Oklend Universiteti (mao. Te Whare Wānanga o Tāmaki Makaurau, ing. University of Auckland) — Yeni Zelandiyanın Oklend şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Oklend Universiteti | |
---|---|
Əsası qoyulub | 1883 |
Tip | Dövlət |
Tələbə sayı | 40,000 |
Şəhər | Oklend şəhəri |
Ölkə | |
Sayt | auckland.ac.nz/en.html |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1883-cü il mayın 23-də Oklend şəhərində Yeni Zelandiya Universitetinin bir hissəsi kimi Oklend Universitet Kolleci yaradılır. Kollecin idarəolunması Yeni Zelandiya Universitetinin vitse-kansleri Con Çepmen Endryuya həvalə edilir. Oklend Universitet Kolleci buraxılmış məhkəmə və həbsxana binasında 95 tələbə və 4 müəllim ilə fəaliyyətə başlayır, lakin 1901-ci ildə tələbələrin sayı 156 nəfərə qədər artır. Kollecdə qiyabi təhsil alan tələbələrin əksəriyyəti ruhani və müəllim olmağa hazırlaşan şəxslər idi. Burada 1905-ci ildən başlayaraq ticarət sahəsini öyrənmək istəyən tələbələrin sayı artır.
1930-cu ildən sonra kollecdə tədqiqatlar aparılır. 1934-cü ildə ali məktəbə ingilis dili üzrə mütəxəssis Artur Sevel, riyaziyyatçı HG Forder, tarixçi Ceyms Rutherford, klassik CG Kuper və digər professorlar işə götürülürlər. Yeni istedadların Oklend Universitet Kollecinə cəlb edilməsi burada akademik müstəqilliyin yaranmasına və kollecin sürətli inkişafına təkan verir.
İkinci Dünya müharibəsindən sonra kollec çətin dövrlərini yaşayır. 1962-ci ildə Yeni Zelandiya Universiteti ləğv edilir və Oklend Universitet Kolleci müstəqillik əldə edir. Kollec universitet statusu qazanır və Oklend Universiteti adlandırılır. Universitet sürətli inkişaf yoluna qədəm qoyur: coğrafiya, antropologiya, təsviri incəsənət, incəsənətin tarixi, sosiologiya, siyasi tədqiqatlar və digər yeni fənlər tədris edilir, yeni Tibb Məktəbi açılır, ali məktəbə yeni müəllimlər cəlb edilir, gənc müəllimlər fəal surətdə tədqiqatlar aparırlar, müəllimlərin əməkhaqqı artırılır. Eyni zamanda burada əyani tələbələrin sayının sürətlə çoxalması nəticəsində ilk dəfə olaraq təqaüd verilir, genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, tələbələrin sayının artması ilə əlaqədar universitet teatrı, idman və istirahət mərkəzləri olan kampusların tikintisinə başlanılır. Dövrün texnoloji nailiyyətləri ilə ayaqlaşaraq ali məktəbdə tədqiqatların idarəolunması və kompüter elmləri fənləri öyrədilir. 1986-cı ildə universitetin musiqi məktəbinin binası, 1988-ci ildə Maro kompleksi istifadəyə verilir, 1992-ci ildə Hüquq fakültəsi yeni əraziyə köçür. 2007-ci ildə universitetin Biznes Məktəbinin yeni binası istifadəyə verilir.
Müasir vəziyyəti
Oklend Universiteti Oklend şəhərində və ölkənin şimalında yerləşən 7 kampusdan ibarətdir. Siti (Şəhər) kampusu Oklend şəhərinin mərkəzində 160000 m² ərazini əhatə edir. Kampusun limanın yaxınlığında yerləşməsi, park və yaşıllıqlarla əhatə olunması onu daha da cazibəli edir. Fakültələrin əksəriyyəti bu kampusda yerləşir. Həmçinin şəhərcikdə çoxlu sayda tibb, istirahət, idman mərkəzləri, kitabxana, kafe yerləşir.
Kampusun tarixi abidələri universitetin simvolu hesab edilən Saat qülləsi, Qədim hökumət evi və Universitet binasıdır (və ya ).
Tamaki kampusu Siti kampusundan 12 km aralıda Qlen İnnes şəhərətrafı qəsəbəsində 320000 m² ərazini tutur. İdman meydançaları ilə əhatə olunan kampusda biomühafizə, əhalinin sağlamlığı, psixologiya, nitq terapiyası kursları, dövlət xəstəxanaları, kitabxanalar, fakültələrarası elmi-tədqiqat mərkəzləri yerləşir.
Epsom kampusu 74-cü Epsom Avenyuda yerləşir və Siti kampusundan buraya 10 dəqiqəlik piyada yol qət etmək lazım gəlir. Kampus 2004-cü ildə yaradılıb. Kampusda pedaqogika və sosial elmlər üzrə müəssisələr, Yeni Zelandiyada pedaqoji təhsilə aid ən böyük kitabxanalardan olan Silviya Eşton Uorner kitabxanası yerləşir. Şəhərcikdə geniş avtomobil dayanacaqları mövcuddur.
