S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı (ukr. Львівський Національний академічний театр опери та балету імені Соломії Крушельницької) və yaxud Lvov Operası (ukr. Львівська оперa — Ukraynanın qərbində ən böyük şəhəri və həm Polşa, həm də Ukraynanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Lvovda yerləşən opera teatrı. Əvvəlcə su altında qalmış Poltva çayının keçmiş bataqlığında tikilmiş Lvov Operası indi Azadlıq prospektində, Lvovun tarixi hissəsində ağaclarla bəzədilmiş mərkəzində şəhərin Halıç rayonunda yerləşən binada məskunlaşıb. Opera binası YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısı daxildir.
S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı | |
---|---|
ukr. Львівський Національний академічний театр опери та балету імені Соломії Крушельницької | |
Ümumi məlumatlar | |
Əvvəlki adları | Lvov Operası Böyük Teatr İvan Franko adına Lvov Dövlət Akademik Opera və Balet Teatrı |
Teatrın tipi | Musiqili |
Əsası qoyulub | 1897 |
Teatr binası | |
Memarlıq üslubu | Neointibah memarlığı, Memarlıqda eklektizm |
Açılıb | 1900 |
Tutumu | 1100 |
Heyət | |
Direktor | Tadey Eder |
Baş dirijor | Mixail Dutçak |
Baş xormeyster | Vasiliy Koval |
Yerləşməsi | |
Ölkə | |
Yerləşir | Lvov |
Ünvan | Ukrayna, Lvov şəhəri, Azadlıq prospekti, ev 28 |
| |
opera.lviv.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Teatrın foyesindəki yazıya görə, bina 1897-1900-cü illər arasında tikilib. Bir neçə dəfə əsaslı təmir edilərək tarixi görkəmini saxlayıb. Əvvəlcə Lvov Avstriya-Macarıstan imperiyasının Qalisiya muxtar vilayətinin paytaxtı olarkən tikilmiş Lvov Operası əvvəlcə Hersoq Karl Lüdviq prospektinin sonunda yerləşirdi. Sonralar şəhər Polşaya daxil edildikdən sonra Böyük Teatr adlanıb. SSRİ dövründə teatr İvan Franko Lvov Dövlət Akademik Opera və Balet Teatrı kimi adlanırdı. Teatr 1956-cı ildə anadan olmasının yüzilliyində şəhərin məşhur şairi və siyasi fəalı İvan Frankonun şərəfinə adlandırılmışdı. 2000-ci ildə Lvov Operası, bu dəfə şəhərin tanınmış sakinlərindən biri, XX əsrin əvvəllərində tanınmış soprano Solomiya Kruşelnitskanın adı ilə adlandırılıb.
Tarixi
Şəhər teatrı üçün ayrıca binaya ehtiyac XIX əsrin sonlarında xüsusilə nəzərə çarpdı. O dövrdə Lvov rəsmi olaraq Lemberq adlanan Avstriya-Macarıstanın bir hissəsi idi və ayrıca böyük bir Avstriya əyalətinin - Qalisiya və Lodomeriya Krallığının paytaxtı idi.
1895-ci ildə müsabiqə elan edildi və bu müsabiqədə Lvov Ali İncəsənət və Sənaye Məktəbinin direktoru Z.Qorqolevskinin layihəsi qalib gəldi. O, yeni teatrın yeri ilə bağlı cəsarətli qərar təklif etdi. O vaxta qədər şəhərin mərkəzi sıx şəkildə qurulduğundan, layihə Poltva şəhər çayının bərk beton tonozlarla bağlanmasını nəzərdə tuturdu. Z.Qorqolevski bütün torpaq və tikinti işlərinə nəzarət edirdi. Əsas yük mühəndis İ.Levinskinin Lvov firmasının üzərinə düşürdü. Tikinti 1897-ci ilin iyununda başladı və təxminən üç il davam etdi.
