Monqolustan vətəndaş müharibəsi — Məngu xanın ölümündən sonra iki qardaşı Arıq Buğa və Xubilay arasında baş vermiş müharibə (1260-1264). Müharibədə Bərkə xan Arıq Buğanın, Hülaku xan isə Xubilay xanın tərəfini tutmuşdur.
Arxa plan
1258-ci ildə Məngu Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Məngunun ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum elədi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu. Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif elədi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif elədi. Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.
Xubilay arvadından qardaşı Arıq Buğanın ordu toplaması xəbərini aldı və şimala - Monqolustan ovalarına qayıtdı. O, Monqolustana çatmazdan əvvvəl öyrəndi ki, paytaxt Qaraqorumda Arıq Buğa qurultay keçirib və Çingiz xanın nəslindən olan kəslərin bir çoxunun dəstəyi ilə Böyük Xan seçilib. Xubilay və onun dördüncü qardaşı Hülaku xan buna qarşı çıxdılar. Xubilayın çinlilərdən ibarət heyəti onun taxta çıxmasını dəstəklədi və Şimali Çindəki və Mancuriyadakı yüksək rütbəli şahzadələrin demək olar ki, hamısı onun namizədliyini dəstəklədi. Öz ərazilərinə qayıdandan sonra Xubilay öz qurultayını çağırdı. Baxmayaraq ki iştirakçıların kiçik bir hissəsini Cuçi xanınkılar istisna olmaqla boruciginlərin nümayəndələri təşkil edirdi, ancaq hökmdar ailəsinin az bir hissəsi Xubilayın Böyük Xan tituluna olan iddiasını dəstəklədi. Arıq Buğanın qanuni iddiasına baxmayaraq, 15 aprel 1260-cı ildə qurultay Xubilayı Böyük Xan seçdi.
Vətəndaş müharibəsi
Şensi və Siçuanda Məngunun ordusu Arıq Buğanı dəstəklədi. Layn Jijini Şensi və Siçuana göndərdi. Onlar burada Arıq Buğanın mülki idarəçisi Liu Taypinqi edam etdilər və digər generallar üzərində də qələbə qazandılar. Cənub cəbhəsini qorumaq üçün Xubilay diplomatik həll tapmağa cəhd göstərdi və Hanczouya elçilər göndərdi, ancaq Cia vədini pozdu və onları həbs etdirdi. Xubilay Cığatay xanlığına yeni xan kimi Abişqanı göndərdi. Arıq Buğa Abişqa, iki başqa şahzadə və 100 adamı ələ keçirdi. Çağatayın nəvəsi və Cağatayın ərazisinin xanı olan Alqu xan Arıq Buğanın tərəfində idi.
Arıq Buğa ilə Xubilay arasında olan ilk silahlı toqquşmada Arıq Buğa məğlub oldu və onun sərkərdəsi Ələmdar döyüşdə öldürüldü. Əvəz çıxmaq üçün Arıq Buğa Abişqanı edam etdi. Ögedey xanın oğlu Kadanın dəstəyi ilə Xubilay Qaraqoruma gedən qida təchizatını kəsdi. Qaraqoruma Xubilayın böyük ordusu tərəfindən ələ keçirildi, ancaq Xubilayın gedişindən sonra 1261-ci ildə Arıq Buğa tərəfindən yenidən işğal edildi. Yizu qubernatoru Li Tan 1262-ci ilin fevralında monqol hakimiyyətinə qarşı mübarizəyə başladı. Xubilay öz naziri Çi Tianze və Şi Şuya Li Tana hücum etməyi əmr etdi. İki ordu yalnız bir neçə ayda Li Tanın qiyamını yatırdı və Li Tan edam edildi. İki ordu həm də Li Tanın qaynatası Vanq Ventonqu edam etdi.
