Peterburq müqaviləsi - 1723-cü ildə Səfəvilər dövləti ilə Rusiya arasında bağlanan müqavilə
Peterburq müqaviləsi | |
---|---|
| |
İmzalanma tarixi | 12 sentyabr 1723 |
İmzalanma yeri | Sankt-Peterburq |
Qüvvəyə minməsi | qüvvəyə minmir |
• şərtləri | Səfəvi dövləti rus ordusunun işğal etdiyi vilayətlər Rusiyaya «güzəştə getməli», rus qoşununun ayağı dəymədiyi Mazandaran və Astrabad da Rusiyaya verməli. Qarşılığında Rusiya, əfqanlara qarşı mübarizədə Səfəvi dövlətinə hərbi yardım göstərməlidir. Rusiya və Səfəvi dövləti Türkiyənin aqressiv niyyətlərinə qarşı birlikdə çıxış etməlidirlər. |
İmzalayanlar | İsmayıl bəy |
Tərəflər | Səfəvi imperiyası |
Arxaplan
Rusiyanın Xəzəryanı vilayətləri işğal etməsi
Rusiya Azərbaycana yürüş hazırlığını həyata keçirdikdən sonra hərbi əməliyyatlara başladı. I Pyotrun komandanlıq etdiyi qoşun 1722-ci ilin avqustunda döyüşsüz Dərbəndə daxil oldu. Dərbənddən sonra Müşkür mahalı ələ keçirildi. I Pyotr hərbi əməliyyatların ilk dövrünün təcrübəsini, Rusiyada baş verən hadisələrin təsirini nəzərə alaraq işğal planında dəyişiklik etdi. O, avqustun 29-da Dərbənddə keçirilən hərbi şurada əməliyyat planında dəyişiklik edilməsini və qoşunun xeyli hissəsinin Rusiyaya qaytarılması haqqında qərar qəbul etdi. Dərbənd hərbi şurasından sonra da əməliyyatlar davam etdirildi. Noyabrın əvvəllərində polkovnik Şipovun ekspedisiyası Həştərxandan hərəkət etdi və Rəşti tutdu. I Pyotr özü isə Moskvaya döndü. General M.A.Matyuşkinin komandanlıq etdiyi rus hərbi qüvvələri 1723-cü ilin iyununda Bakını işğal etdi. Rusiyanın Xəzərsahili torpaqları işğalı Osmanlı dövlətini daha da fəallaşdırdı. I Pyotr işğal olunmuş ərazilərdə hakimiyyətini hüquqi cəhətdən təmin etmək üçün Səfəvi sarayı ilə danışıqlara başlamağı qərara alır.
Səfəvilər dövlətinin daxili vəziyyəti
Bəhs edilən dövrdə Səfəvi dövlətinin daxili çöküntüsü başa çatmaqda idi. Ölkənin yarıdan çoxu əfqanlar tərəfindən tutulmuş, Transqafqaz ölkələri şah aslılığından çıxmış, Xəzərin günbatan bölgələri isə Rusiyanın əlinə keçmişdi. Şah gah Rusiyaya, gah Türkiyəyə üz tutur, Dağıstan və Gürcüstan feodallarından yardım istəyirdi. Səkkiz aylıq mühasirədən sonra Səfəvi paytaxtı İsfahan oktyabr 1722-ci ildə əfqanların başçısı Mir Mahmudun qarşısında məğlub oldu. Şah Hüseyn onun xeyrinə taxtdan əl çəkdi. Ancaq onun 18 yaşlı oğlu II Təhmasib noyabr ayında özünü şah elan edərək Rusiya konsulu Avraamov ilə danışığa başladı. Əfqanlarla mübarizədə II Təhmasibə yardım edəcəyini bildirən Pyotr ona elçi göndərməyi təklif etdi. II Təhmasib yanvar ayında İsmayılbəyi elçi göndərir. Lakin elçi Rusiyaya çatdıqda rusların da Xəzərsahili bölgələri işğalı başa çatmışdı. Vəziyyəti belə görən şah İsmayıl bəyi elçilik səlahiyyətindən və Rusiya ilə danışıq aparıb hər hansı bir müqavilə imzalamaq hüququndan məhrum edir. Buna baxmyaraq ruslar İsmayıl bəyi hərb gəmisi vasitəsil Həştərxana, oradan da Sankt-Peterburqa göndərirlər. Pyotr çalışırdı ki, buradakı işğallarının Səfəvi dövlətinin razılığı əsasında həyata keçdiyini Avropaya bildirsin.
