Bu məqaləni lazımdır. |
Məmmədəli Manafzadə (təxəllüsü: Sabit; 1888 – 1940) ― Azərbaycan şairi, yazıçı və publisist.
Məmmədəli Manafzadə Sabit | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Aşqabad |
Vəfat səbəbi | ürəktutma |
Milliyyəti | Azerbaycan |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | Şeir, felyeton, hekayə |
Həyatı
XX əsrin əvvəlləri – Azərbaycan ədəbiyyatının yeniliklərlə zəngin, ədəbi-mədəni oyanışın ən əlamətdar dönəmidir. 1905-ci il inqilabından sonra çar Rusiyasının mətbuata verdiyi nisbi azadlıqlardan istifadə edən Azərbaycan ziyalılarının təşəbbüsü ilə bir sıra mətbuat orqanları fəaliyyətə başlamışdır. Xüsusən, “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə yeni bir ədəbi məktəbin əsası qoyulmuş, yeni bir ədəbi nəsil formalaşmışdır. Bu dövrün yetişdirdiyi Azərbaycan ədəbiyyatının tanınmış şəxsiyyətlərindən biri Məmmədəli Manafzadə Sabitdir.
O, 1888-ci ildə Təbrizdə doğulmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra fransızların Təbrizdə açdığı Pedaqoji institutu bitirmişdir. 1908-ci ildən etibarən jurnalist kimi fəaliyyətə başlayan Sabit Təbrizdə öz təşəbbüsü ilə “Şəkər” adlı qəzetin nəşrinə başlamış, milli birlik, bərabərlik, azadlıq ideyalarının carçısı olmuş, Məşrutə inqilabına və Səttarxan hərəkatına dəstək verdiyinə görə İran mürtəcelərinin təqiblərindən qaçaraq Bakıya gəlmişdir. Onun Azərbaycan mətbuatında görünməsi də buraya gəlişindən sonra – 1910-cu ildən sonrakı mərhələyə aiddir. M.M.Sabit bir qədər sonra Aşqabada dəvət olunmuş, uzun illər “Müzəffəri” məktəbində müəllim işləmişdir. Oradakı pedaqoji fəaliyyəti onun teatrla da yaxından maraqlanmasına səbəb olmuş, teatr qrupu yaratmağa nail olmuş, özü də bir neçə dram əsəri yazaraq səhnələşdirmişdir.
1924-cü ildə Bakıya qayıdan Sabit “İttihad” məktəbində ədəbiyyat müəllimi işləmiş, 1925-ci ildə Tacikistana dəvət olunmuş, Pedaqoji Universitetdə dərs demişdir. 1940-cı ildə Aşqabadda ürək tutmasından vəfat etmişdir.
Yaradıcılığı
Sabit Manafzadə yazıçı, publisist, şair, teatrşünas, pedaqoq olaraq fəaliyyət göstərmiş olsa da, yaradıcılığı, demək olar ki, tədqiq olunmamışdır. Yaşadığı dönəmdə nəşr olunan mətbuat orqanlarında sənətkarın əsərləri davamlı olaraq dərc olunmuşdur. “Molla Nəsrəddin”, “Bəsirət”, “Həqiqəti-əfkar”, “Yeni İrşad”, “Məzəli”, “Füqəra füyuzatı”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “İqbal”, “Yeni iqbal”, “Yeni yol”, “Kommunist” kimi mətbuat orqanlarında dərc olunan əsərləri ilə yanaşı, onun Dağıstan, Tacikistan, Özbəkistan və Türkmənistanda yaşadığı müddətdə qələmə aldığı ədəbi-bədii irsi hələ də əldə yoxdur. Sabit “Müzəffəri” məktəbində işlədiyi müddətdə dram əsərləri qələmə almış və səhnələşdirmişdir.Bakıda yaşadığı dönəmdə ədəbi-bədii yaradıcılıqla müntəzəm məşğul olan Sabit Aşqabadda da bu fəaliyyətini davam etdirmişdir. Manafzadənin yaradıcılığını dövründən, mühitindən kənarda təsəvvür etmək mümkün deyil. Əməkdaşlıq etdiyi mətbuat orqanlarında qələm dostlarının tez-tez ona müraciətlə əsərlər dərc etdirdiklərinin şahidi oluruq. “Molla Nəsrəddin” jurnalı bu baxımdan xüsusilə fərqlənir. “Molla Nəsrəddin”, “Bəsirət”, “Həqiqəti-əfkar”, “Yeni İrşad”, “Məzəli”, “Füqəra füyuzatı”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “İqbal”, “Yeni iqbal”, “Yeni yol”, “Kommunist” kimi mətbuat orqanları ilə əməkdaşlıq edən M.M.Sabit vətən həsrətini, ictimai-siyasi, mədəni dəyişikliklərə münasibətini poetik bir dillə oxuculara çatdırmışdır.
