Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır.
Məzmunu
"Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi.
Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır. O, cəhalət və nadanlığı konkret tənqid obyekti kimi götürmüşdür. Mədəni geriliyin, savadsızlığın yeni tarixi şəraitdə xalqın inkişafı yolunda maneəyə çevrildiyini, onun göz açmasına imkan vermədiyini görən yazıçı nadanlığı müsəlman aləminin ən böyük bəlası hesab etmişdir.
Nəriman Nərimanov "Nadanlıq" komediyasında yoxsul kəndlilərin əksəriyyətinin şüuruna, varlığına və mənəviyyatına hakim kəsilmiş avamlığın böyük fəlakətlərə səbəb olduğunu inandırıcı surətdə açıb göstərməyi qarşısına məqsəd qoymuşdu. O, əsərin müqəddiməsində yazırdı :
Hər millətin qabağa getməyinə səbəb mədəniyyətdir. Və məlumdur ki, bizim müsəlman millətinin arasında mədəniyyət və mərifət nəhayətdə az yayılıbdır, ona görədir ki, bizlər zindəganımızda tövrbətövr bəlalara giriftar və mübtəla oluruq, bu səbəbdən biz müsəlman qardaşlara lazım gəlir ki, bizdən artıq mərifətli olan qonşulara və millətlərə baxıb mərifət cəhətincə onların yolu ilə gedək, xüsusilə bizim Qafqaz əhli ki, illərlə günlərini quldurluqda, adam öldürməkdə keçirirlər.. Bu tövr rəftar insanı bilmərrə hörmətdən salıb zindəganı həməvəqt pislik ilə keçir və axırda nadanlıq onu puç edir, necə ki, təvarixdən görürük: hansı millət ki, elm və mərifət dalınca düşüb, indi bu zəmanədə xoşbəxtlik ilə gün keçirir, əmma millət ki, elmdən və mərifətdən qaçaq düşüb, bu zəmanədə zəlil olubdur. |
"Nadanlıq" komediyasında irəli sürülən məsələlər tarixi ictimai şəraitin tələblərindən irəli gəlirdi. O dövrdə Azərbaycan kəndlilərinin savadsızlığı, nadanlığı və cəhalətdə yaşaması onları ümumi mədəni tərəqqidən geri qoyurdu. N. Nərimanov öz dram əsərləri ilə kütlələri qəflətdən ayıltmağı ən vacib vətəndaşlıq borcu bilirdi.
Obrazlar
- Məhəmmədağa — kənd müəllimi, cavan oğlan, rus paltarında
- Namaz — Məhəmmədağanın nökəri
- Qurbanəli, Niyazəli, Ağakişi, Hacı Abdulla — kəndin mütəşəxxis adamları, 40 və 50 yaşında, çöl libasında
- Koxa — kəndin yüzbaşısı
- Ömər — Hacı Abdullanın böyük oğlu, oxumuş cavan, çərkəzi libasda
- Vəli — Hacı Abdullanın kiçik oğlu
- Əhməd — Hacı Abdullanın nökəri
- Yetər — Hacı Abdullanın arvadı, 40 yaşında, çöl libasında
- Gülpəri — Qurbanəlinin arvadı, 40 yaşında, çöl libasında
- Molla Qasım — kənd mollası, İran libasında
- Mənsur, Şamil, Pirverdi, İsmayıl — Vəlinin qoçaq yoldaşları, hamısı yaraqlı.
İstinadlar
- Teymur Əhmədov. Nəriman Nərimanov, Seçilmiş əsərləri (PDF). Bakı: "Lider nəşriyyat". 2004. səh. 21.
- "Nəriman Nərimanov Tarixdə" (Azərbaycan dili). axar.az. 26 avqust 2019 tarixində .
- Teymur Əhmədov. Nəriman Nərimanov dramaturgiyası. Bakı: "Nurlar". 2005. səh. 71-104.
- Teymur Əhmədov. Nəriman Nərimanov, Yaradıcılıq yolu. Bakı: "Nurlar". 2005. səh. 159.
- Teymur Əhmədov. Nəriman Nərimanov, Seçilmiş əsərləri. II cilddə, I cild. Bakı: "Nurlar". 2017. səh. 24.