Müqavilənin imzalanması
«Xəzərboyu əyalətlərin işğalını «qanuniləşdirmək» və beynəlxalq ictimaiyyət qarşısında öz hərəkətlərinə bəraət qazandırmaq üçün» tələsən I Pyotrun istəyi ilə «Rus-İran müqaviləsinin bağlanması ilə bağlı danışıqlara görüşdən dərhal sonra başlanır» . İmperator öz tələblərini irəli sürür: artıq rus ordusunun işğal etdiyi vilayətlərin (Dərbənd, Bakı, Gilan) Rusiyaya güzəştə gedilməsi, eləcə də əlavə olaraq, rus qoşununun ayağı dəymədiyi Mazandaran və Astrabadın da verilməsində israr edir. Rusiya öz növbəsində, əfqanlara qarşı mübarizədə Səfəvi dövlətinə hərbi yardım göstərməyi öz öhdəsinə götürür. Rusiya və İran Türkiyənin aqressiv niyyətlərinə qarşı birlikdə çıxış etməyi qərara alırlar. L.Lokhart müqavilənin bağlandığı şərait haqda bunları yazır: "müqavilənin hazırlanmasında Rusiya tərəfindən nüfuzlu ... Ostermann xüsusi rol oynayır. Şah səfiri o qədər zəif, qorxaq vəziyyətdə idi ki, demək olar ki, Rusiyanın bütün tələbləri ilə razılaşmalı olur." Nəticədə 12 (23) sentyabr 1723-cü ildə müqavilə imzalanır.
Müqavilənin şərtləri
Müqavilə preambula və 5 maddədən ibarətdir. Preambulada göstərilirdi: "Məlum olsun ki, bir neçə il qabaq İran dövlətində baş verən böyük qarışıqlıqlar və həmin dövlətin təbəələri, Şafi həzrətlərinə qarşı üsyan qaldırıblar, öz qanuni hökmdarlarına qarşı deyil, həm də bütün Rusiya imperator həzrətlərinin təbəələrinə pis təsir göstərirlər ki, bu da qədimdən dostluq və traktatla bağlı olan hər iki dövləti, öz aralarında ticarətlə bağlı olanlara, böyük ziyankarlıq edib dağıntılar törədiblər. Buna görə də Şah həzrətləri təbəəsində olan üsyankarların öhdəsindən gələ bilmirdi, ona görə də bütün Rusiya imperatoru həzrətləri Şah həzrətlərinə olan dostluğa sadiq qalaraq, üsyankarların Rusiya sərhədlərinə yaxınlaşmağına və İran 71 dövlətinin tam dağılmasının qarşısını almaq üçün özü silah işlədərək bütün üsyankarları və bəzi şəhərləri və Xəzər sahilində olan başqa yaşayış məntəqələrini, hansılardakı üsyankarlar sığınacaq tapmışdılar, silah gücünə onlardan azad etdi və Şah həzrətlərinin təbəələrini gələcəkdə qorumaq üçün öz qoşunlarını yerləşdirdi, bir tərəfdən məlum oldu ki, üsyankarlar silahlanıb, güclənib İran dövlətinin paytaxtını tutublar və Şah həzrətlərini və onun ailəsini əsir götürüblər. Salamat qalan təkcə oğlu Təhmasib qanuni olaraq taxta sahib olub.... Beləliklə, Rusiya Azərbaycan və İranın Xəzərsahili torpaqlarının işğalına "bəraət" qazandırır, buna uyğun olaraq müqavilənin şərtləri irəli sürülür"
- I maddə: Çar, Təhmasibə yardım göstərməyə və onun ölkəsindəki üsyankarlara qarşı mübarizədə onunla birgə çıxış edəcəyinə söz verir. O, İrana üsyankarları tamamilə darmadağın edənədək təqib edəcək qoşun göndərməyi boynuna götürür.
