Nyu-York Universiteti (ing. New York University) — ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Nyu-York Universiteti | |
---|---|
Şüar | Ciddi məşğul olmağa davam etmək və ötüb keçmək! |
Əsası qoyulub | 1831 |
Tip | Özəl |
Tələbə sayı | 50917 |
Şəhər | Nyu-York şəhəri |
Ölkə | |
Sayt | nyu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1830-cu ildə Nyu-York şəhər meriyasında üç gün davam edən "Ədəbi və elmi konvensiya" çərçivəsində 100-dən çox nümayəndə oxşar bir ali təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Yeni universitet yaradıcıları məqsədlərini həyata keçirmək üçün ştat və şəhər rəhbərliyindən maddi dəstək istəyir, lakin onların müraciəti etirazla qarşılanır. Öz vəsaitləri hesabına 100000 ABŞ dolları toplayan təsisçilər özəl kollec yaradır və ABŞ-nin üçüncü prezidenti Tomas Ceffersonun vaxtında xəzinə katibi olmuş kollecin prezidenti təyin edilir. Lakin bir il sonra kollecin proqramı ilə bağlı ziddiyyətli vəziyyət yarandığı üçün o, istefaya göndərilir.
1831-ci il aprelin 21-də yeni yaradılan ali məktəb Nyu-York ştatı qanunvericilik orqanı tərəfindən universitet statusu qazanır. Bir il sonra dünyəvi Nyu-York Universiteti icarəyə götürdüyü dördmərtəbəli Klinton binasında ilk dərslərinə başlayır. 1835-ci ildə universitetin hüquq fakültəsi, eləcə də peşə məktəbləri açılır. Bir müddət sonra universitetin Vaşinqton-Skverdə yerləşən əsas kampusunda tələbə sıxlığı yarandığı üçün Nyu-York şəhərinin Bronks rayonunda yeni Hayts kampusu istifadəyə verilir. Bu kampusa universitet 1894-cü ildə kansler Henri Mitçell MakKrakenin rəhbərliyi altında köçür. Tədricən universitet bu kampusda yerləşdirilir. 1914-cü ildə yalnız universitetin Hüquq Məktəbi Vaşinqton-Skverdə qalır.
1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində Nyu-York ştatını maliyyə böhranı bürüyür. Böhran Nyu-York Universitetindən təsirsiz ötüşmür. 1973-cü ildə universitetin prezidenti Ceyms Maknoton Hester ali məktəbin iflasının qarşısını almaq üçün Hayts kampusunu satır. Universitet bütünlüklə Vaşinqton-Skverə köçür.
Ötən əsrin 80-ci illərində Nyu-York Universiteti keçmiş şöhrətini bərpa etmək məqsədi ilə 1 milyard dollarlıq layihə həyata keçirir. Layihə işləri 15 il üçün nəzərdə tutulsa da, 10 ilə tamamlanır. Bununla da təhsil ocağının yeni inkişaf dövrünün əsası qoyulur. 2003-cü ildə isə universitetin prezidenti Con Sikston ali məktəbin kafedraları və maliyyə resurslarının inkişafı üçün 2,5 milyard dollarlıq layihə proqramı qəbul edir. Hazırda Nyu-York Universiteti sürətli inkişaf yolunda uğurla irəliləməkdədir.
Müasir vəziyyəti
Nyu-York Universitetinin binaları 229 akr ərazini əhatə edir. Universitetin əsas binası Nyu-York şəhərinin Vaşinqton (Vaşinqton-Skver) meydanında, qədim Qrinviç-Villic məhəlləsində yerləşir. Vaşinqton-Skver Nyu-York Universitetinin qeyri-rəsmi simvolu hesab olunur. Bu kampusda universitetin Silver (əsas bina), Braun, Blok Yudson Holl, Vanderbilt Holl, Taunhauz Rou korpusları, Kaufman Menecment Mərkəzi, Torç Klubu, Elmer Horms Bobst kitabxanası, eləcə də yeni tikilmiş Kimmel tələbə mərkəzi, Nyu-Yorkun ən böyük teatrının yerləşdiyi Skyorboll Mərkəzi və Fyorman Holl mövcuddur.
