Müsəlman Xalq Respublikası Partiyası və ya İslami Xalq Respublikaçı Partiyası — Şiə din adamlarından biri və Azərbaycan türkü olan Ayətullah Şəriətmədari ilə assosiasiya edilən qısaömürlü partiya. Partiya İslam inqilabı dönəmində, yəni 1979-cu ildə islamçı və teokrat İslami Respublikaçı Partiyasına qarşı olaraq daha mötədil və liberal xüsusiyyətlər üzərində qurulmuşdu.
Müsəlman Xalq Respublikası Partiyası | |
---|---|
Quruluş tarixi | 1979 |
Dağılma tarixi | 1980 |
Baş qərargah | Qum (rəmzi olaraq) Təbriz |
İdeologiya | liberalizm, İran milliyətçiliyi, sosial mühafizəkarlıq[d] |
İdeoloji spektr | mərkəzçilik |
Üzv sayı | İddialara görə 3 milyon nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Partiya 1979-cu ilin martında bazar tacirlərinin, orta təbəqəyə məxsus siyasətçilərin və Xomeyninin əsas rəqibi hesab edilən Böyük Ayətullah Şəriətmədariyə bağlı din adamlarının iştirakı ilə yaradılmışdır. İslami Respublika Partiyasından fərqli olaraq, Müsəlman Xalq Respublikası Partiyası kollektiv dini rəhbərliyi üstün tuturdu və bu prinsipi ilə Xomeyninin rəhbərliyinə qarşı çıxırdı. Partiya, Azərbaycan türkləri ilə assosiasiya olunmaq və onlar üçün etnik haqlar tələb etməklə yanaşı, inqilabi komitələrin qanunsuz davranışlarını və inqilab məhkəmələrinin sərt cəzalandırmalarını tənqid edirdi və dünyəvi təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirir, mətbuatın hər kəsə açıq olmasını tələb edirdi. Partiyanın yaradılmasından qısa müddət sonra onun Kərəc, Ərak, Savə, Ərdəbil və Xalxaldakı qollarına hücumlar həyata keçirildi.
1979-cu ilin noyabrından etibarən bu partiya və onun düləmə sinfindən olan məsləhətçisi Şəriətmədari (o, rəsmi şəkildə partiya üzvü deyildi) bütün İranda yeni kontitusiyaya qarşı çıxan şəxslərin birləşdiyi partiyaya çevrildi. Bu konstitusiya yaxın zamanda keçiriləcək referendumda səsverməyə çıxarılmalı idi. Bu məsələlər fonunda 6 dekabrda Ruhulla Xomeyni Şəriətmədari ilə görüşdü və bəzi iddialara görə, ona "ultimatum "verdi.
Yeni konstitusiyaya və etnik məsələlərə partiyanın münasibəti
Partiya bütün İran xalqını sıralarına qoşulmağa çağırsa da, üzvləri əsasən Azərbaycan əyalətlərinin sakinləri və Tehranda bazarda çalışan Azərbaycan türklərindən təşkil edilmişdi. Partiyanın proqramında ölkənin bütünlüyünü nəzərə almaqla bütün etnik azlıqlara haqlarının verilməsi nəzərdə tutulurdu. Həmçinin bütün böyük əyalətlərin öz parlamentlərinin olması tələb edilir, eyni zamanda bu tələblər təkcə Azərbaycan türkləri üçün yox, digər etnik azlıqlar üçün də istənilirdi. Partiyanın qəzeti farsca dərc edilsə də, daha çox Azərbaycanln məsələləri ilə maraqlanırdı və hakimiyyətin ədəmi-mərkəziyyət prinsipinə əsaslanmasını istəyirdi. Şəriətmədari partiyanın rəsmi şəkildə rəhbəri və ya üzvü olmasa da, yaxın əlaqələrə sahib idi və onun oğlu Həsən partiyanın rəhbərlərindən biri idi. Həm partiya, həm də Şəriətmədari vilayəti-fəqih, yəni bütün hakimiyyətin bir ali dini lider ətrafında cəmləşdirilməsinə və yeni dini konstitusiyaya qarşı idi. Bəzən partiya ilə Şəriətmədari arasında müəyyən narazılıqlar da yaşanırdı. Məsələn, İranın konstitusiyasını yazmalı olan Mütəxəsislər Məclisinə olan seçkilərdə onların fikirləri ziddiyyət təşkil etdi. Şəriətmədari konstitusiyanın komitə tərəfindən hazırlanmasına etiraz edir, bunun əvəzinə konistitusiyanın tamamilə seçilmiş üzvlərdən olan assambleya tərəfindən müəyyənləşdirilməsini tələb edir və seçkilərə boykot etməyə çağırırdı. Lakin partiyanın Azərbaycandakı yerli qolu konstitusiyanın etnik haqları təmin edəcəyinə inamının ümidin az olmasına və məhdud çərçivəyə baxmayaraq, seçkilərdə iştirak etmək istəyirdi.
