Mukden döyüşü — Rus-yapon müharibəsinin ən böyük, ən uzun və ən qanlı döyüşü. Döyüş ümumi uzunluğu 150 kilometrə qədər çatan cəbhə boyu olmuşdu. Hər iki tərəfdən təxminən yarım milyona yaxın əsgər və zabit, iki min yarım artilleriya, 250 pulemyot iştirak etmişdi. Döyüşən orduların ümumi itkiləri 160 min nəfəri (yəni iştirakçıların sayının 30% -ni) keçmişdi, onlardan 24 mindən çoxu həlak olmuş, 131 mindən çoxu yaralanmışdı. Tərəflərdən heç biri bu döyüşdə davamlı qələbə qazana bilmədi, ancaq yaponların Mukdeni ələ keçirməsi onlara öz qələbələrini elan etmələrinə imkan verdi.
Mukden döyüşü | |||
---|---|---|---|
Rus-yapon müharibəsi | |||
| |||
Tarix | 17 fevral və yaxud 19 fevral — 10 mart 1905 | ||
Yeri | Mukdendən cənubda, Lyaonin | ||
Nəticəsi | Yapon qoşunlarının taktiki qələbəsi, rus qoşunlarının geri çəkilməsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşdən əvvəlki vəziyyət
Mukden döyüşündən əvvəl təslim olması (5 yanvar) və Sandepə uğursuz hücum (25–29 yanvar) daxil olmaqla bir sıra uğursuz döyüşlərdən sonra Rusiya ordusunun birləşmələri qismən dağınıq vəziyyətdə idi.
Rusiya qüvvələri
Lyaoyandan geri çəkildikdən sonra rus ordusunun bölmələri Mukden bölgəsində cəmləndi. Döyüşün əvvəlinə qədər rus qüvvələri təxminən 280 min döyüş heyəti, 1475 artilleriya qurğusu və 56 pulemyotla 150 km uzanan cəbhəni tuturdu. Burdakı qüvvələrə ümumi komandanlığı general Kuropatkin icra edirdi. O, Mancur ordusunu üç hissəyə ayırmışdı.
- Qərbdən Mukden Kaulbarsın (100 min nəfərlik) 2-ci Mancur ordusu tərəfindən müdafiə olunurdu.
- Şərqdən — Lineviçin 1-ci Mancur Ordusu dayanmışdı (107 min nəfər).
- Onların arasında Bilderlinqin 3-cü Mancur Ordusunun (68 min nəfər) mövqeləri var idi.
- 16-cı Ordu Korpusu və 6-cı Sibir Korpusunun 72-ci diviziyası (ümumilikdə 45000 nəfər, 144 artilleriya qurğusu) Baş Komandanın ehtiyatında qaldı. Hər üç Mancur ordusunun yerləşmə mövqeyinin dərinliyi 20 – 25 km idi. Cəbhənin uzadılması ilə general Kuropatkin düşmənin əhatəli hərəkətlərinin qarşısını almağa ümid edirdi.
Yapon qüvvələri
Yapon qüvvələri 270 min canlı heyət, 1062 artilleriya qurğusu və 200 pulemyot təşkil edirdi. Ümumi komandanlığı marşal Oyama həyata keçirirdi. Yaponiya ordusu da üç hissəyə və beş orduya bölünmüşdü.
- Rus generalı Kaulbarsın qərb cəbhəsinə qarşı general Okanın 2-ci ordusu və general Noqinin 3-cü ordusu (100 min nəfər və 468 top) dururdu.
- Şərqdə general Lineviçə qarşı — Kurokinin 1-ci ordusu və Kavamuranın 5-ci ordusu (90 min nəfər və 254 top) dayanırdı.
- Mərkəzdə Nozunun 4-cü ordusu (50 min kişi və 170 top) dururdu.
- Marşal Oyamanın ehtiyatında 3-cü diviziya və üç ehtiyat briqadası (cəmi 48 topla 30 min canlı qüvvə) qalırdı.
Tərəflərin niyyəti
Hər iki tərəf 1905-ci ilin fevralında hücuma keçməyə hazırlaşırdılar. Rus komandanlığının planına görə düşmənin sol cinahına həlledici zərbə vurulmalı idi. Yanvar ayında olduğu kimi, planda yenidən 2-ci Ordunun qüvvələri tərəfindən cəbhədə Sandep tərəfindən hücum təşkil edilməli idi. Digər orduların rolu isə "nümayiş" səviyyəsinə endirilirdi. Hücumun başlanğıcı fevralın 12-nə (25) təyin edilmişdi. Yapon komandanlığı rus qoşunlarının hər iki cinahını tutmağı və bütün qüvvələri onların sağ cinahlarına qarşı cəmləşdirməyi planlaşdırırdı. Sedan yaxınlığında Moltkenin zəfərinin şəxsi şahidi olan marşal Oyama düşməni mühasirəyə almağa hazırlaşırdı. Rus ordularının uzanan cəbhəsi Oyama və qərargah rəisi general-leytenant Kodamanın 5-ci ordunu irəli aparmaqla rusların Fuşin istiqamətində Kuropatkinin bütün ehtiyatlarını buraya cəlb etmək üçün sol cinahını mühasirəyə almaq mümkünlüyü fikrinə səbəb oldu. Bu da öz növbəsində əlavə qüvvələr gətirmədən rusların sağ cinahına zərbəni asanlaşdırdı. Plan rabitə xəttlərini kəsmək üçün 3-cü ordunun rusların 2-ci Mancur ordusunun ətrafından keçməsini nəzərdə tuturdu. Sonradan isə Oyama və Kodama rusların arxasında Noqinin 3-cü ordusu ilə Kavamuranın 5-ci ordusunun birləşməsini planlaşdırmışdı.
