Pavlikanlar hərəkatı — VIII əsrin ən böyük sosial hərəkatlarından biridir. Qafqaz Albaniyasında VII əsrdə yaranmış hərəkat buradan Ermənistana, daha sonra isə bütün Bizans ərazisinə yayılmışdır.
Tarixçilərin pavlikanlar haqqında fikirləri
Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi.
Y.E.Lipşis, St.T.Melik-Baxşyan, L.Q.İohannisyan, F.Konnibir və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında iddia edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir.
Partav kilsə yığıncağının qətnaməsində pavlikanlar
Bu əlyazmalarında aşkara çıxarılmışdır ki, ən qədim bir mənbədə: 706- 707-ci illərdəki qətnaməsində pavlikianların adı çəkilir. Qətnamənin tam mətni belədir:
" başlayaraq, sıra ilə otuz birinci katolikos olan erməni katolikosu İlya zamanında çağırılmış Alban kilsə yığıncağının qaydaları və qətnamələri. Keşiş Mixail Albaniya patriarxı taxtına çıxan zamanlarda özünün aşağıdakı həmtaxtları ilə: Kapalak yepiskopu İohannes, Amara yepiskopu Saak, Xoşi yepiskopu Yelizar, Meskoqman yepiskopu İzrael, Mesirank yepiskopu Zaxari və Girdiman yepiskopu İohakim ilə ölkəmizin abadlığı və dinimizin pravoslavlığı haqqında danışıb razılaşmışdır. Beləliklə, mən, Şeroy – apoipat patriki, Girdiman hökmdarı və Alban knyazı, Varaz-Qriqor patriki və Alban sparapeti, Babi Şaxrperozyan, Varaz-Kurdakyan nəslindan Yunsataxyan nəslindən Rostom, Varaz-Yohanyan nəslindən Vahan, Karoyan nəslindən Sumbat, Qankaryan nəslindən Maxmat, Rahatyan nəslindən Qriqor, Hamgitan nəslindən Patrik, Varokyan nəslindən Arevko, Mərdanşahyan nəslindən Şeroy, Tamdikyan nəslindən İpat Vartiş erməni tarixinin 88-ci ilində bu qərara gəldik: Siz və ya Mayraqom barəsində və ya pavlikianlar barəsində və ya qohum ilə kəbin kəsmək və ya ümumiyyətlə, hər bir məsələ haqqında hər hansı bir tədbir görəndə heç kəsin ixtiyarı yoxdur ki, sizin əmrinizə tabe olmasın. Əgər bir beləsi çıxarsa, qoy Allahın qəzəbinə rast gəlsin, siz də (onu) öz iradənizlə mühakimə etməyə vəkilsiniz və knyazlardan heç birinin haqqı yoxdur ki, bu işə qarışsın; siz qəbul etdiyiniz qərarların üstündə möhkəm dayanın. Mən, apoipat patriki, Girdiman hökmdarı və Albaniya knyazı Şeroy bütün öz azatlarım ilə bu yazının üstünə öz möhürümü basdım." |
Hərəkatın başlama səbəbləri
VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq öz zərərlərini ödəmək üçün əhalidən yığılan vergi yükünü daha da ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəldi ki, bu da, adətən olduğu kimi nəticədə bidət hərəkatı xarakterini aldı. Bu hərəkatdan biri pavlikian hərəkatı idi. Girdiman yepiskopu Nersesin (Bakur) Albaniya knyazı I Varaz Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi. Erməni katolikosu İlya bu barədə xəlifə (685-705) xəbər verdi və onun köməyi ilə Alban kilsəsini qriqoryanlaşdırmağa başlamağa müvəffəq oldu. Nerses əzabla öldürüldü. Sparma zindana salındı.
Lakin Z. Bünyadov qeyd edir ki, katolikos İlya pavlikian bidətini Albaniyanın yalnız hakim yuxarı təbəqələri arasında yatırmağa müvəffəq olmuşdur. Geniş əhali təbəqələri arasında isə pavlikian bidəti böyük antifeodal hərəkat xarakteri aldı və Alban vilayətlərindən Girdiman və xüsusilə Balasakan bu cəhətdən ayrıca yer tutdular.
Dvin kilsə yığıncağının qətnaməsində pavlikanlar
Movses Xorenski bu iki vilayət əhalisinin həyəcan və narazılığını qeyd etmişdir; o yazır ki, "Balasakan ölkələrində bir yalançı nəzəriyyə çox yayılmışdı və Girdiman vadisində də həmin bidətin ardıcılları var idi". Bunu Moisey Kalankatlı da təsdiq edir. Erməni katolikosu İlyanın xələfi katolikos Odzunlu İohann (717-728) "pavlikianlara qarşı" xüsusi məktub yazmışdır və bu məktub pavlikianları pisləmiş Dvin kilsə yığıncağının "32 qaydasının" əsasını təşkil etmişdir: "Pavlikianlar adlanan murdar msxne təriqətçilərinə öz evində yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq, söhbət etmək olmaz, əksinə, onlardan tamamilə uzaqlaşmaq, iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası və əbədi atəşin közərtiləridir; əgər birisi onlara qoşulub onları sevərsə və onlarla dostluq edərsə, belələrinə işgəncə və ağır cəza vermək lazımdır, həm də o qədər ki, onların etiqadları sağlam olsun və möhkəmlənsin. Əgər onlar yenidən belə əməl tutsalar, əmr edirik, belələrini vəba xəstəliyinə tutulanlar kimi, xristian kilsəsi üzvlərindən ayırıb atsınlar".