Teatr klassik ənənədə, İntibah və Barokko memarlıq üslublarının elementlərindən istifadə edilməklə, Vyana psevdo-intibahı adlanan ruhda tikilib. Teatr P.Voytoviç, Y.Markovski, A.Popel, E.Peç, T.Baronç kimi heykəltəraşların və T.Popel, M.Gerasimoviç, T.Rıbkovski, Z.Rozvadovski, S.Dembitski, S.Reyhan kimi rəssamların əsərləri ilə bəzədilib.
Böyük Şəhər Teatrı (1939-cu ilə qədər Opera Teatrının adı belə idi) 4 oktyabr 1900-cü ildə açıldı. Təntənəli açılışda yazıçı Henrik Senkeviç, bəstəkar İqnatsi Yan Paderevski iştirak edib. Həmin axşam teatrda V.Jelenskinin Karpat Verxovynasının sakinlərinin həyatından bəhs edən “Janek” dramatik operasının tamaşası nümayiş etdirildi.
1934-cü ildə teatr iqtisadi böhran səbəbindən bağlandı. 1939-cu ildə burada Qərbi Ukraynanın xalq yığıncaqları keçirildi ki, onlar Qalisiya və Volıniyanın Ukrayna SSR-ə qoşulmasını dəstəklədilər. Teatr 1939-cu ildə yenidən açıldı və Lvov Dövlət Opera Teatrı adlandırıldı. 1940-1941-ci illərdə Lvov operası təcili olaraq ukraynalaşdırıldı, polyak dili istifadədən çıxdı.
1944-cü ildə, iyulun 22-də Lvov Opera Teatrı olmaya bilərdi. Lvov uğrunda şiddətli döyüşlərdə almanlar Lvov Opera Evinin binasını minalamaq və partlatmaq qərarına gəldilər. Bu məlumat Ural Könüllü Tank Korpusunun komandanlığına çatdı. Mühafizəçilərin komandanlığı altında pulemyotçu dəstələri olan iki tank texniki-leytenant N.Antoninovun əmri ilə teatra girib düşmənin dəhşətli planını həyata keçirməsinə mane olmaq üçün hərəkətə keçdi. Binanı 10-12 faşist qoruyurdu, onlar məhv edildi. N.Antoninovun ekipajı mühafizəni güllələyib, teatra birinci daxil oldu. Bununla da teatr binası xilas edildi. Bu şücaətin digər iştirakçıları sıravi Nikolay Zalunin, serjant İvan Boxan, baş serjant Karayev, kapral Xadoyan, sıravi Vsevolod Kozorez və başqaları idi.
Teatr 1956-cı ildə İvan Franko adını aldı. 1966-cı ildə isə teatr akademik oldu. Lvov Opera və Balet Teatrı 1970-ci illərin sonunda təmir üçün bağlandı. Yalnız 1984-cü ildə yenidən tamaşaçıların üzünə açıldı. 1996-cı ildə Mərkəzi və Şərqi Avropa ölkələrinin prezidentlərinin görüşlərindən biri də burada olub.
2000-ci ildə teatr 100 illik yubileyini qeyd etdi və teatra məşhur opera müğənnisi Solomiya Kruşelnitskanın adının verilməsi qərara alındı.
2005-ci il oktyabrın 5-də teatrın güzgü zalında işçilər qarşısında Ukrayna Prezidenti Viktor Yuşşenko bütün kollektivin xidmətlərini, solistlərin yüksək ifa səviyyəsini qeyd etdi və teatra Milli statusunun verilməsi haqqında fərmanını açıqladı.
2008-ci ildə teatr "Opera Europa" assosiasiyasına üzv oldu.
Konsert zalı
Auditoriya lira formasında tikilib. Parter, 3 eyvan və 44 kiçik lojadan ibarətdir. Zalın ümumi şəkildə 1100 tamaşaçı qəbul edə bilir. Zal qızılı ilə ağ rəngə boyanıb. Balkonların bəzəyində əsas vurğu atlantların, koratidlərin, ilahələrin, dahilərin fiqurları, həmçinin gipsdən tökülmüş hermlərdir. Zalın tavanı təmtəraqla bəzədilib. Mərkəzdə Z.Qorqolevskinin layihəsi üzrə hazırlanmış gözəl tunc çilçıraqlı dairəvi plafond var. Çiçəklər və yarpaqların çələngləri şəklində zərli qəlibləmə tavanın dairəsini on seqmentə bölür. Burada alleqorik qadın fiqurları olan rəsmlər var.