M.M.Sabit yaradıcılığında lirik şeirlər mühüm yer tutur. Onun lirikasında məhəbbət mövzusuna, demək olar ki, rast gəlinmir. Vətən mövzusu şeirlərinin ana xəttini təşkil edir.
Sabitin Təbrizdən məcburiyyət qarşısında qalaraq Bakıya köçməsindən sonra vətən həsrəti onun şeirlərində öz ifadəsini tapmışdır. “Vətənim”, “Vətən”, “Arkadaşlar”, “Tülul-sülh” kimi şeirlərində şairin vətənlə bağlı narahatlığı, həsrəti kədərli bir dillə qələmə alınmışdır. Xüsusən Sabitin “Nəvayi-hicran” şeiri vətənindən uzaq salınmış bir insanın duyğularını ifadə etməsi baxımından təkrarsızdır. “Ey vətəndən gələn el aşinası...” misrası ilə başlayan şeir xalq içərisində tezliklə yayılmış, xanəndələr bu şeiri muğam üstündə oxumuşlar.
XX əsrin başlayaraq qürbət hisslərinin ədəbiyyatda əsas motivə çevrilməsi Sabit yaradıcılığından da yan keçməmiş, o, bu mövzuya müraciət etməklə, vətənin, xalqın dərdlərini ifadə etmişdir.
Sabit yaradıcılığının bir qismini satirik şeirlər təşkil edir. “Molla Nəsrəddin”, “Məzəli” jurnallarında dərc olunan bu şeirlərdə zamanın nəfəsini hiss etmək mümkündür. Şair bəzən Sabir kimi, tipi öz dili ilə danışdıraraq tənqid hədəfinə çevirir, bəzən onları açıq hədəf kimi seçərək tənqid edir. “Hərdəmxəyala töhfə”, “Çarşaflı-çarşaflı”, “İş”lər”, “Şeyxin mənbərdəki son moizəsinə ithaf”, “Din inqilabçısı”, “Dəyişiklik”, “Ya Rəb”, “Kopratif”, “Ultimatum”, “Mənə dəymə”, “Təsəttür nalələri”, “Gimnazist”, “Ay haray” kimi şeirlərdə satirik ruh duyulmaqdadır.
Ümumiyyətlə, Sabitin satirik şeirlərində Sabirin ruhu açıq-aşkar duyulmaqdadır. Onun “Ultimatum” şeiri Sabirin “Ürəfa marşı”nında olduğu kimi, vətənin, millətin qeyrətini çəkməyən, günlərini kef məclislərində keçirən, “Sonyatək dilbəri tərk eyləmək insaf deyil” deyərək müsəlman qızına xor baxan nadanların tənqidinə həsr olunmuşdur.
M.M.Sabitin satirik şeirlərində tənqidi ruhla yanaşı, ictimai hadisələr fonunda biganəlik nümayiş etdirən, ac-susuz, kimsəsiz qalan insanların dərdlərinə laqeydlik göstərən insanlara qarşı bir nifrət də sezmək mümkündür. Şübhəsiz, bunun səbəbi məhv olan insanlığın həssas şair qəlbində oyandırdığı yanğıdır.
M.M.Sabitin şeirləri öz poetik gücü, ifadə tərzi ilə bir çox spesifik əlamətlər daşıyır. İstər vətən həsrəti ilə yoğrulmuş misralarında, istərsə də satirik ruhlu şeirlərində bu özünəməxsusluq hiss olunmaqdadır.
