Mircavad Seyidhəsən oğlu Axundzadə (1909 – 1996) — Azərbaycanın ilk peşəkar fotoqrafı.
Mircavad Axundzadə | |
---|---|
Mircavad Seyidhəsən oğlu Axundzadə | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Həyatı
Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Atası Seyidhesen Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda məqalələri çap olunmuşdu.
Fəaliyyəti
O, 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı fotoqraf kimi tarixə düşmüşdür.Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə "Ağ-qara dünya" sənədli filmi də çəkilib.Rejissor Ş.Nəcəfzadə müsahibəsində deyib ki, filmin çəkilişinə təşəbbüs 1991-ci ildə “Yaddaş” sənədli filmlər studiyasından irəli sürülüb. “Bu mənim ilk sənədli filmim oldu. Çəkilişlər Maştağada aparıldı. Biz filmi onun yaşadığı evdə çəkdik. Həmin vaxt o, evdə qızı və nəvəsi ilə yaşayırdı. Film sanki yaxın keçmişimizə bir səyahətdir. Filmdə qocaman fotoqrafın çəkdikləri fotolarla yanaşı, digər fotoqrafların da şəkilləri yer alıb. Filmdə həyatın müxtəlif anlarını dondurub saxlayan, yaşadan və nəsillərdən nəsillərə ötürən fotolar göstərilib.”Rejissorun sözlərinə görə, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü. “Biz filmi çəkəndə çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı.”
Mircavad Axundzadə 1996-cı ildə Bakıda vəfat edib. Dünyadan köçəndən sonra fotoqrafın evi satılanda arxivi köhnə evdə qalaraq itib.
Xatirəsi
1991-ci ildə Şamil Nəcəfzadə tərəfindən istehsalı Ağ-qara dünya adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Xarici keçidlər
- Azərbaycan Fotoqraflar Birliyi
Həmçinin bax
- Ağ-qara dünya (film, 1991)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mircavad Seyidhesen oglu Axundzade 1909 1996 Azerbaycanin ilk pesekar fotoqrafi Mircavad AxundzadeMircavad Seyidhesen oglu AxundzadeDogum tarixi 1909Dogum yeri Mastaga Baki qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 1996Vefat yeri Baki AzerbaycanHeyatiMircavad Axundzade 1909 cu ilde Bakinin Mastaga qesebesinde anadan olub Kicik yaslarindan fotoya heves gosteren Mircavad Axundzade seherde metbeede isleyen atasinin yanina tez tez gedermis Burada Lifsits soyadli bir alman usagin maragini gorub ona fotoaparat bagislayib ve Mircavad 9 yasinda 1918 ci ilde ermenilere qarsi vurusan bir qrup silahli mastagalinin seklini cekib Atasi Seyidhesen Axundzade qabaqcil fikirli mutereqqi ziyalilardan olub Babasi Axund Mirhuseyn ise Iraqin Necef seherinde 15 il ali dini tehsil almis bununla yanasi tarix cografiya ve tibb kimi dunyevi elmlerle de yaxindan maraqlanmisdir Xeyriyyeci Haci Zeynalabdin Tagiyevle dostluq etmisdir Oglu Seyidaga Mircavadin atasi H Z Tagiyevin Kaspi metbeesinde calismis ara sira dovri metbuatda meqaleleri cap olunmusdu FealiyyetiO 1918 ci ilin mart soyqirimlarini oz kicik fotoaparati ile cekerek ilk azerbaycanli fotoqraf kimi tarixe dusmusdur Meshur fotoqrafin sekilleri ve neqativleri hazirda arxivlerde qorunur Mircavad Axundzade haqqinda Samil Necefzadenin rejissorlugu ile Ag qara dunya senedli filmi de cekilib Rejissor S Necefzade musahibesinde deyib ki filmin cekilisine tesebbus 1991 ci ilde Yaddas senedli filmler studiyasindan ireli surulub Bu menim ilk senedli filmim oldu Cekilisler Mastagada aparildi Biz filmi onun yasadigi evde cekdik Hemin vaxt o evde qizi ve nevesi ile yasayirdi Film sanki yaxin kecmisimize bir seyahetdir Filmde qocaman fotoqrafin cekdikleri fotolarla yanasi diger fotoqraflarin da sekilleri yer alib Filmde heyatin muxtelif anlarini dondurub saxlayan yasadan ve nesillerden nesillere oturen fotolar gosterilib Rejissorun sozlerine gore filmi cekende qocaman fotoqrafin gozleri gormurdu Biz filmi cekende calisirdiq ki bu meqamlar hiss olunmasin Mircavad Axundzade filmin teqdimatina qizi ve nevesi ile gelmisdi Teqdimatda da nevesi kino tesvirlerini onun qulagina picilti ile danisirdi Mircavad Axundzade 1996 ci ilde Bakida vefat edib Dunyadan kocenden sonra fotoqrafin evi satilanda arxivi kohne evde qalaraq itib Xatiresi1991 ci ilde Samil Necefzade terefinden Yaddas Senedli Filmler Studiyasinda istehsali Ag qara dunya adli qisametrajli senedli film hesr olunmusdur Xarici kecidlerAzerbaycan Fotoqraflar BirliyiHemcinin baxAg qara dunya film 1991