Döyüş meydanı dəmir yolu xətti ilə iki hissəyə bölünmüşdü: qərb — düzən və şərq — dağlıq. Dəmir yolunun qərbində düzən yerdə yolun zolağı boyu ərazidə xırda çəpərlərlə əhatələnmiş kiçik Çin kəndləri yerləşirdi. Şərqə, bir sıra silsilələrlə kəsişən ərazidə yollar yararsız halda idi. 1904-cü ilin may ayından etibarən Kuropatkinin göstərişi ilə Mukdenə qədər bütün istiqamətləri əhatə edəcək istehkamlar tikilməyə başlandı. Buna görə də Mukden əməliyyatının əvvəlində burada dörd möhkəmlənmiş istehkam var idi: Şahey, Mukden, Telinsk və Kaulitun. Cəbhənin ön hissəsindəki kəndlər müdafiə vəziyyətinə gətirilmişdi, istehkamlar, fortlar, səngərlər və artilleriya batareyaları üçün mövqelər tikilmişdi. Bütün döyüş səngərləri tikanlı məftillər, canavar çuxurları, maneələrlə əhatə olunmuş və minalanmışdı.
Tərəflərin qüvvələri
1905-ci il fevralın əvvəlində rus ordularının tərkibi və gücü.
Ordu (qərbdən şərqə doğru) | Korpus və bölmələr | Vahiddə sayı | Cəmi döyüş heyəti | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
Batalyonlar | Eskadronlar | Səhra silahları | Pulemyotlar | Mühəndis batalyonları | Süngülər | Şaşkalar | Toplar | ||
II Mancur ordusu süvari generalı baron A. V. Kulbas | Atıcı (N. B. Kutneviç), 8-ci ordu korpusu (S. N. Mılov), | 120 | 79 | 439 | 24 | 4 | 81 799 | 7 890 | 439 |
III Mancur ordusu süvari generalı baron A. A. Bilderlinq | 5-ci Sibir ordu korpusu (L. M. Dembovskiy), 17-ci ordu korpusu (A. N. Selivanov), | 72 | 19 | 266 | 10 | 3 | 56 773 | 2 768 | 266 |
Mancur ordusu infanteriya generalı N. P. Lineviç | 1-ci ordu korpusu (F. E. Meyendorf), 4-cü Sibir ordu korpusu (N. P. Zarubayev), | 133,5 | 49 | 370 | 22 | 3,75 | 98 946 | 5 364 | 370 |
3 orduda | 11 korpus və 4 bölmə | 325,5 | 147 | 1 075 | 56 | 10,75 | 237 518 | 16 022 | 1 075 səhra, 178 mühasirə və atıcı, 78 tavan |
Baş komandanın ehtiyatı | 11-ci ordu korpusu (D. A. Topornin) və 78-ci piyada diviziyası | 52 | 3,25 | 144 | - | 1 | 39 148 | 360 | 144 |
Ümumi | 12 korpus və 4 bölüm | 377,5 | 150,25 | 1219 | 56 | 11,75 | 276 666 | 16 382 | 1 219 səhra, 178 mühasirə və atıcı, 78 tavan |
Döyüşün əvvəlində Yapon ordularının tərkibi və gücü:
Ordu (qərbdən şərqə doğru) | Diviziya и süvari briqadaları | Vahiddə sayı | Cəmi döyüş heyəti | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
Batalyonlar | Eskadronlar | Səhra silahları | Pulemyotlar | Mühəndis batalyonları | Süngülər | Şaşkalar | Toplar | ||
III general Marasuke Noqi | 1-ci (İdciya), 7-ci (Oseko), 9-cu (Oşima 2-ci), 2 süvari briqada (Tamura) | 42 | 21 | 270 | 4 | 42 000 | 2 500 | 270 | |
II general Yasukata Oku | 8-ci (Tateymi), 5-ci (Kikoşi), 4-я (Teykamota), 1-ci süvari briqada (Yüsifuru Akiyama) | 54 | 21 | 132 | 3 | 54 000 | 2 500 | 132 | |
IV general Mitiçura Nodzu | 6-cı (Okubu), 10-cu (Ando) | 54 | 7 | 204 | 2 | 54 000 | 800 | 204 və 170 mühasirə | |
I general Tamemoto Kuroki | 2-ci (Ninşima), Qvardiya (Asada), 12-я (Nue) | 54 | 9 | 160 | 4 | 54 000 | 1 000 | 160 | |
V general Kavamura | 11-ci (Sambeşixa), 1-ci ehtiyat diviziya (Sakaya) | 29 | 5 | 84 | 2 | 29 000 | 600 | 84 | |
Baş komandanın ehtiyatı | 3-cü (Oşima 1-ci), 3 ehtiyat briqada | 30 | 3 | 42 | 2 | 30 000 | 400 | 42 | |
5 ordu | 13 səhra diviziyası və 6 ehtiyat briqadası (?) | 263 | 66 | 892 | 200-ə yaxın | 17 | 263 000 | 7 800 | 892 və 170 mühasirə |
Cədvəllərdəki məlumatlar Sıtinin Hərbi Ensiklopediyasından götürülmüşdür.