Sabit yaradıcılığında təxmisdən yaradıcı şəkildə istifadə etmişdir. Belə ki, klassik ədəbiyyatda aşiqanə qəzəllərin hər beytinin əvvəlinə onun mövzusuna uyğun üç misra artıraraq yazılan təxmis Sabit yaradıcılığında məzmun dəyişikliyinə uğramışdır. Onun aşiqanə qəzəllərə yazdığı beşləmələrdə satirik-tənqidi üslub daha qabarıqdır.
M.M.Sabitin hekayələrində fəhlə həyatının təsviri olduqca canlı və təsirli bir dillə qələmə alınmışdır. Onun “fəhlələri” cənubdan xoş güzəran ümidi ilə şimala gələn, ancaq burada da quru çörəyi güclə qazanan, əməyi istismar olunan, haqqı tapdanan vətən oğullarıdır. O fəhlələrin yaşaması və ya ölməsi heç kimin maraq dairəsində deyil, onların həyatı varlıların daha çox eyş-işrət içində ömür sürməsi üçün neft mədənlərində, mazut çənlərində, quyularda sönüb gedir. Sabit yaratdığı obrazların faciəsini təsirli bir dillə ifadə eləməklə yanaşı, onların psixologiyasını da diqqətdən kənarda qoymur.
Sabitin hekayələrində oxucuya çatdırılan əsas məqamlardan biri mənəvi-əxlaqi məsələlərdir. Bu hekayələrdə zalımlar və məzlumlar dünyasının əsas əxlaqi fərqləri, psixoloji məqamlar oxucuda maraq oyadır. Sabit göstərir ki, güc sahiblərinin mənəvi boşluqları, əllərində olan fürsətdən istifadə edərək kasıbların namusuna belə toxunmaqdan çəkinməmələri, insan taleyinə biganəlik cəzasız qala bilməz. O, əlini qana bulamaqdan çəkinməyən, maddi üstünlüklərindən istifadə edərək başqalarının həyatını heçə sayan təbəqəyə qarşı özünün ədalət məhkəməsini qurur, onları öz qəhrəmanı vasitəsilə cəzalandırır.
“Topsaqqallı kişi” hekayəsi öz azadlıqları uğrunda mübarizəyə qalxan insanların həyatını əks etdirir.
Sabit hekayələri bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Onlardan biri hekayələrin içərisində xüsusi başlıqların verilməsidir. Ədib sujetə uyğun olaraq ara-sıra başlıqlardan istifadə edir ki, bu, həm hekayənin dinamikliyini artırır, həm də konkret diqqət çəkmək istədiyi məqamı qeyd etmiş olur.
Manafzadənin hekayələrinin özünəməxsusluqlarından biri də zaman uyuşmazlıqlarıdır. Hekayə kiçik həcmli əsər olduğundan burada adətən hadisələr qısa zaman kəsiyində baş verir. Ancaq Sabit qəhrəmanının həyatını fərqli situasiyalarda, fərqli zaman kəsimlərində təsvir edir.
Sabit bu felyetonlarda ictimai-siyasi vəziyyətə, dəyişikliklərə münasibətini ifadə etmişdir. “Təbriz “ümumiyyəti”, “Pasport məsələsi”, “Vladiqafqaz müsəlmanları”, “Fərmani-qəzai-cərəyan”, “Ey inqilab, ey naciyi-miləl”, “İnqilab və ədəbiyyat”, “İran Azərbaycanı haqqında yersiz çıxışlar”, “Son tərpənişlər” kimi felyetonlarında Cənubi Azərbaycandakı İran zülmünə öz münasibətini bildirmişdir. Ədəbiyyat və inqilab arasındakı bağlılıqları müqayisə edən M.Manafzadə ədəbiyyatı inqilabın anası, inqilabı ədəbiyyatın ruhu hesab etməklə, ədəbiyyat, dolayısı ilə təhsilin bütün müsbət dəyişikliklərin məhək daşı olduğunu qeyd etmişdir.