Mütəxəsislər Məclisi toplanarkən partiyanın Azərbaycan qolu aktiv şəkildə Azərbaycanda Əyalət Məclisinin qurulmasını təbliğ edirdi. 1979-cu ilin sentyabrında partiyanın Azərbaycan qolu olan Azərbaycan Birləşmiş Xalq Partiyası əyaləti təmsil etmək üçün parlament təşkilatı qurmağa çağırdı. Azərbaycan olan məşhur siyasətçilərdən Müqəddəm Marağayi Mütəxəsislər Şurasında bu layihəni təqdim etdi. Yerli partiyanın müraciətində bildirilirdi:
Əyalət Məclisinin və İran Xalq Məclisinin yaradılması bütün hakimiyyətin mərkəzi hökumətin əlində cəmləşməsini önləyəcək və mərkəzi əyalətlərin qərarverici gücünü zəiflədəcək. Belə bir qurumun yaradılması İran xalqları arasında əsl bərabərliyə nail olunmasına yardım edəcək.
Brenda Şaffer bu bəyanəti belə dəyərləndirir:
Bu fəaliyyət və bəyanat İranda əyalətlərin və azlıqların təmsilçiliyinin genişləndirilməsi istəyini və Azərbaycanın vilayətlər üçün geniş qərar qəbul etmə səlahiyyəti istəyini nümayiş etdirir.
Təbriz üsyanı və MXRP-ın iştirakı
Yeni kontitusiyanın referenduma çıxarılması ərəfəsində Təbrizdə Şəriətmədarinin adından guya onun konstitusiyanın dəstəklənməsi barədə fətva verdiyini bildirən saxta xəbərlər yayıldı. İnsanlar bunun saxta olduğunu sonradan başa düşdülər və bu Təbrizdə böyük etirazlara və ya üsyana yol açdı. Bundan sonra müxtəlif bölgələrdən insanlar Təbrizə axın edərək növbəti günə MXRP tərəfindən təyin edilmiş mitinqə hazırlaşmağa başladılar. Elə bu zaman Şəriətmədarinin Qumdakı evinə hücum edildiyi və onun mühafizəçilərindən birinin öldürüldüyü xəbəri insanları daha da qəzəbləndirdi. Beləliklə, 6 dekabr mitinqi təkcə təzə konstitusiyaya yox, eyni zamanda da Şəriətmədarinin evinə edilmiş hücuma etiraza çevrildi. Hökumət orqanlarına hücum edən təbrizlilər Təbriz radiosunu da ələ keçirdilər. Nümayişçilərin tələbləri və hərəkətlərinin intensivliyi göstərir ki, konstitusiya məsələsi və Şəriətmədarinin üzərinə hücum onların rejim əleyhinə fəaliyyətləri üçün təkan rolunu oynayırdı. Etirazın əsas səbəbləri sırasına Azərbaycan əyalətlərinə göndərilən məmurların təyinatı və mətbuat məsələsi idi. Etirazçıların mülki hava limanını ələ keçirməsindən sonra şəhərdə olan ordu etirazçılara müdaxilə etməkdən imtina etdi. Bundan başqa, şəhərdəki ordu birləşmələrindən bəziləri, xüsusən hərbi hava qüvvələrinə mənsub olan əsgərlərin bir qismi etirazçılara qatıldılar və Şəriətmədarini dəstəkləməyə başladılar.
Təbrizdəki əhalinin üsyanı qısa bir müddət ərzində Urmiya və Ərdəbildə də etirazlar başladı. Yerlərdəki MXRP qolları Şəriətmədarini Xomeyni ilə olan mübarizəsində dəstəklədiklərini bildirirdilər. Təbrizdəki etirazlardan ruhlanan Urmiya sakinləri kommunikasiya qülləsini ələ keçirməyə çalışsalar da, bunu son anda bacara bilmədilər. Ərdəbil yaxınlığındakı Germi məntəqəsində yerli əhali bütün hakimiyyət orqanlarını ələ keçirməyi bacardı. Həbsxanadakı bütün məhbuslar azad edildi və onların yerinə inqilabdan sonra yaradılmış İnqilab Keşikçiləri Korpusunun yerli mənsubları həbs edildi.
Üsyançılar insanları öz əyalətlərin işlərini idarə etmək istədiklərini bildirirdilər. Məsələn, radiodan elan edilən və MXRP tərəfindən hazırlanmış bəyanatda həm Ayətullah Xomeyninin, həm də mərkəzi hökumətin nümayəndələrinin əyalətdən qovulması tələb edilirdi. Bəyanatda kürd xalqı kimi Azərbaycan xalqının da hüquqlarına hörmət edilməsi tələb edilirdi. Təbrizdəki nümayişlər zamanı insanların səsləndirdikləri şüarlardan biri də İran xalqları üçün öz müqəddəratını təyin etmə prinsipinin tədbiq edilməsi barədə idi. Nümayiş iştirakçıları çıxışçılardan yalnız Azərbaycan türkcəsində danışmağı tələb edirdilər, əgər kimsə farsca danışmağa cəhd etsəydi o, dərhal etirazla qarşılanırdı. Yalnız Azərbaycandakı hərəkatı dəstəkləyən qeyri-azərbaycanlılara öz dillərində çıxış etməyə icazə verilirdi.
