Marksist kriminologiyası Karl Marksın idealarından yaranan və davamçıları tərəfindən inkişaf etdirilən kriminoloji nəzəriyədir. Bu nəzəriyyəni digərlərindən fərqləndirən başlıca cəhətlər onun kapitalist sistemini bütövlükdə cinayətkar sistem adlandırması və əsasən güclü təbəqənin cinayətlərinə fikir verməsidir. Kriminologiya və sosiologiya yaranandan bəri bütün nəzəriyyələr yalnız küçə cinayətlərini tədqiq edirdi. Lakin, 1949-cu ildə Amerikan *Edwin Sutherland güclü təbəqənin cinayətlərini tədqiq edərək bu elmdə yeni bir yolun fundamentini qoydu. Ancaq, Sutherland-a kimi Karl Marks qeyri-bərabərlik üzərində qurulan kapitalist sistemində güclülərin cinayətkar olduğu halda cəzalandırılmadığını qələmə almışdır. Baxmayaraq ki Marksın özü cinayət mövzuzu barədə elə də dərindən yazmayıb, onun davamçıları olan Willem Bonger, Taylor və onun yoldaşları və Bill Chambliss kimi tanınmış şəxslər onun idealarını genişləndirib və günümüzün aktual məsələlərindən olan korporat cinayət, dövlət cinayəti və hegemon təbəqənin cinayətini dərindən araşdırmışlar.
Statistik göstəricilər
Tarixən, statistik göstəricilər yalnız küçə cinayətləri olan təcavüz, oğurluq, qətl və vandalizm kimi aktları qeydə alıblar. Nəticədə də ortaya birtərəfli və olduqca subyektiv göstəricilər ortaya çıxırdı. Sanki cinayət deyilən məfhum imkanlı təbəqəyə uzaq bir məfhum idi. Buna görə də Marks və onun tərəfdarları statistik göstəriciləri hakim sinfin idarəetmə alətlərindən biri olaraq görürdülər. Statistik göstəricilər xalqın ideologiyasının formalaşmasında birbaşa iştirak edir, və orada yalnız "gücsüzlərin" cinayətlərinin əks olunması ictimaiyyətdə cinayət barədə birtərəfli fikir yaradır. Bu da o deməkdir ki xalq kapitalistləri və dövləti cinayətkar kimi yox, cinayətə qarşı mübarizə aparan qüvvə olaraq görür. Lakin, *Edwin Sutherland-in sayəsində statistik göstəricilər də yavaş-yavaş dəyişməyə başladı. Artıq müasir dövrdə sosioloqların və kriminoloqların apardıqları intensiv araşdırmalar nəticəsində bizlər korporat və yüksək vəzifəli məmurların cinayətləri barədə məlumatlana bilirik. Lakin, hələ də yüksək təbəqənin etdiyi cinayətlərin tam həcmini müəyyən etmək qeyri-mümkündür. Səbəb isə bu tip cinayəti törədənlərin cinayətlərini gizlədə bilməsi və eyni zamanda dövlətlə əlbir olmasıdır. Nəzərə alsaq ki cinayət statistikasını dövlət qurumları hazırlayır və cinayəti o qurumlar aşkar edir, nəyə görə statistik məlumatlarda güclülərin cinayətinə çox az hallarda, hətta heç rast gəlməməyimiz təəccüblü deyil.
