Neft və milyonlar səltənətində tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film ndə istehsal edilmişdir. Sosial kinodram neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır.Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir. Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski, Vladimir Vyazemski və N. M. Dobrınin ifa edirlər.
Neft və milyonlar səltənətində | |
---|---|
rus. В царстве нефти и миллионов | |
Janr | dram |
Rejissor | Boris Svetlov |
Əsərin müəllifi | İbrahim bəy Musabəyov |
Ssenari müəllifi | Anna Panova-Potyomkina |
Baş rollarda | Hüseyn Ərəblinski Vladimir Lenin K.M.Piontkovskaya Regina Lazareva Yevgeni Muromski Y.S.Orlitskaya Y.V.İvanovski Vladimir Vyazemski |
Operator | Qriqori Lemberq |
İstehsalçı | |
İlk baxış tarixi | 1-ci seriya: 14 may 1916 2-ci seriya: 27 may 1916 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkələr | Rusiya imperiyası |
Dil | səssiz |
İl | 1916 |
Texniki məlumatlar | 2 Seriya 8 hissə (1-ci seriya-5 hissə, 2 seriya-3 hissə) |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0212583 |
Məzmun
Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın (Y. S. Orlitskaya) başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin (Vladimir Vyazemski) yanında işə düzəldir. Bir neçə ildən sonra Cəlilin anası vəfat edir. Cəlil evə qayıdır.
Cəlilgilin kasıb evi və bir parça torpağı varlı Lütfəli bəyin (Hüseyn Ərəblinski) geniş malikanəsinin yanında yerləşirdi.
Bir neçə il gəlib keçir, Abşeron torpağının hər yerində neft buruqları getdikcə artır… Buruqlar fontan vurur, sahibkarlara ağlagəlməz dərəcədə var-dövlət gətirir. Uzun danışıqlardan sonra Lütfəli bəylə Cəlil şərik olub, ikincinin həyətində bir neft quyusu qazdırırlar. Tezliklə yeni quyu fontan vurur, Cəlil varlanır; mülklər alır, gəmilər, mədənlər sahibi olur.
Qonşusu qocanın (Y. V. İvanovski) ölüm xəbərini eşidən Cəlil mərhumun evinə baş çəkir; qocanın qızı, onun uşaqlıq dostu Şəfiqəyə (K. M. Piontkovskaya) başsağlığı verməyə gedir… Şəfiqə böyümüş, gözəl bir qız olmuşdur… Cəlil və Şəfiqə evlənirlər.
Cəlil ata-baba adətinə zidd olaraq öz gənc yoldaşını başqalarından gizlətmir. Lütfəli bəy Şəfiqənin gözəlliyinə heyrandır. O, münasib vaxt tapıb öz məhəbbətini açır. Lakin Şəfiqə ona qapını göstərir.
Lütfəli bəy intiqam tələsi qurmağa başlayır; o, Cəlili məhv etməyi qət edir.
Lütfəli bəyin təsiri nəticəsində Cəlil sərxoşluğa, qumara və daha başqa pis əməllərə qurşanır, sirkdə atçapan gözəl bir qadınla (Regina Lazareva) tanış olur, ona külli miqdarda pul xərcləyir. Lütfəli bəylə əlbir olan atçapan qadın Cəlillə birlikdə səyahətə çıxır və onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.
Bu müddət ərzində Lütfəli bəy Cəlilin evini əlinə keçirir, Şəfiqəni qovur. Şəfiqə bir zamanlar əri ilə tacir Həsənin yanında qulluq edən qoca Qurbanın () evində özünə sığınacaq tapır. Cəlil Bakıya qayıdır. O, qadınını və oğlunu tapır. Lakin ailəsinin ağır günlərinə dözə bilməyən Cəlilin ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan hiyləgər Lütfəli bəy Şəfiqəyə evlənməyi təklif edir. Şəfiqə bu təklifi eşitcək səbri tükənir; bıçağı Lütfəli bəyin sinəsinə sancır…
Haqqında
- Film yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
- Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında "Fransız Elektrobioqrafı"nda (indiki "Köhnə univermaq") göstərilmişdir.
- Binəqədidə mədəndə baş verən yanğın da filmə daxil edilmişdir.
- Filmi müşayiət edən yazılar həm azərbaycan, həm də rus dillərində köhnə psixoloji və salon dram əsərləri ruhunda yazılmışdır.