Universitetin Vaşinqton-Skver kampusundan əlavə Politexnik İnstitutunun yerləşdiyi Bruklin kampusu, Tibb korpusu, Nelson Ekologiya Tibb İnstitutunun yerləşdiyi Sterlinq-Forest, Fasiləsiz Təhsil mərkəzinin yerləşdiyi Vulvort binası, ABŞ-dən kənarda isə Florensiya, Abu-Dabi, London, Paris, Praqa, Şanxay, Təl-Əviv, Buenos-Ayres və digər şəhərlərdə korpus və mərkəzləri mövcuddur.
Nyu-York Universitetinin yataqxana sistemi böyüklüyünə görə ABŞ-də yeddinci yerdə dayanır. Xüsusi ilə burada bakalavrlar üçün otaq tapmaq çox asandır. Onların istifadəsinə ayrılmış 21 binanın çoxu Vaşinqton-Skverdə yerləşir. Yuxarı kurs tələbələri üçün nəzərdə tutulmuş yataqxanalar Yunion-Skver rayonunda cəmlənib. Yataqxanaların əksəriyyəti qədim binalardan ibarət olmasına baxmayaraq, buradakı otaqlar genişliyi və rahatlığı ilə fərqlənir. Nyu-York Universiteti yataqxana sistemi mövcud imkanlarına görə 2007-ci ildə Milli Kollec və Universitet Yataqxanaları Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib.
Universitetin ixtisaslaşmış və güclü akademik mühitə malik məktəb, kollec, institut və mərkəzləri tədris ocağında aparılan mühüm elmi təcrübə və tədqiqatlarının, tədris prosesinin həyata keçirildiyi əsas məkandır. Universitetə bakalavrlar üçün İncəsənət və Elm Kolleci, Qallatin İndividual Tədris, Tiş İncəsənət, Steynhardt Mədəniyyət, Təhsil və İnsan Potensialının İnkişafı, Silver İctimai Fəaliyyət, Leonard Stern Biznes məktəbləri, Nyu-York Universiteti Politexnik İnstitutu (bu məktəblərin əksəriyyətində diplomdansonrakı təhsil də mümkündür), magistr, doktorant və təhsilini davam etdirmək istəyənlər üçün isə Kurant Riyaziyyat Elmləri-Riyaziyyat, Kurant Riyaziyyat Elmləri-İnformatika, Kurant Riyaziyyat Elmləri-Atmosfer, Okean Tədqiqatları, Təsviri İncəsənət, Qədim Dünya Tədqiqatları institutları, Robert Vaqner Dövlət Siyasəti Ali, Robert Preston Tiş Fasiləsiz Təhsil və Peşə Təhsili, Hüquq, Tibb, Sinay Dağı Təbabəti məktəbləri, Stomatologiya kolleci, 100-dən çox elmi-tədqiqat mərkəzləri daxildir.
Nyu-York Universiteti çox zəngin və maraqlı kitabxana sisteminə malikdir. 9 kitabxanadan ibarət olan bu sistemə 5,1 milyondan çox material daxildir. Onların arasında ən böyüyü 1967-1972-ci illərdə tikilmiş Elmer Holms Bobst kitabxanasıdır. 12 mərtəbəli binada yerləşən kitabxana 4,5 milyon cild kitaba, 58000 dövri nəşr, 5,4 milyon mikroform, minlərlə elektron resursa malikdir. Kitabxananın İnternet saytına gündə 7400-dən çox istifadəçi daxil olur. Bobst kitabxanasında iki xüsusi kolleksiya və arxivdən ibarət - ədəbiyyat, kulinariya və qida üzrə ixtisaslaşmış Fales, avanqard mədəniyyət üzrə ixtisaslaşmış Tomiment, eləcə də Everi Fişer Musiqi və Media, Barbara Holdsmit Audio və Vizual materiallar bölmələri mövcuddur. Kitabxananın kompüterlə təchiz edilmiş 2500 yerlik oxu zalı var.