Küçə cinayətinin səbəbləri
Bu mövzuda Marksın özü yox, neo-kriminooqlar ətraflı şəkildə yazıblar. Taylor, Young and Walter üçlüyü bu sahənin əsasını qoyan şəxslər sayılır. Onların fikirlərinə görə, küçə cinayəti kapitalistlərin yaratdığı qeyri-bərabərsizliyə görə baş verir. Bu bərabərsizlikdən əziyyət çəkənlər cinayət törədərək üsyan edirlər. Eyni zamanda isə, cinayəti həyatda qalmaq üçün də törədirlər. Kapitalist cəmiyyətinin dəyərləri də küçə cinayətində rol oynayır. *Robert Merton qeyd etmişdir ki, bu tip cəmiyyətlərdə maddiyyət ən yüksək dəyəri olan obyektdir, və sahibinə güc və nüfuz verir. Nə qədər çox maddiyyətin varsa, bir o qədər güclüsən. Lakin, burada bir nüans qeyd edilməlidir. Greenberg (1982) düzgün şəkildə qeyd edir ki, maddiyyətə bu qədər önəm verilməsi lazımsız, yalan ehtiyaclar və sonsuz iştaha yaradır. Nəticədə, küçə cinayətlərinin bir qismi də sırf maddiyyətin çoxaldılması niyyəti ilə baş verir. Kapitalizmin qəti əleyhidarı olan Karl Marks bu sistemin başdan ayağa cinayətdən ibarət olduğunu qeyd edib. Bu cinayət maddiyyəti qeyri-bərabər bölmək və işçi sinfini istismar etməkdən ibarətdir. Qeyri-bərabər maddiyyət bölgüsü qaçınılmaz olaraq gücün də qeyri-bərabər paylanmasına səbəb olur. Kapitalizmdə pul güc, nüfuz və təsir mənbəyi sayıldığından pulu olan şəxslər cəmiyyətdə daha güclü mövqeyə sahib olur, və beləcə öz maraqlarını qorumaq üçün müxtəlif üsullara əl atırlar. Bu üsullardan biri də qanunu öz xeyrinə olan formada yazmaq və tətbiq etməkdir. Güc hökumət və onunla sıx əlaqədə olan kapitalistlərdə olduğundan, onlar öz maraqlarına uyğun qanunlar yazır və o qanunları, *Howard Becker-in dediyi kimi, tamamilə subyektiv və ədalətsiz formada tətbiq edirlər. Məsəlçün, kapitalistlərin özləri müxtəlif cür cinayətlərə əl atsalar da, onların yalnız cüzi bir qismi cəzalanır, lakin, onların mülkünə ziyan verən bir sadə şəxs ağır cəzaya məruz qalır. Snider (2000) qeyd edir ki, bir çox ölkənin əmlak qanununa baxsaq görərik ki onlar pozulduğu ağır cəzalar tətbiq olunur, lakin, ətraf mühitlə bağlı qanunlarda vəziyyət fərqlidir. Belə ki, ətraf mühit qanunları pozulduğu halda yüngül cəza verilir. Eyni zamanda, onlar gündəlik olaraq kapitalistlər tərəfindən pozulsa da bunu törədənlər cəzasız qalırlar. Tombs və Whyte (2007) apardıqları araşdırmalar nəticəsində maraqlı bir tapıntı əldə ediblər. Belə ki, tədqiq etdikləri yüksək təbəqənin törətdiyi cinayət hallarında onlara verilən maddi cəzanın ortalama £15-45.000 dəyərində olub. Cinayətkarların maddi gücünü nəzərə alsaq, bu rəqəm onların bir neçə saatda qazandığı puldur, və bununla onları qorxutmaq mümkün deyil.
Korporat və dövlət-korporat cinayətləri
Bu cinayətlərə təşkilat, korporasiya, biznes şirkəti və dövlət, yaxud bunların birlikdə gördükləri işlər aiddir. Süni qiymət artımı, ağır qanun pozuntusu, fırıldaqçılıq, külli miqdarda pulun mənimsənilməsi, təhlükəsizlik və sağlamlıq qaydalarının pozulması, ətraf mühitə külli miqdarda ziyan, müharibə və digər növ hallar bu kateqoriyaya düşür. Marksistlərə görə bu növ cinayət kapitalizmin qaçınılmaz tərəflərindən biridir. Buna əsas səbəblər kapitalizmin daim insanlar arasında ifrat dərəcədə rəqabət yaratması və dövlətlə biznes şirkətlərinin yaxın əlaqələridir Friedrichs (2010). Maddiyyətə