Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. גיא בן הינום) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi.
Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub.
Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb. Bu ad “Tövrat”dakı “Şeol” sözünün sinonimi olaraq “Ge Ben Hinnom” kimi işlədilir. Bu addakı “Ge” “Vadi”, “Ben” isə “Oğlu” deməkdir. İndiki deyilişdə isə “Ben” sözü artıq işlədilmir.
Həmçinin "Talmud"da Gehinnam, Gehinnom kimi qeyd edilib. Bibliyanin bir versiyasında dəfələrlə “Hinnom vadisi”, “Hinnom oğullarının vadisi” ifadələri işlədilib. Yəhudilərin Bibliyasında “uşaqlarınızın oddan keçdiyi yer” kimi də qeyd olunur. Markın Bibliyasında Gehenna “meyidləri qurd basan” yer kimi qələmə verilir. Qədim yəhudi yazılarına görə vaxtilə həmin ərazi romalılara tabe olmayanlara, məhkumlara, günahkarlara işgəncə verilən, onların diri-diri yandırıldığı yer kimi tanınıb.
Bir sıra tədqiqatçılara görə “Quran”da “cəhənnəm” adlandırılan yer də məhz bu yerdir. Belə ki, yəhudi ənənəsinə görə, Allahı inkar edənlərin cəsədlərinin basdırılmadan atıldığı bu ərazi coğrafi baxımdan yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşir.
İvrit dilində “Ge Hinnom” adlanan bu dəhşətli vadinin adı sonralar ərəblər tərəfindən məcaziləşdirilərək, “Quran”da ərəb dilinin təsiri ilə “cəhənnəm” sözünə çevrilmişdir. Qədim yəhudi dilindən tərcümədə bu yerin digər bir mənası isə “alov gölü”dür. Tədqiqatçıların fikrincə, cəhənnəmdə alovun olması və insanların yanacağı fikri də məhz buradan yaranıb.
Tarixə nəzər saldıqda “Ge Hinnom” vadisinin bir sıra ayinlər üçün istifadə olunduğunu görmək olar:
- Qədim büdpərəst israillilərin oğullarını və qızlarını Molek üçün bu ərazidə diri-diri yandırırdılar.
- Qədim büdpərəst israillilərin dininə görə, günah işləyən günahkarlar da burada diri-diri yandırılırdılar.
- İlahi Molek üçün insanlara müxtəlif işgəncələr də bu ərazidə verilirdi.
1900-cü illərin əvvəllərinə qədər bu vadi valideynlərin öz doğma övladlarını semit məbudu olan Molekə qurban etdikləri yer kimi tanınırdı. Bir büt olan Molek başqa adlarla da mənbələrdə xatırlanır. Onun digər adları bunlardır: Melex, Malik, Moloş, Moloz və başqaları.
İsrail Krallığı zamanında bəzi insanlar öz övladlarını, qurban etdikləri insanları və cəzalandırmaq istədikləri şəxsləri bu ərazinin ortasında atəşə verirdilər. Buna görə də vadidə günlərlə yanan və yanında dayanılması çox çətin olan bir alov mövcud idi.
Lakin İsrail krallarından olan Yoşiya özündən əvvəlki sələflərinin əksinə olaraq bu dini ayini qadağan edir. O, bunu etməklə valideynlərin vəhşiliyinin qarşısını alır. Bundan sonra isə onun göstərişi ilə bu vadi şəhərin zibilxanası kimi istifadə edilməyə başlanılır və şəhərin bütün tullantıları bura tökülür.
Zaman keçdikcə bura edam edilmiş cinayətkarların meyidlərinin, heyvan cəsədlərinin və hər növ tullantıların atıldığı bir yerə çevrilir. Daha sonra isə insanlar tullantıların yığılıb qalmaması üçün buranı yandırırlar və alovun sönməməsi üçün vadiyə böyük miqdarda kükürd tökürlər.
İsa peyğəmbərin təbliğatı dövründə də bu vadi zibillik idi. İsa məhz buna görə günahkarların digər aləmlərdən təcrid edilərək narakaya atılmasını lazımsız zir-zibilin Hinnom vadisində yandırılması ilə müqayisə edərək təbliğatında bir epitet kimi istifadə edib. O, bununla insanlara demək istəyirdi ki, həyatını təyinatı üzrə yaşamayanlar sonda Tanrının əbədi padşahlığına layiq görülməyəcək, əksinə Hinnom dərəsində yandırılan zir-zibil kimi lazımsız sayılacaqlar. Bu epitetdən onun şagirdlərinin də geniş istifadə etməsi, sonralar ge-Hinnomu yaddaşlara günahkar ruhların əbədi məskəni kimi bir yanlış təsəvvürlə köçürür.
Ge Hinnom vadisi artıq insanların və ya onların cəsədlərinin yandırıldığı yer deyil. Hazırda Hinnom vadisi yaşıl ağaclarla zəngin, səfalı bir yer kimi tanınır. Bu vadinin yaxınlığında gözəl və müasir yaşayış binalarının ucaldığını görmək olar.
İstinadlar
- Bu dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri – Ge Hinnom vadisi 2018-08-15 at the Wayback Machine. libre.az, 11.08.2018 (az.)