Xarici keçidlər
- Nəriman Nərimanov — Nadanlıq
- Nəriman Nərimanov
- Nəriman Nərimanov – 140
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nadanliq eser Neriman Nerimanovun edebi irsi zengindir XX esrin sonlarindan onun dovri metbuatda coxlu felyetonlari edebi tenqidi elmi publisist meqaleleri eyni zamanda dram ve nesr eserleri cap edilib Teatri genis kutlelerle six elaqe saxlamaq ucun esas vasite hesab eden Nerimanov oz urek sozlerini fikirlerini genis xalq kutlelerine catdirmaq niyyetile Nadanliq Samdan bey Nadir sah pyeslerini qeleme alib Nadanliq komediyasi Neriman Nerimanovun dramaturgiya sahesinde ilk qelem tecrubesidir Yazici eserin movzusunu Tiflis quberniyasinin Borcali qezasindaki Qizilhacili kendinin heyatindan almisdir Mezmunu Nadanliq komediyasinda yazici oz sexsi menafeyini umumin xeyirine qurban veren Mehemmedaga ve Omer kimi maarifperver ziyalilari zulmet seltenetine qarsi qoyur Ictimai heyat meydanina yenice atilan Mehemmedaganin ve Omerin kohne feodal muhitinin muhafizekar qayda qanunlarina keskin etirazi ve yenilik ugrunda mubarizesi komediyanin esasini teskil edir Nerimanovun Nadanliq da meqsedi muselmanlarin heyatina bir zerre qeder nef getirmek idi Eserin esas ideyasi feodal heyatinin kohne adet ve enenelerine cehalete ve nadanliga qarsi mubarizedir Yazici komediyada ictimai heyata ve aile meisete mohkem daxil olan feodal exlaq qaydalarinin toretdiyi dehsetli felaketlerin tipik lovhesini yaratmisdir O cehalet ve nadanligi konkret tenqid obyekti kimi goturmusdur Medeni geriliyin savadsizligin yeni tarixi seraitde xalqin inkisafi yolunda maneeye cevrildiyini onun goz acmasina imkan vermediyini goren yazici nadanligi muselman aleminin en boyuk belasi hesab etmisdir Neriman Nerimanov Nadanliq komediyasinda yoxsul kendlilerin ekseriyyetinin suuruna varligina ve meneviyyatina hakim kesilmis avamligin boyuk felaketlere sebeb oldugunu inandirici suretde acib gostermeyi qarsisina meqsed qoymusdu O eserin muqeddimesinde yazirdi Her milletin qabaga getmeyine sebeb medeniyyetdir Ve melumdur ki bizim muselman milletinin arasinda medeniyyet ve merifet nehayetde az yayilibdir ona goredir ki bizler zindeganimizda tovrbetovr belalara giriftar ve mubtela oluruq bu sebebden biz muselman qardaslara lazim gelir ki bizden artiq merifetli olan qonsulara ve milletlere baxib merifet cehetince onlarin yolu ile gedek xususile bizim Qafqaz ehli ki illerle gunlerini quldurluqda adam oldurmekde kecirirler Bu tovr reftar insani bilmerre hormetden salib zindegani hemeveqt pislik ile kecir ve axirda nadanliq onu puc edir nece ki tevarixden goruruk hansi millet ki elm ve merifet dalinca dusub indi bu zemanede xosbextlik ile gun kecirir emma millet ki elmden ve merifetden qacaq dusub bu zemanede zelil olubdur Nadanliq komediyasinda ireli surulen meseleler tarixi ictimai seraitin teleblerinden ireli gelirdi O dovrde Azerbaycan kendlilerinin savadsizligi nadanligi ve cehaletde yasamasi onlari umumi medeni tereqqiden geri qoyurdu N Nerimanov oz dram eserleri ile kutleleri qefletden ayiltmagi en vacib vetendasliq borcu bilirdi ObrazlarMehemmedaga kend muellimi cavan oglan rus paltarinda Namaz Mehemmedaganin nokeri Qurbaneli Niyazeli Agakisi Haci Abdulla kendin mutesexxis adamlari 40 ve 50 yasinda col libasinda Koxa kendin yuzbasisi Omer Haci Abdullanin boyuk oglu oxumus cavan cerkezi libasda Veli Haci Abdullanin kicik oglu Ehmed Haci Abdullanin nokeri Yeter Haci Abdullanin arvadi 40 yasinda col libasinda Gulperi Qurbanelinin arvadi 40 yasinda col libasinda Molla Qasim kend mollasi Iran libasinda Mensur Samil Pirverdi Ismayil Velinin qocaq yoldaslari hamisi yaraqli IstinadlarTeymur Ehmedov Neriman Nerimanov Secilmis eserleri PDF Baki Lider nesriyyat 2004 seh 21 Neriman Nerimanov Tarixde Azerbaycan dili axar az 26 avqust 2019 tarixinde Teymur Ehmedov Neriman Nerimanov dramaturgiyasi Baki Nurlar 2005 seh 71 104 Teymur Ehmedov Neriman Nerimanov Yaradiciliq yolu Baki Nurlar 2005 seh 159 Teymur Ehmedov Neriman Nerimanov Secilmis eserleri II cildde I cild Baki Nurlar 2017 seh 24 Xarici kecidlerNeriman Nerimanov Nadanliq Neriman Nerimanov Neriman Nerimanov 140