I Təhmasibin yürüşü (1552) — Səfəvi imperiyasının ikinci hökmdarı Şah Təhmasibin Sultan Süleymanın Səfəvi torpaqlarına edilən yürüşlərinə cavab olaraq həyata keçirilmiş yürüşü nəzərdə tutulur. Yürüşün məqsədi yağma həyata keçirmək, əsirlər əldə etmək və Osmanlı imperiyasının arxa cəbhəsini dağıtmaqla sülhə məcbur etmək olmuşdur.
I Təhmasibin yürüşü (1552) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1514–1555) | |||
Tarix | 1552-1553 | ||
Yeri | Şərqi Anadolu | ||
Nəticəsi | Səfəvi imperiyasının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Arxa plan
Osmanlı hökmdarı Sultan Süleyman Təhmasibin bu yürüşünə qədər Səfəvi torpaqlarına 3 yürüş (1534, 1535, 1548) həyata keçirmişdi. Bu yürüşlər zamanı çox saylı Osmanlı ordusuna qarşı açıq meydan savaşına çıxmaqdan yayınmaq üçün Təhmasib fərqli taktika izləmiş və nəticədə hər dəfə Osmanlı yürüşlərinin böyük xərclər çəkilməsinə baxmayaraq, uğursuzluqla nəticələnməsinə nail olmuşdur. Bu yürüşlər nəticəsində Osmanlı imperiyası yalnız Bağdadı əlində saxlaya bilmiş və hər dəfə ələ keçirdiyi yerdə qalan torpaqları tərk etməyə məcbur olmuşdur. Sultan Süleymanın 1548-ci il yürüşündən sonra Şah Təhmasib Osmanlı ərazilərinə yürüş təşkil etdi və bu yürüşdə ona oğlu İsmayıl Mirzə yaxından yardım etdi.
Yürüş
1552-ci ildə I Təhmasib Osmanlı ərazilərinə yürüşə başladı. Ərzurum hakimi İsgəndər paşanın Xoy ərazisinə yürüşü buna bəhanə oldu. 1552-ci ilin yayında Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər: 1) Ərciş və Bərkiyyə — (Məsum bəy Səfəvi, Allahqulu bəy Aycək oğlu, Əli Sultan Təkəli, Şəmsəddin xan Bidlisi, Xəlifəyi Ənsar, Həmzə bəy Talış, Uluqxan bəy Səədli və b.). 2) Pasinə (Şahverdi Sultan Ziyad oğlu və və Ədhəm bəy Rumlu). 3) Ərəb İraqına (İbrahim xan Zülqədər, Şahqulu xan Əfşar, Çıraq Sultan). 4) Dəvilə (Bayram bəy Qacar, Toygün bəy Qacar və gürcü hökmdarı Səfəvilərin vassalı olan Keyxosrov) . Bu yürüşdə I Təhmasib şəxsən iştirak etməklə birlikdə, əməliyyat planı da onun tərəfindən hazırlanmışdı. Yürüş nəticəsində Əhlət ərazisində 30 min qoyun, 10 min qaramal, 3 min at ələ keçirilmişdi. Ahlat qalası yerlə yeksan edildi. Van ərazisində evlər və əkinlər məhv edildi. Bidlis, Vostan, Adilcəvaz, Ərciş, Muş, Pasin bölgələri qılıncdan keçirildi.
