Bu məqalə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Naxçıvan Muxtar Diyarı — Naxçıvan SSR-nin Azərbaycan SSR tərkibində muxtariyyəti statusunun rəsmiləşdirilməsinin növbəti mərhələsində (1923, 27 fevral — 1924, 9 fevral) totalitar sovet rejiminin təzyiqi altında yaradılmış muxtar qurum; Moskva müqaviləsinin (1921) və Qars müqaviləsinin (1921) şərtlərinin ziddinə olaraq Naxçıvan SSR muxtariyyətinin məhdudlaşdırılmasını, onun Naxçıvan SSR muxtariyyətinin Azərbaycan SSR-nin protektoratlığı altında təşkil edilməsini deyil, diyarın məhdud muxtar vilayət hüququnda ona birləşdirilməsini nəzərdə tuturdu.
Muxtar Diyar | |
Naxçıvan Muxtar Diyarı | |
---|---|
«Бүтүн өлкәләрин пролетарлары, бирләшин! (Bütün ölkələrin proletarları, birləşin!)» | |
| |
Ən böyük şəhər | Culfa, Ordubad, Şərur |
Rəsmi dilləri | Azərbaycan dili Rus dili |
Dövlət dini | Ateizm |
Tarixi | |
• 9 fevral1924 | MSSR-nın yaradılması |
Yaranması
İlk dəfə 1922 ilin dekabrında Cənubi Qafqaz (Zaqafqaziya) I Sovetlər qurultayında irəli sürülmüş və müvafiq qərar qəbul edilmiş, 1923 ilin yanvarında isə RK(b)P Cənubi Qafqaz Diyar Komitəsi həmin məsələni müzakirə edərək Cənubi Qafqaz I Sovetlər qurultayının qərarına əsasən Naxçıvan SSR-i muxtar vilayətə çevirməyi AK(b)P MK-ya tövsiyə etmişdi. Bundan sonra nəhəng təbliğat maşını işə salınmış, AK(b)P Naxçıvan Diyar Komitəsinin 1923 il 5 fevral tarixli qərarı ilə həmin məsələ “ümumxalq müzakirəsinə” verilmiş və “zəhmətkeşlər tərəfindən yekdilliklə bəyənildikdən” sonra AK(b)P Naxçıvan Diyar Komitəsinin Rəyasət Heyətində (20 fevral) və AK(b)P Naxçıvan diyar təşkilatının III qurultayında (23 fevral) təsdiq edilmişdi. III Ümumnaxçıvan Sovetlər qurultayı (1923, 27 fevral) partiya orqanlarının həmin qərarını “müzakirə edərək” Naxçıvan SSR-in muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilməsi barədə müvafiq qətnamə və bəyannamə qəbul etmişdi.
Fəaliyyəti
Qurultayın qərarı ilə Naxçıvan MİK-i, XKS-i və bütün komissarlıqları buraxılmış, diyarı idarə etmək üçün 17 üzv və 7 namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi (NDİK) seçilmişdi; Naxçıvan, Şərur və Ordubad qəzaları ləğv edilmiş və N.M.D- nın bütün ərazisi altı dairəyə — Tumbul, Cəhri, Əbrəqunus, Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdü.1923 il iyunun 16-da Azərbaycan MİK-in sessiyası Naxçıvan Sovetlər qurultayının Naxçıvan diyarının muxtariyyət hüquqları əsasında Azərbaycan SSR-in tərkibinə daxil edilməsi haqqında xahişini bəyənərək N.M.D. haqqında Əsasnamə qəbul etmişdi. Diyarda ali hakimiyyət orqanı NDİK tərəfindən ildə bir dəfə çağırılan Naxçıvan Diyar Sovetlər Qurultayı (NDSQ) idi. Ali icraedici və sərəncamverici orqan sayılan NDİK NDSQ qarşısında hesabat verirdi. Naxçıvan SSR-in ləğv edilmiş xalq komissarlıqları əvəzinə NDİK-in torpaq, daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və s. şöbələri yaradıldı.N.M.D. daha çox inzibati-ərazi muxtariyyəti prinsiplərinə uyğun idi və yüksək milli- ərazi muxtariyyəti tələblərinə az cavab verirdi. Halbuki ərazicə Azərbaycan-dan ayrı salınmış Naxçıvan diyarına geniş səlahiyyətli siyasi hüquqlar verilməsi bilavasitə 1921 il Moskva və Qars müqavilələrinin şərtlərindən irəli gəlirdi.
Naxçıvan MSSR-ə çevrilməsi
Naxçıvanın muxtariyyəti məsələsinə yenidən baxılması, görünür, elə məhz bu zərurətdən doğmuşdu. 1923 il dekabrın 31-də Azərbaycan MİK N.M.D.-nın Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar qəbul etdi; qərar Cənubi Qafqaz MİK-in yanvar 1924 il tarixli birinci plenumunda təsdiq edildi. Azərbaycan SSR MİK-in 9 fevral 1924 il tarixli dekreti ilə N.M.D-nın Naxçıvan MSSR-ə çevrilməsi təsbit edildi.
İstinadlar
- S a d ı q o v S., Naxçıvan Muxtar Respublikası tarixindən, Б., 1995.