St.T.Melik-Baxşyan, habelə bir sıra digər ermənişünaslar belə zənn edirlər ki, Dvin yığıncağının qətnaməsində adları çəkilən pavlikianlardan "sonralar təhlükəli bir qüvvə" kimi bəhs edilmir. Lakin "Tarix"ində bu kimi fıkirləri rədd edən məlumat vardır. Gevond "günahkar oğullar"dan danışır. Q.Bartikyan belə hesab edir ki, bunlar ancaq pavlikianlar ola bilər. Görünür, pavlikianlar 768-ci ildə qətnamələrində adı çəkilən bidətçilərdən ibarətdir; həmin qətnamədə belə deyilir:
"Qoy kilsələrdə maneəsiz olaraq vardapetlər (müəllimlər) təyin olunsunlar ki, Allahın idrak təliminə maneçilik göstərilməsin və kilsələri pozan təfriqətçi bidət onlara sirayət etməsin"
— Matenadaran əlyazması № 6409, səh. 94 b (Q.Bartikyanın tərcüməsi)
Pavlikanların ərəblərə qarşı mübarizəsi
Ərəb müəlliflərinin verdiyi məlumatda elə hadisələrə və insanlar fəaliyyətinə təsadüf edirik ki, bunlar pavlikianların fəaliyyətinə çox oxşayır. VIII-IX əsrlərdə Beyləqan əyalətinin əhalisi ərəblərə möhkəm itaətsizlik gostərirdilər: bu hal Albaniyada bidətçilərin, xüsusilə pavlikianların böyük fəaliyyətinin nəticəsi idi. Məsələn, Bəlazuri yazır:
"Xəlifə Əbü-l-Abbasın (750-754) hökmranlığı zamanı Beyləqan əhalisi üsyan qaldırıb Gilab qalasına girmişdi; onların başçısı Kabad ibn Asəf əl-Beyləqani idi"
— Əl-Bəlazuri, səh. 209.
Yəqubi də bu hadisədən bəhs edir, lakin əlavə edir ki, "Gilab qalasına çoxlu avara toplanmışdı" və bunların başçısı Vard ibn Səfvan əs- Sami idi. Yəqubi "avaralar" deyəndə, Gevondun "günahkar oğullar" adını verdiyi adamlara oxşar insanları nəzərdə tuturdu. Daha sonra Yəqubi bildirir ki, xəlifə Harun ər-Rəşidin (786-809) dövründə Beyləqan əhalisi, Bərdəyə gəlmiş xəlifə canişinin əleyhinə yenidən üsyan qaldırdılar.
Pavlikanların Ablasada, Yesai Əbu Musaya və Babəkə qarşı mübarizəsi
"Ağvan tarixi"nin K.Patkanov tərəfindən edilmiş tərcüməsinə daxil olmayan bir neçə səhifəsində aşağıdakı məlumat vardır:
"Həmin günlərdə (841/2-ci ildə) balakanasik beyləqanlılar (?) gəldilər və Sisan Dzor və Amaras mahallarını talayıb viran etdilər, Əbu Musa adlanan Yesai onlara qarşı qalxdı və onları [tamamilə] əzdi".
M.M.Altman yazır ki, "naməlum" baylakanlıların "basqını haqqında digər mənbələrdə məlumat yoxdur". Sonrakı tədqiqatlar bu nəticənin düzgün olmadığını göstərdi. Belə ki, mənbələrdən biz bilirik ki, Ərəb Xilafətinə qarşı xürrəmilərin azadlıq hərəkatının rəhbəri Babək Alban knyazı Səhl ibn Sumbat və Ablasadın və Vasakın qoşunları ilə Balasakan vilayətindən keçərək birləşməyə gedərkən vilayət əhalisi arasında həddən artıq töycü yığdıqları üçün, balasakanlılar 827/8-ci ildə Babəkə qarşı üsyan qaldırdılar. Bu üsyan müvəffəqiyyətsiz oldu. M.Kalankatuklu bildirir ki, "830/1-ci ildən bir az əvvəl balasakanlılar Bercor mahalına və Artsak əyalətinin Ureas, Karnakaş, Həkəri və Tapat kəndlərinə hücum etdilər, lakin Babəkin köməyi ilə Stepannos Ablasad tərəfindən darmadağın edildilər".
