Mayak gözətçisi (ing. Lighthouse keeper) — XVIII əsrdən etibarən geniş yayılmış və zamanla ardıcılları azalmış peşə, mayakların fasiləsiz fəaliyyətini təmin edən şəxslər. Mayak gözətçiləri mayakların təmizliyi, xüsusən də yağ lampalarının və saat mexanizmlərinin işlək və saz vəziyyətdə olmasına cavabdeh olan şəxslər idilər. Əsasən ucqar ərazilərdə fəaliyyət göstərən mayaklarda tək-tənha həyat yaşayan mayak gözətçisi mövzusu populyar mədəniyyətdə özünə xüsusi yer tapmışdır.
Əksər vaxtlarda ailələrindən uzaqda qalan mayak gözətçilərinin yaşadığı etik dilemmalar, ağır psixoloji vəziyyətlər bir çox filmlərin ana mövzusu kimi çıxış edib. 2019-cu ildə ABŞ-da istehsal olunmuş və baş rollarında Villem Defo və Robert Pattinsonun çəkildiyi Mayak filmi XIX əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçinin dramatik münasibətlərindən bəhs edir.
Tarixi
Dünyada bir şəxsin mayak gözətçisi kimi ilk dəfə harada xidmət göstərməsi dəqiq məlum deyil. Amerika Birləşmiş Ştatlarında mayak gözətçisi kimi fəaliyyət göstərmiş ilk şəxs Corc Vortleyk olmuşdur. O, 1716–1718-ci illərdə Boston şəhəri yaxınlığında yerləşən şəhər limanı adlı mayakda işləyib. 1776-cı ildə Anna Tomas əri Con Tomasın ölümündən sonra Massaçusets ştatının Plimut limanında yerləşən mayakda gözətçi kimi fəaliyyətə başlamaqla ABŞ-ın ilk qadın mayak gözətçisi kimi tarixə keçmişdir. Vəfat etmiş ərinin peşəsini davam etdirən qadın bu xidmətinə görə il ərzində təqribən 200 dollara yaxın məvacib qazanırdı.
Mayak gözətçisi kimi fəaliyyət göstərmiş məşhur şəxslərdən birinə misal olaraq 1730-cu ildə İngiltərənin Dover limanı yaxınlığındakı Cənubi Foreland mayakında işləmiş Uliyamı göstərmək olar. Uliyam indiki Knott ailəsinin bir mənsubu olmuşdur.
Vəzifələr
XIX əsrdə mayak gözətçiləri mayak fitillərini kəsmək, yanacaq doldurmaq, külək mexanizmləri işləyən saatları və linzaların təmizlənməsi kimi texniki işləri yetirməklə mükəlləf idilər. Gözətçilərin bir başqa vəzifəsi isə duman siqnalına və meteoroloji stansiyaya cavabdeh olmaq, hava şəraiti ilə bağlı müvafiq qeydiyyat dəftərində qeydləri yazmaqdan ibarət idi. XIX əsr boyunca ABŞ-da mayak gözətçilər dənizlərdə aparılan axtarış və xilasetmə işlərində də böyük rol oynamışdılar.
Mayakların əksəriyyəti adalarda və ya ucqar ərazilərdə yerləşdiyi üçün mayak gözətçiləri orada təcrid olunmuş həyata məcbur idilər. Təcrid olunmuş bir həyat tərzi səbəbindən zaman-zaman mayak gözətçisi olan şəxsin bu işi öz övladına ötürməsi halı da geniş yayılmışdı. Gözətçilərin mayakın giriş hissəsində və ya yaxınlığında özü, varsa ailəsinin yaşaması üçün ayrıca yerlər mövcud idi. ABŞ-də yaranmış (ing. Stag light) jarqonu Amerika Birləşmiş Ştatlarının Mayak Xidmətində çalışan, subay olan və ucqar ərazilərdə tək başına xidmət aparan şəxslərin bir növ tənhalığını ifadə etmək üçün yaranmış söz birləşməsi kimi məşhurluq qazanmışdır.
XX əsrin əvvələrində dünyada başlamış elektrikləşdirmə və uzaqdan idarə edilə bilən texneloji irəliləyişlərin yaşanması mayak gözətçisi vəzifəsinin get-gedə sıradan çıxmasına və bu işi özünə peşə olaraq seçən şəxslərin sayında kəskin azalmaya səbəb olmuşdur. Bu gün mayaklarda gözətçi kimi xidmət göstərən şəxslər əsasən həmin mayak binalarında texniki xidmət göstərir, sınıq və ya sıradan çıxmış buyları yeniləyir və yaxud sahildən kənarda naviqasiya vasitələrinin coğrafi olaraq dəyişdirilməsi və avtomatlaşdırılmış sistemlərdə texniki dəstək xidməti göstərməkdədirlər.
