"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır.
Tarix
5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı.
"İnsan sifətli sosializm" yaratmaq məqsədilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər.
Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Lakin Çexoslovakiya Kommunist Partiyasının bəzi rəhbərləri (Bilak, Şvestka, Kolder, İndra və Kapek) dövlətin cəmiyyət üzərindəki nəzarətinin zəifləməsindən narahat idilər və Dubçekin islahatlarını dəstəkləmirdilər. Onlar partiya rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırılması üçün Sovet İttifaqına müraciət də etmişdilər. SSRİ rəhbərliyinin fikrincə isə Çexoslovakiya Varşava Müqaviləsi Təşkilatının müdafiə xəttinin mərkəzində yerləşməklə soyuq müharibə dövründə böyük əhəmiyyətə malik idi.
"Baharın" sonu
1968-ci il martın 23-də kommunist partiyalarının Drezdendə keçirilən qurultayında Çexoslovakiyadakı islahatlar tənqidə məruz qaldı, mayın 4-də Leonid Brejnev Moskvada Dubçekin rəhbərlik etdiyi çexoslovak nümayəndə heyətini qəbul etdi və bu görüşdə ÇSSR-dəki vəziyyəti kəskin tənqid etdi, iyulun 15-də kommunist partiyalarının rəhbərləri ÇKP MK-ya açıq məktubla müracət etdilər, iyulun 29-da Dubçek yenidən Brejnevlə görüşdü, avqustun 17-də Dubçeklə görüşən Macarıstan rəhbəri Yanoş Kadar onu vəziyyətin həddindən artıq gərginləşdiyi barədə xəbərdar etdi.
"Dunay" əməliyyatı
1968-ci il avqustun 20-dən 21-nə keçən gecə VMT-nin 500 min nəfər canlı qüvvə və 5000 tankdan ibarət hərbi kontingenti Çexoslovakiya Sosialist Respublikasını işğal etdi. İşğaldan bir gün əvvəl Sovet İttifaqı Marşalı Andrey Qreçko ÇSSR müdafiə naziri Martin Dzuru hazırlanan aksiya haqqında məlumatlandıraraq, çexoslovak hərbi qüvvələri tərəfindən hər hansı müqavimət göstərilməməsi barədə xəbərdar etdi.
Polşadan sovet-polyak qoşun kontingenti , Ostrava, Olomouç və Jilina, ADR-dən sovet-alman qoşun kontingenti Praqa, Xomutov, Plzen, Karlovı Varı və nəhayət Macarıstandan sovet-macar-bolqar qoşun kontingenti Bratislava, Trençin, Banska Bistritsa istiqamətlərində yeridilmişdi. Qoşunların əsas hissəsi Sovet İttifaqı tərəfindən ayrılmışdı. Çexoslovak ordusu heç bir müqavimət göstərmədi.
Qoşunlar Çexoslovakiya Kommunist Partiyasının qurultayından bir gün əvvəl yeridilmişdi. Bu qurultayda islahatların dəstəklənməsi gözlənilirdi.
İşğalın nəticələri
- İşğal zamanı 72 nəfər Çexoslovakiya vətəndaşı (o cümlədən, Slovakiyada 12 nəfər) həlak olmuş, 266 nəfər ağır, 436 nəfər yüngül yaralanmışdır.
- İşğal nəticəsində ümumilikdə 300 minə yaxın insan ölkəni tərk etdi.