Xarici keçidlər
- Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri – Ge Hinnom vadisi (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hinnom vadisi ve ya Ge Hinnom vadisi ivr גיא בן הינום yehudilerin Yeruselim muselmanlarin ise Quds adlandirdiqlari seherin cenub ve cenub qerb hissesinde yerlesen vadi Hinnom vadisi Hazirda bu yerlere baxanda gozel gorunse de eslinde bura hec kimin getmek istemediyi bir yerdir Cunki bu yer butun tarix boyu dunyanin en qorxulu yeri hesab olunub 1891 ci ilde nesr olunmus Arximandrit Nikiforun Bibliya ensiklopediyasinda Hinnom vadisinin resmi Bu qorxulu yerin adi Ge Hinnomdur Tarixi menbelere nezer saldiqda bu real cografi mekanin daha qedim adinin Tofet oldugunu gormek olar Ehti Cedid de aramey dilinde bu ad Gehenna kimi gosterilib Ehti Etiq de Ge Ben Hinnom kimi geden bu soz Hinnom ogullarinin vadisi kimi tercume olunur Gorunduyu kimi Hinnom sexs adidir Vadi bir zamanlar Hinnom ogullarina mexsus olub ki buna gore de Hinnom ogullarinin vadisi yeni Qedim ivrit dilinde Ge Ben Hinnom adlandirilib Bu ad Tovrat daki Seol sozunun sinonimi olaraq Ge Ben Hinnom kimi isledilir Bu addaki Ge Vadi Ben ise Oglu demekdir Indiki deyilisde ise Ben sozu artiq isledilmir Hemcinin Talmud da Gehinnam Gehinnom kimi qeyd edilib Bibliyanin bir versiyasinda defelerle Hinnom vadisi Hinnom ogullarinin vadisi ifadeleri isledilib Yehudilerin Bibliyasinda usaqlarinizin oddan kecdiyi yer kimi de qeyd olunur Markin Bibliyasinda Gehenna meyidleri qurd basan yer kimi qeleme verilir Qedim yehudi yazilarina gore vaxtile hemin erazi romalilara tabe olmayanlara mehkumlara gunahkarlara isgence verilen onlarin diri diri yandirildigi yer kimi taninib Bir sira tedqiqatcilara gore Quran da cehennem adlandirilan yer de mehz bu yerdir Bele ki yehudi enenesine gore Allahi inkar edenlerin cesedlerinin basdirilmadan atildigi bu erazi cografi baximdan yehudilerin Yeruselim muselmanlarin ise Quds adlandirdiqlari seherin cenub ve cenub qerb hissesinde yerlesir Ivrit dilinde Ge Hinnom adlanan bu dehsetli vadinin adi sonralar erebler terefinden mecazilesdirilerek Quran da ereb dilinin tesiri ile cehennem sozune cevrilmisdir Qedim yehudi dilinden tercumede bu yerin diger bir menasi ise alov golu dur Tedqiqatcilarin fikrince cehennemde alovun olmasi ve insanlarin yanacagi fikri de mehz buradan yaranib Tarixe nezer saldiqda Ge Hinnom vadisinin bir sira ayinler ucun istifade olundugunu gormek olar Qedim budperest israillilerin ogullarini ve qizlarini Molek ucun bu erazide diri diri yandirirdilar Qedim budperest israillilerin dinine gore gunah isleyen gunahkarlar da burada diri diri yandirilirdilar Ilahi Molek ucun insanlara muxtelif isgenceler de bu erazide verilirdi 1900 cu illerin evvellerine qeder bu vadi valideynlerin oz dogma ovladlarini semit mebudu olan Moleke qurban etdikleri yer kimi taninirdi Bir but olan Molek basqa adlarla da menbelerde xatirlanir Onun diger adlari bunlardir Melex Malik Molos Moloz ve basqalari Israil Kralligi zamaninda bezi insanlar oz ovladlarini qurban etdikleri insanlari ve cezalandirmaq istedikleri sexsleri bu erazinin ortasinda atese verirdiler Buna gore de vadide gunlerle yanan ve yaninda dayanilmasi cox cetin olan bir alov movcud idi Lakin Israil krallarindan olan Yosiya ozunden evvelki seleflerinin eksine olaraq bu dini ayini qadagan edir O bunu etmekle valideynlerin vehsiliyinin qarsisini alir Bundan sonra ise onun gosterisi ile bu vadi seherin zibilxanasi kimi istifade edilmeye baslanilir ve seherin butun tullantilari bura tokulur Zaman kecdikce bura edam edilmis cinayetkarlarin meyidlerinin heyvan cesedlerinin ve her nov tullantilarin atildigi bir yere cevrilir Daha sonra ise insanlar tullantilarin yigilib qalmamasi ucun burani yandirirlar ve alovun sonmemesi ucun vadiye boyuk miqdarda kukurd tokurler Isa peygemberin tebligati dovrunde de bu vadi zibillik idi Isa mehz buna gore gunahkarlarin diger alemlerden tecrid edilerek narakaya atilmasini lazimsiz zir zibilin Hinnom vadisinde yandirilmasi ile muqayise ederek tebligatinda bir epitet kimi istifade edib O bununla insanlara demek isteyirdi ki heyatini teyinati uzre yasamayanlar sonda Tanrinin ebedi padsahligina layiq gorulmeyecek eksine Hinnom deresinde yandirilan zir zibil kimi lazimsiz sayilacaqlar Bu epitetden onun sagirdlerinin de genis istifade etmesi sonralar ge Hinnomu yaddaslara gunahkar ruhlarin ebedi meskeni kimi bir yanlis tesevvurle kocurur Ge Hinnom vadisi artiq insanlarin ve ya onlarin cesedlerinin yandirildigi yer deyil Hazirda Hinnom vadisi yasil agaclarla zengin sefali bir yer kimi taninir Bu vadinin yaxinliginda gozel ve muasir yasayis binalarinin ucaldigini gormek olar IstinadlarBu dunyadaki cehennem tarix boyu dunyanin en qorxulu yeri Ge Hinnom vadisi 2018 08 15 at the Wayback Machine libre az 11 08 2018 az Xarici kecidlerBu Dunyadaki cehennem tarix boyu dunyanin en qorxulu yeri Ge Hinnom vadisi az