Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 8 aprel 1984[…], Moskva) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü).London Kral Cəmiyyətinin üzvü, ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü, cəmiyyətinin üzvü(1958). Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974).
Pyotr Kapitsa | |
---|---|
rus. Пётр Леони́дович Капи́ца | |
Doğum tarixi | |
Doğum yeri | , Rusiya imperiyası |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya imperiyası SSRİ |
Uşaqları | |
Elm sahəsi | Nəzəri fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | Professor, SSRİ EA-nın akademiki |
İş yerləri |
|
Alma-mater | |
Təhsili |
|
Elmi rəhbərləri | Ernest Rezerford |
Tanınmış yetirməsi | 50-dən çox |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Görkəmli elm təşkilatçısıdır. yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır. Moskva Fizika və Texnologiya İnstitutunun qurucularından biri. Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Aşağı Temperatur Fizikası kafedrasının ilk müdiri.
Həyatı
Pyotr Leonidoviç Kapitsa 1894-cü il iyulun 9-da hərbi mühəndis general Leonid Kapitsanın ailəsində anadan olub. Atası təhsilli ziyalı, istedadlı mühəndis idi, o, rus silahlı qüvvələrinin inkişafında mühüm rol oynayıb. Anası Olqa İeronimovna təhsilli qadın olub. O, ədəbiyyat, pedaqoji və ictimai fəaliyyətlə məşğul olub. Rus mədəniyyəti tarixində özünəməxsus iz qoyub.
Pyotr əvvəlcə gimnaziyada, daha sonra Kronştad real məktəbində oxuyub, oranı "əla" qiymətlərlə bitirib. Fizika və elektrotexnikaya ciddi maraq göstərməsi ilə fərqlənib. Xüsusi qabiliyyətinə görə ona məktəbin laboratoriyasında müstəqil surətdə təcrübələr aparmağa icazə verilib. Müxtəlif kimyəvi və fiziki təcrübələr qoyan Pyotr cihazları özü təmir edirdi. Xüsusən də saatları dağıtmaq və onları yenidən yığmaq ona çox maraqlı gəlirdi.
1902-ci ildə Pyotr Sankt-Peterburq Politexnik İnstitutuna daxil olub. 1914-cü ilin avqustunda Birinci Dünya müharibəsi başlayıb. 3-cü kurs tələbəsi olan Kapitsa bir çox yaşıdları kimi orduya çağırılıb. Bir müddət müharibənin Polşa cəbhəsində sanitar dəstəsində sürücü olub, yaralıları daşıyıb. 1916-cı ildə ordudan tərxis olunan Pyotr instituta qayıdıb. O vaxt məşhur fizik Abram İoffe onu fizika laboratoriyasında eksperimentlərə cəlb edib. Elə həmin il Kapitsanın "Rus fizika-kimya cəmiyyəti jurnalı"nda ilk məqaləsi dərc olunub. 1918-ci ildə İoffe Peterburqda ağlagəlməz çətinliklər şəraitində Rusiyada ilk elmi-tədqiqat fizika institutlarından birini yaradıb. Kapitsa bu mərkəzin ilk əməkdaşlarından olur. İnstitut sovetKapitsa oğlanları ilə fizika, nəzəri və texniki fizika elminin inkişafında çox mühüm rol oynayır. İnstitutu bitirdikdən sonra onu fizika-riyaziyyat fakültəsində müəllim saxlayırlar. İnqilabdan sonra olduqca mürəkkəb bir dövrdə İoffe var-qüvvəsi ilə alim və tələbələrini, gənc fizikləri qoruyub saxlamağa can atırdı. Onların arasında Kapitsa da var idi. Kapitsanın hələ 18 yaşı var idi, sovet fizika elminin gələcək banisi olan Abram İoffe onu Peterburq Politexnik İnstitutunda elmi tədqiqat işlərinə cəlb etmişdi. Seminarların bütün iştirakçıları eksperimentator idilər və çox çətin vəziyyətdə işləyirdilər; zəruri avadanlıqlar, cihazlar, alətlər çatışmırdı. Hətta eksperiment aparılacaq cihazı yığmaq üçün sadə məftil belə yox idi. Buna baxmayaraq, olduqca mürəkkəb eksperimentlər qoyulurdu. 1920-ci ildə Kapitsa və N. Semyonov (sonralar Nobel mükafatına layiq görülmüş kimyaçı alim) atomun maqnit sahəsini müəyyən etməyə cəhd etdilər. İoffe Kapitsanın xarici elmi ezamiyyətə göndərilməsində israr edirdi. Lakin yeni qurulmuş bolşevik hökuməti buna icazə vermirdi. Bu məsələ yalnız proletar yazıçısı, ölkədə böyük nüfuza sahib Maksim Qorkinin müdaxiləsi ilə həll olundu. Nəhayət, Kapitsaya Böyük Britaniyaya getməyə icazə verildi.
Lakin tezliklə Rusiya tarixi mərhələyə — inqilab və müharibə mərhələsinə daxil oldu. Onun taleyinə faciəli qismət düşdü. Bir ay ərzində o atasını, gənc arvadı Nadejda Çernosvitovanı, 2 yaşlı oğlunu, yenicə doğulmuş qızını itirdi. Bu 1919-cu ilin qışında vətəndaş müharibəsi zamanı baş verdi. O zaman ölkədə "ispanka" adlandırılan qrip epidemiyası tüğyan edirdi.
Taleyinə ağır günlər düşmüş Kapitsa tam ümidsizliyə qapılmışdı. Ən yaxınlarını itirdikdən sonra yaşamaq getdikcə mənasızlaşırdı… Onun üçün xaricə elmi ezamiyyət taleyüklü və müəyyən qədər də xilasedici oldu. Şagirdinin daxili iztirablarını çox yaxşı anlayan İoffe onu xaricə göndərilən rus elmi qrupuna daxil etdi. Bu qrup Avropanın elm mərkəzləri ilə əlaqə yaratmalı idi. Kapitsanın payına İngiltərə, Kembric düşdü.
Müəllim-tələbə dostluğu
P. Kapitsa 1921-ci ilin mayında İngiltərəyə yollanıb. O, məşhur fizik Ernest Rezervordun bütün dünyada məşhur olan Kavendiş laboratoriyasına düşə bilib. Lakin Rezervordun elm məktəbinə düşmək heç də asan deyildi. Özünün bütün səmimiyyəti ilə Rezervord rusiyalı gəncə bildirib ki, xaricilər üçün onun cəmi 30 yeri var və onların hamısı artıq tutulub. Kapitsa başa düşəndə ki, itirməyə bir şeyi qalmayıb, Rezervorddan soruşub: "Professor, sizin tədqiqatların dəqiqliyi neçə faiz təşkil edir?". "Hardasa, 5 faiz",-deyə Rezervord cavab verir. "Əgər 30-a daha bir nəfəri əlavə etsək, onda tədqiqatın dəqiqlik faizi eksperiment səhvləri çərçivəsində olacaq, elə deyilmi professor",-deyə Kapitsa alimə sual verib. "Çünki siz böyük dəqiqlik dalınca qaçmırsınız". Gəncin məntiqli sual-cavabı qarşısında tutulan böyük Rezervord "Yaxşı, qalın!", — deyərək Kapitsanı laboratoriyasına qəbul edib. Lakin o, bu sözləri də əlavə etməyi unutmayıb: "Əgər siz elmi iş əvəzinə bolşevik təbliğatı ilə məşğul olsanız, mən buna dözə bilməyəcəyəm". Pyotr Kapitsa məhz bu cür Kembricdə özünə yol açıb. Rezervord bundan heç vaxt heyfsilənməyib. Müəllim-tələbə münasibəti dostluğa çevrilib. Onların uzun illik əməkdaşlığı (1921–1934-cü illər) dünya əhəmiyyətli bir sıra elmi kəşflərə yol açıb. Kapitsanın ikinci həyatı belə başlayıb.