Qrafton Tibb və Səhiyyə Xidmətləri kampusu Siti kampusunun yaxınlığında Qrafton şəhərətrafı qəsəbəsində, Oklend şəhər xəstəxanasının qarşısında yerləşir. Kampus 1968-ci ildə Park Roudda Tibb Məktəbi kimi yaradılıb, 1995-ci ildə isə tələbə şəhərciyinə çevrilib. Burada Tibb və Sağlamlıq Elmləri, Əczaçılıq məktəbləri və Optometriya departamenti, Starşip, Nort-Şor, Midlmor və Vaykato xəstəxanaları, Filson kitabxanası, tibbi xidmət mərkəzləri və digər müəssisələr yerləşir.
Tay Tokero kampusu şəhər mərkəzinin yaxınlığında Vranqarey ərazisindədir. Kampusda təhsil kursları təklif olunur.
Li dəniz laboratoriyası universitetin "Dəniz şəhərciyi" adlanır və Oklend şəhərindən 100 km şimalda, Yeni Zelandiyanın şimal-şərq sahil boyu ərazisində yerləşir. Li dəniz laboratoriyasına məxsus Rodni Okakari burnu Dəniz qoruğunda diplomdansonra tədqiqatlar aparılır, dəniz həyatının öyrənilməmiş sahələri tədqiq olunur.
Manukau Oklend Universiteti Cənubi Oklenddə Otara ərazisində yerləşir. Burada yerləşən Manukau Texnologiya İnstitutunda bir çox kurslar təklif olunur. Kampusda tələbələr üçün geniş xidmət sahələri, kitabxana, kafelər və restoranlar mövcuddur.
Oklend Universitetində aşağıdakı fakültə, məktəb və institutlar fəaliyyət göstərir.
İncəsənət fakültəsi universitetin ən böyük fakültələrindən biridir. Fakültə Siti kampusunda yerləşsə də, onun bölmələri digər şəhərciklərdə də mövcuddur. Fakültə 50-dən çox proqram təklif edir və Antropologiya, Maori (Yeni Zelandiyada xalq) tədqiqatları, İncəsənətin tarixi, Klassik və qədim tarix, İngilis dili, Dil və dilçiliyin tətbiqinin öyrənilməsi, Kino, televiziya və media tədqiqatları, Fəlsəfə, Sosiologiya, Tarix, Siyasi tədqiqatlar departamentlərindən, Asiya Tədqiqatları, Avropa Dilləri və Ədəbiyyatları, İlahiyyat məktəblərindən, İnkişaf Problemlərinin Öyrənilməsi, Sakit okean Tədqiqatları mərkəzlərindən ibarətdir. Fakültə bakalavr, magistr, doktorluq dərəcələri, diplom və sertifikatlar verir.
Təhsil (pedaqogika) fakültəsi universitetin dördüncü ən böyük fakültəsidir və İncəsənət, dillər və savadlılıq, Təhsildə kritik tədqiqatlar, Te Puna Vananqa, Pedaqoji təhsil təcrübəsi, Məsləhətləşmə, sosial xidmət və fəaliyyət, Elm, riyaziyyat və texnologiya, Tədris, təlim və ixtisasartırma departamentlərindən, eləcə də 6 elmi-tədqiqat mərkəzindən ibarətdir.
Mühəndislik fakültəsi Yeni Zelandiyanın mühəndislik üzrə ən keyfiyyətli təhsil verən müəssisəsindən biridir. Fakültə Kimya və konstruksiya materialları, Vətəndaş və ekologiya mühəndisliyi, Elektrotexnika və hesablama texnikası, Mühəndislik elmləri, Maşınqayırma departamentlərindən, Oklend Biomühəndislik, Yer Elmləri və Texnika institutlarından ibarətdir.
Hüquq fakültəsində bu sahə üzrə tədqiqatlar aparılır və təcrübəli mütəxəssislər, məhkəmə hakimləri ilə sıx əlaqələr qurulur. Fakültəyə Yeni Zelandiya Ekologiya Hüququ, Biznes Hüququ elmi-tədqiqat mərkəzləri, Hüquq Tədqiqatları Fondu, Yeni Zelandiya Hüquqi və Sosial Fəlsəfə Cəmiyyəti, Hüquq Tələbə Cəmiyyəti, Sakit Okean Adaları Hüquqşünas Tələbələr Təşkilatı, Yeni Zelandiya Üçüncü Təhsil İttifaqı, "Avstraliya və Yeni Zelandiya Hüququ və Tarixi" jurnalı, Te Tai Haruru, Te Rakau Ture maori mərkəzləri aiddir.
Dəqiq elmlər fakültəsi Yeni Zelandiyanın bu sahə üzrə ən böyük fakültələrindən biridir. Fakültəyə Biologiya elmləri, Ətraf Mühitin Mühafizəsi məktəbləri, Kimya, Fizika, Psixologiya, Statistika, Kompüter elmləri, Riyaziyyat, Optometriya və görünmə elmləri, İdman və məşq departamentləri, Li dəniz laboratoriyası, 14 elmi-tədqiqat mərkəzi daxildir.
