Muş döyüşü — 1467-ci il noyabrın 11-də Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüş. Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoydu. Qaraqoyunlu dövlətinin varlığına son qoyuldu.
Muş döyüşü | |||
---|---|---|---|
Qaraqoyunlu, Ağqoyunlu tarixi | |||
Tarix | 1467-ci il noyabr | ||
Yeri | Muş düzənliyi | ||
Nəticəsi | Qaraqoyunlular məğlub oldu. Qaraqoyunlu dövləti süqut etdi. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
Arxaplan
XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər sabitləşdi. Ağqoyunlular əleyhinə çıxmış qüvvələrə qarşı mübarizədə Cahangir Mirzənin qardaşı Uzun Həsən böyük şücaət göstərdi. Tezliklə Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında sıx birləşərək Cahangir Mirzənin əleyhinə mübarizəyə qalxdılar. Bu zaman Cahangir Mirzənin əsas qüvvələri Diyabəkirdə idi və Uzun Həsən əsas zərbəni bura vurmağa çalışırdı. 1453-cü ildə baş vermiş döyüşdə Cahangir Mirzənin qüvvələri darmadağın edildi, özü isə Mardinə qaçmaqla yaxasını qurtara bildi. Daha sonra o Uzun Həsənə qarşı mübarizədə mütəffiq tapmaq məqsədilə Ağqoyunluların əsas düşməni Qaraqoyunlu Cahanşahla ittifaqa girmək üçün Təbrizə gəldi.
Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu. XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi.
Döyüşə hazırlıq
Bu dəfə iki Türkmən icması arasında mübarizə başladı. Bu mübarizə Cahanşahın şərqdəki işğalları zamanı Uzun Həsənin qərbdə əldə etdiyi qazancları geri almaq üçün 1467-ci il mayın 16-da Təbrizdən ayrılaraq Van gölü yaxınlığındakı Sökmənabada gəlməsi ilə başladı. Görünən səbəb dədə-baba yurdlarına səfər olsa da, əslində bu yürüş Ağqoyunlulara öz yerini göstərmək məqsədi daşıyırdı. Bu zaman Uzun Həsən 12 min atlı ilə İlqara gedərkənonu təqib etdiyi xəbəri Cahanşaha çatdırıldı. Bu xəbərdən hiddətlənən Cahanşah bu hadisəni müharibənin səbəbi kimi qiymətləndirdi və vəziyyəti rəisləri ilə müzakirə etdikdən sonra Uzun Həsən üzərinə yeriməyə qərar verdi. Təqib məsələsindən xəbər tutduqdan sonra Uzun Həsən Amiddən Harputa yola düşdü. Burada özünə bağlı qüvvələri çağıraraq Qaraqoyunluları izləmək üçün Kabes yaylağına çəkildi. Mübahisənin diplomatik tərəfini də nəzərə alaraq öz elçisi Xızır bəy Tərxanı Cahanşahın yanına göndərdi. Elçi nə qədər bu xəbərin gerçək olmadığını, Uzun Həsənin Harputda olduğunu söyləsə də Cahanşah ona qulaq asmadı və öz elçisi Məhəmməd Süfrəçini təhqir edici məktubla Uzun Həsənin yanına yola saldı. Məhəmməd Süfrəçi Uzun Həsənin yanına gələrək Cahanşahın tələblərini ona çatdırdı. Cahanşah bildirirdi ki, Uzun Həsən əgər sözlərində səmimidirsə əvvəla özü şəxsən gəlib bunu şaha bildirsin və ya oğlanlarından birini göndərsin. Elçi həmçinin Qaraqoyunlu qoşunun sayca onlardan çox olduğunu da dəfələrlə vurğuladı. Həsən bəy cavab olaraq bildirdi ki, o baş verəcək döyüşdən qorxmur və nə özü nə də oğlanlarından biri Cahanşahın hüzuruna getməyəcək.