ABŞ başda olmaqal dünyanın əksər ölkələrində mayak gözətçilərinin hazırlanması Dəniz Qüvvələrinin və ya Sahil Mühafizəsinin yurisdiksiyasına daxildir.
Mövcud vəziyyət
Şimali Amerika
Kanadanın okeanlarda və daxili sulardakı məsələləri ilə məşğul olan Balıqçılıq və Okeanlar departamentinin 2017-ci ilin oktyabr ayına olan məlumatına əsasən ölkədə 51 şəxs mayak gözətçisi kimi fəaliyyət göstərməkdədir. Gözətçilərin bir nəfəri Nyu-Bransuik əyalətində, iyirimi üç nəfəri Nyufaundlend və Labradorda, iyirimi yeddi nəfəri isə Britaniya Kolumbiyası əyalətinin ərazisində fəaliyyət göstərirlər. Men körfəzində yerləşən kiçik Makias-Sil adasındakı mayak istisna olmaqla, qalan bütün mayaklarda xidməti personal fəaliyyət göstərir.
Kanada Sahil Mühafizəsi tərəfindən idarə olunan bu mayak adanın ABŞ ilə mübahisəli statusu səbəbindən suverenlik məqsədləri üçün nəzarət altında saxlanılır. Kanada Sahil Mühafizə Xidməti tərəfindən 2022-ci ildə verilmiş məlumata görə ölkə sərhədləri daxilində mayak gözətçisi vəzifəsinə 90 nəfərə yaxın şəxs cəlb edilib və onların hamısı federal hökumətin işçiləri hesab olunurlar. Sözügedən gözətçilərdən əlli dörd nəfəri Britaniya Kolumbiyası xaricində fəaliyyət göstərməkdədir.
ABŞ-da mülkü şəxs kimi fəaliyyət göstərən sonuncu mayak gözətçisi Frank Şubert 2003-cü ildə vəfat edib. Mülki məqsədlər üçün istifadə edilmiş sonuncu mayak Boston Light 1998-ci ildə qədər ABŞ Sahil Mühafizə Xidməti tərəfindən idarə edilmişdir. Hal-hazırda həmin mayakın mülki məqsədlər üçün istifadəsi dayandırılıb və mayakı ziyarət etmək istəyən şəxslər üçün müxtəlif bələdçi turları təşkil edilməkdədir.
Meksikada mayakların idarə edilməsi Rabitə və Nəqliyyat Katibliyinin tərkibində dövlət qurumu olan Limanlar və Dəniz Ticarət Baş İdarəsi tərəfindən həyata keçirilməkdədir. Avtomatlaşdırılmış mayaklardan istifadə də, Meksikada ABŞ və Kanadada olduğu qədər geniş yayılmadığından, bir çox mayaklardakı iş prosesinin idarə olunması mülkü mayak gözətçiləri tərəfindən icra edilməkdədir.
Cənubi Amerika
Braziliyada ilk mayak 1698-ci ildə ölkənin şərqində, Atlantik okean sahillərində yerləşən Baiya əyalətinin Santo Antonio şəhərində fəaliyyətə başlayıb və həmin tarixdən etibarən ölkə zəngin mayak irsini davam etdirməkdədir. Braziliyanın dövlət qurumu olan Naviqasiya Yardımı Mərkəzi tərəfindən idarə edilən 200-dən artıq aktiv mayakdan 33-də mayak 2020-ci ilin mart ayına olan məlumata əsasən mayak gözətçiləri fəaliyyət göstərirlər.
2013-cü ilə olan məlumata əsasən Çilidə 650-dən çox mayakdan aktiv şəkildə istifadə olunur. Dünyanın ən cənub hissəsində yerləşən mayak isə Dieqo-Ramires adalarının ərazisində yerləşir. Adadakı mayak Çili Hərbi Donanması tərəfindən idarə edilir və əsasən meteoroloji stansiya kimi fəaliyyət göstərməkdədir. 2017-ci ildə adada mayak gözətçisi kimi çalışan Marselo Eskobar qolunu sındırdıqdan sonra Punta Arenasa şəhərinə təxliyyə edilməli olub.
İstinadlar
- U. S. Coast Guard, "Light Station Boston," Last modified on January 12, 2016, http://www.uscg.mil/history/stations/Lights/Boston/BostonLHindex.asp 2017-05-08 at the Wayback Machine.