Tibb və sağlamlıq elmləri fakültəsi Qrafton kampusunda yerləşir. Fakültə daxilində Tibb, Tibb elmləri, Tibb Bacısı, Əczaçılıq, Əhalinin sağlamlığı məktəbləri, Oklend, Saut Oklend, Vaykato kliniki məktəbləri, Audiologiya, Anesteziologiya, Radiologiya ilə anatomiya, Kliniki əczaçılıq, Onkologiya, Epidemiologiya və biostatistika, İlkin tibbi yardım, Səhiyyə sistemi, Tibbi idarəetmə proqramları, Molekulyar tibb və patologiya, Qidalanma, Ginekologiya və mamalıq, Oftalmologiya, Sakit okean səhiyyəsi, Pediatriya, Əczaçılıq, Fiziologiya, Psixoloji tibb, Cərrahiyyə, Te Kupenga Hauora Maori departamentləri, Biomühəndislik, Liqqins, Milli Səhiyyə İnnovasiyaları institutları, 13 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir.
Universitetin ən böyük elmi-tədqiqat müəssisələri kimi Liqqins, Oklend Biomühəndislik, Milli incəsənət və Sənaye institutlarını qeyd etmək olar. Liqqins İnstitutunda mühüm biotibbi və kliniki tədqiqatlar aparılır. İnstitut döl və uşaq, böyümə və inkişaf, xərçəng, epigenetika və tibbin təkamülü tədqiqatları üzrə dünyada aparıcı yerləri tutur.
Oklend Universitetinin kitabxana sistemi Yeni Zelandiyanın birinci, Avstraliyanın isə 5 ən yaxşı universitet kitabxanasıdır. Elektron resursların inkişafı üzrə kitabxana ölkədə liderdir. 5 kampus, 12 xüsusi kitabxana, 4 informasiya fondundan (Epsom, Qrafton, Keyt Edcer, Tamaki) ibarət kitabxana kolleksiyasına ümumilikdə 2203888 ədəd çap olunmuş nəşr, 6132686 elektron resurs daxildir. Universitetin Siti kampusunda Ümumi (İncəsənət, Biznes və iqtisadiyyat, Dəqiq elmlər), Memarlıq, Audiovizual, Biznes informasiya mərkəzi, Mühəndislik, Təsviri incəsənət, Devis hüquq, Musiqi kitabxanaları, Epsom kampusunda Silviya Eşton Uorner (Təhsil), Qrafton kampusunda Filson (Tibb və sağlamlıq elmləri), Li dəniz laboratoriyasında Dəqiq elmlər, Tay Tokero kampusunda Silviya Eşton Uorner (Təhsil), Tamaki kampusunda Əhalinin sağlamlığı, Dəqiq elmlər kitabxanaları fəaliyyət göstərir.
Oklend Universitetinin kansleri formal olaraq Rocer Fransdır. Ali məktəbin əsas rəhbəri vitse-kansler Styuart Makkatçeondur. Universitetdə hazırda 4608 nəfər işçi çalışır. İşçilərin 2104 nəfərini akademik, 2504 nəfərini isə inzibati heyət təşkil edir.
Universitetdə ümumilikdə 39940 nəfər təhsil alır. Onların 29383 nəfərini bakalavr, 10557 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Universitetdə dünyanın 93 ölkəsindən 4466 nəfər əcnəbi tələbə təhsil alır.
Oklend Universitetində tələbələr onları qida, sosial və digər xidmətlərlə təmin edən yataqxanalarda qalırlar. Ali məktəbin məşhur yataqxanalarından OTRorke Hol, Qrafton Hol, Royal, Beynəlxalq Ev, Parnell Tələbə kəndi, 14 nömrəli Uitaker Pleys, Park-Roud tələbə mənzilləri, Hayya rezidensiyasını qeyd etmək olar. 2012-ci ildə universitetdə yeni Elam Hol yataqxanasının istifadəyə verilməsi nəzərdə tutulur. Yataqxanaların otaqları mebel və digər avadanlıqlarla təmin olunub, İnternet şəbəkəsinə qoşulub. OTRorke Hol yataqxanasında bir semestr qalmaq xərcləri 6160, 6346, bir il isə 12360, 12740, Beynəlxalq Ev yataqxanasında 5130–6160, 10300–12360, Qrafton Hol yataqxanasında 4995–5920, 9990–11840, Hayya rezidensiyasında 4080, 8190, Parnell Tələbə kəndində 4209, 8600, 14 nömrəli Uitaker Pleys yataqxanasında 4290, 8600, Royal yataqxanasında 6028–7395, 12056–14790, Park-Roud tələbə mənzillərində 4884–5830, 9768–11660 Yeni Zelandiya dolları təşkil edir.
Universitetin nəqliyyat sistemi çox rahat və əlverişlidir. Kampuslarda hərəkət etmək üçün əsasən, avtobus, qatar, bərə və velosipedlərdən istifadə olunur. Avtobuslarda 1 gedişin qiyməti 1,70 Yeni Zelandiya dollarından başlayır. Tələbələr üçün ictimai nəqliyyatda güzəşt və endirimlər mövcuddur.