- Film aktyor Hüseyn Ərəblinskinin kinoda ilk və son işidir.
- Film Məmməd Əlilinin kinoda ilk işidir.
- Film son illərə kimi Azərbaycanda çəkilən ilk film sayılırdı. Yəni Azərbaycan kinosunun tarixi 14 may 1916-cı ildən, bu filmin ilk dəfə göstərildiyi gündən hesablanırdı.
- Film "Piron qardaşları" şirkətinə məxsus idi.
- Filmi çəkmək üçün şirkət Peterburqdan rejissor Boris Svetlovu və operator Qriqori Lemberqi Bakıya dəvət etmişdi.
- Film Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində nümayiş etdirildi.
- Filmin titrləri azərbaycancadır.
- Balaxanı neft mədənlərində milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın zamanı sənədli surətdə lentə alınaraq filmə salınmışdır.
- Filmin qəzet reklamlarındakı "mədənlərdəki böyük yanğın dəxi göstəriləcəkdir" elanını təsdiq edən mədəndə yanğın kimi sensasiyalı reportaj süjeti bədii oyun kinodramaturgiyasının şərtiliyini pozur. "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar Qaryağdıoğlunun musiqi üçlüyünün ifası səssiz olduğundan, illüstrativ xarakter daşıyaraq üzvi şəkildə dramaturji struktura daxil ola bilmir.
- Film Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii filmdir.
- Film neft sahibkarlarının vəsaiti hesabına çəkilmişdir.
Filmin ekranlara buraxılması ilə əlaqədar "Baku" qəzetinin 14 may 1916-cı il sayında belə bir elan dərc edilmişdi: "Bu il mayın 14-dən "Neft və milyonlar səltənətində" filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İbrahim bəy Musabəyovun romanı (əslində povesti – A.K.) əsasında çəkilib… Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək." "Yeni iqbal" qəzetinin 1916-cı il 7 iyul tarixli nömrəsindəki elanda deyilir: "Elektroteatr "Edisson"un ekranında öz dostlarınızı və tanışlarınızı görəcəksiniz…", "Müsəlman artistlərindən Hüseyn Ərəblinski cənabları və qeyriləri iştirak edəcəkdirlər", "Görməyə təcil ediniz", "Ancaq dörd gündür", "Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir."
Filmdə təsvir olunan yanğınla bağlı mərdəkanlı M. Ağayev vaxtilə öz xatirəsini yazıb sənətşünas Nazim Sadıxova vermişdir. Xatirədə yazılmışdır: "İşdən evə təzəcə qayıtmışdım. Atı arabadan açmışdım. Qaş qaralmaq üzrə idi. Bir də gördüm ki, göyün üzündə nə isə qara ləkələr var, elə bil dumandır. Evin damına çıxdım. Çox uzaqdan qızartı gördüm. Qət etdim ki, yanğın Binəqədidədir. Atı qazalağa qoşub tələsik tərpəndim. Yolda nə isə hiss etmişdim ki, yanğın bizim mədəndədir. Yanğın yerinə çatdım, sahib də arada idi. Yanğın doğrudan da böyük idi. İşə girişdim. Mədəndə kənar adamlar çox idi. Hamı yanğını söndürməyə səy edirdi. Yanğınsöndürən arabalar bir-birini əvəz edir, adamlar torpaq dolu kisələri çox da enli olmayan taxtalar üzərindən keçirərək aparıb yanan buruğun üstünə atırdılar. Alov ətrafı yalayırdı… İsti adamın üzünə, boynuna vururdu. Kənarda bir qrup aparatla şəkil çəkirdi. Mən belə şəkil çəkən aparat birinci dəfə idi ki, görürdüm… Yanğın söndürüləndən sonra yoldaşlardan öyrəndim ki, həmin aparatla kino çəkirlərmiş. Sonra elanlardan birində oxudum ki, "Neft və milyonlar səltənətində" filmi nümayiş etdirilir. Mən bu filmə Parapet bağının yanında Azadov və İsgəndərovun evlərinin birinci mərtəbəsində yerləşən kino zalında tamaşa etdim. Yadımdadır, kino başlanmamışdan ekranın qabağında tarzən Bala Məlikov tar çalırdı, xanəndə Ələsgər də oxuyurdu. Film başlandı: şəhərin küçələri, tanış hadisələr, adamlar – hər şey çox maraqlı idi. Binəqədidəki yanğın və yanğınsöndürənlər də kinoya düşmüşdülər. Orada mən özümü də gördüm… Taxta körpü ilə boynumu istidən qoruyaraq gedirdim".
