Kapetron və ya Kapetrou döyüşü — müasir Türkiyənin şimal-şərqində Həsənqala/Pasinlər adlanan ərazidə Bizans-Gürcü ordusu ilə Səlcuq türkləri arasında 1048-ci ildə baş vermiş döyüşdür. Bu düzənlik ərazi o dövrdə Kapetron adlanırdı. Bu döyüş şahzadə İbrahim Yınal rəhbərliyi altında səlcuqluların Bizans torpaqlarına əsas hücum əməliyyatlarının kulminasiyasıdır. Faktorların kombinasiyası göstərir ki, nizami Bizans ordusu türklərə qarşı müəyyən dezavantaja sahib idi: yerli tematik orduların ləğv edilməsi il bərabər, nizami ordunun böyük hissəsi Balkan yarımadasına Leo Tornikiosun qaldırdığı üsyanı yatırmaq üçün göndərilmişdi. Nəticədə Bizans komandanları Aaron və Katakalon Kekaumenos türklərə qarşı necə mübarizə aparmaq lazım olduğu məsələsində fikir birliyinə gələ bilmirdilər. Kekaumenos təcili formada önləyici hücum təşkil etməyin tərəfdarı ikən, Aaron qüvvə azlığına görə həlledici döyüşdən yayınmanın və kömək qüvvələrin gəlməsini gözləmənin tərəfdarı idi. İmperator IX Konstantin sonuncu variantı üstün tutdu və gürcü hökmdarı IV Liparitin köməyə gələcəyi vaxta qədər həlledici döyüşdən yayınmağı əmr etdi. Bu türk ordusuna ətraf Bizans ərazilərini yağmalamaq və istədikləri zaman həlledici hücuma keçmə imkanı verdi. Böyük maliyyə və ticarət mərkəzi olan Artse türklər tərəfindən ələ keçirildi və yağmalandı.
Kapetron döyüşü | |
---|---|
Tarix | 18 sentyabr 1048 |
Yeri | |
Gürcülər gəldikdən sonra birləşdirilmiş Bizans-Gürcü ordusu Kapetronda (müasir Türkiyədə Həsənqala) döyüşə başladılar. Güclü gecə döyüşü nəticəsində xristian müttəfiqlər türklərin hücumlarını dəf edə bildilər. Xristian ordusunun iki cinahının komandanları olan Aaron və Kekaumenos türkləri növbəti səhərə qədər təqib etdilər. Cinahlarda xristian ordusu qələbə qazanarkən, mərkəz bölməsində Yınal Lipariti əsir almağı bacardı. Bu hadisə cinah komandanları öz qələbələrinə görə Tanrıya şükür edən zamana qədər onlara bildirilmədi. Yınal heç bir hücuma məruz qalmadan Səlcuqlu dövlətinin paytaxtı ola Rey şəhərinə böyük sərvətlə daxil oldu. Qarşılıqlı səfir mübadiləsi Liparitin azad edilməsi və Bizans ilə Səlcuqlu sarayı arasında diplomatik münasibətlərin qurulması ilə nəticələndi. İmperator IX Konstantin şərq sərhədlərinin gücləndirilməsi üçün bir sıra tədbirlər gördü. Lakin daxili qeyri-sabitliyə görə türklərin hücumları 1054-cü ilə qədər davam etdi. Bizansın ordularının Balkan yarımadasında peçeneqlərlə döyüşməsindən, Bizansın şərq vilayətlərində müxtəlif etnik qruplar arasında qarşıdurmaların olmasından və ümumiyətlə, Bizans ordusunun zəifləməsindən istifadə edən türklər öz hücumlarını və uğurlarını daha da artırdılar.
