gavurarxın yatağında küp qəbirləri aşkara çıxarmışdır (8).
1927-ci ildə Ə.K.Ələrkbərov küp qəbirlərini öyrənmək məqsədilə Qalatəpə şəhər xarabalığı ətrafında qazıntı aparmış və bir neçə qəbir açmışdır (5). XX əsrin ortalarında orta əsr Beyləqan şəhər xarabalığında – Örənqalada tədqiqat aparan alimlər (A.İyessen, İ.Cəfərzadə və b.) Yunan şəhəri və onun lokalizəsilə bağlı müxtəlif fikirlər söyləmişlər. Q.M.Əhmədov isə Qalatəpənin Mil düzündə az-çox şəhər xarabalığına bənzəyən yaşayış yeri olduğunu vurğulamış, onun Enian adlı şəhərin qalıqları olması haqda mülahizə yürütmüşdür (3, s.15). 1974-cü ildə F.L.Osmanov Qalatəpədə yoxlama şurf qoymuş, burada dulus kürəsinin izlərinə və erkən orta əsr saxsı məmulatına rast gəlmişdir (13, s.23-27).
Qalatəpənin qədim və orta əsrlərdə mövcud olmuş, mənbələrdə müxtəlif ad altında (Ayniana – Enian – Xanxan – Yunan) əksini tapmış şəhərin qalığı olub-olmadığını aydınlaşdırmaq üçün geniş qazıntılara başlamaq zərurəti çoxdan yaransa da, bu işi reallaşdırmaq 2008-ci ildən mümkün olmuşdur. Həmin il Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ arxeoloji ekspedisiyası T.R.Əliyevin rəhbərliyi ilə abidənin narınqala hissəsinin şimal-qərb tərəfində 80 kv.m. sahə 3,6 m dərinliyədək qazılıb tədqiq olundu (, s.78-83). 2009-2011-ci illərdə qazıntı sahəsi 300 kv. m.-dək genişləndirildi. Hazırda tədqiq olunan mədəni təbəqənin qalınlığı 8 metrə çatır. Arxeoloji qazıntı zamanı abidənin 0,7 metrlik üst təbəqəsinin orta yüzilliklərə - IX-XIII əsrlərə aid olduğu müəyyənləşdirildi. Burada aşkar olunan 6 x 4 m ölçülü otağın 0,2 m qalınlığındakı döşəməsinin üzərinə gəc məhlulundan suvaq çəkilmişdir. Otağın cənub-qərb hissəsində üst-üstə altı cərgə düzülmüş və gəc məhlulu ilə bir-birinə bərkidilmiş 22 x 22 x 4,5 sm ölçülü bişmiş kərpiclərdən ibarət divarın bir hissəsi açılmışdır. Otağın cənub-şərq tərəfində isə bişmiş kərpiclərdən tikilmiş ocaq qurğusu aşkar olunmuşdur. Buradakı kül qatından 50-yə yaxın keramika qırığı toplanmışdır. Ümumiyyətlə, orta əsrlərə aid üst təbəqədən şirli və şirsiz saxsı qab nümunələrinə (küpə, bardaq, nimçə, duzqabı, qapaq və s.), metal və şüşədən müxtəlif əşyaların qırıntılarına rast gəlinmişdir. Keramika nümunələri arasında qazan tipli qablar öz rəngarəngliyi ilə seçilir. Bütövlükdə Qalatəpənin üst qatındakı keramika nüunələri digər orta əsr Azərbaycan şəhərlərindən, xüsusilə Beyləqan şəhər yerindən əldə olunan materiallarla yaxın oxşarlıq təşkil edir. Bəhs edilən təbəqədən daş və tuncdan hazırlanmış bəzək əşyaları da (muncuq, sırğa və s.) aşkar edilmişdir. Təsadüfi tapıntılar arasında bir ədəd orta əsrlərə aid mis sikkə də vardır. Qalatəpənin 0,7 – 6,4 m dərinlikdə açılan təbəqəsi antik və erkən orta əsrlərə aiddir. Bu təbəqədə çiy kərpiclərdən inşa edilmiş müşahidə qurğusu – bürcü olan