Universitetin digər kitabxanalarından Hüquq, Frederik Erman Tibb, Uoldmann Memorial, SCPS Cek Braus, Qədim Dünya Tədqiqatları İnstitutu, Kurant Riyaziyyat Elmləri İnstitutu, Təsviri İncəsənət İnstitutu kitabxanalarını qeyd etmək olar.
Nyu-York Universiteti gündəlik "Washington Square News" qəzeti, yumoristik "The Plague" jurnalı, "Washington Square Review" və "The Minetta Review" ədəbi jurnalları, eləcə də hər il 100-dən çox kitab nəşr etdirir. Universitetdə 350-dən çox tələbə klubu və təşkilatı, idman komandası, elmi və yaradıcı birliklər fəaliyyət göstərir.
Tələbələr təhsil ocağında mövcud olan bir sıra ənənələri bu gün də qoruyub saxlayırlar. Tələbələr "Açıq qapı həftəsi" tədbirində iştirak edir, Alma, Çiyələk (tədbirin kulminasiya hissəsində Nyu-Yorkda ən uzun çiyələk piroqu gətirilir) bayramları, Bənövşəyi bal (Bobst kitabxanasının atriumunda rəqslər), ildə iki dəfə sessiyalar başlamazdan əvvəl "Gecəyarı səhər yeməyi" (universitet tərəfindən tələbələr üçün qonaqlıq) və digər mərasimlər təşkil olunur. Bütün bunlar tələbələrin həyatının daha maraqlı olmasına xidmət edir, universitetdəki birlik və həmrəylik mühitini möhkəmləndirir. Ali məktəbin idman komandaları "Bənövşəyi" adlanır və bu rəngdə idman forması geyinir. Ümumiyyətlə, Nyu-York Universitetinin rəngi ağ və bənövşəyi, talismanı isə Amerika vaşağıdır.
Nyu-York Universiteti öz ərazisinin yaşıllaşdırılması üzrə mühüm nailiyyətlər əldə edib. Bu ali məktəb son zamanlar ABŞ-də ən çox külək enerjisi alan təhsil müəssisəsidir. Burada avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulur və nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verilməsi tövsiyə olunur. Hər il çoxlu sayda ağac əkilir, tullantılar təkrar emala göndərilir.
Universitetin prezidenti, professor Con Edvard Sikston, prorektoru Devid Maklaflin, icraçı direktoru isə Mixael Alfanodur. Nyu-York Universitetində ümumilikdə 22041 nəfər işçi çalışır. Onların 6755 nəfərini akademik, 15286 nəfərini isə inzibati heyət təşkil edir. 2009-2010-cu tədris ilində universitetdə ölkənin 50 ştatından və dünyanın 136 ölkəsindən ümumilikdə 50917 nəfər tələbə təhsil alıb. İndiyə qədər universiteti bitirmiş məzunların sayı 350000-dən çoxdur. Onlardan 33-ü Nobel, 3-ü Abel (Norveç kralı tərəfindən riyaziyyatçılara təqdim edilir), 16-sı Pulitser, 19-u Oskar və digər mükafatlara layiq görülüb.
Nyu-York Universitetinin əsas missiyası elmi nəticələrə nail olmaq və onu başqalarına çatdırmaqdan ibarətdir. Bu məqsədlə universitetdə yüksək səviyyəli pedaqoji və praktik təhsil resursları yaradılıb. Nyu-York Universitetinin şüarı belədir:
"Ciddi məşğul olmağa davam etmək və ötüb keçmək".