hədsiz dərəcədə önəm verildiyi kapitalist quruluşunda hətta ən imkanlı korporasiyalar da, dövlətlər də cinayətə əl atırlar, çünki onlar arasında sonsuz materialist rəqabət var. Greenberg (1982) dediyi kimi, bu ifrat rəqabət insanlar arasında lazımsız ehtiyaclar yaradır. Lakin, bu mühit korporat cinayətin törədilməsinə təkcə səbəb ola bilməz. Korporat cinayəti edəcək qurum bunun nəticəsini hesablayır, və yalnız anlayanda ki edəcəyi cinayətin qarşılığında ağır cəza görməyəcək, o, məqsədini reallaşdırır. Həqiqətən də cəzaların ədalətsiz olduğunu və qanunların ayrı-seçkiliklə tətbiq olunduğunu baş vermiş korporat cinayətlərinə nəzər yetirməklə görə bilərik. Məsəlçün, 2008-ci ildə baş verən iqtisadi böhranda bir çox məşhur bankın əli olduğu halda, o bankların heç biri cəzalandırılmadı. Əksinə, dövlət tərəfindən külli miqdarda yardım alaraq ayaqda qala bildilər. Lakin, minlərlə insan müxtəlif formada maddi zərər aldı. Digər bir nümunə olaraq 20-ci əsrin ortalarında dərman sənayesində baş vermiş dəhşətli korporat cinayətini göstərə bilərik. Alman şirkətlərindən biri *thalidomide tərkibli dərman istehsal etməyə başlayır. Dərman insanlara əsəb və həyəcan kimi hisslərin azaldılmasında kömək etməli idi, lakin, qısa müddət sonra ortaya faciəli mənzərə çıxdı. Dərmanı qəbul edən hamilə qadınlar fiziki qüsurlu uşaqlar dünyaya gətirdi. Səbəb açıq-aşkar dərmanın tərkibində olsa da, şirkətin heç bir yüksək vəzifəli nümayəndəsi dəmir barmaqlıqlar arxasına göndərilmədi, baxmayaraq ki şirkət zərərçəkmişlərə kompensasiya ödədi. Bu cür cinayətlərə nümunələr saysız hesabsızdır, lakin, onlara verilən cəzalar olduqca yüngüldür. Bu da Marksizm cərəyanının üzvlərinin dediklərinə haqq qazandırır. Bu problemin yalnız daha ədalətli və bərabər cəmiyyət qurmaqla həll oluna biləcəyini irəli sürən Marksistlər bizlərin kriminologiya mövzusuna olan baxışımızı genişləndirməyə bacardılar. Artıq cinayətlərə sadəcə kasıb təbəqənin etdiyi bir fenomen kimi yox, eyni zamanda böyük təbəqənin də daim törətdiyi bir fəaliyyət kimi baxa bilirik.
Korporat və dövlət-korporat cinayətlərinin nəticələri
İlkin baxışda nəzərə çarpmasa da, bu tip cinayətlərin nəticəsi hər bir mənada küçə cinayətindən ağırdır. Birləşmiş Ştatlar və Böyük Britaniyada, korporat cinayətlərin maddi ziyani $100 milyardlarla ölçüldüyü halda küçə cinayətlərinin zərəri sadəcə $10–15 milyard ətrafındadır. Ətraf mühitə vurulan ziyan cəhətdən də vəziyyət olduqca gərgindir. Nüvə istehsalı prosesi zamanı korporasiyalar ətraf mühitə hər gün külli miqdarda zərərli tullantılar buraxırlar. Rusiyanın meşələrlə zəngin olan bölgələrində qara bazarın nüfuzlu nümayəndələri tərəfindən günaşırı qanunsuz ağac kəsmə əməliyyatları aparılır. Hindistanda Koka-Kola öz fabriklərinə gərək olan su ehtiyacını kənd camaatı üçün nəzərdə tutulmuş yeraltı su yataqlarından götürür, və nəticədə, quraqlığın yaranmasında rol oynayır. Korporat və dövlət-korporat cinayətlərin mənəvi və mücərrəd ziyanları da böyükdür. Böyük cinayətkarların cəzalandırılmadığını görən ictimaiyyətin həm dövlətə qarşı, həm də cinayətkar korporasiyalara inamı azalır. Bu növ cinayət hallarının geniş vüsət aldığı ölkələrdə rüşvət da yayılır, çünki pulla hər bir məsələni həll etməyin mümkünlüyünü görənlər rüşvətə əl atır.