Döyüş
Döyüşə yaponlar başladı. Fevralın 19-da Kavamuranın komandanı olduğu ordu rusların şərq cinahına hücum etdilər. İlk zərbəni general Alekseyevin Çinxeçen dəstəsinin avanqardı aldı, lakin hücumlara tab gətirə bilməyərək əvvəlcə Dalin aşırımına (Tayçıxenin yuxarı hissəsində), sonra isə Tyupintaya geri çəkilməyə məcbur oldu. Şərq cinahını gücləndirmək üçün general Kuropatkin general Danilovun 6-cı Şərqi Sibir atıcı diviziyasından ibarət ehtiyat briqadasını oraya göndərdi. Bu diviziya martın 2-ə qədər Kavamuranın irəliləməsini dayandırmağı bacardı. Rusların Kavamuranın hücumuna başları qarışdığından faydalanaraq yaponlar fevralın 24-də Kuroki ordusunun qüvvələri ilə şərq cinahına yeni bir həmlə təşkil etdilər. Bir neçə rus istehkamını ələ keçirdikdən sonra Kuroki ordusu martın 3-də Qaotulinski keçidində (Şenyanın şərqində Tayçıxe və Xunxe çaylarının arasında) dayandırıldı. İlk hücumda olduğu kimi ruslar bu dəfə də qərb cinahını (1-ci Sibir Korpusunun çıxarıldığı yer) zəiflətmək hesabına qüvvələrini şərq cinahlarına cəmləşdirməyə başladılar.
Fevralın 27-də yaponlar Oka, Nozu və Noqi ordulardan ibarət əsas qüvvələrini hərəkətə gətirərək rusların zəiflədilmiş qərb cinahına və mərkəzinə zərbələr endirdilər. Rusların güclü şərq cinahı isə bu proseslər zamanı heç bir aktiv reaksiya göstərmədi. Bu arada, rusların qərb cəbhəsi yaponların təzyiqinə dözməyərək geri çəkilməyə başladı. Martın 3-də Salinpu kəndi yaxınlığında (Mukdendən 10 km qərbdə) Noqi ordusunun irəliləməsi dayandırıldı. Ancaq yapon generalı riskli bir manevr edərək, qərbdən rus qoşunlarının ətrafına dolanaraq onların arxasına geçməyə cəhd etdi. Bunda əsas məqsəd metropoliya ilə rus ordusu arasında dəmiryolu əlaqəsini kəsmək idi. Diqqəti bu manevrdən yayındırmaq üçün yapon generalı Oku martın 5-də rusların qərb cinahına hücum etdi.
Martın 7-də Mukdendən 6 km qərbdəki Yuxuantun uğrunda qərb cinahda döyüş baş verdi. Yaponların Nambu dəstəsi (5 min nəfər) bu yaşayış məntəqəsini sürətlə ələ keçirərək rusların qüvvələrini öz üzərinə cəlb etdilər. Yuxuantunu müdafiə edən bütün yapon hərbi dəstəsi demək olar ki, bütün tərkibdə həlak oldu (təxminən 4000 nəfər).
Martın 8-də rus qoşunları qüvvələrini yenidən toparlamaq üçün qismən geri çəkilməyə başladılar. Ancaq martın 9-da yaponların Kuroki ordusu rusların şərq cəbhəsinə hücum etdi və Mukdennin şərqində Xunxe çayı üzərində, Kiyuzan kəndi yaxınlığında rus cəbhəsini yardı. Bu isə öz növbəsində rus qoşunlarının arxasındakı Mandarin yolunun kəsilməsi təhlükəsini yaratdı. Eyni vaxtda heç kim tərəfindən narahat edilməyən Lineviçin ordusunun hissələri artıq Fuşandan Telinə tərəf hərəkət edərkən, digər iki rus ordusu Mukden bölgəsində mühasirədə idi. Martın 10-na keçən gecə onların şimala çəkilməsi çətin şərtlər altında baş verdi. Belə ki, rus ordusu dar bir dəhliz boyu və düşmən tərəfindən güclü artilleriya atəşi şəraitində geri çəkilmək məburiyyətində qaldı. Martın 10-da yaponlar Mukdeni işğal etdilər.
"Bəzi hissələr nizam-intizamı saxlayaraq döyüşə-döyüşə yollarını açırdılar, digərləri isə dağınıq halda, nizamsız sağa-sola və arxa-arxaya hərəkət edərək yapon atəşinə tuş gəlirdilər. Ayrı-ayrı adamlar qrup halında toplanır, yenidən dağılır və köməksiz olaraq ölü döngədən çıxış yolu axtarırdılar. İstiqamətimiz çoxları üçün bir mayak rolunu oynadı ... Bütün sahə, gözlə görünən qədər əsgər arabaları, yaralı daşımaq üçün xərəklər, çaparsız atlar, tərk edilmiş qutular və səpələnmiş çamadanlar yığılmışdır. Onların arasında hətta baş komandanın karvanına daxıl olan xeyli sayda araba da var idi... Mən müharibə zamanı ilk dəfə olaraq idi ki, panika görürdüm” - Denikin xatırlayırdı. |
İtkilər
Mukden döyüşündə itkilər: ruslardan 8.705 nəfər öldürülmüş, 51 388 yaralanmış, 28 209 nəfər isə itkin və əsir düşmüşdü. Sonunculardan 21100 nəfər əsir düşmüş, o cümlədən 2537 nəfər yaralı halda. Döyüş meydanında 58 top və 4 pulemyot qalmışdı. Yaponlar isə döyüşdə 15,892 nəfər ölü, 59,612 nəfər yaralı, 2 min əsir vermiş 2 top və 10 pulemyot itirmişdilər. Ancaq rus ordusunun itkiləri cəmi bir ay içində yenidən dolduruldu və tədricən onların sayı artırıldı. Yaponların isə öz qoşunlarının sıralarındakı boşluqları bağlayacaq ehtiyat qüvvəsi yox idi.
