Bu səhifədə iş davam etməkdədir. |
Nitq mədəniyyəti — nitqin müxtəlif şəraitində məzmun və məqsədəuyğun olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə etmək bacarığı, dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsidir.
Mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.
Nitqin aydınlığı
Aydınlıq, dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər.
Nitq zamanı aydınlığın pozulması
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını, işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır. Danışıq zamanı qüsurlu cümlələrə tez-tez təsadüf edirik. Radio və televiziya verilişlərində nəzərə çarpan belə nöqsanlı cümlələrdən misal olaraq aşağıdakıları göstərmək olar: Türk xalqları həmişə əxlaqlı olublar. Müşavirədə xeyli qonaqlar çıxış etdilər. Təcili atəşin dayandırılması tələb olundu. Hadisə yerinə çıxılmış; Rəis mədəni (birinci hecadakı ə uzadılaraq tələffüz olunur) adamdır. O, bu işə məhsuldur. Dövlət film fondundan itmiş məşhur bəstəkar Müslüm Maqomayev haqda film tapılmışdır. Başımıza gətirilən ermənilər tərəfindən vəhşilikləri saymaqla qurtarmaz; Ona müvəffəqiyyət uğurları arzulayıram; Bu il havaların pis keçməsi ilə bağlı qəbahət yaranmışdır; Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s.
Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı və düzgünlüyü böyük əhəmiyyət kəsb edir. Nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək, bu sahədə şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan qaldırmaq, səs, nəfəs üzərində kompleks çalışmalar aparmaqla aydın diksiyaya nail olmaq mümkündür. Auditoriya qarşısında çıxış edən natiq (mühazirəçi) nitqin səs mədəniyyətinə yiyələnməli, danışıq cihazından düzgün istifadə etməyi bacarmalıdır.
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədəuyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı "udulur", səslər anlaşılmır.
Nitqin səs mədəniyyəti
Nitqin səs mədəniyyəti dedikdə bura artikulyasiya aparatınındüzgün qurulması, səs və sözlərin dürüst tələffüz edilməsi, ünsiyyət şəraitinə görə səsin gücünün tənzimlənməsi, nitq sürətinin gözlənilməsi, intonasiyaya, ifadəliliyə əməl olunması, nitqi eşitmə qabiliyyətinin yaradılması və s. daxildir. Nitqin səs mədəniyyəti səs cihazı, onun funksiyasını normal şəkildə yerinə yetirməsi məsələsi ilə sıx bağlıdır. "Nəfəs, səs və s. anlayışlardan ibarət olan bu səs cihazı müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət şəraitində reallaşdırır. Səs cihazı intonasiya, pauza, vurğu, orfoepiya, temp, ritm, tembr, mimika, hərəkət kimi anlayışlarla birləşib nitqin texnikası adlı bir sahənitəşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub şifahi nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir".
Nitqin mürəkkəbləşdirilməsi
Nitqin süni şəkildə mürəkkəbləşdirilməsi, təəssüf ki, olduqca çox nəzərə çarpır. "Son illər filologiya, pedaqogika, psixologiya, sosiologiya və s. sahələrə aid elmi mətnlər dilin və üslubun mürəkkəbləşməsi, ağırlaşması ilə səciyyələnir. Sözlər artıq fikirlərin ifadə üsulu, elmi nailiyyətlərin ötürmə vasitəsi kimi yox, fikir yoxsulluğunu, bəzən isə mənasızlığını pərdələmək üçün bir vasitə kimi çıxış edir. Bu nə qədər qeyri-adi görünsə də, həmin təmayülə dilçi alimlər də meyl göstərirlər" . Natiq dinləyicinin başa düşəcəyi bir dildə danışmalı, mənası çətin anlaşılan söz və söz birləşmələrini işlətməkdən çəkinməlidir.
Ritorika
Çox vaxt ritorika (bəlağətli nitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr – bədii oxuma sənəti mənasında işlədilir. Qədim Yunan və Roma natiqləri S. Siseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər:
- materialın tapılması(seçilməsi);
- yerləşdirilməsi (ardıcıllıq);
- sözlərlə ifadəsi (yüksək
- orta və aşağı üslubda ifadə etmək),
- habelə sözlərin seçilməsi;
- yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.
Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V. Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.