"Mən ona və onun mənə qarşı münasibətinə çox borcluyam", — deyə sonralar Kapitsa müəllimi barədə yazırdı. Rezervordun mühazirələrində iştirak etməklə yanaşı, Kapitsa eyni zamanda Kavendiş laboratoriyasında yeni işə başlayan gənc fiziklər üçün məcburi olan fiziki praktikumlardan keçməli idi. Bu praktikumlara Ceyms Çedvik (Nobel mükafatı laureatı) rəhbərlik edirdi. Praktikumlar iki ilə nəzərdə tutulmuşdu, lakin cəmi 2 həftə ərzində bütün zaçotları verən Kapitsa laboratoriya əməkdaşları və Rezervordun özünü belə heyrətləndirdi. Kapitsanın qabiliyyətini görən Rezervord ona alfa zərrəciklərini öyrənməyi tapşırdı. Bunlar Rezervordun "sevimli" zərrəcikləri idi. Onun bütün tələbələri alfa zərrəcikləri ilə məşğul idi. Kapitsa zərrəciklərin impulsunu müəyyən etməli idi. Bunun üçün Kapitsaya güclü maqnit sahəsi lazım idi. Çox güclü maqnit sahəsinin yaradılması üzrə işlər getdikcə müstəqil xarakter aldı və o, alfa zərrəciklərinin impulsunun öyrənilməsi işindən, nüvə fizikasından uzaqlaşdı. Lakin onun 1922-ci ildə Kembricdə müdafiə etdiyi doktorluq işi "Alfa zərrəciklərinin maddələrdən keçməsi və maqnit sahəsinin alınması" idi.
Nobel mükafatı alarkənKembricdə işləyərkən Kapitsa tərəfindən çox güclü maqnit sahələrinin yaradılması problemi öz həllini tapdı. O, buraya Vilson kamerasını yerləşdirməyi təklif etdi. Nəticədə ilk dəfə olaraq maqnit sahəsi tərəfindən əyilmiş alfa zərrəciklər əldə olundu. Zərrəciklərin hərəkət trayektoriyasının əyrilik radiusu əsasında hissəciyin yükünü, enerjisini, kütləsini müəyyən etmək mümkün oldu. Lakin Pyotr Kapitsanın aşağı temperatur, aşağı temperaturlu texnika və fizika sahəsində uğurları xüsusilə dəyərli oldu. 1937-ci ildə Kapitsa əvvəllər elmə məlum olmayan maye heliumun yüksəkaxıcılıq qabiliyyətini kəşf etdi. Bundan başqa, Kapitsa cəmi 6–7 atmosfer təzyiqdə qazların durulaşdırılması üçün unikal maşın yaratdı. Əvvəlki maşınlarda qazı 200–300 atmosferə qədər sıxmaq lazım idi.
Kapitsa məhz aşağı temperaturlar fizikası sahəsindəki bu nailiyyətlərinə görə fizika sahəsində Nobel mükafatı laureatı olub.
"Rusiyadan olan dahi"
XX əsrin əvvəlləri — 1920-ci illər müasir fizikanın təşəkkülündə ən səmərəli və məhsuldar dövr hesab olunur. Kavendiş laboratoriyasında və Avropanın digər elmi mərkəzlərində ən ağlagəlməz eksperimentlər qoyulurdu. Elmi dairələrdə çox gərgin elmi diskussiyalar davam edirdi. Kvant qanunauyğunluqlarının öyrənilməsinə ilk cəhdlər edilirdi. Kavendiş laboratoriyası müzakirələr və mübahisələr meydanına çevrilmişdi. Pyotr Kapitsa da tezliklə bu mühitə daxil oldu. İoffe məktəbi ona bu sahədə ilk elmi baza bilikləri vermişdi. Gənc fizik yenilikçi mühəndis risklərinə tam hazır idi. BaxmayaraqKapitsa həyat yoldaşı Anna ilə. 1930-cu il. Kembric ki, Kapitsanın güclü maqnit sahəsinin alınması məqsədilə apardığı eksperimentlər laboratoriyada güclü partlayışlarla müşayiət olunurdu, o, bundan əsla qorxmurdu. Kapitsanın eksperimentləri Kavendişin köhnə divarlarında tez-tez əks-səda yaradırdı, eksperimentlər isə maddə və sahənin quruluşu barədə əvvəlki bilikləri zənginləşdirirdi. Kembricdə Kapitsanın elmi nüfuzu sürətlə artırdı. 1929-cu ildə London Kral Cəmiyyəti ona professor fəxri adı verdi. Müəllimi Rezervord "Rusiyadan olan dahi"nin təşəbbüsləri üçün xəsislik etmirdi. Artıq 30-cu illərdə Kavendiş laboratoriyasının əməkdaşları Rezervordun qüsurlarından söz düşəndə qeyd edirdilər ki, ser Rezervord Pyotr Kapitsanın tədqiqatları üçün həddən çox vəsait xərcləyir. Əlbəttə ki, söhbət laboratoriyanın həyətində Pyotr Kapitsa üçün ayrıca müasir laboratoriyanın (Mond laboratoriyası) tikintisindən gedirdi. Rezervordun təkidi ilə London Kral Cəmiyyəti xüsusi olaraq Kapitsa üçün yeni laboratoriya yaratdı. Laboratoriya alman əsilli sənayeçi və kimyaçı Lüdviq Mondun Kral Cəmiyyətinə vəsiyyət etdiyi vəsait hesabına inşa olunmuşdu və onun şərəfinə Mond laboratoriyası adlanırdı.
Rezervord tələbəsinə inanırdı, ona böyük ümidlər bəsləyirdi. Bu qədər maliyyə xərcləri və şərəfə Rezervordun heç bir şagirdi layiq görülməmişdi. Mond laboratoriyasında çox güclü maqnit sahəsi tədqiq olunurdu. Tezliklə Kapitsa ən müasir elmi problemlərin müzakirə olunduğu seminarlar təşkil edir. Avropanın ən istedadlı alimləri bu seminarlarda iştirak edirdilər. "Kapitsa klubu" adlandırılan bu seminarlarda bəzən ən aktual elmi problemlər ətrafında qızğın müzakirələr aparılırdı. Klubun ən məşhur qonaqları qismində tez-tez Nils Bor, Born, Ernest Rezervord və digər məşhur alimlər iştirak edirdi. Mond laboratoriyasında Kapitsa aşağı temperaturları öyrənirdi. O, tez-tez Rusiyaya gəlirdi. 13 il İngiltərədə yaşayan Kapitsa vətəndaşlığını dəyişməmişdi. Baxmayaraq ki, ingilis həyat tərzi onun üçün artıq yad deyildi.
1934-cü ildə sovet hakimiyyəti növbəti dəfə vətənə gələn Kapitsaya Kembricə qayıtmağı qadağan etdi. Ona hətta öz müəllimi Ernest Rezervordla danışmağa belə icazə vermədilər.
