Şücaəddin Məhəmmədşüca xan Avşar (benqalca: সুজাউদ্দীন মুহম্মদ খাঁন, 1727-1739) , Biharın, Orissanın nəvvabı. O, Mürşüdqulu xan ilə Nasiri Banu Bəyimin qızları Zeynəb ün-Nisə Bəyim və Əzəmət ün-Nisə Bəyim ilə evlənmişdir. Onun üçüncü arvadı Dürdanə Bəyim Sahibə olmuşdur. 30 iyun 1727-ci il tarixində qaynatasının ölümündən sonra o, nəvvablıq taxtına çıxmışdır.
Şüçaəddin Məhəmməd xan | |
---|---|
Benqalca:সুজাউদ্দীন মুহম্মদ খাঁন) Titullar: Motamul ul-Mulk (Ölkənin Qoruyucusu); Şüça üd-Dövlə (Dövlətin Qəhrəmanı) ; Əsəd Cəng (Döyüş Aslanı) | |
Digər adı | Mötəmədəddövlə |
Doğum tarixi | |
Doğum yeri | Burhanpur, Dəkkən, Böyük Moğol imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | şəhəri, Benqal nəvvablığı |
Vəfat səbəbi | Roşnibağ, |
Dəfn yeri |
|
Fəaliyyəti | monarx |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmmədşüca xan Səfəvi imperiyasını quran və əsas qızılbaş tayfalarından olan Əfşar tayfasına mənsub olmuşdur.
Həyatının erkən dövrü
Məhəmmədşüca xan Dəkkənin Burhanpur bölgəsində anadan olmuşdur. Bir digər adı da Mirzə Dəkkəni olan Məhəmmədşüca əslən Dəkkən müsəlmanlarından, eyni zamanda türk tayfası olan Əfşarlardandır. Onun ulu babası Səfəvi şahı I Təhmasibin dövründə Xorasanın Fərah şəhərinin hakimi olmuşdur. Məhəmmədşücanın atası və Nəvvab Aqil xanın oğlu olan Mirzə Nəsrəddin də Burhanpurdə mühüm vəzifə sahibi olmuşdur. O, Böyük Moğol imperiyasında Heydərabaddan asılı olan ilxandal vəzifəsini icra etmişdir. Məhəmmədşüca xan özü də əslən bu şəhərdən olan Mürşüdqulu xan ilə Burhanpurda tanış olmuş, onun qızı ilə evlənmişdir. Bu evlilikdən dünyaya gələn sonradan babasının yerinə taxta çıxmışdır. Çünki babasının oğlu olmamışdı.
Hakimiyyətə gəlməsi
Məhəmmədşüca xan 1719-cu ildə Sylhetin faucdarı təyin edildi və bu vəzifədə Tanib Əli xanı əvəzlədi. O, Şükrullah xan tərəfindən təyinat almazdan əvvəl, səlahiyyət müddətində müfti ailəsinə bir sənəd verdiyi bilinirdi. Birbaşa kişi varisinin olmadığı üçün Nəvvab Mürşüdqulu xan qız nəvəsi Sərfəraz xanı Benqal məsnədinə (yəni taxtına) namizəd elan edildi. Mürşüdqulu xan 1727-ci ildə öldü və Sərfəraz xan taxta çıxdı.
Bundan sonra Məhəmmədşüca xan Odişanın subahdarı, Əliverdi xan isə onun naibi (müavini) oldu. Mürşidqulu ümumiyyətlə Məhəmmədşüçanın inklüziv və xalq dostu siyasətindən məmnun deyildi. Məhəmmədşüca da, öz növbəsində Sərfəraz xan varis elan edilərkən öz oğlunun tabeliyində çalışmaqdan məmnun olmamışdı. Əliverdi xan və onun qardaşı Hacı Əhməd onu inandırmışdılar ki, oğlunun əvəzinə onun özü bu vəzifəyə daya uyğun şəxsdir. Əliverdinin və Əhmədin yardımı ilə o, hakimiyyəti ələ keçirmə hazırlıqlarına başladı. O. həmçinin Dehlidə olan Böyük Moğol hökmdarı Məhəmməd şahın da dəstəyini qazandı. Böyük ordu düzəldən Məhəmmədşüca Benqal nəvvablığının paytaxtı Mürşüdabada doğru irəliləməyə başladı. Mürşüdqulu xanın dul arvadı ailə münasibətləri çərçivəsində hadisələrə müdaxilə edib qan tökülməsinin qarşısını aldı. Bundan sonra Sərfəraz xan atasının lehinə taxtdan əl çəkdi. 1727-ci ilin avqustunda Məhəmmədşüca rəsmi şəkildə ikinci Benqa nəvvabı kimi taxta çıxdı.
Bundan sonra Məhəmmədşüca xan onu dəstəkləyənləri mükafatlandırmağa başladı. Benqalda ələ keçirdiyi sərvətin bir hissəsini Moğol hökmdarı Məhəmməd şaha göndərdi. O da, bunun qarşılığında ona Motamul ul-Mulk (Ölkənin Qoruyucusu), Shuja ud-Daula (Dövlətin Qəhrəmanı) and Asad Jang (Döyüşdə Aslan) titullarını verib diplomatik əlaqələr yaratdı. O, həmçinin Mahi ordeninin nişanları ilə birlikdə saçaqlı Palkidən başqa, yeddi min əsgəri olan Həft Hazarinin şəxsi mənsablığını və altı paltardan, qiymətli daşlardan, daş-qaşdan ibarət bir Xələt, qılınc və atlı kral fili aldı.
Hakimiyyəti
Məhəmmədşüça xan cəsur, mülayim və səxavətli olduğu bilinirdi. Uzun bir hakimiyyətə sahib olması baxımından ona qarşı çıxan yeganə amil yaşı idi.
İdarəçiliyi
“Siyar-ül-mütəxərin” əsərində qeyd edilir ki, şəxsi mübahisələr üçün onun yanına şikayətçilər gəldiyi zaman o, heç bir tərəfə inanmaz, hər iki tərəfi ayrı-ayrılıqda uzun-uzadı dinləyət, sonda hər bir şeyi dəyərləndirərək qərar verərdi. Özünün bu xüsusiyyətlərinə görə. ədalətli hökmdar olması ilə məşhur olan Məhəmmədşüca tez-tez qərar verərkən Allahın təqdirini qazanmaq istədiyini və bunun üçün çalışdığını dilə gətirərmiş.
