III Dara (e.ə. 380 – e.ə. 330, Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər).
III Dara | |
---|---|
q.yun. Δαρεος 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁 | |
Doğum tarixi | e.ə. 380 |
Vəfat tarixi | e.ə. 330 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşları | |
Fəaliyyəti | monarx |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü.
Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
Gözəl təchiz edilmiş intizamlı yunan-Makedoniya ordusu e.ə. 334-cü ilin yazında Hellespontdan (indiki Dardaneldən) keçib Kiçik Asiyaya soxuldu. İki düşmən arasında ilk döyüş e.ə. 334-cü ilin mayında Qranik çayının sahilində oldu. Aleksandrın ordusu döyüşə qeyri-mütəşəkkil, ləng və gec hazırlanmış olan Kiçik Asiya satraplarının ordularını ağır məğlubiyyətə uğratdı.
III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Aleksandrın ikinci döyüşü e.ə. 333-cü ilde İss şəhəri rayonunda, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verdi. Bu vuruşma da yunan-makedoniyalıların qələbəsi ilə nəticələndi. Farslar darmadağın edildilər. III Dara hərb meydanından rüsvayçılıqla qaçdı. Aleksandra xeyli qənimət çatdı. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə apardı. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edirdilər.
İss vuruşması nəticəsində bütün Kiçik Asiya Aleksandrın ixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, Aleksandr öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332/331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirtdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.
E.ə. 331-ci ilin yazında Aleksandr yenidən Asiyada göründü. Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada Aleksandr qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi.
III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində ən ağır tələfata bu döyüşdə uğradılar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu Aleksandrın üzünə açıldı. Aleksandr Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də — Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət — 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara Aleksandrla mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Kadusilərdən və skiflərdən (skiflər dedikdə, sakesinlər nəzərdə tutulmalıdır) köməyi də Madada gözləyirdi. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada həlak oldu.
İstinadlar
- Любкер Ф. Darius (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 372–373.
- Fəxrəddin Məmmədov. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı: "Elm və təhsil", 2010, səh.31
Xarici keçidlər
III Dara Doğum: e.ə. 380 Vəfat: e.ə. 330 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri IV Artakserks Arses | Əhəmənilər imperiyası Şahı e.ə. 336- e.ə. 330 | Xələfləri Makedoniyalı İsgəndər (Makedoniya çarlığı) |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
III Dara e e 380 e e 330 Baktriya Ehemeni dovletinin sonuncu sahensahi E e 336 330 cu iller III Daraq yun Dareos 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁Dogum tarixi e e 380Vefat tarixi e e 330Vefat yeri BaktriyaDefn yeri PersepolisHeyat yoldaslari StatiraFealiyyeti monarx Vikianbarda elaqeli mediafayllarHeyatiEhemeniler sulalesinin sonuncu hokmdari bir cox qardaslarini gudaza veren cinsinden ve yasindan asili olmayaraq butun qohum eqrebasini telef eden qanli mustebid III Artakserks Ehemeniler imperiyanin omrunu bir nece il uzatmisdi III Artakserks merkezi hakimiyyeti mueyyen derecede mohkemletmeye muveffeq oldu lakin e e 338 ci ilde zeherle olduruldu Sah ailesi demek olar tamamile telef edildikden sonra e e 336 ci ilde Iran sahensahinin taxtinda Ehemeni sulalesinin yan saxelerinden birinin numayendesi olan Kodoman eylesdirildi III Dara adini qebul eden bu sahin hokmranliginin tarixi Makedoniyali Aleksandrin yunan Makedoniya qosunlarinin zerbeleri