Üsyan Xomeyni Şəriətmədarini təhdid edib hərəkatın önünə keçməsini əngəlləməsindən sonra ciddi ziyan gördü. 6 dekabrda Xomeyni Şəriətmədarinin evini ziyarət etdi. Görüş zamanı o, Şəriətmədariyə bildirdi ki, İslami İnqilab Şurası şəhərdəki kommunikasiya qülləsinin 24 saat içində boşaldılmayacağı təqdirdə Təbrizin bombardman edilməsi barədə qərar qəbul etmişdir. Bununla eyni zamanda İnqilab Keşikçiləri Korpusunun bölmələri helikopterlə Təbriz Universitetinin həyətinə daxil oldular. Bura o zaman Şəriətmədari ilə mübarizədə Xomeynini dəstəkləyən İran azərbaycanlısı solçular tərəfindən nəzarət edilirdi. Yeni rejimin kürdlərlə mübarizəsində xeyli kürdün öldürüldüyünü bilən və bunun Azərbaycanda da olmasını istəməyən Şəritəmədari daha çox toqquşmanın qarşısını aldı. Şəritəmədarinin göstərişləri Azərbaycanda yalnız elan edildi. Elana görə guya Şəriətmədari və Xomeyni razılığa gəlmiş, Xomeyni Azərbaycanın daxili işlərinə qarışmayacağını, Şəriətmədari isə mərkəzin bölgəyə təyinatlarını qəbul etmişdir. Brenda Şafferə görə, razılaşmanın Şəriətmədarinin əyalətdəki təyinatlar üzərində nəzarəti təmin etməsi faktı daha bir sövdələşmənin əldə olunması fikrinin həqiqətə uyğun olmadığını göstərir. Ayətullah Şəriətmədari din xadimlərinin birbaşa siyasətə qarışmasının əleyhinə idi və beləliklə, özü üçün belə bir rol istəməzdi.
Şəriətmədarinin müraciətindən sonra 9 dekabr tarixində təbrizlilər ələ keçirdikləri obyektləri hökumət qüvvələrinə təhvil verdilər. Hakimiyyəti ələ alan Xomeyni tərəfdarları MXRP-ın mərkəzlərinə basqınlar etməyə və onun aktivistlərini həbs etməyə başladı. Onlara edilənin elanın saxta olmasını başa düşdükdən sonra etirazçılar yenidən rabitə qülləsini və digər yerləri ələ keçirdilər. Bundan sonra 5 həftə olar mühüm obyektləri öz əllərində saxlamağı bacardılar. Etirazçıların bəxti onda gətirmədi ki, Təbriz ətrafında olan və o dövrdə Xomeynini dəstəkləyən Tudəyə rəğbət bəsləyən bir əsgər Təbrizdəki rabitə qülləsinin fəaliyyətini məhdudlaşdırdı. Bununla da, Təbrizdəki üsyançıların xalqa müraciəti və onları səfərbər etməsi çətinləşdi. Buna baxmayaraq, 13 dekabrda Təbrizdə 700 min insan Şəriətmədarini dəstəkləyən nümayiş keçirdi. Etirazçıların tələblərindən biri də qeyri-azərbaycanlı əsgərlərin vilayət ərazisindən çıxarılması idi. 12 yanvar 1980-ci ildə MXRP-ın 11 liderinin edam edilməsindən və İnqilab Keşikçiləri Korpusunun partiyanın ofislərini ələ keçirməsindən sonra toqquşmalar daha da artdı. Şəriətmədari Xomeyninin MXRP-ni rəsmən ləğv etmək tələblərini qəbul etmədi. Şəriətmədari rejimin partiyanı ləğv etmək tələbinə kinayə ilə cavab verdi və bildirdi ki, mövcud hökumət siyasəti çərçivəsində buna ehtiyac yoxdur, çünki “özü bütün siyasi partiyaları amerikalı, sionist və antiinqilabçı kimi qələmə verə, onları qanunsuz elan edə bilər”; o, hakimiyyətin bu etiketlərdən istifadə edərək MXRP-yə böhtan atmaq cəhdlərini nəzərdə tuturdu. MXRP heç vaxt formal olaraq buraxılmayıb.