"Məni qala tikməyə, kanal qazmağa məcbur etmək olar, lakin mənim ruhumu heç kim ala bilməz…"
Sovet hökumətinin Kapitsaya İngiltərəyə qayıtmağı qadağan etməsi onun müəllimi Ernest Rezervord və Avropa elmi cəmiyyətləri tərəfindən hiddətlə qarşılandı. Rezervord sevimli tələbəsinin müdafiəsinə qalxdı. O bəyan etdi ki, Kapitsa Mond laboratoriyası olmadan, laboratoriya da onsuz yaşaya bilməz. 1934-cü il aprelin 24-də London qəzetləri "Kembric Sovetlərin qərarından şokdadır", "Kembric tədqiqatlarının sonu", "Rusiya professoru saxlayıb; İngiltərə böyük alimi itirir", "Elm aləmi üçün fəlakət" kimi başlıqlarla dərc olunmuşdu.
İngiltərədə yaşadığı 13 il ərzində Kapitsa Londonda ikinci dəfə evləndiyi Anna Krılova ilə bir neçə dəfə mühazirələr oxumaq və kurortların birində dincəlmək üçün vətənə qayıtmışdı. Kremldə Kapitsanı "uzunmüddətli xarici ezamiyyətdə olan sovet fiziki" kimi tanıyırdılar. Sovet rəsmi hakimiyyət orqanları dəfələrlə müraciət edərək ondan Sovet İttifaqında daimi yaşamağı xahiş etmişdilər. O bu təklifə maraqla baxırdı, lakin öz şərtini də irəli sürürdü. Bu şərt isə əsasən Kapitsanın Avropa səfərlərinə əngəl yaradılmaması ilə bağlı idi. Məhz bu şərti Moskva qəbul etmirdi və nəticədə bu məsələ həll olunmamış qalırdı. 1934-cü ilin yayında Kapitsa növbəti dəfə arvadı ilə Sovet İttifaqına səfərə gəldi. Lakin İngiltərəyə dönmək istəyəndə məlum oldu ki, onların Avropaya qayıtmaq vizaları ləğv olunub. Sovet rəhbərliyi ilə kəskin və faydasız toqquşmadan sonra Kapitsa vətəndə qalmağa məcbur oldu. Onun arvadına isə İngiltərəyə uşaqlarının yanına dönməyə icazə verdilər. Beləliklə də sovet rejimi akademik Kapitsanı ailəsindən, sevimli işindən, laboratoriyasından ayırdı. O, sarsılmışdı.
Alimin yaşadığı ruhi-mənəvi sarsıntıları onun İngiltərəyə arvadına göndərdiyi məktublar sübut edir. Məktublardan birində o yazırdı: "İndi həyat mənim üçün son dərəcə mənasızdır. Mənim yumruqlarım sıxılır və mən saçlarımı yolmağa və dəli olmağa hazıram. Mənim laboratoriya cihazlarım, mənim ideyalarımla başqaları yaşayır və işləyir, mən isə burada oturmuşam, başa düşə bilmirəm ki, bu, nə üçün lazımdır. Bəzən mənə elə gəlir ki, mən dəli oluram".
Bir neçə müddətdən sonra Anna Alekseyevna Moskvaya ərinin yanına köçdü, daha sonra isə oğlanları (Sergey və Andrey Kapitsalar sonralar sovet elminin görkəmli nümayəndələri oldular) da vətənə döndülər. Rezervord sovet hakimiyyətindən Kapitsanın elmi işlərini davam etdirməsi üçün İngiltərəyə dönməsinə icazə verməsini xahiş etmişdi. Lakin bütün müraciətlər nəticəsiz qaldı. 1935-ci ildə Kapitsaya SSRİ Elmlər Akademiyasının yeni yaradılmış Fiziki Problemlər İnstitutunun direktoru postunu təklif etdilər. Lakin Kapitsa bir il bu təklifi rədd etdi. Öz sevimli tələbəsini itirməsi ilə barışmaq məcburiyyətində qalan Rezervord sovet hökumətinə Mond laboratoriyasını satın almağı və onu dəniz yolu ilə SSRİ-yə çatdırmağa razılıq verdi. Laboratoriyanın daşınması və onun Fiziki Problemlər İnstitutunda bərpası üzrə danışıqlar bir neçə il davam etdi. Rezervordun özü üçün də Kapitsanın Rusiyada qalması əsl dram idi və nəticədə sevimli tələbəsindən uzaq düşən Rezervord tezliklə həyatla vidalaşdı.
Kapitsa sovet hökumətinin düzgün hesab etmədiyi bir çox qərarlarını açıqca tənqid edirdi. O, yalnız tədricən totalitar sistemin reallıqlarını anlamağa başladı. Alim sanki qəfəsdə idi. Bəzən o, ümidsizliyə qapılırdı. "Məni qala tikməyə, kanal qazmağa məcbur etmək olar, lakin mənim ruhumu heç kim ala bilməz. Əgər məni ələ salmaq istəsələr, onda mən alnıma güllə sıxaraq həyatıma son qoyacam".
Bu hələ son deyil
"Qəm yemə və kədərlənmə. Həyat ən mürəkkəb problemləri həll edir, əgər ona kifayət qədər vaxt verilsə",-deyən Kapitsa bu qənaətdə idi ki, elmi həqiqət həyatda hər zaman özünə yol açacaq. Lakin bu yolu sürətli və daha düz etmək birbaşa insanların özündən asılıdır.
Və Kapitsa artıq Moskvada öz işlərini təşkil etməyə qərar verdi. Hər şey sıfırdan başlanmalı idi. Onun artıq 40 yaşı var idi. Lakin tükənmək bilməyən elm yanğısı onu dinc qoymurdu. 1938-ci ildə Kapitsa "SSRİ Elmlər Akademiyasının məruzələri" və "Nature" jurnalları redaksiyasına qeyri-adi xəbər göndərdi: "Mayelərin müqavimət olmadan yüksəkaxıcılıq qabiliyyəti kəşf olunub". Bu görünməmiş fiziki hadisə yalnız aşağı temperaturlarda maye heliumda müşahidə olunurdu. Maye heliumun yüksəkaxıcılıq qabiliyyətinin kəşfi heç şübhəsiz ki, istedadlı alimin ən parlaq elmi nailiyyəti idi. Maye heliumu öyrənmək, laborator tədqiqatları aparmaq məqsədlə kifayət qədər helium əldə etmək üçün Kapitsa xüsusi qurğu işləyib hazırlamışdı. Bu işdə də Kapitsanın uşaqlıqlan böyük maraq göstərdiyi ixtiraçılıq qabiliyyətinin böyük rolu olmuşdu. Tezliklə Kapitsanın elmi uğuru Avropanın bütün elmi cəmiyyətləri tərəfindən maraqla qarşılandı və qəbul olundu.
Gənc alimlərin havadarı
Sovet hakimiyyətinin Kapitsanı Mond laboratoriyasından ayırması onun elmi taleyinə ilk yüksək zərbə idi. Müharibədən bir il sonra, 1946-cı ildə ona daha bir zərbə vuruldu: Moskva Texniki İnstitutunun nəzdində öz əlləri ilə yaratdığı laboratoriyanı da əlindən aldılar. Kapitsanı müstəqilliyinə və nadir müşahidə olunan cəsarətli davranışlarına görə vəzifəsindən azad etdilər. Bu cəsarət və müstəqilliyini o, müharibəyə qədər 3 dəfə — 1935, 1937, 1938-ci illərdə nümayiş etdirdi. 1935-ci ildə görkəmli rus riyaziyyatçısı Nikolay Luzinin müdafiəsi üçün sovet rəhbərliyinə məktub yazdı. Öz məktubu ilə Kapitsa riyaziyyatçını həbsdən xilas etdi. 1937-ci ildə tanınmış fizik-nəzəriyyəçi Vladimir Fok həbs olundu. Yenə də Kapitsa özündə cəsarət toplayaraq Stalinə ünvanladığı məktubda riyaziyyatçının azad olunmasını xahiş etdi. Alimin təkidli xahişlərindən və açıqca nümayiş etdirdiyi cəsarətin təsirindən Stalin bu xahişi rədd etmədi.