Sosial institutlar və cinayət arasındakı əlaqəyə Marksist baxış
Həm Marksistlər, həm də bəzi qeyri-Marksistlər (məsəlçün Frankfurt məktəbinin liderləri *Adorno və *Horkheimer) medianın burjuaziya sinfinin ideoloji aləti olduğunu iddia edirlər. Media superstrukturun bir hissəsidir və əsas vəzifəsi əslində hegemon sinfin ömrünü uzatmaqdır. Bunu isə yalnız bir şəkildə etmək olar; reallığı gizlətmək və kütlənin başını yalan məlumatlarla qatmaq. Cinayətin media tərəfindən işıqlandırılması prosesi Marksistlərə görə tamamilə subyektivdir, çünki medianın sahibi kapitalistlərdir, və təbii ki onlar da öz media vasitələri ilə özlərinə qarşı heç bir propaqanda aparmazlar. Gündəlik cinayət haqqındakı verilişlər demək olar yalnız aşağı dərəcəli cinayətlər haqqında danışır. Bəzi hallarda isə kiçik bir cinayət media tərəfindən elə dərəcədə böyüdülür ki sanki o cinayətin təsiri korporat cinayətdən daha da böyükdür. Bütün bu addımlar kapitalist və elit təbəqənin öz mövqeyini gücləndirməsinə hesablanıb (Adorno və Horkheimer 1944).
Mediadan savayı polis və məhkəmə sistemi də cinayət məsələsinə subyektiv yanaşır. Bu iki institut əsasən maddi cəhətdən aşağı olanların etdikləri cinayəti üzə çıxartmaqla və zəif cinayətkarları yaxalamaqla məşquldur. Lakin, çox az saylı hallarda yüksək təbəqənin cinayətkar nümayəndələri də məsuliyyətə cəlb olunurlar, ancaq, Marksistlər bunun sadəcə bir illüziya olduğunu iddia edirlər, çünki bu tip cinayətkarları cəzalandırmaqla dövlət xalqın gözündə elə bir təfərrüat yaratmaq istəyir ki, sanki hər kəs qanun qarşısında eynidir və kimliyindən asılı olmayaraq cəzalandırıla bilər. Halbuki, reallıq tamamilə fərqlidir. Kramer və Michalowski (2006) dövlət-korporat cinayətinə dair apardıqları genişmiqyaslı araşdırmada çox maraqlı bir nüansı kəşf ediblər. 20-ci əsrin ortalarından fəaliyyət göstərən və ətraf mühitə hədsiz dərəcədə ziyan vuran nüvə istehsal edən amerikan korporasiyalarının heç biri cəzalandırılmadığı halda, yalnız maddi cəhətdən zəif olan Rockwell korporasiyası cəzaya məhkum edilib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Marksist kriminologiyasi Karl Marksin idealarindan yaranan ve davamcilari terefinden inkisaf etdirilen kriminoloji nezeriyedir Bu nezeriyyeni digerlerinden ferqlendiren baslica cehetler onun kapitalist sistemini butovlukde cinayetkar sistem adlandirmasi ve esasen guclu tebeqenin cinayetlerine fikir vermesidir Kriminologiya ve sosiologiya yaranandan beri butun nezeriyyeler yalniz kuce cinayetlerini tedqiq edirdi Lakin 1949 cu ilde Amerikan Edwin Sutherland guclu tebeqenin cinayetlerini tedqiq ederek bu elmde yeni bir yolun fundamentini qoydu Ancaq Sutherland a kimi Karl Marks qeyri beraberlik uzerinde qurulan kapitalist sisteminde guclulerin cinayetkar oldugu halda cezalandirilmadigini qeleme almisdir Baxmayaraq ki Marksin ozu cinayet movzuzu barede ele de derinden yazmayib onun davamcilari olan Willem Bonger Taylor ve onun yoldaslari ve Bill Chambliss kimi taninmis sexsler onun idealarini genislendirib ve gunumuzun aktual meselelerinden olan korporat cinayet dovlet cinayeti ve hegemon tebeqenin cinayetini derinden arasdirmislar Karl Marks Marksist kriminologiyasinin idealarinin banisiStatistik gostericilerTarixen statistik gostericiler