Əhəmiyyəti
Rus ordusu Telinə çıxdı və sonra daha da içərilərə şimala tərəf yaxşı möhkəmləndirilmiş sıpinqay istehkamlarına doğru (Mukden 175 km) geri çəkildi. Orada müharibənin sonuna qədər qaldı. Öz qüvvələrini yeniləyərək doldurdu və yeni hücuma hazırlaşmağa başladı, lakin sülhün bağlanması ilə əlaqədar hücum baş tutmadı. Mukden əməliyyatında böyük itkilərdən təsirlənən yaponlar bütün aktiv fəaliyyətlərini dayandırdılar. Verilmiş itkiləri doldurmaq mümkün deyildi. Yaponiyanın məhdud sayda olan insan və maddi imkanları bitmişdi. Cəbhə sabitləşdi və 200 km-ə uzandı.
Mukden döyüşü yaponlar üçün qələbə ilə sona çatsa da, yapon ordusunun hücum gücünü sındırdı. Yapon tarixçisi Okamoto Syumpeyə görə, "Yaponiya 72 008 adam itirdiyindən bu, olduqca qeyri-müəyyən bir qələbə idi." Marşal İ. Oyama Tokioya göndərdiyi raportda qoşunlarının sayı günbəgün artan güclü bir düşmənə qarşı çıxmaq üçün nə insani, nə də döyüş sursatı olmadığını bildirırdi. Mukden yaxınlığında ölkənin bütün quru qüvvələri cəmləşmişdi. Bu isə ölkənin bütün hərbi gücü demək idi. Hətta yapon generallarına belə aydın idi ki, Yaponiya bir də belə bir ümumi döyüşə hazır ola bilməyəcək. Baş Qərargah rəisi Marşal Yamaqata Aritomo, əksəriyyət qüvvəsi hələ də ölkənin içərilərində olan inadkar bir düşmənlə müharibəni davam etdirməyin təhlükəli olduğunu qeyd edirdi, halbuki yaponlar "artıq öz qüvvələrini tükətmişdi".
1905-ci il martın 28-də Yapon Mancuriya Ordusunun qərargah rəisi, general-leytenant Kodama Qentaro, imperatora Mukden döyüşünün təfərrüatlarını təsvir etmək üçün Tokioya gəldi, lakin bu səfərin əsas məqsədi hökuməti sülh müqaviləsinin bir variantını axtarmağa başlamağa inandırmaq idi. Nazirlər kabineti, qenro və imperiya qərargahında hərbi liderlərlə görüşən general Kodama Yaponiya ordusunun daha da irəliləməsinin mümkün olmadığını söylədi. Marşal Oyama adından Kodama Yaponiyadan müharibənin dayandırılması üçün verilən fürsətdən istifadə etməsini tələb etdi.
Döyüşün nəticələrindən və Mukdenin təslim olmasından sonra rus ordusunun baş komandanı Kuropatkin vəzifəsindən azad edildi və daha kiçik vəzifəyə keçirildi. O, 1-ci Mancur ordusunun komandiri təyin edildi. Onun yerini 1-ci Mancur ordusunun keçmiş komandiri Nikolay Lineviç tutdu.
Ədəbiyyat
- Левицкий Н. А., Быков П. Д. Русско-японская война. — М.: Эксмо; Изографус; СПб.: Terra Fantastica, 2003. — 672 с. — ; 5-699-02964-8
- Clodfelter, M. (2017). Warfare and Armed Conflicts: A Statistical Encyclopedia of Casualty and Other Figures, 1492–2015 (4th ed.). Jefferson, North Carolina: McFarland. .
- Connaughton, Richard (2003). Rising Sun and Tumbling Bear. Cassell.
- Kowner, Rotem (2006). Historical Dictionary of the Russo-Japanese War. Scarecrow.
- Martin, Christopher. The Russo-Japanese War. Abelard Schuman.
- Menning, Bruce W. Bayonets before Battle: The Imperial Russian Army, 1861–1914. Indiana University
- Nish, Ian (1985). The Origins of the Russo-Japanese War. Longman.
- Palmer, R. R.; Colton, Joel; Kramer, Lloyd (2007). A History of the Modern World (10th ed.). Boston: McGraw-Hill. .
- Tucker, Spencer (23 December 2009). A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East: From the Ancient World to the Modern Middle East. ABC-CLIO. . Retrieved 25 April 2015.
- Sedwick, F. R. (1909). The Russo-Japanese War. Macmillan.
İstinadlar
- "17 февраля 1905 года началось Мукденское сражение". 2013-07-28 tarixində . İstifadə tarixi: 2020-01-14.
- 19 февраля 1905 — Началось Мукденское сражение [ölü keçid]
- Война с Японией 1904—1905 гг. Санитарно-статистический очерк. — 1914.
