Karl-Fridrix Georq Şpitteler (alm. Carl Friedrich Georg Spitteler; eləcə də Karl-Feliks Tandem (alm. Carl Felix Tandem) təxəllüsü ilə tanınır; 24 aprel 1845[…] – 29 dekabr 1924[…], Lütsern) — İsveçrə şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919).
Karl Şpitteler | |
---|---|
alm. Carl Friedrich Georg Spitteler | |
Doğum adı | Carl Friedrich Georg Spitteler |
Təxəllüsü | Carl Felix Tandem, Felix Tandem |
Doğum tarixi | 24 aprel 1845[…] |
Vəfat tarixi | 29 dekabr 1924[…](79 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, ilahiyyatçı |
Əsərlərinin dili | alman dili |
Janrlar | poeziya, nəsr, teatr pyesi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Birinci Dünya müharibəsi 1918-ci ildə də Nobel mükafatlarının verilməsini əngəlləmişdi. Növbəti ildə isə ədəbiyyat sahəsində mükafat o vaxta qədər adı laureatlar sırasında olmayan yeni bir Avropa ölkəsinin payına düşmüşdü.
Həmin ölkənin — İsveçrənin ilk Nobel laureatı Karl Fridrix Georq Şpitteler Bazel yaxınlığında, hökumət məmuru ailəsində doğulmuşdu. Atası 1849-cu ildə İsveçrə Konfederasiyasının xəzinədarı təyin olunandan sonra ailə paytaxt Bernə köçmüşdü. Karl isə Bazeldə qalıb yerli gimnaziyada təhsilini davam etdirmişdi.
O, kiçik yaşlarından təsviri sənət və musiqiyə maraq göstərirdi. Hətta bir müddət rəssam olmaq qərarını qətiləşdirmişdi. Lakin gimnaziyada tarixçi və filoloqların güclü təsiri altına düşməsi fikrini dəyişdirmişdi. Karl Şpitteler epik poeziya, xüsusən də İntibah dövrü italyan şerinin tanınmış simalarından olan Ariostonun yaradıcılığı ilə yaxından maraqlanmağa başlamışdı. Tezliklə özü də klassisizm üslubundakı ilk qələm təcrübələrini ortaya çıxarmışdı.
Ata isə oğlunun daha ciddi işlə məşğul olmasını istəyirdi. Ailənin yekdil qərarı ilə o, 1863-cü ildə Sürix universitetinin hüquq fakültəsinə daxil olmuş, 1865-1870-ci illərdə isə Sürix, Bazel və Heydelberqdə ilahiyyatı öyrənmişdi. Amma bu səylər hədər getdi. Sonda Karl Şpitteler nə hüquqşünas, nə də ilahiyyatçı oldu. Poeziya onların ikisindən də güclü və cazibədar çıxmışdı.
1871-ci ildə Rusiyaya gələn Şpitteler səkkiz il Peterburqda, bir general ailəsində quvernant olmuşdu. Üzərində hələ Heydelberqdə düşündüyü "Prometey və Epimetey" epik poemasını burada yazıb başa çatdırmışdı. Vətəninə qayıdandan sonra poemanı Karl Feliks Tandem təxəllüsü ilə (1881) çap etdirmişdi. Lakin kitab heç kimin diqqətini çəkməmişdi. Bunu gələcəkdə yaşamını ədəbiyyatla təmin edə bilməyəcəyinin aydın işarəsi kimi qarşılayan Şpitteler əvvəlcə müəllimlik, sonra isə Bazel və Sürix qəzetlərində jurnalistliklə məşğul olmuşdu. Bu dövrdə Şpittelerin "Kəpənəklər" şeirlər toplusu (1889), "Kalderi tayfasından olan balaca Fred" (1891), "Qustav" (1892) kimi nəsr əsərləri və satiralarının toplandığı "Ədəbi pritçalar" (1892) kitabları oxuculara təqdim edilmişdi.
O, 1883-cü ildə gimnaziyada dərs dediyi şagird qızlardan biri — Mari de Xoffla evlənmişdi. Bu seçim şairin gəlcək həyatında və ədəbi taleyində əhəmiyyətli rol oynamışdı. Çünki 1892-ci ildə arvadına qalan zəngin miras ona gündəlik qayğılardan xilas olmağa və özünü tamamilə ədəbiyyata həsr etməyə imkan vermişdi. Şpitteler ailəsi Lütsern şəhərinə köçmüşdü. Burada şairin "Balladalar" (1896), "Sen-Qotard dərəsi" (1897), "Leytenant Konrad" (1898) və s. kitabları çap olunmuşdu.