Müharibənin qaçınılmaz olduğunu dərk edən Həsən bəy bir tərəfdən döyüş hazırlıqları ilə yanaşı digər tərəfdən diplomatik fəaliyyətlərini də davam etdirirdi. Beləki Qaraqoyunlu elçisini yola salan kimi bu dəfə qadısı Rüknəddin Əlini hörmət və sayğı dolu sözlərlə yazılmış məktubla o cümlədən qiymətli hədiyyələrlə yenidən Cahanşahın hüzuruna göndərdi. Məqsədi mümkün olan qədər döyüşdən qaçmaq əks halda Qaraqoyunluların fikrini yayındırmaq idi. Bu elçi Uzun Həsən adından Cahanşa bildirir: "Bəyimiz sizə sadiq və bağlıdır. Məqsədiniz ölkə ələ keçirməkdisə bütün qalaların açarlarını sizə təqdim etməyə hazırdır. Əgər mal mülk istəyirsizsə var dövlətini sizə verməyə hazırdır." Lakin Cahanşah bu elçini də müsbət qarşılamadı. Onun əsas məqsədi Ağqoyunluların gedərək artan gücünü sındırmaq, onların hakim olduqları əraziləri ələ keçirmək idi. Nəticədə tərəflər özlərinə bağlı qüvvələrin hamısını ətraflarında topladıqdan sonra döyüşə başladılar.
Döyüş
Cahanşah Ərciş, Adilcəvaz və Əhlət üzərindən Bitlisə oradan da Muş düzənliyinə gəldi çıxdı. Harputdan yola düşən Həsən bəy isə Çapaqcur üzərinə yeriyərək Təkyə-Melqısı adlanan əraziyə endi. Bura çatdıqda artıq Diyarbəkirlə Van arasındakı yüksəklikləri, yolları və keçidləri öz ərgərləri ilə tutmuş, avanqard qüvvələrini də Çapaqcura göndərmişdi. Həsən bəy rəqib qüvvələrinin say baxımından üstünlüyünü nəzərə alaraq, meydançalı döyüş əvəzinə yıxılma strategiyasını qəbul etdi və üzərinə gələn Qaraqoyunlu qüvvələrini buna məcbur etdi. Əvvəlcədən buraya ordu göndərərək qalanı ələ keçirən Qaraqoyunlu qüvvələri ilə sayı 3000 civarında olan Ağqoyunluların qabaqcıl qüvvələri arasında baş verən ilk toqquşmada Cahanşah məğlub oldu. Beləliklə, Çapaqcur düzündə hökmranlıq edən Uzun Həsən əsgərlərini Muş düzünün qərbindəki dağlar üzərində yerləşdirərək düzənlikdə Qaraqoyunlu qüvvələrinə basqın etməyə başladı. Basqınlara qarşılıq olaraq qaraqoyunlular sıldırım keçidləri tutan əsgərlərlə qarşılıq versə də təsirli olmadı. Hər iki vəziyyətdə itki verən Cahanşah döyüşün gedişatını danışmaq məqsədilə divan çağırdı. Divanda əsgərlərin qayıtmaq istəklərini nəzərə alaraq döyüşü gələn ilə ertələməyi qərarlaşdırdılar. Nəticədə qüvvələrin bir qismi geri qayıtdı. Cahanşah ailəsini, əyanlarının bir qismini və qalan əsgərlərini də götürərək Bingöl vilayəti sərhədləri daxilindəki Sancaq bölgəsinə gələrək burada qaldı. Düşmənə əhəmiyyət vermədiyi üçün də ciddi tədbir görməyə ehtiyac duymadan əyləncəyə başları qarışdı. Uzun Həsən rəqibinin bu hərəkətini Yuxarı Fərat hövzəsinə doğru hərbi fəaliyyər olduğunu düşünürdü, lakin elçiləri məsələnin həqiqətini ona çatdırdıqda, bunun belə olmadığını anladı və daha sərt bir kəşfiyyat və təlim yürütməyə başladı. Rəqibinin Sancaq bölgəsində yerini təyin etdikdən sonra qərargahına kəndli qiyafəsində bir casus göndərdi. Cahanşahın qərargahına heç bir çətinliklə rastlaşmadan girən bu casus yüksək səslə qışqıraraq onun itmiş atını kiminsə görüb-görmədiyini soruşdu ancaq heç bir cavab almadı. O şahın bütün əsgərlərinin sərxoş olduğunu görüb Həsən bəyə xəbər verdi. Vəziyyətin əlverişli olduğunu anlayan Həsən bəy 1467-ci il noyabrın 10-da səhər saatlarında 6000 nəfərlik qoşunu ilə Cahanşahın qərargahına qəfil basqın etdi. Güc nümayiş etdirmək imkanı belə tapa bilməyən Qaraqoyunlu qüvvələri dağıldı. Cahanşah bir əsgər tərəfindən öldürüldü, iki oğlu və bütün əyanları əsir düşdü. Sonralar cənazəsi Təbrizə aparılaraq orada tikdirdiyi Müzəffəriyyə məqbərəsində dəfn olundu.