qala divarına, kvadrat şəkilli (56 kv.m) böyük bir otağa, eni 1,5 m, uzunluğu isə 13 m-ə yaxın olan küçənin (və ya dalanın) qalığına və başqa yardımçı tikililərin izlərinə rast gəlinmişdir. Tikintidə istifadə olunmuş çiy kərpiclərin ölçüləri çox böyükdür: 56-58 x 46-47 x 16-19 sm. Təkcə qazıntı sahəsində açılan divarların hörgüsündə 7000-dən atıq belə ölçülü kərpic işlədilmişdir. Qeyd edək ki, kərpiclər bir-birinə palçıq məhlulla bənd olunmuşdur. Bütün bunlar qədim Azərbaycanda gil kərpic memarlığının yüksək inkişafından xəbər verir. Antik dövrə aid alt qatlarda bişmiş kərpiclərə də (ölçüləri: 29 x 29 x 7-8 sm) tez-tez rast gəlinir. Qala divarlarını daha da möhkəmləndirmək məqsədilə arakəsmələrə doldurilmuş tullantılar arasında üzəri freskalı - qara, qırmızı və narıncı boya ilə naxışlanmış tikinti materialları diqqəti cəlb edir. 2011-ci ildə aparılan qazıntılar zamanı II kvadratda - böyük otağın cənub-qərb hissəsində qalınlığı 5 sm-ə çatan və bütün kəsiklərdə aydın izlənilən kül qatı açılmışdır.Bu sahədə, 7,8 m dərinlikdə əhəng daşından səliqə ilə hazırlanmış daş sütun altlığına rast gəlinmişdir. Onun üzəri, eləcə də ətrafındakı üzəri suvanmış sahə uzun müddətli odun təsirindən yanaraq çəhrayı keramikaya bənzər rəng almışdır. Sütun altlığının ərafında dirək yerləri olan çuxurlar və çoxlu iri kömür parçaları da diqqəti çəkir. Bəzi kömür nümunələri analiz üçün Berlinə göndərilmişdir. İlkin tədqiqatlar bəhs olunan bu kompleksin erkən alban dövrünə aid məbədin qalıqları olduğunu söyləməyə imkan verir. Qalatəpədə antik təbəqənin tapıntıları arasında üzərinə qırmızı boya ilə naxışlar çəkilmiş keramika nümunələri üstünük təşkil edir. Onların demək olar ki, hamısı narın gildən yoğrularaq əldə hazırlanmış və yaxşı bişirilmişdir. Qalatəpə şəhər yerindən 150–200 m. şərqdə 4 ha-a yaxın bir sahədə antik dövrə aid küp qəbirlərindən ibarət nekropol yerləşir. Qədim Gavurarxın dərin yatağı bu nekropolu Qalatəpə şəhər məskənindən ayırır. Güman edilir ki, bu suvarma sistemi eramızın ilk əsrlərində çəkilmiş, küp qəbirləri nekropolunu kəsməklə Qarqarçayla birləşdirilmişdir. Mil-Qarabağ arxeoloji ekspedisiyası nekropolla bəhs olunan şəhər yerinin əlaqəsini öyrənmək məqsədilə 2009-2011-ci illərdə burada 12 küp qəbir aşkar edib öyrənmişdir. Qəbir avadanlığı arasında zəngin naxışlı və müxtəlif çeşidli saxsı qablarla yanaşı dəmir qılınc, tuncdan çoxlu miqdarda bəzək əşyaları - sancaq, zınqırov, üzük, quş və maral fiqurları, pasta, əqiq və müxtəlif daşlardan muncuqlar vardır. 