Arıq Buğanın hakimiyyətə gətirdiyi Cığatay xanı Alqu xan Xubilaya bağlılığını elan etdi və 1262-ci ildə Arıq Buğa tərəfindən göndərilən cəzalandırıcı ekspedisiyanı məğlub etdi. Elxanilər dövlətinin hökmdarı Hülaku xan Xubilayı dəstəklədi və Arıq Buğanı tənqid etdi. 21 avqust 1264-cü ildə Arıq Buğa Şanduda Xubilaya təslim oldu. Qərbi xanlıqların hökmdarları Xubilayın Monqolustanda qələbəsini və hökmdarlığını qəbul etdilər. Xubilay onları yeni qurultaya yığanda Alqu xan etdiklərinin əvəzində Xubilaydan onun qeyri-leqal vəzifəsinin qəbul edilməsini tələb etdi. Hülaku xan və Qızıl Ordu hökmdarı Bərkə xan əvvəl Xubilayın dəvətini qəbul etdilər. Ancaq tezliklə qurultayda iştirak etməkdən imtina etdilər. Xubilay Arıq Buğanın əsas tərəfdarlarını edam etdirsə də, Arıq Buğanı bağışladı. 1266-cı ildə Arıq Buğa həbsdə olarkən öldü və bu da Xubilayın onu zəhərlədiyi haqqda fərziyyələrə səbəb oldu.
İstinadlar
- Mah, Adeline Yen. China. səh. 129.
- Man, John. Kublai Khan. səh. 102.
- Atwood, C. P. Encyclopedia of Mongolia and the Mongol Empire. səh. 458.
- Whiting, Marvin C. Imperial Chinese Military History: 8000 BC – 1912 AD. səh. 394.
- Man, John. Ibid. səh. 109.
- Weatherford, Jack. Genghis Khan and the making of the modern world. səh. 120.
- Салих Закиров, Дипломатические отношения Золотой орды с Египтом
- al-Din, Rashid. Universal History.
- Rossabi, Morris. Khubilai Khan: His Life and Times. Los Angeles: University of California Press. 1988. ISBN . 2015-04-08 tarixində . İstifadə tarixi: 2015-01-11. , p. 62.
- Rossabi, Morris. The reign of Khubilai Khan // Denis C. Twitchett; John King Fairbank (redaktorlar ). The Cambridge History of China: Volume 6, Alien Regimes and Border States, 710–1368. Cambridge University Press. 1994. 414–489. ISBN . p. 424.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Monqolustan vetendas muharibesi Mengu xanin olumunden sonra iki qardasi Ariq Buga ve Xubilay arasinda bas vermis muharibe 1260 1264 Muharibede Berke xan Ariq Buganin Hulaku xan ise Xubilay xanin terefini tutmusdur Xubilay solda ve Ariq Buga sagda Boyuk Xan titulu ucun muharibe ediblerArxa plan1258 ci ilde Mengu Xubilaya Serqi Ordunun komandanligini verdi ve ona uzerine olan hucumu desteklemeyi emr etdi Xubilay podaqradan eziyyet cekdiyi ucun ona evde qalmaga icaze verildi ancaq o Mengunu desteklemek ucun hereket etdi 1259 cu ilde Xubilay gelmezden evvel Mengunun olmesi xeberi geldi Xubilay qardasinin olumunu gizli saxlamaga qerar verdi ve Yanszi cayi yaxinligindaki Vuhana hucum eledi Xubilayin quvveleri Vucanqi muhasireye alanda Uryanxaday ona qosuldu Sun sulalesinin naziri Cia Sidoa sulh ucun sertleri teklif eledi O Yanszi cayinin dovletler arasinda serhed olmasina monqollarin razilasmasi evezinde illik xerac olaraq 200 min tael gumus ve 200 min top ipek teklif eledi Xubilay evvelce teklifi redd etdi ancaq sonra Cia Sidao ile sulh razilasmasina geldi Xubilay arvadindan qardasi Ariq Buganin ordu toplamasi xeberini aldi ve simala Monqolustan ovalarina qayitdi O Monqolustana catmazdan evvvel oyrendi ki paytaxt Qaraqorumda Ariq Buga qurultay kecirib ve Cingiz xanin neslinden olan keslerin bir coxunun desteyi ile Boyuk Xan secilib Xubilay ve onun dorduncu qardasi Hulaku xan buna qarsi cixdilar Xubilayin cinlilerden ibaret heyeti onun taxta cixmasini destekledi ve Simali Cindeki ve Mancuriyadaki yuksek rutbeli sahzadelerin demek olar ki hamisi onun