- II maddə: Əvəzində Təhmasib Dərbənd, Bakı şəhərlərini, ona bitişik əraziləri və həmçinin üç əyaləti - Gilan, Mazandaran və Astrabadı daimi olaraq Rusiyaya güzəştə gedir.
- III maddə: Rusiyanın İrandakı qoşunları üçün təchizat və atlar göndərilməsi mümkün olmadığından bütün lazım olanların burada aşağı qiymətlərlə alınması təşkil olunmalıdır.
- IV maddə: İki dövlət arasında sabit dostluq və anlaşma hökm sürməlidir: hər iki ölkənin əhalisi bir-birinin ərazisinə istədiyi vaxt və istədiyi qədər azad surətdə daxil ola və burada qala bilər. İran və Rusiya arasında ticarət azadlığı mövcud olmalıdır.
- V maddə: İran və Rusiya bir-birlərinin dostlarına münasibətdə dost, düşmənlərinə isə düşmən olmalıdırlar
Şah Təhmasib təbii olaraq Peterburq müqaviləsini təsdiq etməkdən boyun qaçırdı. Şahın razılığını almaq üçün Rusiyadan göndərilən elçi knyaz B. Meçerskini qəbul etməyərək, geri qaytardı. Baş vəzir ona bildirdi ki, İsmayıl bəyə andlaşma səlahiyyəti verilmədiyi üçün təsdiq etmək barədə danışığı “eşitmək belə istəmirlər”. Rezident Avraamov da saraya buraxılmadı. İsmayıl bəyin dövlətə xəyanət etməsi rəsmən bildirildi. Bu, ona ölüm hökmü verilməsi demək idi. Buna görə o vətənə geri dönmədi. İmperatorun buyruğu ilə böyük pul təqaüdü verilən və Həştərxanda ev alan İsmayıl bəy ömrünün sonuna qədər burada yaşayır.
Nəticəsi
Beləliklə Peterburq sülh müqaviləsinə görə Səfəvi imperiyası Dərbənd və Bakının Rusiyaya verilməsini təstiqləyir, Gilan, Mazandaran və Astrabadın da ilhaq haqqını verirdi. Bu o demək idi ki, Xəzər dənizinin bütün cənub və qərb sahilləri Rusiyaya verilirdi. Bu ərazilərin qorunması Rusiya ordusu tərkibində təşkil edilən İran Korpusuna tapşırılacaqdı. Müqaviləyə görə Səfəvi dövləti bu qüvvələri bölgədə sülhü qorumaq üçün göndərilmiş ordu kimi qəbul etməli idi.
23 sentyabr 1723-cü ildə onun [şahın] Sankt-Peterburqdakı səfiri İsmayıl bəy alcaldıcı müqaviləni imzaladı. Bu müqaviləyə görə çar şaha öz çətin vəziyyətdə olan taxtını qorumaq üçün öz dostluğunu və üsyançılara qarşı dəstəyini verəcək. Bunun qarşılığında şah əbədi olaraq Rusiyaya bu torpaqların - bütün onlara aid olan mülklərlə birlikdə Dərbəndin, Bakının, eləcə də Gilan, Mazandaran və Astrabadı verirdi. Beləliklə də onlar qüvvələri ilə Əlahəzrət Şahı üsyançılara qarşı dəstəkləmək üçün ordu göndərəcəkdi, lakin pul tələb etməyəcəkdi.