Arxa plan
Müasir İran ərazisinin Səlcuqlu imperiyası tərəfindən ələ keçirilməsindən sonra, 1040-cı illərdə çoxsaylı Oğuz döyüşçüləri və onların ailələri Bizans sərhədləri boyunca yaşamağa başladı. Yağmalamalardan sərvət əldə etmək və Cihad yolunda fərqlənmək istəyi ilə Oğuz türkləri Bizans əyalətlərinə yürüşlər etməyə başladılar. Bununla eyni zamanda Bizansın şərq sərhədlərinin mühafizəsi zəifləmişdi. Çünki imperator IX Konstantin Monomax (1042-1055) İberiya və Mesopotamiyanın sərhədləri qorumaqla mükəlləf tematik qoşunlarını vergi vermək qarşılığında hərbi mükəlləfiyyətdən azad etmişdi.
Səlcuqluların qərbə doğru genişlənmələri qarışıq məsələ idi, çünki bu genişlənmə türk tayfalarının kütləvi köçləri ilə müşahidə edilirdi. Bu tayfalar nominal olaraq Səlcuqlu hökmdarlarının asılılığında idilər və onlar arasındakı münasibətlər kompleks dinamiklərdən asılı idi: səlcuqlular sabit mərkəzi hakimiyyət qurmağa çalışarkən, bu tayfalar daha çox yeni otlaq sahələri əldə etmə və yağmayla maraqlanır, bir çox yürüşü Səlcuqlu sarayının xəbəri olmadan həyata keçirirdilər. Səlcuqlu sarayı buna dözümlü yanaşırdı, çünki bu tayfaların qərbə doğru olan davamlı axınları imperiyanın mərkəzini yağmalanmadan qoruyurdu.
Bizansın şərq əyalətlərinə ilk böyük həcmli Səlcuqlu hücumu Vaspurakan əyalətinə doğru, 1045-ci ildə Sultan Toğrulun yaxın qohumu Qutalmış tərəfindən həyata keçirildi. Qutalmış yerli Bizans komandanı Stefan Leyxoudesi məğlub edib, əsir aldı. Bir digər hücum isə, Toğrulun qardaşının oğlu Kar Həsən tərəfindən həyata keçirildi. Yürüştez bir zamanda Təbrizdən Gürcüstana yönəldildi. Gürcüstanı yağmalayıb, Vaspurakan vasitəsiylə geri dönərkən onun ordusu yerli Bizans komandanlarının, Vaspurakan və Aaron katepanunun (hərbi rütbə), Ani və İberiya katepanonun birləşmiş orduları tərəfindən məğlub edildi. Bu yürüşlər bəzən 1045/1046 və ya 1048-ci illərə aid edilir.
Daha böyük hücum isə Toğrulun ögəy qardaşı İbrahim İnal tərəfindən həyata keçirildi. Bizans qaynaqları bu yürüşün səbəbi kimi Həsənin məğlub edilməsini göstərsələr də, yunan tarixçisi Entoni Kaldellisin bildirdiyinə görə ortada başqa səbəblər də olmuşur. Belə ki İbn əl-Əsirin bildirdiyinə görə, bu zaamn İbrahim Məvaraünnəhrdən çox sayıda yeni Oğuz qruplarını qəbul etsə də, onların hamısını yeni otlaqlarla təmin edə bilmirdi. Buna görə də, o, bu yeni gələnlərə Bizansın şərq vilayətlərinə yürüş etməyi və özünün də yaxında öz ordusu ilə onlara qoşulacağını bildirmişdir.
İbrahim İnalın hücumları erməni tarixçiləri Aristakes Lastivertsi və Edessalı Matvey tərəfindən də təstiqlənir və Bizans məmuru Con Skaylitzes də yürüş barədə məlumat verir. Bu yürüşün müasir qaynaqlar 1048-ci ildə olduğunu bildirsələr də, bəziləri 1049-cu ilə aid edirlər.
