Multanı karvansarası — İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır.
Multanı karvansarası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qüllə küçəsi,9 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | restoran kimi fəaliyyət göstərir |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 79 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçəsi
Multanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur.
Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır. Karvansaranın şərq yarısı isə XX əsrin əvvəlində yaxındakı üçmərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar olaraq dağıdılmışdır.
XVIII – XIX əsrə aid baş planlarında abidənin tam konturu aydın görünməkdədir. Bu məlumatlar, eləcə də abidəniin özünün diqqətlə tədqiqi karvansara haqqında kifayət qədər təsəvvür yaratmağa və bərpa işlərini əsaslandırmağa imkan vermişdir.
Memarlıq xüsusiyyətləri
Multanı karvansarası ənənəvi kompozisiya sxemi üzrə tikilmiş, ticarət küçəsi tərəfdən birmərtəbəli 35m X 35m ölçülü sadə fasadı və qapalı səkkizbucaqlı həyətə çıxan bir-birindən təcrid olunmuş, yaşayış otaqları olan binadır. Çatma tağtavanla örtülmüş, cənub-qərb tini əmələ gətirən altı yaşayış otağı ilkin vəziyyətini qoruyaraq dövrümüzə çatmışdır. Bu altı otaqdan üçü bir ümumi bir altıbucaqlı çatmatağlı və çox maraqlı tağtavanlı örtü ilə örtülmüş eyvan vasitəsiylə həyətə çıxır, o biri üç otağın isə hərəsinin eyni hündürlükdə, ancaq başqa endə olan öz eyvanı var. Karvansaranın şimal-qərb tinindəki otaqlar salamat qalmamışdır, onların yerində bağça yaradılmışdır.
Karvansaraya giriş dərin tağçalı, çatma tağla tamamlanan baştağ şəklində həll olunmuşdur. Bütöv taxta darvazaların arxasından həyətə çatma tağtavanla örtülmüş keçid başlanır. Keçidin sonu, hündürlüyü, yaşayış otaqları, eyvanlarının bərabər olan çatma tağla qurtarır. Beləliklə səkkizbucaqlı həyətin sıratağını əmələ gətirən tağlar eyni hündürlükdə olmuşdur. Keçidlə yanaşı olan otaqlardan biri zirzəmiyə aparan pilləkənin qəfəsəsinə çevrilmişdir.
Multanı karvansarasının zirzəmisi bu abidənin ən maraqlı hissələrindən biridir. İndi karvansaranın şərq yarısının ərazisini tutan XX əsr yaşayış evi tərəfdən bu zirzəmi deyil, birinci mərtəbədir (onun döşəməsi asfaltan 60 sm aşağıdadır), hazırda karvansara ikinci mərtəbə səviyyəsindədir. Dolayısıyla indi yerüstü görünən hissə karvansaranın ikinci mərtəbəsidir. Birinci mərtəbə və zirzəmi isə yerin altında qalmışdır. Mütəxəssislər qeyd edirlər ki, bu tikinti nə üslub, nə də məkan cəhətdən karvansara ilə əlaqədar deyil. O, silindrik tağtavanla örtülmüş dörd uzun otaqdan ibarətdir. Aşağıdakı bina (yeraltı hissə) şərq istiqamətində davam etmişdir. XX əsrin əvvəlində yaşayış evinin inşası zamanı abidənin bu hissəsi də dağıdılmışdır.
Abidənin əsas inşaat materialı Şirvan-Abşeron memarlıq məktəbi üçün ənənəvi olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan, xırda, dənəvər əhəng daşıdır. Daha qədim olan yeraltı otaqların tağtavanları mürəkkəb əhəng məhlulunda olan düzgün formalı tikinti daşı ilə hörülmüşdür. Tikilinin özülünü təbii formada istifadə olunmuş qaya massivi təşkil edir.
Tikilinin aşağı mərtəbəsi yerin altında yerləşir. Üç böyük zaldan ibarət olan və tacirlərin satacaqları heyvanları saxlamaq üçün nəzərdə tutulan alt mərtəbənin üç qapısı var. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından, salonun digər qapısından yalnız tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərmişlər. Alt mərtəbənin digər zalının qapısı Qız qalasına açılır. Karvansarada "Sim-sim" adlanan zalın eyniadlı qapısı da qeyri-adi təsir bağışlayır. Ona görə ki, qapı "Əlibaba və qırx quldur" nağılındakı məşhur "Sim-sim" qapısını xatırladır. Divarlarda qədim Azərbaycan xalçaları, bəzək əşyaları, xalça və kilimlər, qədim Bakını təsvir edən rəsmlər asılıb. Burada isə əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.
