Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır.
Kütüm | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kütüm | ||||||
Beynəlxalq elmi adı | ||||||
| ||||||
|
Yayılması
Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır. Kütüm yayda dənizin cənubi-qərb hissəsində Qızılağac və Ənzəli körfəzi boyu toplanır. Xəzərin şərq sahilində az, Atrek-Xəzər rayonunda, Türkmənbaşı körfəzi və Karşi buxtasında isə tez-tez rast gəlinir.
Morfoloji əlamətləri
D III 9, A III 9, udlaq dişləri 5-6 və ya 5-5 olur. Bədəni uzunsovdur, hündürlüyü cavan fərdlərdə başının uzunluğundan və ya ona bərabərdir, yetkin fərdlərdə isə bir qədər çox olur. Ağzı ucda yerləşir. Rostrumu küt olub, başının uzunluğunun 26-28%-ni təşkil edir. Alnı enlidir, başının uzunluğu alnının enindən 2-2,5 dəfə çoxdur. Erkək və dişilər bir-birindən aşağıdakı əlamətlərlə fərqlənir: erkəklərdə rostrum, döş, qarın üzgəcləri və baş uzun, gözün diametri, bədənin hündürlüyü, döş üzgəci ilə qarın üzgəcləri arasındakı məsafə az olur.
Yaşayış yeri və həyat tərzi
Kütüm yarımkeçici balıqdır, daim dənizdə yaşayır, kürü tökmək üçün şirin sulara girir. Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Çoxalması
Kütüm yarımkeçici balıq olduğu üçün cinsi yetişkənliyə çatdıqda, çoxalmaq üçün çaylara (əsasən Qumbaşı, Səfıdrud, Lənkərançay, Kür, Samurçay, Terek, Sulak və s.) keçərək orada kürüsünü tökür. Cinsi yetişkənliyə erkəklər 3, dişilər isə 4 yaşında çatır. Ovlanan balıqlar arasında 5-6 yaşlı balıqlar kürütökmədə çoxluq təşkil edir. Kütümün cənuba çoxalma miqrasiyasi adətən martın əvvəllərində, suda temperatur 9-12 °C olduqda başlayır və kürü vermə aprelin axırlarına qədər davam edir. Qızılağac körfəzində tutulan balıqlarm uzunluğu 49-62 sm, kürü məhsuldarlığı orta hesabla 101,3 min ədəd olur. Kütümün ehtiyatını saxlamaq və səmərəli çoxalmasını təmin etmək məqsədilə bir sıra balıqartırma təsərrüfatları yaradılıb. Bu təsərrüfatlar kütüm körpələrini yetişdirərək Xəzərə buraxır. Kütüm sürətlə böyüyən balıqdır.
Təsərrüfat əhəmiyyəti
Kütüm Cənubi və Orta Xəzərdə qiymətli vətəgə əhəmiyyətli balıqdır. Bir sıra illərdə kütümün Xəzərdə illik ovu 7 min tona çatırdı. Son vaxtlar (1991-1998-cı illər) Azərbaycanda ildə 3-10 ton kütüm ovlanır. Artıq 10 ilə yaxındır ki, xüsusi qayda ilə tikilmiş inqubatoriyada kütüm kürüsü inkişaf etdirilir, hər il 50 milyon sürfə yetişdirilb Xəzər dənizinə buraxılır. Kütüm Mingəçevir su anbarına köçürülüb, orada cinsiyyətcə yetkinləşməsi tezləşib.
İstinadlar
- Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh58.
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 125.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 105.
- Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 224.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kutum ve ya Ziyad baligi lat Rutilus frisii kutum Xezer denizinde duzsuz ve az duzlu suda yasayan baliqdir Azerbaycanin ve Iranin Xezer sahillerinde tutulur Baligin eti ve kurusu delikates hesab olunur Azerbaycanda kutumden Kutum kukusu ve Kutum levengisi hazirlanir Sumuklu baliqdir KutumElmi tesnifatXETA parent ve rang parametrlerini doldurmaq lazimdir KutumBeynelxalq elmi adiRutilus kutumSekil axtarisiNCBI 484165YayilmasiXezerin cenubi qerbinde yasayan ehalinin en sevimli baligi olan kutum yalniz Xezer denizinde yayilmisdir Etinden teze hise verilmis ve duzlanaraq qurudulmus halda istifade olunur Kutumun Xezer denizi Xezerde areali Terek cayindan baslamis Qorqan korfezine qeder olan erazini ehate edir Il erzinde Orta ve Cenubi Xezerin qerb sahili boyu 9 24 m derinlikler kutumun en cox yayildigi zonalardir Kutum yayda denizin cenubi qerb hissesinde Qizilagac ve Enzeli korfezi boyu toplanir Xezerin serq sahilinde az Atrek Xezer rayonunda Turkmenbasi korfezi ve Karsi buxtasinda ise tez tez rast gelinir Morfoloji elametleriD III 9 A III 9 udlaq disleri 5 6 ve ya 5 5 olur Bedeni uzunsovdur hundurluyu cavan ferdlerde basinin uzunlugundan ve ya ona beraberdir yetkin ferdlerde ise bir qeder cox olur Agzi ucda yerlesir Rostrumu kut olub basinin uzunlugunun 26 28 ni teskil edir Alni enlidir basinin uzunlugu alninin eninden 2 2 5 defe coxdur Erkek ve disiler bir birinden asagidaki elametlerle ferqlenir erkeklerde rostrum dos qarin uzgecleri ve bas uzun gozun diametri bedenin hundurluyu dos uzgeci ile qarin uzgecleri arasindaki mesafe az olur Yasayis yeri ve heyat terziKutum yarimkecici baliqdir daim denizde yasayir kuru tokmek ucun sirin sulara girir Denizde yasayan canlilarla esasen ilbiz yengec krevetka ve s ile qidalanir CoxalmasiKutum yarimkecici baliq oldugu ucun cinsi yetiskenliye catdiqda coxalmaq ucun caylara esasen Qumbasi Sefidrud Lenkerancay Kur Samurcay Terek Sulak ve s kecerek orada kurusunu tokur Cinsi yetiskenliye erkekler 3 disiler ise 4 yasinda catir Ovlanan baliqlar arasinda 5 6 yasli baliqlar kurutokmede coxluq teskil edir Kutumun cenuba coxalma miqrasiyasi adeten martin evvellerinde suda temperatur 9 12 C olduqda baslayir ve kuru verme aprelin axirlarina qeder davam edir Qizilagac korfezinde tutulan baliqlarm uzunlugu 49 62 sm kuru mehsuldarligi orta hesabla 101 3 min eded olur Kutumun ehtiyatini saxlamaq ve semereli coxalmasini temin etmek meqsedile bir sira baliqartirma teserrufatlari yaradilib Bu teserrufatlar kutum korpelerini yetisdirerek Xezere buraxir Kutum suretle boyuyen baliqdir Teserrufat ehemiyyetiKutum Cenubi ve Orta Xezerde qiymetli vetege ehemiyyetli baliqdir Bir sira illerde kutumun Xezerde illik ovu 7 min tona catirdi Son vaxtlar 1991 1998 ci iller Azerbaycanda ilde 3 10 ton kutum ovlanir Artiq 10 ile yaxindir ki xususi qayda ile tikilmis inqubatoriyada kutum kurusu inkisaf etdirilir her il 50 milyon surfe yetisdirilb Xezer denizine buraxilir Kutum Mingecevir su anbarina kocurulub orada cinsiyyetce yetkinlesmesi tezlesib IstinadlarEsgerov F S Zaytsev Y Y Qasimov R Y Quliyev Z Biomuxteliflik Xezerin esrarengiz baliqlari Beser XXI nesriyyati Baki 2003 seh58 EdebiyyatAzerbaycanin heyvanlar alemi Onurgalilar III cild Baki Elm 2004 s 125 Ebdurrehmanov Y E Azerbaycan faunasi Baliqlar VII cild Baki Elm 1966 seh 105 Abbasov H S Haciyev R V Ixtiologiya Baki 2007 seh 224