Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir.
Neolit | |
---|---|
Başlama tarixi | , , |
Bitmə tarixi | e.ə.69420 |
Əvvəlki | Mezolit |
Sonrakı | Mis dövrü |
Vikianbarda əlaqəli mediafayllar |
Bu dövrdə:
- Təbii sərvətlərdən istifadə üsulları formalaşdı
- Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi
- Toxa ilə torpağı şumlayırdılar
- İstehsal təsərrüfatın yarandı
- Əhali oturaq həyata keçdi
- Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı
- Sənətkarlıq yarandı
- Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər
- Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı
Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir
Neolit dövrünün əsas xüsusiyyətləri
Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır:
- "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu;
- daşların deşilməsi və cilalanması üsulları mənimsənildi;
- toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı;
- əhali oturaq həyata keçməyə başladı.
- evlər dairəvi formada idi.
Azərbaycanda neolit dövrü
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Ana zağa, Firuz, Böyükdağ), Naxçıvanda Kültəpə, həmçinin, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi bu dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq həyat keçirdiyini göstərir. Yaşayış yerlərinin əkinçilik və maldarlıq üçün əlverişli mövqelərdə yerləşməsi istehsal təsərrüfatının formalaşması ilə bağlı olmuşdur.
Qobustandan aşkar olunan toxayabənzər alətlər, sürtgəclər, oraq dişi kimi istifadə olunan mikrolit lövhələr istehsal təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin inkişafından xəbər verir. Qədim qobustanlılar toxaları başlıca olaraq çay daşlarından hazırlamışlar. Onlar düşərgəyə gətirdikləri yastı uzunsov, bir ucu enli daşları hər iki üzdən qəlpələr qoparmaqla işləmişlər. Əmək alətlərinin işlək tərəfi istifadə nəticəsində cilalanmışdır. Sürtkəc və dən daşlarının tapılması, nəinki dənli bitkilərin əkildiyini, həm də onların yaşayış yerlərində emal edildiyini deməyə əsas verir. Qobustanda əlində oraq tutan insan təsvirinin aşkar olunması əkinçiliyin təsərrüfatda mühüm yer tutduğunu,əkinçinin cəmiyyətdə müəyyən sosial mövqeyə malik olduğunu göstərir. Təsərrüfatın müəyyən sahəsini təşkil edən balıq ovunda qayıqlardan istifadə edilmişdir. Qayıqlar ağacların içərisinin oyulması ilə və ya qamışdan hazırlanmışdır. Əmək alətlərinin tipoloji analizi göstərir ki, mikrolitlərin bir qismindən ovçuluq və balıqçılıqda istifadə olunan silahlar hazırlanmışdır. Bu məqsədlə nizə ucları və qarpunlardan da istifadə olunmuşdur. Şübhəsiz ki, sahilboyu ərazidə yaşayan qobustanlıların təsərrüfatında balıqçılıq mühüm yer tutmuşdur. Qobustan abidələrinin tədqiqində İ.М.Cəfərzadənin, C.N.Rüstəmovun, F.М.Мuradovanın və digər alimlərimizin mühüm xidmətləri olmuşdur. C.Rüstəmovun fikrincə, heyvanların bir çoxu neolit dövründə əhliləşdirilmişdir. Heyvanların əhliləşdirilməsi istehsal təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlığın inkişafının əsasını təşkil etmişdir. Neolit dövrünün ən mühüm yeniliklərindən biri dulusçuluq və toxuculuğun meydana gəlməsidir. Qobustan və I Kültəpədən aşkar olunan keramika nümunələri gil qablarının hörmə üsulu ilə hazırlandığını və olduqca kobud olduğunu göstərir.
Neolit dövründə əvvəlki texniki üsullardan da istifadə edilmişdir. Qəlpələmə və sıxma retuş bu dövrdə əmək alətlərinin hazırlanmasında mühüm rol oynamışdır. Bu dövrdə insanlar daşın deşilməsi və cilalanması texnikasına yiyələnmişlər ki, bu da təsərrüfatda və məişətdə mühüm yeniliklərə səbəb olmuşdur. Daş alət əvvəlcə qəlpələnir, ona lazımi forma verilir, sıxma retuşla işlənir və cilalanırdı. Cilalanmış və deşik açılmış daş baltalardan ağac emalında istifadə olunmuşdur ki, bu da mənzillərin tikilməsini təkmilləşdirməyə imkan vermişdir. I Kültəpənin neolit təbəqəsindən aşkar olunan tikinti qalıqları bu dövrdə dördkünc formalı, yerüstü mənzillərin tikintisinin mənimsənildiyini deməyə əsas verir. I Kültəpə evləri başlıca olaraq möhrədən tikilmişdir.