Zallara bir az müasirlik gətirən stol-stullar, kreslo və divanlardır. "Sim-sim" zalının girişindəki kiçik dəhlizdə diqqəti çəkən mənzərə Pakistan prezidenti Pərviz Müşərrəfin karvansaraya bağışladığı hədiyyələrdir. Hədiyyələr saxlanılan dolabın üzərində "Pakistanın Multan şəhərindən mətbəx ləvazimatları" yazılıb. Hədiyyələr keramik stolüstü lampa, gül vazası, keramik kassa və piyalə, keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, güzgüdən ibarətdir.
Orta əsrlərdə karvansaraya gələn tacirlər öz heyvanlarını yerləşdirdikdən sonra digər zala keçib pilləkənlə yuxarı – qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən ikinci mərtəbənin həyətinə çıxır. Həyətdə qonaq otaqları yerləşir. Multani karvansarası 10 otaqdan ibarətdir. Maraqlıdır ki, bəzi əşyaları çıxmaq şərti ilə otaqlar da öz qədimliyini olduğu kimi qoruyub saxlayıb.
Multani karvansarası 70-ci illərdən "Restoran-karvansara kompleksi" adı altında fəaliyyət göstərir. Hazırda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Mənbə
- (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
İstinadlar
- A. A. Salamova, B. A. Sadıxov – Multanı Karvansarasında bərpa işləri, Azərbaycan abidələri, I, Bakı, 1984, səh 95
Həmçinin bax
Xarici keçidlər
- Multani karvansarası – hindlilərin yadigarı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Multani karvansarasi Iceri Seherde XIV esre aid tarixi memarliq abidesi olan karvansara Karvansara Multani adini Pakistanin Multan seherinin adindan almisdir Multani karvansarasi defelerle tedqiq olunmus olculmus 1973 1974 cu illerde ise abidede berpa isleri aparilmisdir Multani karvansarasi40 19 sm e 49 52 s u Olke AzerbaycanSeher Baki BakiYerlesir Iceriseher Qulle kucesi 9Aidiyyati Iceriseher Dovlet Tarix Memarliq QoruguTikilme tarixi XIV esrUslubu Sirvan Abseron memarliq mektebiVeziyyeti restoran kimi fealiyyet gosterirUNESCO Umumdunya IrsiResmi adi Walled City of Baku with the Shirvanshah s Palace and Maiden TowerTipiMedeniKriteriyaviTeyin edilib2000Istinad nom 958DovletAzerbaycanRegionAvropaAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 79EhemiyyetiOlke ehemiyyetliKateqoriyaMemarliq abideleriMultani karvansarayi Vikianbarda elaqeli mediafayllarTarixcesiMultani karvansarasi Azerbaycanda olan yuzlerle karvansaradan biridir Oz xarakterine gore karvansaralar bir biri ile elaqesi olmayan coxlu qonagi eyni zamanda yerlesdirmeye komek edirdi Buna gore de tehlukesizlik namine bir birlerini yaxsi basa dusmeleri ucun eyni regiondan gelenler birlikde yerlesmeye calisir bezen de getdikleri yerlerde oz hesablarina karvansaralar insa etdirirdiler Iceriseherde yerlesen Buxara ve Multani karvansaralari da bele meydana gelmisdir Bu cur karvansaralar hem ticaret merkezi hem sefirlik hem raite qovsagi hem de bu ve ya diger regionun birjasi olmusdur Tedqiqatcilarin XIV esre aid etdikleri Multani karvansarasi XX esre dagilmis veziyyetde gelib catsa da abide 1973 1974 cu illerde berpa edilmisdir Abideden yalniz ticaret kucesine ve Buxara karvansarasina teref cixan bas qerb fasad cenub qerb tindeki otaqlar ve giris portali salamat qalmisdir Karvansaranin serq yarisi ise XX esrin evvelinde yaxindaki ucmertebeli yasayis evinin tikintisi ile elaqedar olaraq dagidilmisdir XVIII XIX esre aid bas planlarinda abidenin tam konturu aydin gorunmekdedir Bu melumatlar elece de abideniin ozunun diqqetle tedqiqi karvansara haqqinda kifayet qeder tesevvur yaratmaga ve berpa islerini esaslandirmaga imkan vermisdir Memarliq xususiyyetleriPoct markasi 2010 Multani karvansarasi enenevi kompozisiya sxemi uzre tikilmis ticaret kucesi terefden birmertebeli 35m X 35m olculu sade fasadi ve qapali sekkizbucaqli heyete cixan bir birinden tecrid olunmus yasayis otaqlari olan binadir Catma tagtavanla ortulmus cenub qerb tini emele getiren alti yasayis otagi ilkin veziyyetini qoruyaraq dovrumuze catmisdir Bu alti otaqdan ucu bir umumi bir altibucaqli catmatagli ve cox maraqli tagtavanli ortu ile ortulmus eyvan vasitesiyle heyete