Kimberlit — porfir quruluşlu ultraəsasi süxur kimberlit eruptiv hipabissal brekçiya olub, tərkibində müxtəlif möhtəvilər içərisində, habelə həmişə dərinlik mənşəli pirop saxlayan ultraəsasi süxurlar (pirop peridotitləri, bəzən pirop olvinit və piroksenitləri) iştirak edir. Möhtəvilərin varlığı kimberlit fərqləndirici əlaməti olub, kimberlit maqmasının böyük dərinlikdə yaranmasını və onun sürətlə qalxaraq hipabissal şəraitdə kristallaşmasını göstərir. Pirop peridotitlərin qırıntılarına nisbətən onların ayrı-ayrı mineralları (olivin, pirop, ilmenit, xrom-diopsit, floqopit və bəzən almaz) daha çox yayılmışdır. Qırıntıların miqdarına görə massiv, brekçiyavari kimberlit, kimberlit brekçiyası və tufları fərqləndirilir. Kimberlit sementi, mineral tərkibi olivin və floqopitin fenokristallarından, dəyişilmiş olivin, piroksen, floqopit, perovskit, maqnetit, bəzən montiçellit və apatitin xırda dənələrindən, habelə serpentinitləşmiş və karbonatlaşmış şüşəvari əsas kütlədən təşkil olunmuşdur. Piroksen kimberlit içərisində fenokristal əmələ gətirmir, yalnız əsas kütlədə mikrolitlər şəklində rast gəlinir. Hazırda yalnız yuxarıda göstərilən əlamətləri kompleks şəklində özündə birləşdirən süxurlar kimberlit adlandırılır. Kimberlit almazın köklü mənbəi hesab olunur. Dünyanın almazlı əyalətlərində kimberlit partlayış "trubkalarını" doldurur və daykalar şəklində rast gəlir. Kimberlit ən çox Yakutiyada, Cənub və Mərkəzi Afrikada yayılmışdır. Şimal Afrikada, Hindistanda, Çexiyada da kimberlit məlumdur.
Kimberlit | |
---|---|
Minerallar | Olivin, Floqopit, Piroksenlər, Serpentin, Xromşpinelidlər, İlmenit, Almaz |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kimberlit porfir quruluslu ultraesasi suxur kimberlit eruptiv hipabissal brekciya olub terkibinde muxtelif mohteviler icerisinde habele hemise derinlik menseli pirop saxlayan ultraesasi suxurlar pirop peridotitleri bezen pirop olvinit ve piroksenitleri istirak edir Mohtevilerin varligi kimberlit ferqlendirici elameti olub kimberlit maqmasinin boyuk derinlikde yaranmasini ve onun suretle qalxaraq hipabissal seraitde kristallasmasini gosterir Pirop peridotitlerin qirintilarina nisbeten onlarin ayri ayri minerallari olivin pirop ilmenit xrom diopsit floqopit ve bezen almaz daha cox yayilmisdir Qirintilarin miqdarina gore massiv brekciyavari kimberlit kimberlit brekciyasi ve tuflari ferqlendirilir Kimberlit sementi mineral terkibi olivin ve floqopitin fenokristallarindan deyisilmis olivin piroksen floqopit perovskit maqnetit bezen monticellit ve apatitin xirda denelerinden habele serpentinitlesmis ve karbonatlasmis susevari esas kutleden teskil olunmusdur Piroksen kimberlit icerisinde fenokristal emele getirmir yalniz esas kutlede mikrolitler seklinde rast gelinir Hazirda yalniz yuxarida gosterilen elametleri kompleks seklinde ozunde birlesdiren suxurlar kimberlit adlandirilir Kimberlit almazin koklu menbei hesab olunur Dunyanin almazli eyaletlerinde kimberlit partlayis trubkalarini doldurur ve daykalar seklinde rast gelir Kimberlit en cox Yakutiyada Cenub ve Merkezi Afrikada yayilmisdir Simal Afrikada Hindistanda Cexiyada da kimberlit melumdur KimberlitMinerallar Olivin Floqopit Piroksenler Serpentin Xromspinelidler Ilmenit Almaz Vikianbarda elaqeli mediafayllarIstinadlarMenbeGeologiya terminlerinin izahli lugeti Baki Nafta Press 2006 Xarici kecidler