Səlcuqlu hücumu və Bizansın reaksiyası
Skaylitzesin bildirdiyinə görə Həsənin ordusu 100 min nəfərdən ibarət olmuşdur. Bu açıq-aşkar döyüşçülərin əsl sayının təxminən 5 dəfə şişirdilməsidir. O, həmçinin türklərlə birlikdə Səlcuqlu ordusunda "Dilimnitilərin" (Deyləmilər) və "Kabeyroy" (çox güman ki, Xorasani sözünün dəyişilmiş versiyasıdır) olduğunu da bildirir. Yenə Skaylitzesin yazdığına əsasən, İbrahimin iki köməkçisi olmuşdur, onlardan biri "Xorosantes", digəri isə farsca söz olan və komandan mənasını verən sipəhsalar sözünün hellenləşmiş versiyası olan "Aspan Salarios" imiş. "Xorosantes" çox güman ki, Xorasandan olan döyüşçülərə rəhbərlik etmişdir.
Əvvəlki yürüş kimi, Səlcuqlu qüvvələri bu yürüşdə də çox güman Təbriz şəhərindən yola çıxmış, Araz çayı boyunca irəliləyərək Vasurakana daxil olmuşdur. İbn əl-Əsirin bildirdiyi məlumata görə, Səlcuqlu döyüşçüləri şimalda Trabzondakı Xaldiyaya və Akampsis çayına, cənubda Taron və Xorzianene bölgələrinə çatmışdır. Lakin çox gümanki bu bölgələrə çatan bölmələr ordunun əsas hissəsi olmamış, İbrahimin göndərdiyi avanqard hissəəri olmuşdur. İbrahimin əsas ordusu Basean bölgəsinə, Teodosiopolis, Artze və Manalis hövzələrinə göndərildi.
Bizans tərəfində isə Səlcuqlu hücumuna qarşı necə müqavimət göstərilməsi ilə bağlı aydın bir fikir yox idi. Skaylitzesin əsas qaynağı olan və əsərdə çox tərfilənən Kekaumenos türklərin uzun bir yoldan gəldiklərinə görə yorğun olduqlarını, buna görə də Bizansın dərhal hücuma keçməli olduğu fikrini müdafiə edirdi. Aaron isə, daha müdafiəyə meyilli strategiya tərəfdarı idi. O, qalalara doğru geri çəkilmənin, bununla da mövcud qüvvələrinin qorunub saxlanılmasının, imperator IX Konstantindən açıq əmrlərin gəlməsini gözləməyi və bu əmrlərə uyğun hərəkət etməyi təklif edirdi.
Bizans ordusunun say etibarilə az olduğu açkardır. Bunun səbəbi təkcə IX Konstantinin dövründə Şərq vilayətlərində peşəkar ordu bölmələri hesab edilən taqmatiklərin ləğv edilməsi deyildi, həmçinin qərb bölgələrində Leo Tornikiosun rəhbərliyində üsyan başlamışdı, Bizans ordusunun bir hissəsi də bu üsyanı yatırmaqla məşğul idi. Bütün bunların nəticəsində Aaronun fikri qəbul edildi və alınan qərarlar barədə imperatora xəbər vermək üçün məktub göndərildi. Bu əsnada Bizans ordusu Baseandakı Outrou ovalığında düşərgə saldı və mülki əhaliyə qalalara sığınmaq əmri verildi. Cavab məktubunda imperator, ordusundan həlledici toqquşmaya girməkdən çəkinməyi əmr etdi. Əmrə görə həlledici toqquşmaya yalnız imperatorun yardım üçün müraciət etdiyi IV Liparitin və Hersoq Kldekarinin bölmələri gəldikdən sonra girmək olardı.
Artzenin yağmalanması
Bizans ordusunun fəaliyyətə keçməməsi əhali üçün fəlakətlə nəticələndi. Sərbəst şəkildə hərəkət edən Səlcuqlu ordusu Artze qalasına hücum etdi. Artze qalası məşhur ticarət mərkəzlərindən biri olaraq tanınırdı. Skaylitzesin yazdığına görə, qala mühasirədə olarkən Kekaumenosun sərkərdələri qaladakılara yardım üçün hücuma keçməyə çağırmasına baxmayaraq, digərləri imperatorun əmrini əsas gətirərək bundan imtina etdilər. Qaladakı qüvvələr müqaviməti uğurlu şəkildə təşkil etmişlərdi və bir müddət Səlcuqlu ordusu tələsik formada qurulmuş barrikadaları keçməyi bacarmadılar. Lakin sonradan qalaya atılmış yandırıcı maddələr və oxlar nəticəsində qalanın müdafiəsini qırmaq mümkün oldu. Qala ələ keçirildi və yağmalandı.