Bu filmin bukleti M.F.Axundov adına Respublika Kitabxanasının nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə filmin məzmunu Azərbaycan və rus dillərində yazılmış, filmdən fotoşəkillər çap olunmuşdur.
"Neft və milyonlar səltənətində" povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə "Qızıl uçurum" adı ilə yenidən ekranlarda nümayiş etdirilmişdir. Bu melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir.
İddialara görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan "Neft və milyonlar səltənətində" filmi də yanıb külə dönür. Amma kinoşünas Aydın Kazımzadə bu ehtimalı təkzib edərək bildirib: ""Filma" şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orda yoxdur."
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Boris Svetlov
- Ssenari müəllifi: Anna Panova-Potyomkina
- Əsərin müəllifi: İbrahim bəy Musabəyov
- Operator: Qriqori Lemberq
Rollarda
- Hüseyn Ərəblinski — Lütfəli bəy
- Vladimir Lenin — Cəlil
- K.M.Piontkovskaya — Şəfiqə
- Regina Lazareva — Olqa
- Yevgeni Muromski — Qurban
- Y.S.Orlitskaya — Cəlilin anası
- Y.V.İvanovski — Şəfiqənin atası
- Vladimir Vyazemski — dükançı Həsən
- N.M.Dobrınin — həkim
- Məmməd Əlili — mollaxana şagirdi
- Cabbar Qaryağdıoğlu — xanəndə
- Qurban Pirimov — Tarzən
- Mədətov — rəqqas
- Mirmahmud Kazımovski
- Məşədi Qulu — kamançaçı
Çəkilişlər
Məmməd Əlili: 1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: "Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M. Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adı "Neft və milyonlar səltənətində" idi. Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış səni də filmə çəksinlər. Bir neçə gündən sonra artist M. Muradov filmi çəkən rejissor B. Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim. Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin ən inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdir. C. Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə-dörd aya çəkib başa vurdular.
Qurban Pirimov: Filmin "Toy" və "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. Hüseyn Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı.
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.20.
- Kazımzadə, A. "Neft və milyonlar səltənətində" filminin 95 yaşı tamam olur //Mədəniyyət.- 2010.- 4 avqust.- S. 10.
- "Azərbaycan bədii kinosu (1920–1935-ci illər) [Mətn] /N. Sadıxov ; red. C. Cəfərov ; AzSSR EA Memarlıq və İncəsənət İn-tu". 2018-05-22 tarixində . İstifadə tarixi: 2017-08-08.
- Azərbaycan kino tarixi oçerkləri. Bakı: 2001.- səh. 15.
- "Yeni iqbal" qəzeti. 7 iyul 1916-cı il. № 354
- Aydın Dadaşov "Ssenari yaradıcılığı", Bakı, BDU Nəşriyyatı, 2001, səh 22.
- ""Neft və milyonlar səltənətində" – 100". 2017-09-12 tarixində . İstifadə tarixi: 2017-08-08.
- Azərbaycanın İlk səssiz filmi "Neft və milyonlar səltənətində"[ölü keçid]
- Sarabski, Hüseynqulu. Köhnə Bakı (az.). Bakı: Qanun nəşriyyatı. 2019. 126.
Mənbə
- "Yeni iqbal" qəzeti, 20 may 1916-cı il, № 313.
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. Birinci cild. Bakı: Lider, 2004.- səh. 369–370.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.
- Художественные фильмы дореволюционной России. Век Вишневский. Москва 1945. стр. 87
Xarici keçidlər
- О фильме "В царстве нефти и миллионов" (Neft və milyonlar səltənətində, 1916)
- "Azərbaycanın İlk səssiz filmi "Neft və milyonlar səltənətində"" (az.). azens.az. 2017-09-12 tarixində . İstifadə tarixi: 2017-09-13.
- Aydın Kazımzadə. ""Neft və milyonlar səltənətində" – 100" (az.). kaspi.az. 2015-05-21. 2017-09-12 tarixində . İstifadə tarixi: 2017-09-13.
- Sevda İsmayıllı. "Bakıya «Neft və milyonlar səltənəti» adını kim verib?" (az.). azadliq.org. 2009-05-14. 2017-09-12 tarixində . İstifadə tarixi: 2017-09-12.