Şah Təhmasib yürüşü uğurla idarə edərkən Ərzurumun Osmanlı hakimi İsgəndər paşanı cəzalandırmaq qərarına gəldi və bunu oğlu İsmayıl Mirzəyə tapşırdı. Qarabağ hakimi Şahverdi Sultan Ziyad oğlu, Bədr xan Ustaclı, Çuxursəəd hakimi Şahqulu Sultan Ustaclı, Məhəmməd xan Mosullu Türkman kimi adlı-sanlı əmirlər, "min Tehran və altı yüz Naxçıvan qorçisi" bu yürüşdə iştirak edirdi. Öz qüvvələrinin sayca üstünlüyünə arxayın olan (Ərzincan, Tərcan, Bayburt, Kemax, Mərəş, Trabzon, Kürdüstan və Gürcüstandan türklər və kürdlər) İsgəndər paşa qaladan çıxaraq İsmayıl Mirzə ilə döyüşə girmək qərarına gəldi. Bu bəhs edilən qızılbaşların sol və sağ cinahlarda güclənən təzyiqini müşahidə edən İskəndər paşa irəli atıldı, lakin mühasirəyə alınacağından ehtiyat edərək geriyə dönməyə məcbur oldu. Bu vaxt İsmayıl Mirzə döyüş meydanına yaxın olan təpənin üstündə durmuşdu. Osmanlılar qızılbaşların hücumuna davam gətirməyib vahimə içərisində qala tərəfə qaçmağa başladılar. Onlardan bir çoxu Ərzurum qalasının dövrəsindəki xəndəyə düşdü. Xəndək adamlarla və atlarla dolmuşdu. Çaxnaşmada Osmanlı qapıları bağlamağı yaddan çıxardılar və üç qızılbaş qalaya girı bildi. Xəndəyə düşüb ölənlərdən başqa 2576 türk öldürüldü. Görkəmli Osmanlı əyanları Trabzon hakimi Mustafa bəy, Mərəş hakimi Kəbir İsa, Sultanın qullarağası Məhəmməd bəy, İskəndər paşanın qardaşı Ramazan bəy, Malatya hakimi Xeyrəddin bəy və bir çox başqaları əsir alındılar.
Sonra İsmayıl Mirzə Ərciş yaxınlığındakı şah düşərgəsinə gəldi. Qaladakı hərbi hissənin döyüşçüləri qalabəyini öldürdülər və qalanı qızılbaşlara təslim etdiər. Şahın əmri ilə qala istehkamı dağıdıldı. Sonra Bərgiri qalası tutuldu. İsmayıl Kürdüstana yola düşdü. Bu yürüşdə qızılbaşlar böyük qənimətlər (əsirlər, mallar, atlar, qatırlar və qaramal) ələ keçirdilər. Şah 1553-cü ilin mart-aprelində Naxçıvan yürüşündən qayıtdı. Həmin ildə Təhmasib sülh danışıqları aparmaq üçün əmir Şəmsəddin Dilcanini sultanın yanına göndərdi. Lakin Həsən bəy Rumlunun yazdığına görə, geri qayıdan elçinin gətirdiyi məktubda sultan "Şərqin və Qərbin" padşahına (yəni I Təhmasibə) kifayət qədər ehtiram bildirməmişdi. Buna cavab olaraq şah oğlu İsmayılı yenidən qoşunla Kürdüstana göndərmişdi. Onlar Van, Vostan, Ərciş və Adilcəvazı xarabazara döndərərək qənimətlə Naxçıvana şah qərargahına qayıtdılar.
Nəticə
Bu yürüş nəticəsində Şərqi Anadolu bölgəsindəki Osmanlı torpaqlarına böyük ziyan vurulmuş, onsuzda Səfəvi torpaqlarına edilən yürüşlər zamanı maddi-texniki təminat problemləri yaşayan Osmanlı ordusunun bu problemləri daha da artmışdır. Bu yürüşdən sonra edilən 1554-ci il Osmanlı yürüşünün də uğursuzluqla nəticələnməsindən sonra Süleyman sülh barədə danışıqlara başlamışdır. Nəticədə iki imperiya arasında 1514-cü ildən rəsmi şəkildə davam edən müharibə 1555-ci ildə Amasya sülh müqaviləsi ilə sonlandırılmışdır.
Həmçinin bax
İstinadlar
- Roemer, 2008. səh. 242
- Matthee, Rudolph P. The politics of trade in Safavid Iran: silk for silver, 1600-1730. Cambridge, UK: Cambridge University Press. 1999. səh. 17. ISBN .
- Əfəndiyev, 2007. səh. 100
- Əfəndiyev, 2007. səh. 101
- Əfəndiyev, 2007. səh. 102
- Atçıl, 2019. səh. 9
- A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, Vol. II, ed. Spencer C. Tucker, (ABC-CLIO, 2010). s.516.