Məhəmmədşüca xan Mürşüdqulu xanın siyasətinə nifrət edirdi və hakimiyyətə gəldikdən qısa müddət sonra onların hamısını qüvvədən düşmüş elan etdi. Onun nifrəti o qədər hədsiz idi ki, o, Mürşüdqulu xanın şəxsi əşyalarını onun əzəli düşmənləri olan hindu zəmindarlara açıq auksiyonda satmış və bu satış nəticəsində 5 milyon rupi gəlir əldə etmişdi. O, Mürşüdqulu xanın ən yaxın işçiləri olan Murad Fərraş və Nazir Əhməd adlı şəxsləri edam etdirmiş və onların mal-mülklərini müsadirə etdirmişdi. Bununla paraleldə, Məhəmmədşüça xan özünə sadiq olan şəxslərin, köməkçilərinin güclənməsinə və sərvət toplamasına müsbət yanaşardı. Özünə tabe olan şəxslərlə işləmə prinsipi olaraq o, Mürşüdqulu xandan tamamilə fərqli düşüncələrə malik idi.
İnzibati rayonların yenidən tənzimlənməsi
1733-cü ildə o, Bihar Subahı Benqal ilə birləşdirərək yaranmış vahid bölgəno 4 inzibati vilayətə böldü. Beləliklə, həm də vəzifələrdə aşağıdakı inzibati dəyişikliklər edilmiş oldu. Bundan başqa bu vilayətlərə canişinlər də təyinat aldı.
- 1. Böyük oğlu Sərfəraz xan Benqalın subahlığının nazimi oldu.
- 2. Kiçik oğlu Məhəmməd Tağı Odişa subahdarının köməkçisi təyin edildi.
- 3. Kiçik kürəkəni Mirzə Lütfüllah Dəkkə naziminin köməkçisi təyin edildi.
- 4. Əliverdi xanın qardaşı Hacı Əhməd baş müşavir təyin edildi.
- 5. Nəvaziş Məhəmməd xan maliyyə məsələlərinə nəzarət edən Mir Bəxşi vəzifəsinə yüksəldildi.
- 6. Seyid Əhməd xan Ranqpurun faujdarı təyin edildi.
- 7. Zeynəddin Əhməd xan Racmahalın faujdarı təyin edildi.
- 8. Pir Xan Hooğlinin faujdarı təyin edildi.
Onun səltənətinin sonunda vəzifələrdə böyük dəyişikliklər təsirli olacaqdı. Bu təyinatlar və dəyişikliklər gələcək dövrlər kontekstində çox vacib id
- 1. Əliverdi xan Patna və Biharın daxil olduğu Əzimabad subahdarının naibi oldu.
- 2. Böyük oğlu Sərfəraz xan Dəkkə subahdarının naibi oldu.
- 3. Kiçik kürəkəni Mirzə Lütfullah Odişa subahdarının köməkçisi təyin edild
Gəlir vergiləndirməsi sahəsində dəyişikliklər
Yoxsullaşmış hindu zəmindarların yenidən məskunlaşdırılması
“Siyar-ül-mütəxərin” əsərində zəmindarlara və Benqalın digər torpaq sahiblərinə qarşı bərabər yanaşmasının daha az diqqətçəkən məqam olmadığından da bəhs edirə. Bu adamlar Mürşüdqulu xanın hakimiyyəti dövründə əsasən müxtəlif yollarla təzyiqlərə və cəzalara əruz qalmışdılar. Məhəmmədşüca hökümətini möhkəm qurduqdan sonra, araşdırma zamanı cinayətdən və saxtakarlıq etmədiyi sübut edilmiş zəmindarları və digər torpaq sahiblərini azad etdi; digərlərinə gəldikdə isə o, əmr etdi ki, onların hamısını onun hüzuruna gətirsinlər və onun adamının ətrafında bir dairə təşkil etsinlər. Bunu etdikdən sonra Məhəmmədşüca toplanmış şəxslər qarşısında çıxış edərək əgər onları zindan azad edəcəyi halda bundan sonra necə davranacaqlarını soruşdu. İllərdir ki, zindanda pis vəziyyətdə saxlanılan şəxslər pıçıltılı şəkildə yalnız ona dua edəcəklərini, Allahdan ona cənnəti qismət etməsini istəyəcəklərini, eyni zamanda da vergiləri vaxtı-vaxtında və doğru miqdarda verəcəklərini bildirdilər. Onlardan bunu təstiqləyən andlı sənədlər imzalı şəkildə alındı və rəsmi titulları onlara geri verildi. Məhəmmədşüca, bundan sonra hər biri üçün öz rütbəsinə və vəzifəsinə görə bir neçə zəngin paltar göndərdi ki, o məclisdə uyğun hədiyyə almayan bir nəfər qalmasın. Bu mərasim bitdikdən sonra onların hamısı sərbəst buraxıldı, bundan sonra gəlirləri Fateh Çandin Caqat Sethin sülaləsi vasitəsilə ötürmək əmri verildi.
Gəlirlərin hesablanması
Bu siyasət dəyişikliyi ilə Benqal nəvvablığı ümumi cagirlərin, anbarların və fabriklərin gəlirlərindən daha çox mənfəət əldə etdi. Ümumi əldə edilən bir milyon lakdan çox pul (15 milyon rupi) Seth Fateh Çandın bank agentliyi vasitəsiylə imperatorlu xəzinəsinə köçürüldü. O, Nəvvab Mürşüdqulu xanın şəxsi mülkünə məxsus yorğun atları, mal-qaranı və digər mal-qaranı, habelə zədələnmiş xalçaları və pərdələri zəmindarlara bahalı qiymətə sataraq, fillərdən başqa daha qırx lak (dörd milyon rupi) pul əldə etdi. O, bu pulları və filləri imperator Məhəmməd şahın xəzinəsinə göndərdi. İllik Hesabların Abstrakt balansı tərtib edildikdən sonra o, müəyyən edilmiş konvensiyalara uyğun olaraq İmperator Gəlirindən başqa, Nizamatın nəzərdə tutulan illik xəracını da imperator xəzinəsinə köçürdü.
İnkişaf və və ictimai rifah
Mürşüdqulu xandan Məhəmmədşüca xana keçən nəvvablıq xəzinəsi dolu vəziyyətdə idi. O, bu xəzinənənin miqdarını daha da artırdı və bu kapitaldan ictimai rifah səviyyəsini artırmaq üçün istifadə etdi.
O, sələflərini padşahlıq və silah-sursat baxımından üstələyirdi və ömrünün zirvəsi keçsə də, həyatın ləzzətlərinə laqeyd yanaşmırdı. O, Mürşüdqulu xanın tikdirdiyi ictimai binaları ona əzəməti nümayiş etdirmək üçün çox kiçik göründüyü üçün dağıdaraq yerinə möhtəşəm görünüşlü saraylar, silah anbarları, gözəl görünüşlü qapılar, Maliyyə Sarayı, İctimai Qəbul Zalı, Şəxsi Ofis, Xanımlar üçün Boudoir, Qəbul Zalı, Maliyyə Məhkəməsi və Ədalət Məhkəməsi tikdirdi.