Brenda Şaffer 1979-cu ilin dekabrında yaşananları İrandakı Azərbaycan türklərinin yeni rejimə münasibətinin formalaşmasında mühüm rol oynadığını bildirməkdədir. O, yazır ki, Azərbaycan türkləri inqilabın onların dillərinə və kültürlərinə olan qadağaları ləğv edəcəyini düşünsələr də, bunda çox optimistik olduqlarını başa düşdülər. Həmçinin Azərbaycan türklərinin - xüsusən yaşlı və mühafizəkar olanların - hörmət etdiyi Ayətullah Şəriətmədarinin alçaldılması və kənarlaşdırılması yeni hökumətdən narazılığın daha da güclənməsinə yol açdı. Ervand Abrahamianın inqilabdan sonrakı ilkin seçkilərdə Azərbaycan bölgəsində seçkilərə qatılmanın aşağı səviyyədə olmasını yazmasına istinad edən Brenda Şaffer bunun Azərbaycan türklərinin seçkidə iştirakla hansısa dəyişikliyə nail ola bilməyəcəklərini düşünməsi ilə əlaqələndirir.
Partiyanın fəaliyyətini sonlandırması
1980-ci illin yanvarında Şəriətmədari rəsmi olaraq özünün MXRP ilə əlaqəsinin olmadığını elan etdi və Qumda onun tərəfdarları ilə Xomeyni tərəfdarları arasında baş vermiş toqquşmadan sonra virtual ev həbsinə salındı. Onun köməkçilərinin bir çoxu həbs edildi. Xomeyninin rəhbəri olduğu İslami Republikaçı Partiyası MXRP-in qapadılması üçün etirazlar təşkil etməyə başladı və nəticədə MXRP özünün fəaliyyətini durdurduğunu elan etməyə məcbur oldu. Yanvar ayından etibarən partiya artıq mövcud deyildi. Bundan bir neçə ay sonra partiyanın aktiv üzvlərindən bəziləri Təbrizdə edam edildilər.
2010-cu ildə Dr. Əsədulla Əsədi İran məhkəməsi tərəfindən Müsəlman Xalq Respublikası Partiyasının üzvü olmaqda və düşmən dövlətlərlə əməkdaşlıq etməkdə ittiham edilərək həbs edilmişdi.
Ayətullah Şəriətmədarinin sonu
Təbrizdəki hadisələrdən sonra Ayətullah Şəriətmədari müsahibələr verməyi və bəyannamələr yayınlamağı dayandırdı. Buna baxmayaraq, onnu Qumdakı evinə hər gün yüzlərlə ziyarətçi gəlirdi ki, onların çoxu da Azərbaycan əyalətlərindən idi. Xomeyni İraqla müharibəni dayandırmaq məsələsində uğursuz olduqdan sonra Şəriətmədari tərəfdarları arasında müharibə əleyhinə danışmağa başladı. Bunu özünə qarşı təhdid kimi dəyərləndirən Xomeyni 1982-ci ilin aprelində Şəriətmədarinin rejimə qarşı sui-qəsdə qarışdığını bildirdi. Əslində isə Şəriətmədari bu sui-qəsd barədə eşitsə də, ona qatılmamış və əhəmiyyət verməmişdi. Brenda Şaffer, Şəriətmədarinin din adamlarının aktiv siyasətə qarışmasına qarşı olması və azərbaycanlı tərəfdarlarının onun Xomeyni ilə siyasi mübarizəyə girməməsindən tez-tez şikayət etmələrinə əsaslanaraq sui-qəsdə qarışmadığını bildirir. 1980-ci illin yanvarında Şəriətmədari rəsmi olaraq özünün MXRP ilə əlaqəsinin olmadığını elan etdi və Xomeyni Şəriətmədarini alçaldaraq Böyük Ayətullah rütbəsindən məhrum edib ev həbsinə saldırdı. Hətta ona tibbi yardımın edilməsini da qadağan etdirdi və nəticədə aprel 1986-cı ildə Şəriətmədari vəfat etdi. Bir çox azərbaycanlı onun ölümündə Xomeynini ittiham edirdi. Hələ 1982-ci ildəki hadisələr zamanı Şəriətmədarini dəstəkləmək üçün Təbrizdə etiraz nümayişləri təşkil edilmiş və minlərlə azərbaycanlı Quma gələrək Şəriətmədariyə onu dəstəkləməyə hazır olduqlarını bildirmişdilər. Lakin o, onları sakitləşdirmiş və evlərinə yola salmışdı.
Həmçinin bax
İstinadlar
- Etheredge, 2011. səh. 52
- Shaffer, 2000. səh. 454
- Bakhash, 1984. səh. 67–68
- Moin, 2001. səh. 231
- Keddie, 2006. səh. 242
- Moin, 2001. səh. 229
- Shaffer, 2000. səh. 454-455
- Shaffer, 2000. səh. 455
- Shaffer, 2000. səh. 456
- Zabih, 1988. səh. 237
- Bakhash, 1984. səh. 89-90
- Shaffer, 2000. səh. 456-457
- Shaffer, 2000. səh. 457
- Shaffer, 2000. səh. 458
- Abrahamian, 1989. səh. 59–62
- New York Times, 10 yanvar 1980
- Bakhash, 1984. səh. 89–90
- Moin, 2001. səh. 232
- Bakhash, 1984. səh. 111
- Ghormeh Sabzi. "Asadollah Asadi: Prisoner of the day". iranian.com. 2012. 8 May 2023 tarixində . İstifadə tarixi: 8 may 2023.