830/1 -ci ildə Ablasad öldürüldükdən sonra balasakanlılar yenidən üsyan qaldırıb Qorozu tutdular və orada öz mövqelərini möhkəmlətdilər. M.Kalankatuklunun dediyinə görə, balasakanlılar bu dəfə Albaniyanın aşağıdakı vilayətlərini 12 il ərzində əllərində saxlamışlar: Verin Vaykunik, Bercor, Sisakan (və Kotak), Mive (Haband), Amaras, Pazkank, Mxank və Triqavar. Yalnız 12 il keçəndən sonra, təqribən 841/2-ci ildə "Ablasadın adamları onun qatilini tutub işgəncə ilə öldürdülər. Ablasadın qardaşı oğlu, Əbu Musa adlanan Yesai dinclik sevən bir kişi idi; o bu vilayətləri ələ keçirdi və hamıya hökmranlıq etdi. Yenə həmin ildəBaban (Babək) Araz çayını keçərək, Amaras vilayətində düşərgə saldı".
Lakin Qoroz qalası yanaşılmaz olduğundan, Babək onu ala bilmədi, buna görə də mühasirədə olanlara "sülhdən danışmağa" başladı. Balasakanlıları təslim olmaq üçün dilə tuta bilməyən Babək Bəzzə qayıtdı və sərkərdələrdən Rostomu öz yerində qoyub əmr etdi ki, "qala ilə vuruşmasın, əksinə, onları (balasakanlıları – Z.B) xoşluqla itaətə cəlb etsin". Lakin Rostom Babəkin əmrini yerinə yetirməyib Qoroz qalasına hücum etdi, onda "qalanın mərdləri [əhalisi] Babəkin ordusunu böyük məğlubiyyətə düçar etdilər". Şübhəsiz, "Ağvan tarixi"nin nəşr edilməmiş parçasında adı çəkilən və 840/1-ci ildə Yesai Əbu Musa tərəfindən darmadağın edilən balakanasik ilə 830/1-ci ildə üsyan qaldıran balasakanlılar – eyni adamlardır. Bunda heç bir şübhə ola bilməz.
B.F.Minorski yazır ki, balasakanik adını Beyləqan adı ilə əlaqələndirmək imkanı onu çox həvəsləndirir, lakin o, Paytakaran (erm. əyalət adı) ilə Beyləqan arasında filoloji eyniyyət olduğuna tamamilə yəqinlik hasil etməmişdir. Lakin daha sonrakı mənbə ilə tanış olduqda B.F.Minorskinin şübhələri aradan qalxır. bildirir:
"Balasakan vilayətinin əhalisi Babana tabe olmaqdan boyun qaçırtdılar, buna görə də o, albanlı Ablasadın köməyi ilə vilayəti rəhmsizcəsinə talayıb viran etdi, hətta qadın və məsum uşaqları qırdı"
— Historie de la Siounie, p. 93-97.
Hərçənd B.F.Minorski belə hesab edir ki, Orbelian bu məsələdə səhv buraxa bilər, lakin buna baxmayaraq, o inkar etmir ki, Balasakan ilə Beyləqanın yeri bir-biri ilə düz gəlir. Z. Bünyadov isə qeyd edir ki, "Ermənistan coğrafıyasında, Paytakaran, Muğan çölündəki Balasacan olan yerdə göstərilmişdir".
Beləliklə, mütəxəssislər qeyd edirlər ki, balasakanlılar və ya balasakacik (beyləqanlılar) Beyləqan və ya Paytakaran əhalisi idi. Babəkin Ablasad, Səhl və Yesai Əbu Musa ilə ittifaq bağlamış olmasına baxmayaraq, bu vilayətin əhalisi Babək əleyhinə üsyan qaldırdı, çünki Babək, öz fəaliyyətinin məhz bu dövründə, xürrəmilərin Xilafətdən qoparıb ayırdıqları çox geniş ərazi üzərində təsirli nəzarət həyata keçirmək iqtidarında deyildi. Həmin balasakanlılar və ya beyləqanlılar – pavlikian ola bilərdilər; çünki onlar IX əsrin ortalarınadək elə ciddi bir qüvvə idilər ki, istər Babəkin müttəfıqləri olan yerli knyazlar, istərsə Xilafət onlarla hesablaşmalı olurdular.
Hərəkatın sonu
Sonralar, ehtimal ki, pavlikianların hamısı və ya bir hissəsi qırılıb tükənmək və ya müsəlmanlaşdırılmaq təhlükəsinin təsiri altında Beyləqandan Bizansa köçə bilərdi, az hissəsi isə İslam dinini qəbul edərək, assimilyasiyaya məruz qalmışdı. Bunu aşağıdakı fakt təsdiq edir: De Quye Kudamanın əsərlərini nəşr edərkən, ona məlum olmayan bir dini təriqətin adına rast gəlmiş və onun transkripsiyasını naylakani və ya naykalani şəklində vermişdi. Lakin le Strenc bu təriqətin adını baylakani şəklində oxumağı təklif etdi, Quye də dərhal bununla razılaşdı. Məlum oldu ki; bu təriqət pavlikianlar təriqəti idi və Kudamanın əsərində onların adı "baylakani", yəni beyləqanlılar şəklində idi. Melik-Baxşyan bu faktı qeyd edərkən yanlış olaraq belə hesab edir ki, "baylakani" sözünün bu cür oxunuşunu A.A.Vasilyev təklif etmiş və onun düzəlişini də de Quye etmişdir. Lakin bu düzəlişi Le Strenc təklif etmişdir.