1 saylı küp qəbirin içərisinə - mərhumun sağ böyrünün üstünə tiyəsinin dəstəklə birgə ümumi uzunluğu bir metr olan dəmir qılıncın qoyulması bu qəbirin döyüşçüyə məxsusluğunu söyləməyə əsas verir. Tunc əşyalardan sancaq bəzəklər maraq doğurur. Onlardan birinin romb şəkilli üzəri pasta və mina ilə bəzədilmişdir. Belə sancaqlar eramızın ilk əsrlərində Roma İmperiyasının əyalətlərində geniş yayılmışdır (6, s.345 və 10, s.102, 214). C.Xəlilov hesab edir ki, bəzək sancaqlar iqtisadi əlaqələr nəticəsində Albaniyaya gətirilmişdir (15, s.144). Qalatəpə nekropolunun saxsı məmulatı Mil-Qarabağ düzənliyindəki oxşar və sinxron abidələrdən, xüsusilə Ağcabədi rayonunun Üzeyirkənd yaxınlığındakı Qaraköbər küp qəbirlərindən əldə edilən materiallara yaxındır (4, s.69-96). Qalatəpə şəhər yerindən və nekropolundan əldə edilən arxeoloji materiallar bilavasitə Albaniyanın Ayniana və ya Enian şəhərləri haqqında məlumat vermiş Strabonun yaşadığı dövrlə üst-üstə düşür. Keramika nümunələri isə bu şəhərin hələ e.ə. III-II əsrlərdə meydana gəldiyini göstərir. E.ə. I – b.e.-nın II əsrlərində şəhərdə gur həyat olmuş, memarlıq, sənətkarlıq, qonşu regionlarla, o cümlədən Roma imperiyası və onun əyalətləri ilə mədəni, iqtisadi, xüsusilə ticarət əlaqələri yüksək inkişaf etmişdir. Güman ki, III əsrdən başlanan Sasani-Roma müharibələri şəhərin tənəzzül dövrünə qədəm qoymasına səbəb olmuşdur. Aramsız davam edən Sasani-Bizans, Sasani-Ərəb və Ərəb-Xəzər müharibələri zamanı döyüş meydanı olmuş Mil-Qarabağ düzündə, o cümlədən qədim Ayniana (Enian) şəhərində həyat ritmi pozulmuşdur. Qalatəpədən 5 km cənub-şərqdə yerləşən məşhur Üçtəpə kurqanlarından biri ötən əsrin ortalarında qazılarkan Xəzər döyüşçü-sərkərdəsinə məxsus sallama qəbirə (VII əsrin ortaları) rast gəlinməsi də Qalatəpə ətrafında getmiş qızğın döyüşlərdən xəbər verir. Fikrimizcə, ərəb müəllifi Əbu Dulfin bəhs etdiyi beş mindən çox atılmış kənd və qalalar da həmin müharibələrin qurbanı olmuşdur. IX-X əsrlərdə - Xilafətin tənəzzülündən sonra Qalatəpə şəhər yerində həyat yenidən canlanmış, lakin XIII əsrin əvvəllərində monqol yürüşləri nəticəsində antik dövrdə Ayniana, orta əsrlərdə isə Yunan adlandırılmış qədim alban şəhəri qəti şəkildə süquta uğramışdır. Qalatəpə şəhər yerində və onun ətrafında başlanan qazıntılar burada Azərbaycanın zəngin mədəniyyətinin mühüm bir hissəsinin hifz olunaraq qorunduğunu aşkara çıxardı. Hazırda T.R.Əliyev bu abidədə qazıntıları davam etdirir.
İstinadlar
- 1
- Ямпольский З.И. К изучению древнеазербайджанского города Юнан. ТАЭ, т.1, МИА СССР, 67. – М. – Л., 1959, с.366-369.
- Əliyev T., Babayev F. Mil-Qarabağ bölgəsində Qafqaz Albaniyasının daha bir şəhəri aşkar olundu. Azərbaycanda arxeoloji tədqiqatlar. –Bakı, 2008.
Azərbaycan dilində 1.Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində. -Bakı, 2000. 2. 3. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. – Bakı, 1979. 4. Osmanov F.L. Azərbaycanda küp qəbirlərinin meydana gəlməsi və yayılması məsələsinə dair (Mil düzündə son arxeoloji tədqiqatlar əsasında). Azərbaycanın Maddi Mədəniyyəti, X cild. – Bakı, 1987.
