Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri.
Məmməd Əlizadə | |
---|---|
19 dekabr 1968 – 24 mart 1970 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Arif Heydərov |
Azərbaycan SSR ictimai asayişi mühafizə naziri | |
5 yanvar 1965 – 19 dekabr 1968 | |
Əvvəlki | Xəlil Məmmədov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri | |
1955 – 1960 | |
Əvvəlki | İbrahim Həsənov |
Sonrakı | İlhüseyn Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | mart 1919 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili |
|
Rütbəsi | general-mayor |
Həyatı
Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur.
1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir.
Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir. Bundan sonra "Orconokidzeneft" trestinin 5-ci mədəninin böyük geoloqu, bir il sonra isə həmin trestdə baş geoloqun müavini təyin edilmişdir.
1950-ci ildə Moskvaya oxumağa göndərilən Məmməd Əlizadə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ikiillik Ali Məktəbinə daxil olmuş və 1952-ci ildə buranı bitirdikdən sonra Bakı şəhər Milis İdarəsinin SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) xidməti şöbəsinin rəis müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı vilayəti 5-ci şöbəsinin rəisi işləmişdir. 1954-cü ilin aprel ayında vəzifəsində irəli çəkilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin edilmişdir. 1955-ci il iyul ayından isə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi sədri olmuşdur. Sonralar SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır.
Məmməd Əlizadə 1965-ci ildə Azərbaycan SSR ictimai asayişi mühafizə naziri təyin edilmiş, 1970-ci ilədək bu vəzifədə (1968-ci ildən daxili işlər naziri) çalışmışdır. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, 4-cü və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və 5-ci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
İstinadlar
- Мәммәд Әли оғлу Әлизадә // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 57.
- Teyyub Qurban. Mir Cəfər Bağırov və Ağasəlim Atakişiyev // "Ekspress" qəzeti. 30 dekabr 2012. S. 15.
- Әлизадә Мәммәд Әли оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 127.
- Əlizadə Məmməd Əli oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 181.
Xarici keçidlər
- Валентин Мзареулов. "Али-заде Мамед Али-оглы" (rus). 28 aprel 2022 tarixində . İstifadə tarixi: 28 aprel 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmed Mehemmed Eli oglu Elizade mart 1919 Qaradiga Zengezur qezasi bilinmir Azerbaycan sovet dovlet xadimi general mayor Azerbaycan SSR ictimai asayisi muhafize 1965 1968 ve daxili isler 1968 1970 naziri Memmed ElizadeAzerbaycan SSR daxili isler naziri19 dekabr 1968 24 mart 1970Evvelkivezifenin adi deyisdirilibSonrakiArif HeyderovAzerbaycan SSR ictimai asayisi muhafize naziri5 yanvar 1965 19 dekabr 1968EvvelkiXelil MemmedovSonrakivezifenin adi deyisdirilibNaxcivan MSSR Dovlet Tehlukesizliyi Komitesinin sedri1955 1960EvvelkiIbrahim HesenovSonrakiIlhuseyn HuseynovSexsi melumatlarDogum tarixi mart 1919Dogum yeri Qaradiga Zengezur qezasi AXCVefat tarixi bilinmirPartiya Umumittifaq Kommunist bolsevikler Partiyasi 1943 Tehsili