Döyüş
IV Liparit öz ordusu ilə gəldikdən sonra birləşmiş Bizans-Gürcü ordusu Ourtroudan Kapetron qalasının (müasir Həsənqala) qarşısındakı düzənliyə doğru hərəkət etdi. İbn əl-Əsir iddia edir ki, Bizans-Gürcü qoşunlarının sayı 50.000 nəfər, Aristakes Lastivertsi isə bu sayını 60.000 nəfərə çatdırır. Türk ordusuyla bağlı məlumatda olduğu kimi, hər iki rəqəm açıq şəkildə şişirdilmişdir.
Skaylitzesin bildirdiyinə görə, Kekaumenosun məsləhətinə əsasən əsas qüvvələrdən təcrid edilmiş türk döyüşçülərinə əsas qüvvələrin gəlişinə qədər hücum edilməsi təklifi rədd edildi, çünki bu zaman sentyabrın 18-i idi və Liparit hesab edirdi ki, bu gün döyüşmək üçün uğursuz bir gün idi. Bu türk ordularının əsas hissələrinin gəlib çatmasına, döyüş xətlərinin düzəldilməsinə lazım olacaq qədər vaxtı təmin etdi, beləliklə də, Bizans-Gürcü döyüşçüləri indi "istəyib-istəməmələrindən" asılı olmayaraq döyüşə hazırlaşmağa məcbur oldular. Kekaumenos sağ cinaha komandanlıq etməkdə idi və onun qarşısında İbrahımın özünün komandanlıq etdiyi türk ordusunun sol cinahı yerləşməkdə idi. Bizans ordusunun mərkəzdəki qüvvələrinə Liparit, sol cinahdakı qüvvələrinə isə Aaron komandanlıq etməkdə idi.
Döyüş axşam başladı və gecə boyunca davam etdi. Aaron və Kekaumenosun hər biri komandanlıq etdikləri bölmələr üzrə türkləri məğlub etməyi bacardılar və onları təqib edərək türk ordusunun komandanlarından biri olan "Xorosantes"i öldürdülər. Lakin mərkəzdəki döyüşlərdə İbrahim Bizans sərkərdələrindən biri olan gürcü Lipariti əsir olaraq ələ keçirməyi bacardı. O, yaralandığı üçün atından düşən Lipariti əsir almışdı. Lakin türkləri təqib edən digər iki Bizans sərkərdəsinin bundan xəbəri yoxdu. Türkləri uzun müddət təqib edib, Tanrıya şükür etmək üçün durduqları zaman mərkəz qüvvələri arasındakı toqquşmaların nəticəsindən xəbərdar oldular. Əsəri daha çox antibizans motivləriylə zəngin olan Edessalı Metyunun yazdığına görə, Liparit digər Bizans komandanları tərəfindən xəyanətə uğramışdır. Aristakesin iddiasına görə isə, Bizans komandanları arasındakı rəqabətAaronu döyüşün ortasında mövqeyini tərk etməyə vadar etmiş və nəticədə Liparit əsir alınmışdır. Modern tarixçilər tərəfindən əsəri daha çox inandırıcı qəbul edilən Skaylitzes bu hadisələr barədə daha ətraflı məlumatlar vermişdir.