Səfəvi tərəfindən müqaviləni imzalayan II Təhmasib tərəfindən göndərilmiş səfir İsmayıl bəy idi. Müqavilənin mətni 1724-cü ilin aprel ayında Səfəvilərin o dövrki paytaxtı Qəzvinə leytenant Knyaz boris Meşçerski tərəfindən gətirildiyi zaman paytaxt əhalisi artıq müqavilə mətninin mahiyyətindən xəbərdar idi. Rus səfiri şəhərə daxil olduğu zaman əhali ona qarşı zorbalığa başlayıb hədələdi. O, II Təhmasib tərəfindən ənənəvi mərasimlə qarşılasa da, Səfəvi şahı müqaviləni təstiqləməkdən imtina etdi. Tarixçilər bunun səbəbi kimi onu göstərirlər ki, Səfəvi tərəfi 1920-ci illərdə keçirdiyi dəhşətli zəifləməyə baxmayaraq, bölgədə olan rus ordusunun ona təhlükə törədə biləcəyinə böyük şübhə duymağa başlamışdılar. Həmçinin artıq II Təhmasibə aydın idi ki, ruslar ona əfqanlara qarşı mübarizədə yardım göstərmək iqtidarında deyillər. Bundan başqa, mümkündür ki, II Təhmasib İstanbulda ruslarla osmanlıların danışıqlar apardığından da xəbərdar idi. İsmayıl bəy belə bir müqaviləyə qol çəkdiyinə görə cəzalandırılmalı idi, buna görə də o, geri dönmədi və 20 il sonra sürgündə ikən Həştərxanda vəfat etdi.
Həmçinin bax
İstinadlar
- Mahmudov, Yaqub. AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ DÖVLƏTLƏRARASI MÜQAVİLƏLƏR VƏ DİGƏR XARİCİ SİYASƏT AKTLARI. Bakı. 2009.
- Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- Dadaşova, Rəhimə. Səfəvilərin son dövrü (ingilis dilli tarixşünaslıqda). Bakı: Nurlan nəşriyyat. 2003.
- Fisher və başqaları, 1991. səh. 318-319
- Fisher və başqaları, 1991. səh. 319
- Mikaberidze, 2011. səh. 726
- Bournoutian, 1999. səh. 1
Mənbə
- Fisher və başqaları, William Bayne Fisher,P. Avery,G. R. G. Hambly,C. Melville, The Cambridge History of Iran, Volume 7, Cambridge University Press, 1991, ISBN
- Mikaberidze, Alexander, Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia [2 volumes], 2011, ISBN
- Bournoutian, Abraham (Erewantsʻi), George A. Bournoutian, History of the wars: (1721-1736), Mazda Publishers - Indiana University, 1999, ISBN
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Peterburq muqavilesi 1723 cu ilde Sefeviler dovleti ile Rusiya arasinda baglanan muqavilePeterburq muqavilesiPyotrun deniz donanmasiImzalanma tarixi 12 sentyabr 1723Imzalanma yeri Sankt PeterburqQuvveye minmesi quvveye minmir sertleri Sefevi dovleti rus ordusunun isgal etdiyi vilayetler Rusiyaya guzeste getmeli rus qosununun ayagi deymediyi Mazandaran ve Astrabad da Rusiyaya vermeli Qarsiliginda Rusiya efqanlara qarsi mubarizede Sefevi dovletine herbi yardim gostermelidir Rusiya ve Sefevi dovleti Turkiyenin aqressiv niyyetlerine qarsi birlikde cixis etmelidirler Imzalayanlar Ismayil beyTerefler Rusiya imperiyasi Sefevi imperiyasiArxaplanRusiyanin Xezeryani vilayetleri isgal etmesi Rusiya Azerbaycana yurus hazirligini heyata kecirdikden sonra herbi emeliyyatlara basladi I Pyotrun komandanliq etdiyi qosun 1722 ci ilin avqustunda doyussuz Derbende daxil oldu Derbendden sonra Muskur mahali ele kecirildi I Pyotr herbi emeliyyatlarin ilk dovrunun