cixir o biri uc otagin ise heresinin eyni hundurlukde ancaq basqa ende olan oz eyvani var Karvansaranin simal qerb tinindeki otaqlar salamat qalmamisdir onlarin yerinde bagca yaradilmisdir Karvansaraya giris derin tagcali catma tagla tamamlanan bastag seklinde hell olunmusdur Butov taxta darvazalarin arxasindan heyete catma tagtavanla ortulmus kecid baslanir Kecidin sonu hundurluyu yasayis otaqlari eyvanlarinin beraber olan catma tagla qurtarir Belelikle sekkizbucaqli heyetin siratagini emele getiren taglar eyni hundurlukde olmusdur Kecidle yanasi olan otaqlardan biri zirzemiye aparan pillekenin qefesesine cevrilmisdir Multani karvansarasinin zirzemisi bu abidenin en maraqli hisselerinden biridir Indi karvansaranin serq yarisinin erazisini tutan XX esr yasayis evi terefden bu zirzemi deyil birinci mertebedir onun dosemesi asfaltan 60 sm asagidadir hazirda karvansara ikinci mertebe seviyyesindedir Dolayisiyla indi yerustu gorunen hisse karvansaranin ikinci mertebesidir Birinci mertebe ve zirzemi ise yerin altinda qalmisdir Mutexessisler qeyd edirler ki bu tikinti ne uslub ne de mekan cehetden karvansara ile elaqedar deyil O silindrik tagtavanla ortulmus dord uzun otaqdan ibaretdir Asagidaki bina yeralti hisse serq istiqametinde davam etmisdir XX esrin evvelinde yasayis evinin insasi zamani abidenin bu hissesi de dagidilmisdir Abidenin esas insaat materiali Sirvan Abseron memarliq mektebi ucun enenevi olan xirda bloklar ve tikinti dasi kimi istifade olunan xirda denever eheng dasidir Daha qedim olan yeralti otaqlarin tagtavanlari murekkeb eheng mehlulunda olan duzgun formali tikinti dasi ile horulmusdur Tikilinin ozulunu tebii formada istifade olunmus qaya massivi teskil edir Tikilinin asagi mertebesi yerin altinda yerlesir Uc boyuk zaldan ibaret olan ve tacirlerin satacaqlari heyvanlari saxlamaq ucun nezerde tutulan alt mertebenin uc qapisi var Tacir oz heyvanlarini yalniz denize teref acilan qapidan zirzemiye daxil ede bilerdi Bunun ozu de sebebsiz deyil Bele ki deniz terefden Icerisehere daxil olanda yol yuxari qalxdigindan salonun diger qapisindan yalniz tacirler pillekenle yuxari yeni qonaq otaqlarina qalxa bilermisler Alt mertebenin diger zalinin qapisi Qiz qalasina acilir Karvansarada Sim sim adlanan zalin eyniadli qapisi da qeyri adi tesir bagislayir Ona gore ki qapi Elibaba ve qirx quldur nagilindaki meshur Sim sim qapisini xatirladir Divarlarda qedim Azerbaycan xalcalari bezek esyalari xalca ve kilimler qedim Bakini tesvir eden resmler asilib Burada ise esas meqsed karvansaraya gelen ecnebilerde Azerbaycanin qedim ve zengin tarixi haqqinda tesevvur yaratmaqdir Zallara bir az muasirlik getiren stol stullar kreslo ve divanlardir Sim sim zalinin girisindeki kicik dehlizde diqqeti ceken menzere Pakistan prezidenti Perviz Muserrefin karvansaraya bagisladigi hediyyelerdir Hediyyeler saxlanilan dolabin uzerinde Pakistanin Multan seherinden metbex levazimatlari yazilib Hediyyeler keramik stolustu lampa gul vazasi keramik kassa ve piyale keramik bosqab su qazani gul vazasi cay desti qazanca agzi aciq qazan guzguden ibaretdir Orta esrlerde karvansaraya gelen tacirler oz heyvanlarini yerlesdirdikden sonra diger zala kecib pillekenle yuxari qonaq otaqlarina qalxarmislar Bu pilleken ikinci mertebenin heyetine cixir Heyetde qonaq otaqlari yerlesir Multani karvansarasi 10 otaqdan ibaretdir Maraqlidir ki bezi esyalari cixmaq serti ile otaqlar da oz qedimliyini oldugu kimi qoruyub saxlayib Multani karvansarasi 70 ci illerden Restoran karvansara kompleksi adi altinda fealiyyet gosterir Hazirda ise Azerbaycan Medeniyyet ve Turizm Nazirliyi terefinden olke ehemiyyetli memarliq abidesi kimi qorunur Menbe az icherisheher gov az 2017 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 09 29 IstinadlarA A Salamova B A Sadixov Multani Karvansarasinda berpa isleri Azerbaycan abideleri I Baki 1984 seh 95Hemcinin baxVikianbarda elaqeli media fayllar Iceri SeherXarici kecidlerMultani karvansarasi hindlilerin yadigari