- Русско-японская война 1904–1905 гг. Т. IV. Шахэ-Сандепу. Приложение. 2017-10-02 at the Wayback Machine / Работа Военно-исторической комиссии по описанию русско-японской войны. — СПб.: Тип. Н. В. Гаевского, 1910. — Карта №.2–3.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mukden doyusu Rus yapon muharibesinin en boyuk en uzun ve en qanli doyusu Doyus umumi uzunlugu 150 kilometre qeder catan cebhe boyu olmusdu Her iki terefden texminen yarim milyona yaxin esger ve zabit iki min yarim artilleriya 250 pulemyot istirak etmisdi Doyusen ordularin umumi itkileri 160 min neferi yeni istirakcilarin sayinin 30 ni kecmisdi onlardan 24 minden coxu helak olmus 131 minden coxu yaralanmisdi Tereflerden hec biri bu doyusde davamli qelebe qazana bilmedi ancaq yaponlarin Mukdeni ele kecirmesi onlara oz qelebelerini elan etmelerine imkan verdi Mukden doyusuRus yapon muharibesiRus suvarileri Mukden yaxinliginda kesfiyyatdaTarix 17 fevral ve yaxud 19 fevral 10 mart 1905Yeri Mukdenden cenubda LyaoninNeticesi Yapon qosunlarinin taktiki qelebesi rus qosunlarinin geri cekilmesiMunaqise terefleriRusiya imperiyasi Yaponiya imperiyasiKomandan lar A N Kuropatkin N P Linevic A V Kaulbars A A Bilderling Oyama Ivao Kuroki Tamemoto Maresuke Noqi Oku Yasukata Kawamura Kageaki Nozu MitsitsuraTereflerin quvvesi280 000 270 000Itkiler8 705 olu 7 109 itkin 51 438 yarali ve kontuziyali 21 100 nefer esir dusdu 15 892 olu 59 612 yarali 2 000 esir dusdu Vikianbarda elaqeli mediafayllarRus ordusu MukdendeMukden indiki Senyan Tereflerin veziyyeti 1904 cu il sentyabrin ortalarinda Rusiya imperiyasinin Mancur ordusu hucuma kecmezden evvel Rus yapon muharibesiDoyusden evvelki veziyyetMukden doyusunden evvel teslim olmasi 5 yanvar ve Sandepe ugursuz hucum 25 29 yanvar daxil olmaqla bir sira ugursuz doyuslerden sonra Rusiya ordusunun birlesmeleri qismen daginiq veziyyetde idi Rusiya quvveleri Lyaoyandan geri cekildikden sonra rus ordusunun bolmeleri Mukden bolgesinde cemlendi Doyusun evveline qeder rus quvveleri texminen 280 min doyus heyeti 1475 artilleriya qurgusu ve 56 pulemyotla 150 km uzanan cebheni tuturdu Burdaki quvvelere umumi komandanligi general Kuropatkin icra edirdi O Mancur ordusunu uc hisseye ayirmisdi Qerbden Mukden Kaulbarsin 100 min neferlik 2 ci Mancur ordusu terefinden mudafie olunurdu Serqden Linevicin 1 ci Mancur Ordusu dayanmisdi 107 min nefer Onlarin arasinda Bilderlinqin 3 cu Mancur Ordusunun 68 min nefer movqeleri var idi 16 ci Ordu Korpusu ve 6 ci Sibir Korpusunun 72 ci diviziyasi umumilikde 45000 nefer 144 artilleriya qurgusu Bas Komandanin ehtiyatinda qaldi Her uc Mancur ordusunun yerlesme movqeyinin derinliyi 20 25 km idi Cebhenin uzadilmasi ile general Kuropatkin dusmenin ehateli hereketlerinin qarsisini almaga umid edirdi Yapon quvveleri Yapon quvveleri 270 min canli heyet 1062 artilleriya qurgusu ve 200 pulemyot teskil edirdi Umumi komandanligi marsal Oyama heyata kecirirdi Yaponiya ordusu da uc hisseye ve bes orduya bolunmusdu Rus generali Kaulbarsin qerb cebhesine qarsi general Okanin 2 ci ordusu ve general Noqinin 3 cu ordusu 100 min nefer ve 468 top dururdu Serqde general Linevice qarsi Kurokinin 1 ci ordusu ve Kavamuranin 5 ci ordusu 90 min nefer ve 254 top dayanirdi Merkezde Nozunun 4 cu ordusu 50 min kisi ve 170 top dururdu Marsal Oyamanin ehtiyatinda 3 cu diviziya ve uc ehtiyat briqadasi cemi 48 topla 30 min canli quvve qalirdi Tereflerin niyyetiHer iki teref 1905 ci ilin fevralinda hucuma kecmeye hazirlasirdilar Rus komandanliginin planina gore dusmenin sol cinahina helledici zerbe vurulmali idi Yanvar ayinda oldugu kimi planda yeniden 2 ci Ordunun quvveleri terefinden cebhede Sandep terefinden hucum teskil edilmeli idi Diger ordularin rolu ise numayis seviyyesine endirilirdi Hucumun baslangici fevralin 12 ne 25 teyin edilmisdi Yapon komandanligi rus qosunlarinin her iki cinahini tutmagi ve butun quvveleri onlarin sag cinahlarina qarsi cemlesdirmeyi planlasdirirdi Sedan yaxinliginda Moltkenin zeferinin sexsi sahidi olan marsal Oyama