Nitq mədəniyyətində etiketlər
Ünsiyyət zamanı müraciət, gəzişmə, ayrılma, təbrik və s. bu kimi formalara nitq etketləri, və ya nitq yarlıqları deyilir. Nitq etiketləri xalqın milli mədəniyyətinə, təfəkkürünə uyğun olan və nitq mədəniyyətinin mühüm bir göstəricisi sayılır. Nitq etiketlərinin aşağıdakı göstəriciləri var. Müraciət etiketləri: yaşca böyüklərə "siz" deyə müraciət edilir, görüşmə etiketləri, ayrılma, təbrik, alqışlar, xeyir-dualar, qarğışlar, bəd dualar, söyüşlər kimi etiketlər vardır. Etiketlərin növlərinə aid nümunələr deyildiyinə görə fərqləndirici halları da diqqət çəkir. Bu etiketlərdən yerli-yerində istifadə ünsiyyətin normal olmasına, effektliyinə, tərəflərin bir-birini düzgün anlamasına səmimi şərait yaradır.
Danışıq zamanı başqasının heysiyyətinə toxunan, şəxsiyyətini təhqir edən, ədəb qaydalarına uyğun olmayan söz və ifadələrə (məsələn, zırrama, qurumsaq, qanmaz, anlamaz, gopa basma, içəri soxulmaq, meymun, keçəl, xosunlaşmaq, kəllən haqqı, böyük fısqırıq, burnunu soxmaq, əkilmək, məzələnmək, anqırmaq, bağırmaq, soxuşdurmaq, burcutmaq, aradan sürüşmək, dürtmək (yemək mənasında), sərsəm, boşboğaz, toqqanın altını bərkitmək, özü doğub göbəyini özü bağlamaq, ipli-mıxlı yoxa çıxmaq, eşşəyin quyruğuna bağlamaq və s.) yol verilməməlidir. Bu cür sözlər və ifadələr hansı münasibətlə deyilməsindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır və çox zaman adamların inciməsinə, bəzən isə hətta savaşmasına da səbəb olur.
İstinadlar
- Müəllimin nitq mədəniyyəti. B., ADPU, 2003. 168 s.
- Ağayev F. Azərbaycan dilinin intonasiyası. Bakı, 1978.
- Stanislavski. Mənim səhnə həyatım. Bakı, 1963.
- Проблемы культуры речи. М., 1970.
- Əhmədov Ə. Azərbaycan dili tədrisinin bəzi məsələləri. Bakı, 2007.
- Məhərrəmli Q. Televiziya dili (avtoreferat), Bakı, 2004
- Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa Ġsgəndərzadə. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "ULU", 2015, 115 səh.
- Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa Ġsgəndərzadə. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, "ULU", 2015, səh 184.
- Abdullayev Nadir Əziz oğlu. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013, səh 227.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 80 saniye evvel C Mireli2001 muzakire tohfeler terefinden redakte olunub Yenile Nitq medeniyyeti nitqin muxtelif seraitinde mezmun ve meqsedeuygun olaraq edebi dilin yazili ve sifahi formalarindan ifadelilik vasitelerinden istifade ede bilme bacarigidir Nitqin edebi dil normalarina uygunlugu dilin ifade vasite ve imkanlarindan nitqin meqsed ve mezmununa muvafiq suretde istifade etmek bacarigi dil seviyyelerinin ve onlara daxil olan vahidler sisteminin formalasdirilmasi tekmillesdirilmesi problemlerini dil hadise ve proseslerinin inkisaf xettini uslubiyyat meselelerini arasdiran dilcilik behsidir Medeni nitqi sertlendiren bir sira telebler eslinde onlar medeni nitqin keyfiyyetleridir vardir ki bunlar nitqin normativliyidir Hemin telebler bunlardir aydinliq duzgunluk sadelik deqiqlik yigcamliq zenginlik temizlik munasiblik ifadelilik orijinalliq semimilik ve s Yazili nitq medeniyyeti problemine hemcinin orfoqrafiya ve durgu isarelerine emel edilmesi de daxildir Bunlar her biri ayriliqda ve hamisi birlikde etalon seviyyeli nitqi yaradir ki bu nitqe yiyelenenler natiqlik senetinde muellimlik fealiyyetinde ve diger sahelerde boyuk ugurlar qazanirlar Nitqin aydinligiAydinliq dinleyici ve oxucunun nitqi asanliqla anlamasi basa