Tələbə həyatının maraqlı keçməsi üçün universitetdə müxtəlif konfranslar, festivallar, sərgilər, tamaşalar, yarışlar, oyunlar və s. mədəni tədbirlər təşkil olunur. Universitet ərazisində bu məqsədlər üçün Meydment teatrı, Qus Fişer, Corc Freyzer qalereyaları fəaliyyət göstərir. Universitetdə tələbə təşkilatları fəaliyyət göstərir, tələbə qəzet və jurnalları dərc edilir. Tələbələrə fitnes, aerobika, yoqa, rəqs və digər xidmətlər təklif edilir. Ali məktəb uğurlu idman tarixinə malikdir. Burada idmanın bütün növləri inkişaf etdirilib. Universitetin idmançıları Yeni Zelandiyanı müxtəlif beynəlxalq idman yarışlarında layiqincə təmsil ediblər.
Oklend Universitetinin missiyası dünya arenasında yüksək nüfuz qazanmaq, fundamental tədqiqatlar həyata keçirmək, keyfiyyətli təhsil vermək, yerli, milli və beynəlxalq cəmiyyət ilə səmərəli əməkdaşlıq qurmaqdan ibarətdir. Bir əsrdən çoxdur ki, universitet cəmiyyətin inkişafına tövsiyə verən şəxslər yetişdirir. Dünyanın bir çox ölkələrini təmsil edən tələbələrin burada oxumaları ilə yanaşı, universitet istedadlı və savadlı müəllimləri də cəlb edərək işlə təmin edir.
Universitetin vitse-kansleri Styuart Makkatçeon rəhbərlik etdiyi ali məktəb haqqında deyir:
"Hər gün Oklend Universitetində yeni kəşflər edilir. Müəllim və tədqiqatçılarımız xərçəngin tədqiqatı, biznes, mədəniyyət və digər sahələr üzrə dünyada aparıcı mövqeyə malikdir. Siz də bu fəaliyyətin bir hissəsi ola bilərsiniz. Hər birinizi bizi daha yaxından tanımaq üçün Oklend Universitetinə dəvət edirəm".
Büdcəsi
2009–2010-cu tədris ilində Oklend Universitetinin illik gəlirləri 843120000 Yeni Zelandiya dolları olub. Universitetin xərcləri isə həmin ildə 814583000 Yeni Zelandiya dolları təşkil etmişdir.
Təhsil haqqı
Oklend Universitetində təhsil haqqı fakültə və proqrama görə dəyişir. Bakalavr pilləsində yerli tələbələrin təhsil haqqı proqramdan asılı olaraq 4784–6983 Yeni Zelandiya dolları arasında dəyişir, tibb və cərrahiyyə üzrə təhsil haqqı isə 12274 Yeni Zelandiya dolları təşkil edir. Magistratura pilləsində yerli tələbələr ildə 5899–14105, MBA və menecment üzrə isə 24227 Yeni Zelandiya dolları ödəyir. Doktorantura pilləsində təhsil haqqının məbləği yerli tələbələr üçün ildə 5560 Yeni Zelandiya dollarıdır. Əcnəbi tələbələrin təhsil haqqı əksər proqramlar üzrə 26040 və 22200, texnika ixtisası üzrə 33600, tibb və cərrahiyyə üzrə 60720 Yeni Zelandiya dolları təşkil edir. Oklend Universitetində əcnəbi doktorantlar üçün geniş imkanlar yaradılıb. Doktorantların təhsil haqqı ildə 30600, fəlsəfə üzrə 5560 Yeni Zelandiya dollarıdır.
Bu universitetdə təhsil alan tələbəyə təhsil haqqını çıxmaqla, əlavə xərclər üçün ildə 18000–24000 Yeni Zelandiya dolları lazım olur. Əlavə xərclərə yataqxana, qida, nəqliyyat, tibbi sığorta, kitab ləvazimatları, geyim və s. aiddir.
Oklend Universitetində əcnəbi tələbələrə müxtəlif məbləğli ümumi universitet və konkret ölkələr üzrə təqaüdlər təklif edilir. Ölkələr üzrə verilən təqaüdlər Artinqton Devi, İkiyüzillik Çili, Çin Təqaüd Şurası, Danimarka Xaricdə Təhsil, Alman Akademik Mübadilə, NEC-Pakistan, ABŞ Federal İstiqraz təqaüdləridir. Ümumi universitet təqaüdlərinə bakalavrlar üçün Yeni Zelandiya İnkişaf, magistr və doktorantlar üçün isə Yeni Zelandiya İnkişaf, Birlik, Fulbrayt, Doktorantura, Asiya İnkişaf Bankı təqaüdləri aiddir. Tələbələr təqaüd almaq üçün ərizə ilə universitetə, əcnəbi tələbələr isə ölkələrinin Təhsil nazirliklərinə müraciət etməlidirlər. Təqaüdlərin məbləği yerli tələbələr üçün orta hesabla 5000–15000 Yeni Zelandiya dolları arasında dəyişir.