Rus dilində 5. Алекперов А.К. Культура кувшинных погребений Азербайджана. В кн.: Исследование по археологии и этнографии Азербайджана. – Б., 1960, с.37-44. 6. Археология СССР. Античные государства Северного Причерноморья. – М.,1984. 7. Вейссенгоф С. Сведения о Мильской степи. ИКОИА. Тифлис, 1884, т.1, вып.2. 8.Дело АК, архив ЛОИА, 48. 1897,л.42, 59-89. 9. Йакут ал-Хамави. Муджам ал-Булдан. Перевод с арабского З.М.Буниятова и П.К.Жузе. – Баку, 1983. 10.Кругликова И.Т. Античная археология. – М.,1984. 11.Меликов Р.С. Этническая картина Азербайджана в период ахаменидского владычества. – Баку, 2003. 12.Нуриев А.Б. Ремесло Кавказской Албании. – Баку, 2009. 13.Османов Ф.Л. Городище Галатепе в Мильской степи. АЭИА за 1974 г. – Баку, 1975, с.23-27 14.Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании. – М.-Л.,1959. 15.Халилов Дж.А. Материальная культура Кавказской Албании. – Баку, 1985. 16.Ямпольский З.И. К изучению древнеазербайджанского города Юнан. ТАЭ, т.1, МИА СССР, 67. – М. – Л., 1959, с.366-369.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qalatepe seher meskeni Agcabedi rayonunun Salmanbeyli kendi yaxinliginda Qarqarcayla qedim Gavurarxin kesisdiyi strateji ehemiyyetli tebii yuksekliyin uzerinde yerlesir ve 26 hektara yaxin saheni ehate edir Bu erazi antik ve erken orta esrlerde Qafqaz Albaniyasinin Uti Vtiya vilayetine daxil idi Iki eranin qovsaginda yasamis yunan cografiyasunasi Strabon hemin vilayetdeki iki seher haqqinda melumat verir Ayniana yaxud Enian ve Anariaka Cografiya eserinde Strabon yazir aynianlar Vtiyada etrafi hasarli seher salmislar o seherin adi Aynianadir deyirler burada yunan silahi mis qablar ve qebirler gosterirler burada Anariaka seheri de vardir o seherde deyirler yatanlarin qeybden xeber veren mebedini gosterirler Strabon XI 7 Bu sozlerden sonra Strabon Selevki serkerdesi Patrokola istinad edir Melumdur ki Xezer denizinin tedqiqi uzre ilk ekspedisiya e e 283 282 ci illerde mehz onun rehberliyi altinda teskil olunmusdur Buradan ise bele qenaete gelmek olar ki Ayniana Enian en azi hele e e III esrin baslangicinda bir seher kimi movcud idi Enian haqqinda behs eden tedqiqatsi R S Melikov bu seherin xan ve ya xanxani adli alban tayfalari terefinden insa olunmasi ehtimalini ireli surur 11 s 124 125 K V Trever ise yazir ki Enian eslinde Xanxan adlanmis ve bu seher evveller Albaniyanin Uti sonralar ise Paytakaran vilayetinin terkibinde olmusdur 14 s 143 Antik ve orta esr menbelerini tehlil eden Z I Yampolski Eniani qedim Azerbaycan seheri kimi seciyyelendirmisdir IX X esr ereb muelliflerinin Kufi Istexri Ibn Hovqel Muqeddesi eserlerinde Ayniana Enian seher adina yeni formada Yunan seklinde rast gelirik Monqol isgali erefesinde Azerbaycanda olan ve buradaki yasayis menteqelerinin adlarini sadalayan Yaqut el Hemevi qeyd edir ki Yunan Berdenin yeddi fersengliyinde olan bir yerdir ve ondan Beyleqana qeder de yeddi ferseng mesafe vardir 9 VIII 531 Nezere catdiraq ki bir ferseng texminen 6 8 km e beraberdir XIX esrin 80 ci illerinde Rusiya cografiya cemiyyetinin tapsirigi ile Azerbaycana gelmis S Veysenqof Mil Qarabag duzenliyindeki abideler haqqinda