dusmesidir Aristotel nitqin aydinligini unsiyyet ucun baslica sert sayir ve gosterirdi ki nitq aydin deyilse demek o oz meqsedine cata bilmemisdir Nitqin aydinligi ucun esas amil danisanin elece de oxuyanin ve yazanin nitq obyekti haqqinda mukemmel melumata malik olmasidir haqqinda danisacagi materiala derinden ve yaxsi beled olsa hemin materiali ifade etmek ucun muvafiq dil vasiteleri de tapa biler Behs olunan movzular hadiseler ehvalatlar ve s barede derin hem de etrafli biliye malik olan natiqler daha maraqla dinlenilir onlarin serhinde hec bir dolasiqliq zidd fikirler musahide olunmur Bele adamlar sade aydin cumlelerle faktlarla delillere esaslanaraq danisir ve yazir isledilen her bir sozun ehemiyyetini ifade olunan fikir ucun onun ne derecede yararli oldugunu aydin tesevvur edirler Nitq zamani aydinligin pozulmasiNitq zamani aydinligin pozulmasinin bir sebebi de dili sozlerin menasini islenme meqamini ve s yaxsi bilmemek zengin soz ehtiyatina sahib olmamaqdir Danisiq zamani qusurlu cumlelere tez tez tesaduf edirik Radio ve televiziya verilislerinde nezere carpan bele noqsanli cumlelerden misal olaraq asagidakilari gostermek olar Turk xalqlari hemise exlaqli olublar Musavirede xeyli qonaqlar cixis etdiler Tecili atesin dayandirilmasi teleb olundu Hadise yerine cixilmis Reis medeni birinci hecadaki e uzadilaraq teleffuz olunur adamdir O bu ise mehsuldur Dovlet film fondundan itmis meshur bestekar Muslum Maqomayev haqda film tapilmisdir Basimiza getirilen ermeniler terefinden vehsilikleri saymaqla qurtarmaz Ona muveffeqiyyet ugurlari arzulayiram Bu il havalarin pis kecmesi ile bagli qebahet yaranmisdir Biz bunlara mudaxile gostermeye calisiriq ve s Natiqlik praktikasinda nitqin diksiya baximindan aydinligi ve duzgunluyu boyuk ehemiyyet kesb edir Nefesi ve sesi idareetme bacarigini tekmillesdirmek bu sahede sive qusurlarini duzeltmek dodaqlarin dilin cenenin sustluyunu aradan qaldirmaq ses nefes uzerinde kompleks calismalar aparmaqla aydin diksiyaya nail olmaq mumkundur Auditoriya qarsisinda cixis eden natiq muhazireci nitqin ses medeniyyetine yiyelenmeli danisiq cihazindan duzgun istifade etmeyi bacarmalidir Duzgun olmayan teleffuz seslerin oz mexrecinde deyilmemesi qarisdirilmasi bezen de seslerin hecalarin teleffuzden dusmesi mezmuna meqsedeuygun intonasiyaya emel olunmamasi ve s de nitqin aydinligina xelel getiren sebeblerdir Normal nitq tempinden yavas ve ya eksine iti danisanlara tesaduf etmek cetin deyildir Iti temple danisarken sozler yarimciq teleffuz olunur Bele nitqi esitmek ve qavramaq cetin olur Sozlerin evveli ve ya axiri udulur sesler anlasilmir Nitqin ses medeniyyetiNitqin ses medeniyyeti dedikde bura artikulyasiya aparatininduzgun qurulmasi ses ve sozlerin durust teleffuz edilmesi unsiyyet seraitine gore sesin gucunun tenzimlenmesi nitq suretinin gozlenilmesi intonasiyaya ifadeliliye emel olunmasi nitqi esitme qabiliyyetinin yaradilmasi ve s daxildir Nitqin ses medeniyyeti ses cihazi onun funksiyasini normal sekilde yerine yetirmesi meselesi ile six baglidir Nefes ses ve s anlayislardan ibaret olan bu ses cihazi mueyyen qaydalar ve verdislerin mecmusu vasitesile dili konkret unsiyyet seraitinde reallasdirir Ses cihazi intonasiya pauza vurgu orfoepiya temp ritm tembr mimika hereket kimi anlayislarla birlesib nitqin texnikasi adli bir saheniteskil edir Hemin sahe nitq medeniyyetinin esas bolmelerinden biri olub sifahi nitqin daxili seslenen terefinin ifadelilik keyfiyyetinin yaranmasina xidmet edir