Xarici əlaqələri
"Universitas 21"-ə daxildir.
Reytinqi
Böyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən Oklend Universiteti 100 ən yaxşı ali məktəb arasında 61-ci yerdə olmuşdur.
2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Oklend Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 145-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 68-ci yeri tutmuşdur.
Həmçinin bax
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Oklend Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 14.01.2011, № 02. (az.)
İstinadlar
- Dye, Stuart. "Auckland University worth $4.4 billion to the region". . 26 April 2006. 5 August 2011 tarixində . İstifadə tarixi: 25 November 2011.
- . 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
Xarici keçidlər
- auckland.ac.nz — Oklend Universitetinin rəsmi saytı
- University of Auckland Act 1961
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Oklend Universiteti mao Te Whare Wananga o Tamaki Makaurau ing University of Auckland Yeni Zelandiyanin Oklend seherinde yerlesen ali tehsil muessisesi olkenin en aparici ali tehsil ocaqlarindan biridir Oklend Universiteti36 51 01 c e 174 46 10 s u Esasi qoyulub 1883Tip DovletTelebe sayi 40 000Seher Oklend seheriOlke Yeni ZelandiyaSayt auckland ac nz en html Vikianbarda elaqeli mediafayllarTarixi1883 cu il mayin 23 de Oklend seherinde Yeni Zelandiya Universitetinin bir hissesi kimi Oklend Universitet Kolleci yaradilir Kollecin idareolunmasi Yeni Zelandiya Universitetinin vitse kansleri Con Cepmen Endryuya hevale edilir Oklend Universitet Kolleci buraxilmis mehkeme ve hebsxana binasinda 95 telebe ve 4 muellim ile fealiyyete baslayir lakin 1901 ci ilde telebelerin sayi 156 nefere qeder artir Kollecde qiyabi tehsil alan telebelerin ekseriyyeti ruhani ve muellim olmaga hazirlasan sexsler idi Burada 1905 ci ilden baslayaraq ticaret sahesini oyrenmek isteyen telebelerin sayi artir 1930 cu ilden sonra kollecde tedqiqatlar aparilir 1934 cu ilde ali mektebe ingilis dili uzre mutexessis Artur Sevel riyaziyyatci HG Forder tarixci Ceyms Rutherford klassik CG Kuper ve diger professorlar ise goturulurler Yeni istedadlarin Oklend Universitet Kollecine celb edilmesi burada akademik musteqilliyin yaranmasina ve kollecin suretli inkisafina tekan verir Ikinci Dunya muharibesinden sonra kollec cetin dovrlerini yasayir 1962 ci ilde Yeni Zelandiya Universiteti legv edilir ve Oklend Universitet Kolleci musteqillik elde edir Kollec universitet statusu qazanir ve Oklend Universiteti adlandirilir Universitet suretli inkisaf yoluna qedem qoyur cografiya antropologiya tesviri incesenet incesenetin tarixi sosiologiya siyasi tedqiqatlar ve diger yeni fenler tedris edilir yeni Tibb Mektebi acilir ali mektebe yeni muellimler celb edilir genc muellimler feal suretde tedqiqatlar aparirlar muellimlerin emekhaqqi artirilir Eyni zamanda burada eyani telebelerin sayinin suretle coxalmasi neticesinde ilk defe olaraq teqaud verilir genismiqyasli quruculuq proqrami heyata kecirilir telebelerin sayinin artmasi ile elaqedar universitet teatri idman ve istirahet merkezleri olan kampuslarin tikintisine baslanilir Dovrun texnoloji nailiyyetleri ile ayaqlasaraq ali mektebde tedqiqatlarin idareolunmasi ve komputer elmleri fenleri oyredilir 1986 ci ilde universitetin musiqi mektebinin binasi 1988 ci ilde Maro kompleksi istifadeye verilir 1992 ci ilde Huquq fakultesi yeni eraziye kocur 2007 ci ilde universitetin Biznes Mektebinin yeni binasi istifadeye verilir Muasir veziyyetiOklend Universiteti Oklend seherinde ve olkenin simalinda yerlesen 7 kampusdan ibaretdir Siti Seher kampusu Oklend seherinin merkezinde 160000 m erazini ehate edir Kampusun limanin yaxinliginda yerlesmesi park ve yasilliqlarla ehate olunmasi onu daha da cazibeli edir Fakultelerin ekseriyyeti bu kampusda yerlesir Hemcinin sehercikde coxlu sayda tibb istirahet idman merkezleri kitabxana kafe yerlesir Universitet binasi ve ya Kampusun tarixi abideleri universitetin simvolu hesab edilen Saat qullesi Qedim hokumet evi ve Universitet binasidir ve