1938-ci ilin aprel günlərindən birində Fiziki Problemlər İnstitutunun əməkdaşı, sovet nəzəriyyəçi fiziklərin rəhbəri Lev Landau işə gəlmədi. Dərhal da hamıya məlum oldu ki, bunun səbəbi nədir. Yenə də Kapitsa dərhal Stalindən Landaunun işinə müdaxilə etməsini və onun tezliklə azad olunmasını tələb etdi. Əks halda, rəhbərlik etdiyi institutdan istefa verəcəyi ilə hədələdi. Landau bir ildən sonra azadlığa buraxıldı.
Kapitsa və totalitar sovet rejimi
Böyük Vətən müharibəsi illərində Kapitsanın alim-mühəndis dahiliyi düşmən üzərində hərbi üstünlüyün təmin olunmasında qiymətsiz idi. Müharibə illərində Kapitsa 2 dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına, 2 Stalin mükafatına layiq görüldü, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olundu. Sovet rejimi bir dahi alim, elm təşkilatçısı kimi onunla hesablaşmağa məcbur idi.
1945-ci ilin avqustunda Kapitsa akademik İqor Kurçatovla birlikdə SSRİ atom bombasının hazırlanması üzərində işləyən Xüsusi komitənin tərkibinə daxil olur. Onlara fövqəl etimad göstərildi. Komitədə yalnız 2 fizik — Kapitsa və Kurçatov təmsil olunurdu, komitəyə isə Lavrenti Beriya rəhbərlik edirdi. Bu isə tezliklə fəlakətə gətirib çıxardı. Kapitsa əmin oldu ki, belə bir adamın rəhbərliyi altında işləyə bilməyəcək, ona görə də Stalinə 2 məktub yazaraq Beriya haqda bütün narazılıqlarını əsaslandırdı. Məktublarında Kapitsa heç nəyi gizlətmədi. Bundan əlavə, məktubu Beriyanın özünə də göstərməyi xahiş edirdi! Məktubda isə qeyd olunurdu ki, Beriya atom layihəsinə rəhbərlik edir, lakin işlərin mahiyyətindən bixəbərdir. Kapitsa Beriyanı notu oxuya bilməyən dirijora bənzədirdi. Bütün bunlar rejimə boyun əyməyən akademikə qanlı divan tutmaq üçün kifayət idi. Məlumdur ki, Stalin onun haqqında — "bütün alimlərin dostu" ifadəsini işlətmişdi. "Mən onu işdən azad edirəm, lakin sən ona toxunma",-deyə Stalin Beriyaya Kapitsa barədə tapşırıq vermişdi. Kapitsanı gözdən saldılar, lakin o, Beriya ilə qarşıdurmadan sağ qaldı. Məşhur fiziki Xüsusi komitədən uzaqlaşdırdılar. Ev dustağı oldu. Yaratdığı institutdan kənarlaşdırıldı. 1949-cu ilin dekabrında bütün ölkə Stalinin 70 illiyini qeyd edəndə Kapitsa tədbirlərə qatılmadı. Buna görə də M. Lomonosov adına MDU-da professor vəzifəsindən də kənarlaşdırıldı. Lakin bütün bu təzyiqlər onun iradəsini sındırmadı. Yaratdığı laboratoriyadan, başına topladığı əməkdaşlarından məhrum olan Kapitsa bir neçə aydan sonra özünün bağ evində kiçik laboratoriya yaratdı. O, burada hidrodinamika ilə məşğul olmağa başladı. Məşhur akademiklə hər hansı əlaqədən qorxan keçmiş əməkdaşları gizlində ona kömək edirdilər. Yalnız Stalinin ölümündən 2 il sonra Kapitsa instituta qayıda bildi. 1955-ci ilin yanvarında Kapitsa Fiziki Problemlər İnstitutunun direktorluğuna bərpa olundu. O, ömrünün sonuna kimi instituta rəhbərlik etdi. Sonrakı illərdə Kapitsa plazma fizikası ilə məşğul oldu. 1965-ci ildə 30 illik fasilədən sonra Kapitsa Kembricə səfər etdi.
Gecikmiş mükafat
Nobel mükafatını Kapitsa çox gec, 1978-ci ildə 84 yaşında ikən aldı. 1978-ci ildə İsveç Nobel komitəsi P. Kapitsaya teleqram göndərərək ona aşağı temperaturlar fizikası sahəsində fundamental tədqiqatlarına görə Nobel mükafatına layiq görüldüyünü xəbər verdi. Demək olar ki, mükafat tam 40 il gecikmişdi. Alimin silahdaşları onun mükafatı çox gec almasını ədalətsiz qərar adlandırmışdılar. "Problemi görmək onu həll etməkdən çox çətindir. Birinci üçün təxəyyül, ikinci üçün isə yalnız bacarıq lazımdır", — deyən Kapitsaya görə, işgüzarlıq olmadan heç bir istedad nəticə verə bilməz. O bu prinsipə ömrü boyu əməl etmişdi.
İstinadlar
- http://czlonkowie.pan.pl/czlonkowie/sites/WynikiWyszukiwania.html?s=KAPICA,%20Piotr%20L.%20.
- Yudina A. Pyotr Kapitsa // Prominent Russians: Pyotr Kapitsa. RT.
- Kojevnikov A. Pyotr Leonidovich Kapitsa // Pyotr Leonidovich Kapitsa - SOVIET PHYSICIST. 2018.
- Bibliothèque nationale de France Petr Leonidovič Kapica // Petr Leonidovič Kapica (1894-1984) (fr.). 2011.
- This Month in Physics History - January 1938: Discovery of Superfluidity. Amerika Fizik Cəmiyyəti, 2006.
- Piotr Leonidovich Kapitza // Papers of Piotr Leonidovich Kapitza.
- Pyotr Kapitsa // Cambridge University - EDUCATIONAL INSTITUTION (ing.). 2002.
- Профиль Петра Леонидовича Капицы 2022-04-07 at the Wayback Machine на официальном сайте РАН
- Kapitza; Piotr Leonidovich 2021-05-29 at the Wayback Machine (1894–1984) // London Kral Cəmiyyətinin saytı
- Pyotr Kapitsa ABŞ Milli Elmlər Akademiyası (ing.) saytında.
- Petr L. Kapica [ölü keçid] (alm.)
Ədəbiyyat
- . Почему П. Л. Капица стал невыездным // . 67. № 6. 1997.
- . История одного открытия в письмах и документах (к 60-летию открытия сверхпроводимости) (PDF) // . 167(rus). . 1997. 12.
- . Moscow stories. Indiana University Press. 2006. ISBN .
- Allan Griffin. Superfluidity: three people, two papers, one prize (PDF) // (ingilis). № 8. 2008.
- Балдин А. М. и др. Пётр Леонидович Капица: Воспоминания. Письма. Документы.