Nitqin murekkeblesdirilmesiNitqin suni sekilde murekkeblesdirilmesi teessuf ki olduqca cox nezere carpir Son iller filologiya pedaqogika psixologiya sosiologiya ve s sahelere aid elmi metnler dilin ve uslubun murekkeblesmesi agirlasmasi ile seciyyelenir Sozler artiq fikirlerin ifade usulu elmi nailiyyetlerin oturme vasitesi kimi yox fikir yoxsullugunu bezen ise menasizligini perdelemek ucun bir vasite kimi cixis edir Bu ne qeder qeyri adi gorunse de hemin temayule dilci alimler de meyl gosterirler Natiq dinleyicinin basa duseceyi bir dilde danismali menasi cetin anlasilan soz ve soz birlesmelerini isletmekden cekinmelidir RitorikaCox vaxt ritorika belagetli nitq ile nitq medeniyyetini eynilesdirmisler Ritorika yunanca natiqlik haqqinda elm demekdir genis menada ise bedii nesr bedii oxuma seneti menasinda isledilir Qedim Yunan ve Roma natiqleri S Siseron Kvantilian ritorikani 5 hisseden ibaret hesab etmisler materialin tapilmasi secilmesi yerlesdirilmesi ardicilliq sozlerle ifadesi yuksek orta ve asagi uslubda ifade etmek habele sozlerin secilmesi yadda saxlamaq yada salmaq ve nitqin ifadesi Bu qedim senet novu insanlara boyuk hormet getirirdi Sonralar ise V Huqodan baslayaraq ritorika gurultulu ifadeler menasiz sozler yigini hay kuy menasinda islenmisdir Nitq medeniyyeti ise baslica olaraq ritorikani ozunde eks edirir Basqa sozle ritorikasiz nitq medeniyyeti ola bilmez Nitq medeniyyetinde etiketlerUnsiyyet zamani muraciet gezisme ayrilma tebrik ve s bu kimi formalara nitq etketleri ve ya nitq yarliqlari deyilir Nitq etiketleri xalqin milli medeniyyetine tefekkurune uygun olan ve nitq medeniyyetinin muhum bir gostericisi sayilir Nitq etiketlerinin asagidaki gostericileri var Muraciet etiketleri yasca boyuklere siz deye muraciet edilir gorusme etiketleri ayrilma tebrik alqislar xeyir dualar qargislar bed dualar soyusler kimi etiketler vardir Etiketlerin novlerine aid numuneler deyildiyine gore ferqlendirici hallari da diqqet cekir Bu etiketlerden yerli yerinde istifade unsiyyetin normal olmasina effektliyine tereflerin bir birini duzgun anlamasina semimi serait yaradir Danisiq zamani basqasinin heysiyyetine toxunan sexsiyyetini tehqir eden edeb qaydalarina uygun olmayan soz ve ifadelere meselen zirrama qurumsaq qanmaz anlamaz gopa basma iceri soxulmaq meymun kecel xosunlasmaq kellen haqqi boyuk fisqiriq burnunu soxmaq ekilmek mezelenmek anqirmaq bagirmaq soxusdurmaq burcutmaq aradan surusmek durtmek yemek menasinda sersem bosbogaz toqqanin altini berkitmek ozu dogub gobeyini ozu baglamaq ipli mixli yoxa cixmaq esseyin quyruguna baglamaq ve s yol verilmemelidir Bu cur sozler ve ifadeler hansi munasibetle deyilmesinden asili olmayaraq hemise boyuk naraziliqla qarsilanir ve cox zaman adamlarin incimesine bezen ise hetta savasmasina da sebeb olur IstinadlarMuellimin nitq medeniyyeti B ADPU 2003 168 s Agayev F Azerbaycan dilinin intonasiyasi Baki 1978 Stanislavski Menim sehne heyatim Baki 1963 Problemy kultury rechi M 1970 Ehmedov E Azerbaycan dili tedrisinin bezi meseleleri Baki 2007 Meherremli Q Televiziya dili avtoreferat Baki 2004 Akif Bayramov Ziyeddin Meherremov Mustafa Ġsgenderzade Azerbaycan dili ve nitq medeniyyeti ali mekteb telebeleri ucun ders vesaiti Baki ULU 2015 115 seh Akif Bayramov Ziyeddin Meherremov Mustafa Ġsgenderzade Azerbaycan dili ve nitq medeniyyeti ali mekteb telebeleri ucun ders vesaiti Baki ULU 2015 seh 184 Abdullayev Nadir Eziz oglu Nitq medeniyyetinin esaslari Ders vesaiti Baki 2013 seh 227