Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır.
Priska | |
---|---|
Doğum tarixi | III əsr |
Vəfat tarixi | 315 |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir.
Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi.
Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir.
Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
305-ci ildə Diokletian könüllü olaraq imperatorluqdan istefa verib öz dogma yerlərinə- Dalmasiyaya qayıdıb bostançılıqla məşğul olarkən, çox güman ki Priska da onunla idi.
Onların qızı Valeriya 293-cü ildə Balkanlarda və Kiçik Asiyadakı əyalətləri idarə edən imperator Qaleriyə ərə getmişdi. Qaleridən sonra hakimiyyətə gələn Lisini Valeriyaya evlilik təklif etsə də, ona etibar etməyən Valeriya bu təklifdən imtina edərək Kiçik Asiyanı idarə edən Maksimin Daza sığınmışdı. Lakin Maksimin də ona evlənmək istədi və Valeriya ona da rədd cavab verdi. Qəzəblənən Maksimin onu anası Priska ilə birlikdə Suriyaya sürgün etdi. Valeriya atası Diokletiana xəbər çatdıra bilsə də, Diokletianın qızını ona qaytarmaq xahişləri nəticəsiz qaldı.
313-cü ildə Lisini döyüşdə Maksiminə qalib gəldi. Valeriya ilə Priska qaçaraq gizlənməli oldular. Lakin 315-ci ildə onlar Fessalonikidə aşkar edildilər və Lisininin göstərişi ilə oradaca boyunları vurularaq edam edildilər, meyitləri isə dənizə atıldı.
Çox güman ki, o dövrdə Diokletian artıq ölmüşdü.
Müqəddəs Aleksandra və Priska
Romalı Aleksandra (yun. Αλεξάνδρα; d.-?, ö.- 21 aprel 303 və ya 313) — xristian müqəddəsi, şəhid kimi pravoslav kilsəsi tərəfindən aprelin 23-də (yulian təqvimi ilə), kopt kilsəsi tərəfindən isə aprelin 10-da yad edilir.
Aleksandra haqqında Müqəddəs Georgiyə dair əfsanələrdə məlumatlar var. Bu əfsanələrdə o Diokletianın həyat yoldaşı kimi təqdim edilir. Georginin əzablarını və Allahın ona möcüzəli köməyini görən Aleksandra özü də xristianlığa keçir və bunu gizlətmir. Buna görə də, o əri tərəfindən edam edilir (başqa versiyaya görə isə, edamadək özü vəfat edir).
Lakin məlum olduğu kimi, imperator Diokletianın həyat yoldaşı Priska olmuşdur və o da xristian idi . Güman etmək olar ki, Aleksandra Priskanın xristianlığı qəbul etdikdən sonra götürdüyü ad olmuşdur. Qeyd etmək lazımdır ki, Simeon Metafrastın əsərində, 916-cı ilə aid Vatikan Məcəlləsində Aleksandra Diokletianın həyat yoldaşı adlandırılmır.
Aleksandra ilə Priskanın eyniləşdirilməsi cəhdləri XX əsrə aiddir. Belə ki, Moskva patriarxlığı belə qərara gəlmişdir ki, Aleksandranın 303-cü ildə ölməsi yanlışlıqdır və o 313-cü ildə ölmüş sayılmalıdır. Lakin bu versiya da qədim mənbələr, o cümlədən ərəb və kopt apokrifləri tərəfindən də dəstəklənmir.
İstinadlar
- Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.242
- Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.243
- Лактанций. О смертях гонителей. VII. 9 — 10.
- Лактанций. О смертях гонителей. XV. 1.
- Лактанций. О смертях гонителей. XXXIX. 5.
- "«Prisca, Galeria Valeria, and Candidianus»". 2015-05-21 tarixində . İstifadə tarixi: 2014-05-10.
- Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.247
- Александр Кравчук. Галерея римских императриц. Екатеринбург. 2010, стр.248
- «Житий святых» Димитрия Ростовского
- "Александра царица/Православная энциклопедия. Том I. — М.: Церковно-научный центр «Православная энциклопедия», 2000. — С. 558-559". 2022-03-15 tarixində . İstifadə tarixi: 2014-05-10.