- Clifford, Mary Louise and J. Candace Clifford, "Women Who Kept the Lights: An Illustrated History of Female Lighthouse Keepers," Williamsburg: Cypress Communications, 2013; U. S. Coast Guard, "Historic Light Station Information and Photography, Massachusetts," Last modified on January 12, 2016, http://www.uscg.mil/history/weblighthouses/LHMA.asp 2017-05-01 at the Wayback Machine;
- David Alan Stevenson, The World's Lighthouses before 1820, Oxford University Press, 1959, p. 103. Genealogical research has now shown the keeper's name as William – not Henry – Knott, as stated in the reference.
- "Life at the Lights". Baltic Lights. Polish Maritime Museum. 2020. July 23, 2021 tarixində . İstifadə tarixi: March 24, 2020.
- "Seeing The Light – A Glossary of Lighthouse Terminology". www.terrypepper.com. 12 November 2017 tarixində . İstifadə tarixi: 13 February 2018.
- Snow, Edward Rowe. The Lighthouses of New England (ingilis). Applewood Books. 1945. 48. ISBN . 2024-04-24 tarixində . İstifadə tarixi: 2024-04-24.
- Caldwell, Bill. Lighthouses of Maine (ingilis). Down East Books. 2002-01-01. 205. ISBN . 2024-04-24 tarixində . İstifadə tarixi: 2024-04-24.
- "O Faroleiro". Marinha do Brasil. March 12, 2020. August 3, 2020 tarixində . İstifadə tarixi: March 12, 2020.
- "Lighthouses in Canada". Fisheries and Oceans Canada. Government of Canada. 8 September 2017. 14 October 2018 tarixində . İstifadə tarixi: January 7, 2019.
- McArthur, Liz. "B.C. lighthouse keeper forced to take 500-km trip for heart surgery after evacuation in heavy fog". CBC News. October 22, 2022. October 22, 2022 tarixində . İstifadə tarixi: October 22, 2022.
- The Lighthouse Encyclopedia, The Definitive Reference, Jones, Ray; 2003. Guilford, Conn.: Globe Pequot. ISBN
- "O Centro de Auxílios à Navegação Almirante Moraes Rego". Marinha do Brasil. March 12, 2020. August 3, 2020 tarixində . İstifadə tarixi: March 12, 2020.
- "Auxílios à Navegação". Marinha do Brasil. March 12, 2020. August 3, 2020 tarixində . İstifadə tarixi: March 12, 2020.
- "Chilean Navy airlifts lighthouse keeper". Air, Med & Rescue Magazine. Voyageur Group Publishing. November 1, 2017. January 8, 2019 tarixində . İstifadə tarixi: January 8, 2019.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mayak gozetcisi ing Lighthouse keeper XVIII esrden etibaren genis yayilmis ve zamanla ardicillari azalmis pese mayaklarin fasilesiz fealiyyetini temin eden sexsler Mayak gozetcileri mayaklarin temizliyi xususen de yag lampalarinin ve saat mexanizmlerinin islek ve saz veziyyetde olmasina cavabdeh olan sexsler idiler Esasen ucqar erazilerde fealiyyet gosteren mayaklarda tek tenha heyat yasayan mayak gozetcisi movzusu populyar medeniyyetde ozune xususi yer tapmisdir Simali Hollandiyada yerlesen Marken seherinin erazisinde fealiyyet gostermis Mayakin gozetcisi 1985 Ekser vaxtlarda ailelerinden uzaqda qalan mayak gozetcilerinin yasadigi etik dilemmalar agir psixoloji veziyyetler bir cox filmlerin ana movzusu kimi cixis edib 2019 cu ilde ABS da istehsal olunmus ve bas rollarinda Villem Defo ve Robert Pattinsonun cekildiyi Mayak filmi XIX esrin sonlarinda Yeni Ingiltere sahillerindeki tecrid olunmus adada yasayan iki mayak gozetcinin dramatik munasibetlerinden behs edir TarixiDunyada bir sexsin mayak gozetcisi kimi ilk defe harada xidmet gostermesi deqiq melum deyil Amerika Birlesmis Statlarinda mayak gozetcisi kimi fealiyyet gostermis ilk sexs Corc Vortleyk olmusdur O 1716 1718 ci illerde Boston seheri yaxinliginda yerlesen seher limani adli mayakda isleyib 1776 ci ilde Anna Tomas eri Con Tomasin olumunden sonra Massacusets statinin Plimut limaninda yerlesen mayakda