A.Vasilyev də öz qeydində ona əsaslanır. Bundan əlavə, Məsudi müxtəlif xristian kilsələrindən danışarkən "baylaqani" (əlbəyaliqə) də olduğunu qeyd edir və göstərir ki, bunların hətta Abrik qalası adlı öz paytaxtları var idi.
Başqa bir əsərdə yenə də Məsudi belə məlumat verir:
"...baylakani (bəyaliqə) təriqəti və onun təlimindən danışaq. Bu təriqət xristianlarla atəşpərəstlər arasında orta bir yer tutur. Hazırda onlar köçmüşlər və yunan milləti içərisində yaşayırlar"
— Əl-Məsudi, Muruc, VII, səh. 74-75
Bizansda yerli hakimiyyət orqanları tərəfındən sıxışdırılan pavlikianlar ərəb qoşunlarının işğal etdiyi əraziyə keçdilər və yalnız pavlikian qalaları tutulduqdan və Melitenanın ərəb əmiri Ömər ibn Abdullah üzərində qələbə çalındıqdan sonra pavlikianların bir hissəsi bizanslılar tərəfındən Frakiya və Konstantinopola köçürüldülər. Beləliklə, Albaniyada Girdiman və Beyləqanı (Balasakan, Paytakaran) pavlikianların vətəni hesab etmək mümkündür. Bu vilayətlər uzun zaman, həm yerli feodallara, həm də yadelli basqınlara qarşı qüdrətli xalq hərəkatının mərkəzi olmuşdur.
Mənbələr
- Г.М Бартикян. Источники для изучения истории павликианского движения, стр.33
- Z. M. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
- F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1986
- Azərbaycan Tarixi (yeddi cilddə), Bakı, 2006, II cild
- Е.А. Липшиц. Павликианского движения, стр. 51
- Y.E.Lipşis Bizans cəmiyyəti tarixinin xülasələri səh.134
- Т. Мелик Бахшян. Павликианского движения в Армении, стр. 156.
- Л.Г. Иоханнисян. Очерки истории армиянской освободительной мыссли, стр. 351
- E.C. Conybeare.The Key of Turth. A. Manual of the Paulician Chnr of Armenia. Oxford, 1898
- Q.M.Bartikyan,səh. 33.
- История Агван, стр. 243/194
- История Агван, 246-247/197-198
- История Агван, стр.225-256.
- Matenadaranın əlyazması №3062, səh. 251-252 və №29-66, səh. 120a
- Самуэл Анеци. Изборник выдержек из книг истривеков, стр. 286.
- История Агван, стр.38/29-30
- Asogik, II, səh.2
- Arsenii Katolikoz. Gürcüstan və Ermənistan arasında təfriqə
- Ф. Жордания. Хроника, стр.321.
- М.Хоренский. История Армения, стр. 218
- История Авган, стр. 69,72, 90
- Книга армянских канонов, стр.148-149
- Ст. Т. Мелик Бахшян. Павликианского движения в Армении, стр.183-184.
- Ст. Т. Мелик-Бахшян, səh. 184-185
- Gevont, səh. 86.
- M. Bartikyan, səh. 41-51.
- Əl-Yəqubi, II, səh. 429.
- Əl-Bəlazuri, səh. 519
- P.K.Жузе. Мазядиты щейбаниты, л., 19
- T.İ.Ter-Qriqoryan. "Moisey Kalankatuklunun Albaniya ölkəsinin tarixi" məsələsinə dair. v. 35
- T.İ.Ter-Qriqoryan Ağvan Tarixinin nəşr edilməmiş səhifələri.vər. 19
- M.M. Altman. Bir şəhəri olaraq Gəncənin meydana gəlməsi haqqında, səh. 83
- Z. M. Büyadov. Bir daha Ağvan tarixinin nəşr edilməmiş səhifələri haqqında, səh. 6
- C. J. F. Dowsett, 461.
- M. M. Altman, səh. 83.
- История Авган, стр. 268/215
- C.J.F.Dowsett, p. 464
- История Авган, стр.268/215
- Alban tarixi səh.268-269/215.
- V.Minorski, Caucasica, p.513
- V.Minorski, Caucasica, p.513.
- Армянская география VII века, стр.41
- З.И.Ямполский. К изучению древнего пути, стр. 179
- C.J.F.Dowsett, p. 465
- Kudama, BGA, VI, səh. 254
- Qövm yusammuna əl-Bayaliqa fransız tərcüməsi, səh. 195
- İbn əl-Fəquh, BGA, vər.77
- G.le Strange. Al-Abrik…, p. 736
- St.T. Melik-Baxşyan, səh. 157
- А.А.Васильев. Политические отнощение Византии и арабов, стр. 183
- Əl-Məsudi, BGA, VIII səh. 151, 183
- G.Gestange. The Lands, p. 119.