yalniz kuce cinayetleri olan tecavuz ogurluq qetl ve vandalizm kimi aktlari qeyde aliblar Neticede de ortaya birterefli ve olduqca subyektiv gostericiler ortaya cixirdi Sanki cinayet deyilen mefhum imkanli tebeqeye uzaq bir mefhum idi Buna gore de Marks ve onun terefdarlari statistik gostericileri hakim sinfin idareetme aletlerinden biri olaraq gorurduler Statistik gostericiler xalqin ideologiyasinin formalasmasinda birbasa istirak edir ve orada yalniz gucsuzlerin cinayetlerinin eks olunmasi ictimaiyyetde cinayet barede birterefli fikir yaradir Bu da o demekdir ki xalq kapitalistleri ve dovleti cinayetkar kimi yox cinayete qarsi mubarize aparan quvve olaraq gorur Lakin Edwin Sutherland in sayesinde statistik gostericiler de yavas yavas deyismeye basladi Artiq muasir dovrde sosioloqlarin ve kriminoloqlarin apardiqlari intensiv arasdirmalar neticesinde bizler korporat ve yuksek vezifeli memurlarin cinayetleri barede melumatlana bilirik Lakin hele de yuksek tebeqenin etdiyi cinayetlerin tam hecmini mueyyen etmek qeyri mumkundur Sebeb ise bu tip cinayeti toredenlerin cinayetlerini gizlede bilmesi ve eyni zamanda dovletle elbir olmasidir Nezere alsaq ki cinayet statistikasini dovlet qurumlari hazirlayir ve cinayeti o qurumlar askar edir neye gore statistik melumatlarda guclulerin cinayetine cox az hallarda hetta hec rast gelmemeyimiz teeccublu deyil Kuce cinayetinin sebebleriBu movzuda Marksin ozu yox neo kriminooqlar etrafli sekilde yaziblar Taylor Young and Walter ucluyu bu sahenin esasini qoyan sexsler sayilir Onlarin fikirlerine gore kuce cinayeti kapitalistlerin yaratdigi qeyri berabersizliye gore bas verir Bu berabersizlikden eziyyet cekenler cinayet torederek usyan edirler Eyni zamanda ise cinayeti heyatda qalmaq ucun de toredirler Kapitalist cemiyyetinin deyerleri de kuce cinayetinde rol oynayir Robert Merton qeyd etmisdir ki bu tip cemiyyetlerde maddiyyet en yuksek deyeri olan obyektdir ve sahibine guc ve nufuz verir Ne qeder cox maddiyyetin varsa bir o qeder guclusen Lakin burada bir nuans qeyd edilmelidir Greenberg 1982 duzgun sekilde qeyd edir ki maddiyyete bu qeder onem verilmesi lazimsiz yalan ehtiyaclar ve sonsuz istaha yaradir Neticede kuce cinayetlerinin bir qismi de sirf maddiyyetin coxaldilmasi niyyeti ile bas verir Kapitalizmin qeti eleyhidari olan Karl Marks bu sistemin basdan ayaga cinayetden ibaret oldugunu qeyd edib Bu cinayet maddiyyeti qeyri beraber bolmek ve isci sinfini istismar etmekden ibaretdir Qeyri beraber maddiyyet bolgusu qacinilmaz olaraq gucun de qeyri beraber paylanmasina sebeb olur Kapitalizmde pul guc nufuz ve tesir menbeyi sayildigindan pulu olan sexsler cemiyyetde daha guclu movqeye sahib olur ve belece oz maraqlarini qorumaq ucun muxtelif usullara el atirlar Bu usullardan biri de qanunu oz xeyrine olan formada yazmaq ve tetbiq etmekdir Guc hokumet ve onunla six elaqede olan kapitalistlerde oldugundan onlar oz maraqlarina uygun qanunlar yazir ve o qanunlari Howard Becker in dediyi kimi tamamile subyektiv ve edaletsiz formada tetbiq edirler Meselcun kapitalistlerin ozleri muxtelif cur cinayetlere el atsalar da onlarin yalniz cuzi bir qismi cezalanir lakin onlarin mulkune ziyan veren bir sade sexs agir cezaya meruz qalir Snider 2000 qeyd edir ki