tecrubesini Rusiyada bas veren hadiselerin tesirini nezere alaraq isgal planinda deyisiklik etdi O avqustun 29 da Derbendde kecirilen herbi surada emeliyyat planinda deyisiklik edilmesini ve qosunun xeyli hissesinin Rusiyaya qaytarilmasi haqqinda qerar qebul etdi Derbend herbi surasindan sonra da emeliyyatlar davam etdirildi Noyabrin evvellerinde polkovnik Sipovun ekspedisiyasi Hesterxandan hereket etdi ve Resti tutdu I Pyotr ozu ise Moskvaya dondu General M A Matyuskinin komandanliq etdiyi rus herbi quvveleri 1723 cu ilin iyununda Bakini isgal etdi Rusiyanin Xezersahili torpaqlari isgali Osmanli dovletini daha da feallasdirdi I Pyotr isgal olunmus erazilerde hakimiyyetini huquqi cehetden temin etmek ucun Sefevi sarayi ile danisiqlara baslamagi qerara alir Sefeviler dovletinin daxili veziyyeti Behs edilen dovrde Sefevi dovletinin daxili cokuntusu basa catmaqda idi Olkenin yaridan coxu efqanlar terefinden tutulmus Transqafqaz olkeleri sah asliligindan cixmis Xezerin gunbatan bolgeleri ise Rusiyanin eline kecmisdi Sah gah Rusiyaya gah Turkiyeye uz tutur Dagistan ve Gurcustan feodallarindan yardim isteyirdi Sekkiz ayliq muhasireden sonra Sefevi paytaxti Isfahan oktyabr 1722 ci ilde efqanlarin bascisi Mir Mahmudun qarsisinda meglub oldu Sah Huseyn onun xeyrine taxtdan el cekdi Ancaq onun 18 yasli oglu II Tehmasib noyabr ayinda ozunu sah elan ederek Rusiya konsulu Avraamov ile danisiga basladi Efqanlarla mubarizede II Tehmasibe yardim edeceyini bildiren Pyotr ona elci gondermeyi teklif etdi II Tehmasib yanvar ayinda Ismayilbeyi elci gonderir Lakin elci Rusiyaya catdiqda ruslarin da Xezersahili bolgeleri isgali basa catmisdi Veziyyeti bele goren sah Ismayil beyi elcilik selahiyyetinden ve Rusiya ile danisiq aparib her hansi bir muqavile imzalamaq huququndan mehrum edir Buna baxmyaraq ruslar Ismayil beyi herb gemisi vasitesil Hesterxana oradan da Sankt Peterburqa gonderirler Pyotr calisirdi ki buradaki isgallarinin Sefevi dovletinin raziligi esasinda heyata kecdiyini Avropaya bildirsin Muqavilenin imzalanmasi Xezerboyu eyaletlerin isgalini qanunilesdirmek ve beynelxalq ictimaiyyet qarsisinda oz hereketlerine beraet qazandirmaq ucun telesen I Pyotrun isteyi ile Rus Iran muqavilesinin baglanmasi ile bagli danisiqlara gorusden derhal sonra baslanir Imperator oz teleblerini ireli surur artiq rus ordusunun isgal etdiyi vilayetlerin Derbend Baki Gilan Rusiyaya guzeste gedilmesi elece de elave olaraq rus qosununun ayagi deymediyi Mazandaran ve Astrabadin da verilmesinde israr edir Rusiya oz novbesinde efqanlara qarsi mubarizede Sefevi dovletine herbi yardim gostermeyi oz ohdesine goturur Rusiya ve Iran Turkiyenin aqressiv niyyetlerine qarsi birlikde cixis etmeyi qerara alirlar L Lokhart muqavilenin baglandigi serait haqda bunlari yazir muqavilenin hazirlanmasinda Rusiya terefinden nufuzlu Ostermann xususi rol oynayir Sah sefiri o qeder zeif qorxaq veziyyetde idi ki demek olar ki Rusiyanin butun telebleri ile razilasmali olur Neticede 12 23 sentyabr 1723 