İstinadlar
- III cild, 2007. səh. 82
- Minorsky, 1960. səh. 13
- Yinanç, 1945. səh. 186
- Tehrani, 2006. səh. 253
- Yinanç, 1945. səh. 187
- Tehrani, 2006. səh. 254-255
- Yinanç, 1945. səh. 188
- Hınz, 1992. səh. 12
Mənbə
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
- Hınz, Walther (tərc. Tevfik Bıyıklıoğlu). Uzun Hasan and Sheykh Cuneyd (türk). Ankara. 1992.
- Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
- Əbubəkr Tehrani (Rahilə Şükürova). Kitabi-Diyarbəkriyyə. İstanbul: Bayrak nəşriyyatı. 2006.
- M.H.Yinanç. Cihanşah. İA. 1945. 173–189.
- V.Minorsky. Uzun Həsən. Encyclopaedia of Islam, Second Edition. 1960. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mus doyusu 1467 ci il noyabrin 11 de Mus duzunde Qaraqoyunlu Cahansahla Agqoyunlu Uzun Hesen arasinda bas vermis doyus Uzun Hesen qalib gelerek Agqoyunlu dovletinin temelini qoydu Qaraqoyunlu dovletinin varligina son qoyuldu Mus doyusuQaraqoyunlu Agqoyunlu tarixiTarix 1467 ci il noyabrYeri Mus duzenliyiNeticesi Qaraqoyunlular meglub oldu Qaraqoyunlu dovleti suqut etdi Munaqise terefleriAgqoyunlu dovleti Qaraqoyunlu dovletiKomandan lar Uzun Hesen CahansahTereflerin quvvesi12000 20ArxaplanXV esrin 50 ci illerinde Agqoyunlu erazisinde veziyyet mueyyen qeder sabitlesdi Agqoyunlular eleyhine cixmis quvvelere qarsi mubarizede Cahangir Mirzenin qardasi Uzun Hesen boyuk sucaet gosterdi Tezlikle Agqoyunlu eyanlari Uzun Hesenin etrafinda six birleserek Cahangir Mirzenin eleyhine mubarizeye qalxdilar Bu zaman Cahangir Mirzenin esas quvveleri Diyabekirde idi ve Uzun Hesen esas zerbeni bura vurmaga calisirdi 1453 cu ilde bas vermis doyusde Cahangir Mirzenin quvveleri darmadagin edildi ozu ise Mardine qacmaqla yaxasini qurtara bildi Daha sonra o Uzun Hesene qarsi mubarizede muteffiq tapmaq meqsedile Agqoyunlularin esas dusmeni Qaraqoyunlu Cahansahla ittifaqa girmek ucun Tebrize geldi Uzun Hesen Agqoyunlu tayfa ittifaqini daha da mohkemletmek ve bu ittifaqin erazisini Azerbaycan torpaqlari hesabina genislendirmek Azerbaycanin cenub vilayetlerinde hakimiyyeti ele kecirmek orada hokmranliq eden Qaraqoyunlulara qarsi mubarize aparmaq ucun tedbirler gormeye basladi O eyanlara boyuk imtiyazlar ve vedler verdi onlan oz etrafinda six birlesdirmeye muveffeq oldu XV esrin ortalarinda Qaraqoyunlularla Agqoyunlular arasindaki mubarize daha da keskinlesdi Mubarizenin ilk dovrunun xususiyyeti ondan ibaret idi ki her iki teref dovletlerdeki daxili ziddiyyetlerden feal suretde istifade etmeye baslamisdi XV esrin 50 ci illerinde Uzun Hesen ermenilerin yasadiqlari torpaqlari ve Gurcustanin Qaraqoyunlu hakimiyyeti altinda olan serq hissesini ele kecirerek oz hakimiyyetine tabe etdi Doyuse hazirliqBu defe iki Turkmen icmasi arasinda mubarize basladi Bu mubarize Cahansahin serqdeki