Universitetin pezidenti Con Edvard Sikston deyir:
"Şəhərimiz dünyanın paytaxtına çevrildiyi kimi, biz çalışırıq ki, universitetimiz də dünyanın bir nömrəli ali məktəbi olsun".
Xarici əlaqələri
Universitet Şimali Amerikanın elmi-tədqiqat universitetlərini birləşdirən üzvüdür.
2010-cu ilin payızında BƏƏ-nin Əbu Dabi Əmirliyində Nyu-York Universitetinin müvəqqəti filialı açılıb. Ona görə müvəqqətidir ki, yaxın gələcəkdə bu ali təhsil müəssisəsi üçün Saadiyat adasında əsas tədris binasının istifadəyə verilməsi nəzərdə tutulur. Orada Orta Şərqdən, Cənubi Asiyadan, Mərkəzi Asiyadan, Avropadan gələn 2000 tələbənin bakalavr və magistratura təhsili alması üçün hər cür şərat yaradılacaq.
Büdcəsi
2009-2010-cu tədris ilində Nyu-York Universitetinin illik gəlirləri və xərcləri 2,64 milyard ABŞ dolları təşkil edib. Ötən dərs ilində universitetin İanə fondunun gəlirləri isə 2,43 milyard ABŞ dolları olub.
Təhsil haqqı
Nyu-York Universitetində təhsil haqqı tələbənin oxuduğu məktəb, kollec və ixtisasdan asılı olaraq dəyişir. Bu ali məktəbdə təhsil alan tələbəyə təhsil haqqını çıxmaq şərti ilə ildə yaşayış yeri ilə təmin olunması və qidalanması üçün (kampusdan kənarda) 21840, tibbi sığortası üçün 1360, kitab və dərs ləvazimatları üçün 950, nəqliyyat üçün 800, şəxsi xərcləri üçün isə 4316 ABŞ dolları lazımdır.
Nyu-York Universitetində tələbələrə müxtəlif təqaüdlər təklif olunur. Təqaüd tələbəyə təhsildə, idman və digər sahələrdə göstərdiyi nəticələrə görə, eləcə də maddi vəziyyəti çətin olanlara verilir. Federal Pell Qrantının məbləği payız və yaz semestrlərində 2000-8000, əcnəbi tələbələrə verilən təqaüdün məbləği 1000 ABŞ dollarından başlayır.
Reytinqi
"Forbes" jurnalının araşdırmalarına görə Nyu-York Universiteti milyarder məzunlarının sayına görə ilk yerlərdən birini tutur.
2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
55 | 32 | 29 | 29 | 30 | 31 | 32 | 31 | 29 | 27 | 27 | 27 | 27 |
2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|
41 | 44 | 43 | 44 | 41 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
30 | 38 | 30 | 31 | 34 | 60 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – YUNİSEF-in sabiq icraçı direktoru;
- – ABŞ-nin sabiq təhsil naziri;
- – Tayvanın xarici işlər naziri;
- – sülh üzrə Nobel mükafatı laureatı;
- Eliu Rut – sülh üzrə Nobel mükafatı laureatı;
- – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Corc Palade – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- – fizika üzrə Nobel mükafatı laureatı;
- – fizika üzrə Nobel mükafatı laureatı;
- İrvin Rouz – kimya üzrə Nobel mükafatı laureatı;
- – Bill və Hillari Klintonların qızı;
- – ABŞ-nin 35-ci prezidenti Con Kennedinin oğlu;
- – İspaniya şahzadəsi.
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Nyu-York Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 12.11.2010, № 44. (az.)
İstinadlar
- Global Research Identifier Database (ing.). 2015.
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38. (az.)