Öz yaşayışını möhtəməş əzəmət içində keçirən Məhəmmədşüça xan eyni zamanda öz ordusunun da yaxşı yaşamasına diqqət yetirirdi. Onun ordu üzvlərinə verdiyi maaş min və ya 500 rupi təşkil etməkdə idi və bu məbləğ o dönəmdə yaxşı yaşamaq üçün kifayət edirdi.
Mürşüdqulu xanın məmuru olmuş Nazir Əhməd Bhagirathi çayının sahilindəki bağda məscidin əsasını qoymuşdu. Məhəmmədşüca onu edam etdirdikdən sonra bu məscidin və bağın tikintisini başa çatdırdı. Bu məscid tikildikdən sonra da ona öz adını verdi. O, bağçada su anbarları, kanallar və çoxsaylı fəvvarələrlə möhtəşəm saraylar tikərək bağı zövqlə bəzətdirmişdi. Dövrün qaynaqlarında tikilmiş bu bağın çox möhtəşəm göründüyü, Kəşmirin yaz evləri və bağlarının onun yanında sönük qaldığı qeyd edilir. Bəzilərinə görə, İram sarayının tikilməsinə ilham verən bağ da məhz bu olmuşdur. Məhəmmədşüca xan "bu cənnətə bənzəyən bağda" tez-tez gəzintilərə və pikniklərə gedir, orada şənliklər və digər əyləncələr təşkil edirdi. O, hər il o gözəl bağda dövlət məmurlarının savadlı təbəqəsinə Dövlət Ziyafəti verirdi.
Güclü məsləhətçilərin yüksəlişi
Məhəmmədşüça xanın hakimiyyəti dövründə bəzi dövlət məmurları güclü şəxslərə çevrildilər:
- Bir zamanlar Benqala birləşdirilmiş Əzimabadın naziminin naibi olan Əliverdi xan,
- Nizamətin baş məsləhətçisi olan və Əliverdi xanın qardaşı Hacı Əhməd,
- Ray-Rayan titulu verilmiş və Benqal divanının rəhbəri olmuş Rai Aləm Çand,
- Jagat Setuh ailəsindən gələn Fateh Çand nəvvablığın əsas bankiri oldu.
Onların qüdrəti nəvvabın onlara güvənməsindən və əsasən onları nəzarətsiz qoymasından, diqqətini öz istədiyi işlərə cəmləməsindən qaynaqlanırdı. Bu köməkçilər çox bacarıqlı, işgüzar və sədaqətli oldular və nəvvabın razılığı ilə öz vəzifələrini yerinə yetirdilər. Bu dövrdə onların topladıqları təcrübə Benqalın gələcək 30 ilində mühüm rol oynayacaqdı. Məhəmmədşüca onlara güvənsə də, eyni zamanda onların fəaliyyətlərini dolaylı yollarla olsa da, nəzarət altında saxlamağın lazımlı olduğunu bilməkdə idi. Lakin o, bu işdə o qədər də uğurlu ola bilmədi, elə buna görə də, o, ölərkən yerinə keçən oğlu Sərfəraz xan bunun acı nəticəsini 1740-cı ildə yaşadı.
İngilis Şərqi Hindistan şirkəti ilə ilk mübahisə
Huglinin yeni faujdarı Pir xan (Şüçaqulu xan) əhali üzərində təqiblərə və zülmlərə başlamışdı. Hugli limanı onun hərəkətsizliyi və əmrləri nəticəsində məhv edildi; və o, avropalı tacirlərlə mübahisə etməyə başladı. Pir xan İmperial Vergi İdarəsinin toplamalı olduğu vergiləri toplaya bilmək üçün Məhəmmədşüça xandan əlavə qoşun göndərilməsini istədi və fansız, ingilis, hollandiyalılarla düşmənlik etməyə, nəzirləri, vergiləri toplamağa başladı. Bildirilir ki, bir dəfə ingilislər gəmilərdəki ipək və pambığı boşaldıb qalanın yanına topladıqları zaman Pir xan malları haqsız şəkildə müsadirə etmişdir. Buna cavab olaraq da Kəlküttədə olan ingilis qoşunları qalaya doğru irəliləmişdilər. ingilislərin mallarını daşıyan Pir xan mallarının dalıyca gəlmiş ingilis ordusu ilə qarşılaşdı və qeyri-bərabər mübarizə içində olduğunu anladı. Qasımbazardakı ingilis fabrikinin rəisi nəvvaba nəzər olaraq üç lax (üç yüz min) rupi ödəməyə razılıq verərək, sülh şərtlərini tənzimləməyə məcbur oldu. Beləliklə, Kəlküttədəki ingilis müəssisəsi şəhərin bankirlərindən borc pul olaraq həmin pulu vergi kimi Mürşüdabada göndərdi.
Xarakteri
Benqal hökmdarları içərisində Şüçaəddin ən yaxşı hökmdar kimi tanınır və Benqal XVIII əsr tarixində özünün ən yaxşı dövrünü onun nəvvablığı zamanı yaşamışdır. O, hakimiyyət məsələlərini yaxşı dəyərləndirmək və qərar vermək xüsusiyyətlərinə görə seçilməkdə idi. Dindar olan Məhəmmədşüça Benqal əhalisinin İslama keçid etməsi üçün ciddi işlər görmüşdü. Onun özünün ailəsində İslama keçid etmiş Benqalilər və Oriyaslılar da var idi. O, fərasətli, möhkəm, savadlı, tərbiyəli bir insan kimi tanınırdı. XVIII əsrin ən yaxşı Benqal hökmdarı kimi tanınan Məhəmmədşüça xan Övrəngzib fikir məktəbindən olan Mürşüdqulu xandan fərqli olaraq, daha realist, praktiki məsələlərə üstünlük verən və mülayim şəxsiyyətə malik idi.
Mir Qulam Hüseynxan Təbatabayi tərəfindən yazılmış “Siyar-ül-mütəxərin” (ingilis polkovnik-leytenantı Con Briggs tərəfindəb əsərində M.R.A.S., The British East India Company (Madras Army) in May 1831 kimi tingilis dilinə ərcümə olunmuşdur) əsərində qeyd edilir ki, Məhəmmədşüça xanın 12 nəvvablıq dövrü Benqal subahlığı üçün XVIII əsrin ən yaxşı dövrü kimi xarakterizə edilə bilər. İnsanlarla münasibətləri yaxşı qurmaqda və məsələləri həll etməkdə mahir şəxs olan Məhəmmədşüça xan həm Moğol imperatoru, həm Aud nəvvabları, həm Şərqi Hindistan Şirkəti nümayəndələri, həm də özünün iddialı nazimləri ilə münasibətləri yaxşı tənzimləməyi bacarırdı. Nazimlər ilə münasibətdə əsas hissəsini oğlu Sərfəraz xanla problemsiz hakimiyyəti davam etdirmə əsas hissəni təşkil edirdi. Bu preoblemin digər tərəfi isə bölgənni gəlirlərinin daimi axınını təmin etmək, eyni zamanda xərcləri nəzarətdə saxlamaq təşkil edirdi. Öz nəvvablığı əhalisi arasında məşhur olmaqla birlikdə o, Moğol hökmdarı Məhəmməd şahın da yanında böyük nüfuza sahib idi.