M.M.Sabitin “Molla Nəsrəddin” jurnalının səhifələrində rast gəlinən felyetonlarının, demək olar ki, hamısı dini mövzudadır. Bu felyetonlar ilk baxışda dini təbliğ edən informasiya xarakterli yazılar kimi görünsə də, alt qatında kəskin tənqidi ruh daşıyır. “Zühur əlamətləri”, “Namaz üstə”, “Uzun dərya”, “İnna Lillahi və İnna İleyhi Raciun”, “Münacat”, “Hacı Xəlil ağanın qapısında” kimi felyetonlar bu qəbildəndir.
Felyetonlar qəzet və jurnal səhifələrində yayımlanan informativ yazılar kimi meydana çıxsa da, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında yeni məna kəsb etdi. Belə ki, ədəbiyyatımızda daha çox kəskin tənqidi məqalələr kimi geniş vüsət alan bu janr Sabit yaradıcılığında da önəmli yer tutur. O, bu janrla “Molla Nəsrəddin”, “Kommunist”, “Sədayi-həqq”, “Yeni yol”, “Yeni iqbal” kimi mətbuat orqanlarında çıxış etmişdir. Sabitin felyetonları həcm etibarilə ənənəvi felyetonlardan fərqlənir. Yazı dili danışıq dilindən daha çox ağır dini terminlərlə zəngindir. Dövrün problemlərini işıqlandıran felyetonlarında dünya praktikasına və tarixə müraciət edir, çıxış yolları göstərir.
Əsərləri
Şeirləri
- Vətənim
- Vətən
- Təhsili-məram etməliyiz
- Tülui-sübh
- Təxmis
- Ərzi-məhəbbət
- Yaxın Şərq qadınlığına!
- Çarşaflı-çarşaflı
- Göz aç!
- İnqirazi-İslam
- Eydi-Novruz-xitabeyi-cansuz
- Həyat səhnəsinin cansuz pərdəsi
- Nəvayi-hicran
- Bir lövhə qarşısında
- Gimnazist
- Kooperativ və s.
Hekayələr
- İki fantan
- Topsaqqallı kişi
- Təbriz "ümmiyyəti"
- Fərmani-qəzayi-cərəyan
- Vladiqafqaz müsəlmanları və s.
Həmçinin bax
1. Manafzadə M.S. İbrət güzgüsü. Bakı, “Yazıçı”, 1988. 140 s.
2. Manafzadə S. İki fontan. Bakı, “Yeni türk əlifba komitəsi nəşriyyatı, 1924. 30 s.
3. Məmmədli Q. İmzalar. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1977. 146 s.
4. Məmmədli Q. Sabit Manafzadə. “Elm və həyat”, 1972. № 4, s. 21.
5. Ruhi Ə. “Molla Nəsrəddin” və “Toxmaq” jurnalı”. “Azərbaycan” jurnalı, 1966. № 12, s. 136-139.
6. Zamanov A. Mollanəsrəddinçi şairlər. Bakı, “Yazıçı”, 1986. 512 s.
Xarici keçidlər
- CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ[ölü keçid]
- AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINA YENİ TÖHFƏ 2014-02-02 at the Wayback Machine
İstinadlar
- Zaman Əsgərli. Şair, nasir, dramaturq. “Ədəbiyyat qəzeti”. Bakı, 2008. 26 sentyabr.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Memmedeli Manafzade texellusu Sabit 1888 1940 Azerbaycan sairi yazici ve publisist Memmedeli Manafzade SabitDogum tarixi 1888Dogum yeri Tebriz seheriVefat tarixi 1940Vefat yeri AsqabadVefat sebebi urektutmaMilliyyeti AzerbaycanFealiyyeti yaziciEserlerinin dili Azerbaycan diliJanrlar Seir felyeton hekayeHeyatiXX esrin evvelleri Azerbaycan edebiyyatinin yeniliklerle zengin edebi medeni oyanisin en elametdar donemidir 1905 ci il inqilabindan sonra car Rusiyasinin metbuata verdiyi nisbi azadliqlardan istifade eden Azerbaycan ziyalilarinin tesebbusu ile bir sira metbuat orqanlari fealiyyete baslamisdir Xususen Molla Nesreddin jurnalinin nesre baslamasi ile yeni bir edebi mektebin esasi qoyulmus yeni bir edebi nesil formalasmisdir Bu dovrun yetisdirdiyi Azerbaycan edebiyyatinin taninmis