bir cox olkenin emlak qanununa baxsaq gorerik ki onlar pozuldugu agir cezalar tetbiq olunur lakin etraf muhitle bagli qanunlarda veziyyet ferqlidir Bele ki etraf muhit qanunlari pozuldugu halda yungul ceza verilir Eyni zamanda onlar gundelik olaraq kapitalistler terefinden pozulsa da bunu toredenler cezasiz qalirlar Tombs ve Whyte 2007 apardiqlari arasdirmalar neticesinde maraqli bir tapinti elde edibler Bele ki tedqiq etdikleri yuksek tebeqenin toretdiyi cinayet hallarinda onlara verilen maddi cezanin ortalama 15 45 000 deyerinde olub Cinayetkarlarin maddi gucunu nezere alsaq bu reqem onlarin bir nece saatda qazandigi puldur ve bununla onlari qorxutmaq mumkun deyil Korporat ve dovlet korporat cinayetleriBu cinayetlere teskilat korporasiya biznes sirketi ve dovlet yaxud bunlarin birlikde gordukleri isler aiddir Suni qiymet artimi agir qanun pozuntusu firildaqciliq kulli miqdarda pulun menimsenilmesi tehlukesizlik ve saglamliq qaydalarinin pozulmasi etraf muhite kulli miqdarda ziyan muharibe ve diger nov hallar bu kateqoriyaya dusur Marksistlere gore bu nov cinayet kapitalizmin qacinilmaz tereflerinden biridir Buna esas sebebler kapitalizmin daim insanlar arasinda ifrat derecede reqabet yaratmasi ve dovletle biznes sirketlerinin yaxin elaqeleridir Friedrichs 2010 Maddiyyete hedsiz derecede onem verildiyi kapitalist qurulusunda hetta en imkanli korporasiyalar da dovletler de cinayete el atirlar cunki onlar arasinda sonsuz materialist reqabet var Greenberg 1982 dediyi kimi bu ifrat reqabet insanlar arasinda lazimsiz ehtiyaclar yaradir Lakin bu muhit korporat cinayetin toredilmesine tekce sebeb ola bilmez Korporat cinayeti edecek qurum bunun neticesini hesablayir ve yalniz anlayanda ki edeceyi cinayetin qarsiliginda agir ceza gormeyecek o meqsedini reallasdirir Heqiqeten de cezalarin edaletsiz oldugunu ve qanunlarin ayri seckilikle tetbiq olundugunu bas vermis korporat cinayetlerine nezer yetirmekle gore bilerik Meselcun 2008 ci ilde bas veren iqtisadi bohranda bir cox meshur bankin eli oldugu halda o banklarin hec biri cezalandirilmadi Eksine dovlet terefinden kulli miqdarda yardim alaraq ayaqda qala bildiler Lakin minlerle insan muxtelif formada maddi zerer aldi Diger bir numune olaraq 20 ci esrin ortalarinda derman senayesinde bas vermis dehsetli korporat cinayetini gostere bilerik Alman sirketlerinden biri thalidomide terkibli derman istehsal etmeye baslayir Derman insanlara eseb ve heyecan kimi hisslerin azaldilmasinda komek etmeli idi lakin qisa muddet sonra ortaya facieli menzere cixdi Dermani qebul eden hamile qadinlar fiziki qusurlu usaqlar dunyaya getirdi Sebeb aciq askar dermanin terkibinde olsa da sirketin hec bir yuksek vezifeli numayendesi demir barmaqliqlar arxasina gonderilmedi baxmayaraq ki sirket zerercekmislere kompensasiya odedi Bu cur cinayetlere numuneler saysiz hesabsizdir lakin onlara verilen cezalar olduqca yunguldur Bu da Marksizm cereyaninin uzvlerinin dediklerine haqq qazandirir Bu problemin yalniz daha edaletli ve beraber cemiyyet qurmaqla hell oluna bileceyini ireli suren Marksistler bizlerin kriminologiya movzusuna olan baxisimizi genislendirmeye bacardilar Artiq cinayetlere sadece kasib tebeqenin etdiyi bir fenomen kimi yox eyni zamanda boyuk tebeqenin