melumat vermisdir 7 s 64 69 H Ceferov haqli olaraq qeyd edir ki S Veysenqof Qarabagin qedim abidelerinin sethi de olsa ilk xeritesini tertib etmisdir 1 s 6 1897 ci ilde E Ressler Qalatepe etrafinda kesfiyyat isleri zamani Gavurarxin yataginda kup qebirleri askara cixarmisdir 8 1927 ci ilde E K Elerkberov kup qebirlerini oyrenmek meqsedile Qalatepe seher xarabaligi etrafinda qazinti aparmis ve bir nece qebir acmisdir 5 XX esrin ortalarinda orta esr Beyleqan seher xarabaliginda Orenqalada tedqiqat aparan alimler A Iyessen I Ceferzade ve b Yunan seheri ve onun lokalizesile bagli muxtelif fikirler soylemisler Q M Ehmedov ise Qalatepenin Mil duzunde az cox seher xarabaligina benzeyen yasayis yeri oldugunu vurgulamis onun Enian adli seherin qaliqlari olmasi haqda mulahize yurutmusdur 3 s 15 1974 cu ilde F L Osmanov Qalatepede yoxlama surf qoymus burada dulus kuresinin izlerine ve erken orta esr saxsi memulatina rast gelmisdir 13 s 23 27 Qalatepenin qedim ve orta esrlerde movcud olmus menbelerde muxtelif ad altinda Ayniana Enian Xanxan Yunan eksini tapmis seherin qaligi olub olmadigini aydinlasdirmaq ucun genis qazintilara baslamaq zerureti coxdan yaransa da bu isi reallasdirmaq 2008 ci ilden mumkun olmusdur Hemin il Azerbaycan Milli Elmler Akademiyasi Arxeologiya ve Etnoqrafiya institutunun Mil Qarabag arxeoloji ekspedisiyasi T R Eliyevin rehberliyi ile abidenin narinqala hissesinin simal qerb terefinde 80 kv m sahe 3 6 m derinliyedek qazilib tedqiq olundu s 78 83 2009 2011 ci illerde qazinti sahesi 300 kv m dek genislendirildi Hazirda tedqiq olunan medeni tebeqenin qalinligi 8 metre catir Arxeoloji qazinti zamani abidenin 0 7 metrlik ust tebeqesinin orta yuzilliklere IX XIII esrlere aid oldugu mueyyenlesdirildi Burada askar olunan 6 x 4 m olculu otagin 0 2 m qalinligindaki dosemesinin uzerine gec mehlulundan suvaq cekilmisdir Otagin cenub qerb hissesinde ust uste alti cerge duzulmus ve gec mehlulu ile bir birine berkidilmis 22 x 22 x 4 5 sm olculu bismis kerpiclerden ibaret divarin bir hissesi acilmisdir Otagin cenub serq terefinde ise bismis kerpiclerden tikilmis ocaq qurgusu askar olunmusdur Buradaki kul qatindan 50 ye yaxin keramika qirigi toplanmisdir Umumiyyetle orta esrlere aid ust tebeqeden sirli ve sirsiz saxsi qab numunelerine kupe bardaq nimce duzqabi qapaq ve s metal ve suseden muxtelif esyalarin qirintilarina rast gelinmisdir Keramika numuneleri arasinda qazan tipli qablar oz rengarengliyi ile secilir Butovlukde Qalatepenin ust qatindaki keramika nuuneleri diger orta esr Azerbaycan seherlerinden xususile Beyleqan seher yerinden elde olunan materiallarla yaxin oxsarliq teskil edir Behs edilen tebeqeden das ve tuncdan hazirlanmis bezek esyalari da muncuq sirga ve s askar edilmisdir Tesadufi tapintilar arasinda bir eded orta esrlere aid mis sikke de vardir Qalatepenin 0 7 6 4 m derinlikde acilan tebeqesi antik ve erken orta esrlere aiddir Bu tebeqede ciy kerpiclerden insa edilmis musahide qurgusu burcu olan qala divarina kvadrat sekilli 56 kv m boyuk bir otaga eni 1 5 m uzunlugu ise 13 m e yaxin olan kucenin ve ya dalanin qaligina ve basqa yardimci tikililerin izlerine