- Lalə. "Yüz yaşlı ilk filmimiz" (az.). medeniyyet.az. 2016-12-30. 2017-09-12 tarixində . İstifadə tarixi: 2017-09-13.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Neft ve milyonlar seltenetinde tammetrajli bedii filmi rejissor Boris Svetlov terefinden 1916 ci ilde ekranlasdirilmisdir Film Filma Sehmdar Cemiyyetinde istehsal edilmisdir Sosial kinodram neft Bakisinin XX esrin evvellerindeki heyatini Baki muselman milyoncularinin meisetini bir parca corek ucun neft medenlerinde en cetin seraitde isleyib yasayan fehlelerin agir guzeranini ekranda canlandirmisdir Filmde bas veren butun ehvalatlar eserin qehremani Celilin Vladimir Lenin taleyi fonunda cereyan edir Tesaduf neticesinde yoxsul ve kimsesiz Celilin varli bir neft sahibkarina cevrilmesi Lutfeli Huseyn Ereblinski kimi pozgun ve qeddar neft milyoncusu ile dostluq etmesi onu neinki muflislesdirir hetta mehv edir Burjua cemiyyetinin ali tebeqesine qeder yukselen kasib balasinin burada ozune yer tapa bilmemesi ve buna menen hazir olmamasi onun faciesi ile neticelenir Filmde esas rollari Huseyn Ereblinski Vladimir Lenin K M Piontkovskaya Regina Lazareva Yevgeni Muromski Y S Orlitskaya Y V Ivanovski Vladimir Vyazemski ve N M Dobrinin ifa edirler Neft ve milyonlar seltenetinderus V carstve nefti i millionovJanr dramRejissor Boris SvetlovEserin muellifi Ibrahim bey MusabeyovSsenari muellifi Anna Panova PotyomkinaBas rollarda Huseyn Ereblinski Vladimir Lenin K M Piontkovskaya Regina Lazareva Yevgeni Muromski Y S Orlitskaya Y V Ivanovski Vladimir VyazemskiOperator Qriqori LemberqIstehsalci Filma Sehmdar CemiyyetiIlk baxis tarixi 1 ci seriya 14 may 1916 2 ci seriya 27 may 1916Filmin novu tammetrajli bedii filmOlkeler Rusiya imperiyasiDil sessizIl 1916Texniki melumatlar 2 Seriya 8 hisse 1 ci seriya 5 hisse 2 seriya 3 hisse Reng ag qaraCekilis yeri BakiIMDb ID0212583MezmunEsas meqale Neft ve milyonlar seltenetinde Baki seherinin yaxinliginda yasayan yoxsul bir dul qadin Y S Orlitskaya basqalarinin yaninda qulluqculuq etmekle ailesini gucle dolandirir Ana mekteb yasina catmis oglunu medreseye qoyur Lakin az sonra onu medreseden cixarirlar Elacsiz qalan qadin oglunu tacir Hesenin Vladimir Vyazemski yaninda ise duzeldir Bir nece ilden sonra Celilin anasi vefat edir Celil eve qayidir Celilgilin kasib evi ve bir parca torpagi varli Lutfeli beyin Huseyn Ereblinski genis malikanesinin yaninda yerlesirdi Bir nece il gelib kecir Abseron torpaginin her yerinde neft buruqlari getdikce artir Buruqlar fontan vurur sahibkarlara aglagelmez derecede var dovlet getirir Uzun danisiqlardan sonra Lutfeli beyle Celil serik olub ikincinin heyetinde bir neft quyusu qazdirirlar Tezlikle yeni quyu fontan vurur Celil varlanir mulkler alir gemiler medenler sahibi olur Qonsusu qocanin Y V Ivanovski olum xeberini esiden Celil merhumun evine bas cekir qocanin qizi onun usaqliq dostu Sefiqeye K M Piontkovskaya bassagligi vermeye gedir Sefiqe boyumus gozel bir qiz olmusdur Celil ve Sefiqe evlenirler Celil ata baba adetine zidd olaraq oz genc yoldasini basqalarindan gizletmir Lutfeli bey Sefiqenin gozelliyine heyrandir O munasib vaxt tapib oz mehebbetini acir Lakin Sefiqe ona qapini gosterir Lutfeli bey intiqam telesi qurmaga baslayir o Celili mehv etmeyi qet edir Lutfeli beyin tesiri neticesinde Celil serxosluga qumara ve