de daim toretdiyi bir fealiyyet kimi baxa bilirik Korporat ve dovlet korporat cinayetlerinin neticeleriIlkin baxisda nezere carpmasa da bu tip cinayetlerin neticesi her bir menada kuce cinayetinden agirdir Birlesmis Statlar ve Boyuk Britaniyada korporat cinayetlerin maddi ziyani 100 milyardlarla olculduyu halda kuce cinayetlerinin zereri sadece 10 15 milyard etrafindadir Etraf muhite vurulan ziyan cehetden de veziyyet olduqca gergindir Nuve istehsali prosesi zamani korporasiyalar etraf muhite her gun kulli miqdarda zererli tullantilar buraxirlar Rusiyanin meselerle zengin olan bolgelerinde qara bazarin nufuzlu numayendeleri terefinden gunasiri qanunsuz agac kesme emeliyyatlari aparilir Hindistanda Koka Kola oz fabriklerine gerek olan su ehtiyacini kend camaati ucun nezerde tutulmus yeralti su yataqlarindan goturur ve neticede quraqligin yaranmasinda rol oynayir Korporat ve dovlet korporat cinayetlerin menevi ve mucerred ziyanlari da boyukdur Boyuk cinayetkarlarin cezalandirilmadigini goren ictimaiyyetin hem dovlete qarsi hem de cinayetkar korporasiyalara inami azalir Bu nov cinayet hallarinin genis vuset aldigi olkelerde rusvet da yayilir cunki pulla her bir meseleni hell etmeyin mumkunluyunu gorenler rusvete el atir Sosial institutlar ve cinayet arasindaki elaqeye Marksist baxisHem Marksistler hem de bezi qeyri Marksistler meselcun Frankfurt mektebinin liderleri Adorno ve Horkheimer medianin burjuaziya sinfinin ideoloji aleti oldugunu iddia edirler Media superstrukturun bir hissesidir ve esas vezifesi eslinde hegemon sinfin omrunu uzatmaqdir Bunu ise yalniz bir sekilde etmek olar realligi gizletmek ve kutlenin basini yalan melumatlarla qatmaq Cinayetin media terefinden isiqlandirilmasi prosesi Marksistlere gore tamamile subyektivdir cunki medianin sahibi kapitalistlerdir ve tebii ki onlar da oz media vasiteleri ile ozlerine qarsi hec bir propaqanda aparmazlar Gundelik cinayet haqqindaki verilisler demek olar yalniz asagi dereceli cinayetler haqqinda danisir Bezi hallarda ise kicik bir cinayet media terefinden ele derecede boyudulur ki sanki o cinayetin tesiri korporat cinayetden daha da boyukdur Butun bu addimlar kapitalist ve elit tebeqenin oz movqeyini guclendirmesine hesablanib Adorno ve Horkheimer 1944 Mediadan savayi polis ve mehkeme sistemi de cinayet meselesine subyektiv yanasir Bu iki institut esasen maddi cehetden asagi olanlarin etdikleri cinayeti uze cixartmaqla ve zeif cinayetkarlari yaxalamaqla mesquldur Lakin cox az sayli hallarda yuksek tebeqenin cinayetkar numayendeleri de mesuliyyete celb olunurlar ancaq Marksistler bunun sadece bir illuziya oldugunu iddia edirler cunki bu tip cinayetkarlari cezalandirmaqla dovlet xalqin gozunde ele bir teferruat yaratmaq isteyir ki sanki her kes qanun qarsisinda eynidir ve kimliyinden asili olmayaraq cezalandirila biler Halbuki realliq tamamile ferqlidir Kramer ve Michalowski 2006 dovlet korporat cinayetine dair apardiqlari genismiqyasli arasdirmada cox maraqli bir nuansi kesf edibler 20 ci esrin ortalarindan fealiyyet gosteren ve etraf muhite hedsiz derecede ziyan vuran nuve istehsal eden amerikan korporasiyalarinin hec biri cezalandirilmadigi halda yalniz maddi cehetden zeif olan Rockwell korporasiyasi cezaya mehkum edilib