Mənbə
- H. R. Roemer. "THE SAFAVID PERIOD". The Cambridge History of Iran - The Timurid and Safavid Periods. 6. Cambridge: Cambridge University Press. 2008. 189–350. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Tehmasibin yurusu 1552 Sefevi imperiyasinin ikinci hokmdari Sah Tehmasibin Sultan Suleymanin Sefevi torpaqlarina edilen yuruslerine cavab olaraq heyata kecirilmis yurusu nezerde tutulur Yurusun meqsedi yagma heyata kecirmek esirler elde etmek ve Osmanli imperiyasinin arxa cebhesini dagitmaqla sulhe mecbur etmek olmusdur I Tehmasibin yurusu 1552 Sefevi Osmanli muharibesi 1514 1555 Tarix 1552 1553Yeri Serqi AnadoluNeticesi Sefevi imperiyasinin qelebesiMunaqise terefleriSefeviler Imperiyasi Osmanli imperiyasiKomandan lar I Tehmasib Ismayil Mirze Sultan Suleyman Isgender pasaI Tehmasib daglarda Ferrux bey terefinden cekilmisdir Arxa planOsmanli hokmdari Sultan Suleyman Tehmasibin bu yurusune qeder Sefevi torpaqlarina 3 yurus 1534 1535 1548 heyata kecirmisdi Bu yurusler zamani cox sayli Osmanli ordusuna qarsi aciq meydan savasina cixmaqdan yayinmaq ucun Tehmasib ferqli taktika izlemis ve neticede her defe Osmanli yuruslerinin boyuk xercler cekilmesine baxmayaraq ugursuzluqla neticelenmesine nail olmusdur Bu yurusler neticesinde Osmanli imperiyasi yalniz Bagdadi elinde saxlaya bilmis ve her defe ele kecirdiyi yerde qalan torpaqlari terk etmeye mecbur olmusdur Sultan Suleymanin 1548 ci il yurusunden sonra Sah Tehmasib Osmanli erazilerine yurus teskil etdi ve bu yurusde ona oglu Ismayil Mirze yaxindan yardim etdi Yurus1552 ci ilde I Tehmasib Osmanli erazilerine yuruse basladi Erzurum hakimi Isgender pasanin Xoy erazisine yurusu buna behane oldu 1552 ci ilin yayinda Sah Tehmasibin emri ile qosunlarin toplanmasina baslandi Onlar 4 hisseye bolunduler ve dord istiqamete gonderildiler 1 Ercis ve Berkiyye Mesum bey Sefevi Allahqulu bey Aycek oglu Eli Sultan Tekeli Semseddin xan Bidlisi Xelifeyi Ensar Hemze bey Talis Uluqxan bey Seedli ve b 2 Pasine Sahverdi Sultan Ziyad oglu ve ve Edhem bey Rumlu 3 Ereb Iraqina Ibrahim xan Zulqeder Sahqulu xan Efsar Ciraq Sultan 4 Devile Bayram bey Qacar Toygun bey Qacar ve gurcu hokmdari Sefevilerin vassali olan Keyxosrov Bu yurusde I Tehmasib sexsen istirak etmekle birlikde emeliyyat plani da onun terefinden hazirlanmisdi Yurus neticesinde Ehlet erazisinde 30 min qoyun 10 min qaramal 3 min at ele kecirilmisdi Ahlat qalasi yerle yeksan edildi Van erazisinde evler ve ekinler mehv edildi Bidlis Vostan Adilcevaz Ercis Mus Pasin bolgeleri qilincdan kecirildi Sah Tehmasib yurusu ugurla idare ederken Erzurumun Osmanli hakimi Isgender pasani cezalandirmaq qerarina geldi ve bunu oglu Ismayil Mirzeye tapsirdi Qarabag hakimi Sahverdi Sultan Ziyad oglu Bedr xan Ustacli Cuxurseed hakimi Sahqulu Sultan Ustacli Mehemmed xan Mosullu Turkman kimi adli sanli emirler min Tehran ve alti yuz Naxcivan qorcisi bu yurusde istirak edirdi Oz quvvelerinin sayca ustunluyune arxayin olan Erzincan Tercan Bayburt Kemax Meres Trabzon Kurdustan ve Gurcustandan turkler ve kurdler Isgender pasa qaladan cixaraq Ismayil Mirze ile