İbrahim döyüşçüləri və əsirləri ilə birlikdə xilas olub, Theodosiopolisin 40 km şərqində yerləşən Kastrokome (Okomi) qalasına dönməyi bacararkən, Bizans komandanları savaş şurası təşkil etdilər. Alınan qərar qüvvələrin bölünməsindən və hər kəsin öz bazasına dönməsindən ibarət idi. Aaron öz döyüşçüləri ilə birlikdə Vaspurakana, Kekaumenos isə Aniyə geri döndü.
Döyüşün nəticəsi beləliklə qarışıqdır. Bizans qüvvələri qarşılarındakı türkləri döyüşdə geri çəkilməyə məcbur etsələr də, Liparitin əsir düşməsi və İbrahimi ələ keçirmənin mümkünsüzlüyü şəraiti Bizansın əleyhinə dəyişirdi. Buna görə də, orta əsrlər qaynaqlarının bir çoxu bu döyüşdə Bizansın məğlub olduğunu yazmışdır.
Nəticə
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kapetron ve ya Kapetrou doyusu muasir Turkiyenin simal serqinde Hesenqala Pasinler adlanan erazide Bizans Gurcu ordusu ile Selcuq turkleri arasinda 1048 ci ilde bas vermis doyusdur Bu duzenlik erazi o dovrde Kapetron adlanirdi Bu doyus sahzade Ibrahim Yinal rehberliyi altinda selcuqlularin Bizans torpaqlarina esas hucum emeliyyatlarinin kulminasiyasidir Faktorlarin kombinasiyasi gosterir ki nizami Bizans ordusu turklere qarsi mueyyen dezavantaja sahib idi yerli tematik ordularin legv edilmesi il beraber nizami ordunun boyuk hissesi Balkan yarimadasina Leo Tornikiosun qaldirdigi usyani yatirmaq ucun gonderilmisdi Neticede Bizans komandanlari Aaron ve Katakalon Kekaumenos turklere qarsi nece mubarize aparmaq lazim oldugu meselesinde fikir birliyine gele bilmirdiler Kekaumenos tecili formada onleyici hucum teskil etmeyin terefdari iken Aaron quvve azligina gore helledici doyusden yayinmanin ve komek quvvelerin gelmesini gozlemenin terefdari idi Imperator IX Konstantin sonuncu varianti ustun tutdu ve gurcu hokmdari IV Liparitin komeye geleceyi vaxta qeder helledici doyusden yayinmagi emr etdi Bu turk ordusuna etraf Bizans erazilerini yagmalamaq ve istedikleri zaman helledici hucuma kecme imkani verdi Boyuk maliyye ve ticaret merkezi olan Artse turkler terefinden ele kecirildi ve yagmalandi Kapetron doyusuTarix 18 sentyabr 1048Yeri Pasinler Gurculer geldikden sonra birlesdirilmis Bizans Gurcu ordusu Kapetronda muasir Turkiyede Hesenqala doyuse basladilar Guclu gece doyusu neticesinde xristian muttefiqler turklerin hucumlarini def ede bildiler Xristian ordusunun iki cinahinin komandanlari olan Aaron ve Kekaumenos turkleri novbeti sehere qeder teqib etdiler Cinahlarda xristian ordusu qelebe qazanarken merkez bolmesinde Yinal Lipariti esir almagi bacardi Bu hadise cinah komandanlari oz qelebelerine gore Tanriya sukur eden zamana qeder onlara bildirilmedi Yinal hec bir hucuma meruz qalmadan Selcuqlu dovletinin paytaxti ola Rey seherine boyuk servetle daxil oldu Qarsiliqli sefir mubadilesi Liparitin azad edilmesi ve Bizans ile Selcuqlu sarayi arasinda diplomatik munasibetlerin qurulmasi ile neticelendi Imperator IX Konstantin serq serhedlerinin guclendirilmesi ucun bir sira tedbirler gordu Lakin daxili qeyri sabitliye gore turklerin hucumlari 1054 cu ile qeder davam etdi