Mitanni dövləti— bizim eradan əvvəl 16-13 əsrlərdə Mesopotomiya ərazisində olmuş qədim dövlət.
Tarixi
Mittanni e.ə. XVI-XIII əsrlərdə şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi.
Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə əlaqələr saxlayırdı. Ell-Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi.
Mitanni əhalisi mənşəyinə görə, əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də onlardan o qədər seçilmədiyini göstərir.
Bizə məlum olan ilk Mitanni şahı e.ə. XVI əsrin sonunda, I Şuttatnadan sonra isə şahlıq etmişdir. Mənbələrdən bizə məlum olan Mitanni şahlarının ən qüdrətlisi Saussadattar olmuşdur. Bizə qədər onun yazılı möhürü gəlib çatmışdır: "Saussadattar Parsadattapın oğlu Mitanni şahı".
Misir fironlarının XVIII sülaləsinin Asiya yürüşləri dövründə şahlıq etmişdir. Buna baxmayaraq, Mitanninin nüfuzu dairəsinə yuxarı Fəratdan Kilikiyaya, Şimali Suriyadan Assuriya, Nineviya, Arabxah, Kadmuq, İsuv və Alziyə qədər geniş bir ərazi daxil idi. Bu dövrdə Ön Asiyanın siyasi həyatında Misirdən sonra əsas rolu Mitanni oynayırdı. Lakin qüdrətinə və sərvətinə görə Mitanni Misirdən çox geri qalırdı. Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin ən yüksək zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və Fələstinə işğalçı yürüşlər təşkil edir, lakin hər dəfə də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı və bu sülh firon IV Tutmosun Mitanni şahzadəsi ilə nikahına əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amen-xotepə məktubunda deyilir: "III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan sonra o, (Artadama ) qızını verdi". Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi ərazisi uğrunda illərlə davam edən mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenhotep Mitanni şahı II Şuttarnaşm qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi. Mitanni dövlətinin Xet şahı ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna birinci məktubunu yazır: "Misir şahına , qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım Kellu-Xebeyə, sənin evinə, sənin arvadlarına, oğullarına, əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə əmin-amanlıq arzulayıram. Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna görə də o, mənim bacımı sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı. Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən I oğlan və I qız göndərmişəm. Qardaşıma isə hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl boyunbağı, bir cüt qızıl sırğa və ətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə və Tunibivrini göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam gətirsinlər və mən bunu eşidim." Ell-Amarndakı məktubdan məlum olur ki, III Aminxotep öz səfirini Mitanniyə göndərmiş və Turşattanın qızı Tadu-xebanı istəmişdir. Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: "böyük şaha, Misir şahına, mənim qardaşıma. Turşatta, böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi. Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın ürəyini kədərləndirmədim və dedim: "Mən razıyam." qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane onu görən kimi çox xoşhal oldu". Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl – bəzək əşyalarından, bürünc, parça – paltar, ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nikah III Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu. Misir taxt-tacına sahib olandan sonra hədiyyə olaraq ona qiymətli əşyalar göndərdi və xatırlatdı ki, o, Mütaniyə hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və hətta qızıl heykəlciklərin yerinə ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi. Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepə ərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba, sonra onun oğlu III Aminxotepin arvadı oldu. III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş hərəmin xidmətçiləri idilər. Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən əcnəbi şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə lazım olan siyasi istiqamətlərdə fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq fironunun arvadları deyildilər. Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan mərkənin əsil-nəcabətli xidmətçilərinin varisi oldu. Turşatta onu yenə də yeni fironun "arvadı" hesab edirdi, amma Misir mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən belə bir nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar.
Ədəbiyyat
- Древняя литература Малой Азии. М., 1977
- Дьяконов И. М. Арийцы на Ближнем Востоке: конец мифа // "Вестник древней истории". 1970. № 4.
- Дьяконов И.М., Неронова В. Д., Свенцицкая И.С. История Древнего Мира т.1. Ранняя Древность: в 3-ех т. – М.:Издательство "Наука", 1989
- Оджалан А. От Шумерского государства жрецов к демократической цивилизации. — Том 2. — М., 2003. — 464 с.
- Янковская Н. Б. Землевладение большесемейных домовых общин в клинописных источниках // "Вестник древней истории". 1959. № 1.
- Янковская Н. Б. Communal Self-Government and the King of Arrapha // "Journal of the Economic and Social History of the Orient". 1969. V. 12, pt 3.