Azerbaycan Senaye Institutu 1938 1948 Rutbesi general mayorHeyatiMemmed Eli oglu Elizade 1919 cu ilin mart ayinda Azerbaycan Xalq Cumhuriyyeti Zengezur qezasinin sonralar Qafan rayonu Qaradiga Qaradag kendinde anadan olmusdur Bir il sonra ailesi ile Bakiya kocmus 1934 cu ilde Ramanada yeddiillik mektebi bitirerek Lassal adina Baki Neft Texnikumuna daxil olmusdur O burada tehsille yanasi ictimai heyatda da feal istirak etmis ve 1936 ci ilde komsomol siralarina qosulmusdur 1938 ci ilde texnikumu bitirerek Azerbaycan Senaye Institutunun geoloji kesfiyyat fakultesine qebul olunan Memmed Elizade Boyuk Veten muharibesinin baslamasi sebebile tehsilini tamamlaya bilmemis ucuncu kurs telebesi olarken Sovet Ordusu siralarina qosulmusdur O Baki zenit artilleriya mektebine daxil olmus ve burani 1942 ci ilde bitirerek Zaqafqaziya cebhesinin Bakidaki Hava Hucumundan Mudafie Quvvelerinin zenit artilleriya alayinda taqim komandiri kimi xidmet etmisdir Sonra ise Zaqafqaziya Herbi Dairesinin zenit artilleriya alayinin batareya komandiri teyin edilmisdir Muharibe illerinde 1943 cu ilde UIK b P uzvu secilmisdir Memmed Elizade 1947 ci ilde ordu siralarindan ehtiyata buraxildiqdan sonra Orconokidzeneft trestinin 7 ci medeninde texnik geoloq vezifesine ise qebul olunmusdur Hemin dovrde yarimciq qoydugu tehsilini davam etdirmis 1948 ci ilde Azerbaycan Senaye Institutunu qiyabi olaraq bitirmisdir Bundan sonra Orconokidzeneft trestinin 5 ci medeninin boyuk geoloqu bir il sonra ise hemin trestde bas geoloqun muavini teyin edilmisdir 1950 ci ilde Moskvaya oxumaga gonderilen Memmed Elizade SSRI Dovlet Tehlukesizliyi Nazirliyinin ikiillik Ali Mektebine daxil olmus ve 1952 ci ilde burani bitirdikden sonra Baki seher Milis Idaresinin SEDM Sosialist Emlakinin Dagidilmasi ile Mubarize Idaresi xidmeti sobesinin reis muavini olmusdur 1952 ci ilde Azerbaycan SSR Dovlet Tehlukesizliyi Nazirliyinin Baki vilayeti 5 ci sobesinin reisi islemisdir 1954 cu ilin aprel ayinda vezifesinde ireli cekilerek Azerbaycan SSR Nazirler Soveti yaninda Dovlet Tehlukesizliyi Komitesi sedrinin muavini teyin edilmisdir 1955 ci il iyul ayindan ise Naxcivan MSSR Dovlet Tehlukesizliyi sedri olmusdur Sonralar SSRI Nazirler Soveti yaninda Dovlet Tehlukesizliyi Komitesinde calismisdir Memmed Elizade 1965 ci ilde Azerbaycan SSR ictimai asayisi muhafize naziri teyin edilmis 1970 ci iledek bu vezifede 1968 ci ilden daxili isler naziri calismisdir O Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin uzvu olmus 4 cu ve 7 ci cagiris Azerbaycan SSR Ali Sovetine ve 5 ci cagiris Naxcivan MSSR Ali Sovetine deputat secilmisdir IstinadlarMәmmәd Әli oglu Әlizadә Albom biografij deputatov Verhovnogo Soveta Azerbajdzhanskoj SSR 1955 Baky 1956 S 57 Teyyub Qurban Mir Cefer Bagirov ve Agaselim Atakisiyev Ekspress qezeti 30 dekabr 2012 S 15 Әlizadә Mәmmәd Әli oglu Azәrbaјҹan SSR Ali Sovetinin deputatlary Јeddinҹi chagyrysh Baky Azәrbaјҹan SSR Ali Sovetinin nәshri 1968 S 127 Elizade Memmed Eli oglu Naxcivanda seckilerin tarixi 1937 2002 Ensiklopedik toplu Baki Qanun 2003 seh 181 Xarici kecidlerValentin Mzareulov Ali zade Mamed Ali ogly rus 28 aprel 2022 tarixinde Istifade tarixi 28 aprel 2022