dusmeni muhasireye almaga hazirlasirdi Rus ordularinin uzanan cebhesi Oyama ve qerargah reisi general leytenant Kodamanin 5 ci ordunu ireli aparmaqla ruslarin Fusin istiqametinde Kuropatkinin butun ehtiyatlarini buraya celb etmek ucun sol cinahini muhasireye almaq mumkunluyu fikrine sebeb oldu Bu da oz novbesinde elave quvveler getirmeden ruslarin sag cinahina zerbeni asanlasdirdi Plan rabite xettlerini kesmek ucun 3 cu ordunun ruslarin 2 ci Mancur ordusunun etrafindan kecmesini nezerde tuturdu Sonradan ise Oyama ve Kodama ruslarin arxasinda Noqinin 3 cu ordusu ile Kavamuranin 5 ci ordusunun birlesmesini planlasdirmisdi Doyus meydani demir yolu xetti ile iki hisseye bolunmusdu qerb duzen ve serq dagliq Demir yolunun qerbinde duzen yerde yolun zolagi boyu erazide xirda ceperlerle ehatelenmis kicik Cin kendleri yerlesirdi Serqe bir sira silsilelerle kesisen erazide yollar yararsiz halda idi 1904 cu ilin may ayindan etibaren Kuropatkinin gosterisi ile Mukdene qeder butun istiqametleri ehate edecek istehkamlar tikilmeye baslandi Buna gore de Mukden emeliyyatinin evvelinde burada dord mohkemlenmis istehkam var idi Sahey Mukden Telinsk ve Kaulitun Cebhenin on hissesindeki kendler mudafie veziyyetine getirilmisdi istehkamlar fortlar sengerler ve artilleriya batareyalari ucun movqeler tikilmisdi Butun doyus sengerleri tikanli meftiller canavar cuxurlari maneelerle ehate olunmus ve minalanmisdi Tereflerin quvveleriYapon qosunlarina qarsi doyusen rus ordusu 1905 ci il fevralin evvelinde rus ordularinin terkibi ve gucu Ordu qerbden serqe dogru Korpus ve bolmeler Vahidde sayi Cemi doyus heyetiBatalyonlar Eskadronlar Sehra silahlari Pulemyotlar Muhendis batalyonlari Sunguler Saskalar ToplarII Mancur ordusu suvari generali baron A V Kulbas Atici N B Kutnevic 8 ci ordu korpusu S N Milov 10 cu ordu korpusu K V Cerpicskiy 1 ci Sibir ordu korpusu A A Qernqross Bolmeler Lyaoxeyskiy V A Kosoqovskiy Suvari P K Rennenkampf sonradan Qrekov 120 79 439 24 4 81 799 7 890 439III Mancur ordusu suvari generali baron A A Bilderlinq 5 ci Sibir ordu korpusu L M Dembovskiy 17 ci ordu korpusu A N Selivanov 6 ci Sibir ordu korpusu L N Sobolev 72 19 266 10 3 56 773 2 768 266Mancur ordusu infanteriya generali N P Linevic 1 ci ordu korpusu F E Meyendorf 4 cu Sibir ordu korpusu N P Zarubayev 2 ci Sibir ordu korpusu M I Zasulic 3 cu Sibir ordu korpusu N I Ivanov Bolmeler Cinxecen K M Alekseyev sonradan P K Rennenkampf polkovnik A S Madritov 133 5 49 370 22 3 75 98 946 5 364 3703 orduda 11 korpus ve 4 bolme 325 5 147 1 075 56 10 75 237 518 16 022 1 075 sehra 178 muhasire ve atici 78 tavanBas komandanin ehtiyati 11 ci ordu korpusu D A Topornin ve 78 ci piyada diviziyasi 52 3 25 144 1 39 148 360 144Umumi 12 korpus ve 4 bolum 377 5 150 25 1219 56 11 75 276 666 16 382 1 219 sehra 178 muhasire ve atici 78 tavan Doyusun evvelinde Yapon ordularinin terkibi ve gucu Ordu qerbden serqe dogru Diviziya i suvari briqadalari Vahidde sayi Cemi doyus heyetiBatalyonlar Eskadronlar Sehra silahlari Pulemyotlar Muhendis batalyonlari Sunguler Saskalar ToplarIII general Marasuke Noqi 1 ci Idciya 7 ci Oseko 9 cu Osima 2 ci 2 suvari briqada Tamura 42 21 270 4 42 000 2 500 270II general Yasukata Oku 8 ci Tateymi 5 ci Kikosi 4 ya Teykamota 1 ci suvari briqada Yusifuru Akiyama 54 21 132 3 54 000 2 500 132IV general Miticura Nodzu 6 ci Okubu 10 cu Ando 54 7 204 2 54 000 800 204 ve 170 muhasireI general Tamemoto Kuroki 2 ci Ninsima Qvardiya Asada 12 ya Nue 54 9 160 4 54 000 1 000 160V general Kavamura 11 ci Sambesixa 1 ci ehtiyat diviziya Sakaya 29 5 84 2 29 000 600 84Bas komandanin ehtiyati 3 cu Osima 1 ci 3 ehtiyat briqada 30 3 42 2 30 000 400 425 ordu 13 sehra diviziyasi ve 6 ehtiyat briqadasi 263 66 892 200 e yaxin 17 263 000 7 800 892 ve 170 muhasire Cedvellerdeki melumatlar Sitinin Herbi Ensiklopediyasindan goturulmusdur DoyusDoyuse yaponlar basladi Fevralin 19 da Kavamuranin komandani oldugu ordu ruslarin serq cinahina hucum etdiler Ilk zerbeni general Alekseyevin Cinxecen destesinin avanqardi aldi