Poxoraulebi kilsəsi — Abidə Telavi şəhərindən şimalda, Alazan çayının sağ sahilində, Kurdqelauri kəndinin qərb kənarındakı Poxoraulebi adlı ərazidə yerləşmişdir. Burada bazilika üslubunda inşa edilmiş 4 məbədin qalıqları qeydə alınmış, bunlardan Patara Eklesia, yəni "kiçik kilsə" adlandırılan məbəddə arxeoloji tədqiqatlar aparılmışdır. Kilsələrin ətrafında yaşayış yerinin izlərini aşkar etmək mümkün olmamışdır. Arxeoloji qazıntılara qədər konxalar istisna olunmaqla məbədin digər hissələri tamamilə torpağın altında olmuşdur. Məbəd çay daşlarından inşa edilmişdir. Bu zaman divarların aşağı hissəsinin hörgüsündə daha iri ölçülü daşlardan istifadə olunmuşdur. Güman edildiyinə görə, məbədin üstü kirəmitlə örtülmüşdür.
Poxoraulebi kilsəsi | |
---|---|
Ölkə | Gürcüstan Respublikası |
Şəhər | Telavi |
Yerləşir | Kurdqelauri |
Aidiyyatı | Alban kilsəsi |
Tikilmə tarixi | VI-XI |
Tarixi
Üç zallı kilsələr Kaxetiya ərazisində VI əsrin ortalarından başlayaraq Х-ХI əsrlərədək inşa edilmişdir. Poxoraulebi məbədində pastoforilərin və dəhlizin inşa edilməməsi kimi arxaik əlaməti nəzərə alan Ts. N. Çikoidze həmin məbədi üç zallı kilsələrin erkən qrupuna, konkret olaraq VI əsrin ortalarına aid etmişdir. Üç zallı kilsələrin Cənubi Qafqazda diofizit təriqətinin yayıldığı bölgələr üçün xarakterikliyini və Alban kilsəsinin VI əsrin ortaları — VII əsrdə diofizit məzhəbli olmasını nəzərə alaraq, M. C. Xəlilovun fikrincə, Poxoraulebi məbədini həmin dövrə aid etmək olar.
Memarlıq xüsusiyyətləri
Bu abidədə arxeoloji qazıntı işlərini aparmış Ts. N. Çikoidze onu üç kilsəli bazilika tipli xristian məbədləri sırasına aid etmişdir. Ereti ərazisində üç kilsəli bazilika Velis-tsixe və digər yerlərdə də qeydə alınmışdır. Vahid kompleks təşkil edən və eyni zamanda inşa edilmiş üç zal bir-birindən divarla ayrılmışdır. Orta zal yan zallardan daha enli və ucadır. Hər üç zal şərqdə nal formalı apsidalarla tamamlanır. Zalların hərəsində bir pəncərə vardır. Orta zaldakı pəncərənin hər yanında, aşağıda bir taxça vardır. Yan zallarda döşəmə qorunub saxlanılmamışdır. Orta zalda mehrab apsidasının döşəməsi zalın döşəməsindən 20 sm hündürdə yerləşmiş və əhəng məhlulu ilə suvanmışdır. Arxeoloji qazıntılar nəticəsində mehrab apsidasından 40 sm dərinlikdə daha erkən ikinci döşəmənin izləri aşkar olunmuşdur. Yan zallar şimalda və cənubda tağlı iki qapıya malikdirlər. Bu zalların qərb divarlarında da əvvəlcə qapı olmuş, sonra həmin giriş yerləri bağlanmışdır. Yan zalların hər birindən orta zala bir enli qapı açılır. Hər iki giriş qarşı-qarşıya olub, simmetrik yerləşmişdir.