altinda boyuk Iran dovletinin mehv olmasi tarixidir Gozel techiz edilmis intizamli yunan Makedoniya ordusu e e 334 cu ilin yazinda Hellespontdan indiki Dardanelden kecib Kicik Asiyaya soxuldu Iki dusmen arasinda ilk doyus e e 334 cu ilin mayinda Qranik cayinin sahilinde oldu Aleksandrin ordusu doyuse qeyri mutesekkil leng ve gec hazirlanmis olan Kicik Asiya satraplarinin ordularini agir meglubiyyete ugratdi III Daranin ozunun basciliq etdiyi Iran ordulari ile Aleksandrin ikinci doyusu e e 333 cu ilde Iss seheri rayonunda denizle daglar arasindaki ensiz vadide Simali Suriya serhedlerinde bas verdi Bu vurusma da yunan makedoniyalilarin qelebesi ile neticelendi Farslar darmadagin edildiler III Dara herb meydanindan rusvayciliqla qacdi Aleksandra xeyli qenimet catdi O sahensahin anasini arvadini ve iki qizini da ozu ile apardi Bu vurusmada farslarla birlikde madalilar da istirak edirdiler Iss vurusmasi neticesinde butun Kicik Asiya Aleksandrin ixtiyarina kecdi Makedoniya eleyhine herekatin genis miqyas alib Makedoniyanin Frakiyanin Yunanistanin Kritin Kicik Asiyanm bir cox vilayetlerini burumesine habele Finikiyanin ve Felestinin iri ticaret seherlerinin Tir ve Qazanin guclu muqavimet gostermesine baxmayaraq Aleksandr oz dusmenlerine qalib gelib Misire yiyelendi ve e e 332 331 ci illerin qisini orada kecirdi Belelikle Makedoniya padsahi Araliq denizinin serq sahillerindeki limanlarin hamisini tutdu farslarin donanmasini bazalardan mehrum etdi denizde hokmranligi ele kecirtdi ve oz gedis gelis yollarindan tehlukeni def etdi E e 331 ci ilin yazinda Aleksandr yeniden Asiyada gorundu Yunan Makedoniya qosunlari Ferat ve Decle caylarini kecib Arbela yaxinliginda Qavqamela kendinin etrafinda duserge saldilar E e 331 ci il oktyabrin 1 de burada Aleksandr qosunlari ile III Daranin qosunlari arasinda ucuncu vurusma oldu Qavqamela vurusmasi neinki qedim dovrun en iri vurusmalarindan biri hem de makedoniyali fatehin butun vurusmalarinin en cetini idi III Daranin ordulari darmadagin edildi Sah bir nece satrapla ve kicik bir qosun destesi ile Madanin paytaxti Ekbatanaya qacdi Lakin yunan makedoniyalilar ozleri de butun yurus muddetinde en agir telefata bu doyusde ugradilar Ehemeni dovletinin heyati ehemiyyete malik merkezlerinin hamisinin yolu Aleksandrin uzune acildi Aleksandr Babil ve Suzu isgal etdi sonra Parsaya soxuldu Farslarin iki paytaxtinin ikisi de Pasarqad da Persepol da tutuldu Makedoniyali fateh burada xeyli servet 120 min talant gumus ve qizil coxlu qizil ve gumus qab qacaq muxtelif das qas ele kecirdi Persepol sah sarayi yandirildi Lakin son derece agir telefata baxmayaraq III Dara hele qisas almaq umidinde idi ve Madada qosun toplamaga basladi III Dara Aleksandrla mubarizeni mehz Madada davam etdirmek umidinde idi O Madada yeni qosun toplamaga calisirdi ve bu isde mueyyen ugurlar qazanmisdi Kadusilerden ve skiflerden skifler dedikde sakesinler nezerde tutulmalidir komeyi de Madada gozleyirdi Lakin bir qeder sonra veziyyet deyisdi Aydinlasdi ki kadusiler ve skifler III Daranin terefini saxlamirlar Mehz buna gore III Dara Ekbatanani terk edib monarxiyanin serq eyaletlerine qacdi ve tezlikle orada helak oldu IstinadlarLyubker F Darius rus Realnyj slovar klassicheskih drevnostej po Lyubkeru pod red F F Zelinskij A I Georgievskij M S Kutorga F Gelbke P V Nikitin V A Kanskij per A D Vejsman F Gelbke L A Georgievskij A I Davidenkov V A Kanskij P V Nikitin I A Smirnov E A Vert O Yu Klemenchich N V Rubinskij SPb Obshestvo klassicheskoj filologii i pedagogiki 1885 S 372 373 Fexreddin Memmedov Azerbaycan tarixi izahli xronologiya Baki Elm ve tehsil 2010 seh 31Xarici kecidlerIII DaraEhemeniler sulalesiDogum e e 380 Vefat e e 330Hakimiyyet titullariSelefleri IV Artakserks Arses Ehemeniler imperiyasi Sahi e e 336 e e 330 Xelefleri Makedoniyali Isgender Makedoniya carligi