Mənbə
V.Baxşəliyev. Azərbaycan arxeologiyası. I cild. Bakı,2006
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Neolit dovru e e VIII VI minillikleri ehate edir Yeni Das dovru kimi seciyyelenir NeolitBaslama tarixi Bitme tarixi e e 69420Evvelki MezolitSonraki Mis dovru Vikianbarda elaqeli mediafayllar Bu dovrde Tebii servetlerden istifade usullari formalasdi Ekincilik ve maldarliq inkisaf ederek esas mesguliyyet sahesine cevrildi Toxa ile torpagi sumlayirdilar Istehsal teserrufatin yarandi Ehali oturaq heyata kecdi Dulusculuq toxuculuq deriisleme yarandi Senetkarliq yarandi Saxsi qablari hazirlamagi daslari cilalamagi ve desmeyi oyrenmisdiler Emek aletleri caxmaqdasindan ve deve gozunden hazirlanirdi Neolit dovrune aid yasayis meskenlerinden toxalar oraqlar cekic balta den dasi surtgec dasi ve s tapilmisdir Neolit dovru Tovuz rayonunun Goytepe Agcabedi rayonunda yerlesen Kamiltepe Naxcivan Qobustan Gence Qazax rayonlarinda oyrenilmisdirNeolit dovrunun esas xususiyyetleriBu dovru seciyyelendiren diger xususiyyetler asagidakilardir Neolit inqilabi bas verdi insanlarin mesguliyyet saheleri icerisinde esas yeri istehsal teserrufatina daxil olan ekincilik ve maldarliq tutdu daslarin desilmesi ve cilalanmasi usullari menimsenildi toxuculuq yarandi ve saxsi qablar hazirlanmasina baslandi ehali oturaq heyata kecmeye basladi evler dairevi formada idi Azerbaycanda neolit dovruArxeoloji arasdirmalar gosterir ki e e VIII VI minilliklerde mezolit dovru neolit dovru ile evez olunmusdur Eger das dovrunun evvelki merhelelerinin mueyyen olunmasinda dasin islenmesi texnikasi esas goturulurduse neolit dovrunde bununla beraber istehsal teserrufatinin formalasmasi muhum ehemiyyet qazanir Hazirda tedqiqatcilar Neolit dovrunu iki merheleye bolurler keramikasiz neolit ve keramikali Neolit Neolit dovrune aid maddi medeniyyet numunelerine Damcili magarasinda Qobustan abidelerinde Ovcular zagasi Ana zaga Firuz Boyukdag Naxcivanda Kultepe hemcinin Qarakopektepe Yaniqtepe Haci Firuz Somutepe Toyretepe ve diger abidelerde rastlanmisdir Abidelerin tedqiqi bu dovrde insanlarin aciq dusergelerde mesken saldigini oturaq heyat kecirdiyini gosterir Yasayis yerlerinin ekincilik ve maldarliq ucun elverisli movqelerde yerlesmesi istehsal teserrufatinin formalasmasi ile bagli olmusdur Qobustandan askar olunan toxayabenzer aletler surtgecler oraq disi kimi istifade olunan mikrolit lovheler istehsal teserrufatinin esas sahelerinden biri olan ekinciliyin inkisafindan xeber verir Qedim qobustanlilar toxalari baslica olaraq cay daslarindan hazirlamislar Onlar dusergeye getirdikleri yasti uzunsov bir ucu enli daslari her iki uzden qelpeler qoparmaqla islemisler Emek aletlerinin islek terefi istifade neticesinde cilalanmisdir Surtkec ve den daslarinin tapilmasi neinki denli bitkilerin ekildiyini hem de onlarin yasayis yerlerinde emal edildiyini demeye esas verir Qobustanda elinde oraq tutan insan tesvirinin askar olunmasi ekinciliyin teserrufatda muhum yer tutdugunu ekincinin cemiyyetde mueyyen sosial movqeye malik oldugunu gosterir Teserrufatin mueyyen sahesini teskil eden baliq ovunda qayiqlardan istifade edilmisdir Qayiqlar agaclarin icerisinin oyulmasi ile ve ya qamisdan hazirlanmisdir Emek aletlerinin tipoloji analizi gosterir ki mikrolitlerin bir qisminden ovculuq ve baliqciliqda istifade olunan silahlar hazirlanmisdir Bu meqsedle nize uclari ve qarpunlardan da istifade olunmusdur Subhesiz ki sahilboyu erazide yasayan qobustanlilarin teserrufatinda baliqciliq muhum yer tutmusdur Qobustan abidelerinin tedqiqinde I M Ceferzadenin C N Rustemovun F M Muradovanin ve diger alimlerimizin muhum xidmetleri olmusdur C Rustemovun fikrince heyvanlarin bir coxu neolit dovrunde ehlilesdirilmisdir Heyvanlarin ehlilesdirilmesi istehsal teserrufatinin muhum sahelerinden biri olan heyvandarligin inkisafinin esasini teskil etmisdir Neolit dovrunun en muhum yeniliklerinden biri dulusculuq ve toxuculugun meydana gelmesidir Qobustan ve I Kultepeden askar olunan keramika numuneleri gil qablarinin horme usulu ile hazirlandigini ve olduqca kobud oldugunu gosterir Neolit dovrunde evvelki texniki usullardan da istifade edilmisdir Qelpeleme ve sixma retus bu dovrde emek aletlerinin hazirlanmasinda muhum rol oynamisdir Bu dovrde insanlar dasin desilmesi ve cilalanmasi texnikasina yiyelenmisler ki bu da teserrufatda ve meisetde muhum yeniliklere sebeb olmusdur Das alet evvelce qelpelenir ona lazimi forma verilir sixma retusla islenir ve cilalanirdi Cilalanmis ve desik acilmis das baltalardan agac emalinda istifade olunmusdur ki bu da menzillerin tikilmesini tekmillesdirmeye imkan vermisdir I Kultepenin neolit tebeqesinden askar olunan tikinti qaliqlari bu dovrde dordkunc formali yerustu menzillerin tikintisinin menimsenildiyini demeye esas verir I Kultepe evleri baslica olaraq mohreden tikilmisdir MenbeV Baxseliyev Azerbaycan arxeologiyasi I cild Baki 2006