Məbədin divarlarının yanında iki tipə aid saxsı karnizlər aşkar olmuşdur. İkinci tip karnizlərin bəzilərinin üstündə orta əsr gürcü yazısı qeydə alınmışdır. Bu yazı gürcü mütəxəssislərinin bir qrupu tərəfindən IX–X əsrlərə, digərləri tərəfindən isə ən tezi ХII əsrin sonuna aid olunur. Qazıntı sahələrində üzə çıxarılmış arxeoloji materialların müqayisəli təhlili nəticəsində məlum olmuşdur ki, saxsı karnizlər ən geci ХI-ХII əsrlərdə istehsal oluna bilərdi, lakin nədənsə, Ts. N. Çikoidze bu karnizlərdən IX–X əsrlərdə məbədin təmir işlərində istifadə olunduğunu düşünür. M. C. Xəlilovun fikrincə, karnizlərin istehsal dövrünü nəzərə almaqla təsdiq etmək olar ki, məbəddə təmir işləri məhz XI–XII əsrlərdə aparıla bilərdi. Bu işlərin gedişində məbədin döşəməsi və karnizləri yenilənmiş, yan zalların qərb divarındakı girişləri bağlanmışdır. Beləliklə, gürcü yazıları da kanizlərlə eyni dövrə, yəni XI–XII əsrlərə aid edilməlidir. Başqa cür ola da bilməzdi. Belə ki, bu məbədin yerləşdiyi ərazi X əsrin sonuna kimi Albaniya dövlətinə məxsus olmuşdur. Bu dövrdə alban məbədində gürcü yazısı ola bilməzdi.
Həmçinin bax
Ədəbiyyat
- Чикоидзе Ц.Н., 1969. Памятник раннего средневековья близ г. Телави / ТКАЭ (1965–1966 гг.), I.Тбилиси: Мецниереба, с.128–136
- Мусхелишвили Д.Л., 1982. Из исторической географии Восточной Грузии (Шаки и Гогарена). Тбилиси: Мецниереба, 104 с
- Xəlilov M. C., Albaniyanın Xristian Abidələri (IV–X əsrlər). Bakı — 2011, s.341
İstinadlar
- Чикоидзе Ц.Н. Памятник раннего средневековья близ г. Телави / ТКАЭ (1965-1966 гг.) (rus). Тбилиси: Мецниереба. 1969. 128–136.
- Xəlilov M.C. Albaniyanın Xristian Abidələri (IV-X əsrlər) (az.). Bakı: AFPoliqrAF. 2011. 186–188.
- Мусхелишвили Д.Л. Из исторической географии Восточной Грузии (Шаки и Гогарена) (rus). Тбилиси: Мецниереба. 1982. 21.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Poxoraulebi kilsesi Abide Telavi seherinden simalda Alazan cayinin sag sahilinde Kurdqelauri kendinin qerb kenarindaki Poxoraulebi adli erazide yerlesmisdir Burada bazilika uslubunda insa edilmis 4 mebedin qaliqlari qeyde alinmis bunlardan Patara Eklesia yeni kicik kilse adlandirilan mebedde arxeoloji tedqiqatlar aparilmisdir Kilselerin etrafinda yasayis yerinin izlerini askar etmek mumkun olmamisdir Arxeoloji qazintilara qeder konxalar istisna olunmaqla mebedin diger hisseleri tamamile torpagin altinda olmusdur Mebed cay daslarindan insa edilmisdir Bu zaman divarlarin asagi hissesinin horgusunde daha iri olculu daslardan istifade olunmusdur Guman edildiyine gore mebedin ustu kiremitle ortulmusdur Poxoraulebi kilsesiOlke Gurcustan RespublikasiSeher TelaviYerlesir KurdqelauriAidiyyati Alban kilsesiTikilme tarixi VI XITarixiUc zalli kilseler Kaxetiya erazisinde VI esrin ortalarindan baslayaraq H HI esrleredek insa edilmisdir Poxoraulebi mebedinde pastoforilerin ve dehlizin insa edilmemesi kimi arxaik elameti nezere alan Ts N Cikoidze hemin mebedi uc zalli kilselerin erken qrupuna konkret olaraq VI esrin ortalarina aid etmisdir Uc zalli kilselerin Cenubi Qafqazda diofizit