namizedliyini destekledi Oz erazilerine qayidandan sonra Xubilay oz qurultayini cagirdi Baxmayaraq ki istirakcilarin kicik bir hissesini Cuci xaninkilar istisna olmaqla boruciginlerin numayendeleri teskil edirdi ancaq hokmdar ailesinin az bir hissesi Xubilayin Boyuk Xan tituluna olan iddiasini destekledi Ariq Buganin qanuni iddiasina baxmayaraq 15 aprel 1260 ci ilde qurultay Xubilayi Boyuk Xan secdi Vetendas muharibesiSensi ve Sicuanda Mengunun ordusu Ariq Bugani destekledi Layn Jijini Sensi ve Sicuana gonderdi Onlar burada Ariq Buganin mulki idarecisi Liu Taypinqi edam etdiler ve diger generallar uzerinde de qelebe qazandilar Cenub cebhesini qorumaq ucun Xubilay diplomatik hell tapmaga cehd gosterdi ve Hanczouya elciler gonderdi ancaq Cia vedini pozdu ve onlari hebs etdirdi Xubilay Cigatay xanligina yeni xan kimi Abisqani gonderdi Ariq Buga Abisqa iki basqa sahzade ve 100 adami ele kecirdi Cagatayin nevesi ve Cagatayin erazisinin xani olan Alqu xan Ariq Buganin terefinde idi Ariq Buga ile Xubilay arasinda olan ilk silahli toqqusmada Ariq Buga meglub oldu ve onun serkerdesi Elemdar doyusde olduruldu Evez cixmaq ucun Ariq Buga Abisqani edam etdi Ogedey xanin oglu Kadanin desteyi ile Xubilay Qaraqoruma geden qida techizatini kesdi Qaraqoruma Xubilayin boyuk ordusu terefinden ele kecirildi ancaq Xubilayin gedisinden sonra 1261 ci ilde Ariq Buga terefinden yeniden isgal edildi Yizu qubernatoru Li Tan 1262 ci ilin fevralinda monqol hakimiyyetine qarsi mubarizeye basladi Xubilay oz naziri Ci Tianze ve Si Suya Li Tana hucum etmeyi emr etdi Iki ordu yalniz bir nece ayda Li Tanin qiyamini yatirdi ve Li Tan edam edildi Iki ordu hem de Li Tanin qaynatasi Vanq Ventonqu edam etdi Ariq Buganin hakimiyyete getirdiyi Cigatay xani Alqu xan Xubilaya bagliligini elan etdi ve 1262 ci ilde Ariq Buga terefinden gonderilen cezalandirici ekspedisiyani meglub etdi Elxaniler dovletinin hokmdari Hulaku xan Xubilayi destekledi ve Ariq Bugani tenqid etdi 21 avqust 1264 cu ilde Ariq Buga Sanduda Xubilaya teslim oldu Qerbi xanliqlarin hokmdarlari Xubilayin Monqolustanda qelebesini ve hokmdarligini qebul etdiler Xubilay onlari yeni qurultaya yiganda Alqu xan etdiklerinin evezinde Xubilaydan onun qeyri leqal vezifesinin qebul edilmesini teleb etdi Hulaku xan ve Qizil Ordu hokmdari Berke xan evvel Xubilayin devetini qebul etdiler Ancaq tezlikle qurultayda istirak etmekden imtina etdiler Xubilay Ariq Buganin esas terefdarlarini edam etdirse de Ariq Bugani bagisladi 1266 ci ilde Ariq Buga hebsde olarken oldu ve bu da Xubilayin onu zeherlediyi haqqda ferziyyelere sebeb oldu IstinadlarMah Adeline Yen China seh 129 Man John Kublai Khan seh 102 Atwood C P Encyclopedia of Mongolia and the Mongol Empire seh 458 Whiting Marvin C Imperial Chinese Military History 8000 BC 1912 AD seh 394 Man John Ibid seh 109 Weatherford Jack Genghis Khan and the making of the modern world seh 120 Salih Zakirov Diplomaticheskie otnosheniya Zolotoj ordy s Egiptom al Din Rashid Universal History Rossabi Morris Khubilai Khan His Life and Times Los Angeles University of California Press 1988 ISBN 978 0 520 06740 0 2015 04 08 tarixinde Istifade tarixi 2015 01 11 p 62 Rossabi Morris The reign of Khubilai Khan Denis C Twitchett John King Fairbank redaktorlar The Cambridge History of China Volume 6 Alien Regimes and Border States 710 1368 Cambridge University Press 1994 414 489 ISBN 978 0 521 24331 5 p 424