Ədəbi üslub və dəyərlərin sürətlə dəyişdiyi XIX əsrin sonu-XX əsrin əvvəllərində klassist Karl Şpittelerin populyarlıq qazanması o qədər də asan məsələ deyildi. Ancaq o ədəbi həyata istiqamət verən görkəmli şəxsiyyətlərin diqqətini özünə çəkə bildi və Fridrix Nitsşenin təklifi ilə Münhendə çıxan "Kunstvart" ("Ədəbi icmal") jurnalının redaktorluğuna gətirildi. Bu da öz növbəsində müəllifə ədəbi həyatın mərkəzində dayanmaq imkanı yaratdı.
"Olimpiya baharı" epik poeması (1910) çap olunduqdan sonra Şpitteler Almaniya və İsveçrənin məşhur şairi kimi tanınmağa başladı. Beş kitabdan ibarət olan bu poema mifoloji süjetlərin, alleqoriya və yumorun, ilahiyyat məsələlərinin və sərbəst fantaziyanın qəribə şəkildə çulğalaşdığı mürəkkəb ədəbi konqlomerat idi. "Olimpiya baharı" almandilli poeziyanın parlaq nümunələrindən biri kimi məşhurlaşdı və Şpittelerin Nobel mükafatına gedən yolunda əsas mərhələ oldu.
Bu arada epopeyanın müəllifi mübahisə və diskussiyalardan kənarda, özünə qapılaraq sakit, tənha həyat sürməyə üstünlük verirdi. Birinci Dünya müharibəsi başlayanda İsveçrənin neytrallığını müdafiə etməsi, ölkənin almandilli əhalisinin "irqi müttəfiqlik" zəminində Almaniyanı dəstəkləməsinin yolverilməz olduğunu bildirməsi həmin vaxta qədər almanlar arasında xeyli populyar olan Şpittelerin əleyhdarlarının sayını artırdı. Fransa hökuməti isə dərhal onu müttəfiqə çevirərək fransızdilli Yazıçılar Cəmiyyətinin medalı ilə təltif etdi.
Karl Şpitteler 75 yaşında "misli-bərabəri olmayan "Olimpiya baharı" eposuna görə" Nobel mükafatına layiq görüldü. xəstə yatağında olan laureat Stokholma gələ bilmədiyindən diplom və medal İsveçrə səfirinə təqdim olunmuşdu.
İndi adı və yaradıcılıq irsi unudulmaqda olan Karl Şpitteler öz dövründə böyük nüfuza malik ədəbi şəxsiyyətlərdən sayılırdı. Romen Rollanın yazdığı nekroloqda isveçrəli şair "bizim günlərin Homeri, Höte dövründən bəri ən böyük almandilli şair, Miltonun ölümündən sonra epik janrın yeganə ustadı, müasir ədəbiyyatda əlahiddə yeri olan sənətkar" kimi yüksək epitetlərlə yad edilmişdi.
Əsərləri
- 1881 Prometey və Epimetey (alm. Prometheus und Epimetheus)
- 1883 Xariqüladə haqqında (alm. Extramundana)
- 1887 (alm. Ei Ole)
- 1887 Samojeden
- 1887 Hund und Katze
- 1887 Olaf
- 1888 Bacillus
- 1889 Das Bombardement von Åbo
- 1889 Kəpənəklər (alm. Schmetterlinge)
- 1889 Der Parlamentär
- 1890 Das Wettfasten von Heimligen
- 1891 Kolderi klanından olan balaca Fred (alm. Friedli der Kolderi)
- 1891 Qustav (alm. Gustav)
- 1892 Ədəbi pritçalar (alm. Literarische Gleichnisse)
- 1892 Der Ehrgeizige
- 1893 Jumala. Ein finnisches Märchen
- 1896 Balladalar (alm. Balladen)
- 1897 Sen-Qotard dərəsi (alm. Der Gotthard)
- 1898 Leytenant Konrad (alm. Conrad, der Leutnant)
- 1898 "Məzəli həqiqətlər" – tənqidi esselər toplusu (alm. Lachende Wahrheiten)
- 1900 Die Auffahrt
- 1901 Hera die Braut
- 1903 Die hohe Zeit
- 1904 Ende und Wende
- 1905 Olimpiya baharı (epos)
- 1906 Imago
- 1906 Gras- und Glockenlieder
- 1907 Die Mädchenfeinde
- 1920 Meine frühesten Erlebnisse
- 1924 Prometheus der Dulder
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Carl Spitteler // Brockhauz Ensiklopediyası (alm.).