- Kammenhuber A. Die Arier im Vorderen Orient. Hdlb., 1968.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
- Митанни и второе возвышение Ашшура
- Цари Митанни 2010-11-06 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mitanni dovleti bizim eradan evvel 16 13 esrlerde Mesopotomiya erazisinde olmus qedim dovlet Mitanni dovleti xeritedeTarixiMittanni e e XVI XIII esrlerde simal qerbinde indiki Suriyanin simalinda yerlesirdi Ehalisi hurrilerden ve sami dilli tayfalardan ibaret olmusdur Resmi dili hurri ve akkad dilleri idi E e XVI esrde bu tayfalar Mitanni sulalesinin basciligi ile vahid dovletde birlesmisdiler Guclu ordu yaratmis Mitanni dovleti feal xarici siyaset yeritmis Assuriyanin bir hissesini Kicik Asiyani Asiyani Suriyani Finikiyani ve Felestini ozune tabe etmisdi Olkenin iqtisadiyyatinda ekincilik esas yer tuturdu Ekincilik ucun yagislar muhum rol oynayir genis cay vadileri ise suni suvarma sistemlerinin yaradilmasina imkan verirdi Mitanni erazisinden On Asiya olkelerinin muhum ticaret yollari kecirdi Mitanni dovleti bir cox qonsu olkeler ile elaqeler saxlayirdi Ell Amarn mektublarindaki melumata gore muxtelif Mitanni mallari Misire gonderilirdi Mitanni ehalisi menseyine gore esasen hurilerden ibaret olmusdur Mitanni sahlari hetta Hind ari menseli adlar dasiyanlar da meisetde hurri ve akkad dilinde danisirdilar Akkad dili beynelxalq unsiyyet vasitesi idi Hurri dovletlerinin Arrapxa Alalax Uqarit sosial quruluslarindaki oxsarliq Mitanni cemiyyetinin de onlardan o qeder secilmediyini gosterir Bize melum olan ilk Mitanni sahi e e XVI esrin sonunda I Suttatnadan sonra ise sahliq etmisdir Menbelerden bize melum olan Mitanni sahlarinin en qudretlisi Saussadattar olmusdur Bize qeder onun yazili mohuru gelib catmisdir Saussadattar Parsadattapin oglu Mitanni sahi Misir fironlarinin XVIII sulalesinin Asiya yurusleri dovrunde sahliq etmisdir Buna baxmayaraq Mitanninin nufuzu dairesine yuxari Feratdan Kilikiyaya Simali Suriyadan Assuriya Nineviya Arabxah Kadmuq Isuv ve Alziye qeder genis bir erazi daxil idi Bu dovrde On Asiyanin siyasi heyatinda Misirden sonra esas rolu Mitanni oynayirdi Lakin qudretine ve servetine gore Mitanni Misirden cox geri qalirdi Ehtimal ki XVIII sulalenin fironlari ile muharibeler olmasaydi Mitanni oz qudretinin en yuksek zirvesinde dayanardi I Tutmosun sahligindan baslayaraq Misir fironlari Suriya ve Felestine isgalci yurusler teskil edir lakin her defe de Mitanni ordusunun muqavimetine rast gelirdiler Bu muharibe Mitanni sahi I Artadamanin dovrunde Misir ve Mitanninin dostlasmasindan sonra basa catdi ve bu sulh firon IV Tutmosun Mitanni sahzadesi ile nikahina esasen mohkemlendi Mitanni sahi Tusrattanin IV Amen xotepe mektubunda deyilir III Amenxotepin atasi IV Tutmos menim babam Aptadamaya mektub yazdi ve onun qizi atamin II Suttarna bacisini istedi Bes alti defe mektub yazdi amma o qizini vermedi Yeddinci defe mektub yazandan sonra o Artadama qizini verdi Bu hadiseler Mitanni ve Misirin Serqi Araliq denizi hovzesi erazisi ugrunda illerle davam eden mubahisesine son qoydu Erazi bu iki dovletin nufuz dairelerine bolunur Simal hissesi Mitanninin cenub hissesi ise Misirin nufuz dairesine daxil olur Qeyd etmek lazimdir ki III Amenhotep Mitanni sahi II Suttarnasm qizi Kelu Xebeye evlendikden sonra Misir ve Mitanninin siyasi elaqeleri daha da mohkemlendi Mitanni dovletinin Xet sahi ile muharibesi dovrunde Mitanni sahi Tusiratta Misir fironuna birinci mektubunu yazir Misir sahina qardasima senin qardasindan men sag salamatam Sene bacim Kellu Xebeye senin evine senin arvadlarina ogullarina eyanlarina orduna atlarina doyus arabalarina ve olkene emin amanliq arzulayiram Sen menim atamla yaxsi munasibetde olmusan Menim atam seni sevirdi sen de menim atami Buna gore de o menim bacimi sene verdi Kim menim atamla bele yaxin olub Butun Het dusmen kimi menim olkeme hucum etdi Men onlari darmadagin etdim Onlardan hec biri oz olkesine qayitmadi Men sene doyus arabasi iki at Het herbi qenimetinden I oglan ve I qiz gondermisem Qardasima ise hediyye olaraq 5 doyus arabasi ve 5 qosqu ati gondermisem Bacim Kelu Xebeye hediyye olaraq bir cut qizil boyunbagi bir cut qizil sirga ve etriyyatla dolu das qab gondermisem Sefir kimi Kelsiye ve Tunibivrini gondermisem Qoy qardasim onlari tez buraxsin ki qardasimin salammi esidim ve ferehlenim Qoy qardasim menimle dostlugu mohkemlen dirsin ve oz sefirlerini yanima gondersin ki onlar mene qardasimdan salam getirsinler ve men bunu esidim Ell Amarndaki mektubdan melum olur ki III Aminxotep oz sefirini Mitanniye gondermis ve Tursattanin qizi Tadu xebani istemisdir Tursatta fironunun xahisi ile cavab olaraq yazmisdi boyuk saha Misir sahina menim qardasima Tursatta boyuk sah Mitanni sahi senin qardasin Menim qardasim sefiri Maneni menim yanima gonderdi Dedi Qoy qardasim oz qizini mene arvad olmaq ucun gondersin ve o Misirin xanimi olsun Men qardasimin ureyini kederlendirmedim ve dedim Men raziyam qardasim istediyi kimi men onu Maneye gosterdim Mane onu goren kimi cox xoshal oldu Misir sefirleri bir nece defe hediyyelerle Mitanni sarayina geldiler Nehayet Tursatta memnun oldu ve qizini cox boyuk cehizle Misire gonderdi Cehiz esasen qizil bezek esyalarindan burunc parca paltar etriyyat yagi doyus arabalari atlar qullar lazurit ve muxtelif nov qiymetli daslardan ibaret idi Nikah III Aminxotepin hakimiyyetinin 35 ve ya 36 ci ili oldu Misir taxt tacina sahib olandan sonra hediyye olaraq ona qiymetli esyalar gonderdi ve xatirlatdi ki o Mutaniye hele III Aminxotepin onun ucun hazirladigi iki qizil heykelciyi gondermelidir III Aminxotep Mitanniye az miqdarda hediyye gonderdi ve hetta qizil heykelciklerin yerine agacdan duzeldilmis ve uzerine qizil cekilmis heykelcikler gonderdi Tell Amarna yazismalanndan melum olur ki III Aminxotepe ere getmis Mitanni sahzadesi Tadu Xeba sonra onun oglu III Aminxotepin arvadi oldu III Aminxotepin ve IV Aminxotepin sarayinin tesviri gosterir ki butun heremxana qadinlari bas heremin xidmetcileri idiler Guman ki firon ayri ayri vaxtlarda melikenin xidmetcileri o cumleden ecnebi sahzade xanimlarla birge yasamaq huququndan istifade edirdi Bu sahzade xanimlar sarayda atalarinin Misire lazim olan siyasi istiqametlerde fealiyyetini temin etmek ucun girov kimi saxlanilirdilar ve faktik olaraq fironunun arvadlari deyildiler Yeni firon selefinin butun saray heyetinin hemcinin aralarinda Tadu Xeba olan merkenin esil necabetli xidmetcilerinin varisi oldu Tursatta onu yene de yeni fironun arvadi hesab edirdi amma Misir menbelerinden melumdur ki I Aminxotepin bir bas arvadi Nefertiti ve bir resmi kenizi Kiya olmusdur Bu Misirle Mitaninin elaqelerinin ne qeder birterefli oldugunu gosterir hercend ki Tusrattanin mektublarina esasen bele bir neticeye gelmek olar ki bu dovletler beraberhuquqlu olmuslar EdebiyyatDrevnyaya literatura Maloj Azii M 1977 Dyakonov I M Arijcy na Blizhnem Vostoke konec mifa Vestnik drevnej istorii 1970 4 Dyakonov I M Neronova V D Svencickaya I S Istoriya Drevnego Mira t 1 Rannyaya Drevnost v 3 eh t M Izdatelstvo Nauka 1989 Odzhalan A Ot Shumerskogo gosudarstva zhrecov k demokraticheskoj civilizacii Tom 2 M 2003 464 s Yankovskaya N B Zemlevladenie bolshesemejnyh domovyh obshin v klinopisnyh istochnikah Vestnik drevnej istorii 1959 1 Yankovskaya N B Communal Self Government and the King of Arrapha Journal of the Economic and Social History of the Orient 1969 V 12 pt 3 Kammenhuber A Die Arier im Vorderen Orient Hdlb 1968 IstinadlarHemcinin baxXarici kecidlerMitanni i vtoroe vozvyshenie Ashshura Cari Mitanni 2010 11 06 at the Wayback Machine