"Oqtay Eloğlu" pyesi — Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı pyes. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş — ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir. Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: "Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam".
Oqtay Eloğlu | |
---|---|
Janr | faciə |
Müəllif | Cəfər Cabbarlı |
Oqtay Eloğlu Vikimənbədə |
Milli teatr yaratmağı qarşısına məqsəd qoyan Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, həmkarlarının çoxunun həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti, təhqiri, dost-tanışın, qohum-əqrəbanın ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru ruhdan salmır. Şəxsi həyatını, rahatlığını büsbütün unudan Oqtay xalqın mənafeyi uğrunda hər kəsin bacardığını etməsini vacib sayır, gələcəyin tələb etdiyi inkişafın qarşısında "bu yazıq xalqı tək buraxıb qaçmağı" özünə layiq bilmir… Firəngizlə tanışlığı, bu səmimi qızı sevməsi Oqtaya yeni güc, yaradıcılıq həvəsi verir. Yeniliyi sözdə qəbul edən, Oqtay kimi namuslu sənət adamlarına, teatra alçaq nəzərlə baxan, sərvət, şöhrət qulu olan Aslan bəy Firəngizi Oqtaydan ayırır, özünün mənsəb məqsədlərinə qurban verir.
Süjet
Müəllif Oqtayı teatr fədaisi kimi təqdim edir. O, xalqının maariflənməsi, cəhalətdən qurtulması, Avropa dəyərlərinə yaxınlaşması yolunun milli teatrdan keçdiyini düşünür. Buna görə də milli teatr yaratmaq Oqtay üçün bir ideala, həyat amalına çevrilir. Mövhumatın, geriliyin hakim kəsildiyi cəmiyyətdə bu heç də asan iş deyil. Insanlar teatrı qiymətləndirmir, aktyora oyunbaz kimi baxırlar. Müsəlman qadınları çadra altında gəzirlər, səhnəyə çıxmağa cürət etmirlər. Daha acınacaqlı cəhət isə odur ki, Oqtay çalışdığı teatr truppasında da Mazandaranski, Şalıqulu, Şəkinski, Xaspolad kimi əslində teatrdan və milli təəssübkeşlik hissindən uzaq adamlarla əhatə olunur. Onlar milli teatr yaratmaqda Oqtaya kömək etmək əvəzinə, işləri pozub onu gülüş hədəfinə çevirməyə çalışırlar. Lakin bütün bunlar Oqtayı tutduğu yoldan geri döndərə bilmir. O, milli teatr yaratmaq uğrunda hər çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa hazırdır. Oqtay kasıb ailədəndir, pula böyük ehtiyacı var, anası və bacısı ciddi ehtiyac içində yaşayırlar. Belə bir vəziyyətdə dostu Səməd ona təminatlı iş təklif edir. O, qubernatora dilmanc düzəlib yaxşı donluq qazana və beləliklə də, ailəsinin firavan yaşayışını təmin edə bilər. Lakin Oqtay "qocaman bir xalqın səadətini" özünün ailə üzvlərinin firavanlığına qurban verə bilməyəcəyini söyləyir. O, rus səhnəsində işləmək təklifini də eyni qətiyyətlə rədd edir, milli teatrda elan olunan tamaşanın pozulmaması üçün üzüyünü belə çıxarıb verməkdən çəkinmir. Oqtayı "yoxdan var yaratmağa" sövq edən qəlbindəki ümiddir. O, milli teatrın yüksələcəyinə inanaraq deyir: "Mənim də başıma gənclərimiz, qızlarımız çiçək səpəcəklər. Mən də mədəni bir həyatım var deyə sevinəcəyəm". Lakin varlı ailədən olan Firəngizə qarşı məhəbbəti ümidlə çarpışan, əzab-əziyyətlərə dözən Oqtayın həyatını dəyişir. Firəngiz qardaşı Aslan bəyin təhriki ilə Oqtaya onu sevmədiyini bildirir, Oqtay bu cavabdan sarsılır, həyatda həqiqətin harada olduğunu dərk edə bilmir, onda insanlara qarşı nifrət hissi baş qaldırır. Oqtay qubernatoru təlqin etdiyinə görə sürgünə göndərilir. On il sürgündə qaldıqdan sonra Oqtay Vətənə dönür və yenidən səhnəyə qayıdır. On ildə çox hadisələr baş vermişdir. Zorla Danyar bəyə