- К.Н.Юзбащян. К истории павликианского движения в Византии в в
- Е.Э. Липшиц. Очерки истории Византийского общества и культуры, стр.132-170
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Pavlikanlar herekati VIII esrin en boyuk sosial herekatlarindan biridir Qafqaz Albaniyasinda VII esrde yaranmis herekat buradan Ermenistana daha sonra ise butun Bizans erazisine yayilmisdir Tarixcilerin pavlikanlar haqqinda fikirleriZiya Bunyadov qeyd edir ki indiyedek hec bir tedqiqatci dememisdir ki pavlikian herekatinin meydana gelmesi Albaniya ile elaqedardir Yalniz Q M Bartikyan qeyd etmisdir ki cox qedimde pavlikianlarin adi en uzaq Qafqaz Albaniyasinda da cekilirdi Y E Lipsis St T Melik Baxsyan L Q Iohannisyan F Konnibir ve digerleri bele zenn edirler ki pavlikian herekati VI esrde toremisdi lakin Q Bartikyan Matenadaranda olan iki sened esasinda iddia edir ki bu herekat VII esrde meydana gelmisdir Partav kilse yigincaginin qetnamesinde pavlikanlarBu elyazmalarinda askara cixarilmisdir ki en qedim bir menbede 706 707 ci illerdeki qetnamesinde pavlikianlarin adi cekilir Qetnamenin tam metni beledir baslayaraq sira ile otuz birinci katolikos olan ermeni katolikosu Ilya zamaninda cagirilmis Alban kilse yigincaginin qaydalari ve qetnameleri Kesis Mixail Albaniya patriarxi taxtina cixan zamanlarda ozunun asagidaki hemtaxtlari ile Kapalak yepiskopu Iohannes Amara yepiskopu Saak Xosi yepiskopu Yelizar Meskoqman yepiskopu Izrael Mesirank yepiskopu Zaxari ve Girdiman yepiskopu Iohakim ile olkemizin abadligi ve dinimizin pravoslavligi haqqinda danisib razilasmisdir Belelikle men Seroy apoipat patriki Girdiman hokmdari ve Alban knyazi Varaz Qriqor patriki ve Alban sparapeti Babi Saxrperozyan Varaz Kurdakyan neslindan Yunsataxyan neslinden Rostom Varaz Yohanyan neslinden Vahan Karoyan neslinden Sumbat Qankaryan neslinden Maxmat Rahatyan neslinden Qriqor Hamgitan neslinden Patrik Varokyan neslinden Arevko Merdansahyan neslinden Seroy Tamdikyan neslinden Ipat Vartis ermeni tarixinin 88 ci ilinde bu qerara geldik Siz ve ya Mayraqom baresinde ve ya pavlikianlar baresinde ve ya qohum ile kebin kesmek ve ya umumiyyetle her bir mesele haqqinda her hansi bir tedbir gorende hec kesin ixtiyari yoxdur ki sizin emrinize tabe olmasin Eger bir belesi cixarsa qoy Allahin qezebine rast gelsin siz de onu oz iradenizle muhakime etmeye vekilsiniz ve knyazlardan hec birinin haqqi yoxdur ki bu ise qarissin siz qebul etdiyiniz qerarlarin ustunde mohkem dayanin Men apoipat patriki Girdiman hokmdari ve Albaniya knyazi Seroy butun oz azatlarim ile bu yazinin ustune oz mohurumu basdim Herekatin baslama sebebleriVII esrin axiri VIII esrin evvellerinde erebler Albaniyada oz hakimiyyetlerini hele qurmamis olsalar da Albaniya uzerine boyuk bac qoymusdular Yerli feodallar bu baci vermekle elaqedar olaraq oz zererlerini odemek ucun ehaliden yigilan vergi yukunu daha da agirlasdirmaga baslayanda olkede xalq heyecana geldi ki bu da adeten oldugu kimi neticede bidet herekati xarakterini aldi Bu herekatdan biri pavlikian herekati idi Girdiman yepiskopu Nersesin Bakur Albaniya knyazi I Varaz Trdatin arvadi Sparma ile sazise gelib ermeni kilsesinden ayrildigini xeber alan kimi ermeni katolikosunun ciddi tesvise dusmesinin sebebi bu idi ki muxtelif bidetler tez yayila bilerdi Ermeni katolikosu Ilya bu barede xelife 685 705 xeber verdi ve onun komeyi ile Alban kilsesini qriqoryanlasdirmaga baslamaga muveffeq oldu Nerses ezabla olduruldu Sparma zindana salindi Lakin Z Bunyadov qeyd edir ki katolikos Ilya pavlikian bidetini Albaniyanin yalniz hakim yuxari tebeqeleri arasinda yatirmaga muveffeq olmusdur Genis ehali tebeqeleri arasinda ise pavlikian bideti boyuk antifeodal herekat xarakteri aldi ve Alban vilayetlerinden