- . Shanghai Ranking Consultancy. 2014. 2020-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- . 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2015-10-04 tarixində . İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
- nyu.edu — Nyu-York Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nyu York Universiteti ing New York University ABS nin Nyu York statinin Nyu York seherinde yerlesen ozel ali tehsil muessisesi olkenin en aparici ali tehsil ocaqlarindan biridir Nyu York Universiteti40 43 48 sm e 73 59 42 q u Suar Ciddi mesgul olmaga davam etmek ve otub kecmek Esasi qoyulub 1831Tip OzelTelebe sayi 50917Seher Nyu York seheriOlke ABSSayt nyu edu Vikianbarda elaqeli mediafayllarTarixi1830 cu ilde Nyu York seher meriyasinda uc gun davam eden Edebi ve elmi konvensiya cercivesinde 100 den cox numayende oxsar bir ali tehsil muessisesi yaratmaq qerarina gelir Yeni universitet yaradicilari meqsedlerini heyata kecirmek ucun stat ve seher rehberliyinden maddi destek isteyir lakin onlarin muracieti etirazla qarsilanir Oz vesaitleri hesabina 100000 ABS dollari toplayan tesisciler ozel kollec yaradir ve ABS nin ucuncu prezidenti Tomas Ceffersonun vaxtinda xezine katibi olmus kollecin prezidenti teyin edilir Lakin bir il sonra kollecin proqrami ile bagli ziddiyyetli veziyyet yarandigi ucun o istefaya gonderilir 1831 ci il aprelin 21 de yeni yaradilan ali mekteb Nyu York stati qanunvericilik orqani terefinden universitet statusu qazanir Bir il sonra dunyevi Nyu York Universiteti icareye goturduyu dordmertebeli Klinton binasinda ilk derslerine baslayir 1835 ci ilde universitetin huquq fakultesi elece de pese mektebleri acilir Bir muddet sonra universitetin Vasinqton Skverde yerlesen esas kampusunda telebe sixligi yarandigi ucun Nyu York seherinin Bronks rayonunda yeni Hayts kampusu istifadeye verilir Bu kampusa universitet 1894 cu ilde kansler Henri Mitcell MakKrakenin rehberliyi altinda kocur Tedricen universitet bu kampusda yerlesdirilir 1914 cu ilde yalniz universitetin Huquq Mektebi Vasinqton Skverde qalir 1960 ci illerin sonu 1970 ci illerin evvelinde Nyu York statini maliyye bohrani buruyur Bohran Nyu York Universitetinden tesirsiz otusmur 1973 cu ilde universitetin prezidenti Ceyms Maknoton Hester ali mektebin iflasinin qarsisini almaq ucun Hayts kampusunu satir Universitet butunlukle Vasinqton Skvere kocur Oten esrin 80 ci illerinde Nyu York Universiteti kecmis sohretini berpa etmek meqsedi ile 1 milyard dollarliq layihe heyata kecirir Layihe isleri 15 il ucun nezerde tutulsa da 10 ile tamamlanir Bununla da tehsil ocaginin yeni inkisaf dovrunun esasi qoyulur 2003 cu ilde ise universitetin prezidenti Con Sikston ali mektebin kafedralari ve maliyye resurslarinin inkisafi ucun 2 5 milyard dollarliq layihe proqrami qebul edir Hazirda Nyu York Universiteti suretli inkisaf yolunda ugurla irelilemekdedir Muasir veziyyetiNyu York Universitetinin binalari 229 akr erazini ehate edir Universitetin esas binasi Nyu York seherinin Vasinqton Vasinqton Skver meydaninda qedim Qrinvic Villic mehellesinde yerlesir Vasinqton Skver Nyu York Universitetinin qeyri resmi simvolu hesab olunur Bu kampusda universitetin Silver esas bina Braun Blok Yudson Holl Vanderbilt Holl Taunhauz Rou korpuslari Kaufman Menecment Merkezi Torc Klubu Elmer Horms Bobst kitabxanasi elece de yeni tikilmis Kimmel telebe merkezi Nyu Yorkun en boyuk teatrinin yerlesdiyi Skyorboll Merkezi ve Fyorman