ya Tamaki kampusu Siti kampusundan 12 km aralida Qlen Innes seheretrafi qesebesinde 320000 m erazini tutur Idman meydancalari ile ehate olunan kampusda biomuhafize ehalinin saglamligi psixologiya nitq terapiyasi kurslari dovlet xestexanalari kitabxanalar fakultelerarasi elmi tedqiqat merkezleri yerlesir Epsom kampusu 74 cu Epsom Avenyuda yerlesir ve Siti kampusundan buraya 10 deqiqelik piyada yol qet etmek lazim gelir Kampus 2004 cu ilde yaradilib Kampusda pedaqogika ve sosial elmler uzre muessiseler Yeni Zelandiyada pedaqoji tehsile aid en boyuk kitabxanalardan olan Silviya Eston Uorner kitabxanasi yerlesir Sehercikde genis avtomobil dayanacaqlari movcuddur Qrafton Tibb ve Sehiyye Xidmetleri kampusu Siti kampusunun yaxinliginda Qrafton seheretrafi qesebesinde Oklend seher xestexanasinin qarsisinda yerlesir Kampus 1968 ci ilde Park Roudda Tibb Mektebi kimi yaradilib 1995 ci ilde ise telebe seherciyine cevrilib Burada Tibb ve Saglamliq Elmleri Eczaciliq mektebleri ve Optometriya departamenti Starsip Nort Sor Midlmor ve Vaykato xestexanalari Filson kitabxanasi tibbi xidmet merkezleri ve diger muessiseler yerlesir Tay Tokero kampusu seher merkezinin yaxinliginda Vranqarey erazisindedir Kampusda tehsil kurslari teklif olunur Li deniz laboratoriyasi universitetin Deniz seherciyi adlanir ve Oklend seherinden 100 km simalda Yeni Zelandiyanin simal serq sahil boyu erazisinde yerlesir Li deniz laboratoriyasina mexsus Rodni Okakari burnu Deniz qorugunda diplomdansonra tedqiqatlar aparilir deniz heyatinin oyrenilmemis saheleri tedqiq olunur Manukau Oklend Universiteti Cenubi Oklendde Otara erazisinde yerlesir Burada yerlesen Manukau Texnologiya Institutunda bir cox kurslar teklif olunur Kampusda telebeler ucun genis xidmet saheleri kitabxana kafeler ve restoranlar movcuddur Oklend Universitetinde asagidaki fakulte mekteb ve institutlar fealiyyet gosterir Incesenet fakultesi universitetin en boyuk fakultelerinden biridir Fakulte Siti kampusunda yerlesse de onun bolmeleri diger seherciklerde de movcuddur Fakulte 50 den cox proqram teklif edir ve Antropologiya Maori Yeni Zelandiyada xalq tedqiqatlari Incesenetin tarixi Klassik ve qedim tarix Ingilis dili Dil ve dilciliyin tetbiqinin oyrenilmesi Kino televiziya ve media tedqiqatlari Felsefe Sosiologiya Tarix Siyasi tedqiqatlar departamentlerinden Asiya Tedqiqatlari Avropa Dilleri ve Edebiyyatlari Ilahiyyat mekteblerinden Inkisaf Problemlerinin Oyrenilmesi Sakit okean Tedqiqatlari merkezlerinden ibaretdir Fakulte bakalavr magistr doktorluq dereceleri diplom ve sertifikatlar verir Tehsil pedaqogika fakultesi universitetin dorduncu en boyuk fakultesidir ve Incesenet diller ve savadliliq Tehsilde kritik tedqiqatlar Te Puna Vananqa Pedaqoji tehsil tecrubesi Meslehetlesme sosial xidmet ve fealiyyet Elm riyaziyyat ve texnologiya Tedris telim ve ixtisasartirma departamentlerinden elece de 6 elmi tedqiqat merkezinden ibaretdir Muhendislik fakultesi Yeni Zelandiyanin muhendislik uzre en keyfiyyetli tehsil veren muessisesinden biridir Fakulte Kimya ve konstruksiya materiallari Vetendas ve ekologiya muhendisliyi Elektrotexnika ve hesablama texnikasi Muhendislik elmleri Masinqayirma departamentlerinden Oklend Biomuhendislik Yer Elmleri ve Texnika institutlarindan ibaretdir Huquq fakultesinde bu sahe uzre tedqiqatlar aparilir ve tecrubeli mutexessisler mehkeme hakimleri ile six elaqeler qurulur Fakulteye Yeni Zelandiya Ekologiya Huququ Biznes Huququ elmi tedqiqat merkezleri Huquq Tedqiqatlari Fondu Yeni Zelandiya Huquqi ve Sosial Felsefe Cemiyyeti Huquq Telebe Cemiyyeti Sakit Okean Adalari Huquqsunas Telebeler Teskilati Yeni Zelandiya Ucuncu Tehsil Ittifaqi Avstraliya ve Yeni Zelandiya Huququ ve Tarixi jurnali Te Tai Haruru Te Rakau Ture maori merkezleri aiddir Deqiq elmler fakultesi Yeni Zelandiyanin bu sahe uzre en boyuk fakultelerinden biridir Fakulteye Biologiya elmleri Etraf Muhitin Muhafizesi mektebleri Kimya Fizika Psixologiya Statistika Komputer elmleri Riyaziyyat Optometriya ve gorunme elmleri Idman ve mesq departamentleri