- , Капица, Кремль и наука. Т. 1: Создание института физических проблем: 1934-1938. М.: . 2003. ISBN .
- Добровольский Е. Н. Почерк Капицы.
- Кедров Ф. Б. Капица: Жизнь и открытия.
- Elevter Andronikaşvili Воспоминания о жидком гелии. — Тбилиси: Ганатлеба, 1980.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Pyotr Leonidovic Kapitsa 26 iyun 8 iyul 1894 Kronstadt d Sankt Peterburq quberniyasi d 8 aprel 1984 Moskva Sovet fiziki muhendis ve novator Nobel mukafati laureati 1978 Iki defe l dereceli Stalin mukafati laureati 1941 1943 SSRI Elmler Akademiyasinin M V Lomonosov adina Boyuk Qizil medali ile teltif edilmisdir 1959 Ikiqat Sosialist Emeyi Qehremani 1945 1974 SSRI Elmler Akademiyasinin uzvu 1939 1929 cu ilden muxbir uzvu London Kral Cemiyyetinin uzvu ABS Milli Elmler Akademiyasinin xarici uzvu cemiyyetinin uzvu 1958 Alti defe Lenin ordenine layiq gorulmusdur 1943 1944 1945 1964 1971 1974 Pyotr Kapitsarus Pyotr Leoni dovich Kapi caDogum tarixi 8 iyul 1894Dogum yeri Rusiya imperiyasiVefat tarixi 8 aprel 1984 89 yasinda Vefat yeri Moskva RSFSR SSRIVefat sebebi insultDefn yeri Novodevicye qebiristanligiVetendasligi Rusiya imperiyasi SSRIUsaqlari Sergey KapitsaElm sahesi Nezeri fizikaElmi derecesi Fizika riyaziyyat elmleri doktoruElmi adlari Professor SSRI EA nin akademikiIs yerleri Sankt Peterburq Politexnik Universiteti Kembric Universiteti P L Kapitsa adina Fizika Problemleri Institutu d Moskva Fizika ve Texnologiya Institutu 1956 Moskva Dovlet Universiteti 1943 A F Ioffe adina Fizika Texnologiya Institutu d Alma materTehsili Triniti Kolleci Sankt Peterburq Politexnik Institutu d 1914 Kembric UniversitetiElmi rehberleri Ernest RezerfordTaninmis yetirmesi 50 den coxUzvluyu London Kral Cemiyyeti 1929 Leopoldin Alman Milli Elmler Akademiyasi 1958 ABS Milli Elmler Akademiyasi 1946 SSRI Elmler Akademiyasi 1929 Isvec Kral Elmler Akademiyasi 1966 Polsa Elmler Akademiyasi d 1962 Amerika Incesenet ve Elmler Akademiyasi 1968 SSRI Elmler Akademiyasi 1939 Serbiya Elmler ve Incesenet Akademiyasi d 1971 Nyu York Elmler Akademiyasi 1946 Amerika Fizik Cemiyyeti d 1937 Mukafatlari Vikianbarda elaqeli mediafayllar Gorkemli elm teskilatcisidir yaradicisi omrunun sonundek buranin direktoru vezifesinde calismisdir Moskva Fizika ve Texnologiya Institutunun qurucularindan biri Moskva Dovlet Universitetinin Fizika fakultesinin Asagi Temperatur Fizikasi kafedrasinin ilk mudiri HeyatiPyotr Leonidovic Kapitsa 1894 cu il iyulun 9 da herbi muhendis general Leonid Kapitsanin ailesinde anadan olub Atasi tehsilli ziyali istedadli muhendis idi o rus silahli quvvelerinin inkisafinda muhum rol oynayib Anasi Olqa Ieronimovna tehsilli qadin olub O edebiyyat pedaqoji ve ictimai fealiyyetle mesgul olub Rus medeniyyeti tarixinde ozunemexsus iz qoyub Pyotr evvelce gimnaziyada daha sonra Kronstad real mektebinde oxuyub orani ela qiymetlerle bitirib Fizika ve elektrotexnikaya ciddi maraq gostermesi ile ferqlenib Xususi qabiliyyetine gore ona mektebin laboratoriyasinda musteqil suretde tecrubeler aparmaga icaze verilib Muxtelif kimyevi ve fiziki tecrubeler qoyan Pyotr cihazlari ozu temir edirdi Xususen de saatlari dagitmaq ve onlari yeniden yigmaq ona cox maraqli gelirdi 1902 ci ilde Pyotr Sankt Peterburq Politexnik Institutuna daxil olub 1914 cu ilin avqustunda Birinci Dunya muharibesi baslayib 3 cu kurs telebesi olan Kapitsa bir cox yasidlari kimi orduya cagirilib Bir muddet muharibenin Polsa cebhesinde sanitar destesinde surucu olub yaralilari dasiyib 1916 ci ilde ordudan terxis olunan Pyotr instituta qayidib O vaxt meshur fizik Abram Ioffe onu fizika laboratoriyasinda eksperimentlere celb edib Ele hemin il Kapitsanin Rus fizika kimya cemiyyeti jurnali nda ilk meqalesi derc olunub 1918 ci ilde Ioffe Peterburqda aglagelmez cetinlikler seraitinde Rusiyada ilk elmi tedqiqat fizika institutlarindan birini yaradib Kapitsa bu merkezin ilk emekdaslarindan olur Institut sovetKapitsa oglanlari ile fizika nezeri ve texniki fizika elminin inkisafinda cox muhum rol oynayir Institutu bitirdikden sonra onu fizika riyaziyyat fakultesinde muellim saxlayirlar Inqilabdan sonra olduqca murekkeb bir dovrde Ioffe var quvvesi ile alim ve telebelerini genc fizikleri qoruyub saxlamaga can atirdi Onlarin arasinda Kapitsa da var idi Kapitsanin hele 18 yasi var idi sovet fizika elminin gelecek banisi olan Abram Ioffe onu Peterburq Politexnik Institutunda elmi tedqiqat islerine celb etmisdi Seminarlarin butun istirakcilari eksperimentator idiler ve cox cetin veziyyetde isleyirdiler zeruri avadanliqlar cihazlar aletler catismirdi Hetta eksperiment aparilacaq cihazi yigmaq ucun sade meftil bele yox idi Buna baxmayaraq olduqca murekkeb eksperimentler qoyulurdu 1920 ci ilde Kapitsa ve N Semyonov sonralar Nobel mukafatina layiq gorulmus kimyaci alim atomun maqnit sahesini mueyyen etmeye cehd etdiler Ioffe Kapitsanin xarici elmi ezamiyyete gonderilmesinde israr edirdi Lakin yeni qurulmus bolsevik hokumeti buna icaze vermirdi Bu mesele yalniz proletar yazicisi olkede boyuk nufuza sahib Maksim Qorkinin mudaxilesi ile hell olundu Nehayet Kapitsaya Boyuk Britaniyaya getmeye icaze verildi Lakin tezlikle Rusiya tarixi merheleye inqilab ve muharibe merhelesine daxil oldu Onun taleyine facieli qismet dusdu Bir ay erzinde o atasini genc arvadi Nadejda Cernosvitovani 2 yasli oglunu yenice dogulmus qizini itirdi Bu 1919 cu ilin qisinda vetendas muharibesi zamani bas verdi O zaman olkede ispanka adlandirilan qrip epidemiyasi tugyan edirdi Taleyine agir gunler dusmus Kapitsa tam umidsizliye qapilmisdi En yaxinlarini itirdikden sonra yasamaq getdikce menasizlasirdi Onun ucun xarice