sexsiyyetlerinden biri Memmedeli Manafzade Sabitdir O 1888 ci ilde Tebrizde dogulmusdur Ilk tehsilini mollaxanada aldiqdan sonra fransizlarin Tebrizde acdigi Pedaqoji institutu bitirmisdir 1908 ci ilden etibaren jurnalist kimi fealiyyete baslayan Sabit Tebrizde oz tesebbusu ile Seker adli qezetin nesrine baslamis milli birlik beraberlik azadliq ideyalarinin carcisi olmus Mesrute inqilabina ve Settarxan herekatina destek verdiyine gore Iran murtecelerinin teqiblerinden qacaraq Bakiya gelmisdir Onun Azerbaycan metbuatinda gorunmesi de buraya gelisinden sonra 1910 cu ilden sonraki merheleye aiddir M M Sabit bir qeder sonra Asqabada devet olunmus uzun iller Muzefferi mektebinde muellim islemisdir Oradaki pedaqoji fealiyyeti onun teatrla da yaxindan maraqlanmasina sebeb olmus teatr qrupu yaratmaga nail olmus ozu de bir nece dram eseri yazaraq sehnelesdirmisdir 1924 cu ilde Bakiya qayidan Sabit Ittihad mektebinde edebiyyat muellimi islemis 1925 ci ilde Tacikistana devet olunmus Pedaqoji Universitetde ders demisdir 1940 ci ilde Asqabadda urek tutmasindan vefat etmisdir YaradiciligiSabit Manafzade yazici publisist sair teatrsunas pedaqoq olaraq fealiyyet gostermis olsa da yaradiciligi demek olar ki tedqiq olunmamisdir Yasadigi donemde nesr olunan metbuat orqanlarinda senetkarin eserleri davamli olaraq derc olunmusdur Molla Nesreddin Besiret Heqiqeti efkar Yeni Irsad Mezeli Fuqera fuyuzati Sedayi heqq Sedayi veten Iqbal Yeni iqbal Yeni yol Kommunist kimi metbuat orqanlarinda derc olunan eserleri ile yanasi onun Dagistan Tacikistan Ozbekistan ve Turkmenistanda yasadigi muddetde qeleme aldigi edebi bedii irsi hele de elde yoxdur Sabit Muzefferi mektebinde islediyi muddetde dram eserleri qeleme almis ve sehnelesdirmisdir Bakida yasadigi donemde edebi bedii yaradiciliqla muntezem mesgul olan Sabit Asqabadda da bu fealiyyetini davam etdirmisdir Manafzadenin yaradiciligini dovrunden muhitinden kenarda tesevvur etmek mumkun deyil Emekdasliq etdiyi metbuat orqanlarinda qelem dostlarinin tez tez ona muracietle eserler derc etdirdiklerinin sahidi oluruq Molla Nesreddin jurnali bu baximdan xususile ferqlenir Molla Nesreddin Besiret Heqiqeti efkar Yeni Irsad Mezeli Fuqera fuyuzati Sedayi heqq Sedayi veten Iqbal Yeni iqbal Yeni yol Kommunist kimi metbuat orqanlari ile emekdasliq eden M M Sabit veten hesretini ictimai siyasi medeni deyisikliklere munasibetini poetik bir dille oxuculara catdirmisdir M M Sabit yaradiciliginda lirik seirler muhum yer tutur Onun lirikasinda mehebbet movzusuna demek olar ki rast gelinmir Veten movzusu seirlerinin ana xettini teskil edir Sabitin Tebrizden mecburiyyet qarsisinda qalaraq Bakiya kocmesinden sonra veten hesreti onun seirlerinde oz ifadesini tapmisdir Vetenim Veten Arkadaslar Tulul sulh kimi seirlerinde sairin vetenle bagli narahatligi hesreti kederli bir dille qeleme alinmisdir Xususen Sabitin Nevayi hicran seiri veteninden uzaq salinmis bir insanin duygularini ifade etmesi baximindan tekrarsizdir Ey vetenden gelen el asinasi misrasi ile baslayan seir xalq icerisinde tezlikle yayilmis xanendeler bu seiri mugam ustunde oxumuslar XX esrin baslayaraq qurbet hisslerinin