ərə verilən Firəngiz əri tərəfindən atılmışdır. Teatrda isə vaxtilə Oqtayın səpdiyi toxumlar cücərməyə başlayıb. Indi daha çox adam teatra gəlmək həvəsindədir, tamaşalar zamanı teatrın salonunda daha çox müsəlman qadını görünür. Bir vaxtlar lağa qoyulan Oqtay indi xeyli məşhurlaşıb. Bütün bunlar Oqtayın bədxahlarını bərk narahat edir. Onlar tamaşanı pozmaq, Oqtayı gözdən salmaq üçün birləşərək təxribatlara əl atırlar. Bu zaman Firəngiz qəti qərar verir və bilərəkdən qadın rolunu oynamaqdan boyun qaçıran aktrisanı əvəz etməyə hazır olduğunu bildirir. Budur, Oqtayın daha bir arzusu çin olmuşdur — ilk Azərbaycan qadını səhnədədir. Şillerin "" faciəsində Oqtay kral, Firəngiz Amaliya rolunda üz-üzə gəliriər. Lakin bu qeyri-adi görüş onları əbədi olaraq ayırır. Oqtay faciə içində faciə yaradır. Səhnədə Kral Amaliyanı deyil, Oqtay Firəngizi öldürür. İlk baxışda bu, Oqtayın Firəngizdən qisas alması kimi də görünə bilər. Lakin Oqtayın hərəkəti romantik və mistik olsa belə, rəmzi məna daşıyır. Bununla əsərin qəhrəmanı Firəngizin Aslan bəylərin əlində yenidən alətə çevrilməsinin qarşısmı almaq, səhnəyə gələn ilk Azərbaycan qadınını əbədi yaşatmaq istəyir. Oqtay müəyyən mənada müəllifin prototipidir. Məlumdur ki, Cəfər Cabbarlı cəmiyyətin tərəqqisində teatrın rolunu yüksək qiymətləndirirdi. Beləliklə, dramaturq teatrla bağlı düşüncələrini sevə-sevə yaratdığı səhnə fədaisi Oqtayın dilindən ifadə etmişdir.
İstinadlar
- ""Oqtay Eloğlu" pyesi". 2023-08-06 tarixində . İstifadə tarixi: 2023-08-03.
- "pyes haqqında daha çoxu". 2023-08-06 tarixində . İstifadə tarixi: 2023-08-03.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Oqtay Eloglu pyesi Cefer Cabbarlinin 1922 ci ilde qeleme aldigi pyes Eserde edib cehalet icinde bogulan pulun seltenetin hakim oldugu cemiyyetde vetendas ziyali teessubkesliyini on plana cekmisdir Eserin esas qehremani xalqini Vetenini butun varligi ile seven bir gencdir O ozunu el oglu boyuk bir vahidin kicik parcasi sayir Milletinin cehalet icinde yasamasi Oqtayi agridir 0 rahatliq tapa bilmir heyatini xalqini gerilikden qurtarmaq inkisafa qosmaq ugrunda mubarizeye hesr edir Oqtay xalqina xidmet yolunda milli teatr yaratmagi en yaxsi vasite sanir ve bunu qarsisina meqsed qoyur O dostu Semed beye qetiyyetle bildirir Sehnemiz yox Feqet olmalidir Onu da men yaradacagam Oqtay ElogluJanr facieMuellif Cefer CabbarliOqtay Eloglu Vikimenbede Milli teatr yaratmagi qarsisina meqsed qoyan Oqtay ciddi cetinliklerle qarsilasir Maddi imkansizliq hemkarlarinin coxunun heqiqi senetden uzaq olmasi kohnefikirli adamlarin tohmeti tehqiri dost tanisin qohum eqrebanin ondan uz cevirmesi bu iradeli istedadli aktyoru ruhdan salmir Sexsi heyatini rahatligini busbutun unudan Oqtay xalqin menafeyi ugrunda her kesin bacardigini etmesini vacib sayir geleceyin teleb etdiyi inkisafin qarsisinda bu yaziq xalqi tek buraxib qacmagi ozune layiq bilmir Firengizle tanisligi bu semimi qizi sevmesi Oqtaya yeni guc yaradiciliq hevesi verir Yeniliyi sozde qebul eden Oqtay kimi namuslu senet adamlarina teatra alcaq nezerle baxan servet sohret qulu olan Aslan bey Firengizi Oqtaydan ayirir ozunun menseb meqsedlerine qurban verir SujetMuellif Oqtayi teatr fedaisi kimi teqdim edir O xalqinin maariflenmesi cehaletden qurtulmasi Avropa deyerlerine yaxinlasmasi yolunun milli teatrdan kecdiyini dusunur Buna gore de milli teatr yaratmaq Oqtay ucun bir ideala heyat amalina cevrilir Movhumatin geriliyin