- New York Times, 10 yanvar 1980
- Schahgaldian, 1987. səh. 143
- Shaffer, 2000. səh. 455-459
Mənbə
- Laura Etheredge. Political Process - Iran. The Rosen Publishing Group. 2011.
- Baqer Moin. Khomeini: Life of the Ayatollah. Thomas Dunne Books. 2001.
- Brenda Shaffer. The formation of Azerbaijani collective identity in Iran (PDF). Nationalities Papers,. 2000. 449–477.
- Shaul Bakhash. The Reign of the Ayatollahs. New York: Basic Books. 1984.
- Ervand Abrahamian. Radical Islam: The Iranian Mojahedin. London: I.B. Tauris & Co. Ltd. 1989.
- Sepehr Zabih. The Iranian Military in Revolution and War. New York: Routledge. 1988.
- Nikola B. Schahgaldian. The Iranian Military Under the Islamic Republic. Santa Monica: Rand Corp. 1987.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Muselman Xalq Respublikasi Partiyasi ve ya Islami Xalq Respublikaci Partiyasi Sie din adamlarindan biri ve Azerbaycan turku olan Ayetullah Serietmedari ile assosiasiya edilen qisaomurlu partiya Partiya Islam inqilabi doneminde yeni 1979 cu ilde islamci ve teokrat Islami Respublikaci Partiyasina qarsi olaraq daha motedil ve liberal xususiyyetler uzerinde qurulmusdu Muselman Xalq Respublikasi PartiyasiQurulus tarixi 1979Dagilma tarixi 1980Bas qerargah Qum remzi olaraq TebrizIdeologiya liberalizm Iran milliyetciliyi sosial muhafizekarliq d Ideoloji spektr merkezcilikUzv sayi Iddialara gore 3 milyon nefer Vikianbarda elaqeli mediafayllarTarixiPartiya 1979 cu ilin martinda bazar tacirlerinin orta tebeqeye mexsus siyasetcilerin ve Xomeyninin esas reqibi hesab edilen Boyuk Ayetullah Serietmedariye bagli din adamlarinin istiraki ile yaradilmisdir Islami Respublika Partiyasindan ferqli olaraq Muselman Xalq Respublikasi Partiyasi kollektiv dini rehberliyi ustun tuturdu ve bu prinsipi ile Xomeyninin rehberliyine qarsi cixirdi Partiya Azerbaycan turkleri ile assosiasiya olunmaq ve onlar ucun etnik haqlar teleb etmekle yanasi inqilabi komitelerin qanunsuz davranislarini ve inqilab mehkemelerinin sert cezalandirmalarini tenqid edirdi ve dunyevi teskilatlarla emekdasliq etmeye hazir oldugunu bildirir metbuatin her kese aciq olmasini teleb edirdi Partiyanin yaradilmasindan qisa muddet sonra onun Kerec Erak Save Erdebil ve Xalxaldaki qollarina hucumlar heyata kecirildi 1979 cu ilin noyabrindan etibaren bu partiya ve onun duleme sinfinden olan meslehetcisi Serietmedari o resmi sekilde partiya uzvu deyildi butun Iranda yeni kontitusiyaya qarsi cixan sexslerin birlesdiyi partiyaya cevrildi Bu konstitusiya yaxin zamanda kecirilecek referendumda sesvermeye cixarilmali idi Bu meseleler fonunda 6 dekabrda Ruhulla Xomeyni Serietmedari ile gorusdu ve bezi iddialara gore ona ultimatum verdi Yeni konstitusiyaya ve etnik meselelere partiyanin munasibeti Partiya butun Iran xalqini siralarina qosulmaga cagirsa da uzvleri esasen Azerbaycan eyaletlerinin sakinleri ve Tehranda bazarda calisan Azerbaycan turklerinden teskil edilmisdi Partiyanin proqraminda olkenin butunluyunu nezere almaqla butun etnik azliqlara haqlarinin verilmesi nezerde tutulurdu Hemcinin butun boyuk eyaletlerin oz parlamentlerinin olmasi teleb edilir eyni zamanda bu telebler tekce Azerbaycan turkleri ucun yox diger etnik azliqlar ucun de istenilirdi Partiyanin qezeti farsca derc edilse de daha cox Azerbaycanln meseleleri ile maraqlanirdi ve hakimiyyetin edemi merkeziyyet prinsipine esaslanmasini isteyirdi Serietmedari partiyanin resmi sekilde rehberi ve ya uzvu olmasa da yaxin elaqelere sahib idi ve onun oglu Hesen partiyanin rehberlerinden biri idi Hem partiya hem de Serietmedari vilayeti feqih yeni butun hakimiyyetin bir ali dini lider etrafinda cemlesdirilmesine ve yeni dini konstitusiyaya qarsi idi Bezen partiya ile Serietmedari arasinda mueyyen naraziliqlar da yasanirdi Meselen Iranin konstitusiyasini yazmali olan Mutexesisler Meclisine