lakin hucumlara tab getire bilmeyerek evvelce Dalin asirimina Taycixenin yuxari hissesinde sonra ise Tyupintaya geri cekilmeye mecbur oldu Serq cinahini guclendirmek ucun general Kuropatkin general Danilovun 6 ci Serqi Sibir atici diviziyasindan ibaret ehtiyat briqadasini oraya gonderdi Bu diviziya martin 2 e qeder Kavamuranin irelilemesini dayandirmagi bacardi Ruslarin Kavamuranin hucumuna baslari qarisdigindan faydalanaraq yaponlar fevralin 24 de Kuroki ordusunun quvveleri ile serq cinahina yeni bir hemle teskil etdiler Bir nece rus istehkamini ele kecirdikden sonra Kuroki ordusu martin 3 de Qaotulinski kecidinde Senyanin serqinde Taycixe ve Xunxe caylarinin arasinda dayandirildi Ilk hucumda oldugu kimi ruslar bu defe de qerb cinahini 1 ci Sibir Korpusunun cixarildigi yer zeifletmek hesabina quvvelerini serq cinahlarina cemlesdirmeye basladilar Mukden doyusu esnasinda oz movqeyinde olan rus batareyasi Fevralin 27 de yaponlar Oka Nozu ve Noqi ordulardan ibaret esas quvvelerini herekete getirerek ruslarin zeifledilmis qerb cinahina ve merkezine zerbeler endirdiler Ruslarin guclu serq cinahi ise bu prosesler zamani hec bir aktiv reaksiya gostermedi Bu arada ruslarin qerb cebhesi yaponlarin tezyiqine dozmeyerek geri cekilmeye basladi Martin 3 de Salinpu kendi yaxinliginda Mukdenden 10 km qerbde Noqi ordusunun irelilemesi dayandirildi Ancaq yapon generali riskli bir manevr ederek qerbden rus qosunlarinin etrafina dolanaraq onlarin arxasina gecmeye cehd etdi Bunda esas meqsed metropoliya ile rus ordusu arasinda demiryolu elaqesini kesmek idi Diqqeti bu manevrden yayindirmaq ucun yapon generali Oku martin 5 de ruslarin qerb cinahina hucum etdi Martin 7 de Mukdenden 6 km qerbdeki Yuxuantun ugrunda qerb cinahda doyus bas verdi Yaponlarin Nambu destesi 5 min nefer bu yasayis menteqesini suretle ele kecirerek ruslarin quvvelerini oz uzerine celb etdiler Yuxuantunu mudafie eden butun yapon herbi destesi demek olar ki butun terkibde helak oldu texminen 4000 nefer Martin 8 de rus qosunlari quvvelerini yeniden toparlamaq ucun qismen geri cekilmeye basladilar Ancaq martin 9 da yaponlarin Kuroki ordusu ruslarin serq cebhesine hucum etdi ve Mukdennin serqinde Xunxe cayi uzerinde Kiyuzan kendi yaxinliginda rus cebhesini yardi Bu ise oz novbesinde rus qosunlarinin arxasindaki Mandarin yolunun kesilmesi tehlukesini yaratdi Eyni vaxtda hec kim terefinden narahat edilmeyen Linevicin ordusunun hisseleri artiq Fusandan Teline teref hereket ederken diger iki rus ordusu Mukden bolgesinde muhasirede idi Martin 10 na kecen gece onlarin simala cekilmesi cetin sertler altinda bas verdi Bele ki rus ordusu dar bir dehliz boyu ve dusmen terefinden guclu artilleriya atesi seraitinde geri cekilmek meburiyyetinde qaldi Martin 10 da yaponlar Mukdeni isgal etdiler Mukden doyusunden sonra geri cekilen rus ordusu Bezi hisseler nizam intizami saxlayaraq doyuse doyuse yollarini acirdilar digerleri ise daginiq halda nizamsiz saga sola ve arxa arxaya hereket ederek yapon atesine tus gelirdiler Ayri ayri adamlar qrup halinda toplanir yeniden dagilir ve komeksiz olaraq olu dongeden cixis yolu axtarirdilar Istiqametimiz coxlari ucun bir mayak rolunu oynadi Butun sahe gozle gorunen qeder esger arabalari yarali dasimaq ucun xerekler caparsiz atlar terk edilmis qutular ve sepelenmis camadanlar yigilmisdir Onlarin arasinda hetta bas komandanin karvanina daxil olan xeyli sayda araba da var idi Men muharibe zamani ilk defe olaraq idi ki panika gorurdum Denikin xatirlayirdi ItkilerMukden doyusunden sonra 1 ci Yapon Ordusunun bolmelerinin sira duzulusu Doyus hisselerinin duzulusunden onlarin tam komplektlesmediyi yaxsi gorunur Mukden doyusunde itkiler ruslardan 8 705 nefer oldurulmus 51 388 yaralanmis 28 209 nefer ise itkin ve esir dusmusdu Sonunculardan 21100 nefer esir dusmus o cumleden 2537 nefer yarali halda Doyus meydaninda 58 top ve 4 pulemyot qalmisdi Yaponlar ise doyusde 15 892 nefer olu 59 612 nefer yarali 2 min esir vermis 2 top ve 10 pulemyot itirmisdiler Ancaq rus ordusunun itkileri