- Шпиттелер Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Karl Fridrix Georq Şpitteler, İsveçrə şairi (rusca)
- Carl Spitteler 2006-05-17 at the Wayback Machine at the Timeline of Nobel Winners 2006-05-17 at the Wayback Machine
- Autobiographical sketch 2015-04-23 at the Wayback Machine
- Official Site of the Carl Spitteler Foundation 2007-03-11 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Karl Fridrix Georq Spitteler alm Carl Friedrich Georg Spitteler elece de Karl Feliks Tandem alm Carl Felix Tandem texellusu ile taninir 24 aprel 1845 29 dekabr 1924 Lutsern Isvecre sairi Edebiyyat uzre Nobel mukafati laureati 1919 Karl Spitteleralm Carl Friedrich Georg Spitteler Dogum adi Carl Friedrich Georg SpittelerTexellusu Carl Felix Tandem Felix TandemDogum tarixi 24 aprel 1845 1845 04 24 Vefat tarixi 29 dekabr 1924 1924 12 29 79 yasinda Vefat yeri Lutsern IsvecreTehsili Surix UniversitetiFealiyyeti sair yazici ilahiyyatciEserlerinin dili alman diliJanrlar poeziya nesr teatr pyesiMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiBirinci Dunya muharibesi 1918 ci ilde de Nobel mukafatlarinin verilmesini engellemisdi Novbeti ilde ise edebiyyat sahesinde mukafat o vaxta qeder adi laureatlar sirasinda olmayan yeni bir Avropa olkesinin payina dusmusdu Hemin olkenin Isvecrenin ilk Nobel laureati Karl Fridrix Georq Spitteler Bazel yaxinliginda hokumet memuru ailesinde dogulmusdu Atasi 1849 cu ilde Isvecre Konfederasiyasinin xezinedari teyin olunandan sonra aile paytaxt Berne kocmusdu Karl ise Bazelde qalib yerli gimnaziyada tehsilini davam etdirmisdi O kicik yaslarindan tesviri senet ve musiqiye maraq gosterirdi Hetta bir muddet ressam olmaq qerarini qetilesdirmisdi Lakin gimnaziyada tarixci ve filoloqlarin guclu tesiri altina dusmesi fikrini deyisdirmisdi Karl Spitteler epik poeziya xususen de Intibah dovru italyan serinin taninmis simalarindan olan Ariostonun yaradiciligi ile yaxindan maraqlanmaga baslamisdi Tezlikle ozu de klassisizm uslubundaki ilk qelem tecrubelerini ortaya cixarmisdi Ata ise oglunun daha ciddi isle mesgul olmasini isteyirdi Ailenin yekdil qerari ile o 1863 cu ilde Surix universitetinin huquq fakultesine daxil olmus 1865 1870 ci illerde ise Surix Bazel ve Heydelberqde ilahiyyati oyrenmisdi Amma bu seyler heder getdi Sonda Karl Spitteler ne huquqsunas ne de ilahiyyatci oldu Poeziya onlarin ikisinden de guclu ve cazibedar cixmisdi 1871 ci ilde Rusiyaya gelen Spitteler sekkiz il Peterburqda bir general ailesinde quvernant olmusdu Uzerinde hele Heydelberqde dusunduyu Prometey ve Epimetey epik poemasini burada yazib basa catdirmisdi Vetenine qayidandan sonra poemani Karl Feliks Tandem texellusu ile 1881 cap etdirmisdi Lakin kitab hec kimin diqqetini cekmemisdi Bunu gelecekde yasamini edebiyyatla temin ede bilmeyeceyinin aydin isaresi kimi qarsilayan Spitteler evvelce muellimlik sonra ise Bazel ve Surix qezetlerinde jurnalistlikle mesgul olmusdu Bu dovrde Spittelerin Kepenekler seirler toplusu 1889 Kalderi tayfasindan olan balaca Fred 1891 Qustav 1892 kimi nesr eserleri ve satiralarinin toplandigi Edebi pritcalar 1892 kitablari oxuculara teqdim edilmisdi O 1883 cu ilde gimnaziyada ders dediyi sagird qizlardan biri Mari de Xoffla evlenmisdi Bu secim sairin gelcek heyatinda ve edebi taleyinde ehemiyyetli rol oynamisdi Cunki 1892 ci ilde arvadina qalan zengin miras ona gundelik qaygilardan xilas olmaga ve ozunu tamamile edebiyyata hesr etmeye imkan vermisdi Spitteler ailesi Lutsern seherine kocmusdu Burada sairin Balladalar 1896 Sen Qotard deresi 1897 