Bizansin ordularinin Balkan yarimadasinda peceneqlerle doyusmesinden Bizansin serq vilayetlerinde muxtelif etnik qruplar arasinda qarsidurmalarin olmasindan ve umumiyetle Bizans ordusunun zeiflemesinden istifade eden turkler oz hucumlarini ve ugurlarini daha da artirdilar Arxa planMuasir Iran erazisinin Selcuqlu imperiyasi terefinden ele kecirilmesinden sonra 1040 ci illerde coxsayli Oguz doyusculeri ve onlarin aileleri Bizans serhedleri boyunca yasamaga basladi Yagmalamalardan servet elde etmek ve Cihad yolunda ferqlenmek isteyi ile Oguz turkleri Bizans eyaletlerine yurusler etmeye basladilar Bununla eyni zamanda Bizansin serq serhedlerinin muhafizesi zeiflemisdi Cunki imperator IX Konstantin Monomax 1042 1055 Iberiya ve Mesopotamiyanin serhedleri qorumaqla mukellef tematik qosunlarini vergi vermek qarsiliginda herbi mukellefiyyetden azad etmisdi Selcuqlularin qerbe dogru genislenmeleri qarisiq mesele idi cunki bu genislenme turk tayfalarinin kutlevi kocleri ile musahide edilirdi Bu tayfalar nominal olaraq Selcuqlu hokmdarlarinin asililiginda idiler ve onlar arasindaki munasibetler kompleks dinamiklerden asili idi selcuqlular sabit merkezi hakimiyyet qurmaga calisarken bu tayfalar daha cox yeni otlaq saheleri elde etme ve yagmayla maraqlanir bir cox yurusu Selcuqlu sarayinin xeberi olmadan heyata kecirirdiler Selcuqlu sarayi buna dozumlu yanasirdi cunki bu tayfalarin qerbe dogru olan davamli axinlari imperiyanin merkezini yagmalanmadan qoruyurdu Bizansin serq eyaletlerine ilk boyuk hecmli Selcuqlu hucumu Vaspurakan eyaletine dogru 1045 ci ilde Sultan Togrulun yaxin qohumu Qutalmis terefinden heyata kecirildi Qutalmis yerli Bizans komandani Stefan Leyxoudesi meglub edib esir aldi Bir diger hucum ise Togrulun qardasinin oglu Kar Hesen terefinden heyata kecirildi Yurustez bir zamanda Tebrizden Gurcustana yoneldildi Gurcustani yagmalayib Vaspurakan vasitesiyle geri donerken onun ordusu yerli Bizans komandanlarinin Vaspurakan ve Aaron katepanunun herbi rutbe Ani ve Iberiya katepanonun birlesmis ordulari terefinden meglub edildi Bu yurusler bezen 1045 1046 ve ya 1048 ci illere aid edilir Daha boyuk hucum ise Togrulun ogey qardasi Ibrahim Inal terefinden heyata kecirildi Bizans qaynaqlari bu yurusun sebebi kimi Hesenin meglub edilmesini gosterseler de yunan tarixcisi Entoni Kaldellisin bildirdiyine gore ortada basqa sebebler de olmusur Bele ki Ibn el Esirin bildirdiyine gore bu zaamn Ibrahim Mevaraunnehrden cox sayida yeni Oguz qruplarini qebul etse de onlarin hamisini yeni otlaqlarla temin ede bilmirdi Buna gore de o bu yeni gelenlere Bizansin serq vilayetlerine yurus etmeyi ve ozunun de yaxinda oz ordusu ile onlara qosulacagini bildirmisdir Ibrahim Inalin hucumlari ermeni tarixcileri Aristakes Lastivertsi ve Edessali Matvey terefinden de testiqlenir ve Bizans memuru Con Skaylitzes de yurus barede melumat verir Bu yurusun muasir qaynaqlar 1048 ci ilde oldugunu bildirseler de bezileri 1049 cu ile aid edirler Selcuqlu hucumu ve Bizansin reaksiyasiSkaylitzesin bildirdiyine gore Hesenin ordusu 100 min