cu ilde muqavile imzalanir Muqavilenin sertleri Muqavile preambula ve 5 maddeden ibaretdir Preambulada gosterilirdi Melum olsun ki bir nece il qabaq Iran dovletinde bas veren boyuk qarisiqliqlar ve hemin dovletin tebeeleri Safi hezretlerine qarsi usyan qaldiriblar oz qanuni hokmdarlarina qarsi deyil hem de butun Rusiya imperator hezretlerinin tebeelerine pis tesir gosterirler ki bu da qedimden dostluq ve traktatla bagli olan her iki dovleti oz aralarinda ticaretle bagli olanlara boyuk ziyankarliq edib dagintilar toredibler Buna gore de Sah hezretleri tebeesinde olan usyankarlarin ohdesinden gele bilmirdi ona gore de butun Rusiya imperatoru hezretleri Sah hezretlerine olan dostluga sadiq qalaraq usyankarlarin Rusiya serhedlerine yaxinlasmagina ve Iran 71 dovletinin tam dagilmasinin qarsisini almaq ucun ozu silah islederek butun usyankarlari ve bezi seherleri ve Xezer sahilinde olan basqa yasayis menteqelerini hansilardaki usyankarlar siginacaq tapmisdilar silah gucune onlardan azad etdi ve Sah hezretlerinin tebeelerini gelecekde qorumaq ucun oz qosunlarini yerlesdirdi bir terefden melum oldu ki usyankarlar silahlanib guclenib Iran dovletinin paytaxtini tutublar ve Sah hezretlerini ve onun ailesini esir goturubler Salamat qalan tekce oglu Tehmasib qanuni olaraq taxta sahib olub Belelikle Rusiya Azerbaycan ve Iranin Xezersahili torpaqlarinin isgalina beraet qazandirir buna uygun olaraq muqavilenin sertleri ireli surulur I madde Car Tehmasibe yardim gostermeye ve onun olkesindeki usyankarlara qarsi mubarizede onunla birge cixis edeceyine soz verir O Irana usyankarlari tamamile darmadagin edenedek teqib edecek qosun gondermeyi boynuna goturur II madde Evezinde Tehmasib Derbend Baki seherlerini ona bitisik erazileri ve hemcinin uc eyaleti Gilan Mazandaran ve Astrabadi daimi olaraq Rusiyaya guzeste gedir III madde Rusiyanin Irandaki qosunlari ucun techizat ve atlar gonderilmesi mumkun olmadigindan butun lazim olanlarin burada asagi qiymetlerle alinmasi teskil olunmalidir IV madde Iki dovlet arasinda sabit dostluq ve anlasma hokm surmelidir her iki olkenin ehalisi bir birinin erazisine istediyi vaxt ve istediyi qeder azad suretde daxil ola ve burada qala biler Iran ve Rusiya arasinda ticaret azadligi movcud olmalidir V madde Iran ve Rusiya bir birlerinin dostlarina munasibetde dost dusmenlerine ise dusmen olmalidirlar Sah Tehmasib tebii olaraq Peterburq muqavilesini tesdiq etmekden boyun qacirdi Sahin raziligini almaq ucun Rusiyadan gonderilen elci knyaz B Mecerskini qebul etmeyerek geri qaytardi Bas vezir ona bildirdi ki Ismayil beye andlasma selahiyyeti verilmediyi ucun tesdiq etmek barede danisigi esitmek bele istemirler Rezident Avraamov da saraya buraxilmadi Ismayil beyin dovlete xeyanet etmesi resmen bildirildi Bu ona olum hokmu verilmesi demek idi Buna gore o vetene geri donmedi Imperatorun buyrugu ile boyuk pul teqaudu verilen ve Hesterxanda ev alan Ismayil bey omrunun sonuna qeder burada yasayir NeticesiBelelikle Peterburq sulh muqavilesine