hakim kesildiyi cemiyyetde bu hec de asan is deyil Insanlar teatri qiymetlendirmir aktyora oyunbaz kimi baxirlar Muselman qadinlari cadra altinda gezirler sehneye cixmaga curet etmirler Daha acinacaqli cehet ise odur ki Oqtay calisdigi teatr truppasinda da Mazandaranski Saliqulu Sekinski Xaspolad kimi eslinde teatrdan ve milli teessubkeslik hissinden uzaq adamlarla ehate olunur Onlar milli teatr yaratmaqda Oqtaya komek etmek evezine isleri pozub onu gulus hedefine cevirmeye calisirlar Lakin butun bunlar Oqtayi tutdugu yoldan geri dondere bilmir O milli teatr yaratmaq ugrunda her cetinliye dozmeye mehrumiyyetlere qatlasmaga hazirdir Oqtay kasib ailedendir pula boyuk ehtiyaci var anasi ve bacisi ciddi ehtiyac icinde yasayirlar Bele bir veziyyetde dostu Semed ona teminatli is teklif edir O qubernatora dilmanc duzelib yaxsi donluq qazana ve belelikle de ailesinin firavan yasayisini temin ede biler Lakin Oqtay qocaman bir xalqin seadetini ozunun aile uzvlerinin firavanligina qurban vere bilmeyeceyini soyleyir O rus sehnesinde islemek teklifini de eyni qetiyyetle redd edir milli teatrda elan olunan tamasanin pozulmamasi ucun uzuyunu bele cixarib vermekden cekinmir Oqtayi yoxdan var yaratmaga sovq eden qelbindeki umiddir O milli teatrin yukseleceyine inanaraq deyir Menim de basima genclerimiz qizlarimiz cicek sepecekler Men de medeni bir heyatim var deye sevineceyem Lakin varli aileden olan Firengize qarsi mehebbeti umidle carpisan ezab eziyyetlere dozen Oqtayin heyatini deyisir Firengiz qardasi Aslan beyin tehriki ile Oqtaya onu sevmediyini bildirir Oqtay bu cavabdan sarsilir heyatda heqiqetin harada oldugunu derk ede bilmir onda insanlara qarsi nifret hissi bas qaldirir Oqtay qubernatoru telqin etdiyine gore surgune gonderilir On il surgunde qaldiqdan sonra Oqtay Vetene donur ve yeniden sehneye qayidir On ilde cox hadiseler bas vermisdir Zorla Danyar beye ere verilen Firengiz eri terefinden atilmisdir Teatrda ise vaxtile Oqtayin sepdiyi toxumlar cucermeye baslayib Indi daha cox adam teatra gelmek hevesindedir tamasalar zamani teatrin salonunda daha cox muselman qadini gorunur Bir vaxtlar laga qoyulan Oqtay indi xeyli meshurlasib Butun bunlar Oqtayin bedxahlarini berk narahat edir Onlar tamasani pozmaq Oqtayi gozden salmaq ucun birleserek texribatlara el atirlar Bu zaman Firengiz qeti qerar verir ve bilerekden qadin rolunu oynamaqdan boyun qaciran aktrisani evez etmeye hazir oldugunu bildirir Budur Oqtayin daha bir arzusu cin olmusdur ilk Azerbaycan qadini sehnededir Sillerin faciesinde Oqtay kral Firengiz Amaliya rolunda uz uze gelirier Lakin bu qeyri adi gorus onlari ebedi olaraq ayirir Oqtay facie icinde facie yaradir Sehnede Kral Amaliyani deyil Oqtay Firengizi oldurur Ilk baxisda bu Oqtayin Firengizden qisas almasi kimi de gorune biler Lakin Oqtayin hereketi romantik ve mistik olsa bele remzi mena dasiyir Bununla eserin qehremani Firengizin Aslan beylerin elinde yeniden alete cevrilmesinin qarsismi almaq sehneye gelen ilk Azerbaycan qadinini ebedi yasatmaq isteyir Oqtay mueyyen menada muellifin prototipidir Melumdur ki Cefer Cabbarli cemiyyetin tereqqisinde teatrin rolunu yuksek qiymetlendirirdi Belelikle dramaturq teatrla bagli dusuncelerini seve seve yaratdigi sehne fedaisi Oqtayin dilinden ifade etmisdir Istinadlar Oqtay Eloglu pyesi 2023 08 06 tarixinde Istifade tarixi 2023 08 03 pyes haqqinda daha coxu 2023 08 06 tarixinde Istifade tarixi 2023 08 03