elmi ezamiyyet taleyuklu ve mueyyen qeder de xilasedici oldu Sagirdinin daxili iztirablarini cox yaxsi anlayan Ioffe onu xarice gonderilen rus elmi qrupuna daxil etdi Bu qrup Avropanin elm merkezleri ile elaqe yaratmali idi Kapitsanin payina Ingiltere Kembric dusdu Muellim telebe dostlugu P Kapitsa 1921 ci ilin mayinda Ingiltereye yollanib O meshur fizik Ernest Rezervordun butun dunyada meshur olan Kavendis laboratoriyasina duse bilib Lakin Rezervordun elm mektebine dusmek hec de asan deyildi Ozunun butun semimiyyeti ile Rezervord rusiyali gence bildirib ki xariciler ucun onun cemi 30 yeri var ve onlarin hamisi artiq tutulub Kapitsa basa dusende ki itirmeye bir seyi qalmayib Rezervorddan sorusub Professor sizin tedqiqatlarin deqiqliyi nece faiz teskil edir Hardasa 5 faiz deye Rezervord cavab verir Eger 30 a daha bir neferi elave etsek onda tedqiqatin deqiqlik faizi eksperiment sehvleri cercivesinde olacaq ele deyilmi professor deye Kapitsa alime sual verib Cunki siz boyuk deqiqlik dalinca qacmirsiniz Gencin mentiqli sual cavabi qarsisinda tutulan boyuk Rezervord Yaxsi qalin deyerek Kapitsani laboratoriyasina qebul edib Lakin o bu sozleri de elave etmeyi unutmayib Eger siz elmi is evezine bolsevik tebligati ile mesgul olsaniz men buna doze bilmeyeceyem Pyotr Kapitsa mehz bu cur Kembricde ozune yol acib Rezervord bundan hec vaxt heyfsilenmeyib Muellim telebe munasibeti dostluga cevrilib Onlarin uzun illik emekdasligi 1921 1934 cu iller dunya ehemiyyetli bir sira elmi kesflere yol acib Kapitsanin ikinci heyati bele baslayib Men ona ve onun mene qarsi munasibetine cox borcluyam deye sonralar Kapitsa muellimi barede yazirdi Rezervordun muhazirelerinde istirak etmekle yanasi Kapitsa eyni zamanda Kavendis laboratoriyasinda yeni ise baslayan genc fizikler ucun mecburi olan fiziki praktikumlardan kecmeli idi Bu praktikumlara Ceyms Cedvik Nobel mukafati laureati rehberlik edirdi Praktikumlar iki ile nezerde tutulmusdu lakin cemi 2 hefte erzinde butun zacotlari veren Kapitsa laboratoriya emekdaslari ve Rezervordun ozunu bele heyretlendirdi Kapitsanin qabiliyyetini goren Rezervord ona alfa zerreciklerini oyrenmeyi tapsirdi Bunlar Rezervordun sevimli zerrecikleri idi Onun butun telebeleri alfa zerrecikleri ile mesgul idi Kapitsa zerreciklerin impulsunu mueyyen etmeli idi Bunun ucun Kapitsaya guclu maqnit sahesi lazim idi Cox guclu maqnit sahesinin yaradilmasi uzre isler getdikce musteqil xarakter aldi ve o alfa zerreciklerinin impulsunun oyrenilmesi isinden nuve fizikasindan uzaqlasdi Lakin onun 1922 ci ilde Kembricde mudafie etdiyi doktorluq isi Alfa zerreciklerinin maddelerden kecmesi ve maqnit sahesinin alinmasi idi Nobel mukafati alarkenKembricde isleyerken Kapitsa terefinden cox guclu maqnit sahelerinin yaradilmasi problemi oz hellini tapdi O buraya Vilson kamerasini yerlesdirmeyi teklif etdi Neticede ilk defe olaraq maqnit sahesi terefinden eyilmis alfa zerrecikler elde olundu Zerreciklerin hereket trayektoriyasinin eyrilik radiusu esasinda hisseciyin yukunu enerjisini kutlesini mueyyen etmek mumkun oldu Lakin Pyotr Kapitsanin asagi temperatur asagi temperaturlu texnika ve fizika sahesinde ugurlari xususile deyerli oldu 1937 ci ilde Kapitsa evveller elme melum olmayan maye heliumun yuksekaxiciliq qabiliyyetini kesf etdi Bundan basqa Kapitsa cemi 6 7 atmosfer tezyiqde qazlarin durulasdirilmasi ucun unikal masin yaratdi Evvelki masinlarda qazi 200 300 atmosfere qeder sixmaq lazim idi Kapitsa mehz asagi temperaturlar fizikasi sahesindeki bu nailiyyetlerine gore fizika sahesinde Nobel mukafati laureati olub Rusiyadan olan dahi XX esrin evvelleri 1920 ci iller muasir fizikanin tesekkulunde en semereli ve mehsuldar dovr hesab olunur Kavendis laboratoriyasinda ve Avropanin diger elmi merkezlerinde en aglagelmez eksperimentler qoyulurdu Elmi dairelerde cox gergin elmi diskussiyalar davam edirdi Kvant qanunauygunluqlarinin oyrenilmesine ilk cehdler edilirdi Kavendis laboratoriyasi muzakireler ve mubahiseler meydanina cevrilmisdi Pyotr Kapitsa da tezlikle bu muhite daxil oldu Ioffe mektebi ona bu sahede ilk elmi baza bilikleri vermisdi Genc fizik yenilikci muhendis risklerine tam hazir idi BaxmayaraqKapitsa heyat yoldasi Anna ile 1930 cu il Kembric ki Kapitsanin guclu maqnit sahesinin alinmasi meqsedile apardigi eksperimentler laboratoriyada guclu partlayislarla musayiet olunurdu o bundan esla qorxmurdu Kapitsanin eksperimentleri Kavendisin kohne divarlarinda tez tez eks seda yaradirdi eksperimentler ise madde ve sahenin qurulusu barede evvelki bilikleri zenginlesdirirdi Kembricde Kapitsanin elmi nufuzu suretle artirdi 1929 cu ilde London Kral Cemiyyeti ona professor fexri adi verdi Muellimi Rezervord Rusiyadan olan dahi nin tesebbusleri ucun xesislik etmirdi Artiq 30 cu illerde Kavendis laboratoriyasinin emekdaslari Rezervordun qusurlarindan soz dusende qeyd edirdiler ki ser Rezervord Pyotr Kapitsanin tedqiqatlari ucun hedden cox vesait xercleyir Elbette ki sohbet laboratoriyanin heyetinde Pyotr Kapitsa ucun ayrica muasir laboratoriyanin Mond laboratoriyasi tikintisinden gedirdi Rezervordun tekidi ile London Kral Cemiyyeti xususi olaraq Kapitsa ucun yeni laboratoriya yaratdi Laboratoriya alman esilli senayeci ve kimyaci Ludviq Mondun Kral Cemiyyetine vesiyyet etdiyi vesait hesabina insa olunmusdu ve onun serefine Mond laboratoriyasi adlanirdi Rezervord telebesine inanirdi ona boyuk umidler besleyirdi Bu qeder maliyye xercleri ve serefe Rezervordun hec bir sagirdi layiq gorulmemisdi Mond laboratoriyasinda cox guclu maqnit sahesi tedqiq olunurdu Tezlikle Kapitsa en muasir elmi problemlerin muzakire olundugu seminarlar