gore Sefevi imperiyasi Derbend ve Bakinin Rusiyaya verilmesini testiqleyir Gilan Mazandaran ve Astrabadin da ilhaq haqqini verirdi Bu o demek idi ki Xezer denizinin butun cenub ve qerb sahilleri Rusiyaya verilirdi Bu erazilerin qorunmasi Rusiya ordusu terkibinde teskil edilen Iran Korpusuna tapsirilacaqdi Muqavileye gore Sefevi dovleti bu quvveleri bolgede sulhu qorumaq ucun gonderilmis ordu kimi qebul etmeli idi 23 sentyabr 1723 cu ilde onun sahin Sankt Peterburqdaki sefiri Ismayil bey alcaldici muqavileni imzaladi Bu muqavileye gore car saha oz cetin veziyyetde olan taxtini qorumaq ucun oz dostlugunu ve usyancilara qarsi desteyini verecek Bunun qarsiliginda sah ebedi olaraq Rusiyaya bu torpaqlarin butun onlara aid olan mulklerle birlikde Derbendin Bakinin elece de Gilan Mazandaran ve Astrabadi verirdi Belelikle de onlar quvveleri ile Elahezret Sahi usyancilara qarsi desteklemek ucun ordu gonderecekdi lakin pul teleb etmeyecekdi Sefevi terefinden muqavileni imzalayan II Tehmasib terefinden gonderilmis sefir Ismayil bey idi Muqavilenin metni 1724 cu ilin aprel ayinda Sefevilerin o dovrki paytaxti Qezvine leytenant Knyaz boris Mescerski terefinden getirildiyi zaman paytaxt ehalisi artiq muqavile metninin mahiyyetinden xeberdar idi Rus sefiri sehere daxil oldugu zaman ehali ona qarsi zorbaliga baslayib hedeledi O II Tehmasib terefinden enenevi merasimle qarsilasa da Sefevi sahi muqavileni testiqlemekden imtina etdi Tarixciler bunun sebebi kimi onu gosterirler ki Sefevi terefi 1920 ci illerde kecirdiyi dehsetli zeiflemeye baxmayaraq bolgede olan rus ordusunun ona tehluke torede bileceyine boyuk subhe duymaga baslamisdilar Hemcinin artiq II Tehmasibe aydin idi ki ruslar ona efqanlara qarsi mubarizede yardim gostermek iqtidarinda deyiller Bundan basqa mumkundur ki II Tehmasib Istanbulda ruslarla osmanlilarin danisiqlar apardigindan da xeberdar idi Ismayil bey bele bir muqavileye qol cekdiyine gore cezalandirilmali idi buna gore de o geri donmedi ve 20 il sonra surgunde iken Hesterxanda vefat etdi Hemcinin baxGence muqavilesi Rest muqavilesi Istanbul muqavilesi 1724 IstinadlarMahmudov Yaqub AZERBAYCAN BEYNELXALQ MUNASIBETLER VE DIPLOMATIYA TARIXI DOVLETLERARASI MUQAVILELER VE DIGER XARICI SIYASET AKTLARI Baki 2009 Eliyarli Suleyman Azerbaycan tarixi Uzaq kecmisden 1870 ci illere qeder Baki Azerbaycan nesriyyati 1996 Dadasova Rehime Sefevilerin son dovru ingilis dilli tarixsunasliqda Baki Nurlan nesriyyat 2003 Fisher ve basqalari 1991 seh 318 319 Fisher ve basqalari 1991 seh 319 Mikaberidze 2011 seh 726 Bournoutian 1999 seh 1MenbeFisher ve basqalari William Bayne Fisher P Avery G R G Hambly C Melville The Cambridge History of Iran Volume 7 Cambridge University Press 1991 ISBN 0521200954 Mikaberidze Alexander Conflict and Conquest in the Islamic World A Historical Encyclopedia 2 volumes 2011 ISBN 1598843370 Bournoutian Abraham Erewantsʻi George A Bournoutian History of the wars 1721 1736 Mazda Publishers Indiana University 1999 ISBN 1568590857