rast gelinmisdir Tikintide istifade olunmus ciy kerpiclerin olculeri cox boyukdur 56 58 x 46 47 x 16 19 sm Tekce qazinti sahesinde acilan divarlarin horgusunde 7000 den atiq bele olculu kerpic isledilmisdir Qeyd edek ki kerpicler bir birine palciq mehlulla bend olunmusdur Butun bunlar qedim Azerbaycanda gil kerpic memarliginin yuksek inkisafindan xeber verir Antik dovre aid alt qatlarda bismis kerpiclere de olculeri 29 x 29 x 7 8 sm tez tez rast gelinir Qala divarlarini daha da mohkemlendirmek meqsedile arakesmelere doldurilmus tullantilar arasinda uzeri freskali qara qirmizi ve narinci boya ile naxislanmis tikinti materiallari diqqeti celb edir 2011 ci ilde aparilan qazintilar zamani II kvadratda boyuk otagin cenub qerb hissesinde qalinligi 5 sm e catan ve butun kesiklerde aydin izlenilen kul qati acilmisdir Bu sahede 7 8 m derinlikde eheng dasindan seliqe ile hazirlanmis das sutun altligina rast gelinmisdir Onun uzeri elece de etrafindaki uzeri suvanmis sahe uzun muddetli odun tesirinden yanaraq cehrayi keramikaya benzer reng almisdir Sutun altliginin erafinda direk yerleri olan cuxurlar ve coxlu iri komur parcalari da diqqeti cekir Bezi komur numuneleri analiz ucun Berline gonderilmisdir Ilkin tedqiqatlar behs olunan bu kompleksin erken alban dovrune aid mebedin qaliqlari oldugunu soylemeye imkan verir Qalatepede antik tebeqenin tapintilari arasinda uzerine qirmizi boya ile naxislar cekilmis keramika numuneleri ustunuk teskil edir Onlarin demek olar ki hamisi narin gilden yogrularaq elde hazirlanmis ve yaxsi bisirilmisdir Qalatepe seher yerinden 150 200 m serqde 4 ha a yaxin bir sahede antik dovre aid kup qebirlerinden ibaret nekropol yerlesir Qedim Gavurarxin derin yatagi bu nekropolu Qalatepe seher meskeninden ayirir Guman edilir ki bu suvarma sistemi eramizin ilk esrlerinde cekilmis kup qebirleri nekropolunu kesmekle Qarqarcayla birlesdirilmisdir Mil Qarabag arxeoloji ekspedisiyasi nekropolla behs olunan seher yerinin elaqesini oyrenmek meqsedile 2009 2011 ci illerde burada 12 kup qebir askar edib oyrenmisdir Qebir avadanligi arasinda zengin naxisli ve muxtelif cesidli saxsi qablarla yanasi demir qilinc tuncdan coxlu miqdarda bezek esyalari sancaq zinqirov uzuk qus ve maral fiqurlari pasta eqiq ve muxtelif daslardan muncuqlar vardir 1 sayli kup qebirin icerisine merhumun sag boyrunun ustune tiyesinin destekle birge umumi uzunlugu bir metr olan demir qilincin qoyulmasi bu qebirin doyuscuye mexsuslugunu soylemeye esas verir Tunc esyalardan sancaq bezekler maraq dogurur Onlardan birinin romb sekilli uzeri pasta ve mina ile bezedilmisdir Bele sancaqlar eramizin ilk esrlerinde Roma Imperiyasinin eyaletlerinde genis yayilmisdir 6 s 345 ve 10 s 102 214 C Xelilov hesab edir ki bezek sancaqlar iqtisadi elaqeler neticesinde Albaniyaya getirilmisdir 15 s 144 Qalatepe nekropolunun saxsi memulati Mil Qarabag duzenliyindeki oxsar ve sinxron abidelerden xususile Agcabedi rayonunun Uzeyirkend yaxinligindaki Qarakober kup qebirlerinden elde edilen materiallara yaxindir 4 s 69 96 Qalatepe seher yerinden ve nekropolundan elde edilen arxeoloji materiallar bilavasite Albaniyanin Ayniana ve