teskil edir Avropanin en istedadli alimleri bu seminarlarda istirak edirdiler Kapitsa klubu adlandirilan bu seminarlarda bezen en aktual elmi problemler etrafinda qizgin muzakireler aparilirdi Klubun en meshur qonaqlari qisminde tez tez Nils Bor Born Ernest Rezervord ve diger meshur alimler istirak edirdi Mond laboratoriyasinda Kapitsa asagi temperaturlari oyrenirdi O tez tez Rusiyaya gelirdi 13 il Ingilterede yasayan Kapitsa vetendasligini deyismemisdi Baxmayaraq ki ingilis heyat terzi onun ucun artiq yad deyildi 1934 cu ilde sovet hakimiyyeti novbeti defe vetene gelen Kapitsaya Kembrice qayitmagi qadagan etdi Ona hetta oz muellimi Ernest Rezervordla danismaga bele icaze vermediler Meni qala tikmeye kanal qazmaga mecbur etmek olar lakin menim ruhumu hec kim ala bilmez Sovet hokumetinin Kapitsaya Ingiltereye qayitmagi qadagan etmesi onun muellimi Ernest Rezervord ve Avropa elmi cemiyyetleri terefinden hiddetle qarsilandi Rezervord sevimli telebesinin mudafiesine qalxdi O beyan etdi ki Kapitsa Mond laboratoriyasi olmadan laboratoriya da onsuz yasaya bilmez 1934 cu il aprelin 24 de London qezetleri Kembric Sovetlerin qerarindan sokdadir Kembric tedqiqatlarinin sonu Rusiya professoru saxlayib Ingiltere boyuk alimi itirir Elm alemi ucun felaket kimi basliqlarla derc olunmusdu Ingilterede yasadigi 13 il erzinde Kapitsa Londonda ikinci defe evlendiyi Anna Krilova ile bir nece defe muhazireler oxumaq ve kurortlarin birinde dincelmek ucun vetene qayitmisdi Kremlde Kapitsani uzunmuddetli xarici ezamiyyetde olan sovet fiziki kimi taniyirdilar Sovet resmi hakimiyyet orqanlari defelerle muraciet ederek ondan Sovet Ittifaqinda daimi yasamagi xahis etmisdiler O bu teklife maraqla baxirdi lakin oz sertini de ireli sururdu Bu sert ise esasen Kapitsanin Avropa seferlerine engel yaradilmamasi ile bagli idi Mehz bu serti Moskva qebul etmirdi ve neticede bu mesele hell olunmamis qalirdi 1934 cu ilin yayinda Kapitsa novbeti defe arvadi ile Sovet Ittifaqina sefere geldi Lakin Ingiltereye donmek isteyende melum oldu ki onlarin Avropaya qayitmaq vizalari legv olunub Sovet rehberliyi ile keskin ve faydasiz toqqusmadan sonra Kapitsa vetende qalmaga mecbur oldu Onun arvadina ise Ingiltereye usaqlarinin yanina donmeye icaze verdiler Belelikle de sovet rejimi akademik Kapitsani ailesinden sevimli isinden laboratoriyasindan ayirdi O sarsilmisdi Alimin yasadigi ruhi menevi sarsintilari onun Ingiltereye arvadina gonderdiyi mektublar subut edir Mektublardan birinde o yazirdi Indi heyat menim ucun son derece menasizdir Menim yumruqlarim sixilir ve men saclarimi yolmaga ve deli olmaga haziram Menim laboratoriya cihazlarim menim ideyalarimla basqalari yasayir ve isleyir men ise burada oturmusam basa duse bilmirem ki bu ne ucun lazimdir Bezen mene ele gelir ki men deli oluram Bir nece muddetden sonra Anna Alekseyevna Moskvaya erinin yanina kocdu daha sonra ise oglanlari Sergey ve Andrey Kapitsalar sonralar sovet elminin gorkemli numayendeleri oldular da vetene donduler Rezervord sovet hakimiyyetinden Kapitsanin elmi islerini davam etdirmesi ucun Ingiltereye donmesine icaze vermesini xahis etmisdi Lakin butun muracietler neticesiz qaldi 1935 ci ilde Kapitsaya SSRI Elmler Akademiyasinin yeni yaradilmis Fiziki Problemler Institutunun direktoru postunu teklif etdiler Lakin Kapitsa bir il bu teklifi redd etdi Oz sevimli telebesini itirmesi ile barismaq mecburiyyetinde qalan Rezervord sovet hokumetine Mond laboratoriyasini satin almagi ve onu deniz yolu ile SSRI ye catdirmaga raziliq verdi Laboratoriyanin dasinmasi ve onun Fiziki Problemler Institutunda berpasi uzre danisiqlar bir nece il davam etdi Rezervordun ozu ucun de Kapitsanin Rusiyada qalmasi esl dram idi ve neticede sevimli telebesinden uzaq dusen Rezervord tezlikle heyatla vidalasdi Kapitsa sovet hokumetinin duzgun hesab etmediyi bir cox qerarlarini aciqca tenqid edirdi O yalniz tedricen totalitar sistemin realliqlarini anlamaga basladi Alim sanki qefesde idi Bezen o umidsizliye qapilirdi Meni qala tikmeye kanal qazmaga mecbur etmek olar lakin menim ruhumu hec kim ala bilmez Eger meni ele salmaq isteseler onda men alnima gulle sixaraq heyatima son qoyacam Bu hele son deyil Qem yeme ve kederlenme Heyat en murekkeb problemleri hell edir eger ona kifayet qeder vaxt verilse deyen Kapitsa bu qenaetde idi ki elmi heqiqet heyatda her zaman ozune yol acacaq Lakin bu yolu suretli ve daha duz etmek birbasa insanlarin ozunden asilidir Ve Kapitsa artiq Moskvada oz islerini teskil etmeye qerar verdi Her sey sifirdan baslanmali idi Onun artiq 40 yasi var idi Lakin tukenmek bilmeyen elm yangisi onu dinc qoymurdu 1938 ci ilde Kapitsa SSRI Elmler Akademiyasinin meruzeleri ve Nature jurnallari redaksiyasina qeyri adi xeber gonderdi Mayelerin muqavimet olmadan yuksekaxiciliq qabiliyyeti kesf olunub Bu gorunmemis fiziki hadise yalniz asagi temperaturlarda maye heliumda musahide olunurdu Maye heliumun yuksekaxiciliq qabiliyyetinin kesfi hec subhesiz ki istedadli alimin en parlaq elmi nailiyyeti idi Maye heliumu oyrenmek laborator tedqiqatlari aparmaq meqsedle kifayet qeder helium elde etmek ucun Kapitsa xususi qurgu isleyib hazirlamisdi Bu isde de Kapitsanin usaqliqlan boyuk maraq gosterdiyi ixtiraciliq qabiliyyetinin boyuk rolu olmusdu Tezlikle Kapitsanin elmi uguru Avropanin butun elmi cemiyyetleri terefinden maraqla qarsilandi ve qebul olundu Genc alimlerin havadari Sovet hakimiyyetinin Kapitsani Mond laboratoriyasindan ayirmasi onun elmi taleyine ilk yuksek zerbe idi Muharibeden bir il sonra 1946 ci ilde ona daha bir zerbe vuruldu Moskva Texniki Institutunun nezdinde oz elleri ile yaratdigi laboratoriyani