gozetci kimi fealiyyete baslamaqla ABS in ilk qadin mayak gozetcisi kimi tarixe kecmisdir Vefat etmis erinin pesesini davam etdiren qadin bu xidmetine gore il erzinde teqriben 200 dollara yaxin mevacib qazanirdi Mayak gozetcisi kimi fealiyyet gostermis meshur sexslerden birine misal olaraq 1730 cu ilde Ingilterenin Dover limani yaxinligindaki Cenubi Foreland mayakinda islemis Uliyami gostermek olar Uliyam indiki Knott ailesinin bir mensubu olmusdur VezifelerXIX esrde mayak gozetcileri mayak fitillerini kesmek yanacaq doldurmaq kulek mexanizmleri isleyen saatlari ve linzalarin temizlenmesi kimi texniki isleri yetirmekle mukellef idiler Gozetcilerin bir basqa vezifesi ise duman siqnalina ve meteoroloji stansiyaya cavabdeh olmaq hava seraiti ile bagli muvafiq qeydiyyat defterinde qeydleri yazmaqdan ibaret idi XIX esr boyunca ABS da mayak gozetciler denizlerde aparilan axtaris ve xilasetme islerinde de boyuk rol oynamisdilar Mayaklarin ekseriyyeti adalarda ve ya ucqar erazilerde yerlesdiyi ucun mayak gozetcileri orada tecrid olunmus heyata mecbur idiler Tecrid olunmus bir heyat terzi sebebinden zaman zaman mayak gozetcisi olan sexsin bu isi oz ovladina oturmesi hali da genis yayilmisdi Gozetcilerin mayakin giris hissesinde ve ya yaxinliginda ozu varsa ailesinin yasamasi ucun ayrica yerler movcud idi ABS de yaranmis ing Stag light jarqonu Amerika Birlesmis Statlarinin Mayak Xidmetinde calisan subay olan ve ucqar erazilerde tek basina xidmet aparan sexslerin bir nov tenhaligini ifade etmek ucun yaranmis soz birlesmesi kimi meshurluq qazanmisdir XX esrin evvelerinde dunyada baslamis elektriklesdirme ve uzaqdan idare edile bilen texneloji irelileyislerin yasanmasi mayak gozetcisi vezifesinin get gede siradan cixmasina ve bu isi ozune pese olaraq secen sexslerin sayinda keskin azalmaya sebeb olmusdur Bu gun mayaklarda gozetci kimi xidmet gosteren sexsler esasen hemin mayak binalarinda texniki xidmet gosterir siniq ve ya siradan cixmis buylari yenileyir ve yaxud sahilden kenarda naviqasiya vasitelerinin cografi olaraq deyisdirilmesi ve avtomatlasdirilmis sistemlerde texniki destek xidmeti gostermekdedirler ABS basda olmaqal dunyanin ekser olkelerinde mayak gozetcilerinin hazirlanmasi Deniz Quvvelerinin ve ya Sahil Muhafizesinin yurisdiksiyasina daxildir Movcud veziyyetSimali Amerika Kanadanin okeanlarda ve daxili sulardaki meseleleri ile mesgul olan Baliqciliq ve Okeanlar departamentinin 2017 ci ilin oktyabr ayina olan melumatina esasen olkede 51 sexs mayak gozetcisi kimi fealiyyet gostermekdedir Gozetcilerin bir neferi Nyu Bransuik eyaletinde iyirimi uc neferi Nyufaundlend ve Labradorda iyirimi yeddi neferi ise Britaniya Kolumbiyasi eyaletinin erazisinde fealiyyet gosterirler Men korfezinde yerlesen kicik Makias Sil adasindaki mayak istisna olmaqla qalan butun mayaklarda xidmeti personal fealiyyet gosterir Kanada Sahil Muhafizesi terefinden idare olunan bu mayak adanin ABS ile mubahiseli statusu sebebinden suverenlik meqsedleri ucun nezaret altinda saxlanilir Kanada Sahil Muhafize Xidmeti terefinden 2022 ci ilde verilmis melumata gore olke serhedleri daxilinde mayak gozetcisi vezifesine 90 nefere yaxin sexs celb edilib ve onlarin hamisi federal hokumetin iscileri hesab olunurlar Sozugeden gozetcilerden elli dord neferi Britaniya Kolumbiyasi xaricinde fealiyyet gostermekdedir ABS da mulku sexs kimi fealiyyet gosteren sonuncu mayak gozetcisi Frank Subert 2003 cu ilde vefat edib Mulki meqsedler ucun istifade edilmis sonuncu mayak Boston Light 1998 ci ilde qeder ABS Sahil Muhafize Xidmeti terefinden idare edilmisdir Hal hazirda hemin mayakin mulki meqsedler ucun istifadesi dayandirilib ve