- M ə d ə t о v Q. Ə., Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili, Б., 1958
- Naxçıvan ensiklopediyası II cilddə II cild Naxçıvan 2005
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Naxcivan Muxtar Sovet Sosialist Respublikasi meqalesine cox yaxindir ve her ikisinin eyni basliq altinda birlesdirilmesi mumkundur Naxcivan Muxtar Diyari Naxcivan SSR nin Azerbaycan SSR terkibinde muxtariyyeti statusunun resmilesdirilmesinin novbeti merhelesinde 1923 27 fevral 1924 9 fevral totalitar sovet rejiminin tezyiqi altinda yaradilmis muxtar qurum Moskva muqavilesinin 1921 ve Qars muqavilesinin 1921 sertlerinin ziddine olaraq Naxcivan SSR muxtariyyetinin mehdudlasdirilmasini onun Naxcivan SSR muxtariyyetinin Azerbaycan SSR nin protektoratligi altinda teskil edilmesini deyil diyarin mehdud muxtar vilayet huququnda ona birlesdirilmesini nezerde tuturdu Muxtar DiyarNaxcivan Muxtar Diyari Bүtүn olkәlәrin proletarlary birlәshin Butun olkelerin proletarlari birlesin 27 fevral 1923 9 fevral 1924En boyuk seher Culfa Ordubad SerurResmi dilleri Azerbaycan dili Rus diliDovlet dini AteizmTarixi 9 fevral1924 MSSR nin yaradilmasiYaranmasiIlk defe 1922 ilin dekabrinda Cenubi Qafqaz Zaqafqaziya I Sovetler qurultayinda ireli surulmus ve muvafiq qerar qebul edilmis 1923 ilin yanvarinda ise RK b P Cenubi Qafqaz Diyar Komitesi hemin meseleni muzakire ederek Cenubi Qafqaz I Sovetler qurultayinin qerarina esasen Naxcivan SSR i muxtar vilayete cevirmeyi AK b P MK ya tovsiye etmisdi Bundan sonra neheng tebligat masini ise salinmis AK b P Naxcivan Diyar Komitesinin 1923 il 5 fevral tarixli qerari ile hemin mesele umumxalq muzakiresine verilmis ve zehmetkesler terefinden yekdillikle beyenildikden sonra AK b P Naxcivan Diyar Komitesinin Reyaset Heyetinde 20 fevral ve AK b P Naxcivan diyar teskilatinin III qurultayinda 23 fevral tesdiq edilmisdi III Umumnaxcivan Sovetler qurultayi 1923 27 fevral partiya orqanlarinin hemin qerarini muzakire ederek Naxcivan SSR in muxtar diyar huququnda Azerbaycan SSR in terkibine daxil edilmesi barede muvafiq qetname ve beyanname qebul etmisdi FealiyyetiQurultayin qerari ile Naxcivan MIK i XKS i ve butun komissarliqlari buraxilmis diyari idare etmek ucun 17 uzv ve 7 namizedden ibaret Naxcivan Diyar Icraiyye Komitesi NDIK secilmisdi Naxcivan Serur ve Ordubad qezalari legv edilmis ve N M D nin butun erazisi alti daireye Tumbul Cehri Ebrequnus Sahtaxti Norasen ve Ordubad dairelerine bolunmusdu 1923 il iyunun 16 da Azerbaycan MIK in sessiyasi Naxcivan Sovetler qurultayinin Naxcivan diyarinin muxtariyyet huquqlari esasinda Azerbaycan SSR in terkibine daxil edilmesi haqqinda xahisini beyenerek N M D haqqinda Esasname qebul etmisdi Diyarda ali hakimiyyet orqani NDIK terefinden ilde bir defe cagirilan Naxcivan Diyar Sovetler Qurultayi NDSQ idi Ali icraedici ve serencamverici orqan sayilan NDIK NDSQ qarsisinda hesabat verirdi Naxcivan SSR in legv edilmis xalq komissarliqlari evezine NDIK in torpaq daxili isler sehiyye maarif sosial teminat ticaret ve s sobeleri yaradildi N M D daha cox inzibati erazi muxtariyyeti prinsiplerine uygun idi ve yuksek milli erazi muxtariyyeti teleblerine az cavab verirdi Halbuki erazice Azerbaycan dan ayri salinmis Naxcivan diyarina genis selahiyyetli siyasi huquqlar verilmesi bilavasite 1921 il Moskva ve Qars muqavilelerinin sertlerinden ireli gelirdi Naxcivan MSSR e cevrilmesiNaxcivanin muxtariyyeti meselesine yeniden baxilmasi gorunur ele mehz bu zeruretden dogmusdu 1923 il dekabrin 31 de Azerbaycan MIK N M D nin Azerbaycan SSR terkibinde Naxcivan MSSR e cevrilmesi haqqinda qerar qebul etdi qerar Cenubi Qafqaz MIK in yanvar 1924 il tarixli birinci plenumunda tesdiq edildi Azerbaycan SSR MIK in 9 fevral 1924 il tarixli dekreti ile N M D nin Naxcivan MSSR e cevrilmesi tesbit edildi IstinadlarS a d i q o v S Naxcivan Muxtar Respublikasi tarixinden B 1995 M e d e t o v Q E Naxcivanda Sovet hakimiyyetinin qelebesi ve Naxcivan MSSR in teskili B 1958 Naxcivan ensiklopediyasi II cildde II cild Naxcivan 2005