Li deniz laboratoriyasi 14 elmi tedqiqat merkezi daxildir Tibb ve saglamliq elmleri fakultesi Qrafton kampusunda yerlesir Fakulte daxilinde Tibb Tibb elmleri Tibb Bacisi Eczaciliq Ehalinin saglamligi mektebleri Oklend Saut Oklend Vaykato kliniki mektebleri Audiologiya Anesteziologiya Radiologiya ile anatomiya Kliniki eczaciliq Onkologiya Epidemiologiya ve biostatistika Ilkin tibbi yardim Sehiyye sistemi Tibbi idareetme proqramlari Molekulyar tibb ve patologiya Qidalanma Ginekologiya ve mamaliq Oftalmologiya Sakit okean sehiyyesi Pediatriya Eczaciliq Fiziologiya Psixoloji tibb Cerrahiyye Te Kupenga Hauora Maori departamentleri Biomuhendislik Liqqins Milli Sehiyye Innovasiyalari institutlari 13 elmi tedqiqat merkezi fealiyyet gosterir Universitetin en boyuk elmi tedqiqat muessiseleri kimi Liqqins Oklend Biomuhendislik Milli incesenet ve Senaye institutlarini qeyd etmek olar Liqqins Institutunda muhum biotibbi ve kliniki tedqiqatlar aparilir Institut dol ve usaq boyume ve inkisaf xerceng epigenetika ve tibbin tekamulu tedqiqatlari uzre dunyada aparici yerleri tutur Oklend Universitetinin kitabxana sistemi Yeni Zelandiyanin birinci Avstraliyanin ise 5 en yaxsi universitet kitabxanasidir Elektron resurslarin inkisafi uzre kitabxana olkede liderdir 5 kampus 12 xususi kitabxana 4 informasiya fondundan Epsom Qrafton Keyt Edcer Tamaki ibaret kitabxana kolleksiyasina umumilikde 2203888 eded cap olunmus nesr 6132686 elektron resurs daxildir Universitetin Siti kampusunda Umumi Incesenet Biznes ve iqtisadiyyat Deqiq elmler Memarliq Audiovizual Biznes informasiya merkezi Muhendislik Tesviri incesenet Devis huquq Musiqi kitabxanalari Epsom kampusunda Silviya Eston Uorner Tehsil Qrafton kampusunda Filson Tibb ve saglamliq elmleri Li deniz laboratoriyasinda Deqiq elmler Tay Tokero kampusunda Silviya Eston Uorner Tehsil Tamaki kampusunda Ehalinin saglamligi Deqiq elmler kitabxanalari fealiyyet gosterir Oklend Universitetinin kansleri formal olaraq Rocer Fransdir Ali mektebin esas rehberi vitse kansler Styuart Makkatceondur Universitetde hazirda 4608 nefer isci calisir Iscilerin 2104 neferini akademik 2504 neferini ise inzibati heyet teskil edir Universitetde umumilikde 39940 nefer tehsil alir Onlarin 29383 neferini bakalavr 10557 neferini ise magistr ve doktorantlar teskil edirler Universitetde dunyanin 93 olkesinden 4466 nefer ecnebi telebe tehsil alir Oklend Universitetinde telebeler onlari qida sosial ve diger xidmetlerle temin eden yataqxanalarda qalirlar Ali mektebin meshur yataqxanalarindan OTRorke Hol Qrafton Hol Royal Beynelxalq Ev Parnell Telebe kendi 14 nomreli Uitaker Pleys Park Roud telebe menzilleri Hayya rezidensiyasini qeyd etmek olar 2012 ci ilde universitetde yeni Elam Hol yataqxanasinin istifadeye verilmesi nezerde tutulur Yataqxanalarin otaqlari mebel ve diger avadanliqlarla temin olunub Internet sebekesine qosulub OTRorke Hol yataqxanasinda bir semestr qalmaq xercleri 6160 6346 bir il ise 12360 12740 Beynelxalq Ev yataqxanasinda 5130 6160 10300 12360 Qrafton Hol yataqxanasinda 4995 5920 9990 11840 Hayya rezidensiyasinda 4080 8190 Parnell Telebe kendinde 4209 8600 14 nomreli Uitaker Pleys yataqxanasinda 4290 8600 Royal yataqxanasinda 6028 7395 12056 14790 Park Roud telebe menzillerinde 4884 5830 9768 11660 Yeni Zelandiya dollari teskil edir Universitetin neqliyyat sistemi cox rahat ve elverislidir Kampuslarda hereket etmek ucun esasen avtobus qatar bere ve velosipedlerden istifade olunur Avtobuslarda 1 gedisin qiymeti 1 70 Yeni Zelandiya dollarindan baslayir Telebeler ucun ictimai neqliyyatda guzest ve endirimler movcuddur Telebe heyatinin maraqli kecmesi ucun universitetde muxtelif konfranslar festivallar sergiler tamasalar yarislar oyunlar ve s medeni tedbirler teskil olunur Universitet erazisinde bu meqsedler ucun Meydment teatri Qus Fiser Corc Freyzer qalereyalari fealiyyet gosterir Universitetde telebe teskilatlari fealiyyet gosterir telebe qezet ve jurnallari derc edilir Telebelere fitnes aerobika yoqa reqs ve diger xidmetler teklif edilir Ali mekteb