1900-cü ildən bəri stulların tünd qırmızı rəngi ənənəvi olaraq qorunub saxlanılır. Zalın ümumi mənzərəsini Henrik Semiradskinin yaratdığı “Parnas” dekorativ pərdəsi tamamlayır. Rəssam onun üzərində həyatının son illərində Romada işləmişdir. Məlum olub ki, müştərilərin sənətçiyə əsərin pulunu verməyə pulu çatmayıb. Semiradski bir neçə il üzərində işlədiyi nadir kətanını teatra təqdim edib. Semiradskinin özünün eskizi əsasında italyan ustası Retrossi tərəfindən hazırlanmış gözəl haşiyə ilə haşiyələnmiş ön pərdə ilk dəfə 1901-ci il yanvarın 13-də auditoriyanın qarşısında göstərilib. Semiradski teatrın açılışından bir il sonra vəfat etdi və onun pərdəsi hələ də teatrı bəzəyir. Bu tip pərdələr-şəkillər yalnız La Skalada, eləcə də Krakov və Lvov operalarında var. Tamaşaçılar qarşısında pərdə yalnız xüsusi hallarda, məsələn, premyeralarda endirilir.
Kollektiv
Lvov Opera və Balet Teatrı bir sıra qruplardan ibarətdir:
- simfonik orkestr - 90-a yaxın musiqiçi;
- opera solistləri - 40-dan çox vokalçı;
- xor - 60-a yaxın artist;
- balet truppası - 60-a yaxın artist.
- Teatrın repertuarında 40-dan çox opera və balet var.
Görkəmli əməkdaşları
- Altenberg Maryan - Lvov Opera Teatrının dirijoru (1939-1941). Varşavada alman işğalçıları tərəfindən edam edilib.
- Qolinski Mixail Teodoroviç (1890-1973), opera müğənnisi.
- Qreçnyev Yakov - 1947-1960-cı illərdə rejissor və baş rejissor.
- Demçişin, Rostislav Petroviç - Lvov Operasının dirijoru.
- Nevyadomski Stanislav - Polşa bəstəkarı.
- Stalinski Oleq Nikolayeviç - Ukraynanın əməkdar artisti, teatrın aparıcı solisti.
- Çernenkaya, Mariya Yaroslavovna - Ukraynanın əməkdar artisti, teatrın priması.
- Lidiya Uluxanov - 1930-1940-cı illərdə teatrın solisti
Qalereya
- Komediya ilahəsi — Taliya
- Tragediya ilahəsi — Melpomena
- Rəsmi himnlər ilahəsi — Poliqimniya
- Sevgi mahnıları ilahəsi — Erato
- Vestibül
- Vestibül (tavan)
- Tamaşaçı zalı
- Foye
İstinadlar
- European Theatre Architecture (ing.). Arts and Theatre Institute.
- The Lviv Theatre of Opera and Ballet official website. History: facts History of the building of the theatre 2007-09-29 at the Wayback Machine
- Philipp Ther. Center Stage: Operatic Culture and Nation Building in Nineteenth-Century Central Europe. . 2014. p. 104.
- Victor Hugo Lane. State culture and national identity in a multi-ethnic context: Lemberg 1772-1914. . 1999. p. 241.
- Jakub Lewiński. Między tradycją, a nowoczesnością; Architektura Lwowa lat 1893-1918. Neriton. 2005. p. 145.
- Markian Prokopovych. Habsburg Lemberg: architecture, public space, and politics in the Galician capital, 1772-1914. Purdue University Press. 2009. p. 177
- Fryderyk Papée. Lwów nowoczesny - Okres samorządowy // Historia miasta Lwowa w zarysie (Concise history of the city of Lwów) (polyak). Lwów-Warsaw: Książnica Polska. 1924. 2019-12-30 tarixində . İstifadə tarixi: 2023-04-11.
- "С Верой по жизни". 2016-03-04 tarixində . İstifadə tarixi: 2015-08-19.