Leytenant Konrad 1898 ve s kitablari cap olunmusdu Edebi uslub ve deyerlerin suretle deyisdiyi XIX esrin sonu XX esrin evvellerinde klassist Karl Spittelerin populyarliq qazanmasi o qeder de asan mesele deyildi Ancaq o edebi heyata istiqamet veren gorkemli sexsiyyetlerin diqqetini ozune ceke bildi ve Fridrix Nitssenin teklifi ile Munhende cixan Kunstvart Edebi icmal jurnalinin redaktorluguna getirildi Bu da oz novbesinde muellife edebi heyatin merkezinde dayanmaq imkani yaratdi Olimpiya bahari epik poemasi 1910 cap olunduqdan sonra Spitteler Almaniya ve Isvecrenin meshur sairi kimi taninmaga basladi Bes kitabdan ibaret olan bu poema mifoloji sujetlerin alleqoriya ve yumorun ilahiyyat meselelerinin ve serbest fantaziyanin qeribe sekilde culgalasdigi murekkeb edebi konqlomerat idi Olimpiya bahari almandilli poeziyanin parlaq numunelerinden biri kimi meshurlasdi ve Spittelerin Nobel mukafatina geden yolunda esas merhele oldu Bu arada epopeyanin muellifi mubahise ve diskussiyalardan kenarda ozune qapilaraq sakit tenha heyat surmeye ustunluk verirdi Birinci Dunya muharibesi baslayanda Isvecrenin neytralligini mudafie etmesi olkenin almandilli ehalisinin irqi muttefiqlik zemininde Almaniyani desteklemesinin yolverilmez oldugunu bildirmesi hemin vaxta qeder almanlar arasinda xeyli populyar olan Spittelerin eleyhdarlarinin sayini artirdi Fransa hokumeti ise derhal onu muttefiqe cevirerek fransizdilli Yazicilar Cemiyyetinin medali ile teltif etdi Karl Spitteler 75 yasinda misli beraberi olmayan Olimpiya bahari eposuna gore Nobel mukafatina layiq goruldu xeste yataginda olan laureat Stokholma gele bilmediyinden diplom ve medal Isvecre sefirine teqdim olunmusdu Indi adi ve yaradiciliq irsi unudulmaqda olan Karl Spitteler oz dovrunde boyuk nufuza malik edebi sexsiyyetlerden sayilirdi Romen Rollanin yazdigi nekroloqda isvecreli sair bizim gunlerin Homeri Hote dovrunden beri en boyuk almandilli sair Miltonun olumunden sonra epik janrin yegane ustadi muasir edebiyyatda elahidde yeri olan senetkar kimi yuksek epitetlerle yad edilmisdi Eserleri1881 Prometey ve Epimetey alm Prometheus und Epimetheus 1883 Xariqulade haqqinda alm Extramundana 1887 alm Ei Ole 1887 Samojeden 1887 Hund und Katze 1887 Olaf 1888 Bacillus 1889 Das Bombardement von Abo 1889 Kepenekler alm Schmetterlinge 1889 Der Parlamentar 1890 Das Wettfasten von Heimligen 1891 Kolderi klanindan olan balaca Fred alm Friedli der Kolderi 1891 Qustav alm Gustav 1892 Edebi pritcalar alm Literarische Gleichnisse 1892 Der Ehrgeizige 1893 Jumala Ein finnisches Marchen 1896 Balladalar alm Balladen 1897 Sen Qotard deresi alm Der Gotthard 1898 Leytenant Konrad alm Conrad der Leutnant 1898 Mezeli heqiqetler tenqidi esseler toplusu alm Lachende Wahrheiten 1900 Die Auffahrt 1901 Hera die Braut 1903 Die hohe Zeit 1904 Ende und Wende 1905 Olimpiya bahari epos 1906 Imago 1906 Gras und Glockenlieder 1907 Die Madchenfeinde 1920 Meine fruhesten Erlebnisse 1924 Prometheus der DulderIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Carl Spitteler Brockhauz Ensiklopediyasi alm Shpitteler Karl Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Cex Milli Hakimiyyet Melumat bazasi MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerKarl Fridrix Georq Spitteler Isvecre sairi rusca Carl Spitteler 2006 05 17 at the Wayback Machine at the Timeline of Nobel Winners 2006 05 17 at the Wayback Machine Autobiographical sketch 2015 04 23 at the Wayback Machine Official Site of the Carl Spitteler Foundation 2007 03 11 at the Wayback MachineHemcinin bax