Memarlıq və ya arxitektura (lat. architectura от q.yun. αρχι — böyük, əsas və q.yun. τέκτων — inşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi.
Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir.
Etimologiya
"Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır. "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") + tekton – "inşaatçı") sözündən gəlmişdir. Mənası — yüksək usta memar deməkdir.
Haqqında
İnsanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Memarlıq tarixi
Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.
Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri — kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II–I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.
Azərbaycan ərazisində e.ə. IX–VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır.
VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların — məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V–VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV–VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.
Memarlıq insanların həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdırır. Məhz bu, Memarlığı — Sənət – İncəsənət edir. Həmçinin memarlıq da hər bir incəsənət növü kimi, cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Memarlıq sənəti – həqiqətən də ictimai bir sənətdir . Təsadüf deyil ki, böyük sivilizasiyaları yalnız müharibələr və ya ticarətinə görə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Memarlıq – bir şəhərin, dövlətin və bütovlükdə bir dövrün xüsusi "vizit kartıdır"!
Tarix boyu xalq memarlığı inkişaf etmişdir. Hər bir xalqın və dövlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Hər tikili konkret təyinata malikdir və buna görə də onun zahiri görünüşü insanların həyat tərzini büruzə verir. Memarların cəsarətli ideya və təşəbbüsləri qədim dövrdə materialların müxtəlifliyi və ideyaların parlaqlığı ilə seçilən qədim roman və ya zidd barokko üslublarını, renessans, müasir dövrdə isə modern və (high-tech) kimi üslubların yaranmasına gətirib çıxartdı.
Müasir dövrdə şəhərlərin və ya ölkənin xüsusi simvolları sayılan qədim evlər, abidələr, qəsrlər və saraylar heç vaxt öz cazibədarlığını itirmir.
Memarlar Günü
Dünyada Memarlar Günü 1949-cu ildə Lozannada təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd edilir.
Memarlığı bəzən "donmuş musiqi" adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlar və incəsənət üslublarına tabe olur. İnsan sivilizasiyasının inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran öz tipik Memarlıq üslubuna malikdir.
Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri ilə fərqlənmişlər. Misir öz Ehramları, Çin — , Roma İmperiyası — və Müqəddəs Pyotr kilsəsi, Afina — qədim Akropol, Paris — Eyfel qülləsi ilə bütün dünyada məşhurdur.
İstinadlar
- Архитектура // Новая иллюстрированная энциклопедия. Кн. 2. Ар-Би. — М.: , 2002. — 256 с.: ил. — С. 21–22. — (кн. 2), .
- "Большой энциклопедический словарь". 2022-08-07 tarixində . İstifadə tarixi: 2014-05-15.
- "Memarlıq haqqında". 2015-11-21 tarixində . İstifadə tarixi: 2014-10-01.
- "mimarlık". Nişanyan Sözlük. 2023-01-05 tarixində . İstifadə tarixi: 2023-04-14.
- Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
- "ἀρχιτέκτων 2023-04-05 at the Wayback Machine", in Liddell & Scott (1940) , Oxford: Clarendon Press
- Samirə Mir-Bağırzadə. İncəsənət tarixi 2022-06-16 at the Wayback Machine. Bakı, 2012.
Xarici keçidlər
- Urfan Məmmədov. "Memarlıq və Dizayn". Memarlıq bloqu (az.). memarliq.com. 2014. İstifadə tarixi: 2014-10-09.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memarliq ve ya arxitektura lat architectura ot q yun arxi boyuk esas ve q yun tektwn insaatci dulger bina ve arxitektura ansambllarinin layihelendirilmesi ve tikilmesi Memarliq insanlarin istiraheti ve fealiyyeti ucun teleb olunan mekan muhitini emele getiren bina ve qurgulardir Memarliq seneti ise bina korpu qesr ve diger tikililerin etibarliliq ve qanunlarina uygun olaraq yaradilmasi senetidir Etimologiya Memarliq sozu Azerbaycan diline erebce abadliq eden menasini dasiyan mimar معمار sozunden gelmisdir XX esrin evvellerine aid Azerbaycandilli menbelerde elmi memari علمی مئماری adlandirilmisdir Arxitektura sozu qedim yunan dilinde olan ἀrxitektwn arxi bas tekton insaatci sozunden gelmisdir Menasi yuksek usta memar demekdir HaqqindaInsanin heyat ve fealiyyeti ucun mekan muhitini emele getiren bina ve qurgular sistemidir Bu bina ve qurgularin gozellik qanunlarina uygun olaraq yaradilmasi senetidir Monumental memarliqla beraber tarix boyu xalq memarligi da inkisaf edib Mensub oldugu xalqin heyat terzini ve estetik goruslerini eks etdiren xalq memarligi monumental memarliq ucun tukenmez yaradiciliq menbeyi olub Memarliq tarixiMemarliq tarixinin baslangici