olan seckilerde onlarin fikirleri ziddiyyet teskil etdi Serietmedari konstitusiyanin komite terefinden hazirlanmasina etiraz edir bunun evezine konistitusiyanin tamamile secilmis uzvlerden olan assambleya terefinden mueyyenlesdirilmesini teleb edir ve seckilere boykot etmeye cagirirdi Lakin partiyanin Azerbaycandaki yerli qolu konstitusiyanin etnik haqlari temin edeceyine inaminin umidin az olmasina ve mehdud cerciveye baxmayaraq seckilerde istirak etmek isteyirdi Mutexesisler Meclisi toplanarken partiyanin Azerbaycan qolu aktiv sekilde Azerbaycanda Eyalet Meclisinin qurulmasini teblig edirdi 1979 cu ilin sentyabrinda partiyanin Azerbaycan qolu olan Azerbaycan Birlesmis Xalq Partiyasi eyaleti temsil etmek ucun parlament teskilati qurmaga cagirdi Azerbaycan olan meshur siyasetcilerden Muqeddem Maragayi Mutexesisler Surasinda bu layiheni teqdim etdi Yerli partiyanin muracietinde bildirilirdi Eyalet Meclisinin ve Iran Xalq Meclisinin yaradilmasi butun hakimiyyetin merkezi hokumetin elinde cemlesmesini onleyecek ve merkezi eyaletlerin qerarverici gucunu zeifledecek Bele bir qurumun yaradilmasi Iran xalqlari arasinda esl beraberliye nail olunmasina yardim edecek Brenda Saffer bu beyaneti bele deyerlendirir Bu fealiyyet ve beyanat Iranda eyaletlerin ve azliqlarin temsilciliyinin genislendirilmesi isteyini ve Azerbaycanin vilayetler ucun genis qerar qebul etme selahiyyeti isteyini numayis etdirir Tebriz usyani ve MXRP in istiraki Yeni kontitusiyanin referenduma cixarilmasi erefesinde Tebrizde Serietmedarinin adindan guya onun konstitusiyanin desteklenmesi barede fetva verdiyini bildiren saxta xeberler yayildi Insanlar bunun saxta oldugunu sonradan basa dusduler ve bu Tebrizde boyuk etirazlara ve ya usyana yol acdi Bundan sonra muxtelif bolgelerden insanlar Tebrize axin ederek novbeti gune MXRP terefinden teyin edilmis mitinqe hazirlasmaga basladilar Ele bu zaman Serietmedarinin Qumdaki evine hucum edildiyi ve onun muhafizecilerinden birinin oldurulduyu xeberi insanlari daha da qezeblendirdi Belelikle 6 dekabr mitinqi tekce teze konstitusiyaya yox eyni zamanda da Serietmedarinin evine edilmis hucuma etiraza cevrildi Hokumet orqanlarina hucum eden tebrizliler Tebriz radiosunu da ele kecirdiler Numayiscilerin telebleri ve hereketlerinin intensivliyi gosterir ki konstitusiya meselesi ve Serietmedarinin uzerine hucum onlarin rejim eleyhine fealiyyetleri ucun tekan rolunu oynayirdi Etirazin esas sebebleri sirasina Azerbaycan eyaletlerine gonderilen memurlarin teyinati ve metbuat meselesi idi Etirazcilarin mulki hava limanini ele kecirmesinden sonra seherde olan ordu etirazcilara mudaxile etmekden imtina etdi Bundan basqa seherdeki ordu birlesmelerinden bezileri xususen herbi hava quvvelerine mensub olan esgerlerin bir qismi etirazcilara qatildilar ve Serietmedarini desteklemeye basladilar Tebrizdeki ehalinin usyani qisa bir muddet erzinde Urmiya ve Erdebilde de etirazlar basladi Yerlerdeki MXRP qollari Serietmedarini Xomeyni ile olan mubarizesinde desteklediklerini bildirirdiler Tebrizdeki etirazlardan ruhlanan Urmiya sakinleri kommunikasiya qullesini ele kecirmeye calissalar da bunu son anda bacara bilmediler Erdebil yaxinligindaki Germi menteqesinde yerli ehali butun hakimiyyet orqanlarini ele kecirmeyi bacardi Hebsxanadaki butun mehbuslar azad edildi ve onlarin yerine inqilabdan sonra yaradilmis Inqilab Kesikcileri Korpusunun yerli mensublari hebs edildi Usyancilar insanlari oz eyaletlerin islerini idare etmek istediklerini bildirirdiler Meselen radiodan elan edilen ve MXRP terefinden hazirlanmis beyanatda hem Ayetullah Xomeyninin hem de merkezi hokumetin numayendelerinin eyaletden qovulmasi teleb edilirdi Beyanatda kurd xalqi kimi Azerbaycan xalqinin da huquqlarina hormet edilmesi teleb edilirdi Tebrizdeki numayisler zamani insanlarin seslendirdikleri suarlardan