Holl movcuddur Universitetin Vasinqton Skver kampusundan elave Politexnik Institutunun yerlesdiyi Bruklin kampusu Tibb korpusu Nelson Ekologiya Tibb Institutunun yerlesdiyi Sterlinq Forest Fasilesiz Tehsil merkezinin yerlesdiyi Vulvort binasi ABS den kenarda ise Florensiya Abu Dabi London Paris Praqa Sanxay Tel Eviv Buenos Ayres ve diger seherlerde korpus ve merkezleri movcuddur Nyu York Universitetinin yataqxana sistemi boyukluyune gore ABS de yeddinci yerde dayanir Xususi ile burada bakalavrlar ucun otaq tapmaq cox asandir Onlarin istifadesine ayrilmis 21 binanin coxu Vasinqton Skverde yerlesir Yuxari kurs telebeleri ucun nezerde tutulmus yataqxanalar Yunion Skver rayonunda cemlenib Yataqxanalarin ekseriyyeti qedim binalardan ibaret olmasina baxmayaraq buradaki otaqlar genisliyi ve rahatligi ile ferqlenir Nyu York Universiteti yataqxana sistemi movcud imkanlarina gore 2007 ci ilde Milli Kollec ve Universitet Yataqxanalari Assosiasiyasi terefinden yuksek qiymetlendirilib Universitetin ixtisaslasmis ve guclu akademik muhite malik mekteb kollec institut ve merkezleri tedris ocaginda aparilan muhum elmi tecrube ve tedqiqatlarinin tedris prosesinin heyata kecirildiyi esas mekandir Universitete bakalavrlar ucun Incesenet ve Elm Kolleci Qallatin Individual Tedris Tis Incesenet Steynhardt Medeniyyet Tehsil ve Insan Potensialinin Inkisafi Silver Ictimai Fealiyyet Leonard Stern Biznes mektebleri Nyu York Universiteti Politexnik Institutu bu mekteblerin ekseriyyetinde diplomdansonraki tehsil de mumkundur magistr doktorant ve tehsilini davam etdirmek isteyenler ucun ise Kurant Riyaziyyat Elmleri Riyaziyyat Kurant Riyaziyyat Elmleri Informatika Kurant Riyaziyyat Elmleri Atmosfer Okean Tedqiqatlari Tesviri Incesenet Qedim Dunya Tedqiqatlari institutlari Robert Vaqner Dovlet Siyaseti Ali Robert Preston Tis Fasilesiz Tehsil ve Pese Tehsili Huquq Tibb Sinay Dagi Tebabeti mektebleri Stomatologiya kolleci 100 den cox elmi tedqiqat merkezleri daxildir Nyu York Universiteti cox zengin ve maraqli kitabxana sistemine malikdir 9 kitabxanadan ibaret olan bu sisteme 5 1 milyondan cox material daxildir Onlarin arasinda en boyuyu 1967 1972 ci illerde tikilmis Elmer Holms Bobst kitabxanasidir 12 mertebeli binada yerlesen kitabxana 4 5 milyon cild kitaba 58000 dovri nesr 5 4 milyon mikroform minlerle elektron resursa malikdir Kitabxananin Internet saytina gunde 7400 den cox istifadeci daxil olur Bobst kitabxanasinda iki xususi kolleksiya ve arxivden ibaret edebiyyat kulinariya ve qida uzre ixtisaslasmis Fales avanqard medeniyyet uzre ixtisaslasmis Tomiment elece de Everi Fiser Musiqi ve Media Barbara Holdsmit Audio ve Vizual materiallar bolmeleri movcuddur Kitabxananin komputerle techiz edilmis 2500 yerlik oxu zali var Universitetin diger kitabxanalarindan Huquq Frederik Erman Tibb Uoldmann Memorial SCPS Cek Braus Qedim Dunya Tedqiqatlari Institutu Kurant Riyaziyyat Elmleri Institutu Tesviri Incesenet Institutu kitabxanalarini qeyd etmek olar Nyu York Universiteti gundelik Washington Square News qezeti yumoristik The Plague jurnali Washington Square Review ve The Minetta Review edebi jurnallari elece de her il 100 den cox kitab nesr etdirir Universitetde 350 den cox telebe klubu ve teskilati idman komandasi elmi ve yaradici birlikler fealiyyet gosterir Telebeler tehsil ocaginda movcud olan bir sira eneneleri bu gun de qoruyub saxlayirlar Telebeler Aciq qapi heftesi tedbirinde istirak edir