da elinden aldilar Kapitsani musteqilliyine ve nadir musahide olunan cesaretli davranislarina gore vezifesinden azad etdiler Bu cesaret ve musteqilliyini o muharibeye qeder 3 defe 1935 1937 1938 ci illerde numayis etdirdi 1935 ci ilde gorkemli rus riyaziyyatcisi Nikolay Luzinin mudafiesi ucun sovet rehberliyine mektub yazdi Oz mektubu ile Kapitsa riyaziyyatcini hebsden xilas etdi 1937 ci ilde taninmis fizik nezeriyyeci Vladimir Fok hebs olundu Yene de Kapitsa ozunde cesaret toplayaraq Staline unvanladigi mektubda riyaziyyatcinin azad olunmasini xahis etdi Alimin tekidli xahislerinden ve aciqca numayis etdirdiyi cesaretin tesirinden Stalin bu xahisi redd etmedi 1938 ci ilin aprel gunlerinden birinde Fiziki Problemler Institutunun emekdasi sovet nezeriyyeci fiziklerin rehberi Lev Landau ise gelmedi Derhal da hamiya melum oldu ki bunun sebebi nedir Yene de Kapitsa derhal Stalinden Landaunun isine mudaxile etmesini ve onun tezlikle azad olunmasini teleb etdi Eks halda rehberlik etdiyi institutdan istefa vereceyi ile hedeledi Landau bir ilden sonra azadliga buraxildi Kapitsa ve totalitar sovet rejimi Boyuk Veten muharibesi illerinde Kapitsanin alim muhendis dahiliyi dusmen uzerinde herbi ustunluyun temin olunmasinda qiymetsiz idi Muharibe illerinde Kapitsa 2 defe Sosialist Emeyi Qehremani fexri adina 2 Stalin mukafatina layiq goruldu Qirmizi emek bayragi ordeni ile teltif olundu Sovet rejimi bir dahi alim elm teskilatcisi kimi onunla hesablasmaga mecbur idi 1945 ci ilin avqustunda Kapitsa akademik Iqor Kurcatovla birlikde SSRI atom bombasinin hazirlanmasi uzerinde isleyen Xususi komitenin terkibine daxil olur Onlara fovqel etimad gosterildi Komitede yalniz 2 fizik Kapitsa ve Kurcatov temsil olunurdu komiteye ise Lavrenti Beriya rehberlik edirdi Bu ise tezlikle felakete getirib cixardi Kapitsa emin oldu ki bele bir adamin rehberliyi altinda isleye bilmeyecek ona gore de Staline 2 mektub yazaraq Beriya haqda butun naraziliqlarini esaslandirdi Mektublarinda Kapitsa hec neyi gizletmedi Bundan elave mektubu Beriyanin ozune de gostermeyi xahis edirdi Mektubda ise qeyd olunurdu ki Beriya atom layihesine rehberlik edir lakin islerin mahiyyetinden bixeberdir Kapitsa Beriyani notu oxuya bilmeyen dirijora benzedirdi Butun bunlar rejime boyun eymeyen akademike qanli divan tutmaq ucun kifayet idi Melumdur ki Stalin onun haqqinda butun alimlerin dostu ifadesini isletmisdi Men onu isden azad edirem lakin sen ona toxunma deye Stalin Beriyaya Kapitsa barede tapsiriq vermisdi Kapitsani gozden saldilar lakin o Beriya ile qarsidurmadan sag qaldi Meshur fiziki Xususi komiteden uzaqlasdirdilar Ev dustagi oldu Yaratdigi institutdan kenarlasdirildi 1949 cu ilin dekabrinda butun olke Stalinin 70 illiyini qeyd edende Kapitsa tedbirlere qatilmadi Buna gore de M Lomonosov adina MDU da professor vezifesinden de kenarlasdirildi Lakin butun bu tezyiqler onun iradesini sindirmadi Yaratdigi laboratoriyadan basina topladigi emekdaslarindan mehrum olan Kapitsa bir nece aydan sonra ozunun bag evinde kicik laboratoriya yaratdi O burada hidrodinamika ile mesgul olmaga basladi Meshur akademikle her hansi elaqeden qorxan kecmis emekdaslari gizlinde ona komek edirdiler Yalniz Stalinin olumunden 2 il sonra Kapitsa instituta qayida bildi 1955 ci ilin yanvarinda Kapitsa Fiziki Problemler Institutunun direktorluguna berpa olundu O omrunun sonuna kimi instituta rehberlik etdi Sonraki illerde Kapitsa plazma fizikasi ile mesgul oldu 1965 ci ilde 30 illik fasileden sonra Kapitsa Kembrice sefer etdi Gecikmis mukafat Nobel mukafatini Kapitsa cox gec 1978 ci ilde 84 yasinda iken aldi 1978 ci ilde Isvec Nobel komitesi P Kapitsaya teleqram gondererek ona asagi temperaturlar fizikasi sahesinde fundamental tedqiqatlarina gore Nobel mukafatina layiq gorulduyunu xeber verdi Demek olar ki mukafat tam 40 il gecikmisdi Alimin silahdaslari onun mukafati cox gec almasini edaletsiz qerar adlandirmisdilar Problemi gormek onu hell etmekden cox cetindir Birinci ucun texeyyul ikinci ucun ise yalniz bacariq lazimdir deyen Kapitsaya gore isguzarliq olmadan hec bir istedad netice vere bilmez O bu prinsipe omru boyu emel etmisdi Istinadlarhttp czlonkowie pan pl czlonkowie sites WynikiWyszukiwania html s KAPICA 20Piotr 20L 20 Yudina A Pyotr Kapitsa Prominent Russians Pyotr Kapitsa RT Kojevnikov A Pyotr Leonidovich Kapitsa Pyotr Leonidovich Kapitsa SOVIET PHYSICIST 2018 Bibliotheque nationale de France Petr Leonidovic Kapica Petr Leonidovic Kapica 1894 1984 fr 2011 This Month in Physics History January 1938 Discovery of Superfluidity Amerika Fizik Cemiyyeti 2006 Piotr Leonidovich Kapitza Papers of Piotr Leonidovich Kapitza Pyotr Kapitsa Cambridge University EDUCATIONAL INSTITUTION ing 2002 Profil Petra Leonidovicha Kapicy 2022 04 07 at the Wayback Machine na oficialnom sajte RAN Kapitza Piotr Leonidovich 2021 05 29 at the Wayback Machine 1894 1984 London Kral Cemiyyetinin sayti Pyotr Kapitsa ABS Milli Elmler Akademiyasi ing saytinda Petr L Kapica olu kecid alm Edebiyyat Pochemu P L Kapica stal nevyezdnym 67 6 1997 Istoriya odnogo otkrytiya v pismah i dokumentah k 60 letiyu otkrytiya sverhprovodimosti PDF 167 rus 1997 12 Moscow stories Indiana University Press 2006 ISBN 9780253347169 Allan Griffin Superfluidity three people two papers one prize PDF ingilis 8 2008 Baldin A M i dr Pyotr Leonidovich Kapica Vospominaniya Pisma Dokumenty Kapica Kreml i nauka T 1 Sozdanie instituta fizicheskih problem 1934 1938 M 2003 ISBN 5 02 006281 2 Dobrovolskij E N Pocherk Kapicy Kedrov F B Kapica Zhizn i otkrytiya Elevter Andronikasvili Vospominaniya o zhidkom gelii Tbilisi Ganatleba 1980