biri de Iran xalqlari ucun oz muqedderatini teyin etme prinsipinin tedbiq edilmesi barede idi Numayis istirakcilari cixiscilardan yalniz Azerbaycan turkcesinde danismagi teleb edirdiler eger kimse farsca danismaga cehd etseydi o derhal etirazla qarsilanirdi Yalniz Azerbaycandaki herekati destekleyen qeyri azerbaycanlilara oz dillerinde cixis etmeye icaze verilirdi Usyan Xomeyni Serietmedarini tehdid edib herekatin onune kecmesini engellemesinden sonra ciddi ziyan gordu 6 dekabrda Xomeyni Serietmedarinin evini ziyaret etdi Gorus zamani o Serietmedariye bildirdi ki Islami Inqilab Surasi seherdeki kommunikasiya qullesinin 24 saat icinde bosaldilmayacagi teqdirde Tebrizin bombardman edilmesi barede qerar qebul etmisdir Bununla eyni zamanda Inqilab Kesikcileri Korpusunun bolmeleri helikopterle Tebriz Universitetinin heyetine daxil oldular Bura o zaman Serietmedari ile mubarizede Xomeynini destekleyen Iran azerbaycanlisi solcular terefinden nezaret edilirdi Yeni rejimin kurdlerle mubarizesinde xeyli kurdun oldurulduyunu bilen ve bunun Azerbaycanda da olmasini istemeyen Seritemedari daha cox toqqusmanin qarsisini aldi Seritemedarinin gosterisleri Azerbaycanda yalniz elan edildi Elana gore guya Serietmedari ve Xomeyni raziliga gelmis Xomeyni Azerbaycanin daxili islerine qarismayacagini Serietmedari ise merkezin bolgeye teyinatlarini qebul etmisdir Brenda Saffere gore razilasmanin Serietmedarinin eyaletdeki teyinatlar uzerinde nezareti temin etmesi fakti daha bir sovdelesmenin elde olunmasi fikrinin heqiqete uygun olmadigini gosterir Ayetullah Serietmedari din xadimlerinin birbasa siyasete qarismasinin eleyhine idi ve belelikle ozu ucun bele bir rol istemezdi Serietmedarinin muracietinden sonra 9 dekabr tarixinde tebrizliler ele kecirdikleri obyektleri hokumet quvvelerine tehvil verdiler Hakimiyyeti ele alan Xomeyni terefdarlari MXRP in merkezlerine basqinlar etmeye ve onun aktivistlerini hebs etmeye basladi Onlara edilenin elanin saxta olmasini basa dusdukden sonra etirazcilar yeniden rabite qullesini ve diger yerleri ele kecirdiler Bundan sonra 5 hefte olar muhum obyektleri oz ellerinde saxlamagi bacardilar Etirazcilarin bexti onda getirmedi ki Tebriz etrafinda olan ve o dovrde Xomeynini destekleyen Tudeye regbet besleyen bir esger Tebrizdeki rabite qullesinin fealiyyetini mehdudlasdirdi Bununla da Tebrizdeki usyancilarin xalqa muracieti ve onlari seferber etmesi cetinlesdi Buna baxmayaraq 13 dekabrda Tebrizde 700 min insan Serietmedarini destekleyen numayis kecirdi Etirazcilarin teleblerinden biri de qeyri azerbaycanli esgerlerin vilayet erazisinden cixarilmasi idi 12 yanvar 1980 ci ilde MXRP in 11 liderinin edam edilmesinden ve Inqilab Kesikcileri Korpusunun partiyanin ofislerini ele kecirmesinden sonra toqqusmalar daha da artdi Serietmedari Xomeyninin MXRP ni resmen legv etmek teleblerini qebul etmedi Serietmedari rejimin partiyani legv etmek telebine kinaye ile cavab verdi ve bildirdi ki movcud hokumet siyaseti cercivesinde buna ehtiyac yoxdur cunki ozu butun siyasi partiyalari amerikali sionist ve antiinqilabci kimi qeleme vere onlari qanunsuz elan ede biler o hakimiyyetin bu etiketlerden istifade ederek MXRP ye bohtan atmaq cehdlerini nezerde tuturdu MXRP hec vaxt formal olaraq buraxilmayib Brenda Saffer 1979 cu ilin dekabrinda yasananlari Irandaki Azerbaycan turklerinin yeni rejime munasibetinin formalasmasinda muhum rol oynadigini bildirmekdedir O yazir ki Azerbaycan turkleri inqilabin onlarin dillerine ve kulturlerine olan qadagalari legv edeceyini dusunseler de bunda cox optimistik olduqlarini basa dusduler Hemcinin Azerbaycan turklerinin xususen yasli ve muhafizekar olanlarin hormet etdiyi Ayetullah Serietmedarinin alcaldilmasi ve kenarlasdirilmasi yeni hokumetden naraziligin daha da guclenmesine yol acdi Ervand Abrahamianin inqilabdan sonraki