edebiyyatda esas motive cevrilmesi Sabit yaradiciligindan da yan kecmemis o bu movzuya muraciet etmekle vetenin xalqin derdlerini ifade etmisdir Sabit yaradiciliginin bir qismini satirik seirler teskil edir Molla Nesreddin Mezeli jurnallarinda derc olunan bu seirlerde zamanin nefesini hiss etmek mumkundur Sair bezen Sabir kimi tipi oz dili ile danisdiraraq tenqid hedefine cevirir bezen onlari aciq hedef kimi secerek tenqid edir Herdemxeyala tohfe Carsafli carsafli Is ler Seyxin menberdeki son moizesine ithaf Din inqilabcisi Deyisiklik Ya Reb Kopratif Ultimatum Mene deyme Tesettur naleleri Gimnazist Ay haray kimi seirlerde satirik ruh duyulmaqdadir Umumiyyetle Sabitin satirik seirlerinde Sabirin ruhu aciq askar duyulmaqdadir Onun Ultimatum seiri Sabirin Urefa marsi ninda oldugu kimi vetenin milletin qeyretini cekmeyen gunlerini kef meclislerinde keciren Sonyatek dilberi terk eylemek insaf deyil deyerek muselman qizina xor baxan nadanlarin tenqidine hesr olunmusdur M M Sabitin satirik seirlerinde tenqidi ruhla yanasi ictimai hadiseler fonunda biganelik numayis etdiren ac susuz kimsesiz qalan insanlarin derdlerine laqeydlik gosteren insanlara qarsi bir nifret de sezmek mumkundur Subhesiz bunun sebebi mehv olan insanligin hessas sair qelbinde oyandirdigi yangidir M M Sabitin seirleri oz poetik gucu ifade terzi ile bir cox spesifik elametler dasiyir Ister veten hesreti ile yogrulmus misralarinda isterse de satirik ruhlu seirlerinde bu ozunemexsusluq hiss olunmaqdadir Sabit yaradiciliginda texmisden yaradici sekilde istifade etmisdir Bele ki klassik edebiyyatda asiqane qezellerin her beytinin evveline onun movzusuna uygun uc misra artiraraq yazilan texmis Sabit yaradiciliginda mezmun deyisikliyine ugramisdir Onun asiqane qezellere yazdigi beslemelerde satirik tenqidi uslub daha qabariqdir M M Sabitin hekayelerinde fehle heyatinin tesviri olduqca canli ve tesirli bir dille qeleme alinmisdir Onun fehleleri cenubdan xos guzeran umidi ile simala gelen ancaq burada da quru coreyi gucle qazanan emeyi istismar olunan haqqi tapdanan veten ogullaridir O fehlelerin yasamasi ve ya olmesi hec kimin maraq dairesinde deyil onlarin heyati varlilarin daha cox eys isret icinde omur surmesi ucun neft medenlerinde mazut cenlerinde quyularda sonub gedir Sabit yaratdigi obrazlarin faciesini tesirli bir dille ifade elemekle yanasi onlarin psixologiyasini da diqqetden kenarda qoymur Sabitin hekayelerinde oxucuya catdirilan esas meqamlardan biri menevi exlaqi meselelerdir Bu hekayelerde zalimlar ve mezlumlar dunyasinin esas exlaqi ferqleri psixoloji meqamlar oxucuda maraq oyadir Sabit gosterir ki guc sahiblerinin menevi bosluqlari ellerinde olan fursetden istifade ederek kasiblarin namusuna bele toxunmaqdan cekinmemeleri insan taleyine biganelik cezasiz qala bilmez O elini qana bulamaqdan cekinmeyen maddi ustunluklerinden istifade ederek basqalarinin heyatini hece sayan tebeqeye qarsi ozunun edalet mehkemesini qurur onlari oz qehremani vasitesile cezalandirir Topsaqqalli kisi hekayesi oz azadliqlari ugrunda mubarizeye qalxan insanlarin heyatini eks etdirir Sabit hekayeleri bir sira ozunemexsus xususiyyetlere malikdir