- The Lviv Theatre of Opera and Ballet, Lviv Best Portal The Lviv Theatre of Opera and Ballet architectural description 2010-06-30 at the Wayback Machine
Xarici keçidlər
- Сайт Львовской оперы
- Оперный театр во Львове. Панорама 3D
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
S A Kruselnitskaya adina Lvov Milli Akademik Opera ve Balet Teatri ukr Lvivskij Nacionalnij akademichnij teatr operi ta baletu imeni Solomiyi Krushelnickoyi ve yaxud Lvov Operasi ukr Lvivska opera Ukraynanin qerbinde en boyuk seheri ve hem Polsa hem de Ukraynanin tarixi medeniyyet merkezlerinden biri olan Lvovda yerlesen opera teatri Evvelce su altinda qalmis Poltva cayinin kecmis bataqliginda tikilmis Lvov Operasi indi Azadliq prospektinde Lvovun tarixi hissesinde agaclarla bezedilmis merkezinde seherin Halic rayonunda yerlesen binada meskunlasib Opera binasi YUNESKO nun Dunya Medeniyyet Miraslari siyahisi daxildir S A Kruselnitskaya adina Lvov Milli Akademik Opera ve Balet Teatriukr Lvivskij Nacionalnij akademichnij teatr operi ta baletu imeni Solomiyi KrushelnickoyiUmumi melumatlarEvvelki adlari Lvov Operasi Boyuk Teatr Ivan Franko adina Lvov Dovlet Akademik Opera ve Balet TeatriTeatrin tipi MusiqiliEsasi qoyulub 1897Teatr binasiMemarliq uslubu Neointibah memarligi Memarliqda eklektizmAcilib 1900Tutumu 1100HeyetDirektor Tadey EderBas dirijor Mixail DutcakBas xormeyster Vasiliy KovalYerlesmesi49 50 38 sm e 24 01 34 s u Olke Ukrayna SSRI Ucuncu Reyx Polsa Respublikasi Qerbi Ukrayna Xalq Respublikasi Avstriya MacaristanYerlesir LvovUnvan Ukrayna Lvov seheri Azadliq prospekti ev 28S A Kruselnitskaya adina Lvov Milli Akademik Opera ve Balet Teatriopera lviv ua Vikianbarda elaqeli mediafayllar Teatrin foyesindeki yaziya gore bina 1897 1900 cu iller arasinda tikilib Bir nece defe esasli temir edilerek tarixi gorkemini saxlayib Evvelce Lvov Avstriya Macaristan imperiyasinin Qalisiya muxtar vilayetinin paytaxti olarken tikilmis Lvov Operasi evvelce Hersoq Karl Ludviq prospektinin sonunda yerlesirdi Sonralar seher Polsaya daxil edildikden sonra Boyuk Teatr adlanib SSRI dovrunde teatr Ivan Franko Lvov Dovlet Akademik Opera ve Balet Teatri kimi adlanirdi Teatr 1956 ci ilde anadan olmasinin yuzilliyinde seherin meshur sairi ve siyasi feali Ivan Frankonun serefine adlandirilmisdi 2000 ci ilde Lvov Operasi bu defe seherin taninmis sakinlerinden biri XX esrin evvellerinde taninmis soprano Solomiya Kruselnitskanin adi ile adlandirilib TarixiLvov Opera ve Balet Teatri binasi axsam vaxti Seher teatri ucun ayrica binaya ehtiyac XIX esrin sonlarinda xususile nezere carpdi O dovrde Lvov resmi olaraq Lemberq adlanan Avstriya Macaristanin bir hissesi idi ve ayrica boyuk bir Avstriya eyaletinin Qalisiya ve Lodomeriya Kralliginin paytaxti idi 1895 ci ilde musabiqe elan edildi ve bu musabiqede Lvov Ali Incesenet ve Senaye Mektebinin direktoru Z Qorqolevskinin layihesi qalib geldi O yeni teatrin yeri ile bagli cesaretli qerar teklif etdi O vaxta qeder seherin merkezi six sekilde quruldugundan layihe Poltva seher cayinin berk beton tonozlarla baglanmasini nezerde tuturdu Z Qorqolevski butun torpaq ve tikinti