Onun hakimiyyətinin bir digər xarakterik xüsusiyyəti isə heç bir zaman münaqişələrə cəlb olunmamadır. O, öz hərbi və iqtisadi gücünü daim artırsa da, heç bir zaman hərbi münaqişəyə girməmişdir. Onun ixtiyarında ölkənin ən zəngin əyaləti var idi, lakin Audh, soyğunçu Marathalar və zəif Moğol İmperatoru kimi "problemləri" var idi. O, öz suvereni olan moğol şahı üçün maddi-texniki təminat göndərməyi üstün tutsa da, zəifləməkdə olan imperiya üçün hərbi qüvvə göndərməkdən yayınırdı. Nadir Hindistana yürüş edərkən Məhəmmədşüça ona ehtiyyatla yanaşma siyasətini üstün tutmuş və şaha da bunu məsləhət görmüşdü. Nadir öz imperiyasına geri döndükdən sonra isə onunla olan əlaqələri tamamilə kəsdi. Həmçinin Məhəmmədşüça xan Audh nəvvablığından fərqli olaraq Böyük Moğol imperiyasının paytaxtında gedən saray çəkişmələrindən həmişə uzaq qalmağı seçmiş, yalnızca göndərməli olduğu vergiləri vaxtında göndərməklə yetinmişdir.
Məhəmmədşüça xan ulu babası Səfəvi imperiyasından gəldiyi və şiə olduğu üçün o və oğlu da şiə məzhəbində olmuşdur.
Ölümü və varislik məsələsi
1739-cu ildə Nadir şahın Hindistana doğru yürüşə başlaması ölkədə qarışıqlıq meydana çıxmasına səbəb oldu. Elə bu zaman Məhəmmədşüça xan xəstələndi və öz oğlu ilə arvadı Dürdanə Bəyimi Odişaya göndərdi. O, eyni zamanda oğlu Sərvəraz xanı özünün vəliəhdi də elan etdi. O, həmçinin Sərfaraz xana Hacı Əhməd, Alam Çand (Roy Royan Alam Çand) və Caqat Seti özünün yaxın müşavirləri hesab etməyi və bütün məqamlarda onların məsləhətlərinə əməl etməyi tapşırdı. Sərfəraz xanın bu şəxslərə heç bir etimada olmasa da, ölüm ayağında olan atasının sözlərinə qarşı gəlməmək üçün buna əməl edəcəyini bildirdi. Geridə iki oğul buraxan Məhəmmədşüça 26 avqust 1739-cu ildə vəfat etdi. O, Mürşüdabadda yerləşən Roşnibağda dəfn edildi. Onun yerinə Benqal taxtına Sərfəraz xan çıxdı. Bundan başqa, onun ölümündən qısa müddət sonra Dehli Nadir şah tərəfindən ələ keçirildi.Sərfəraz xanın hökmdarlığına qarş ən böyük çətinlik atasının müşavilərindən və məmurlarından olan Məhəmməd Əli tərəfindən yaradıldı.
O, Məhəmmədşüça tərəfindən 1728-ci ildə Racmahalın faujdarı təyin edilmiş və Əliverdi xan adını almışdı. 1733-cü ildə Bihar subahdarının köməkçisi vəzifəsinə yüksəlmiş, bir ildən sonra da Şüça-ül-Mülk, Hassem üd-Dövlə və Mahabat Cəng fəxri titullarını alaraq, Paaç Həzari Mənsəbdar (imperiyanın 5 min soylusundan biri anlamına gəlir) rütbəsinə yüksəlmişdi. Bundan sonra Məhəmmədşüça onu Əzimabada geri çağırmışdı. Məhəmmədşüçanın ölümündən sonra Əliverdi xan daha böyük hakimiyyət arzusuna düşmüşdü. O, Sərfəraz xanın hakimiyyətini tanımayaraq ona qarşı çıxdı. 10 aprel 1740-cı ildə baş vermiş Giriya döyüşündə o, Sərfəraz xanı məğlub edib öldürdü. Beləliklə də, Benqal ilə Bihar onun nəzarətinə keçdi. 3 mart 1741-ci ildə o, Orissanın hakimi və Sərfəraz xanın qohumu Rüstəm Cəngi Phulvarion döyüşündə məğlub etdi. Beləliklə, Orissa da onun hakimiyyəti altına girdi. Bir qədər sonra Orissada ona qarşı üsyan başlasa da, Əliverdi xan üsyanın başçısı Mirzə Bağir xanı məğlub edib Orissanı ikinci dəfə ələ keçirdi. O, Barha Seyidlərini çətinliklə də olsa, özünə tabe etməyi bacardı və cəsurluğu ilə məşhur olan Şeux Məsumu oraya hakim təyin etdi.
Beləliklə, Məhəmmədşüça xanın gözəl idarə edib inkişaf etdirdiyi Benqal nəvvablığı özündən sonra zəif şəxs olan oğlu Sərfəraz xana keçdi və o da, cəmi 3 ay hakimiyyətdə qalmağı bacardı. Onun öldürülməsi ilə də Nasiri sülaləsinə son qoyuldu.
Ailəsi
Məhəmmədşüca xan Zeynəbnisə bəyim Cəfər xan qızı ilə, Əzəmətnisə bəyim Əlaüddövlə qızı ilə ailə qurmuşdu.Əsədulla xan, Tağı xan adlı oğulları, Nəfisə bəyim və Dürdanə bəyim (əri Mirzə Lütfulla xan Məxmur)adlı qızları vardı.
- (Sərfəraz xan)
Həmçinin bax
İstinadlar
- Sarkar, 1948. səh. 436–37
- Rizvi, 1986. səh. 45–47
- Datta, 1939
- Rieck, 2015. səh. 3
- Shah, 2012
- Majumdar, 1905. səh. 270
- ""Murshidabad History - Sarfaraz Khan". murshidabad.net. Retrieved 30 December 2023". murshidabad.net. 2023. 30 December 2023 tarixində . İstifadə tarixi: 22 yanvar 2023.