cemi bir ay icinde yeniden dolduruldu ve tedricen onlarin sayi artirildi Yaponlarin ise oz qosunlarinin siralarindaki bosluqlari baglayacaq ehtiyat quvvesi yox idi EhemiyyetiII Nikolayi karikaturasi olan Yapon tebligat plakati Rus ordusu Teline cixdi ve sonra daha da icerilere simala teref yaxsi mohkemlendirilmis sipinqay istehkamlarina dogru Mukden 175 km geri cekildi Orada muharibenin sonuna qeder qaldi Oz quvvelerini yenileyerek doldurdu ve yeni hucuma hazirlasmaga basladi lakin sulhun baglanmasi ile elaqedar hucum bas tutmadi Mukden emeliyyatinda boyuk itkilerden tesirlenen yaponlar butun aktiv fealiyyetlerini dayandirdilar Verilmis itkileri doldurmaq mumkun deyildi Yaponiyanin mehdud sayda olan insan ve maddi imkanlari bitmisdi Cebhe sabitlesdi ve 200 km e uzandi Mukden doyusu yaponlar ucun qelebe ile sona catsa da yapon ordusunun hucum gucunu sindirdi Yapon tarixcisi Okamoto Syumpeye gore Yaponiya 72 008 adam itirdiyinden bu olduqca qeyri mueyyen bir qelebe idi Marsal I Oyama Tokioya gonderdiyi raportda qosunlarinin sayi gunbegun artan guclu bir dusmene qarsi cixmaq ucun ne insani ne de doyus sursati olmadigini bildirirdi Mukden yaxinliginda olkenin butun quru quvveleri cemlesmisdi Bu ise olkenin butun herbi gucu demek idi Hetta yapon generallarina bele aydin idi ki Yaponiya bir de bele bir umumi doyuse hazir ola bilmeyecek Bas Qerargah reisi Marsal Yamaqata Aritomo ekseriyyet quvvesi hele de olkenin icerilerinde olan inadkar bir dusmenle muharibeni davam etdirmeyin tehlukeli oldugunu qeyd edirdi halbuki yaponlar artiq oz quvvelerini tuketmisdi 1905 ci il martin 28 de Yapon Mancuriya Ordusunun qerargah reisi general leytenant Kodama Qentaro imperatora Mukden doyusunun teferruatlarini tesvir etmek ucun Tokioya geldi lakin bu seferin esas meqsedi hokumeti sulh muqavilesinin bir variantini axtarmaga baslamaga inandirmaq idi Nazirler kabineti qenro ve imperiya qerargahinda herbi liderlerle gorusen general Kodama Yaponiya ordusunun daha da irelilemesinin mumkun olmadigini soyledi Marsal Oyama adindan Kodama Yaponiyadan muharibenin dayandirilmasi ucun verilen fursetden istifade etmesini teleb etdi Doyusun neticelerinden ve Mukdenin teslim olmasindan sonra rus ordusunun bas komandani Kuropatkin vezifesinden azad edildi ve daha kicik vezifeye kecirildi O 1 ci Mancur ordusunun komandiri teyin edildi Onun yerini 1 ci Mancur ordusunun kecmis komandiri Nikolay Linevic tutdu EdebiyyatLevickij N A Bykov P D Russko yaponskaya vojna M Eksmo Izografus SPb Terra Fantastica 2003 672 s ISBN 5 7921 0612 6 5 699 02964 8 Clodfelter M 2017 Warfare and Armed Conflicts A Statistical Encyclopedia of Casualty and Other Figures 1492 2015 4th ed Jefferson North Carolina McFarland ISBN 978 0786474707 Connaughton Richard 2003 Rising Sun and Tumbling Bear Cassell ISBN 0 304 36657 9 Kowner Rotem 2006 Historical Dictionary of the Russo Japanese War Scarecrow ISBN 0 8108 4927 5 Martin Christopher The Russo Japanese War Abelard Schuman ISBN 0 200 71498 8 Menning Bruce W Bayonets before Battle The Imperial Russian Army 1861 1914 Indiana University ISBN 0 253 21380 0 Nish Ian 1985 The Origins of the Russo Japanese War Longman ISBN 0 582 49114 2 Palmer R R Colton Joel Kramer Lloyd 2007 A History of the Modern World 10th ed Boston McGraw Hill ISBN 978 0 07 310748 6 Tucker Spencer 23 December 2009 A Global Chronology of Conflict From the Ancient World to the Modern Middle East From the Ancient World to the Modern Middle East ABC CLIO ISBN 978 1 85109 672 5 Retrieved 25 April 2015 Sedwick F R 1909 The Russo Japanese War Macmillan Istinadlar 17 fevralya 1905 goda nachalos Mukdenskoe srazhenie 2013 07 28 tarixinde Istifade tarixi 2020 01 14 19 fevralya 1905 Nachalos Mukdenskoe srazhenie olu kecid Vojna s Yaponiej 1904 1905 gg Sanitarno statisticheskij ocherk 1914 Russko yaponskaya vojna 1904 1905 gg T IV Shahe Sandepu Prilozhenie 2017 10 02 at the Wayback Machine Rabota Voenno istoricheskoj komissii po opisaniyu russko yaponskoj vojny SPb Tip N V Gaevskogo 1910 Karta 2 3