daha basqa pis emellere qursanir sirkde atcapan gozel bir qadinla Regina Lazareva tanis olur ona kulli miqdarda pul xercleyir Lutfeli beyle elbir olan atcapan qadin Celille birlikde seyahete cixir ve onun pullarini goturub qacir Celil ayilib ozunu muflis gorur Bu muddet erzinde Lutfeli bey Celilin evini eline kecirir Sefiqeni qovur Sefiqe bir zamanlar eri ile tacir Hesenin yaninda qulluq eden qoca Qurbanin evinde ozune siginacaq tapir Celil Bakiya qayidir O qadinini ve oglunu tapir Lakin ailesinin agir gunlerine doze bilmeyen Celilin ureyi partlayir Celilin olumunden xeber tutan hiyleger Lutfeli bey Sefiqeye evlenmeyi teklif edir Sefiqe bu teklifi esitcek sebri tukenir bicagi Lutfeli beyin sinesine sancir HaqqindaFayl Neft ve milyonlar seltenetinde film 1916 kadr jpgFilmden kadrFilm yazici Ibrahim bey Musabeyovun eyniadli povesti esasinda ekranlasdirilmisdir Film ilk defe Haci Zeynalabdin Tagiyevin pasajinda Fransiz Elektrobioqrafi nda indiki Kohne univermaq gosterilmisdir Bineqedide medende bas veren yangin da filme daxil edilmisdir Filmi musayiet eden yazilar hem azerbaycan hem de rus dillerinde kohne psixoloji ve salon dram eserleri ruhunda yazilmisdir Film aktyor Huseyn Ereblinskinin kinoda ilk ve son isidir Film Memmed Elilinin kinoda ilk isidir Film son illere kimi Azerbaycanda cekilen ilk film sayilirdi Yeni Azerbaycan kinosunun tarixi 14 may 1916 ci ilden bu filmin ilk defe gosterildiyi gunden hesablanirdi Film Piron qardaslari sirketine mexsus idi Filmi cekmek ucun sirket Peterburqdan rejissor Boris Svetlovu ve operator Qriqori Lemberqi Bakiya devet etmisdi Film Bakidan basqa Zaqafqaziya ve Orta Asiyanin bir cox seherlerinde numayis etdirildi Filmin titrleri azerbaycancadir Balaxani neft medenlerinde milyoncu Selimovun neheng neft sahelerindeki yangin zamani senedli suretde lente alinaraq filme salinmisdir Filmin qezet reklamlarindaki medenlerdeki boyuk yangin dexi gosterilecekdir elanini tesdiq eden medende yangin kimi sensasiyali reportaj sujeti bedii oyun kinodramaturgiyasinin sertiliyini pozur Toy ve Kazinoda senlik epizodlarinda xanende Cabbar Qaryagdioglunun musiqi ucluyunun ifasi sessiz oldugundan illustrativ xarakter dasiyaraq uzvi sekilde dramaturji struktura daxil ola bilmir Film Azerbaycan kinosu tarixinde ilk tammetrajli bedii filmdir Film neft sahibkarlarinin vesaiti hesabina cekilmisdir Filmin ekranlara buraxilmasi ile elaqedar Baku qezetinin 14 may 1916 ci il sayinda bele bir elan derc edilmisdi Bu il mayin 14 den Neft ve milyonlar seltenetinde filminin 1 ci seriyasi numayis etdirilecek Kinodram Ibrahim bey Musabeyovun romani eslinde povesti A K esasinda cekilib Film tammetrajli olduguna gore her axsam yalniz uc seans gosterilecek Yeni iqbal qezetinin 1916 ci il 7 iyul tarixli nomresindeki elanda deyilir Elektroteatr Edisson un ekraninda oz dostlarinizi ve tanislarinizi goreceksiniz Muselman artistlerinden Huseyn Ereblinski cenablari ve qeyrileri istirak edecekdirler Gormeye tecil ediniz Ancaq dord gundur Medenlerde vaqe olmus boyuk yangin dexi gosterilecekdir Filmde tesvir olunan yanginla bagli merdekanli M Agayev vaxtile oz xatiresini yazib senetsunas Nazim Sadixova vermisdir Xatirede yazilmisdir Isden eve tezece qayitmisdim Ati arabadan acmisdim Qas qaralmaq uzre idi Bir de gordum ki goyun uzunde ne ise qara lekeler