Alma Ciyelek tedbirin kulminasiya hissesinde Nyu Yorkda en uzun ciyelek piroqu getirilir bayramlari Benovseyi bal Bobst kitabxanasinin atriumunda reqsler ilde iki defe sessiyalar baslamazdan evvel Geceyari seher yemeyi universitet terefinden telebeler ucun qonaqliq ve diger merasimler teskil olunur Butun bunlar telebelerin heyatinin daha maraqli olmasina xidmet edir universitetdeki birlik ve hemreylik muhitini mohkemlendirir Ali mektebin idman komandalari Benovseyi adlanir ve bu rengde idman formasi geyinir Umumiyyetle Nyu York Universitetinin rengi ag ve benovseyi talismani ise Amerika vasagidir Nyu York Universiteti oz erazisinin yasillasdirilmasi uzre muhum nailiyyetler elde edib Bu ali mekteb son zamanlar ABS de en cox kulek enerjisi alan tehsil muessisesidir Burada avtomobillerin hereketine mehdudiyyetler qoyulur ve neqliyyat vasitesi kimi velosipede ustunluk verilmesi tovsiye olunur Her il coxlu sayda agac ekilir tullantilar tekrar emala gonderilir Universitetin prezidenti professor Con Edvard Sikston prorektoru Devid Maklaflin icraci direktoru ise Mixael Alfanodur Nyu York Universitetinde umumilikde 22041 nefer isci calisir Onlarin 6755 neferini akademik 15286 neferini ise inzibati heyet teskil edir 2009 2010 cu tedris ilinde universitetde olkenin 50 statindan ve dunyanin 136 olkesinden umumilikde 50917 nefer telebe tehsil alib Indiye qeder universiteti bitirmis mezunlarin sayi 350000 den coxdur Onlardan 33 u Nobel 3 u Abel Norvec krali terefinden riyaziyyatcilara teqdim edilir 16 si Pulitser 19 u Oskar ve diger mukafatlara layiq gorulub Nyu York Universitetinin esas missiyasi elmi neticelere nail olmaq ve onu basqalarina catdirmaqdan ibaretdir Bu meqsedle universitetde yuksek seviyyeli pedaqoji ve praktik tehsil resurslari yaradilib Nyu York Universitetinin suari beledir Ciddi mesgul olmaga davam etmek ve otub kecmek Universitetin pezidenti Con Edvard Sikston deyir Seherimiz dunyanin paytaxtina cevrildiyi kimi biz calisiriq ki universitetimiz de dunyanin bir nomreli ali mektebi olsun Xarici elaqeleriUniversitet Simali Amerikanin elmi tedqiqat universitetlerini birlesdiren uzvudur 2010 cu ilin payizinda BEE nin Ebu Dabi Emirliyinde Nyu York Universitetinin muveqqeti filiali acilib Ona gore muveqqetidir ki yaxin gelecekde bu ali tehsil muessisesi ucun Saadiyat adasinda esas tedris binasinin istifadeye verilmesi nezerde tutulur Orada Orta Serqden Cenubi Asiyadan Merkezi Asiyadan Avropadan gelen 2000 telebenin bakalavr ve magistratura tehsili almasi ucun her cur serat yaradilacaq Budcesi2009 2010 cu tedris ilinde Nyu York Universitetinin illik gelirleri ve xercleri 2 64 milyard ABS dollari teskil edib Oten ders ilinde universitetin Iane fondunun gelirleri ise 2 43 milyard ABS dollari olub Tehsil haqqiNyu York Universitetinde tehsil haqqi telebenin oxudugu mekteb kollec ve ixtisasdan asili olaraq deyisir Bu ali mektebde tehsil alan telebeye tehsil haqqini cixmaq serti ile ilde yasayis yeri ile temin olunmasi ve qidalanmasi ucun kampusdan kenarda 21840 tibbi sigortasi ucun 1360 kitab ve ders levazimatlari ucun 950 neqliyyat ucun 800 sexsi xercleri ucun ise 4316 ABS dollari lazimdir Nyu York Universitetinde telebelere muxtelif teqaudler teklif olunur Teqaud telebeye tehsilde idman ve diger sahelerde gosterdiyi neticelere gore elece de maddi veziyyeti cetin olanlara verilir Federal Pell Qrantinin meblegi payiz ve yaz semestrlerinde 2000 8000 ecnebi telebelere