isgallari zamani Uzun Hesenin qerbde elde etdiyi qazanclari geri almaq ucun 1467 ci il mayin 16 da Tebrizden ayrilaraq Van golu yaxinligindaki Sokmenabada gelmesi ile basladi Gorunen sebeb dede baba yurdlarina sefer olsa da eslinde bu yurus Agqoyunlulara oz yerini gostermek meqsedi dasiyirdi Bu zaman Uzun Hesen 12 min atli ile Ilqara gederkenonu teqib etdiyi xeberi Cahansaha catdirildi Bu xeberden hiddetlenen Cahansah bu hadiseni muharibenin sebebi kimi qiymetlendirdi ve veziyyeti reisleri ile muzakire etdikden sonra Uzun Hesen uzerine yerimeye qerar verdi Teqib meselesinden xeber tutduqdan sonra Uzun Hesen Amidden Harputa yola dusdu Burada ozune bagli quvveleri cagiraraq Qaraqoyunlulari izlemek ucun Kabes yaylagina cekildi Mubahisenin diplomatik terefini de nezere alaraq oz elcisi Xizir bey Terxani Cahansahin yanina gonderdi Elci ne qeder bu xeberin gercek olmadigini Uzun Hesenin Harputda oldugunu soylese de Cahansah ona qulaq asmadi ve oz elcisi Mehemmed Sufrecini tehqir edici mektubla Uzun Hesenin yanina yola saldi Mehemmed Sufreci Uzun Hesenin yanina gelerek Cahansahin teleblerini ona catdirdi Cahansah bildirirdi ki Uzun Hesen eger sozlerinde semimidirse evvela ozu sexsen gelib bunu saha bildirsin ve ya oglanlarindan birini gondersin Elci hemcinin Qaraqoyunlu qosunun sayca onlardan cox oldugunu da defelerle vurguladi Hesen bey cavab olaraq bildirdi ki o bas verecek doyusden qorxmur ve ne ozu ne de oglanlarindan biri Cahansahin huzuruna getmeyecek Muharibenin qacinilmaz oldugunu derk eden Hesen bey bir terefden doyus hazirliqlari ile yanasi diger terefden diplomatik fealiyyetlerini de davam etdirirdi Beleki Qaraqoyunlu elcisini yola salan kimi bu defe qadisi Rukneddin Elini hormet ve saygi dolu sozlerle yazilmis mektubla o cumleden qiymetli hediyyelerle yeniden Cahansahin huzuruna gonderdi Meqsedi mumkun olan qeder doyusden qacmaq eks halda Qaraqoyunlularin fikrini yayindirmaq idi Bu elci Uzun Hesen adindan Cahansa bildirir Beyimiz size sadiq ve baglidir Meqsediniz olke ele kecirmekdise butun qalalarin acarlarini size teqdim etmeye hazirdir Eger mal mulk isteyirsizse var dovletini size vermeye hazirdir Lakin Cahansah bu elcini de musbet qarsilamadi Onun esas meqsedi Agqoyunlularin gederek artan gucunu sindirmaq onlarin hakim olduqlari erazileri ele kecirmek idi Neticede terefler ozlerine bagli quvvelerin hamisini etraflarinda topladiqdan sonra doyuse basladilar DoyusCahansah Ercis Adilcevaz ve Ehlet uzerinden Bitlise oradan da Mus duzenliyine geldi cixdi Harputdan yola dusen Hesen bey ise Capaqcur uzerine yeriyerek Tekye Melqisi adlanan eraziye endi Bura catdiqda artiq Diyarbekirle Van arasindaki yukseklikleri yollari ve kecidleri oz ergerleri ile tutmus avanqard quvvelerini de Capaqcura gondermisdi Hesen bey reqib quvvelerinin