ugurlu idman tarixine malikdir Burada idmanin butun novleri inkisaf etdirilib Universitetin idmancilari Yeni Zelandiyani muxtelif beynelxalq idman yarislarinda layiqince temsil edibler Oklend Universitetinin missiyasi dunya arenasinda yuksek nufuz qazanmaq fundamental tedqiqatlar heyata kecirmek keyfiyyetli tehsil vermek yerli milli ve beynelxalq cemiyyet ile semereli emekdasliq qurmaqdan ibaretdir Bir esrden coxdur ki universitet cemiyyetin inkisafina tovsiye veren sexsler yetisdirir Dunyanin bir cox olkelerini temsil eden telebelerin burada oxumalari ile yanasi universitet istedadli ve savadli muellimleri de celb ederek isle temin edir Universitetin vitse kansleri Styuart Makkatceon rehberlik etdiyi ali mekteb haqqinda deyir Her gun Oklend Universitetinde yeni kesfler edilir Muellim ve tedqiqatcilarimiz xercengin tedqiqati biznes medeniyyet ve diger saheler uzre dunyada aparici movqeye malikdir Siz de bu fealiyyetin bir hissesi ola bilersiniz Her birinizi bizi daha yaxindan tanimaq ucun Oklend Universitetine devet edirem Budcesi2009 2010 cu tedris ilinde Oklend Universitetinin illik gelirleri 843120000 Yeni Zelandiya dollari olub Universitetin xercleri ise hemin ilde 814583000 Yeni Zelandiya dollari teskil etmisdir Tehsil haqqiOklend Universitetinde tehsil haqqi fakulte ve proqrama gore deyisir Bakalavr pillesinde yerli telebelerin tehsil haqqi proqramdan asili olaraq 4784 6983 Yeni Zelandiya dollari arasinda deyisir tibb ve cerrahiyye uzre tehsil haqqi ise 12274 Yeni Zelandiya dollari teskil edir Magistratura pillesinde yerli telebeler ilde 5899 14105 MBA ve menecment uzre ise 24227 Yeni Zelandiya dollari odeyir Doktorantura pillesinde tehsil haqqinin meblegi yerli telebeler ucun ilde 5560 Yeni Zelandiya dollaridir Ecnebi telebelerin tehsil haqqi ekser proqramlar uzre 26040 ve 22200 texnika ixtisasi uzre 33600 tibb ve cerrahiyye uzre 60720 Yeni Zelandiya dollari teskil edir Oklend Universitetinde ecnebi doktorantlar ucun genis imkanlar yaradilib Doktorantlarin tehsil haqqi ilde 30600 felsefe uzre 5560 Yeni Zelandiya dollaridir Bu universitetde tehsil alan telebeye tehsil haqqini cixmaqla elave xercler ucun ilde 18000 24000 Yeni Zelandiya dollari lazim olur Elave xerclere yataqxana qida neqliyyat tibbi sigorta kitab levazimatlari geyim ve s aiddir Oklend Universitetinde ecnebi telebelere muxtelif meblegli umumi universitet ve konkret olkeler uzre teqaudler teklif edilir Olkeler uzre verilen teqaudler Artinqton Devi Ikiyuzillik Cili Cin Teqaud Surasi Danimarka Xaricde Tehsil Alman Akademik Mubadile NEC Pakistan ABS Federal Istiqraz teqaudleridir Umumi universitet teqaudlerine bakalavrlar ucun Yeni Zelandiya Inkisaf magistr ve doktorantlar ucun ise Yeni Zelandiya Inkisaf Birlik Fulbrayt Doktorantura Asiya Inkisaf Banki teqaudleri aiddir Telebeler teqaud almaq ucun erize ile universitete ecnebi telebeler ise olkelerinin Tehsil nazirliklerine muraciet etmelidirler Teqaudlerin meblegi yerli telebeler ucun orta hesabla 5000 15000 Yeni Zelandiya dollari arasinda deyisir Xarici elaqeleri Universitas 21 e daxildir ReytinqiBoyuk Britaniyanin Times Higher Education Supplement QS World Universities Rankings jurnalinin 2009 cu ilde apardigi dunya universitetlerinin reytinqine esasen Oklend Universiteti 100 en yaxsi ali mekteb arasinda 61 ci yerde olmusdur 2010 cu il uzre dunyanin en nufuzlu universitetleri arasinda Oklend Universiteti Times Higher Education World University Rankings in apardigi arasdirmaya esasen 145 ci QS World University Rankings in aciqlamasina gore ise 68 ci yeri tutmusdur Hemcinin bax Universitet portaliOklend GimnaziyasiMenbeLamiye Eliyeva Dunya universitetleri Oklend Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 14 01 2011 02 az IstinadlarDye Stuart Auckland University worth 4 4 billion to the region 26 April 2006 5 August 2011 tarixinde Istifade tarixi 25 November 2011 2011 05 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 10 12 Xarici kecidlerauckland ac nz Oklend Universitetinin resmi sayti University of Auckland Act 1961