I Çarlz (it. Carlo I di Savoia) və ya Cəngavər Çarlz (it. Carlo il Guerriero) (29 mart 1468 – 13 mart 1490 və ya 1490) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır.
I Karl | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1468 |
Vəfat tarixi | 13 mart 1490(21 yaşında) və ya 1490 |
Sülalə | Savoyya sülaləsi |
Atası | IX Amadeus (Savoyya hersoqu) |
Anası | Valualı Yolanda |
Həyat yoldaşı | |
Uşaqları | |
![]() |
Böyük qardaşı I Filibertin qanuni varis buraxmadan ani vəfatı səbəbilə, 1482-ci ildə 14 yaşında ikən Savoyya hersoqu oldu. 1485-ci ildə keçmiş Kipr kraliçası Şarlotta tərəfindən rəsmi varis elan olundu. Kiprli Şarlotta onun əmisi Lüdovikin həm dayısı qızı, həm də ikinci xanımı idi və 1464-cü ildə ögey qardaşı məğlub olaraq ölkədən qaçmışdı. Ancaq hələ də taxt iddiasını davam etdirirdi. Krallıq Venesiya Respublikası tərəfindən işğal edilsə də, Savoyya sülaləsi de-yure olaraq öz taxt iddialarını davam etdirdilər.
Ancaq I Çarlz da qardaşı kimi gənc yaşında vərəm xəstəliyi səbəbilə vəfat etdi. 1485-ci ildə Milan hersoqu nəvələrindən Blanşla evləndi və cütlüyün 2 övladı doğuldu:
Mənbə
- Boase, Roger (2017). Secrets of Pinar's Game: Court Ladies and Courtly Verse in Fifteenth-Century Spain. Vol. 1. Brill.
- Denieul-Cormier, Anne (1969). A Time of Glory: The Renaissance in France, 1488–1559. Doubleday.
- Hand, Joni M. (2013). Women, Manuscripts and Identity in Northern Europe, 1350–1550. Ashgate.
- Hill, George (1948). A History of Cyprus. Vol. The Frankish Period, 1432–1571. Cambridge University Press.
İstinadlar
- Deutsche Nationalbibliothek Record #1023019787 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Lundy D. R. Carlo I Duca di Savoia // The Peerage (ing.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer