Mirdamət Seyidov — İkinci dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş azərbaycanlı partizan.
Mirdamət Seyidov | |
---|---|
Mirdamət Seyidov | |
Doğum tarixi | |
Vəfat tarixi | (89 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Qəhrəmanlığı
İkinci Dünya müharibəsi başlayanda Mirdamətin 19 yaşı var idi. Olduqca kasıb bir ailədə böyüyən Mirdamət sonralar tibb təhsili almışdır.
Müharibənin ilk günlərindən cəbhəyə getmiş; amma almanlara əsir düşmüşdür. Dahau (alman. Dachau ) ölüm düşərgəsində olan Mirdamət Seyidov buradakı insan tonqalının şahidi olub. 1943-cü ildə faşistlərin Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Triestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlardan biri də Mirdamət Seyidov idi.
Sonralar düşmənin yaratdığı hərbi legionundan qaçmağı bacaran döyüşçü partizanlara qoşulmuşdur. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir. Onun əfsanəvi partizanlar Cavad Həkimli, Mehdi Hüseynzadə ilə tanışlıqları da buradan başlayıb. Onlar dəfələrlə birlikdə çətin tapşırıqları çiyin-çiyinə yerinə yetiriblər. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaratmışdılar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yusoqlaviyada da məşhurlaşdırır. Mavi gözlü gənc partizanı artıq İvan Ruskiy, Miriço Mario və Vesilin təxəllüsləri ilə tanıyırıdlar.
Onlar 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ. Qradnik adına İtalyan-yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər. Mirdamət Seyidov Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat — təxribat qrupunda fəaliyyət göstərmişdir.
Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – Opçine (sloven. Opčine) adlı yerdə kinoteatrı partlatdılar. Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri öldü, 110 nəfəri isə ağır yaralandı.
Mirdamət Seyidovun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triest şəhərinin özündə — "Via qeqa" küçəsində almanların "Soldatenheim"( Soldatenheim, Or Rest Room For German Soldiers) (Əsgər evi) restoranının binasının partladılması oldu. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar.
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından meyitləri və yaralıları çıxarmaqla məşğul oldular. Faşist gestapoçuları həmin binanın bərbərxanasında sülənən bir neçə günahsız adamı həbs edib sonra da qətlə yetirdilər.
Azərbaycan Tarixi Muzeyindəki eksponatların birində partlayışın ertəsi günü çıxmış "İl Pikkolo" qəzetinin bir parçası nümayiş etdirilir. Orada yazılıb:
"Dünən, şənbə günü kommunist elementlər Triest şəhərində alman əsgər evində terror təxribatı törətmiş, nəticədə bir neçə alman əsgəri və italyan vətəndaşı həlak olmuşdur. Terrorçulara yaxın dairələrdən xeyli adam həbs edilmişdir. Hərbi məhkəmə onlardan 51 nəfərinə ölüm hökmü kəsmişdir. Məhkəmənin hökmü dərhal yerinə yetirilmişdir".
Partizan qərargahına daxil olan rəsmi məlumata görə, qəzetdə göstərilən "bir neçə alman əsgəri" əslində 450 nəfərin ölüm və yaralanması demək idi.
M.Seyidovun partizan həyatını əks etdirən bu və digər sənədlər də Azərbaycanın Tarix Muzeydə öz layiqli yerini tapmışdır.
2011-ci ildə vəfat etmiş və Göygöl rayonunun Qızılca kəndində dəfn edilmişdir.
Mükafatları
O, qələbənin əldə olunmasında göstərdiyi igidliyə görə, dəfələrlə orden və medallara layiq görülmüşdür:
- "İgidliyə görə" ordeni (Yuqoslaviya).
- "Xalq qarşısında xidmətlərinə görə" ordeni (Yuqoslaviya).
- İtaliyanın fəxri vətəndaşı.
Onun italyan pasportu, diplomları, ordenləri hazırda Moskvada, Frunze adına Silahlı Qüvvələr Muzeyində qorunur.
Xatirəsi
Rejissor Tahir Əliyev “Salnamə” kinostudiyasında “Unudulmuş partizan” adlı filmi əfsanəvi partizan Mirdamət Seyidova həsr etmişdir.
Foto
- Mirdamət Seyidov Mehdi Hüseynzadənin anası ilə
- Mirdamət Seyidov Yuqoslaviyada partizan dostlarının qəbrini ziyarət edir
- Mirdamət Seyidovun milis orqanlarında çalışdığı vaxtlar
- Mirdamət Seyidovun pionerlərlə görüşü
İstinadlar
- Böyük Vətən müharibəsi: azərbaycanlılar müqavimət hərəkatında[ölü keçid]
- "Lalə. Kinorejissor Tahir Əliyev Sloveniyada mükafat alıb. Mədəniyyət.- 2012.- 5 oktyabr.- S. 4". 2020-09-21 tarixində . İstifadə tarixi: 2016-05-18.
Xarici keçidlər
- Səbuhi Məmmədli: "Azərbaycan legionları mövzusu Azərbaycan tarixinin ən ağrılı mövzusudur” 2015-02-01 at the Wayback Machine. apa.tv, 16.12.2014 (az.)
- Barəsində "ARB Aran Media Şirkəti" tərəfindən çəkilmiş "Unudulmuş partizan" filmi
- EL TV-də İlk nümayiş - Unudulmuş partizan
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirdamet Seyidov Ikinci dunya muharibesinde alman fasizmine qarsi vurusmus azerbaycanli partizan Mirdamet SeyidovMirdamet SeyidovDogum tarixi 5 aprel 1922Vefat tarixi 4 noyabr 2011 89 yasinda Defn yeri Goygol rayonuFealiyyeti herbi qulluqcu Vikianbarda elaqeli mediafayllarQehremanligiIkinci Dunya muharibesi baslayanda Mirdametin 19 yasi var idi Olduqca kasib bir ailede boyuyen Mirdamet sonralar tibb tehsili almisdir Muharibenin ilk gunlerinden cebheye getmis amma almanlara esir dusmusdur Dahau alman Dachau olum dusergesinde olan Mirdamet Seyidov buradaki insan tonqalinin sahidi olub 1943 cu ilde fasistlerin Almaniyanin Strans esir dusergesinden Italiyaya Trieste ve Yuqoslaviyaya kocurduyu sovet herbi esirleri icerisinde xeyli azerbaycanli var idi Onlardan biri de Mirdamet Seyidov idi Sonralar dusmenin yaratdigi herbi legionundan qacmagi bacaran doyuscu partizanlara qosulmusdur Mirdamet Seyidov Ikinci Dunya muharibesi illerinde Yuqoslaviya ve Italiya erazisinde isgalcilara qarsi cesaretli emeliyyatlar aparan sovet zabiti ve kesfiyyatcisi kimi xidmet etmisdir Onun efsanevi partizanlar Cavad Hekimli Mehdi Huseynzade ile tanisliqlari da buradan baslayib Onlar defelerle birlikde cetin tapsiriqlari ciyin ciyine yerine yetiribler Mirdamet Seyidov ve Mehdi Huseynzade gizli antifasist teskilati yaratmisdilar Bir birinin ardinca elde olunan ugurlar onu neinki butun olkede hetta Italiya ve Yusoqlaviyada da meshurlasdirir Mavi gozlu genc partizani artiq Ivan Ruskiy Mirico Mario ve Vesilin texellusleri ile taniyiridlar Onlar 1944 cu ilin fevralinda esirlikden qacaraq partizanlara qosulmus I Qradnik adina Italyan yuqoslav partizan diviziyasi terkibinde elahidde rota teskil etmisdiler Mirdamet Seyidov Yuqoslaviya Xalq Azadliq Ordusunun 11 ci korpusu qerargahi yaninda Haribaldi adina xususi kesfiyyat texribat qrupunda fealiyyet gostermisdir Mirdamet Seyidov ve Mehdi Huseynzade 1944 cu il aprelin 2 de Triest seherinin yaxinliginda Opcine sloven Opcine adli yerde kinoteatri partlatdilar Neticede hitlerci esger ve zabitlerden 80 neferi oldu 110 neferi ise agir yaralandi Mirdamet Seyidovun heyata kecirdiyi en boyuk emeliyyatlardan biri Triest seherinin ozunde Via qeqa kucesinde almanlarin Soldatenheim Soldatenheim Or Rest Room For German Soldiers Esger evi restoraninin binasinin partladilmasi oldu Fasist ordusu esgerinin paltarlarini geyinmis Mehdi ve onun dostu Mirdamet Seyidov evvelceden detanatorun ampulasini ezib restorana girdiler Stol arxasinda iki yer tutub icinde partlayici olan cantani stolun altina qoydular ozleri ise talon almaq behanesi ile evvelce salondan sonra ise binadan cixdilar Yarim saatdan sonra fasistlerin nahar etdiyi restoran yerle yeksan oldu Iki gun erzinde hitlerciler ucqunlarin altindan meyitleri ve yaralilari cixarmaqla mesgul oldular Fasist gestapoculari hemin binanin berberxanasinda sulenen bir nece gunahsiz adami hebs edib sonra da qetle yetirdiler Azerbaycan Tarixi Muzeyindeki eksponatlarin birinde partlayisin ertesi gunu cixmis Il Pikkolo qezetinin bir parcasi numayis etdirilir Orada yazilib Dunen senbe gunu kommunist elementler Triest seherinde alman esger evinde terror texribati toretmis neticede bir nece alman esgeri ve italyan vetendasi helak olmusdur Terrorculara yaxin dairelerden xeyli adam hebs edilmisdir Herbi mehkeme onlardan 51 neferine olum hokmu kesmisdir Mehkemenin hokmu derhal yerine yetirilmisdir Partizan qerargahina daxil olan resmi melumata gore qezetde gosterilen bir nece alman esgeri eslinde 450 neferin olum ve yaralanmasi demek idi M Seyidovun partizan heyatini eks etdiren bu ve diger senedler de Azerbaycanin Tarix Muzeyde oz layiqli yerini tapmisdir 2011 ci ilde vefat etmis ve Goygol rayonunun Qizilca kendinde defn edilmisdir MukafatlariO qelebenin elde olunmasinda gosterdiyi igidliye gore defelerle orden ve medallara layiq gorulmusdur Igidliye gore ordeni Yuqoslaviya Xalq qarsisinda xidmetlerine gore ordeni Yuqoslaviya Italiyanin fexri vetendasi Onun italyan pasportu diplomlari ordenleri hazirda Moskvada Frunze adina Silahli Quvveler Muzeyinde qorunur XatiresiRejissor Tahir Eliyev Salname kinostudiyasinda Unudulmus partizan adli filmi efsanevi partizan Mirdamet Seyidova hesr etmisdir FotoMirdamet Seyidov Mehdi Huseynzadenin anasi ile Mirdamet Seyidov Yuqoslaviyada partizan dostlarinin qebrini ziyaret edir Mirdamet Seyidovun milis orqanlarinda calisdigi vaxtlar Mirdamet Seyidovun pionerlerle gorusuIstinadlarBoyuk Veten muharibesi azerbaycanlilar muqavimet herekatinda olu kecid Lale Kinorejissor Tahir Eliyev Sloveniyada mukafat alib Medeniyyet 2012 5 oktyabr S 4 2020 09 21 tarixinde Istifade tarixi 2016 05 18 Xarici kecidlerSebuhi Memmedli Azerbaycan legionlari movzusu Azerbaycan tarixinin en agrili movzusudur 2015 02 01 at the Wayback Machine apa tv 16 12 2014 az Baresinde ARB Aran Media Sirketi terefinden cekilmis Unudulmus partizan filmi EL TV de Ilk numayis Unudulmus partizan