teriqetinin yayildigi bolgeler ucun xarakterikliyini ve Alban kilsesinin VI esrin ortalari VII esrde diofizit mezhebli olmasini nezere alaraq M C Xelilovun fikrince Poxoraulebi mebedini hemin dovre aid etmek olar Memarliq xususiyyetleriBu abidede arxeoloji qazinti islerini aparmis Ts N Cikoidze onu uc kilseli bazilika tipli xristian mebedleri sirasina aid etmisdir Ereti erazisinde uc kilseli bazilika Velis tsixe ve diger yerlerde de qeyde alinmisdir Vahid kompleks teskil eden ve eyni zamanda insa edilmis uc zal bir birinden divarla ayrilmisdir Orta zal yan zallardan daha enli ve ucadir Her uc zal serqde nal formali apsidalarla tamamlanir Zallarin heresinde bir pencere vardir Orta zaldaki pencerenin her yaninda asagida bir taxca vardir Yan zallarda doseme qorunub saxlanilmamisdir Orta zalda mehrab apsidasinin dosemesi zalin dosemesinden 20 sm hundurde yerlesmis ve eheng mehlulu ile suvanmisdir Arxeoloji qazintilar neticesinde mehrab apsidasindan 40 sm derinlikde daha erken ikinci dosemenin izleri askar olunmusdur Yan zallar simalda ve cenubda tagli iki qapiya malikdirler Bu zallarin qerb divarlarinda da evvelce qapi olmus sonra hemin giris yerleri baglanmisdir Yan zallarin her birinden orta zala bir enli qapi acilir Her iki giris qarsi qarsiya olub simmetrik yerlesmisdir Mebedin divarlarinin yaninda iki tipe aid saxsi karnizler askar olmusdur Ikinci tip karnizlerin bezilerinin ustunde orta esr gurcu yazisi qeyde alinmisdir Bu yazi gurcu mutexessislerinin bir qrupu terefinden IX X esrlere digerleri terefinden ise en tezi HII esrin sonuna aid olunur Qazinti sahelerinde uze cixarilmis arxeoloji materiallarin muqayiseli tehlili neticesinde melum olmusdur ki saxsi karnizler en geci HI HII esrlerde istehsal oluna bilerdi lakin nedense Ts N Cikoidze bu karnizlerden IX X esrlerde mebedin temir islerinde istifade olundugunu dusunur M C Xelilovun fikrince karnizlerin istehsal dovrunu nezere almaqla tesdiq etmek olar ki mebedde temir isleri mehz XI XII esrlerde aparila bilerdi Bu islerin gedisinde mebedin dosemesi ve karnizleri yenilenmis yan zallarin qerb divarindaki girisleri baglanmisdir Belelikle gurcu yazilari da kanizlerle eyni dovre yeni XI XII esrlere aid edilmelidir Basqa cur ola da bilmezdi Bele ki bu mebedin yerlesdiyi erazi X esrin sonuna kimi Albaniya dovletine mexsus olmusdur Bu dovrde alban mebedinde gurcu yazisi ola bilmezdi Hemcinin baxQurcaani kilsesi Ninotsminda kilsesiEdebiyyatChikoidze C N 1969 Pamyatnik rannego srednevekovya bliz g Telavi TKAE 1965 1966 gg I Tbilisi Mecniereba s 128 136 Mushelishvili D L 1982 Iz istoricheskoj geografii Vostochnoj Gruzii Shaki i Gogarena Tbilisi Mecniereba 104 s Xelilov M C Albaniyanin Xristian Abideleri IV X esrler Baki 2011 s 341IstinadlarChikoidze C N Pamyatnik rannego srednevekovya bliz g Telavi TKAE 1965 1966 gg rus Tbilisi Mecniereba 1969 128 136 Xelilov M C Albaniyanin Xristian Abideleri IV X esrler az Baki AFPoliqrAF 2011 186 188 Mushelishvili D L Iz istoricheskoj geografii Vostochnoj Gruzii Shaki i Gogarena rus Tbilisi Mecniereba 1982 21