ilkin seckilerde Azerbaycan bolgesinde seckilere qatilmanin asagi seviyyede olmasini yazmasina istinad eden Brenda Saffer bunun Azerbaycan turklerinin seckide istirakla hansisa deyisikliye nail ola bilmeyeceklerini dusunmesi ile elaqelendirir Partiyanin fealiyyetini sonlandirmasi1980 ci illin yanvarinda Serietmedari resmi olaraq ozunun MXRP ile elaqesinin olmadigini elan etdi ve Qumda onun terefdarlari ile Xomeyni terefdarlari arasinda bas vermis toqqusmadan sonra virtual ev hebsine salindi Onun komekcilerinin bir coxu hebs edildi Xomeyninin rehberi oldugu Islami Republikaci Partiyasi MXRP in qapadilmasi ucun etirazlar teskil etmeye basladi ve neticede MXRP ozunun fealiyyetini durdurdugunu elan etmeye mecbur oldu Yanvar ayindan etibaren partiya artiq movcud deyildi Bundan bir nece ay sonra partiyanin aktiv uzvlerinden bezileri Tebrizde edam edildiler 2010 cu ilde Dr Esedulla Esedi Iran mehkemesi terefinden Muselman Xalq Respublikasi Partiyasinin uzvu olmaqda ve dusmen dovletlerle emekdasliq etmekde ittiham edilerek hebs edilmisdi Ayetullah Serietmedarinin sonuTebrizdeki hadiselerden sonra Ayetullah Serietmedari musahibeler vermeyi ve beyannameler yayinlamagi dayandirdi Buna baxmayaraq onnu Qumdaki evine her gun yuzlerle ziyaretci gelirdi ki onlarin coxu da Azerbaycan eyaletlerinden idi Xomeyni Iraqla muharibeni dayandirmaq meselesinde ugursuz olduqdan sonra Serietmedari terefdarlari arasinda muharibe eleyhine danismaga basladi Bunu ozune qarsi tehdid kimi deyerlendiren Xomeyni 1982 ci ilin aprelinde Serietmedarinin rejime qarsi sui qesde qarisdigini bildirdi Eslinde ise Serietmedari bu sui qesd barede esitse de ona qatilmamis ve ehemiyyet vermemisdi Brenda Saffer Serietmedarinin din adamlarinin aktiv siyasete qarismasina qarsi olmasi ve azerbaycanli terefdarlarinin onun Xomeyni ile siyasi mubarizeye girmemesinden tez tez sikayet etmelerine esaslanaraq sui qesde qarismadigini bildirir 1980 ci illin yanvarinda Serietmedari resmi olaraq ozunun MXRP ile elaqesinin olmadigini elan etdi ve Xomeyni Serietmedarini alcaldaraq Boyuk Ayetullah rutbesinden mehrum edib ev hebsine saldirdi Hetta ona tibbi yardimin edilmesini da qadagan etdirdi ve neticede aprel 1986 ci ilde Serietmedari vefat etdi Bir cox azerbaycanli onun olumunde Xomeynini ittiham edirdi Hele 1982 ci ildeki hadiseler zamani Serietmedarini desteklemek ucun Tebrizde etiraz numayisleri teskil edilmis ve minlerle azerbaycanli Quma gelerek Serietmedariye onu desteklemeye hazir olduqlarini bildirmisdiler Lakin o onlari sakitlesdirmis ve evlerine yola salmisdi Hemcinin baxTebriz usyani 1979 1980 Mehemmed Kazim SerietmedariIstinadlarEtheredge 2011 seh 52 Shaffer 2000 seh 454 Bakhash 1984 seh 67 68 Moin 2001 seh 231 Keddie 2006 seh 242 Moin 2001 seh 229 Shaffer 2000 seh 454 455 Shaffer 2000 seh 455 Shaffer 2000 seh 456 Zabih 1988 seh 237 Bakhash 1984 seh 89 90 Shaffer 2000 seh 456 457 Shaffer 2000 seh 457 Shaffer 2000 seh 458 Abrahamian 1989 seh 59 62 New York Times 10 yanvar 1980 Bakhash 1984 seh 89 90 Moin 2001 seh 232 Bakhash 1984 seh 111 Ghormeh Sabzi Asadollah Asadi Prisoner of the day iranian com 2012 8 May 2023 tarixinde Istifade tarixi 8 may 2023 New York Times 10 yanvar 1980 Schahgaldian 1987 seh 143 Shaffer 2000 seh 455 459MenbeLaura Etheredge Political Process Iran The Rosen Publishing Group 2011 Baqer Moin Khomeini Life of the Ayatollah Thomas Dunne Books 2001 Brenda Shaffer The formation of Azerbaijani collective identity in Iran PDF Nationalities Papers 2000 449 477 Shaul Bakhash The Reign of the Ayatollahs New York Basic Books 1984 Ervand Abrahamian Radical Islam The Iranian Mojahedin London I B Tauris amp Co Ltd 1989 Sepehr Zabih The Iranian Military in Revolution and War New York Routledge 1988 Nikola B Schahgaldian The Iranian Military Under the Islamic Republic Santa Monica Rand Corp 1987