islerine nezaret edirdi Esas yuk muhendis I Levinskinin Lvov firmasinin uzerine dusurdu Tikinti 1897 ci ilin iyununda basladi ve texminen uc il davam etdi Teatr klassik enenede Intibah ve Barokko memarliq uslublarinin elementlerinden istifade edilmekle Vyana psevdo intibahi adlanan ruhda tikilib Teatr P Voytovic Y Markovski A Popel E Pec T Baronc kimi heykelteraslarin ve T Popel M Gerasimovic T Ribkovski Z Rozvadovski S Dembitski S Reyhan kimi ressamlarin eserleri ile bezedilib Boyuk Seher Teatri 1939 cu ile qeder Opera Teatrinin adi bele idi 4 oktyabr 1900 cu ilde acildi Tenteneli acilisda yazici Henrik Senkevic bestekar Iqnatsi Yan Paderevski istirak edib Hemin axsam teatrda V Jelenskinin Karpat Verxovynasinin sakinlerinin heyatindan behs eden Janek dramatik operasinin tamasasi numayis etdirildi 1934 cu ilde teatr iqtisadi bohran sebebinden baglandi 1939 cu ilde burada Qerbi Ukraynanin xalq yigincaqlari kecirildi ki onlar Qalisiya ve Voliniyanin Ukrayna SSR e qosulmasini desteklediler Teatr 1939 cu ilde yeniden acildi ve Lvov Dovlet Opera Teatri adlandirildi 1940 1941 ci illerde Lvov operasi tecili olaraq ukraynalasdirildi polyak dili istifadeden cixdi Z Qorqolevskinin layihesi 1944 cu ilde iyulun 22 de Lvov Opera Teatri olmaya bilerdi Lvov ugrunda siddetli doyuslerde almanlar Lvov Opera Evinin binasini minalamaq ve partlatmaq qerarina geldiler Bu melumat Ural Konullu Tank Korpusunun komandanligina catdi Muhafizecilerin komandanligi altinda pulemyotcu desteleri olan iki tank texniki leytenant N Antoninovun emri ile teatra girib dusmenin dehsetli planini heyata kecirmesine mane olmaq ucun herekete kecdi Binani 10 12 fasist qoruyurdu onlar mehv edildi N Antoninovun ekipaji muhafizeni gulleleyib teatra birinci daxil oldu Bununla da teatr binasi xilas edildi Bu sucaetin diger istirakcilari siravi Nikolay Zalunin serjant Ivan Boxan bas serjant Karayev kapral Xadoyan siravi Vsevolod Kozorez ve basqalari idi Teatr 1956 ci ilde Ivan Franko adini aldi 1966 ci ilde ise teatr akademik oldu Lvov Opera ve Balet Teatri 1970 ci illerin sonunda temir ucun baglandi Yalniz 1984 cu ilde yeniden tamasacilarin uzune acildi 1996 ci ilde Merkezi ve Serqi Avropa olkelerinin prezidentlerinin goruslerinden biri de burada olub 2000 ci ilde teatr 100 illik yubileyini qeyd etdi ve teatra meshur opera mugennisi Solomiya Kruselnitskanin adinin verilmesi qerara alindi 2005 ci il oktyabrin 5 de teatrin guzgu zalinda isciler qarsisinda Ukrayna Prezidenti Viktor Yussenko butun kollektivin xidmetlerini solistlerin yuksek ifa seviyyesini qeyd etdi ve teatra Milli statusunun verilmesi haqqinda fermanini aciqladi 2008 ci ilde teatr Opera Europa assosiasiyasina uzv oldu Konsert zaliKonsert zalinda lojalar Auditoriya lira formasinda tikilib Parter 3 eyvan ve 44 kicik lojadan ibaretdir Zalin umumi sekilde 1100 tamasaci qebul ede bilir Zal qizili ile ag renge boyanib Balkonlarin bezeyinde esas vurgu atlantlarin koratidlerin ilahelerin dahilerin fiqurlari hemcinin gipsden tokulmus hermlerdir Zalin tavani temteraqla bezedilib Merkezde Z Qorqolevskinin layihesi uzre hazirlanmis gozel tunc cilciraqli