Girdiman ve xususile Balasakan bu cehetden ayrica yer tutdular Dvin kilse yigincaginin qetnamesinde pavlikanlarelyazmasinda tesvir edilmis pavlikanlarin cezalandirilmasi sehnesi 843 844 Movses Xorenski bu iki vilayet ehalisinin heyecan ve naraziligini qeyd etmisdir o yazir ki Balasakan olkelerinde bir yalanci nezeriyye cox yayilmisdi ve Girdiman vadisinde de hemin bidetin ardicillari var idi Bunu Moisey Kalankatli da tesdiq edir Ermeni katolikosu Ilyanin xelefi katolikos Odzunlu Iohann 717 728 pavlikianlara qarsi xususi mektub yazmisdir ve bu mektub pavlikianlari pislemis Dvin kilse yigincaginin 32 qaydasinin esasini teskil etmisdir Pavlikianlar adlanan murdar msxne teriqetcilerine oz evinde yataq yeri vermek yaxud onlara qosulmaq onlarla oturub durmaq sohbet etmek olmaz eksine onlardan tamamile uzaqlasmaq iyrenmek ve onlara nifret etmek lazimdir cunki onlar seytan balasi ve ebedi atesin kozertileridir eger birisi onlara qosulub onlari severse ve onlarla dostluq ederse belelerine isgence ve agir ceza vermek lazimdir hem de o qeder ki onlarin etiqadlari saglam olsun ve mohkemlensin Eger onlar yeniden bele emel tutsalar emr edirik belelerini veba xesteliyine tutulanlar kimi xristian kilsesi uzvlerinden ayirib atsinlar St T Melik Baxsyan habele bir sira diger ermenisunaslar bele zenn edirler ki Dvin yigincaginin qetnamesinde adlari cekilen pavlikianlardan sonralar tehlukeli bir quvve kimi behs edilmir Lakin Tarix inde bu kimi fikirleri redd eden melumat vardir Gevond gunahkar ogullar dan danisir Q Bartikyan bele hesab edir ki bunlar ancaq pavlikianlar ola biler Gorunur pavlikianlar 768 ci ilde qetnamelerinde adi cekilen bidetcilerden ibaretdir hemin qetnamede bele deyilir Qoy kilselerde maneesiz olaraq vardapetler muellimler teyin olunsunlar ki Allahin idrak telimine manecilik gosterilmesin ve kilseleri pozan tefriqetci bidet onlara sirayet etmesin Matenadaran elyazmasi 6409 seh 94 b Q Bartikyanin tercumesi Pavlikanlarin ereblere qarsi mubarizesiEreb muelliflerinin verdiyi melumatda ele hadiselere ve insanlar fealiyyetine tesaduf edirik ki bunlar pavlikianlarin fealiyyetine cox oxsayir VIII IX esrlerde Beyleqan eyaletinin ehalisi ereblere mohkem itaetsizlik gosterirdiler bu hal Albaniyada bidetcilerin xususile pavlikianlarin boyuk fealiyyetinin neticesi idi Meselen Belazuri yazir Xelife Ebu l Abbasin 750 754 hokmranligi zamani Beyleqan ehalisi usyan qaldirib Gilab qalasina girmisdi onlarin bascisi Kabad ibn Asef el Beyleqani idi El Belazuri seh 209 Yequbi de bu hadiseden behs edir lakin elave edir ki Gilab qalasina coxlu avara toplanmisdi ve bunlarin bascisi Vard ibn Sefvan es Sami idi Yequbi avaralar deyende Gevondun gunahkar ogullar adini verdiyi adamlara oxsar insanlari nezerde tuturdu Daha sonra Yequbi bildirir ki xelife Harun er Residin 786 809 dovrunde Beyleqan ehalisi Berdeye gelmis xelife canisinin eleyhine yeniden usyan qaldirdilar Pavlikanlarin Ablasada Yesai Ebu Musaya ve Babeke qarsi mubarizesi Agvan tarixi nin K Patkanov terefinden edilmis tercumesine daxil olmayan bir nece sehifesinde asagidaki melumat vardir Hemin gunlerde 841 2 ci ilde balakanasik beyleqanlilar geldiler ve Sisan Dzor ve Amaras mahallarini talayib viran etdiler Ebu Musa adlanan Yesai onlara qarsi qalxdi ve onlari tamamile ezdi M M Altman yazir ki namelum baylakanlilarin basqini haqqinda diger menbelerde melumat yoxdur Sonraki tedqiqatlar bu neticenin duzgun olmadigini gosterdi Bele ki menbelerden biz bilirik ki Ereb Xilafetine qarsi xurremilerin azadliq herekatinin rehberi Babek Alban knyazi Sehl ibn Sumbat ve Ablasadin ve Vasakin qosunlari ile Balasakan vilayetinden kecerek birlesmeye gederken vilayet ehalisi arasinda hedden artiq toycu yigdiqlari ucun balasakanlilar 827 8 ci ilde Babeke