- Грант М. Римские императоры. М. 1998. С. 237
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Priska lat Prisca d o 315 ci il Roma imperatoru Diokletianin heyat yoldasi Roma imperatorlarinin heyat yoldaslari arasinda xristian oldugu deqiq tesdiqini tapmis ilk xanimdir PriskaDogum tarixi III esrVefat tarixi 315Vefat yeri Saloniki Qedim RomaVefat sebebi bas kesmeHeyat yoldasi Diokletian Vikianbarda elaqeli mediafayllarHeyatiPriskanin heyati haqqinda bize cox az melumat gelib catmisdir ve bu melumatlarin esas menbeyi Laktansinin Teqibcilerin olumleri haqqinda eseridir Diokletianin Roma imperatoru olmasina baxmayaraq Priska ne avqusta titulu ne de diger titullar almamisdi Onun adi hec vaxt sikkelerin uzerinde yazilmamisdi Ola bilsin ki Priskanin xristian olmasi Diokletiana melum idi ve buna gore de ona hec bir titul verilmemisdi Diokletian yuksek tebeqelere mensub olmadigindan ve Priska Diokletiana ere gederken onun hele imperator olmadigini nezere alaraq guman etmek olar ki Priska da yuksek tebeqelere mensub olmamisdir Onlarin qizi Qaleriya Valeriya 293 cu ilde ere getdiyinden guman etmek olar ki Priska Diokletiana 280 ci ilden evvel ere getmisdir Kicik Asiyada yerlesen Nikomediyada Diokletian Priska ucun bir saray tikdirmisdi ve 303 cu ildeDiokletianin gosterisi ile bu seherde xristianlarin teqibi baslayanda Priska oz qizi Qaleriya Valeriya ile xristianliqdan uz dondererek butlerin xeyrine qurban getirmeli olmusdu 305 ci ilde Diokletian konullu olaraq imperatorluqdan istefa verib oz dogma yerlerine Dalmasiyaya qayidib bostanciliqla mesgul olarken cox guman ki Priska da onunla idi Onlarin qizi Valeriya 293 cu ilde Balkanlarda ve Kicik Asiyadaki eyaletleri idare eden imperator Qaleriye ere getmisdi Qaleriden sonra hakimiyyete gelen Lisini Valeriyaya evlilik teklif etse de ona etibar etmeyen Valeriya bu teklifden imtina ederek Kicik Asiyani idare eden Maksimin Daza siginmisdi Lakin Maksimin de ona evlenmek istedi ve Valeriya ona da redd cavab verdi Qezeblenen Maksimin onu anasi Priska ile birlikde Suriyaya surgun etdi Valeriya atasi Diokletiana xeber catdira bilse de Diokletianin qizini ona qaytarmaq xahisleri neticesiz qaldi 313 cu ilde Lisini doyusde Maksimine qalib geldi Valeriya ile Priska qacaraq gizlenmeli oldular Lakin 315 ci ilde onlar Fessalonikide askar edildiler ve Lisininin gosterisi ile oradaca boyunlari vurularaq edam edildiler meyitleri ise denize atildi Cox guman ki o dovrde Diokletian artiq olmusdu Muqeddes Aleksandra ve PriskaRus ressami Nikolay Bodarevskinin Carica Muqeddes Aleksandra resmi Romali Aleksandra yun Ale3andra d o 21 aprel 303 ve ya 313 xristian muqeddesi sehid kimi pravoslav kilsesi terefinden aprelin 23 de yulian teqvimi ile kopt kilsesi terefinden ise aprelin 10 da yad edilir Aleksandra haqqinda Muqeddes Georgiye dair efsanelerde melumatlar var Bu efsanelerde o Diokletianin heyat yoldasi kimi teqdim edilir Georginin ezablarini ve Allahin ona mocuzeli komeyini goren Aleksandra ozu de xristianliga kecir ve bunu gizletmir Buna gore de o eri terefinden edam edilir basqa versiyaya gore ise edamadek ozu vefat edir Lakin melum oldugu kimi imperator Diokletianin heyat yoldasi Priska olmusdur ve o da xristian idi Guman etmek olar ki Aleksandra Priskanin xristianligi qebul etdikden sonra goturduyu ad olmusdur Qeyd etmek lazimdir ki Simeon Metafrastin eserinde 916 ci ile aid Vatikan Mecellesinde Aleksandra Diokletianin heyat yoldasi adlandirilmir Aleksandra ile Priskanin eynilesdirilmesi cehdleri XX esre aiddir Bele ki Moskva patriarxligi bele qerara gelmisdir ki Aleksandranin 303 cu ilde olmesi yanlisliqdir ve o 313 cu ilde olmus sayilmalidir Lakin bu versiya da qedim menbeler o cumleden ereb ve kopt apokrifleri terefinden de desteklenmir IstinadlarAleksandr Kravchuk Galereya rimskih imperatric Ekaterinburg 2010 str 242 Aleksandr Kravchuk Galereya rimskih imperatric Ekaterinburg 2010 str 243 Laktancij O smertyah gonitelej VII 9 10 Laktancij O smertyah gonitelej XV 1 Laktancij O smertyah gonitelej XXXIX 5 Prisca Galeria Valeria and Candidianus 2015 05 21 tarixinde Istifade tarixi 2014 05 10 Aleksandr Kravchuk Galereya rimskih imperatric Ekaterinburg 2010 str 247 Aleksandr Kravchuk Galereya rimskih imperatric Ekaterinburg 2010 str 248 Zhitij svyatyh Dimitriya Rostovskogo Aleksandra carica Pravoslavnaya enciklopediya Tom I M Cerkovno nauchnyj centr Pravoslavnaya enciklopediya 2000 S 558 559 2022 03 15 tarixinde Istifade tarixi 2014 05 10 Grant M Rimskie imperatory M 1998 S 237