dairevi plafond var Cicekler ve yarpaqlarin celengleri seklinde zerli qelibleme tavanin dairesini on seqmente bolur Burada alleqorik qadin fiqurlari olan resmler var 1900 cu ilden beri stullarin tund qirmizi rengi enenevi olaraq qorunub saxlanilir Zalin umumi menzeresini Henrik Semiradskinin yaratdigi Parnas dekorativ perdesi tamamlayir Ressam onun uzerinde heyatinin son illerinde Romada islemisdir Melum olub ki musterilerin senetciye eserin pulunu vermeye pulu catmayib Semiradski bir nece il uzerinde islediyi nadir ketanini teatra teqdim edib Semiradskinin ozunun eskizi esasinda italyan ustasi Retrossi terefinden hazirlanmis gozel hasiye ile hasiyelenmis on perde ilk defe 1901 ci il yanvarin 13 de auditoriyanin qarsisinda gosterilib Semiradski teatrin acilisindan bir il sonra vefat etdi ve onun perdesi hele de teatri bezeyir Bu tip perdeler sekiller yalniz La Skalada elece de Krakov ve Lvov operalarinda var Tamasacilar qarsisinda perde yalniz xususi hallarda meselen premyeralarda endirilir KollektivLvov Opera ve Balet Teatri bir sira qruplardan ibaretdir simfonik orkestr 90 a yaxin musiqici opera solistleri 40 dan cox vokalci xor 60 a yaxin artist balet truppasi 60 a yaxin artist Teatrin repertuarinda 40 dan cox opera ve balet var Gorkemli emekdaslariAltenberg Maryan Lvov Opera Teatrinin dirijoru 1939 1941 Varsavada alman isgalcilari terefinden edam edilib Qolinski Mixail Teodorovic 1890 1973 opera mugennisi Qrecnyev Yakov 1947 1960 ci illerde rejissor ve bas rejissor Demcisin Rostislav Petrovic Lvov Operasinin dirijoru Nevyadomski Stanislav Polsa bestekari Stalinski Oleq Nikolayevic Ukraynanin emekdar artisti teatrin aparici solisti Cernenkaya Mariya Yaroslavovna Ukraynanin emekdar artisti teatrin primasi Lidiya Uluxanov 1930 1940 ci illerde teatrin solistiQalereyaKomediya ilahesi Taliya Tragediya ilahesi Melpomena Resmi himnler ilahesi Poliqimniya Sevgi mahnilari ilahesi EratoVestibul Vestibul tavan Tamasaci zali FoyeIstinadlarEuropean Theatre Architecture ing Arts and Theatre Institute The Lviv Theatre of Opera and Ballet official website History facts History of the building of the theatre 2007 09 29 at the Wayback Machine Philipp Ther Center Stage Operatic Culture and Nation Building in Nineteenth Century Central Europe 2014 p 104 Victor Hugo Lane State culture and national identity in a multi ethnic context Lemberg 1772 1914 1999 p 241 Jakub Lewinski Miedzy tradycja a nowoczesnoscia Architektura Lwowa lat 1893 1918 Neriton 2005 p 145 Markian Prokopovych Habsburg Lemberg architecture public space and politics in the Galician capital 1772 1914 Purdue University Press 2009 p 177 Fryderyk Papee Lwow nowoczesny Okres samorzadowy Historia miasta Lwowa w zarysie Concise history of the city of Lwow polyak Lwow Warsaw Ksiaznica Polska 1924 2019 12 30 tarixinde Istifade tarixi 2023 04 11 S Veroj po zhizni 2016 03 04 tarixinde Istifade tarixi 2015 08 19 The Lviv Theatre of Opera and Ballet Lviv Best Portal The Lviv Theatre of Opera and Ballet architectural description 2010 06 30 at the Wayback MachineXarici kecidlerSajt Lvovskoj opery Opernyj teatr vo Lvove Panorama 3D