- 1969-cu ilin aprelində Aleksandr Dubçeki ÇKP MK rəhbərliyində Qustav Qusak əvəz etdi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Praqa bahari cex Prazske jaro slovak Prazska jar Cexoslovakiyada 1968 ci il yanvarin 5 den avqustun 20 dek cemiyyetde geden kutlevi siyasi liberallasma prosesi Sovet Ittifaqi ve Varsava Muqavilesi Teskilatinin qosunlarinin olkeye yeridilmesi ile bu prosesin qarsisi alinmisdir TarixAleksandr Dubcek 5 yanvar 1968 ci ilde Aleksandr Dubcekin rehberliyine gelmesi ile Cexoslovakiya aciq sekilde SSRI den asili olmadigini numayis etdirmeye basladi Insan sifetli sosializm yaratmaq meqsedile Dubcek ve onun hemfikirleri terefinden heyata kecirilen siyasi islahatlar 1956 ci ilde Macaristanda oldugu kimi evvelki siyasi xetden tam imtina xarakteri dasimirdi Lakin Sovet Ittifaqinin ve Avropadaki bezi sosialist dovletlerin rehberleri Cexoslovakiyadaki islahatlari sosialist dovlet qurulusunun esaslarina ve sosialist bloku nun butovluyune qarsi yonelmis tehluke kimi qebul edirdiler Bele ki olkede senzura kifayet qeder mehdudlasdirilmis serbest ictimai diskussiyalar genislenmis coxpartiyali sisteme kecid baslamisdi Tam sekilde soz toplasma ve hereket azadligi verileceyi dovlet tehlukesizlik orqanlari uzerinde nezaretin guclendirileceyi sexsi muessiselerin acilmasina icazelerin asanlasdirilacagi ve istehsal uzerinde dovlet nezaretinin mehdudlasdirilacagi beyan olunmusdu Bundan elave olkenin federasiyaya cevrilmesi ve CSSR in terkibine daxil olan Cexiya ve Slovakiyanin hakimiyyet orqanlarina verilen selahiyyetlerin artirilmasi planlasdirilmisdi Lakin Cexoslovakiya Kommunist Partiyasinin bezi rehberleri Bilak Svestka Kolder Indra ve Kapek dovletin cemiyyet uzerindeki nezaretinin zeiflemesinden narahat idiler ve Dubcekin islahatlarini desteklemirdiler Onlar partiya rehberliyinin hakimiyyetden uzaqlasdirilmasi ucun Sovet Ittifaqina muraciet de etmisdiler SSRI rehberliyinin fikrince ise Cexoslovakiya Varsava Muqavilesi Teskilatinin mudafie xettinin merkezinde yerlesmekle soyuq muharibe dovrunde boyuk ehemiyyete malik idi Baharin sonuTanklara qarsi Molotov kokteyli atan numayisciler 1968 ci il martin 23 de kommunist partiyalarinin Drezdende kecirilen qurultayinda Cexoslovakiyadaki islahatlar tenqide meruz qaldi mayin 4 de Leonid Brejnev Moskvada Dubcekin rehberlik etdiyi cexoslovak numayende heyetini qebul etdi ve bu gorusde CSSR deki veziyyeti keskin tenqid etdi iyulun 15 de kommunist partiyalarinin rehberleri CKP MK ya aciq mektubla muracet etdiler iyulun 29 da Dubcek yeniden Brejnevle gorusdu avqustun 17 de Dubcekle gorusen Macaristan rehberi Yanos Kadar onu veziyyetin heddinden artiq gerginlesdiyi barede xeberdar etdi Dunay emeliyyati 1968 ci il avqustun 20 den 21 ne kecen gece VMT nin 500 min nefer canli quvve ve 5000 tankdan ibaret herbi kontingenti Cexoslovakiya Sosialist Respublikasini isgal etdi Isgaldan bir gun evvel Sovet Ittifaqi Marsali Andrey Qrecko CSSR mudafie naziri Martin Dzuru hazirlanan aksiya haqqinda melumatlandiraraq cexoslovak herbi quvveleri terefinden her hansi muqavimet gosterilmemesi barede xeberdar etdi Polsadan sovet polyak qosun kontingenti Ostrava Olomouc ve Jilina ADR den sovet alman qosun kontingenti Praqa Xomutov Plzen Karlovi Vari ve nehayet Macaristandan sovet macar bolqar qosun kontingenti Bratislava Trencin Banska Bistritsa istiqametlerinde yeridilmisdi Qosunlarin esas hissesi Sovet Ittifaqi terefinden ayrilmisdi Cexoslovak ordusu hec bir muqavimet gostermedi Qosunlar Cexoslovakiya Kommunist Partiyasinin qurultayindan bir gun evvel yeridilmisdi Bu qurultayda islahatlarin desteklenmesi gozlenilirdi Isgalin neticeleriIsgal zamani 72 nefer Cexoslovakiya vetendasi o cumleden Slovakiyada 12 nefer helak olmus 266 nefer agir 436 nefer yungul yaralanmisdir Isgal neticesinde umumilikde 300 mine yaxin insan olkeni terk etdi 1969 cu ilin aprelinde Aleksandr Dubceki CKP MK rehberliyinde Qustav Qusak evez etdi