say baximindan ustunluyunu nezere alaraq meydancali doyus evezine yixilma strategiyasini qebul etdi ve uzerine gelen Qaraqoyunlu quvvelerini buna mecbur etdi Evvelceden buraya ordu gondererek qalani ele keciren Qaraqoyunlu quvveleri ile sayi 3000 civarinda olan Agqoyunlularin qabaqcil quvveleri arasinda bas veren ilk toqqusmada Cahansah meglub oldu Belelikle Capaqcur duzunde hokmranliq eden Uzun Hesen esgerlerini Mus duzunun qerbindeki daglar uzerinde yerlesdirerek duzenlikde Qaraqoyunlu quvvelerine basqin etmeye basladi Basqinlara qarsiliq olaraq qaraqoyunlular sildirim kecidleri tutan esgerlerle qarsiliq verse de tesirli olmadi Her iki veziyyetde itki veren Cahansah doyusun gedisatini danismaq meqsedile divan cagirdi Divanda esgerlerin qayitmaq isteklerini nezere alaraq doyusu gelen ile ertelemeyi qerarlasdirdilar Neticede quvvelerin bir qismi geri qayitdi Cahansah ailesini eyanlarinin bir qismini ve qalan esgerlerini de goturerek Bingol vilayeti serhedleri daxilindeki Sancaq bolgesine gelerek burada qaldi Dusmene ehemiyyet vermediyi ucun de ciddi tedbir gormeye ehtiyac duymadan eylenceye baslari qarisdi Uzun Hesen reqibinin bu hereketini Yuxari Ferat hovzesine dogru herbi fealiyyer oldugunu dusunurdu lakin elcileri meselenin heqiqetini ona catdirdiqda bunun bele olmadigini anladi ve daha sert bir kesfiyyat ve telim yurutmeye basladi Reqibinin Sancaq bolgesinde yerini teyin etdikden sonra qerargahina kendli qiyafesinde bir casus gonderdi Cahansahin qerargahina hec bir cetinlikle rastlasmadan giren bu casus yuksek sesle qisqiraraq onun itmis atini kiminse gorub gormediyini sorusdu ancaq hec bir cavab almadi O sahin butun esgerlerinin serxos oldugunu gorub Hesen beye xeber verdi Veziyyetin elverisli oldugunu anlayan Hesen bey 1467 ci il noyabrin 10 da seher saatlarinda 6000 neferlik qosunu ile Cahansahin qerargahina qefil basqin etdi Guc numayis etdirmek imkani bele tapa bilmeyen Qaraqoyunlu quvveleri dagildi Cahansah bir esger terefinden olduruldu iki oglu ve butun eyanlari esir dusdu Sonralar cenazesi Tebrize aparilaraq orada tikdirdiyi Muzefferiyye meqberesinde defn olundu IstinadlarIII cild 2007 seh 82 Minorsky 1960 seh 13 Yinanc 1945 seh 186 Tehrani 2006 seh 253 Yinanc 1945 seh 187 Tehrani 2006 seh 254 255 Yinanc 1945 seh 188 Hinz 1992 seh 12MenbeAzerbaycan tarixi Yeddi cildde III cild XIII XVIII esrler Baki Elm nesriyyat Naile Velixanli 2007 seh 592 Hinz Walther terc Tevfik Biyiklioglu Uzun Hasan and Sheykh Cuneyd turk Ankara 1992 Woods John E The Aqquyunlu Clan Confederation Empire The University of Utah Press 1999 Ebubekr Tehrani Rahile Sukurova Kitabi Diyarbekriyye Istanbul Bayrak nesriyyati 2006 M H Yinanc Cihansah IA 1945 173 189 V Minorsky Uzun Hesen Encyclopaedia of Islam Second Edition 1960 ISBN 9789004161214