neferden ibaret olmusdur Bu aciq askar doyusculerin esl sayinin texminen 5 defe sisirdilmesidir O hemcinin turklerle birlikde Selcuqlu ordusunda Dilimnitilerin Deylemiler ve Kabeyroy cox guman ki Xorasani sozunun deyisilmis versiyasidir oldugunu da bildirir Yene Skaylitzesin yazdigina esasen Ibrahimin iki komekcisi olmusdur onlardan biri Xorosantes digeri ise farsca soz olan ve komandan menasini veren sipehsalar sozunun hellenlesmis versiyasi olan Aspan Salarios imis Xorosantes cox guman ki Xorasandan olan doyusculere rehberlik etmisdir Evvelki yurus kimi Selcuqlu quvveleri bu yurusde de cox guman Tebriz seherinden yola cixmis Araz cayi boyunca irelileyerek Vasurakana daxil olmusdur Ibn el Esirin bildirdiyi melumata gore Selcuqlu doyusculeri simalda Trabzondaki Xaldiyaya ve Akampsis cayina cenubda Taron ve Xorzianene bolgelerine catmisdir Lakin cox gumanki bu bolgelere catan bolmeler ordunun esas hissesi olmamis Ibrahimin gonderdiyi avanqard hisseeri olmusdur Ibrahimin esas ordusu Basean bolgesine Teodosiopolis Artze ve Manalis hovzelerine gonderildi Bizans terefinde ise Selcuqlu hucumuna qarsi nece muqavimet gosterilmesi ile bagli aydin bir fikir yox idi Skaylitzesin esas qaynagi olan ve eserde cox terfilenen Kekaumenos turklerin uzun bir yoldan geldiklerine gore yorgun olduqlarini buna gore de Bizansin derhal hucuma kecmeli oldugu fikrini mudafie edirdi Aaron ise daha mudafieye meyilli strategiya terefdari idi O qalalara dogru geri cekilmenin bununla da movcud quvvelerinin qorunub saxlanilmasinin imperator IX Konstantinden aciq emrlerin gelmesini gozlemeyi ve bu emrlere uygun hereket etmeyi teklif edirdi Bizans ordusunun say etibarile az oldugu ackardir Bunun sebebi tekce IX Konstantinin dovrunde Serq vilayetlerinde pesekar ordu bolmeleri hesab edilen taqmatiklerin legv edilmesi deyildi hemcinin qerb bolgelerinde Leo Tornikiosun rehberliyinde usyan baslamisdi Bizans ordusunun bir hissesi de bu usyani yatirmaqla mesgul idi Butun bunlarin neticesinde Aaronun fikri qebul edildi ve alinan qerarlar barede imperatora xeber vermek ucun mektub gonderildi Bu esnada Bizans ordusu Baseandaki Outrou ovaliginda duserge saldi ve mulki ehaliye qalalara siginmaq emri verildi Cavab mektubunda imperator ordusundan helledici toqqusmaya girmekden cekinmeyi emr etdi Emre gore helledici toqqusmaya yalniz imperatorun yardim ucun muraciet etdiyi IV Liparitin ve Hersoq Kldekarinin bolmeleri geldikden sonra girmek olardi Artzenin yagmalanmasi Bizans ordusunun fealiyyete kecmemesi ehali ucun felaketle neticelendi Serbest sekilde hereket eden Selcuqlu ordusu Artze qalasina hucum etdi Artze qalasi meshur ticaret merkezlerinden biri olaraq taninirdi Skaylitzesin yazdigina gore qala muhasirede olarken Kekaumenosun serkerdeleri qaladakilara yardim ucun hucuma kecmeye cagirmasina baxmayaraq digerleri imperatorun emrini esas getirerek bundan imtina etdiler Qaladaki quvveler muqavimeti ugurlu sekilde teskil etmislerdi ve bir muddet Selcuqlu ordusu telesik formada qurulmus barrikadalari kecmeyi bacarmadilar Lakin sonradan