Onlardan biri hekayelerin icerisinde xususi basliqlarin verilmesidir Edib sujete uygun olaraq ara sira basliqlardan istifade edir ki bu hem hekayenin dinamikliyini artirir hem de konkret diqqet cekmek istediyi meqami qeyd etmis olur Manafzadenin hekayelerinin ozunemexsusluqlarindan biri de zaman uyusmazliqlaridir Hekaye kicik hecmli eser oldugundan burada adeten hadiseler qisa zaman kesiyinde bas verir Ancaq Sabit qehremaninin heyatini ferqli situasiyalarda ferqli zaman kesimlerinde tesvir edir Sabit bu felyetonlarda ictimai siyasi veziyyete deyisikliklere munasibetini ifade etmisdir Tebriz umumiyyeti Pasport meselesi Vladiqafqaz muselmanlari Fermani qezai cereyan Ey inqilab ey naciyi milel Inqilab ve edebiyyat Iran Azerbaycani haqqinda yersiz cixislar Son terpenisler kimi felyetonlarinda Cenubi Azerbaycandaki Iran zulmune oz munasibetini bildirmisdir Edebiyyat ve inqilab arasindaki bagliliqlari muqayise eden M Manafzade edebiyyati inqilabin anasi inqilabi edebiyyatin ruhu hesab etmekle edebiyyat dolayisi ile tehsilin butun musbet deyisikliklerin mehek dasi oldugunu qeyd etmisdir M M Sabitin Molla Nesreddin jurnalinin sehifelerinde rast gelinen felyetonlarinin demek olar ki hamisi dini movzudadir Bu felyetonlar ilk baxisda dini teblig eden informasiya xarakterli yazilar kimi gorunse de alt qatinda keskin tenqidi ruh dasiyir Zuhur elametleri Namaz uste Uzun derya Inna Lillahi ve Inna Ileyhi Raciun Munacat Haci Xelil aganin qapisinda kimi felyetonlar bu qebildendir Felyetonlar qezet ve jurnal sehifelerinde yayimlanan informativ yazilar kimi meydana cixsa da XX esrin evvellerinde Azerbaycan edebiyyatinda yeni mena kesb etdi Bele ki edebiyyatimizda daha cox keskin tenqidi meqaleler kimi genis vuset alan bu janr Sabit yaradiciliginda da onemli yer tutur O bu janrla Molla Nesreddin Kommunist Sedayi heqq Yeni yol Yeni iqbal kimi metbuat orqanlarinda cixis etmisdir Sabitin felyetonlari hecm etibarile enenevi felyetonlardan ferqlenir Yazi dili danisiq dilinden daha cox agir dini terminlerle zengindir Dovrun problemlerini isiqlandiran felyetonlarinda dunya praktikasina ve tarixe muraciet edir cixis yollari gosterir EserleriSeirleri Vetenim Veten Tehsili meram etmeliyiz Tului subh Texmis Erzi mehebbet Yaxin Serq qadinligina Carsafli carsafli Goz ac Inqirazi Islam Eydi Novruz xitabeyi cansuz Heyat sehnesinin cansuz perdesi Nevayi hicran Bir lovhe qarsisinda Gimnazist Kooperativ ve s Hekayeler Iki fantan Topsaqqalli kisi Tebriz ummiyyeti Fermani qezayi cereyan Vladiqafqaz muselmanlari ve s Hemcinin bax1 Manafzade M S Ibret guzgusu Baki Yazici 1988 140 s 2 Manafzade S Iki fontan Baki Yeni turk elifba komitesi nesriyyati 1924 30 s 3 Memmedli Q Imzalar Baki Azerbaycan Dovlet Nesriyyati 1977 146 s 4 Memmedli Q Sabit Manafzade Elm ve heyat 1972 4 s 21 5 Ruhi E Molla Nesreddin ve Toxmaq jurnali Azerbaycan jurnali 1966 12 s 136 139 6 Zamanov A Mollanesreddinci sairler Baki Yazici 1986 512 s Xarici kecidlerCENUBI AZERBAYCAN EDEBIYYATI TARIXI olu kecid AZERBAYCAN EDEBIYYATSUNASLIGINA YENI TOHFE 2014 02 02 at the Wayback MachineIstinadlar Zaman Esgerli Sair nasir dramaturq Edebiyyat qezeti Baki 2008 26 sentyabr