qarsi usyan qaldirdilar Bu usyan muveffeqiyyetsiz oldu M Kalankatuklu bildirir ki 830 1 ci ilden bir az evvel balasakanlilar Bercor mahalina ve Artsak eyaletinin Ureas Karnakas Hekeri ve Tapat kendlerine hucum etdiler lakin Babekin komeyi ile Stepannos Ablasad terefinden darmadagin edildiler 830 1 ci ilde Ablasad olduruldukden sonra balasakanlilar yeniden usyan qaldirib Qorozu tutdular ve orada oz movqelerini mohkemletdiler M Kalankatuklunun dediyine gore balasakanlilar bu defe Albaniyanin asagidaki vilayetlerini 12 il erzinde ellerinde saxlamislar Verin Vaykunik Bercor Sisakan ve Kotak Mive Haband Amaras Pazkank Mxank ve Triqavar Yalniz 12 il kecenden sonra teqriben 841 2 ci ilde Ablasadin adamlari onun qatilini tutub isgence ile oldurduler Ablasadin qardasi oglu Ebu Musa adlanan Yesai dinclik seven bir kisi idi o bu vilayetleri ele kecirdi ve hamiya hokmranliq etdi Yene hemin ildeBaban Babek Araz cayini kecerek Amaras vilayetinde duserge saldi Lakin Qoroz qalasi yanasilmaz oldugundan Babek onu ala bilmedi buna gore de muhasirede olanlara sulhden danismaga basladi Balasakanlilari teslim olmaq ucun dile tuta bilmeyen Babek Bezze qayitdi ve serkerdelerden Rostomu oz yerinde qoyub emr etdi ki qala ile vurusmasin eksine onlari balasakanlilari Z B xosluqla itaete celb etsin Lakin Rostom Babekin emrini yerine yetirmeyib Qoroz qalasina hucum etdi onda qalanin merdleri ehalisi Babekin ordusunu boyuk meglubiyyete ducar etdiler Subhesiz Agvan tarixi nin nesr edilmemis parcasinda adi cekilen ve 840 1 ci ilde Yesai Ebu Musa terefinden darmadagin edilen balakanasik ile 830 1 ci ilde usyan qaldiran balasakanlilar eyni adamlardir Bunda hec bir subhe ola bilmez B F Minorski yazir ki balasakanik adini Beyleqan adi ile elaqelendirmek imkani onu cox heveslendirir lakin o Paytakaran erm eyalet adi ile Beyleqan arasinda filoloji eyniyyet olduguna tamamile yeqinlik hasil etmemisdir Lakin daha sonraki menbe ile tanis olduqda B F Minorskinin subheleri aradan qalxir bildirir Balasakan vilayetinin ehalisi Babana tabe olmaqdan boyun qacirtdilar buna gore de o albanli Ablasadin komeyi ile vilayeti rehmsizcesine talayib viran etdi hetta qadin ve mesum usaqlari qirdi Historie de la Siounie p 93 97 Hercend B F Minorski bele hesab edir ki Orbelian bu meselede sehv buraxa biler lakin buna baxmayaraq o inkar etmir ki Balasakan ile Beyleqanin yeri bir biri ile duz gelir Z Bunyadov ise qeyd edir ki Ermenistan cografiyasinda Paytakaran Mugan colundeki Balasacan olan yerde gosterilmisdir Belelikle mutexessisler qeyd edirler ki balasakanlilar ve ya balasakacik beyleqanlilar Beyleqan ve ya Paytakaran ehalisi idi Babekin Ablasad Sehl ve Yesai Ebu Musa ile ittifaq baglamis olmasina baxmayaraq bu vilayetin ehalisi Babek eleyhine usyan qaldirdi cunki Babek oz fealiyyetinin mehz bu dovrunde xurremilerin Xilafetden qoparib ayirdiqlari cox genis erazi uzerinde tesirli nezaret heyata kecirmek iqtidarinda deyildi Hemin balasakanlilar ve ya beyleqanlilar pavlikian ola bilerdiler cunki onlar IX esrin ortalarinadek ele ciddi bir quvve idiler ki ister Babekin muttefiqleri olan yerli knyazlar isterse Xilafet onlarla hesablasmali olurdular Herekatin sonuSonralar ehtimal ki pavlikianlarin hamisi ve ya bir hissesi qirilib tukenmek ve ya muselmanlasdirilmaq tehlukesinin tesiri altinda Beyleqandan Bizansa koce bilerdi az hissesi ise Islam dinini qebul ederek assimilyasiyaya meruz qalmisdi Bunu asagidaki fakt tesdiq edir De Quye Kudamanin eserlerini nesr ederken ona melum olmayan bir dini teriqetin adina rast gelmis ve onun transkripsiyasini naylakani ve ya naykalani seklinde vermisdi Lakin le Strenc bu teriqetin adini baylakani seklinde oxumagi teklif etdi Quye de derhal bununla razilasdi Melum oldu ki bu teriqet pavlikianlar