qalaya atilmis yandirici maddeler ve oxlar neticesinde qalanin mudafiesini qirmaq mumkun oldu Qala ele kecirildi ve yagmalandi DoyusIV Liparit oz ordusu ile geldikden sonra birlesmis Bizans Gurcu ordusu Ourtroudan Kapetron qalasinin muasir Hesenqala qarsisindaki duzenliye dogru hereket etdi Ibn el Esir iddia edir ki Bizans Gurcu qosunlarinin sayi 50 000 nefer Aristakes Lastivertsi ise bu sayini 60 000 nefere catdirir Turk ordusuyla bagli melumatda oldugu kimi her iki reqem aciq sekilde sisirdilmisdir Skaylitzesin bildirdiyine gore Kekaumenosun meslehetine esasen esas quvvelerden tecrid edilmis turk doyusculerine esas quvvelerin gelisine qeder hucum edilmesi teklifi redd edildi cunki bu zaman sentyabrin 18 i idi ve Liparit hesab edirdi ki bu gun doyusmek ucun ugursuz bir gun idi Bu turk ordularinin esas hisselerinin gelib catmasina doyus xetlerinin duzeldilmesine lazim olacaq qeder vaxti temin etdi belelikle de Bizans Gurcu doyusculeri indi isteyib istememelerinden asili olmayaraq doyuse hazirlasmaga mecbur oldular Kekaumenos sag cinaha komandanliq etmekde idi ve onun qarsisinda Ibrahimin ozunun komandanliq etdiyi turk ordusunun sol cinahi yerlesmekde idi Bizans ordusunun merkezdeki quvvelerine Liparit sol cinahdaki quvvelerine ise Aaron komandanliq etmekde idi Doyus axsam basladi ve gece boyunca davam etdi Aaron ve Kekaumenosun her biri komandanliq etdikleri bolmeler uzre turkleri meglub etmeyi bacardilar ve onlari teqib ederek turk ordusunun komandanlarindan biri olan Xorosantes i oldurduler Lakin merkezdeki doyuslerde Ibrahim Bizans serkerdelerinden biri olan gurcu Lipariti esir olaraq ele kecirmeyi bacardi O yaralandigi ucun atindan dusen Lipariti esir almisdi Lakin turkleri teqib eden diger iki Bizans serkerdesinin bundan xeberi yoxdu Turkleri uzun muddet teqib edib Tanriya sukur etmek ucun durduqlari zaman merkez quvveleri arasindaki toqqusmalarin neticesinden xeberdar oldular Eseri daha cox antibizans motivleriyle zengin olan Edessali Metyunun yazdigina gore Liparit diger Bizans komandanlari terefinden xeyanete ugramisdir Aristakesin iddiasina gore ise Bizans komandanlari arasindaki reqabetAaronu doyusun ortasinda movqeyini terk etmeye vadar etmis ve neticede Liparit esir alinmisdir Modern tarixciler terefinden eseri daha cox inandirici qebul edilen Skaylitzes bu hadiseler barede daha etrafli melumatlar vermisdir Ibrahim doyusculeri ve esirleri ile birlikde xilas olub Theodosiopolisin 40 km serqinde yerlesen Kastrokome Okomi qalasina donmeyi bacararken Bizans komandanlari savas surasi teskil etdiler Alinan qerar quvvelerin bolunmesinden ve her kesin oz bazasina donmesinden ibaret idi Aaron oz doyusculeri ile birlikde Vaspurakana Kekaumenos ise Aniye geri dondu Doyusun neticesi belelikle qarisiqdir Bizans quvveleri qarsilarindaki turkleri doyusde geri cekilmeye mecbur etseler de Liparitin esir dusmesi ve Ibrahimi ele kecirmenin mumkunsuzluyu seraiti Bizansin eleyhine deyisirdi Buna gore de orta esrler qaynaqlarinin bir coxu bu doyusde Bizansin meglub oldugunu yazmisdir NeticeIstinadlar