var ele bil dumandir Evin damina cixdim Cox uzaqdan qizarti gordum Qet etdim ki yangin Bineqedidedir Ati qazalaga qosub telesik terpendim Yolda ne ise hiss etmisdim ki yangin bizim medendedir Yangin yerine catdim sahib de arada idi Yangin dogrudan da boyuk idi Ise girisdim Medende kenar adamlar cox idi Hami yangini sondurmeye sey edirdi Yanginsonduren arabalar bir birini evez edir adamlar torpaq dolu kiseleri cox da enli olmayan taxtalar uzerinden kecirerek aparib yanan burugun ustune atirdilar Alov etrafi yalayirdi Isti adamin uzune boynuna vururdu Kenarda bir qrup aparatla sekil cekirdi Men bele sekil ceken aparat birinci defe idi ki gorurdum Yangin sondurulenden sonra yoldaslardan oyrendim ki hemin aparatla kino cekirlermis Sonra elanlardan birinde oxudum ki Neft ve milyonlar seltenetinde filmi numayis etdirilir Men bu filme Parapet baginin yaninda Azadov ve Isgenderovun evlerinin birinci mertebesinde yerlesen kino zalinda tamasa etdim Yadimdadir kino baslanmamisdan ekranin qabaginda tarzen Bala Melikov tar calirdi xanende Elesger de oxuyurdu Film baslandi seherin kuceleri tanis hadiseler adamlar her sey cox maraqli idi Bineqedideki yangin ve yanginsondurenler de kinoya dusmusduler Orada men ozumu de gordum Taxta korpu ile boynumu istiden qoruyaraq gedirdim Bu filmin bukleti M F Axundov adina Respublika Kitabxanasinin nadir nusxeler sobesinde saxlanilir Bukletde filmin mezmunu Azerbaycan ve rus dillerinde yazilmis filmden fotosekiller cap olunmusdur Neft ve milyonlar seltenetinde povestinin motivleri esasinda cekilmis filmin ikinci varianti 1980 ci ilde Qizil ucurum adi ile yeniden ekranlarda numayis etdirilmisdir Bu melodramin quruluscu rejissoru Fikret Eliyevdir Iddialara gore 1918 ci il hadiseleri vaxti Tagiyev teatri novbeti defe yananda teatrda olan Neft ve milyonlar seltenetinde filmi de yanib kule donur Amma kinosunas Aydin Kazimzade bu ehtimali tekzib ederek bildirib Filma sirketinin oz ofisi varken filmi niye teatrda saxlamaliydi ki Ola bilsin ki film Rusiyanin kino arxivinde olub Sonralar yararsiz hala dusduyunden atilib Hazirda orda yoxdur Filmin heyetiFilm uzerinde isleyenler Rejissor Boris Svetlov Ssenari muellifi Anna Panova Potyomkina Eserin muellifi Ibrahim bey Musabeyov Operator Qriqori LemberqRollardaHuseyn Ereblinski Lutfeli bey Vladimir Lenin Celil K M Piontkovskaya Sefiqe Regina Lazareva Olqa Yevgeni Muromski Qurban Y S Orlitskaya Celilin anasi Y V Ivanovski Sefiqenin atasi Vladimir Vyazemski dukanci Hesen N M Dobrinin hekim Memmed Elili mollaxana sagirdi Cabbar Qaryagdioglu xanende Qurban Pirimov Tarzen Medetov reqqas Mirmahmud Kazimovski Mesedi Qulu kamancaciCekilislerMemmed Elili 1915 ci il idi Bir gun dostum Cefer Cabbarli mene dedi Memmed aga artist Murad Muradov mene deyib ki Peterburqdan kino cekmek ucun Bakiya bir deste gelecek Ele de oldu Bakida rejissor Boris Svetlov olmaqla kino ceken deste artist M Muradovun mesleheti ile istedadli tragik Huseyn Ereblinskini bas rolda cekilmeye devet etdi Filmin adi Neft ve milyonlar seltenetinde idi Cefer mene dedi ki kinonun menzere hisseleri Baki seherinde neft medenleri ise Balaxani kendinde cekilecek Sen Balaxanida oxumusan o yerleri yaxsi bilirsen Onlara cox komeyin deye biler Eminem ki onlar sizin de mollaxanaya gelecekler Calis seni de filme ceksinler Bir nece gunden