teriqeti idi ve Kudamanin eserinde onlarin adi baylakani yeni beyleqanlilar seklinde idi Melik Baxsyan bu fakti qeyd ederken yanlis olaraq bele hesab edir ki baylakani sozunun bu cur oxunusunu A A Vasilyev teklif etmis ve onun duzelisini de de Quye etmisdir Lakin bu duzelisi Le Strenc teklif etmisdir A Vasilyev de oz qeydinde ona esaslanir Bundan elave Mesudi muxtelif xristian kilselerinden danisarken baylaqani elbeyaliqe de oldugunu qeyd edir ve gosterir ki bunlarin hetta Abrik qalasi adli oz paytaxtlari var idi Basqa bir eserde yene de Mesudi bele melumat verir baylakani beyaliqe teriqeti ve onun teliminden danisaq Bu teriqet xristianlarla atesperestler arasinda orta bir yer tutur Hazirda onlar kocmusler ve yunan milleti icerisinde yasayirlar El Mesudi Muruc VII seh 74 75 Bizansda yerli hakimiyyet orqanlari terefinden sixisdirilan pavlikianlar ereb qosunlarinin isgal etdiyi eraziye kecdiler ve yalniz pavlikian qalalari tutulduqdan ve Melitenanin ereb emiri Omer ibn Abdullah uzerinde qelebe calindiqdan sonra pavlikianlarin bir hissesi bizanslilar terefinden Frakiya ve Konstantinopola kocurulduler Belelikle Albaniyada Girdiman ve Beyleqani Balasakan Paytakaran pavlikianlarin veteni hesab etmek mumkundur Bu vilayetler uzun zaman hem yerli feodallara hem de yadelli basqinlara qarsi qudretli xalq herekatinin merkezi olmusdur MenbelerG M Bartikyan Istochniki dlya izucheniya istorii pavlikianskogo dvizheniya str 33 Z M Bunyadov Azerbaycan VII IX esrlerde Baki 2007 F Memmedova Qafqaz Albaniyasinin siyasi tarixi ve tarixi cografiyasi Baki 1986 Azerbaycan Tarixi yeddi cildde Baki 2006 II cild E A Lipshic Pavlikianskogo dvizheniya str 51 Y E Lipsis Bizans cemiyyeti tarixinin xulaseleri seh 134 T Melik Bahshyan Pavlikianskogo dvizheniya v Armenii str 156 L G Iohannisyan Ocherki istorii armiyanskoj osvoboditelnoj myssli str 351 E C Conybeare The Key of Turth A Manual of the Paulician Chnr of Armenia Oxford 1898 Q M Bartikyan seh 33 Istoriya Agvan str 243 194 Istoriya Agvan 246 247 197 198 Istoriya Agvan str 225 256 Matenadaranin elyazmasi 3062 seh 251 252 ve 29 66 seh 120a Samuel Aneci Izbornik vyderzhek iz knig istrivekov str 286 Istoriya Agvan str 38 29 30 Asogik II seh 2 Arsenii Katolikoz Gurcustan ve Ermenistan arasinda tefriqe F Zhordaniya Hronika str 321 M Horenskij Istoriya Armeniya str 218 Istoriya Avgan str 69 72 90 Kniga armyanskih kanonov str 148 149 St T Melik Bahshyan Pavlikianskogo dvizheniya v Armenii str 183 184 St T Melik Bahshyan seh 184 185 Gevont seh 86 M Bartikyan seh 41 51 El Yequbi II seh 429 El Belazuri seh 519 P K Zhuze Mazyadity shejbanity l 19 T I Ter Qriqoryan Moisey Kalankatuklunun Albaniya olkesinin tarixi meselesine dair v 35 T I Ter Qriqoryan Agvan Tarixinin nesr edilmemis sehifeleri ver 19 M M Altman Bir seheri olaraq Gencenin meydana gelmesi haqqinda seh 83 Z M Buyadov Bir daha Agvan tarixinin nesr edilmemis sehifeleri haqqinda seh 6 C J F Dowsett 461 M M Altman seh 83 Istoriya Avgan str 268 215 C J F Dowsett p 464 Istoriya Avgan str 268 215 Alban tarixi seh 268 269 215 V Minorski Caucasica p 513 V Minorski Caucasica p 513 Armyanskaya geografiya VII veka str 41 Z I Yampolskij K izucheniyu drevnego puti str 179 C J F Dowsett p 465 Kudama BGA VI seh 254 Qovm yusammuna el Bayaliqa fransiz tercumesi seh 195 Ibn el Fequh BGA ver 77 G le Strange Al Abrik p 736 St T Melik Baxsyan seh 157 A A Vasilev Politicheskie otnoshenie Vizantii i arabov str 183 El Mesudi BGA VIII seh 151 183 G Gestange The Lands p 119 K N Yuzbashyan K istorii pavlikianskogo dvizheniya v Vizantii v v E E Lipshic Ocherki istorii Vizantijskogo obshestva i kultury str 132 170Hemcinin baxQafqaz Albaniyasi Aluen kilse meclisi Debil kilse meclisi Xurremiler herekatiXarici kecidler