ibtidai insanlarin yasadigi tebii magaralardan baslayir Azerbaycan erazisinde Boyuk ve Kicik Qafqaz daglarinin eteklerinde Talis daglarinda Naxcivan MR da Zengilan Kelbecer Gedebey Xanlar Samaxi ve nehayet Fuzuli rayonu erazisinde askar edilmis Azix magarasi buna misaldir Azerbaycanda Qobustanda askar edilmis en qedim yasayis yerleri magaralar muxtelif primitiv siginacaqlar ve s ile yanasi meqalit memarliq abideleri kromlexler menhirler coban dasi dolmenler ve siklop tikilileri genis yayilib Hundur daslardan qurasdirilmis bu qurgular el arasinda qalaca yaxud horukdas adlanir Naxcivan seherinin yaxinligindaki Calxanqala Tunc dovru ve Arpacay sahilindeki Qaratepe divarindaki Oglanqala e e II I minillikler mudafie tikilileri siklop tikililere aid edilir Guney Azerbaycanin erazisinde Araz yaxinliginda da qala tikilileri Bastam Danali Qalaoglu ve s askar edilib Azerbaycan erazisinde e e IX VII esrlerde seherler emele gelib mudafie tikilileri ezemetli qala divarlari insa edilib Hesenli rayonunda abideler kompleksi Urmiya golu sahilindeki qayalarda capilmis serdabelerin tedqiqi gosterir ki Azerbaycanda VII esrden eyvanli menzil tipi tesekkul tapmisdir Hemin dovrun diger memarliq qurgularindan yegane dini tikili olan od mehrablari dovrumuze kimi gelib catmisdir VII esrden Azerbaycanda islam dininin yayilmasi ile bagli memarligin da inkisaf yonu deyismisdir Memarliqda yeni tipli binalarin mescid medrese turbe karvansara ve s tikilmesi esas xett olmusdur Bu dovrde islam dini ile bagli tikililerle yanasi Qafqaz Albaniyasinin bezi eyaletlerinde xristian mebedleri mudafie istehkamlari insa edilmisdir Bunlardan indiki Ismayilli rayonu erazisinde Cavansir qalasi teqriben VII esr Qazax rayonunun Yuxari Eskipara kendi yaxinligindaki qala kompleksi V VIII esrler Qebele rayonundaki Boyuk Emirli kendinde IV VIII esrler alban mebedleri Oguz seherinde alban kilsesi orta esrler Dagliq Qarabagin Xocavend rayonunda alban kilsesi I esr ve s diqqeti celb edir Memarliq insanlarin heyat ve fealiyyeti ucun mekan muhitini formalasdirir Mehz bu Memarligi Senet Incesenet edir Hemcinin memarliq da her bir incesenet novu kimi cemiyyetin heyati onun tarixi baxislari ve ideologiyasi ile six baglidir Memarliq seneti heqiqeten de ictimai bir senetdir Tesaduf deyil ki boyuk sivilizasiyalari yalniz muharibeler ve ya ticaretine gore deyil her seyden evvel vaxtile tikilmis memarliq abidelerine esasen xatirlanir Memarliq bir seherin dovletin ve butovlukde bir dovrun xususi vizit kartidir Tarix boyu xalq memarligi inkisaf etmisdir Her bir xalqin ve dovletin onun yasam terzini ve enenelerini eks etdiren memarliq tarixi vardir Mensub oldugu xalqin heyat terzini ve estetik goruslerini eks etdiren xalq memarligi monumental memarliq ucun tukenmez yaradiciliq menbeyi olub Her tikili konkret teyinata malikdir ve buna gore de onun zahiri gorunusu insanlarin heyat terzini buruze verir Memarlarin cesaretli ideya ve tesebbusleri qedim dovrde materiallarin muxtelifliyi ve ideyalarin parlaqligi ile secilen qedim roman ve ya zidd barokko uslublarini renessans muasir dovrde ise modern ve high tech kimi uslublarin yaranmasina getirib cixartdi Muasir dovrde seherlerin ve ya olkenin xususi simvollari sayilan qedim evler abideler qesrler ve saraylar hec vaxt oz cazibedarligini itirmir Memarlar GunuEsas meqale Dunyada Memarlar Gunu 1949 cu ilde Lozannada tesis edilib Hemin vaxtdan baslayaraq her il oktyabr ayinin birinci bazar ertesi Memarlar Gunu kimi qeyd edilir Memarligi bezen donmus musiqi adlandirirlar cunki o notlar kimi riyazi qanunlar ve incesenet uslublarina tabe olur Insan sivilizasiyasinin inkisafinin her merhelesi konkret tarixi dovru onun esas xususiyyetlerini ideologiyasini ve xarakterini simvollasdiran oz tipik Memarliq uslubuna malikdir Tarix boyu sivilizasiyalar onlardan qalan memarliq abideleri ile ferqlenmisler Misir oz Ehramlari Cin Roma Imperiyasi ve Muqeddes Pyotr kilsesi Afina qedim Akropol Paris Eyfel qullesi ile butun dunyada meshurdur IstinadlarArhitektura Novaya illyustrirovannaya enciklopediya Kn 2 Ar Bi M 2002 256 s il S 21 22 ISBN 5 85270 192 0 kn 2 ISBN 5 85270 218 8 Bolshoj enciklopedicheskij slovar 2022 08 07 tarixinde Istifade tarixi 2014 05 15 Memarliq haqqinda 2015 11 21 tarixinde Istifade tarixi 2014 10 01 mimarlik Nisanyan Sozluk 2023 01 05 tarixinde Istifade tarixi 2023 04 14 Sultan Medzhid Ganiev Russko tatarskij slovar Baku 1909 ἀrxitektwn 2023 04 05 at the Wayback Machine in Liddell amp Scott 1940 Oxford Clarendon Press Samire Mir Bagirzade Incesenet tarixi 2022 06 16 at the Wayback Machine Baki 2012 Xarici kecidlerUrfan Memmedov Memarliq ve Dizayn Memarliq bloqu az memarliq com 2014 Istifade tarixi 2014 10 09 Memarliq ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Memarliq portali