doyuse girmek qerarina geldi Bu behs edilen qizilbaslarin sol ve sag cinahlarda guclenen tezyiqini musahide eden Iskender pasa ireli atildi lakin muhasireye alinacagindan ehtiyat ederek geriye donmeye mecbur oldu Bu vaxt Ismayil Mirze doyus meydanina yaxin olan tepenin ustunde durmusdu Osmanlilar qizilbaslarin hucumuna davam getirmeyib vahime icerisinde qala terefe qacmaga basladilar Onlardan bir coxu Erzurum qalasinin dovresindeki xendeye dusdu Xendek adamlarla ve atlarla dolmusdu Caxnasmada Osmanli qapilari baglamagi yaddan cixardilar ve uc qizilbas qalaya giri bildi Xendeye dusub olenlerden basqa 2576 turk olduruldu Gorkemli Osmanli eyanlari Trabzon hakimi Mustafa bey Meres hakimi Kebir Isa Sultanin qullaragasi Mehemmed bey Iskender pasanin qardasi Ramazan bey Malatya hakimi Xeyreddin bey ve bir cox basqalari esir alindilar Sonra Ismayil Mirze Ercis yaxinligindaki sah dusergesine geldi Qaladaki herbi hissenin doyusculeri qalabeyini oldurduler ve qalani qizilbaslara teslim etdier Sahin emri ile qala istehkami dagidildi Sonra Bergiri qalasi tutuldu Ismayil Kurdustana yola dusdu Bu yurusde qizilbaslar boyuk qenimetler esirler mallar atlar qatirlar ve qaramal ele kecirdiler Sah 1553 cu ilin mart aprelinde Naxcivan yurusunden qayitdi Hemin ilde Tehmasib sulh danisiqlari aparmaq ucun emir Semseddin Dilcanini sultanin yanina gonderdi Lakin Hesen bey Rumlunun yazdigina gore geri qayidan elcinin getirdiyi mektubda sultan Serqin ve Qerbin padsahina yeni I Tehmasibe kifayet qeder ehtiram bildirmemisdi Buna cavab olaraq sah oglu Ismayili yeniden qosunla Kurdustana gondermisdi Onlar Van Vostan Ercis ve Adilcevazi xarabazara dondererek qenimetle Naxcivana sah qerargahina qayitdilar NeticeBu yurus neticesinde Serqi Anadolu bolgesindeki Osmanli torpaqlarina boyuk ziyan vurulmus onsuzda Sefevi torpaqlarina edilen yurusler zamani maddi texniki teminat problemleri yasayan Osmanli ordusunun bu problemleri daha da artmisdir Bu yurusden sonra edilen 1554 ci il Osmanli yurusunun de ugursuzluqla neticelenmesinden sonra Suleyman sulh barede danisiqlara baslamisdir Neticede iki imperiya arasinda 1514 cu ilden resmi sekilde davam eden muharibe 1555 ci ilde Amasya sulh muqavilesi ile sonlandirilmisdir Hemcinin baxSefevi Osmanli muharibesi 1514 1555 IstinadlarRoemer 2008 seh 242 Matthee Rudolph P The politics of trade in Safavid Iran silk for silver 1600 1730 Cambridge UK Cambridge University Press 1999 seh 17 ISBN 0 521 64131 4 Efendiyev 2007 seh 100 Efendiyev 2007 seh 101 Efendiyev 2007 seh 102 Atcil 2019 seh 9 A Global Chronology of Conflict From the Ancient World to the Modern Middle East Vol II ed Spencer C Tucker ABC CLIO 2010 s 516 MenbeH R Roemer THE SAFAVID PERIOD The Cambridge History of Iran The Timurid and Safavid Periods 6 Cambridge Cambridge University Press 2008 189 350 ISBN 978113905498 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 407 ISBN 978 9952 34 101 0 Atcil Zahit Warfare as a Tool of Diplomacy Background of the First Ottoman Safavid Treaty in 1555 Turkish Historical Review Leiden Brill 10 1 2019 3 24 doi 18775462 01001006 bad doi