- Rāẏa, 1981
- Sahu, 1981. səh. 347
Mənbə
- Ənvər Çingizoğlu və Aydın Avşar. Avşarlar. Bakı: Şuşa. 2008. 352.
- Sarkar, Jadunath. The History of Bengal. II. Dhaka: University of Dhaka. 1948. ISBN .
- Shah, Mohammad. Alivardi Khan. Banglapedia: National Encyclopedia of Bangladesh (Second ed.). Asiatic Society of Bangladesh. In Islam, Sirajul; Jamal, Ahmed A. (eds.). 2012.
- Rāẏa, Bhabānī Caraṇa. Orissa Under the Mughals:From Akbar to Alivardi : a Fascinating Study of the Socio-economic and Cultural History of Orissa. Mogul Empire. 1981.
- Sahu, N. K.; Miśra, Prabodhakumāra; Sahu, Jagna Kumar (1981). History of Orissa. p. 347. History of Orissa. Odisha (India): Nalanda. 1981. 506.
- Majumdar, Purna Chundra. The Musund of Murshidabad (1704-1904): Being a Synopsis of the History of Murshidabad for the Last Two Centuries, to which are Appended Notes of Places and Objects of Interest at Murshidabad. Saroda Ray. 1905.
- S. A. A. Rizvi. A Socio-Intellectual History of Isna Ashari Shi'is in India. 2. Canberra: Mar'ifat Publishing House Canberra. 1986.
- K. K. Datta. Ali Vardi and His Times. University of Calcutta Press. 1939.
- Andreas Rieck, The Shias of Pakistan, p. 3, Oxford University Press, (2015). The Shias of Pakistan. Oxford University Press. 2015.
- (#empty_citation)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sucaeddin Mehemmedsuca xan Avsar benqalca স জ উদ দ ন ম হম মদ খ ন 1727 1739 Biharin Orissanin nevvabi O Mursudqulu xan ile Nasiri Banu Beyimin qizlari Zeyneb un Nise Beyim ve Ezemet un Nise Beyim ile evlenmisdir Onun ucuncu arvadi Durdane Beyim Sahibe olmusdur 30 iyun 1727 ci il tarixinde qaynatasinin olumunden sonra o nevvabliq taxtina cixmisdir Sucaeddin Mehemmed xanBenqalca স জ উদ দ ন ম হম মদ খ ন Titullar Motamul ul Mulk Olkenin Qoruyucusu Suca ud Dovle Dovletin Qehremani Esed Ceng Doyus Aslani Diger adi MotemededdovleDogum tarixi 1670Dogum yeri Burhanpur Dekken Boyuk Mogol imperiyasiVefat tarixi 1739Vefat yeri seheri Benqal nevvabligiVefat sebebi Rosnibag Defn yeri Mursudabad d Fealiyyeti monarx Vikianbarda elaqeli mediafayllar Mehemmedsuca xan Sefevi imperiyasini quran ve esas qizilbas tayfalarindan olan Efsar tayfasina mensub olmusdur Heyatinin erken dovruMehemmedsuca xan Dekkenin Burhanpur bolgesinde anadan olmusdur Bir diger adi da Mirze Dekkeni olan Mehemmedsuca eslen Dekken muselmanlarindan eyni zamanda turk tayfasi olan Efsarlardandir Onun ulu babasi Sefevi sahi I Tehmasibin dovrunde Xorasanin Ferah seherinin hakimi olmusdur Mehemmedsucanin atasi ve Nevvab Aqil xanin oglu olan Mirze Nesreddin de Burhanpurde muhum vezife sahibi olmusdur O Boyuk Mogol imperiyasinda Heyderabaddan asili olan ilxandal vezifesini icra etmisdir Mehemmedsuca xan ozu de eslen bu seherden olan Mursudqulu xan ile Burhanpurda tanis olmus onun qizi ile evlenmisdir Bu evlilikden dunyaya gelen sonradan babasinin yerine taxta cixmisdir Cunki babasinin oglu olmamisdi Hakimiyyete gelmesiMehemmedsuca xan 1719 cu ilde Sylhetin faucdari teyin edildi ve bu vezifede Tanib Eli xani evezledi O Sukrullah xan terefinden teyinat almazdan evvel selahiyyet muddetinde mufti ailesine bir sened verdiyi bilinirdi Birbasa kisi varisinin olmadigi ucun Nevvab Mursudqulu xan qiz nevesi Serferaz xani Benqal mesnedine yeni taxtina namized elan edildi Mursudqulu xan 1727 ci ilde oldu ve Serferaz xan taxta cixdi Bundan sonra Mehemmedsuca xan Odisanin subahdari Eliverdi xan ise onun naibi muavini oldu Mursidqulu umumiyyetle Mehemmedsucanin inkluziv ve xalq dostu siyasetinden memnun deyildi Mehemmedsuca da oz novbesinde Serferaz xan varis elan edilerken oz oglunun tabeliyinde calismaqdan memnun olmamisdi Eliverdi xan ve onun qardasi Haci Ehmed onu inandirmisdilar ki oglunun evezine onun ozu bu vezifeye daya uygun sexsdir Eliverdinin ve Ehmedin yardimi ile o hakimiyyeti ele kecirme hazirliqlarina basladi O hemcinin Dehlide olan Boyuk Mogol hokmdari Mehemmed sahin da desteyini qazandi Boyuk ordu duzelden Mehemmedsuca Benqal nevvabliginin paytaxti Mursudabada dogru irelilemeye basladi Mursudqulu xanin dul arvadi aile munasibetleri cercivesinde hadiselere mudaxile edib qan tokulmesinin qarsisini aldi Bundan sonra Serferaz xan atasinin lehine taxtdan el cekdi 1727 ci ilin avqustunda Mehemmedsuca resmi sekilde ikinci Benqa nevvabi kimi taxta cixdi Bundan sonra Mehemmedsuca xan onu destekleyenleri mukafatlandirmaga basladi Benqalda ele kecirdiyi servetin bir hissesini Mogol hokmdari Mehemmed saha gonderdi O da bunun qarsiliginda ona Motamul ul Mulk Olkenin Qoruyucusu Shuja ud Daula Dovletin Qehremani and Asad Jang Doyusde Aslan titullarini verib diplomatik elaqeler yaratdi O hemcinin Mahi ordeninin nisanlari ile birlikde sacaqli Palkiden basqa yeddi min esgeri olan Heft Hazarinin sexsi mensabligini ve alti paltardan qiymetli daslardan das qasdan ibaret bir Xelet qilinc ve atli kral fili aldi HakimiyyetiMehemmedsuca xan cesur mulayim ve sexavetli oldugu bilinirdi Uzun bir hakimiyyete sahib olmasi baximindan ona qarsi cixan yegane amil yasi idi Idareciliyi Siyar ul mutexerin eserinde qeyd edilir ki sexsi mubahiseler ucun onun yanina sikayetciler geldiyi zaman o hec bir terefe inanmaz her iki terefi ayri ayriliqda uzun uzadi dinleyet sonda her bir seyi deyerlendirerek qerar vererdi Ozunun bu xususiyyetlerine gore edaletli hokmdar olmasi ile meshur olan Mehemmedsuca tez tez qerar vererken Allahin teqdirini qazanmaq istediyini ve bunun ucun calisdigini dile getirermis Mehemmedsuca xan Mursudqulu xanin siyasetine nifret edirdi ve hakimiyyete geldikden qisa muddet sonra onlarin hamisini quvveden dusmus elan etdi Onun nifreti o qeder hedsiz idi ki o Mursudqulu xanin sexsi esyalarini onun ezeli dusmenleri olan hindu zemindarlara aciq auksiyonda satmis ve bu satis neticesinde 5 milyon rupi gelir elde etmisdi O Mursudqulu xanin en yaxin iscileri olan Murad Ferras ve Nazir Ehmed adli sexsleri edam etdirmis ve onlarin mal mulklerini musadire etdirmisdi Bununla paralelde Mehemmedsuca xan ozune sadiq olan sexslerin komekcilerinin guclenmesine ve servet toplamasina musbet yanasardi Ozune tabe olan sexslerle isleme prinsipi olaraq o Mursudqulu xandan tamamile ferqli dusuncelere malik idi Inzibati rayonlarin yeniden tenzimlenmesi 1733 cu ilde o Bihar Subahi Benqal ile birlesdirerek yaranmis vahid bolgeno 4 inzibati vilayete boldu Belelikle hem de vezifelerde asagidaki inzibati deyisiklikler edilmis oldu Bundan basqa bu vilayetlere canisinler de teyinat aldi 1 Boyuk oglu Serferaz xan Benqalin subahliginin nazimi oldu 2 Kicik oglu Mehemmed Tagi Odisa subahdarinin komekcisi teyin edildi 3 Kicik kurekeni Mirze Lutfullah Dekke naziminin komekcisi teyin edildi 4 Eliverdi xanin qardasi Haci Ehmed bas musavir teyin edildi 5 Nevazis Mehemmed xan maliyye meselelerine nezaret eden Mir Bexsi vezifesine yukseldildi 6 Seyid Ehmed xan Ranqpurun faujdari teyin edildi 7 Zeyneddin Ehmed xan Racmahalin faujdari teyin edildi 8 Pir Xan Hooglinin faujdari teyin edildi Onun seltenetinin sonunda vezifelerde boyuk deyisiklikler tesirli olacaqdi Bu teyinatlar ve deyisiklikler gelecek dovrler kontekstinde cox vacib id 1 Eliverdi xan Patna ve Biharin daxil oldugu Ezimabad subahdarinin naibi oldu 2 Boyuk oglu Serferaz xan Dekke subahdarinin naibi oldu 3 Kicik kurekeni Mirze Lutfullah Odisa subahdarinin komekcisi teyin edild dd Gelir vergilendirmesi sahesinde deyisikliklerYoxsullasmis hindu zemindarlarin yeniden meskunlasdirilmasi Siyar ul mutexerin eserinde zemindarlara ve Benqalin diger torpaq sahiblerine qarsi beraber yanasmasinin daha az diqqetceken meqam olmadigindan da behs edire Bu adamlar Mursudqulu xanin hakimiyyeti dovrunde esasen muxtelif yollarla tezyiqlere ve cezalara eruz qalmisdilar Mehemmedsuca hokumetini mohkem qurduqdan sonra arasdirma zamani cinayetden ve saxtakarliq etmediyi subut edilmis zemindarlari ve diger torpaq sahiblerini azad etdi digerlerine geldikde ise o emr etdi ki onlarin hamisini onun huzuruna getirsinler ve onun adaminin etrafinda bir daire teskil etsinler Bunu etdikden sonra Mehemmedsuca toplanmis sexsler qarsisinda cixis ederek eger onlari zindan azad edeceyi halda bundan sonra nece davranacaqlarini sorusdu Illerdir ki zindanda pis veziyyetde saxlanilan sexsler piciltili sekilde yalniz ona dua edeceklerini Allahdan ona cenneti qismet etmesini isteyeceklerini eyni zamanda da vergileri vaxti vaxtinda ve dogru miqdarda vereceklerini bildirdiler Onlardan bunu testiqleyen andli senedler imzali sekilde alindi ve resmi titullari onlara geri verildi Mehemmedsuca bundan sonra her biri ucun oz rutbesine ve vezifesine gore bir nece zengin paltar gonderdi ki o meclisde uygun hediyye almayan bir nefer qalmasin Bu merasim bitdikden sonra onlarin hamisi serbest buraxildi bundan sonra gelirleri Fateh Candin Caqat Sethin sulalesi vasitesile oturmek emri verildi Gelirlerin hesablanmasi Bu siyaset deyisikliyi ile Benqal nevvabligi umumi cagirlerin anbarlarin ve fabriklerin gelirlerinden daha cox menfeet elde etdi Umumi elde edilen bir milyon lakdan cox pul 15 milyon rupi Seth Fateh Candin bank agentliyi vasitesiyle imperatorlu xezinesine kocuruldu O Nevvab Mursudqulu xanin sexsi mulkune mexsus yorgun atlari mal qarani ve diger mal qarani habele zedelenmis xalcalari ve perdeleri zemindarlara bahali qiymete sataraq fillerden basqa daha qirx lak dord milyon rupi pul elde etdi O bu pullari ve filleri imperator Mehemmed sahin xezinesine gonderdi Illik Hesablarin Abstrakt balansi tertib edildikden sonra o mueyyen edilmis konvensiyalara uygun olaraq Imperator Gelirinden basqa Nizamatin nezerde tutulan illik xeracini da imperator xezinesine kocurdu Inkisaf ve ve ictimai rifah Mursudqulu xandan Mehemmedsuca xana kecen nevvabliq xezinesi dolu veziyyetde idi O bu xezinenenin miqdarini daha da artirdi ve bu kapitaldan ictimai rifah seviyyesini artirmaq ucun istifade etdi O seleflerini padsahliq ve silah sursat baximindan usteleyirdi ve omrunun zirvesi kecse de heyatin lezzetlerine laqeyd yanasmirdi O Mursudqulu xanin tikdirdiyi ictimai binalari ona ezemeti numayis etdirmek ucun cox kicik gorunduyu ucun dagidaraq yerine mohtesem gorunuslu saraylar silah anbarlari gozel gorunuslu qapilar Maliyye Sarayi Ictimai Qebul Zali Sexsi Ofis Xanimlar ucun Boudoir Qebul Zali Maliyye Mehkemesi ve Edalet Mehkemesi tikdirdi Oz yasayisini mohtemes ezemet icinde keciren Mehemmedsuca xan eyni zamanda oz ordusunun da yaxsi yasamasina diqqet yetirirdi Onun ordu uzvlerine verdiyi maas min ve ya 500 rupi teskil etmekde idi ve bu mebleg o donemde yaxsi yasamaq ucun kifayet edirdi Mursudqulu xanin memuru olmus Nazir Ehmed Bhagirathi cayinin sahilindeki bagda mescidin esasini qoymusdu Mehemmedsuca onu edam etdirdikden sonra bu mescidin ve bagin tikintisini basa catdirdi Bu mescid tikildikden sonra da ona oz adini verdi O bagcada su anbarlari kanallar ve coxsayli fevvarelerle mohtesem saraylar tikerek bagi zovqle bezetdirmisdi Dovrun qaynaqlarinda tikilmis bu bagin cox mohtesem gorunduyu Kesmirin yaz evleri ve baglarinin onun yaninda sonuk qaldigi qeyd edilir Bezilerine gore Iram sarayinin tikilmesine ilham veren bag da mehz bu olmusdur Mehemmedsuca xan bu cennete benzeyen bagda tez tez gezintilere ve pikniklere gedir orada senlikler ve diger eylenceler teskil edirdi O her il o gozel bagda dovlet memurlarinin savadli tebeqesine Dovlet Ziyafeti verirdi Guclu meslehetcilerin yukselisi Mehemmedsuca xanin hakimiyyeti dovrunde bezi dovlet memurlari guclu sexslere cevrildiler Bir zamanlar Benqala birlesdirilmis Ezimabadin naziminin naibi olan Eliverdi xan Nizametin bas meslehetcisi olan ve Eliverdi xanin qardasi Haci Ehmed Ray Rayan titulu verilmis ve Benqal divaninin rehberi olmus Rai Alem Cand Jagat Setuh ailesinden gelen Fateh Cand nevvabligin esas bankiri oldu Onlarin qudreti nevvabin onlara guvenmesinden ve esasen onlari nezaretsiz qoymasindan diqqetini oz istediyi islere cemlemesinden qaynaqlanirdi Bu komekciler cox bacariqli isguzar ve sedaqetli oldular ve nevvabin raziligi ile oz vezifelerini yerine yetirdiler Bu dovrde onlarin topladiqlari tecrube Benqalin gelecek 30 ilinde muhum rol oynayacaqdi Mehemmedsuca onlara guvense de eyni zamanda onlarin fealiyyetlerini dolayli yollarla olsa da nezaret altinda saxlamagin lazimli oldugunu bilmekde idi Lakin o bu isde o qeder de ugurlu ola bilmedi ele buna gore de o olerken yerine kecen oglu Serferaz xan bunun aci neticesini 1740 ci ilde yasadi Ingilis Serqi Hindistan sirketi ile ilk mubahise Huglinin yeni faujdari Pir xan Sucaqulu xan ehali uzerinde teqiblere ve zulmlere baslamisdi Hugli limani onun hereketsizliyi ve emrleri neticesinde mehv edildi ve o avropali tacirlerle mubahise etmeye basladi Pir xan Imperial Vergi Idaresinin toplamali oldugu vergileri toplaya bilmek ucun Mehemmedsuca xandan elave qosun gonderilmesini istedi ve fansiz ingilis hollandiyalilarla dusmenlik etmeye nezirleri vergileri toplamaga basladi Bildirilir ki bir defe ingilisler gemilerdeki ipek ve pambigi bosaldib qalanin yanina topladiqlari zaman Pir xan mallari haqsiz sekilde musadire etmisdir Buna cavab olaraq da Kelkuttede olan ingilis qosunlari qalaya dogru irelilemisdiler ingilislerin mallarini dasiyan Pir xan mallarinin daliyca gelmis ingilis ordusu ile qarsilasdi ve qeyri beraber mubarize icinde oldugunu anladi Qasimbazardaki ingilis fabrikinin reisi nevvaba nezer olaraq uc lax uc yuz min rupi odemeye raziliq vererek sulh sertlerini tenzimlemeye mecbur oldu Belelikle Kelkuttedeki ingilis muessisesi seherin bankirlerinden borc pul olaraq hemin pulu vergi kimi Mursudabada gonderdi Shuja ud Din s masouleum at RoshnibaghShuja ud Din s tombXarakteriBenqal hokmdarlari icerisinde Sucaeddin en yaxsi hokmdar kimi taninir ve Benqal XVIII esr tarixinde ozunun en yaxsi dovrunu onun nevvabligi zamani yasamisdir O hakimiyyet meselelerini yaxsi deyerlendirmek ve qerar vermek xususiyyetlerine gore secilmekde idi Dindar olan Mehemmedsuca Benqal ehalisinin Islama kecid etmesi ucun ciddi isler gormusdu Onun ozunun ailesinde Islama kecid etmis Benqaliler ve Oriyaslilar da var idi O ferasetli mohkem savadli terbiyeli bir insan kimi taninirdi XVIII esrin en yaxsi Benqal hokmdari kimi taninan Mehemmedsuca xan Ovrengzib fikir mektebinden olan Mursudqulu xandan ferqli olaraq daha realist praktiki meselelere ustunluk veren ve mulayim sexsiyyete malik idi Mir Qulam Huseynxan Tebatabayi terefinden yazilmis Siyar ul mutexerin ingilis polkovnik leytenanti Con Briggs terefindeb eserinde M R A S The British East India Company Madras Army in May 1831 kimi tingilis diline ercume olunmusdur eserinde qeyd edilir ki Mehemmedsuca xanin 12 nevvabliq dovru Benqal subahligi ucun XVIII esrin en yaxsi dovru kimi xarakterize edile biler Insanlarla munasibetleri yaxsi qurmaqda ve meseleleri hell etmekde mahir sexs olan Mehemmedsuca xan hem Mogol imperatoru hem Aud nevvablari hem Serqi Hindistan Sirketi numayendeleri hem de ozunun iddiali nazimleri ile munasibetleri yaxsi tenzimlemeyi bacarirdi Nazimler ile munasibetde esas hissesini oglu Serferaz xanla problemsiz hakimiyyeti davam etdirme esas hisseni teskil edirdi Bu preoblemin diger terefi ise bolgenni gelirlerinin daimi axinini temin etmek eyni zamanda xercleri nezaretde saxlamaq teskil edirdi Oz nevvabligi ehalisi arasinda meshur olmaqla birlikde o Mogol hokmdari Mehemmed sahin da yaninda boyuk nufuza sahib idi Onun hakimiyyetinin bir diger xarakterik xususiyyeti ise hec bir zaman munaqiselere celb olunmamadir O oz herbi ve iqtisadi gucunu daim artirsa da hec bir zaman herbi munaqiseye girmemisdir Onun ixtiyarinda olkenin en zengin eyaleti var idi lakin Audh soyguncu Marathalar ve zeif Mogol Imperatoru kimi problemleri var idi O oz suvereni olan mogol sahi ucun maddi texniki teminat gondermeyi ustun tutsa da zeiflemekde olan imperiya ucun herbi quvve gondermekden yayinirdi Nadir Hindistana yurus ederken Mehemmedsuca ona ehtiyyatla yanasma siyasetini ustun tutmus ve saha da bunu meslehet gormusdu Nadir oz imperiyasina geri dondukden sonra ise onunla olan elaqeleri tamamile kesdi Hemcinin Mehemmedsuca xan Audh nevvabligindan ferqli olaraq Boyuk Mogol imperiyasinin paytaxtinda geden saray cekismelerinden hemise uzaq qalmagi secmis yalnizca gondermeli oldugu vergileri vaxtinda gondermekle yetinmisdir Mehemmedsuca xan ulu babasi Sefevi imperiyasindan geldiyi ve sie oldugu ucun o ve oglu da sie mezhebinde olmusdur Olumu ve varislik meselesiEliverdi xan sarayinda oz eyanlari ile birlikde 1745 1739 cu ilde Nadir sahin Hindistana dogru yuruse baslamasi olkede qarisiqliq meydana cixmasina sebeb oldu Ele bu zaman Mehemmedsuca xan xestelendi ve oz oglu ile arvadi Durdane Beyimi Odisaya gonderdi O eyni zamanda oglu Serveraz xani ozunun veliehdi de elan etdi O hemcinin Serfaraz xana Haci Ehmed Alam Cand Roy Royan Alam Cand ve Caqat Seti ozunun yaxin musavirleri hesab etmeyi ve butun meqamlarda onlarin meslehetlerine emel etmeyi tapsirdi Serferaz xanin bu sexslere hec bir etimada olmasa da olum ayaginda olan atasinin sozlerine qarsi gelmemek ucun buna emel edeceyini bildirdi Geride iki ogul buraxan Mehemmedsuca 26 avqust 1739 cu ilde vefat etdi O Mursudabadda yerlesen Rosnibagda defn edildi Onun yerine Benqal taxtina Serferaz xan cixdi Bundan basqa onun olumunden qisa muddet sonra Dehli Nadir sah terefinden ele kecirildi Serferaz xanin hokmdarligina qars en boyuk cetinlik atasinin musavilerinden ve memurlarindan olan Mehemmed Eli terefinden yaradildi O Mehemmedsuca terefinden 1728 ci ilde Racmahalin faujdari teyin edilmis ve Eliverdi xan adini almisdi 1733 cu ilde Bihar subahdarinin komekcisi vezifesine yukselmis bir ilden sonra da Suca ul Mulk Hassem ud Dovle ve Mahabat Ceng fexri titullarini alaraq Paac Hezari Mensebdar imperiyanin 5 min soylusundan biri anlamina gelir rutbesine yukselmisdi Bundan sonra Mehemmedsuca onu Ezimabada geri cagirmisdi Mehemmedsucanin olumunden sonra Eliverdi xan daha boyuk hakimiyyet arzusuna dusmusdu O Serferaz xanin hakimiyyetini tanimayaraq ona qarsi cixdi 10 aprel 1740 ci ilde bas vermis Giriya doyusunde o Serferaz xani meglub edib oldurdu Belelikle de Benqal ile Bihar onun nezaretine kecdi 3 mart 1741 ci ilde o Orissanin hakimi ve Serferaz xanin qohumu Rustem Cengi Phulvarion doyusunde meglub etdi Belelikle Orissa da onun hakimiyyeti altina girdi Bir qeder sonra Orissada ona qarsi usyan baslasa da Eliverdi xan usyanin bascisi Mirze Bagir xani meglub edib Orissani ikinci defe ele kecirdi O Barha Seyidlerini cetinlikle de olsa ozune tabe etmeyi bacardi ve cesurlugu ile meshur olan Seux Mesumu oraya hakim teyin etdi Belelikle Mehemmedsuca xanin gozel idare edib inkisaf etdirdiyi Benqal nevvabligi ozunden sonra zeif sexs olan oglu Serferaz xana kecdi ve o da cemi 3 ay hakimiyyetde qalmagi bacardi Onun oldurulmesi ile de Nasiri sulalesine son qoyuldu AilesiMehemmedsuca xan Zeynebnise beyim Cefer xan qizi ile Ezemetnise beyim Elauddovle qizi ile aile qurmusdu Esedulla xan Tagi xan adli ogullari Nefise beyim ve Durdane beyim eri Mirze Lutfulla xan Mexmur adli qizlari vardi Serferaz xan Hemcinin baxAvsar eli BenqaliyaIstinadlarSarkar 1948 seh 436 37 Rizvi 1986 seh 45 47 Datta 1939 Rieck 2015 seh 3 Shah 2012 Majumdar 1905 seh 270 Murshidabad History Sarfaraz Khan murshidabad net Retrieved 30 December 2023 murshidabad net 2023 30 December 2023 tarixinde Istifade tarixi 22 yanvar 2023 Raẏa 1981 Sahu 1981 seh 347MenbeEnver Cingizoglu ve Aydin Avsar Avsarlar Baki Susa 2008 352 Sarkar Jadunath The History of Bengal II Dhaka University of Dhaka 1948 ISBN 978 81 7646 239 Shah Mohammad Alivardi Khan Banglapedia National Encyclopedia of Bangladesh Second ed Asiatic Society of Bangladesh In Islam Sirajul Jamal Ahmed A eds 2012 Raẏa Bhabani Caraṇa Orissa Under the Mughals From Akbar to Alivardi a Fascinating Study of the Socio economic and Cultural History of Orissa Mogul Empire 1981 Sahu N K Misra Prabodhakumara Sahu Jagna Kumar 1981 History of Orissa p 347 History of Orissa Odisha India Nalanda 1981 506 Majumdar Purna Chundra The Musund of Murshidabad 1704 1904 Being a Synopsis of the History of Murshidabad for the Last Two Centuries to which are Appended Notes of Places and Objects of Interest at Murshidabad Saroda Ray 1905 S A A Rizvi A Socio Intellectual History of Isna Ashari Shi is in India 2 Canberra Mar ifat Publishing House Canberra 1986 K K Datta Ali Vardi and His Times University of Calcutta Press 1939 Andreas Rieck The Shias of Pakistan p 3 Oxford University Press 2015 The Shias of Pakistan Oxford University Press 2015 empty citation