mayaki ziyaret etmek isteyen sexsler ucun muxtelif beledci turlari teskil edilmekdedir Meksikada mayaklarin idare edilmesi Rabite ve Neqliyyat Katibliyinin terkibinde dovlet qurumu olan Limanlar ve Deniz Ticaret Bas Idaresi terefinden heyata kecirilmekdedir Avtomatlasdirilmis mayaklardan istifade de Meksikada ABS ve Kanadada oldugu qeder genis yayilmadigindan bir cox mayaklardaki is prosesinin idare olunmasi mulku mayak gozetcileri terefinden icra edilmekdedir Cenubi Amerika Braziliyada ilk mayak 1698 ci ilde olkenin serqinde Atlantik okean sahillerinde yerlesen Baiya eyaletinin Santo Antonio seherinde fealiyyete baslayib ve hemin tarixden etibaren olke zengin mayak irsini davam etdirmekdedir Braziliyanin dovlet qurumu olan Naviqasiya Yardimi Merkezi terefinden idare edilen 200 den artiq aktiv mayakdan 33 de mayak 2020 ci ilin mart ayina olan melumata esasen mayak gozetcileri fealiyyet gosterirler 2013 cu ile olan melumata esasen Cilide 650 den cox mayakdan aktiv sekilde istifade olunur Dunyanin en cenub hissesinde yerlesen mayak ise Dieqo Ramires adalarinin erazisinde yerlesir Adadaki mayak Cili Herbi Donanmasi terefinden idare edilir ve esasen meteoroloji stansiya kimi fealiyyet gostermekdedir 2017 ci ilde adada mayak gozetcisi kimi calisan Marselo Eskobar qolunu sindirdiqdan sonra Punta Arenasa seherine texliyye edilmeli olub IstinadlarVikianbarda Mayak gozetcisi ile elaqeli mediafayllar var U S Coast Guard Light Station Boston Last modified on January 12 2016 http www uscg mil history stations Lights Boston BostonLHindex asp 2017 05 08 at the Wayback Machine Clifford Mary Louise and J Candace Clifford Women Who Kept the Lights An Illustrated History of Female Lighthouse Keepers Williamsburg Cypress Communications 2013 U S Coast Guard Historic Light Station Information and Photography Massachusetts Last modified on January 12 2016 http www uscg mil history weblighthouses LHMA asp 2017 05 01 at the Wayback Machine David Alan Stevenson The World s Lighthouses before 1820 Oxford University Press 1959 p 103 Genealogical research has now shown the keeper s name as William not Henry Knott as stated in the reference Life at the Lights Baltic Lights Polish Maritime Museum 2020 July 23 2021 tarixinde Istifade tarixi March 24 2020 Seeing The Light A Glossary of Lighthouse Terminology www terrypepper com 12 November 2017 tarixinde Istifade tarixi 13 February 2018 Snow Edward Rowe The Lighthouses of New England ingilis Applewood Books 1945 48 ISBN 9781933212203 2024 04 24 tarixinde Istifade tarixi 2024 04 24 Caldwell Bill Lighthouses of Maine ingilis Down East Books 2002 01 01 205 ISBN 9781461744702 2024 04 24 tarixinde Istifade tarixi 2024 04 24 O Faroleiro Marinha do Brasil March 12 2020 August 3 2020 tarixinde Istifade tarixi March 12 2020 Lighthouses in Canada Fisheries and Oceans Canada Government of Canada 8 September 2017 14 October 2018 tarixinde Istifade tarixi January 7 2019 McArthur Liz B C lighthouse keeper forced to take 500 km trip for heart surgery after evacuation in heavy fog CBC News October 22 2022 October 22 2022 tarixinde Istifade tarixi October 22 2022 The Lighthouse Encyclopedia The Definitive Reference Jones Ray 2003 Guilford Conn Globe Pequot ISBN 0 7627 2735 7 O Centro de Auxilios a Navegacao Almirante Moraes Rego Marinha do Brasil March 12 2020 August 3 2020 tarixinde Istifade tarixi March 12 2020 Auxilios a Navegacao Marinha do Brasil March 12 2020 August 3 2020 tarixinde Istifade tarixi March 12 2020 Chilean Navy airlifts lighthouse keeper Air Med amp Rescue Magazine Voyageur Group Publishing November 1 2017 January 8 2019 tarixinde Istifade tarixi January 8 2019