ya Enian seherleri haqqinda melumat vermis Strabonun yasadigi dovrle ust uste dusur Keramika numuneleri ise bu seherin hele e e III II esrlerde meydana geldiyini gosterir E e I b e nin II esrlerinde seherde gur heyat olmus memarliq senetkarliq qonsu regionlarla o cumleden Roma imperiyasi ve onun eyaletleri ile medeni iqtisadi xususile ticaret elaqeleri yuksek inkisaf etmisdir Guman ki III esrden baslanan Sasani Roma muharibeleri seherin tenezzul dovrune qedem qoymasina sebeb olmusdur Aramsiz davam eden Sasani Bizans Sasani Ereb ve Ereb Xezer muharibeleri zamani doyus meydani olmus Mil Qarabag duzunde o cumleden qedim Ayniana Enian seherinde heyat ritmi pozulmusdur Qalatepeden 5 km cenub serqde yerlesen meshur Uctepe kurqanlarindan biri oten esrin ortalarinda qazilarkan Xezer doyuscu serkerdesine mexsus sallama qebire VII esrin ortalari rast gelinmesi de Qalatepe etrafinda getmis qizgin doyuslerden xeber verir Fikrimizce ereb muellifi Ebu Dulfin behs etdiyi bes minden cox atilmis kend ve qalalar da hemin muharibelerin qurbani olmusdur IX X esrlerde Xilafetin tenezzulunden sonra Qalatepe seher yerinde heyat yeniden canlanmis lakin XIII esrin evvellerinde monqol yurusleri neticesinde antik dovrde Ayniana orta esrlerde ise Yunan adlandirilmis qedim alban seheri qeti sekilde suquta ugramisdir Qalatepe seher yerinde ve onun etrafinda baslanan qazintilar burada Azerbaycanin zengin medeniyyetinin muhum bir hissesinin hifz olunaraq qorundugunu askara cixardi Hazirda T R Eliyev bu abidede qazintilari davam etdirir Istinadlar1 Yampolskij Z I K izucheniyu drevneazerbajdzhanskogo goroda Yunan TAE t 1 MIA SSSR 67 M L 1959 s 366 369 Eliyev T Babayev F Mil Qarabag bolgesinde Qafqaz Albaniyasinin daha bir seheri askar olundu Azerbaycanda arxeoloji tedqiqatlar Baki 2008 Azerbaycan dilinde 1 Ceferov H F Azerbaycan e e IV minilliyin axiri I minilliyin evvellerinde Baki 2000 2 3 Ehmedov Q M Orta esr Beyleqan seheri Baki 1979 4 Osmanov F L Azerbaycanda kup qebirlerinin meydana gelmesi ve yayilmasi meselesine dair Mil duzunde son arxeoloji tedqiqatlar esasinda Azerbaycanin Maddi Medeniyyeti X cild Baki 1987 Rus dilinde 5 Alekperov A K Kultura kuvshinnyh pogrebenij Azerbajdzhana V kn Issledovanie po arheologii i etnografii Azerbajdzhana B 1960 s 37 44 6 Arheologiya SSSR Antichnye gosudarstva Severnogo Prichernomorya M 1984 7 Vejssengof S Svedeniya o Milskoj stepi IKOIA Tiflis 1884 t 1 vyp 2 8 Delo AK arhiv LOIA 48 1897 l 42 59 89 9 Jakut al Hamavi Mudzham al Buldan Perevod s arabskogo Z M Buniyatova i P K Zhuze Baku 1983 10 Kruglikova I T Antichnaya arheologiya M 1984 11 Melikov R S Etnicheskaya kartina Azerbajdzhana v period ahamenidskogo vladychestva Baku 2003 12 Nuriev A B Remeslo Kavkazskoj Albanii Baku 2009 13 Osmanov F L Gorodishe Galatepe v Milskoj stepi AEIA za 1974 g Baku 1975 s 23 27 14 Trever K V Ocherki po istorii i kulture Kavkazskoj Albanii M L 1959 15 Halilov Dzh A Materialnaya kultura Kavkazskoj Albanii Baku 1985 16 Yampolskij Z I K izucheniyu drevneazerbajdzhanskogo goroda Yunan TAE t 1 MIA SSSR 67 M L 1959 s 366 369 Arxeologiya ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin