Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır.
Fərabi | |
---|---|
fars. ابونصر محمد بن محمد فارابی | |
Doğum tarixi | təq. 870 |
Doğum yeri | |
Vəfat tarixi | təq. 950[…] |
Vəfat yeri | |
Elm sahələri | təbiətşünaslıq, metafizika, riyaziyyat, məntiq, astronomiya, tibb, etika |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir.
Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir.
Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
M. Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır.
Fəlsəfəsi
Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Farabi məntiqi "təxəyyül" və "sübut" olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı "Kitabi əl-Musiqə əl-kəbr" (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Bir neçə musiqi alətində ifa etmiş və bir neçəsini də özü ixtira etmişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Farabi işləyib hazırlamışdır (Touma 1996, p. 170).
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əbunəsr Farabinin yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) öz sələflərinin kitablarına şərh yazmış; 2) yeni əsərlər qələmə almışdır.
Alimin məşhur əsərlərindən biri "Fəzilətli şəhər əhlinin baxışları" adlı kitabıdır. Bu əsərində "İdeal dövlət" konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur.
Farabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüz illiklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır ki, bunalardan 43-ü məntiq, 11-i metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiya aiddir. 11 əsərə isə şərh yazmışdır.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099–1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154–1191) yaratmışlar.
Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Farabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir.
Dinlə fəlsəfənin münasibətləri
Dinlə fəlsəfəni uyğunlaşdırmaq məsələsi Orta əsr şərq peripatetizminin görkəmli nümayəndəsi, "ikinci müəllim" (əl-müəllim əs-sani) ləqəbli Əbu Nəsr ibn Məhəmməd ibn Turxan ibn Uzluq əl-Farabinin (870–950) fəlsəfi təlimində əsas yer tutur. İrrasional vəhyi iyerarxiyada ən üst pilləyə çıxaran, rasional fəlsəfəni ona təhkim edən, din-fəlsəfə problemini bu əsasda həll etməyə cəhd göstərən Kindidən fərqli olaraq, Farabi ağılın rolunu vəhyin deyil, fəlsəfənin əsasında şərh etmişdir. Odur ki o, dinlə fəlsəfəni uyğunlaşdırarkən fəlsəfənin daxilindəki ziddiyyətlərə münasibət bildirməli olmuşdu. Çünki Platon və Aristotelin bir-birinə zidd fəlsəfi ideyaları Farabinin fəlsəfəyə verdiyi "Fəlsəfə mahiyyət etibarilə həqiqəti və ona dair bilikləri öyrənən elmdir" tərifi ilə üst-üstə düşmürdü. Farabini belə bir sual düşündürürdü: Madam ki fəlsəfə həqiqət haqqında elmdir, onda filosofların, xüsusən Platon və Aristotelin fəlsəfi təlimləri arasındakı ziddiyyətləri necə izah etmək olar? Elə buna görə də Farabi islamla yunan fəlsəfəsi arasında uyğunluq yaratmazdan əvvəl fəlsəfənin özünün daxili "problemlər"ini həll etməli idi. Bu məqsədlə "Əl-cəm beynə rəyey əl-həkimeyn Əfl atun əl-ilahi və Əristutalis" (Filosoflar: ilahiyyatçı Platon və Aristotelin ideyalarının uyğunlaşdırılması) adlanan traktat yazan filosof həmin əsərdə göstərmişdi ki, Platon və Aristotel fəlsəfənin özündə deyil, ona baxışda, müraciət olunan üsul və metodlarda, izahlarda bir-birindən fərqlənmişlər. Farabiyə görə, fəlsəfə həqiqəti və ona dair bilikləri öyrənmənin adıdır; bu səbəbdən böyük filosof və mütəfəkkirlər əsasda, mahiyyətdə zəruri olaraq eyni düşünürlər. Bütün filosoflar bir məktəbin – həqiqət axtarışına çıxmış fəlsəfənin şagirdləridirlər. İlk baxışdan təzadlı görünən fikirlər, əslində, eyni məsələlərin müxtəlif izahlarıdır.
Təlimləri birləşdirmə cəhdləri
Farabi müxtəlif fəlsəfi təlimləri ona görə "birləşdirmək" istəyirdi ki, dinlə fəlsəfə arasında uyğunluq yaradarkən fəlsəfə islam qarşısında vahid "blok"da təmsil olunsun. Lakin bu istək bir çox problemləri həll etmək üçün dinə alternativ tapmaq düşüncəsindən doğmamışdı. Həmçinin Farabi bu istəyi reallaşdırmaqla Aristotel fəlsəfəsinə ediləcək kəskin tənqidləri Platonun idealist ideyaları ilə yumşaltmaq məqsədi güdürdü. Əvvəlcə ziddiyyətli fəlsəfi təlimləri bir-birinə uyğunlaşdırmağa cəhd göstərmiş Farabi daha sonra islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün addımlar atmışdı. Farabinin nəzərində dinlə fəlsəfəni üç məsələdə uyğunlaşdırmaq mümkün idi: a) yaradılma probleminin qeyri-ənənəvi izahı (bu problemi həll etmək Farabi üçün çətin olmuşdu); b) peyğəmbərlik konsepsiyası; v) "seçilmişlər" (xəvas) və "kütlələr" təsnifi.
Südur təlimi
Farabi dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaradılma məsələsinə yeni üslubda toxunmuş, "südur" (çıxma, axma, emanasiya) təlimindən çıxış etmişdir. Məlumdur ki, yunan fəlsəfəsi kosmoqoniya problemlərinin həllində determinizmi əsas götürür. Yunan filosofları hesab edirdilər ki: "…materiya (varlıq) əzəli olub əbədidir. Kainat (kosmos) ilahi yaratmanın məhsulu deyildir". Məsələn, Platonun fəlsəfi təliminə görə, kainatda xaos hökm sürdüyü bir vaxtda "usta" tanrı Demiurq (Demiourgos) ideyalara əsaslanaraq mövcud olan və heç bir şey və adla təsvir edilməsi mümkün olmayan ilk maddəyə təsir etməklə şeylər dünyasını yaratmışdı. Yəni, Platonun tanrısı dünyanı yoxdan deyil, materiyadan xəlq etmişdi. Belə tanrı təsəvvürü müsəlmanların hər şeyə qadir, varlıq aləmini, o cümlədən materiyanı yoxdan yaratmış mütləq Allah ideyasından fərqlənirdi ki, bu da fəlsəfə ilə din arasında ziddiyyət yaratmışdı. Farabinin "südur" təlimi yaradılma məsələsində islam və yunan fəlsəfəsi arasındakı ziddiyyəti aradan qaldırmağa xidmət etməli idi. Bu təlimə görə, "varlıq aləmi …hər bir şeydə tək olan Allahdan "axma" yolu ilə iyerarxik (bil-məratib) şəkildə meydana çıxır". Varlıq iyerarxiyasının ən üst mərtəbəsində İlk Səbəb (əs-səbəb əl-əvvəl) və ya Zəruri Varlıq (vacib əl-vücud) – Allah dayanır. Farabiyə görə, bu varlıq heç nəyə oxşamır, cisim deyildir, forması və yaratma məqsədi yoxdur, ondan törəyən digər varlıqlar – mümkün varlıqlar onun substansiyasını əks etdirmir; onun əksi və ziddi yoxdur, o təkdir. Farabinin "tək tanrı"sı zatı etibarilə gözəllikdir, ağıldır, dərk edəndir (aqildir), dərk ediləndir (mə`quldur). "Deməli, Farabi təlimində Allah dedikdə yunan filosoflarının tanrılarından fərqli olaraq, mütləq və ali …varlıq nəzərdə tutulur". Varlıq iyerarxiyasının ikinci pilləsində Farabinin "ağıllar" adlandırdığı mücərrəd varlıqlar qərar tapmışdır. Bu varlıqlar İlk Səbəbdən "çıxsa" da, onun özü deyildir. Sonrakı pillədə "fəal ağıl" yerləşmişdir. İyerarxiyanın sonrakı pillələrində "nəfs" və "materiya" (həyula) vardır. Südur təliminə görə, mümkün varlıqlar Zəruri Varlıqdan törəmişdir. İlk və Zəruri Varlıq əbədidir, odur ki digər varlıqlar da ondan törədiyi üçün daimidir. Bu varlıqlar dağılıb parçalansa da, yox olmur, başlanğıca – Zəruri Varlığa qayıdır.
Aristotel kimi Farabi də materiyanın əzəli olduğunu bildirmiş, bunu Allahın əzəli substansiyası ilə əlaqələndirmişdi. Südur təliminə görə, mümkün varlıqlar, o cümlədən materiya əzəli olan Zəruri Varlıqdan "çıxmışdır", deməli, bir substansiyadan emanasiya baş vermişdir. Farabi iddia edirdi ki, mümkün varlıqlar (o bunları "ikincilər" (səvani) adlandırırdı) zat etibarilə Zəruri Varlıq kimidir. "Birincidən (əl-əvvəl) ikincilərin (səvani) varlığı meydana çıxır. Yəni, ikincilər təkrarən meydana çıxır. (Onlar) nə 107 bütövlükdə mücərrəd cövhər, nə də maddədirlər". Düzdür, Farabi tövhid – Allahın vəhdaniyyəti təliminə zidd düşməsin deyə emanasiya prosesini təsvir edərkən Zəruri Varlıqla kainat (varlıq aləmi) arasında "ağılları" yerləşdirir, mümkün varlıqların Zəruri Varlıqla eyni olmadığını izah etməyə çalışır. O bunu edərkən səbəbiyyət anlayışına toxunur. Səbəbiyyət haqqında danışarkən Farabi Zəruri Varlığı "mütləq kamil" olaraq səciyyələndirir, varlıqları üç: əvvəl, orta və axır kateqoriyalarda təsnif edir. "Əvvəl, orta və axırda təzahür edən varlıqlar məlumdur. Axırda gələnin əvvəlində səbəb olsa da, axırında səbəb yoxdur. Ortada gələnin əvvəli və axırında səbəblər vardır. Əvvəl sonrakıların səbəbi olsa da, əvvəlində səbəb yoxdur". Farabi bildirirdi ki, sonrakılara səbəb olduğundan birinci (əl-əvvəl) nöqsanlardan uzaqdır: "Hər şeydə çatışmazlıq olduğu halda O bütün nöqsanlardan xalidir. Birinci nöqsansızdır. Deməli, mükəmməldir, bütün varlıqların fövqündədir. Onun varlığından daha kamil varlıq yoxdur. Heç bir varlıq Onun varlığının fövqündə dayanmır. Kamil varlıq varlıqlar silsiləsinin ən ali, nöqsandan uzaq varlığıdır". Məlum olur ki, Farabiyə görə, ikincilərin varlığı birincinin varlığından asılıdır, onun qədər mükəmməl deyildir. Deməli, birinci və ikincilərin qeyri-cismani – mücərrəd olmağı onların eyniyyətindən xəbər vermir. Bundan əlavə, Farabi birinci varlığı ikinci varlıqlardan fərqləndirmək üçün onları zəruri və mümkün növlərə ayırır. Əgər birinci varlığın mövcud olmağı zəruridirsə, ikincilərinki mümkündür.
Südur təliminin konseptual əsaslarını işləyib hazırlayan Farabi yunan filosoflarının, xüsusən yeniplatonçuluq məktəbinin banisi Plotindən (205–270) təsirlənmişdi. Amma Plotinin təlimindəki başlanğıc "Bir" Farabinin "əl-Əvvəl"indən fərqlənir. Yuxarıda göstərmişdik ki, Farabi təlimində "əl-Əvvəl" müxtəlif substantiv keyfiyyətləri olan anlayışdır. Plotinin "Bir" məfhumu isə "yaxşılıq" keyfiyyətindən başqa digər substantiv xüsusiyyətlərə malik deyildir.
Südurun İslam təlimi ilə uyğunlaşdırılması
"Südur" təlimi bəzi cəhətləri ilə islam dininin qüdrətli Allah təsəvvürü ilə ziddiyyət əmələ gətirirdi. Əvvəla, "südur" islamın yoxdan yaradılma (ilahi kreasionizm) anlayışı ilə üst-üstə düşmürdü. Çünki "südur" yaradılma deyil, "əl-Əvvəl"ə aid substansiyanın "yayılması"dır və ya Tək Olandan yeni varlıqların emanasiya yolu ilə "çıxması"dır. Həmçinin islam nöqteyi-nəzərinə görə, yaradılmanın necəliyini ağıl izah edə bilməz; irrasional (qeybi) etiqad məsələlərinin rasional şərhinə cəhd göstərənlər Quranda tənbeh olunmuşdur (Bax: Quran, III, 7). Südur təliminin "Birdən bir çıxır" müddəası "qüdrətli və hər şeyə qadir Allah" təsəvvürünə meydan oxuyurdu. Türkiyəli tədqiqatçı Mustafa İldırım yazır: "Gəldiyimiz qənaət budur ki, bu müddəa bəzi suallar doğurur. Çünki Allaha və ya "Bir"ə çoxluq aid etməkdən yayınmaq üçün bu üsula əl atmaq Allahın qüdrəti, elmi və iradəsini məhdudlaşdırmaqdan başqa bir şey deyildir. Bu da öz növbəsində Allahın ənənəvi təsvirinə ziddir. …Əgər Allah və ya "Bir" təkcə "ilk ağlı" zühur etdirirsə və digər varlıqların meydana gəlməsində rol oynamırsa, onda hər bir varlıq özlüyündə "allah" sayılır. Yox, əgər Allah həmişə hər şeyə müdaxilə edirsə, onda "Birdən bir çıxır" ideyası puç olur".
Ənənəvi islam nöqteyi-nəzəri ilə əkslik təşkil edən məsələlərdən biri də "südur" təliminə görə kainatın Allahdan Onun iradəsi olmadan "çıxması"dır. Bu təlimdə deyilir ki, kainat "əl-Əvvəl"dən (İlkdən – Allahdan) təbii şəkildə "çıxıb". Yəni, burada Allahın iradəsi nəzərə alınmayıb. Aşkar olan budur ki, "südur" təlimində yaradılmanın necə baş verdiyi öz izahını tapmayıb. "Farabi "südur" təlimini bütün imkanları ilə isbatlamağa cəhd göstərsə də, Aristotel fəlsəfəsinin "tanrı" təsəvvürü Müsəlman dünyasında etiraz doğurmuşdu". Bu etiraz göstərir ki, Farabinin dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaratdığı "südur" təlimi müvəffəqiyyət qazanmamışdı.
Peyğəmbərlik haqqında
Farabinin islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün istinad etdiyi əsaslardan biri də peyğəmbərlik konsepsiyası idi. Bu konsepsiyaya görə, peyğəmbərlik fövqəltəbii hadisə deyildir. Peyğəmbərliyi rasional şəkildə izah etmək üçün Farabi "ağıllar" nəzəriyyəsini işləyib hazırlamışdı. O iddia edirdi ki, varlıq iyerarxiyasında "əl-Əvvəl"dən sonra "ağıllar aləmi" dayanmışdır. Bu ağılların sayı ondur. İyerarxik olaraq on ağıldan sonra "fəal ağıl" gəlir. Sonrakı üç pillədə isə "nəfs", "forma" və "materiya" vardır. Filosofun iyerarxiya cədvəlində bizi maraqlandıran şey – "fəal ağıl"dır. "Ağıllar" nəzəriyyəsində bir müddəa olaraq nəzərdən keçirilən "fəal ağıl" Farabinin kosmoqoniya təlimində mühüm rol oynamaqla yanaşı, həm də fəlsəfi bilik və vəhyin mənbəyi hesab olunur. "Fəal ağıl"ı fəlsəfi bilik və vəhyin mənbəyi hesab edən filosof peyğəmbərlik fenomenini rasional şəkildə izah edərkən "düşünmə", "bilikləri kəsb" və "xoşbəxtlik" anlayışlarını "fəal ağıl"la əlaqələndirir. Bu o deməkdir ki, sadə biliklər meydana çıxaran ibtidai əşya və hadisələri (mə`qulat) dərk etmək "fəal ağıl" vasitəsilə xoşbəxtliyi təmin edirsə, onda "fəal ağıl" həm də Allahla insan arasında "vasitəçi" rolunu oynaya bilər. Allah məhz "fəal ağıl" vasitəsilə insana həqiqət haqqında bilikləri – vəhyi endirir. Farabinin "südur" təliminə görə, "əl-Əvvəl"dən "fəal ağıl"a intiqal edən şey "fəal ağıl"dan insana "axan" şeyin özüdür. Filosof iddia edirdi ki, insanla "fəal ağıl" arasında rabitə iki pillədə baş verir: "passiv ağıl" (əl-əql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad). Bu "pillələr" keçildikdən sonra insanla "fəal ağıl" arasında birbaşa əlaqə yaranır və o, "vəhy" alır. Farabi "fəal ağıl"a necə yetişmək haqqında danışdıqdan sonra bildirir ki, insan bu mərhələləri aşdıqdan sonra "fəal ağıl"a yetişdikdə ya filosof, ya da peyğəmbər olur: "İnsanın nitq qabiliyyətinin nəzəri və əməli tərəflərində, təxəyyülündə "fəal ağıl" meydana çıxdıqda ona vəhy gəlməyə başlayır. …Beləliklə, Allahdan "daşıb axan" vəhy "fəal ağıl"a, oradan da "passiv ağıl" (ələql əl-münfəil) və "qazanılan ağıl" (əl-əql əl-müstəfad) vasitəsilə təxəyyül prosesinə qarışır. Bu da öz növbəsində insanı ya filosofa, ya da mütəfəkkirə çevirir". Deməli, peyğəmbər – təxəyyüllə "fəal ağla" yetişmiş insandır. Peyğəmbərlərdən fərqli olaraq, filosoflar təxəyyüllə deyil, düşünməklə "fəal ağıl"a yetişirlər: "…peyğəmbərlər və filosoflar "fəal ağıl"la əlaqə yaratmış üstün insanlardır. Aralarındakı fərq birincilərin buna təxəyyüllə, ikincilərin düşünməklə yetişmələrindədir. Deməli, aralarında kəskin fərq yoxdur". Farabi deyirdi ki, filosofların "fəal ağıl"la əlaqə qurması hərtərəfli araşdırma və dərindən düşünmənin nəticəsində mümkündür. Bu vaxt ruh ilahi nur alır. Peyğəmbərlər isə həm röyada, həm də ayıq ikən "dərin intuisiya və ilhama əsaslanan təxəyyül bacarığına sahibdirlər".
Həqiqət haqqında
Tək həqiqətə müxtəlif yollarla çatan filosof və peyğəmbərlərin əqli və vəhyi bilikləri eyni mənbədən öyrəndiklərini iddia edən Farabi həqiqəti dini və fəlsəfi deyə iki yerə ayırmamış, bunu islamla yunan fəlsəfəsinin ortaq xüsusiyyəti olaraq təqdim etmişdi. Buna baxmayaraq, Farabinin fəlsəfi təlimində peyğəmbər filosofdan üstün hesab edilmir. Bu iddia Farabinin peyğəmbərliklə əlaqəli müzakirəyə açıq fikirlərinə əsasən irəli sürülür. Farabinin "Peyğəmbərlər təxəyyüllə, filosoflar düşünməklə "fəal ağıl"a yetişirlər" ideyasını misal gətirən tənqidçilər "Təfəkkür təxəyyüldən ali idrak formasıdır" qaydasından çıxış etməklə bu iddianı isbatlamağa cəhd göstərirlər. Belə ki düşünmək hər hansı əşya və hadisəni reallıqda olduğu kimi "nəfs"də canlandırmaqdırsa, təxəyyül oxşar əşya və hadisələrin (xəyalların) inikasıdır. Elə isə filosofların "düşünmə"si peyğəmbərlərin "təxəyyül"ündən, deməli, filosoflar peyğəmbərlərdən üstündürlər. Onu da qeyd edək ki, Farabi heç bir əsərində bu iddianı açıq şəkildə irəli sürməyib; əksinə, bildirib ki, peyğəmbərlər filosoflardan fərqli olaraq, iki əqli qabiliyyətə: "müstəfad" və "fəal" düşünmə bacarığına sahibdirlər. Bütün bunlar əks arqumentlər olsa da, tutarlı cavab rolunu oynaya bilmir.
Farabi qətiyyətlə sübut etməyə çalışırdı ki, filosof və ya peyğəmbər olmaq xoşbəxtliyi təmin edəcəkdir. Bu iddia ehkamçılarda narazılıq doğurmuşdu. Onlar imanın əvəzedilməzliyi, vəhy mənşəli biliklərin daşıyıcısı sayılan peyğəmbərlərin məsumluğu, bu məziyyət sayəsində ilahi biliklərin olduğu kimi insanlara çatdırılması, filosofların isə bu cür imtiyazlara sahib olmamağı, insan zəkasının məhdud imkanları – bütün bu məsələləri əsas göstərməklə Farabinin peyğəmbərlik institutunu laxladacaq ideyalarını rədd etdilər. XII əsrin ilahiyyatçısı Əbu Hamid əl-Qəzali "Hər şeyi həll etmək və bütün növ bilikləri başa düşmək ağıl sayəsində mümkündür. …Ağılın dərk etmədiyi şeyləri öyrənmək peyğəmbərliyin işidir. …Ağılın vəzifəsi bizə bu barədə bilik vermək, peyğəmbərliyi isbatlamaq üçün sübutlar gətirmək, dərketmədə peyğəmbərliklə eyni olmadığını etiraf etməkdir. O, bizi əlimizdən tutaraq …peyğəmbərliyə təslim edir. Ağılın sərhədi bura qədərdir" – deməklə Farabinin ağılın avtoritetliyi ideyasını tənqid etmişdi. Bununla yanaşı, Qəzali Farabinin peyğəmbərliyə dair rasional görüşlərini rədd edərək yazırdı: "(Peyğəmbərlik) ağlın fövqündə dayanan, onun qavraya bilmədiyi şeyləri dərk edən "göz"ə oxşayır. Qulaq rəngləri, göz səsləri qavramadığı kimi, fövqəladə halları da ağıl dərk edə bilmir".
İnsanların çeşidləri haqqında
Dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün Farabi insanları iki qrupda təsnif etmişdi: seçilmişlər (xəvas) və kütlələr (əvam). Bu təsnif ilk baxışdan ziddiyyətli görünən məsələlərin, əslində bir-birinə əks olmadığını isbatlamaq üçün zəruri idi. Yuxarıdakı təsnifin mənası budur ki, insanların böyük hissəsinin həqiqəti dərk etməsi üçün din (iman gətirmək) kifayət edir. Seçilmişlərə isə əsaslandırılmış, mürəkkəb rasional biliklər lazımdır. Farabiyə görə, insanlar düşünmə qabiliyyətinə görə bir-birindən fərqlənir. Bu səbəbdən biliyi çatdırmaq iki yolla baş verir: ya qənaətbəxş və tutarlı dəlillərlə ya da inandırmaqla: "…əgər varlıqlara dair bilikləri cəm edib, ağılla qavrayıb, qəti dəlillərlə sübut ediriksə, bu bilikləri ehtiva edən elm fəlsəfə adlanır. Yox, əgər mahiyyətə dair biliklər mahiyyətə oxşar olanı xəyal etməklə kəsb olunub, inandırmaq yolu ilə təsdiqlənirsə, keçmişdəkilər belə bilikləri ehtiva edəni "din" adlandırmışlar". Yuxarıdakı təriflərdən göründüyü kimi, Farabi dinlə fəlsəfənin uyğunluğunun mümkünlüyü ideyasını irəli sürmüş və bildirmişdir ki, onlar mövzu və məqsəd baxımından oxşardır. Varlıqların ilk səbəbini öyrənmək din və fəlsəfənin mövzusunu əmələ gətirir. Xoşbəxtliyi tapmaq isə onların ortaq məqsədidir. Lakin fəlsəfə təfəkkür və sübuta, din isə inama əsaslanır.
İndiyədək qeyd etdiklərimizin xülasəsi bundan ibarətdir ki, Farabi din-fəlsəfə problemini "südur" təlimi, "peyğəmbərlik" konsepsiyası, "seçilmişlər və kütlələr" ideyası əsasında həll etməyə cəhd göstərmişdir. İlk işi Platon idealizmi, Aristotel materializmi və yeniplatonçuluq təlimini bir-birinə uyğunlaşdırmaq olan Farabi məqsəd və məzmun baxımından fəlsəfəni dinlə "barışdırmaq" istəyirdi. O, filosofların eyni mövzular ətrafında fikir ayrılığına düşdüyünü görsə də, onların başlıca məsələlərdə bir mövqedən çıxış etdiklərini iddia etmişdi. Görünür, bununla Farabi din-fəlsəfə problemini həll etmək üçün vahid fəlsəfi təlim yaratmaq istəmişdir. Fəlsəfə və dinin oxşar mövzu və məqsədlərinin olduğunu deyən filosof göstərirdi ki, hər iki sahənin mövzusu varlıqları öyrənmək, məqsədi isə xoşbəxtliyi tapmaqdır. Kindi kimi Farabi də din və fəlsəfəni tək həqiqətin müxtəlif ifadə formaları hesab etmişdir.
Yeri gəlmişkən, qeyd edək ki, Farabi dinlə fəlsəfəni islama zidd məsələlər: "südur" təlimi, Allahla insan arasında rasional varlıqların olmağı iddiası, peyğəmbərlik və vəhyin rasional təsviri, fəlsəfi biliklər əsas götürməklə vəhyi biliklərə şərh vermək, "Bir"dən birin çıxması", "Birinci" ilə ikincilərin iradə və ağıl əlaqəsi", qiyamət günü cismən deyil, ruhən dirilmə, materiyanın emanasiya səbəbi ilə əzəli olmağı, "əl-Əvvəl"in cüziləri deyil, küllü bilməyi və sair əsasında "barışdırmağ"a cəhd göstərdiyi üçün ehkamçıların sərt tənqidinə məruz qalmışdı.
Mənbə
- Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslıq institutu. Bakı: İdrak, 2019, s. 103–114.
Əsas əsərləri
- "Ara əhl əl-Mədinət əl-fadilə" (Fəzilətli şəhər əhlinin baxışları)
- "Risalə fil-əql" (Zəkaya dair risalə)
- "Kitab əl-hüruf" (Hərflər haqqında kitab)
- "Kitab ihsa` əl`-ülum" (Elmlərin siyahıya alınmasına dair)
- "Kitab əl-musiqi əl-kəbr"
- "Fi ma yənbəği ən yüqəddimə qəblə təəllüm əl-fəlsəfə" (Fəlsəfəni öyrənməkdən əvvəl nəyin müqəddimə verilməsi haqqında)
- "Təhsil əs-səadə" (Xoşbəxtlik qazanma)
Ədəbiyyat
- Əbunəsr Farabi. Məsələlərin mahiyyəti. Ərəb dilindən tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999
İstinadlar
- Badawi A. R. Histoire de la philosophie en Islam (fr.). // Études de Philosophie Médiévale Paris: Librairie philosophique J. Vrin, 1972. Vol. 60. P. 484. 886 s. ISSN 0249-7921
- al-Fārābī // Encyclopædia Britannica (ing.).
- الفارابي (unspecified title) (ərəb.). / red. ع. ب. مخلوف, tər. (not translated to ar) دار النشر سوي, 2007. S. 9. 239 s.
- Badawi A. R. Histoire de la philosophie en Islam (fr.). // Études de Philosophie Médiévale Paris: Librairie philosophique J. Vrin, 1972. Vol. 60. P. 478. 886 s. ISSN 0249-7921
- Badawi A. R. Histoire de la philosophie en Islam (fr.). // Études de Philosophie Médiévale Paris: Librairie philosophique J. Vrin, 1972. Vol. 60. P. 481. 886 s. ISSN 0249-7921
- Gutas, Dimitri. http://www.iranicaonline.org/articles/farabi-i 2015-12-08 at the Wayback Machine
- Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983. səh.33
- Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 124–125.
- Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 169.
- Aydın Hüseyin. Yaratılış ve Gayelik. Ankara: Diyanet İşleri Başkanlığı Yayınları, 1996, 271 s. 28.
- Yıldırım Mustafa. Plotinus ve Farabide sudur // Felsefe dünyası dergisi, 1994, № 11, s. 48.
- Hüseyin Muhammed Yusuf. Varlıkların prensipleri: Farabinin sudur doktrininde temel prensip / Gürbüz Denizin tərcüməsi ilə // Felsefe dünyası, 2001, № 33, s. 92–93.
- أبو نصر الفرابي. آراء أهل المدينة الفاضلة و مضاداتها. تعليق: علي بو ملحم. بيروت: دار و مكتبة الهالل، 1995
- Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 179.
- Ахмедов Э. Арабо-мусульманская философия средневековья. Баку: "Маариф", 1980, 66 s. 28.
- أبو نصر الفرابي. آراء أهل المدينة الفاضلة و مضاداتها. تعليق: علي بو ملحم. بيروت: دار و مكتبة الهالل، 1995 s. 52.
- Hüseyin Muhammed Yusuf. Varlıkların prensipleri: Farabinin sudur doktrininde temel prensip / Gürbüz Denizin tərcüməsi ilə // Felsefe dünyası, 2001, № 33, s. 98.
- أبو نصر الفرابي. آراء أهل المدينة الفاضلة و مضاداتها. تعليق: علي بو ملحم. بيروت: دار و مكتبة الهالل، 1995 s. 25.
- Yıldırım Mustafa. Plotinus ve Farabide sudur // Felsefe dünyası dergisi, 1994, № 11, s. 50.
- Yıldırım Mustafa. Plotinus ve Farabide sudur // Felsefe dünyası dergisi, 1994, № 11, s. 50–51.
- Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 128–129.
- Sarıkavak Kazım. İbn Teymiyyeye göre felsefe ve filozoflar // Felsefe dünyası, 1997, № 24, s. 102–103.
- Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, s. 139.
- Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, s. 142–143.
- Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 127.
- بن الطفيل. حي بن يقظان. بدون محل و تاريخ االصدار، [ölü keçid]
- Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, s. 149–150.
- El-Gazzali. Dalaletten hidayete / Ahmet Subhi Furatın tərcüməsi ilə. İstanbul: "Şamil", 1978, s. 41–83.
- El-Gazzali. Dalaletten hidayete / Ahmet Subhi Furatın tərcüməsi ilə. İstanbul: "Şamil", 1978, s. 89.
- أبو نصر الفرابي. كتاب تحصيل السعادة. تقديم و تبويب و شرح: الدكتور علي بو ملحم. بيروت: دار و مكتبة الهالل،1995 ، s. 89.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebunesr Mehemmed ibn Mehemmed ibn Terxan ibn Uzlug ibn Terxan Farabi Ebunesr Farabi et Turki bezi menbelerde ise Ebu Nesr Mehemmed ibn el Ferah el Farabi teq 870 Otrar teq 950 Demesq Islam dunyasinda peripatetik felsefenin inkisafinda muhum xidmet gostermis filosofdur Elmde Aristotelden sonra Ikinci muellim el Muellim es sani fexri adini qazanmisdir Ferabifars ابونصر محمد بن محمد فارابی Dogum tarixi teq 870Dogum yeri Otrar Turkistan vilayetiVefat tarixi teq 950 Vefat yeri Demesq Abbasiler xilafetiElm saheleri tebietsunasliq metafizika riyaziyyat mentiq astronomiya tibb etika Vikianbarda elaqeli mediafayllarHeyatiEbunesr Farabi Sir Derya cayi uzerindeki Farab seherinde turk qebilesinde herbci ailesinde dogulmusdur Farabi irsinin gorkemli tedqiqatcisi felsefe elmleri doktoru professor Muzeffer Xeyrullayev filosofun dogum tarixinin muxtelif tedqiqatlarda 870 ci il gosterildiyini bildirdirse de hemin tarixin 873 cu il kimi yazilmasini daha duzgun hesab etmisdir Tedqiqatci onun 885 895 illerde Buxarada Semerqendde tehsil aldigini 910 911 illerde Bagdada getdiyini gostermisdir Zakir Memmedov Behmenyarin felsefesi kitabinda yazir ki Ebunesr Farabi Bagdadda Ebubisr Mette ibn Yunisin meclisinde istirak etmis ondan ders almisdir Farabi sonra Herran seherine getmis orada xristian filosofu Yuhenna ibn Heylanin yaninda mentiqin inceliklerine yiyelenmisdir Professor M Xeyrullayev Farabinin 941 ci ilde Demesqe getdiyini 949 950 illerde ise Misire sefer etdiyini bildirmisdir M Xeyrullayev Farabinin 950 ci ilde noyabr yaxud dekabr ayinda Demesqde vefat etdiyini yazmisdir FelsefesiEl Farabi Qazaxistanin 5000 lik pul esginazi uzerinde Farabi riyaziyyat felsefe tibb ve musiqi elmlerine misiliz tohfeler bexs etmis Aristotelin eserlerine yazdigi serhlerle meshurlasmisdir Farabi Islam dunyasini Yunan felsefesi ile tanis etmis ilk alimlerden olmusdur Farabi mentiqi texeyyul ve subut olmaqla iki kateqoriyaya ayirmisdir Yazdigi Kitabi el Musiqe el kebr Musiqi haqqinda boyuk kitab eseri ile musiqisunasligin inkisafina tekan vermisdir Bir nece musiqi aletinde ifa etmis ve bir necesini de ozu ixtira etmisdir Muasir ereb musiqisinde istifade olunan ses sistemini mehz Farabi isleyib hazirlamisdir Touma 1996 p 170 AMEA nin muxbir uzvu felsefe elmleri doktoru professor Zakir Memmedov Ebunesr Farabinin yaradiciligini iki istiqametde apardigini bildirmisdir 1 oz seleflerinin kitablarina serh yazmis 2 yeni eserler qeleme almisdir Alimin meshur eserlerinden biri Feziletli seher ehlinin baxislari adli kitabidir Bu eserinde Ideal dovlet konsepsiyasini ireli surmusdur Farabi hemcinin fizikada bosluqlarin varligi ve onlarin tebieti haqqinda fikir soylemis ilk tedqiqatcilardan biri hesab olunur Farabinin eserleri bir nece esr muddetinde dunya elm ve felsefesinin inkisaf istiqametini mueyyenlesdirmis Serqde sonralar ise Qerbde bir nece yuz illikler erzinde masaustu derslik kitablari olmusdur Fusus el Hikam Dovrumuze qeder 117 kitabi gelib cixmisdir ki bunalardan 43 u mentiq 11 i metafizika 7 si exlaq 7 si siyasi elmler 17 si musiqi tibb ve sosiologiya aiddir 11 esere ise serh yazmisdir AMEA nin muxbir uzvu Zakir Memmedov yazir ki uc muhum elmi felsefi telimden birini Serq peripatetizmini turk filosofu Ebunesr Farabi diger ikisini panteizmi ve israqiliyi Azerbaycan filosoflarindan Eynelquzat Miyaneci 1099 1131 ve Sihabeddin Yehya Suhreverdi 1154 1191 yaratmislar Aristotelden sonra butun dovrlerin ve xalqlarin en boyuk filosofu sayilir Farabi Serqin Ibn Sina ve Ibn Rusd kimi duhalarinin formalasmasina birbasa tesir gostermisdir Dinle felsefenin munasibetleri Dinle felsefeni uygunlasdirmaq meselesi Orta esr serq peripatetizminin gorkemli numayendesi ikinci muellim el muellim es sani leqebli Ebu Nesr ibn Mehemmed ibn Turxan ibn Uzluq el Farabinin 870 950 felsefi teliminde esas yer tutur Irrasional vehyi iyerarxiyada en ust pilleye cixaran rasional felsefeni ona tehkim eden din felsefe problemini bu esasda hell etmeye cehd gosteren Kindiden ferqli olaraq Farabi agilin rolunu vehyin deyil felsefenin esasinda serh etmisdir Odur ki o dinle felsefeni uygunlasdirarken felsefenin daxilindeki ziddiyyetlere munasibet bildirmeli olmusdu Cunki Platon ve Aristotelin bir birine zidd felsefi ideyalari Farabinin felsefeye verdiyi Felsefe mahiyyet etibarile heqiqeti ve ona dair bilikleri oyrenen elmdir terifi ile ust uste dusmurdu Farabini bele bir sual dusundururdu Madam ki felsefe heqiqet haqqinda elmdir onda filosoflarin xususen Platon ve Aristotelin felsefi telimleri arasindaki ziddiyyetleri nece izah etmek olar Ele buna gore de Farabi islamla yunan felsefesi arasinda uygunluq yaratmazdan evvel felsefenin ozunun daxili problemler ini hell etmeli idi Bu meqsedle El cem beyne reyey el hekimeyn Efl atun el ilahi ve Eristutalis Filosoflar ilahiyyatci Platon ve Aristotelin ideyalarinin uygunlasdirilmasi adlanan traktat yazan filosof hemin eserde gostermisdi ki Platon ve Aristotel felsefenin ozunde deyil ona baxisda muraciet olunan usul ve metodlarda izahlarda bir birinden ferqlenmisler Farabiye gore felsefe heqiqeti ve ona dair bilikleri oyrenmenin adidir bu sebebden boyuk filosof ve mutefekkirler esasda mahiyyetde zeruri olaraq eyni dusunurler Butun filosoflar bir mektebin heqiqet axtarisina cixmis felsefenin sagirdleridirler Ilk baxisdan tezadli gorunen fikirler eslinde eyni meselelerin muxtelif izahlaridir Telimleri birlesdirme cehdleri Farabi muxtelif felsefi telimleri ona gore birlesdirmek isteyirdi ki dinle felsefe arasinda uygunluq yaradarken felsefe islam qarsisinda vahid blok da temsil olunsun Lakin bu istek bir cox problemleri hell etmek ucun dine alternativ tapmaq dusuncesinden dogmamisdi Hemcinin Farabi bu isteyi reallasdirmaqla Aristotel felsefesine edilecek keskin tenqidleri Platonun idealist ideyalari ile yumsaltmaq meqsedi gudurdu Evvelce ziddiyyetli felsefi telimleri bir birine uygunlasdirmaga cehd gostermis Farabi daha sonra islamla yunan felsefesini barisdirmaq ucun addimlar atmisdi Farabinin nezerinde dinle felsefeni uc meselede uygunlasdirmaq mumkun idi a yaradilma probleminin qeyri enenevi izahi bu problemi hell etmek Farabi ucun cetin olmusdu b peygemberlik konsepsiyasi v secilmisler xevas ve kutleler tesnifi Sudur telimi Farabi dinle felsefeni bir birine uygunlasdirmaq ucun yaradilma meselesine yeni uslubda toxunmus sudur cixma axma emanasiya teliminden cixis etmisdir Melumdur ki yunan felsefesi kosmoqoniya problemlerinin hellinde determinizmi esas goturur Yunan filosoflari hesab edirdiler ki materiya varliq ezeli olub ebedidir Kainat kosmos ilahi yaratmanin mehsulu deyildir Meselen Platonun felsefi telimine gore kainatda xaos hokm surduyu bir vaxtda usta tanri Demiurq Demiourgos ideyalara esaslanaraq movcud olan ve hec bir sey ve adla tesvir edilmesi mumkun olmayan ilk maddeye tesir etmekle seyler dunyasini yaratmisdi Yeni Platonun tanrisi dunyani yoxdan deyil materiyadan xelq etmisdi Bele tanri tesevvuru muselmanlarin her seye qadir varliq alemini o cumleden materiyani yoxdan yaratmis mutleq Allah ideyasindan ferqlenirdi ki bu da felsefe ile din arasinda ziddiyyet yaratmisdi Farabinin sudur telimi yaradilma meselesinde islam ve yunan felsefesi arasindaki ziddiyyeti aradan qaldirmaga xidmet etmeli idi Bu telime gore varliq alemi her bir seyde tek olan Allahdan axma yolu ile iyerarxik bil meratib sekilde meydana cixir Varliq iyerarxiyasinin en ust mertebesinde Ilk Sebeb es sebeb el evvel ve ya Zeruri Varliq vacib el vucud Allah dayanir Farabiye gore bu varliq hec neye oxsamir cisim deyildir formasi ve yaratma meqsedi yoxdur ondan toreyen diger varliqlar mumkun varliqlar onun substansiyasini eks etdirmir onun eksi ve ziddi yoxdur o tekdir Farabinin tek tanri si zati etibarile gozellikdir agildir derk edendir aqildir derk edilendir me quldur Demeli Farabi teliminde Allah dedikde yunan filosoflarinin tanrilarindan ferqli olaraq mutleq ve ali varliq nezerde tutulur Varliq iyerarxiyasinin ikinci pillesinde Farabinin agillar adlandirdigi mucerred varliqlar qerar tapmisdir Bu varliqlar Ilk Sebebden cixsa da onun ozu deyildir Sonraki pillede feal agil yerlesmisdir Iyerarxiyanin sonraki pillelerinde nefs ve materiya heyula vardir Sudur telimine gore mumkun varliqlar Zeruri Varliqdan toremisdir Ilk ve Zeruri Varliq ebedidir odur ki diger varliqlar da ondan torediyi ucun daimidir Bu varliqlar dagilib parcalansa da yox olmur baslangica Zeruri Varliga qayidir Aristotel kimi Farabi de materiyanin ezeli oldugunu bildirmis bunu Allahin ezeli substansiyasi ile elaqelendirmisdi Sudur telimine gore mumkun varliqlar o cumleden materiya ezeli olan Zeruri Varliqdan cixmisdir demeli bir substansiyadan emanasiya bas vermisdir Farabi iddia edirdi ki mumkun varliqlar o bunlari ikinciler sevani adlandirirdi zat etibarile Zeruri Varliq kimidir Birinciden el evvel ikincilerin sevani varligi meydana cixir Yeni ikinciler tekraren meydana cixir Onlar ne 107 butovlukde mucerred covher ne de maddedirler Duzdur Farabi tovhid Allahin vehdaniyyeti telimine zidd dusmesin deye emanasiya prosesini tesvir ederken Zeruri Varliqla kainat varliq alemi arasinda agillari yerlesdirir mumkun varliqlarin Zeruri Varliqla eyni olmadigini izah etmeye calisir O bunu ederken sebebiyyet anlayisina toxunur Sebebiyyet haqqinda danisarken Farabi Zeruri Varligi mutleq kamil olaraq seciyyelendirir varliqlari uc evvel orta ve axir kateqoriyalarda tesnif edir Evvel orta ve axirda tezahur eden varliqlar melumdur Axirda gelenin evvelinde sebeb olsa da axirinda sebeb yoxdur Ortada gelenin evveli ve axirinda sebebler vardir Evvel sonrakilarin sebebi olsa da evvelinde sebeb yoxdur Farabi bildirirdi ki sonrakilara sebeb oldugundan birinci el evvel noqsanlardan uzaqdir Her seyde catismazliq oldugu halda O butun noqsanlardan xalidir Birinci noqsansizdir Demeli mukemmeldir butun varliqlarin fovqundedir Onun varligindan daha kamil varliq yoxdur Hec bir varliq Onun varliginin fovqunde dayanmir Kamil varliq varliqlar silsilesinin en ali noqsandan uzaq varligidir Melum olur ki Farabiye gore ikincilerin varligi birincinin varligindan asilidir onun qeder mukemmel deyildir Demeli birinci ve ikincilerin qeyri cismani mucerred olmagi onlarin eyniyyetinden xeber vermir Bundan elave Farabi birinci varligi ikinci varliqlardan ferqlendirmek ucun onlari zeruri ve mumkun novlere ayirir Eger birinci varligin movcud olmagi zeruridirse ikincilerinki mumkundur Sudur teliminin konseptual esaslarini isleyib hazirlayan Farabi yunan filosoflarinin xususen yeniplatonculuq mektebinin banisi Plotinden 205 270 tesirlenmisdi Amma Plotinin telimindeki baslangic Bir Farabinin el Evvel inden ferqlenir Yuxarida gostermisdik ki Farabi teliminde el Evvel muxtelif substantiv keyfiyyetleri olan anlayisdir Plotinin Bir mefhumu ise yaxsiliq keyfiyyetinden basqa diger substantiv xususiyyetlere malik deyildir Sudurun Islam telimi ile uygunlasdirilmasi Sudur telimi bezi cehetleri ile islam dininin qudretli Allah tesevvuru ile ziddiyyet emele getirirdi Evvela sudur islamin yoxdan yaradilma ilahi kreasionizm anlayisi ile ust uste dusmurdu Cunki sudur yaradilma deyil el Evvel e aid substansiyanin yayilmasi dir ve ya Tek Olandan yeni varliqlarin emanasiya yolu ile cixmasi dir Hemcinin islam noqteyi nezerine gore yaradilmanin neceliyini agil izah ede bilmez irrasional qeybi etiqad meselelerinin rasional serhine cehd gosterenler Quranda tenbeh olunmusdur Bax Quran III 7 Sudur teliminin Birden bir cixir muddeasi qudretli ve her seye qadir Allah tesevvurune meydan oxuyurdu Turkiyeli tedqiqatci Mustafa Ildirim yazir Geldiyimiz qenaet budur ki bu muddea bezi suallar dogurur Cunki Allaha ve ya Bir e coxluq aid etmekden yayinmaq ucun bu usula el atmaq Allahin qudreti elmi ve iradesini mehdudlasdirmaqdan basqa bir sey deyildir Bu da oz novbesinde Allahin enenevi tesvirine ziddir Eger Allah ve ya Bir tekce ilk agli zuhur etdirirse ve diger varliqlarin meydana gelmesinde rol oynamirsa onda her bir varliq ozluyunde allah sayilir Yox eger Allah hemise her seye mudaxile edirse onda Birden bir cixir ideyasi puc olur Enenevi islam noqteyi nezeri ile ekslik teskil eden meselelerden biri de sudur telimine gore kainatin Allahdan Onun iradesi olmadan cixmasi dir Bu telimde deyilir ki kainat el Evvel den Ilkden Allahdan tebii sekilde cixib Yeni burada Allahin iradesi nezere alinmayib Askar olan budur ki sudur teliminde yaradilmanin nece bas verdiyi oz izahini tapmayib Farabi sudur telimini butun imkanlari ile isbatlamaga cehd gosterse de Aristotel felsefesinin tanri tesevvuru Muselman dunyasinda etiraz dogurmusdu Bu etiraz gosterir ki Farabinin dinle felsefeni bir birine uygunlasdirmaq ucun yaratdigi sudur telimi muveffeqiyyet qazanmamisdi Peygemberlik haqqinda Farabinin islamla yunan felsefesini barisdirmaq ucun istinad etdiyi esaslardan biri de peygemberlik konsepsiyasi idi Bu konsepsiyaya gore peygemberlik fovqeltebii hadise deyildir Peygemberliyi rasional sekilde izah etmek ucun Farabi agillar nezeriyyesini isleyib hazirlamisdi O iddia edirdi ki varliq iyerarxiyasinda el Evvel den sonra agillar alemi dayanmisdir Bu agillarin sayi ondur Iyerarxik olaraq on agildan sonra feal agil gelir Sonraki uc pillede ise nefs forma ve materiya vardir Filosofun iyerarxiya cedvelinde bizi maraqlandiran sey feal agil dir Agillar nezeriyyesinde bir muddea olaraq nezerden kecirilen feal agil Farabinin kosmoqoniya teliminde muhum rol oynamaqla yanasi hem de felsefi bilik ve vehyin menbeyi hesab olunur Feal agil i felsefi bilik ve vehyin menbeyi hesab eden filosof peygemberlik fenomenini rasional sekilde izah ederken dusunme bilikleri kesb ve xosbextlik anlayislarini feal agil la elaqelendirir Bu o demekdir ki sade bilikler meydana cixaran ibtidai esya ve hadiseleri me qulat derk etmek feal agil vasitesile xosbextliyi temin edirse onda feal agil hem de Allahla insan arasinda vasiteci rolunu oynaya biler Allah mehz feal agil vasitesile insana heqiqet haqqinda bilikleri vehyi endirir Farabinin sudur telimine gore el Evvel den feal agil a intiqal eden sey feal agil dan insana axan seyin ozudur Filosof iddia edirdi ki insanla feal agil arasinda rabite iki pillede bas verir passiv agil el eql el munfeil ve qazanilan agil el eql el mustefad Bu pilleler kecildikden sonra insanla feal agil arasinda birbasa elaqe yaranir ve o vehy alir Farabi feal agil a nece yetismek haqqinda danisdiqdan sonra bildirir ki insan bu merheleleri asdiqdan sonra feal agil a yetisdikde ya filosof ya da peygember olur Insanin nitq qabiliyyetinin nezeri ve emeli tereflerinde texeyyulunde feal agil meydana cixdiqda ona vehy gelmeye baslayir Belelikle Allahdan dasib axan vehy feal agil a oradan da passiv agil eleql el munfeil ve qazanilan agil el eql el mustefad vasitesile texeyyul prosesine qarisir Bu da oz novbesinde insani ya filosofa ya da mutefekkire cevirir Demeli peygember texeyyulle feal agla yetismis insandir Peygemberlerden ferqli olaraq filosoflar texeyyulle deyil dusunmekle feal agil a yetisirler peygemberler ve filosoflar feal agil la elaqe yaratmis ustun insanlardir Aralarindaki ferq birincilerin buna texeyyulle ikincilerin dusunmekle yetismelerindedir Demeli aralarinda keskin ferq yoxdur Farabi deyirdi ki filosoflarin feal agil la elaqe qurmasi herterefli arasdirma ve derinden dusunmenin neticesinde mumkundur Bu vaxt ruh ilahi nur alir Peygemberler ise hem royada hem de ayiq iken derin intuisiya ve ilhama esaslanan texeyyul bacarigina sahibdirler Heqiqet haqqinda Tek heqiqete muxtelif yollarla catan filosof ve peygemberlerin eqli ve vehyi bilikleri eyni menbeden oyrendiklerini iddia eden Farabi heqiqeti dini ve felsefi deye iki yere ayirmamis bunu islamla yunan felsefesinin ortaq xususiyyeti olaraq teqdim etmisdi Buna baxmayaraq Farabinin felsefi teliminde peygember filosofdan ustun hesab edilmir Bu iddia Farabinin peygemberlikle elaqeli muzakireye aciq fikirlerine esasen ireli surulur Farabinin Peygemberler texeyyulle filosoflar dusunmekle feal agil a yetisirler ideyasini misal getiren tenqidciler Tefekkur texeyyulden ali idrak formasidir qaydasindan cixis etmekle bu iddiani isbatlamaga cehd gosterirler Bele ki dusunmek her hansi esya ve hadiseni realliqda oldugu kimi nefs de canlandirmaqdirsa texeyyul oxsar esya ve hadiselerin xeyallarin inikasidir Ele ise filosoflarin dusunme si peygemberlerin texeyyul unden demeli filosoflar peygemberlerden ustundurler Onu da qeyd edek ki Farabi hec bir eserinde bu iddiani aciq sekilde ireli surmeyib eksine bildirib ki peygemberler filosoflardan ferqli olaraq iki eqli qabiliyyete mustefad ve feal dusunme bacarigina sahibdirler Butun bunlar eks arqumentler olsa da tutarli cavab rolunu oynaya bilmir Farabi qetiyyetle subut etmeye calisirdi ki filosof ve ya peygember olmaq xosbextliyi temin edecekdir Bu iddia ehkamcilarda naraziliq dogurmusdu Onlar imanin evezedilmezliyi vehy menseli biliklerin dasiyicisi sayilan peygemberlerin mesumlugu bu meziyyet sayesinde ilahi biliklerin oldugu kimi insanlara catdirilmasi filosoflarin ise bu cur imtiyazlara sahib olmamagi insan zekasinin mehdud imkanlari butun bu meseleleri esas gostermekle Farabinin peygemberlik institutunu laxladacaq ideyalarini redd etdiler XII esrin ilahiyyatcisi Ebu Hamid el Qezali Her seyi hell etmek ve butun nov bilikleri basa dusmek agil sayesinde mumkundur Agilin derk etmediyi seyleri oyrenmek peygemberliyin isidir Agilin vezifesi bize bu barede bilik vermek peygemberliyi isbatlamaq ucun subutlar getirmek derketmede peygemberlikle eyni olmadigini etiraf etmekdir O bizi elimizden tutaraq peygemberliye teslim edir Agilin serhedi bura qederdir demekle Farabinin agilin avtoritetliyi ideyasini tenqid etmisdi Bununla yanasi Qezali Farabinin peygemberliye dair rasional goruslerini redd ederek yazirdi Peygemberlik aglin fovqunde dayanan onun qavraya bilmediyi seyleri derk eden goz e oxsayir Qulaq rengleri goz sesleri qavramadigi kimi fovqelade hallari da agil derk ede bilmir Insanlarin cesidleri haqqinda Dinle felsefeni bir birine uygunlasdirmaq ucun Farabi insanlari iki qrupda tesnif etmisdi secilmisler xevas ve kutleler evam Bu tesnif ilk baxisdan ziddiyyetli gorunen meselelerin eslinde bir birine eks olmadigini isbatlamaq ucun zeruri idi Yuxaridaki tesnifin menasi budur ki insanlarin boyuk hissesinin heqiqeti derk etmesi ucun din iman getirmek kifayet edir Secilmislere ise esaslandirilmis murekkeb rasional bilikler lazimdir Farabiye gore insanlar dusunme qabiliyyetine gore bir birinden ferqlenir Bu sebebden biliyi catdirmaq iki yolla bas verir ya qenaetbexs ve tutarli delillerle ya da inandirmaqla eger varliqlara dair bilikleri cem edib agilla qavrayib qeti delillerle subut edirikse bu bilikleri ehtiva eden elm felsefe adlanir Yox eger mahiyyete dair bilikler mahiyyete oxsar olani xeyal etmekle kesb olunub inandirmaq yolu ile tesdiqlenirse kecmisdekiler bele bilikleri ehtiva edeni din adlandirmislar Yuxaridaki teriflerden gorunduyu kimi Farabi dinle felsefenin uygunlugunun mumkunluyu ideyasini ireli surmus ve bildirmisdir ki onlar movzu ve meqsed baximindan oxsardir Varliqlarin ilk sebebini oyrenmek din ve felsefenin movzusunu emele getirir Xosbextliyi tapmaq ise onlarin ortaq meqsedidir Lakin felsefe tefekkur ve subuta din ise inama esaslanir Indiyedek qeyd etdiklerimizin xulasesi bundan ibaretdir ki Farabi din felsefe problemini sudur telimi peygemberlik konsepsiyasi secilmisler ve kutleler ideyasi esasinda hell etmeye cehd gostermisdir Ilk isi Platon idealizmi Aristotel materializmi ve yeniplatonculuq telimini bir birine uygunlasdirmaq olan Farabi meqsed ve mezmun baximindan felsefeni dinle barisdirmaq isteyirdi O filosoflarin eyni movzular etrafinda fikir ayriligina dusduyunu gorse de onlarin baslica meselelerde bir movqeden cixis etdiklerini iddia etmisdi Gorunur bununla Farabi din felsefe problemini hell etmek ucun vahid felsefi telim yaratmaq istemisdir Felsefe ve dinin oxsar movzu ve meqsedlerinin oldugunu deyen filosof gosterirdi ki her iki sahenin movzusu varliqlari oyrenmek meqsedi ise xosbextliyi tapmaqdir Kindi kimi Farabi de din ve felsefeni tek heqiqetin muxtelif ifade formalari hesab etmisdir Yeri gelmisken qeyd edek ki Farabi dinle felsefeni islama zidd meseleler sudur telimi Allahla insan arasinda rasional varliqlarin olmagi iddiasi peygemberlik ve vehyin rasional tesviri felsefi bilikler esas goturmekle vehyi biliklere serh vermek Bir den birin cixmasi Birinci ile ikincilerin irade ve agil elaqesi qiyamet gunu cismen deyil ruhen dirilme materiyanin emanasiya sebebi ile ezeli olmagi el Evvel in cuzileri deyil kullu bilmeyi ve sair esasinda barisdirmag a cehd gosterdiyi ucun ehkamcilarin sert tenqidine meruz qalmisdi MenbeMemmedov E N Orta esr Islam fikrinde din ve felsefe AMEA Z Bunyadov adina Serqsunasliq institutu Baki Idrak 2019 s 103 114 Esas eserleri Ara ehl el Medinet el fadile Feziletli seher ehlinin baxislari Risale fil eql Zekaya dair risale Kitab el huruf Herfler haqqinda kitab Kitab ihsa el ulum Elmlerin siyahiya alinmasina dair Kitab el musiqi el kebr Fi ma yenbegi en yuqeddime qeble teellum el felsefe Felsefeni oyrenmekden evvel neyin muqeddime verilmesi haqqinda Tehsil es seade Xosbextlik qazanma EdebiyyatEbunesr Farabi Meselelerin mahiyyeti Ereb dilinden tercume eden Zakir Memmedov Serq felsefesi IX XII esrler Baki 1999IstinadlarBadawi A R Histoire de la philosophie en Islam fr Etudes de Philosophie MedievaleParis Librairie philosophique J Vrin 1972 Vol 60 P 484 886 s ISSN 0249 7921 al Farabi Encyclopaedia Britannica ing الفارابي unspecified title ereb red ع ب مخلوف ter not translated to ar دار النشر سوي 2007 S 9 239 s ISBN 978 2 02 048161 8 Badawi A R Histoire de la philosophie en Islam fr Etudes de Philosophie MedievaleParis Librairie philosophique J Vrin 1972 Vol 60 P 478 886 s ISSN 0249 7921 Badawi A R Histoire de la philosophie en Islam fr Etudes de Philosophie MedievaleParis Librairie philosophique J Vrin 1972 Vol 60 P 481 886 s ISSN 0249 7921 Gutas Dimitri http www iranicaonline org articles farabi i 2015 12 08 at the Wayback Machine Zakir Memmedov Behmenyarin felsefesi Baki 1983 seh 33 Bulac Ali Islam dusuncesinde din felsefe vahiyakil iliskisi Istanbul Iz Yayincilik 2003 s 124 125 Taylan Necip Anahatlariyla islam felsefesi Istanbul Ensar 2000 s 169 Aydin Huseyin Yaratilis ve Gayelik Ankara Diyanet Isleri Baskanligi Yayinlari 1996 271 s 28 Yildirim Mustafa Plotinus ve Farabide sudur Felsefe dunyasi dergisi 1994 11 s 48 Huseyin Muhammed Yusuf Varliklarin prensipleri Farabinin sudur doktrininde temel prensip Gurbuz Denizin tercumesi ile Felsefe dunyasi 2001 33 s 92 93 أبو نصر الفرابي آراء أهل المدينة الفاضلة و مضاداتها تعليق علي بو ملحم بيروت دار و مكتبة الهالل 1995 Taylan Necip Anahatlariyla islam felsefesi Istanbul Ensar 2000 s 179 Ahmedov E Arabo musulmanskaya filosofiya srednevekovya Baku Maarif 1980 66 s 28 أبو نصر الفرابي آراء أهل المدينة الفاضلة و مضاداتها تعليق علي بو ملحم بيروت دار و مكتبة الهالل 1995 s 52 Huseyin Muhammed Yusuf Varliklarin prensipleri Farabinin sudur doktrininde temel prensip Gurbuz Denizin tercumesi ile Felsefe dunyasi 2001 33 s 98 أبو نصر الفرابي آراء أهل المدينة الفاضلة و مضاداتها تعليق علي بو ملحم بيروت دار و مكتبة الهالل 1995 s 25 Yildirim Mustafa Plotinus ve Farabide sudur Felsefe dunyasi dergisi 1994 11 s 50 Yildirim Mustafa Plotinus ve Farabide sudur Felsefe dunyasi dergisi 1994 11 s 50 51 Bulac Ali Islam dusuncesinde din felsefe vahiyakil iliskisi Istanbul Iz Yayincilik 2003 s 128 129 Sarikavak Kazim Ibn Teymiyyeye gore felsefe ve filozoflar Felsefe dunyasi 1997 24 s 102 103 Taylan Necip Islam dusuncesinde din felsefeleri Istanbul Irfan yayinlari 1997 s 139 Taylan Necip Islam dusuncesinde din felsefeleri Istanbul Irfan yayinlari 1997 s 142 143 Bulac Ali Islam dusuncesinde din felsefe vahiyakil iliskisi Istanbul Iz Yayincilik 2003 s 127 بن الطفيل حي بن يقظان بدون محل و تاريخ االصدار olu kecid Taylan Necip Islam dusuncesinde din felsefeleri Istanbul Irfan yayinlari 1997 s 149 150 El Gazzali Dalaletten hidayete Ahmet Subhi Furatin tercumesi ile Istanbul Samil 1978 s 41 83 El Gazzali Dalaletten hidayete Ahmet Subhi Furatin tercumesi ile Istanbul Samil 1978 s 89 أبو نصر الفرابي كتاب تحصيل السعادة تقديم و تبويب و شرح الدكتور علي بو ملحم بيروت دار و مكتبة الهالل 1995 s 89