sonra artist M Muradov filmi ceken rejissor B Svetlovla bizim mollaxanaya geldiler Sinaq cekilisleri ucun bes nefer usaq secdiler Artiq yasim otduyu ucun Celilin usaqliq roluna yaramadim Amma kutlevi sehnede cekildim Maraqlisi odur ki filmin cekilisinin axirina kimi men bir nov qeyri resmi rejissor komekcisi isledim Murad Muradovun xususile Ceferin filmi ceken desteye cox komeyi olurdu Filmin en inandirici sehnelerinden biri Bayil terefde cekilmisdir C Cabbarlinin mesleheti ile yuxari mehellenin arvad usaqlarini xalca palaz yumaq ucun Bayila getirtdirirdim O vaxtlar hele Bakiya cekilen Sollar suyu gelmediyinden ehali quyulardan istifade edirdi ve bu suyu sehenglerde evlere dasiyirdilar Bu sehneler filmde cox inandirici cixmisdi Filmi cox qisa muddete dord aya cekib basa vurdular Qurban Pirimov Filmin Toy ve Kazinoda senlik epizodlarinda xanende Cabbar ile men de cekilmisdim Men calirdim Cabbar oxuyurdu Huseyn Ereblinskinin oynamasi menim cox xosuma gelirdi Lutfeli beyin par par parildayan faytondan dusmesi indiki kimi yadimdadir Onun iti baxislari ele bil gozumun qabagindadir Lutfeli beyin obrazi Ereblinskiye cox yarasirdi IstinadlarAydin Kazimzade Azerbaycan kinosu 1 filmlerin izahli kataloqu 1898 2002 Baki 2003 seh 20 Kazimzade A Neft ve milyonlar seltenetinde filminin 95 yasi tamam olur Medeniyyet 2010 4 avqust S 10 Azerbaycan bedii kinosu 1920 1935 ci iller Metn N Sadixov red C Ceferov AzSSR EA Memarliq ve Incesenet In tu 2018 05 22 tarixinde Istifade tarixi 2017 08 08 Azerbaycan kino tarixi ocerkleri Baki 2001 seh 15 Yeni iqbal qezeti 7 iyul 1916 ci il 354 Aydin Dadasov Ssenari yaradiciligi Baki BDU Nesriyyati 2001 seh 22 Neft ve milyonlar seltenetinde 100 2017 09 12 tarixinde Istifade tarixi 2017 08 08 Azerbaycanin Ilk sessiz filmi Neft ve milyonlar seltenetinde olu kecid Sarabski Huseynqulu Kohne Baki az Baki Qanun nesriyyati 2019 126 Menbe Yeni iqbal qezeti 20 may 1916 ci il 313 Semseddin Abbasov Sovet Azerbaycaninin kinosu Kommunist 1958 29 avqust Azerbaycan SSR Elmler Akademiyasi Memarliq ve Incesenet Institutu Nazim Sadixov Azerbaycan bedii kinosu 1920 1935 ci iller Baki Elm 1970 Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 12 Aydin Kazimzade Azerbaycan kinosu Filmlerin izahli kataloqu 1898 2002 2 cildde 1 ci cild Baki Nagil evi 2003 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Iki cildde Birinci cild Baki Lider 2004 seh 369 370 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 13 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 812 Aydin Kazimzade Bu bele olub Azerbaycan kinosu 110 Cinema News jurnali 2008 iyun seh 10 11 Hudozhestvennye filmy dorevolyucionnoj Rossii Vek Vishnevskij Moskva 1945 str 87Xarici kecidlerO filme V carstve nefti i millionov Neft ve milyonlar seltenetinde 1916 Azerbaycanin Ilk sessiz filmi Neft ve milyonlar seltenetinde az azens az 2017 09 12 tarixinde Istifade tarixi 2017 09 13 Aydin Kazimzade Neft ve milyonlar seltenetinde 100 az kaspi az 2015 05 21 2017 09 12 tarixinde Istifade tarixi 2017 09 13 Sevda Ismayilli Bakiya Neft ve milyonlar selteneti adini kim verib az azadliq org 2009 05 14 2017 09 12 tarixinde Istifade tarixi 2017 09 12 Lale Yuz yasli ilk filmimiz az medeniyyet az 2016 12 30 2017 09 12 tarixinde Istifade tarixi 2017 09 13 Hemcinin baxNeft ve milyonlar seltenetinde