verilen teqaudun meblegi 1000 ABS dollarindan baslayir Reytinqi Forbes jurnalinin arasdirmalarina gore Nyu York Universiteti milyarder mezunlarinin sayina gore ilk yerlerden birini tutur Academic Ranking of World Universities deki yeri 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 201555 32 29 29 30 31 32 31 29 27 27 27 27 QS World University Rankings deki yeri 2014 15 2013 14 2012 13 2011 12 2010 1141 44 43 44 41 Times Higher Education World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1130 38 30 31 34 60Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar YUNISEF in sabiq icraci direktoru ABS nin sabiq tehsil naziri Tayvanin xarici isler naziri sulh uzre Nobel mukafati laureati Eliu Rut sulh uzre Nobel mukafati laureati iqtisadiyyat uzre Nobel mukafati laureati tibb ve fiziologiya uzre Nobel mukafati laureati tibb ve fiziologiya uzre Nobel mukafati laureati tibb ve fiziologiya uzre Nobel mukafati laureati tibb ve fiziologiya uzre Nobel mukafati laureati Corc Palade tibb ve fiziologiya uzre Nobel mukafati laureati tibb ve fiziologiya uzre Nobel mukafati laureati tibb ve fiziologiya uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati fizika uzre Nobel mukafati laureati Irvin Rouz kimya uzre Nobel mukafati laureati Bill ve Hillari Klintonlarin qizi ABS nin 35 ci prezidenti Con Kennedinin oglu Ispaniya sahzadesi MenbeLamiye Eliyeva Dunya universitetleri Nyu York Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 12 11 2010 44 az IstinadlarGlobal Research Identifier Database ing 2015 Besaret Memmedov Ramil Huseynov Dunya tehsili Birlesmis Ereb Emirliklerinin tehsil sistemi 2014 09 09 at the Wayback Machine Yazinin hazirlanmasinda Birlesmis Ereb Emirliklerinin Tehsil Nazirliyinin hemcinin Ali Tehsil ve Elmi Tedqiqat Nazirliyinin resmi materiallarindan istifade olunub Azerbaycan muellimi qezeti 30 09 2011 38 az Shanghai Ranking Consultancy 2014 2020 11 17 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 26 aprel 2015 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 12 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 Academic Ranking of World Universities 2011 2011 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 Academic Ranking of World Universities 2012 2013 04 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2019 03 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 10 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 25 QS World University Rankings 2014 2016 02 05 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2013 2016 10 21 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2012 2019 05 02 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2011 2012 05 07 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 2011 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 THE World University Rankings 2015 2016 Times Higher Education 2015 10 04 tarixinde Istifade tarixi 11 mart 2016 apostrophe markup THE World University Rankings 2014 2015 Times Higher Education 2015 05 29 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2013 2014 Times Higher Education 2013 10 04 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2012 2013 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2011 2012 Times Higher Education 2015 04 02 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2010 2011 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup Xarici kecidlernyu edu Nyu York Universitetinin resmi sayti